Rəsul Rzanın Qızılgül olmayaydı poemasının təhlili inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz
Ehhh indi bu cür radio teatrları olsaydı genclik bu qeder cahil olmazdı Allah rehmet eylesin
Rsul raz qızılgül olmayaydı
Gecə qapım döyüldü.
Görəsən, kimdir gələn!
– Kimsən?
– Mən!
Açdım qapını.
Baxdım.
Baxdım.
Yox, tanımadım.
Vahimədən qorxan körpə kimi
çəkildim addım-addım
Bəlkə də işıq azdı.
İllərin o tayından
gələn yorğun yolçunu
belə adi işıqda
tanımaq da olmazdı.
Başını qaldıranda,
gözlərim bircə anlıq
gözlərinə sataşdı.
Elə bil, kimsə birdən
köhnə, tanış kitabın
səhifəsini açdı.
Yenə qapandı kitab,
İndi qoçaqsan, buyur,
min bir varaq içindən
o bir səhifəni tap!
– Salam!
– Salam, buyurun!
Əynində nimdaş palto,
başında bir nimdaş şal,
nə ipəkdi, nə də yun.
Saçları ağ –
illərlə bağlı qalıb,
şəfəqini itirmiş
adicə gümüş kimi.
Gözlər – cüt qara ulduz;
quyuya düşmüş kimi.
Məlumdur ki, ağ saçlar
insanları ayıran
əlamət, nişan deyil.
Nə ipək, nə yun olan
qara bir şal, həmçinin.
Dalğaların köpüyü,
gecələrin örtüyü
bir əlamət olarmı
yollarında gəmiçinin?!
– İzin verin, mən asım.
– Yox, yox!
Özüm asaram.
Özü asdı paltonu.
Sonra da aram-aram
otağa göz gəzdirdi.
Birdən üzümə baxdı.
Dodaqları titrədi.
Elə bil,
oyuncağı qırılmış
uşaq kimi
hıçqırıb
için-için,
indi ağlayacaqdı.
Bir az keçdi, toxtadı.
Xəfif, kövrək təbəssüm
qondu dodaqlarına.
Bu zaman xatiratın
dolaşıq yollarında
bir fanar yandı-söndü.
Bir anlığa nə isə,
bu aydınlıq içindən
mənə tanış göründü
mənə əziz göründü.
Mümkündürmü bir ağır
qəbir daşı altından
insanı qaldıralar,
bu günə gətirələr?
Uzaq Nisyan çayının
soyuq dalğalarından
çıxdı,
gəldi,
dayandı
qarşımda xatirələr.
İllər qanrıldı geri.
Xatirələr illərin
ardından aşdı gəldi.
Yaddaşımın yolunu
gəzib dolaşdı gəldi�
� Qara saçlar,
həzin, qəmli baxışlar,
bir də�
o saçların kölgəsində titrəyən
səni oxşayan,
sənə sevgi dastanı deyən əllər.
Onun əlləri.
Bir uşaq kimi kövrək
o bədbəxtin əlləri�
Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasının təhlili inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz
Görkəmli söz ustadı Rəsul Rza dərin fəlsəfi məzmunlu və yüksək sənətkarlıqla qələmə alınan əsərləri ilə ədəbiyyat tariximizə həmişəlik daxil olmuşdur.
R.Rzanın yaradıcılığında «Qızılgül olmayaydı» poeması xüsusi yer tutur. Poema Azərbaycanın digər görkəmli şairi, repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunmuşdur. Əsər həyatdan vaxtsız getmiş şairə böyük məhəbbətlə qələmə alınmışdır. Müəllif vaxtilə dostluq etdiyi və yaxından tanıdığı M.Müşfiqin həyatının ayn-ayn məqamlarını təsvir edərək onun dolğun obrazını yaratmışdır. Əsərdə baş qəhrəman M.Müşfiqin adı az çəkilsə de, onun portreti əwəldən axıradək poemanı mütaliə edən oxucunun gözləri önündə qalır.
Poema bütünlüklə təhkiyə formasında qələmə alınıb. M.Müşfıqin sevimli həyat yoldaşı Dilbərlə söhbətdə müəllif dərin nisgil və kədərlə keçmişini yada salır. Xatirələr, yaşanmış illər kinolenti kimi onun gözləri önündən gəlib keçir. Xatirələrin mərkəzində M.Müşfıq dayanır. Müəllif onunla «Gənc işçi»də tanış olduğunu söyləyir. Onlann «könüllərinin gözü də, qəlblərinin içi də bir-birinə tez məhrəm olur». Beləcə, iki söz adamın dostluğunun təməli qoyulur və sonralar bu dostluq «şeirin səsi, şeirin nəfəsi, şeirin duzu ilə» bərkiyir. Poeziyaya olan böyük məhəbbət onlann mənəvi ehtiyacını ödəyir.
Ən vitaminli qidamız şeir idi.
Müəllif xatirələrində M.Müşfiqi sadə bir insan və böyük şair kimi canlandırır. O, əlbəttə ki, yaxşı insanların cərgəsində idi. Bütün yaxşı insanlar kimi ürəyi sadə idi, zəngin idi.
Şair kimi isə romantik təbiətli M.Müşfıq coşqun təbə malik idi. Müəllif xatırlayır ki, onun dodağı həmişə şeirli olardı, yuxuda da şeir yazardı. Həyatda heç nəyə, heç kimə baş əyməyən şair şeir dəlisi idi və özünü şeirin qulu sanırdı.
İstedadı, bütün varlığı ile poeziyaya bağlılığı M.Müşfiqə böyük şöhrət qazandırmışdı. Şeirləri dillər əzbəri idi. Məktəbli də, kəndli də, fəhlə də onu sevirdi. Bir şeir gecəsində yaşanan təsirli anlar bugünkü kimi müəllifin gözləri önündədir. Gecə başa çatdıqdan sonra qoca bir neftçi səhnəyə qalxıb M.Müşfiqi bağrına basır, sonra da onun şeirini təkrar edir:
Oxu tar, oxu tar!
Seni kim unudar?
Müəllifin qənaetinə göre M.Müşfiqin məşhur şair kimi formalaşmasına səbəb onun xalqa, torpağa, təbiəte, Vətənə bağlılığı, bir də həyat yoldaşı Dilbere qarşı qəlbində gəzdirdiyi böyük məhəbbət səbəb olmuşdur.
R.Rza «Qızılgül olmayaydı» poemasında yaxın dostu, böyük şair M.Müşfiqle bağlı xatirelərini çözməklə bərabər, həm də onun faciəsinin, acı taleyinin timsalında repressiya illərinin qorxunc mənzərəsini göz önündə canlandırmışdır. Bir axşamüstü iki dost sabah görüşmək ümidi ilə vədələşib ayrılırlar. Lakin sabah gəlir, gün keçir, şair gəlmir. Bu, repressiya dövrü üçün xarakterik hal idi. Rejim şexsiyyət azadlığını, fikir müxtəlifliyini qəbul etmirdi. Serbest düşünen və düşündüklərini sərbəst şəkildə ifadə edən insanlar amansız teqiblərə məruz qalır və çox halda da sorğu-sualsız ölüm hökmü ile cezalandırılırdılar. Ədalət məhkəmələri xalqın qarşısında yox, yeddi divar arxasında qurulurdu.
Müəllif o illərdə «ömrün yolunun qu körpüsünə bənzədiyini» xatırlayır.
Bu yolu gedən yalnız M.Müşfiq olmamışdır. Poemada taleləri Markaryanlar, Topuridzelər tərəfindən həll olunan və cinayətləri bilinmədən gedərgəlməzə göndərilən Hüseyn Cavid, Ruhulla Axundov, Əhməd Cavad, Cuvarlı kimi ziyalılarımızın adları xatııianır. Müəllif xalqın düşünən beyinlərinin məqsədli şəkildə aradan götürülməsini milli faciə kimi təqdim edir.
Poemada diqqəti çəkən məqamlardan biri də müəllifin etiraflarıdır. Şair M.Müşfiq kimi bir sənətkarı qırmızı terrordan qoruya bilmədiyi üçün özünü günahkar sanır. Hərçənd ki, bu o dövrdə heç mümkün də deyildi.
R.Rza cəmiyyətdə hələ repressiya xofunun qaldığı bir dövrdə ideoloji buxovları qıraraq qırmızı terror əleyhinə poema yazmaqla çox böyük cəsarət, milli təəssübkeşlik, əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir.
Rəsul Rza “Qızılgül olmayaydı” poeması
Если вам понравилось бесплатно смотреть видео rəsul rza “qızılgül olmayaydı” poeması онлайн которое загрузил Elxan Rza 24 августа 2016 длительностью 00 ч 28 мин 15 сек в хорошем качестве, то расскажите об этом видео своим друзьям, ведь его посмотрели 10 137 раз.
KİM JİNSOO
3 года назад
Bu gün de Mikayıl Müşfiqin anım günüdür Allah rehmet elesin
KİM JİNSOO
3 года назад
Ehhh indi bu cür radio teatrları olsaydı genclik bu qeder cahil olmazdı Allah rehmet eylesin
Lilyaa
3 года назад
Ольга Кузьмина
3 года назад
Kənan Huseynov
3 года назад
Sabah gəldi.
O gəlmədi
Şahin Qədimli
4 года назад
Ольга Кузьмина
4 года назад
Zəhra Məmmədzadə
4 года назад
Allah Rehmet elesin Seni kim unudar.
Dönməz Əmi
4 года назад
Salam elxan bəy, niyə kanala yeni videolar qoymursiz? Maraqlı kanaldır başkalarındansa. Davam etsəniz maraqlı olar yəqin. Mən bizim radio tamaşaları axtarıram amma tapa bilmirəm.
Murat güner
4 года назад
Dumanım serimde tüter, ne görünür nede biter..yüreğimi narlara ..atar, ben yanarım ömrüm yanar.
Fuad Dadashov
5 лет назад
Əmircanın 226№li məktəbində bizə dərs deyən ədəbiyyat müəllimi Oktay (70-ci ildə) bir gün dərsə balaca bir kitabça gətirmişdi. Dedi ki, bu kitabı hamınız oxumalısınız.(Bu Rəsul Rzanın “Qızıl gül olmayadı”). Bir də əlavə etdi ki, burada çoxlarının adı olmasa da kimlərin olması işarə etdi.
Tahirə Ağasiyeva
5 лет назад
Super. İndi belə padio teatrı hazırlanmır.
Aysel Quluzade
6 лет назад
Salam bagiliyin bu butov eserdi ? Men slayt hazirlamaliyam ona gore sorusuram Onceden tesekkurler
Comments are closed, but trackbacks and pingbacks are open.