Rəsul rza bolşevikyazə
Rəsul Rzanın bir xasiyyəti vardı. Kimsə sözü yerində işlədə bilməyəndə əsəbiləşirdi və dərhal ona düzəliş edirdi. Bir dəfə Yazıçılar Birliyinin iclaslarının birində çıxışçı “Rəsul müəllimin həyat yoldaşı Nigar xanım” deyəndə Rəsul Rza tez onun sözünü kəsir:
— A kişi, nə Rəsul müəllimin həyat yoldaşı?
Denən, Rəsul Rzanın arvadı! Adamın o qədər həyat yoldaşı var ki… Yol yoldaşı, iş yoldaşı, nə bilim, məslək yoldaşı… Kimə yoldaşlıq eləyirsənsə, o sənin həyat yoldaşın olur. Arvad sözünün isə bircə mənası var.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Xalq şairi Rəsul RZA.Seçmə şeirlər
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
Mən işığam – qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti –
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz –
ölərəm.
Məhəbbətsiz, nifrətsiz –
ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Torpaq bomboz;
elə bil ki, üzünə
dəmrov düşüb.
Bir yanda çadar-çadar,
bir yanda doxsan yaşlı qoca üzü kimi
bürüşüb.
Bir yanda anasını görmüş uşaq kimi
sevincli, çiçəkli,
bir yanda susuz.
Bir yanda sudan bezar.
Bir yanda qumu qaynar.
Bir yanda örtüyü qar.
Torpaq həm çörək verir bizə,
Həm su.
Həm son mənzilimizə yer verir.
Nəsil-nəsil qəlbimizdə yaşayır
onu itirmək qorxusu.
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
İşə susuz barmaqların
kədərini insan bilir.
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
ildən soruş!
Zülmətliyin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub açdım
neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam
Od nə çəkdi,
küldən soruş!
hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!
Bakı, yanvar, 1964
Uzun illər sıxdı məni:
gah çəkmələrim –
bəzən uzunu, bəzən eni ilə,
Gah ötüb keçən ilə təəssüfüm.
Gah ümidim, yeni ilə.
Gah dünyanın dərdi, qəmi sıxdı məni,
gah corablarımın boğazı,
Gah alçaq buludların qalın pərdəsi;
Gah bir nadan qələmindən
tökülən yazı.
Gah avtomat qələmin bahalığı.
Gah sözün ucuzluğu.
Gah köynəyimin yaxalığı.
Qırıb çıxmaq istədim
“olar”, olmaz” çərçivəsindən.
Dedilər yox, yox!
Dəblərə, qaydalara gir!
Vərdişləri, adətləri gözlə!
Sığallı dillə yaz!
Sıxdılar məni,
maddələrlə, sözlərlə…
İş otağım
on iki metr yarım.
Altısında
mən,
yazı masam,
həsrətim, ümidim.
Sabir.
Heminquey.
Tavandan süzülən damcıların izi.
Bricid Bordonun
bığsız, pişik üzü.
Falk, Mikayıl,
Tağı,
Bəhlulun nəvəsi.
İlk sırada olmaq
və qalmaq həvəsi.
Altı metr belə.
Altı yarım:
kitablar, kitablar, kitablarım.
Pəncərələr sıxdı məni
uzunsov dördbucaqda göstərib
küçənin evlərlə sərhədlənmiş yarğanını.
Maşınlar sıxdı məni
markalarına münasib.
Sıxdı məni vaqonların
güzgülü kupeləri və
yol hesabatını yoxlayan mühasib.
Məsafələr metrlərlə,
işıq kilovatlarla doldurulub.
Nəğmələr oktava içində
Xəstələrin hərarəti
dərəcələr içində.
İri meyvələr dənələrə,
üzüm-göz yaşı gilələrə dolub.
Şəhərimin yaşıllığı
ölçülüb, biçilib
salınıb rəqəmlərə.
Dağlar darıxıb göyə qalxıb
dərələr çöküb yerə.
Darıxır insan
hüdudlar, ölçülər içində.
Yayda uzun gündüzlər,
qışda uzun gecələr içində.
Deyirəm:
öləndə, atın
ən dərin dəryaya məni;
qaldırıb buludlardan yuxarı!
Son yolum uzun,
son mənzilim geniş olsun barı
Yox, yox.
Ən dərin dəryalar da
sahillərin çənbəri içindədir.
Görünür,
darısqallıq kənarda deyil;
hər meyvənin tumunda,
hər canlının hüceyrəsində,
hər binanın daşında, kərpicindədir.
Görünür,
yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə…
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
- 21 Mart-Novruz bayramıdı!
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Xalq şairi Rəsul Rza haqqında əhvalat və faktlar
Rəsul Rzanın atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanırmış. Atası İbrahim əyalətdə — Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da Mirzə İbrahim kimi məşhurlaşmışdı. Rəsul altı yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürür, sonacan «Rza» qalsa da, əslində familiyası Məmmədxanlı idi.
Doğum tarixi haqda dəqiq məlumat yoxdur. Özü tərcümeyi-halında yazır: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması ilə Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.
***
Anasının şairlik təbi varmış. Oxumağı bilirmiş, ancaq yazmağı yoxmuş. Şeirləri sinədən deyirmiş. Rəsul Rza bu haqda yazır: “İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şeirə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir”.
Uşaq vaxtı həm oxuyurmuş, həm də anasına kömək edirmiş. Məktəbdə oxuduğu zamanlar həm də kitabxanada işləyirmiş. Gəncədə texnikuma qəbul olunandan sonra isə oxumağa gedə bilmir. Anasının yanına qayıdır. Evdə onun köməyinə ehtiyac varmış…
Şeirlərindəki novatorluq qəbul olunmurdu. Bu yenilikçi təfəkkür rədd edilir və köhnə qəlibdən çıxa bilməyən şairlər onu sıxma-boğmaya salırdılar.
Müharibə illərində sarsıntılar keçirirmiş. Deyilənə görə, qorxunc bir müharibə axşamında hər ehtimala qarşı vida məktubu yazaraq şüşəyə tullayıb və kiminsə rastına çıxacağı ümidiylə dənizə atıb.
Səməd Vurğunla münasibətlərinin gərgin olması barədə müxtəlif söz-söhbətlər var. Bu gərginliyin səbəbinin estetik dava olduğu deyilir. Səməd Vurğun heca şeirinin ustası, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların arasındakı münasibət bəzən soyuq, bəzən isə dostcasına olub. Oğlu Anar yazır: “Atamın bir söhbəti də yadıma gəlir: “Bir dəfə Səməd mənə: sən kişisən – dedi — sənin yanında filankəs mənim barəmdə hərzə danışanda ağzından vurmusan”. Atam deyirdi ki, doğrudan belə bir məsələ olmuşdu və bunu Səmədə söhbətdə iştirak edən üçüncü bir adam çatdırıbmış. Amma Səməd Vurğun həmin o filankəsin ünvanına ana söyüşü söymək istəyib, atam qoymayıb və Səməd: Sən indi də kişi kimi hərəkət edirsən — deyib”.
Günlərin birində Rəsul Rzadan soruşurlar: — Səməd Vurğunla yola getmirsiniz. Səbəb nədir? Rəsul Rzanın cavabı: — Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb barışdığımız vaxtlar da olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib, ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.
Rəsul Rza Qazaxda Molla Vəli Vidadinin qəbrinin üstündə aşıqların çalıb-oxumağına etiraz edib.
— Bəsdirin, ayıbdı, qəbiristanlıqda çalıb-oynamayın.
Kimsə yerində donquldanıb:
— Bu göygöz “narodnunu” kim gətirib bura?
Səməd Vurğunla gərgin şeir mübahisələrinin birində məclisdən çıxandan sonra bir-birilərindən övladlarının hal-əhvalını soruşublar. Halbuki orda iştirak edənlər düşünüblərmiş ki, bu davadan sonra heç bir-birilərinə salam da verməzlər.
Rəsul Rza Səməd Vurğunla bağlı maraqlı bir etirafı da olub. Deyib ki, Səməd Vurğunun müasirlərindən fərqini görmək üçün fotolara diqqətlə baxın. Hamı şəkil çəkdirəndə onun başına yığışıb.
Rəsul Rzanın bir xasiyyəti vardı. Kimsə sözü yerində işlədə bilməyəndə əsəbiləşirdi və dərhal ona düzəliş edirdi. Bir dəfə Yazıçılar Birliyinin iclaslarının birində çıxışçı “Rəsul müəllimin həyat yoldaşı Nigar xanım” deyəndə Rəsul Rza tez onun sözünü kəsir:
— A kişi, nə Rəsul müəllimin həyat yoldaşı?
Denən, Rəsul Rzanın arvadı! Adamın o qədər həyat yoldaşı var ki… Yol yoldaşı, iş yoldaşı, nə bilim, məslək yoldaşı… Kimə yoldaşlıq eləyirsənsə, o sənin həyat yoldaşın olur. Arvad sözünün isə bircə mənası var.
“Azərdövlətnəşrkom”un sədri İsrafil Nəzərov bir neçə dəfə Rəsul Rzanın yanında yalançı çıxıb.
Günlərin birində ona zəng edib özünü təqdim edəndə Rəsul Rza zarafatla soruşur:
— Kimdi danışan?
— Rəsul müəllim, mənəm, İsrafil!
Rəsul Rza:
— Hə… Deyirəm, birdən adını da yalan deyərsən e…
Yazıçılar Birliyində ədəbi məclis… Rəsul Rza Məmməd Rahimin şeirlərini tənqid edir.
Məmməd Rahim tribunaya çıxıb üzünü Rəsul Rzaya tutur:
— Rəsul, bilmirəm sən niyə hər dəfə mənimlə kəllə-kəlləyə gəlirsən?
Rəsul Rza təmkinini pozmur:
— Məmməd müəllim, mənimki kəllə deyil.
Bildiyiniz kimi, şairə Nigar Rəfibəyli Rəsul Rzanın həyat yoldaşı olub (arvadı – Rəsul Rzanın düzəlişi ilə — red.) Nigar xanım xəstə olanda Rəsul Rza dünyasını dəyişib. Şairin ölümünü hamı Nigar xanımdan gizlədibmiş. Nigar Rəfibəyli Rəsul müəllimin Moskvada olduğunu düşünürmüş. Və ölənə qədər də elə bilib.
Rəsul Rza dilimizə yeni sözlər də gətirib. “Çimərlik”, “İşıqfor”, “Çilək” və s. Eyni zamanda Anar sözünü də o yaradıb və oğluna ad kimi qoyub. Bildiyiniz kimi, bu söz dilimizin “anmaq” felindən götürülüb. Anar bu gün Azərbaycanda ən çox qoyulan adlar siyahısındadır.
Oğlunun 14 yaşında yazdığı ilk yazısını oxuyanda deyib: “Sən də artıq yazıçı oldun”.
- Teqlər:
- Azərbaycan ədəbiyyatı
- , xalq şairi
- , Rəsul Rza
Comments are closed, but trackbacks and pingbacks are open.