Rəsmi – işgüzar üslub
Publisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşır, müxtəlif mövqe və maraqları əks etdirir.
Üslubiyyat
Dilin üslublarını öyrənən elmə üslubiyyat deyilir. Üslu-biyyatın əsas vahidi üslubdur. Üslub üslubiyyatdan geniş anlayışdır. «Üslub» dedikdə dil vasitələrindən məqsədyönlü istifadə üsulu, forması nəzərdə tutulur.
Dil vahidlərindən məqsədyönlü istifadə iki baxımdan özünü göstərir: fərdi və ümumi (funksional).
1. FƏRDİ ÜSLUB
Fərdi üslub xüsusi, yaxud şəxsi baxımdan özünü göstərir.
Hər hansı bir fərdin şifahi, yaxud yazılı nitqində özünəməxsus xüsusiyyətlər mövcuddur. Həmin xüsusiyyətlər bütövlükdə fərdi üslubu təşkil edir.
Fərdi üslub ayrıca fərdin, sənətkarın nitqidir və funksional üslublarının çoxunda özünü göstərir. Ən qabarıq ifadəsi isə bədii üslubdadır. Bədii üslub, bir qayda olaraq, fərdin — müəllifin keçirdiyi ovqatın, emosiyaların təzahürü olduğundan fərdilik burada daha güclü şəkildə meydana çıxır.
Fərdi üslub funksional üslublardan fərqli olaraq, xüsusi səciyyə daşıyır və əsasən bir şəxsə (müəllifə) aiddir: Füzuli üslubu, Vaqif üslubu, Səməd Vurğun üslubu və s. Bəzən bu və ya digər dil xüsusiyyətlərini ümumilikdə daşıyan bir neçə şəxs (müəllif) də eyni bir üsluba aid olur: mollanəsrəddinçilərin üslubu, füyuzatçıların üslubu. Bu baxımdan “üslubiyyat” ancaq dilçilik anlayışıdır, «üslub» isə daha geniş məzmuna malikdir: buna bəzən «dəst-xətt», «yol» və s. də deyilir.
Elmi, publisistik üslublarda və məişət üslubunda da nitq fərdiliyi öz əksini tapır, ancaq bu bədii üslubdakı qədər güclü deyil. Rəsmi-işgüzar üslubda isə fərdilik, demək olar ki, yoxdur.
FUNKSİONAL ÜSLUBLAR
Funksional üslublar ümumi, yaxud ictimai baxımdan özünü göstərir.
Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir və bu üslublar birlikdə ədəbi dili təşkil edir. Ədəbi dilin fonetik, leksik və qrammatik normaları onun funksional üslublarının hər biri üçün məcburidir.
Hər dildə bir birini tamamlayan iki tendensiya mövcuddur:
- İctimai təfəkkürdə differensiasiya — funksional üslubların bir-birindən daha çox fərqlənməsinə təkan verir.
- İctimai təfəkkürdə inteqrasiya — funksional üslubların bir-birinə yaxınlaşmasına təsir göstərir.
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN ÜSLUBLARI
Azərbaycan ədəbi dili inkişaf etmiş funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır:
- Bədii üslub.
- Elmi üslub.
- Publisistik üslub.
- Məişət üslubu.
- Rəsmi-işgüzar üslub.
1. BƏDİİ ÜSLUB
Bədii üslub — milli bədii təfəkkürün ifadəsidir.
Əsas xüsusiyyətləri bunlardır: obrazlılıq, emosionallıq.
Funksional imkanlarının genişliyinə görə bədiiüslub bir sıra hallarda ümumən ədəbi–bədiidil adlandırılır.
Obrazlılıq bütöv bir hadisədir. Emosionallıq (yaxud ekspressivlik), hər şeydən əvvəl, obrazlılıqdan irəli gəlir, obrazlı nitq, eyni zamanda emosional (və ya ekspressiv) nitqdir.
Obrazlılığın aşağıdakı göstəriciləri vardır:
1) fonetik səviyyədə:
- alliterasiya sözlərin əvvəlində eyni səslərin gəlməsi;
- assonans sözlərin müxtəlif hissələrində uyğun səslərin melodiya yaratması;
- intonasiya;
- təkrar.
2) leksik səviyyədə:
a) məcazın müxtəlif növləri;
- epitet bədii təyindir: dəmir iradə
- təşbeh bənzətmədir. Onun iki forması vardır:
*Müfəssəl — kimi, tək, elə bil, sanki sözləri ilə düzəlir: O, quş kimi uçur.
*Mükəmməl — heç bir olmadan düzəlir:qrammatik əlamət Boyun sürahıdır, bədənin büllur. - mübaliğə — şişirtmə: Necəsən, bir ah çəkim, Kür quruya, sal yana.
- istiarə — metafora (köçürmə): Dağlar yuyunur.
- kinayə — sözün zahirən müsbət mənada deyilib, ancaq əslində mənfi məna bildirməsidir. İki növü vardır:
*Yumorlu kinayə: Ə, bu lap əjdahadır ki (qorxaq haqqında).
*Satirik kinayə: Millətin dərdini çəkməkdən çöpə dönüb (millətə canı yanmayan haqqında).
3) qrammatik səviyyədə:
- inversiya — söz sırasının dəyişməsi (xəbərin qəsdən əvvələ keçirilməsi): Darayır saçlarını gün.
- qeyri-normativ cümlə konstruksiyalarının işlənməsi:Hamı şəhərə getdi, bacımdan başqa.
- ellipsis — ixtisar: Yazıçı və şairlərin əsərləri.
Bədii üslub aşağıdakı formalarda təzahür edir:
- şeir dili — aydın seçilən ahəngə, ölçüyə, bölgüyə malik, qafiyələnən dildir;
- nəsr dili — müəyyən süjetə malik təhkiyənin — hekayənin, povestin, romanın, dilidir;
- dramaturgiya dili — monoloq və dialoqlardan ibarət səhnə dilidir.
Sözün fonetik funksiyası
Sözün bədii üslubdakı əsas işinə, vəzifəsinə poetik funksiya deyilir. Mətndə bilavasitə poetik funksiya daşıyan söz, yaxud ifadə poetizmdir.
Poetizm — bədii sözdür.
Bədii söz, əsasən, məcazi mənada işlənmiş sözdür.
Sözlə bütöv bir sənət sahəsi yaranmışdır ki, bunu ədəbiyyat adlandırırıq.
2. ELMİ ÜSLUB
Elmi üslub elmi təfəkkürün ifadəsi olub, bu və ya digər elm sahəsinin dilidir. Əsas xüsusiyyətləri bunlardır: məntiqlilik, ardıcıllıq, konkretlik.
Monoqrafiyaların, dərsliklərin, elmi məqalələrin dili elmi üsluba aiddir.
Elmi üslubda ancaq bu üslub üçün xarakterik olan elə sözlər işlənir ki, onlara termin deyilir. Hər elmin özünəməxsus terminləri vardır.
Elmi üslubda mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr çox işlənir. Elmi üslubda fikri daha yığcam, daha konkret ifadə etmək üçün müxtəlif qrafik vasitələrindən (rəqəm, diaqram, düstur və s.) istifadə olunur.
Elmi üslubda sözlər, ifadələr, cümlələr müəyyən anlayışları, hökmləri birmənalı şəkildə ifadə edir, çoxmənalılığa, mətnaltı mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilmir.
Sözün terminoloji funksiyaları (Termin)
Sözün elmi üslubdakı əsas işinə, vəzifəsinə onun terminoloji funksiyası deyilir. Mətndə bilavasitə terminoloji funksiya daşıyan söz, yaxud ifadə termindir.
Elmi üslubu isə terminsiz təsəvvür etmək olmaz.
Termin:
- müəyyən elm sahəsinə aid olub, həmin elmin mütəxəssislərinə məlumdur;
- müxtəlif məna çalarlarına malik deyil, məhz bir anlayışı ifadə edir;
- formaca yığcamdır, rahatdır.
Elmi terminlər, adətən, beynəlmiləl olur. Beləliklə, elmin dili getdikcə daha çox beynəlmiləlləşir ki, bu özünü aşağıdakı sahələrdə göstərir:
- elmi üslubda beynəlmiləl terminlər milli terminləri sıxışdırır;
- elmi üslub get-gedə daha çox formullara, şərti işarələrə, hamı üçün anlaşıqlı digər vasitələrə meyl edir;
- elmi araşdırmaların nəticələrinin daha çox elan edildiyi dillər (ingilis, alman, fransız, rus) müəyyənləşir.
Bütün elmləri üç yerə ayırmaq olar:
- humanitar elmlər: fəlsəfə, tarix, filologiya, psixologiya
- təbiət elmləri: biologiya, coğrafiya, tibb
- texniki elmlər: riyaziyyat, fizika, kimya
3. PUBLİSİSTİK ÜSLUB
Publisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşır, müxtəlif mövqe və maraqları əks etdirir.
Əsas xüsusiyyətləri bunlardır: aydınlıq, kütləvi anlaşıqlılıq, təsirlilik. Burada mücərrəd obrazlılığa, ağır terminologiyaya yer verilmir.
Qəzetlərin, kütləvi jurnalların, radionun, televiziyanın, elmi-kütləvi kitabların və s. dili publisistik üsluba aiddir. «Publisistik üslub» ifadəsi ilə yanaşı, bəzən «mətbuat dili» ifadəsi də işlənir. Həmçinin «qəzet dili», «radio dili», «televiziya dili», «elmi-kütləvi dil» ifadələrindən də istifadə olunur.
Publisistik üslubun iki forması vardır: yazılı və şifahi.
- Yazılı forması — qəzetlərin, kütləvi jurnalların, elmi-kütləvi kitabların dili.
- Şifahi forması — radio dili, televiziya dili, eləcə də kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən dil.
Publisistik üslubun şifahi forması ilə yazılı forması bir-birindən o qədər də fərqlənmir.
Publisistik üslub çox müxtəlif emosiyaları ifadə edir. Burada həm qəzəbli, əsəbi, həm sakit, təmkinli, həm təsviri, həm də analitik dilə təsadüf olunur.
Publisistik üslub xalq dilinə çox yaxındır: ümumxalq dilində gedən proseslər publisistik üsluba, publisistik üslubda gedən proseslər ümumxalq dilinə təsir edir.
Publisistik üslub ən ictimai nitq forması olduğuna görə digər funksional üslubların bir sıra əlamətlərini də daşıyır. Nəticədə publisistik üslubun aşağıdakı növləri meydana çıxır:
- Bədii-publisistikdil — müəyyən qədər obrazlı nitq formasıdır, burada bədii ifadə vasitələrinə (məcazlara) təsadüf edilir (oçerk və felyeton janrları).
- Elmi-publisistikdil — müxtəlif elm sahələrinə, siyasətəvə dinə həsr olunmuş publisistik məqalələrin, kitabların dili.
- Rəsmi-publisistikdil — publisist məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir.
4. MƏİŞƏT ÜSLUBU
Məişət insanların gündəlik yaşayışı, ümumi həyat tərzi, vərdiş olunmuş davranışıdır. Deməli, məişət üslubu insanların məişətdəki danışıq tərzini, şəxslərin ailədəki, istehsalat-dakı ünsiyyət dilini əhatə edir. Məişət üslubunun konkret səciyyələndirici dil göstəricisi yoxdur.
Əsas xüsusiyyətləri bunlardır: təbiilik, sərbəstlikvə adi, sadə danışıqdili.
Məişət üslubu ədəbi dilin sərbəst və şifahi nümunəsi, həmçinin ən geniş yayılmış üslubudur.
Yazısında bir şəxs bədii üslubun, ikincisi elmi üslubun, üçüncüsü publisistik üslubun nümayəndəsi ola bilər. Amma şifahi nitqdə hər üçü məişət üslubundan istifadə edir. Deməli, müxtəlif üslubların nümayəndələri bir məqamda birləşirlər.
5. RƏSMİ-İŞGÜZAR ÜSLUB
Rəsmi-işgüzar üslub rəsmi və işgüzar sənədlərin dil təzahürüdür.
Əsas xüsusiyyətləri bunlardır: standart formalar və olduqca yığcamlıq. Burada artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır.
Bu və ya digər dilin dövlət dili olması, dövlətin həmin dilin rəsmi-işgüzar üslubuna münasibəti ilə müəyyən edilir.
Rəsmi-işgüzar üslubun lüğət tərkibi nə qədər yığcam, sintaksisi nə qədər məhduddursa, normalılığı o qədər möhkəmdir. Tarixən müəyyən standartlaşmış formalar vardır ki, üslub ondan kənara çıxmır. Buna görə də rəsmi-işgüzar üslubda arxaik leksika və əski sintaktik konstruksiyalar uzun zaman mühafizə olunur. Rəsmi sənədlərin dili də işgüzar sənədlərin dilindən fərqlənir:
1) Rəsmi sənədlərin dili — dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada (rəsmi şəxsin imzası, möhür və s. ilə) təsdiq olunan sənədlər nəzərdə tutulur.
Rəsmi sənədlər bunlardır: Konstitusiya, qanunlar, qərarlar, fərmanlar, sərəncamlar, nazirlərin əmrləri. Rəsmi sənədləri mütəxəssislər hazırlayırlar. Həmin sənədlər mühüm hüquqi məzmuna malik olub, eyni zamanda, tarixi əhəmiyyət daşıyır.
Rəsmi sənədlərdə dilin maksimum mükəmməlliyi gözlənilir, fikrin aydınlığına, birmənalılığına, hüquqi əsaslılığına xüsusi diqqət yetirilir, dil yığcamlığı əsas şərtdir.
2) İşgüzar sənədlərin dili — bu sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır, konkret məsələ ilə bağlı tərtib edilir.
İşgüzar sənədlər bunlardır: ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram, annotasiya, akt, teleqram.
İşgüzar sənədlər həcmcə, adətən, rəsmi sənədlərə nisbətən kiçik olur və onlarda bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilməsi, həmçinin imla xətalarının olmaması bu cür sənədlərin mükəmməlliyini, yararlılığını müəyyən edir.
İşgüzar sənədlərin hazır formaları olur ki, bu və ya digər məsələ ilə bağlı göstəricilər həmin hazır formalara yazılır. Bu ona görə vacibdir ki, sənəddə artıq sözlər, ifadələr işlədilməsin, imla xətalarına, cümlə qüsurlarına yol verilməsin.
Sənədlərin savadlılıq dərəcəsi cəmiyyətin mədəni səviyyəsini göstərir.
Sənəd dilində ifadələr
Rəsmi və işgüzar sənədlərin dilində ifadə qəlibləri — şablonlar əsas yer tutur. Ancaq bəzən rəsmi sənədlərdə, məsələn, bəyanatlarda, manifestlərdə obrazlılıq da olur. Bəzən sual və nida cümlələrinə də geniş yer verilir.
Məktublar da rəsmi yazışma dilində yaranır. Siyasi xadimlərin, dövlət nümayəndələrinin bir-birinə məktublarında sənəd dili ölçüsü tam gözlənilir. Qeyri-rəsmi şəxslərin, qohumların, ailə üzvlərinin məktublarında yalnız başlanğıc və sonluqda rəsmi üsluba məxsus qəlib ifadələr özünü göstərir.
Məktub forması rəsmi üslubun ən sərbəst formasıdır.
Yazıçının, alimin, dövlət xadiminin tərcümeyi-halı elmi və publisist üslublarda yazılır. Buna elmi tərcümeyi-hal deyilir.
Üslubların ayrılma və birləşmə xüsusiyyətləri
Ədəbi dilin ilk, qədim yaradılışı dövründə bugünkü qədər üslublar olmayıb. Ümumiyyətlə, qədim dövrlərdə indi müstəqil elm sahələri kimi tanıdığımız riyaziyyat, təbabət, dilçilik, estetika və s. bir elmin — fəlsəfə elminin tərkib hissələri olmuşdur.
Elmlərin tarixi inkişafı onların müxtəlif sahələrinin yenidən yaxınlaşmasına, hətta birləşib yeni elm formalaşdırmasına gətirib çıxarır. Məsələn, biologiya və kimya elmlərinin tədqiqləri üstündə duran biokimya, biologiya və fizikaya əsaslanan biofizika elmləri var; yaxud dilçilik elminin riyazi dilçilik adlanan bir sahəsi mövcuddur ki, onunla məşğul olan mütəxəssis həm dilçiliyi, həm də riyaziyyatı bilməlidir.
Göründüyü kimi, bir qoldan müxtəlif elm sahələrinin ayrılması (differensiasiya) və müxtəlif elm sahələrinin bir-birinə yaxınlaşması (inteqrasiya) tarixin müxtəlif mərhələlərində təkrar olunan proseslərdir.
Son dövrlərdə elmi üslubun xüsusi bir qolu — bədii və publisistik dilin müştərək şəkildə iştirak etdiyi qolu fəaliyyət göstərir. Bu, savadlanmanın kütləviləşməsi ilə bağlıdır. Elmi məlumatın kütləvi dillə ifadəsi həm geniş oxucu kütləsi, həm də müxtəlif elm sahələrində çalışanların özləri üçün son dərəcə zəruridir. Beləliklə, elmin müxtəlif sahələrinə aid biliklər bir qədər obrazlılıqla, bir qədər publisistikliklə sadələşdirilir. Bu ifadə tərzinə elmi-kütləvi dil deyilir.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
- Teqlər:
- üslub
- , rəsmi-işgüzar üslub
- , bədii üslub
- , məişət üslubu
- , publisistik üslub
- , Azərbaycan dili
- , üslublar
- , üslubiyyat
- , Azərbaycan dilinin üslubları
Rəsmi – işgüzar üslub
Rəsmi – işgüzar üslub. Rəsmi və işgüzar sənədlərin dil təzahürünə rəsmi – işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Bu üslub bir qədər quru görünür. Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır. Rəsmi – işgüzar üslubun lüğət tərkibi yığcam , sintaksisi məhdud olsa da, normalılığı möhkəmdir.Bu üslub tarixi təkamül prosesində formalaşmış standarty formalardan kənara çıxmır. Buna görə də bu üslubda arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mehafizə oluna bilir. Rəsmi – işgüzar üslub dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Müstəqillikdsən əvvəl ərəb, fars sonra rus dilinin təsiri bu üslubun tam fəaliyyətinə imkan verməmiş, milliliyinə xələl gətirmişdir. Indi Azərbaycan dövlətinin müstəqilliyi, ana dilinin həqiqi mənada dövlət dilinə çevrilməsi rəsmi – işgüzar üslubun funksional imkanlarını genişləndiri. Rəsmi – işgüzar üslub a) rəsmi və b) işgüzar sənədlərin dilini əhatə edir.
Rəsmi sənədlər: konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s.
İşgüzar sənədlər: tərcümeyi – hal, ərizə, bildiriş, elan, arayış və s.
Rəsmi sənədlər barədə bunları bilmək gərəkdir: *Rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s ilə təsdiq olunan sənədlərdir.
*Həmin sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir.
*Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır.
*Dövlətlərarası və dövlətdaxili münsibətlər bu sənədlərlə tənzimlənir.
*Rəsmi səınədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına, aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir.
*Rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.
*Rəsmi sənədlərdən fərqli olaraq, işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Həcmcə, adətən, rəsmi sənədlərə nisbətən kiçik olur.
*Rəsmi sənədləri, bir qayda olaraq mütəxəssilər tərtib etdiyi halda, işgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlaya bilər. Işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur.
- dilin maksimum mükəmməlliyi;
- fikrin tam aydınlığı;
- fikrin (sözlərin) birmənalılığı;
- fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)
– dil yığcamlığı
-
Hazır şablonların olması ona görə vacibdir ki:
1. artıq vaxt aparmasın
2.sənəddə artıq sözlər, ifadələr işlədilməsin
3.imla xətaları və qüsurlu cümlələrə yol verilməsin.
Rəsmi sənədlər
İşgüzar sənədlər
Konstitusiya,qanun,fərman,sərəncam və.s
Ərizə,tərcümeyi-hal,akt,xasiyyətnamə və.s
Hər ikisndə dilin maksimum mükəmməlliyi əsasdır.
Mütəxxəssilər hazırlayır,
onlar,adətən müzakirə olunur və qəbul edilir.
Müəyyən bir hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Rəsmi-işgüzar üslub: nümunələri. sənəd, söz Rəsmi-işgüzar üslub
Rus dilinin üslubiyyatı müxtəlifdir. həyatda hər vəziyyətdə ünsiyyət müəyyən qaydalar var. rəsmi sahədə də bəzən ortaq dil zidd xüsusi qaydalar var. rəsmi stil Bu xüsusiyyət. Bu, bütün momentum bu birmənalı və daimi, quru və təzə edir.
Rəsmi-işgüzar üslub: müəyyən
Rəsmi-işgüzar üslub – bir stil delovodstva və qanunvericilik il ərzində yaradılmışdır. Onun xarakterik xüsusiyyət eyni sözləri və leksik növbə istifadə ardıcıllıq hesab olunur.
nümunələri Rəsmi-işgüzar üslub, vaxtaşırı həyatında cavab verən, hər kəs aydın və birmənalı olmalıdır. bütün Bundan başqa, onun janrları eyni nümunələri yazılır. Bəzən sadəcə 2-3 sözləri yenidən, yeni bir sənəd almaq üçün.
üslub xüsusiyyətləri
Hər hansı digər kimi, öz xarakterik xüsusiyyətləri vardır. təqdimat dəqiq və unikallığı ilə xarakterizə biznes mətnlər, rəsmi-işgüzar üslub, bir ki-yapılagelen ümumi şəxssizlik, hər hansı bir emosional göstərir, standart və şablon yoxdur.
Hər sənəd yalnız bir şəkildə şərh edilməlidir. digər bütün məsələlərdə qarışıqlıq və qanunsuzluq deməkdir, çünki Ona görə də, orada olan bütün məlumatlar birmənalı deyil.
Bu stil delovodstva olduğundan, insan həyatının və cəmiyyətin rəsmi sahələrini tənzimləmək üçün istifadə olunur. Bu yola Bütün ki, qeyd-şərtsiz icra edilməlidir.
No şəxsi xüsusiyyətləri və ya sənədlərin subyektiv şərhlər ola bilməz. Buna görə də, rus ədəbi dilinin rəsmi-işgüzar üslub yalnız belə hesabatları və ya bir hərəkət zəruriliyini üçün izahlı arqument kimi kiçik sənədlərdə şəxsi məlumat təqdim etməyə imkan verir.
təqdimat unikallığı və stereotypy yüksək dərəcəsi alır. Bu, bütün sənədin ümumi strukturu ayələr bir sıra, stil bütün səviyyələrdə edir.
stil lexicon
hər hansı digər rəsmi iş style iş kimi ayələr və sürəti bir sıra üçün standart mətnləri istifadə edir. Bütün bu ilk rəsmi rabitə sənayesinin sözləri. icazə bildiriş, iddiaçı, hüquq rəhbəri kimi vermək müəyyən. digər üslub daha az tez-tez istifadə olunur.
ikinci xarakterik xüsusiyyət normal ifadeler və söz vəfat istifadə hesab olunur. Bu hər hansı bir mətn əvvəlcədən edir, lakin eyni zamanda, bu, aydındır: uyğun olaraq nəzərə alaraq əsasında.
Bu şəxssiz yüksək səviyyədə olmasına baxmayaraq, rəsmi-işgüzar üslub əvəzliklərin istifadə icazə və ilk şəxs fe’llər, qeyd etmək lazımdır. Müqayisə elmi üslubunda tamamilə məqbul deyil.
– Və son xüsusiyyət digər üslub yersiz və bir qədər komik səslənir ki, bir quru, bir az köhnəlmiş kargüzarlıq söz, mövcudluğudur: olmaq üçün yerdir spirtli intoksikasiya bir dövlət olan, maye bir brendi kimi görünür.
sintaksis
daimi sintaksis üzrə hər bir şəxs asanlıqla rəsmi-işgüzar üslub müəyyən edə bilər. Bunun nümunələri də məktəblərin hər məlumdur. Və yəqin ki, daha mənim həyat bir dəfə daha mən bir proqram və ya protokol yazmaq idi.
sintaktik səviyyədə belə cümlə formasını və ya plug dizayn kiçik tikililər, sadə cümlələr, ağırlaşmaların minimum sayı iştirakı qeyd əsasən edilir. Bu sənəddə olan informasiya anlaşma unikallığı və sadəlik tələb edir.
Mətn səviyyədə onun strukturu standartlaşdırma yüksək səviyyədə var. Məsələn, hər bir ərizə və müraciətlər göstərir yuxarı sağ küncündə yerləşən mövzu ilə başlayır. Next icazə tarixi və imza bitir şərhdə özü mətn. sənədin yuxarı sol küncü tətbiqi ilə bağlı qətnamə tətbiq qalıb. bütün digər janrları eyni standartlaşdırma xarakteristikası.
sənaye tətbiqi
Kifayət qədər geniş nitq rəsmi iş stili. Nümunə mətn daim hər kəs tapılmadı. Buna görə də, bu stil tətbiqi sahəsində asılı olaraq, bir neçə sub-janrları bölünür.
Qanunvericilik alətləri cəmiyyətin hüquqi bazanın formalaşdırılması üçün istifadə olunur. Bu hər bir şəxs bu sənədin təsiri altına düşür yaşamaq olan qaydaları müəyyən. Həmçinin qanun qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyən edir.
Yurisdiksiya sənaye pozulması tapır və onun üçün bir cəza verir. Burada və müəyyən dəlil və ya hallarda ilə əlaqədar işin əfv və nəzərdən axtarmaq.
Çox ümumi inzibati rəsmi-işgüzar üslub. belə sənədlərin nümunələri hətta məktəb tədris almışdır. Bu fərdi təşkilatların fəaliyyəti və fərdi şəxsiyyətləri ilə qarşılıqlı tənzimləyən sənədlər daxildir.
son filialı – diplomatik. bu sahədə sənədlərin düzgünlüyünə From dövlətlər arasında əlaqələrin asılıdır. Bir yanlış söz və ya bir vergül qlobal münaqişə səbəb ola bilər.
janrlar
Təcrübədə, mətnlərin söz rəsmi-işgüzar üslub nümunələri müxtəlif malikdir. Zəng tamamilə bir məqalədə bütün janrları olduqca problemli olacaq. Ona görə də biz, onların ən məşhur diqqət sənayenin istifadəsinə bağlı olaraq qruplar onları ayırıcı.
qanunverici sənədlər hüquq, akt, qərar fərman daxildir. Onlar xüsusi təlim keçmiş insanlar tərəfindən yüksək səviyyədə həyata keçirilir.
Rus dilində rəsmi-işgüzar üslub sənayesinin yuristiktsii janrları qərarları, mülahizələr, kassasiya şikayətləri, axtarış zəmanət və ya həbs təqdim olunur.
İnzibati sənədlər – ən ümumi bəzi. Burada tətbiqi, tərcümeyi-hal, üçün, tövsiyə, faks, telefon mesajı aldıqdan və bir çox başqaları aiddir.
diplomatiya, ən çox istifadə müqavilələr, şərtlərə, müqavilələr, konvensiyalar.
Delovodstvo
Çox necə zəngin rəsmi-işgüzar üslub janrlarında haqqında bildirib edilmişdir. istifadə nümunələri hər zaman rast gəlinir. gündəlik həyatda istifadə olunan kimi, fəal stili. Ən tez-tez sənaye delovodstva onu baxan sadə man. işə zaman, CV, tərcümeyi-hal və əvvəlki iş istinadən açılan bir proqram yazırıq.
Əsasən, eyni strukturu haqqında bütün bu sənədlər. əgər Onlar imza və möhürlə təsdiq edilir Ana, təqdimatı izlədi müəllifi, mətn tərkibi göstərişi ilə başlayır.
ümumiləşdirmə
Rusiya filologiya rəsmi biznes sənəd stil dilində nitq istifadə fəal xarakteri daşıyır. Bu yüksək standart və dil bir qanunlarına zidd istifadə olunur söz və söz xüsusi dəsti var.
onlar daha gözəl səs üçün əvəzlik ədəbiyyat istifadə edərək əldə edilə bilməz nə bir aydın töhfə Məsələn, tavtalogiya, üslub səhvləri deyil.
Bu bütövlükdə təşkilat, dövlət və bütün hüquqi dünya ilə fərdi qarşılıqlı tənzimləyir çünki sizin həyat hər bir şəxs, bu stil istifadə etmək lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.