Press "Enter" to skip to content

Qısa mühazirələr

Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı “Bolşevik yazı” “Bu gün” şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:

Rəsul Rza

Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910 [1] , Göyçay [1] – 1 aprel 1981 [2] [1] , Bakı [1] ) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951).

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Şəxsi həyatı
    • 6.1 Şeir topluları
    • 6.2 Poemalar
    • 6.3 Pyesləri
    • 6.4 Publisistika
    • 6.5 Tərcümələri

    Rəsul Rza 12 yaşında

    Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. [3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. [3] [4] Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. [3] “Poeziya zəhmət və ilhamdır” avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:

    Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış. Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır. [5] Uzun illər keçəndən sonra R.Rza yazmışdır:

    Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar. [5]

    Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə “Gənc işçi” ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış otmuşdur. [5] Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi “Xatirələr düzümü” poemasında da (1971) R.Rza “Gənc işçi” qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:

    İndi çörək dükanıdır
    o ilk tanışlığımız,
    ilk həyat məktəbimiz,
    ilk mübarizə meydanımız
    sevincimiz,
    həyəcanımız
    olan yer. .
    İndi sən yox,
    Müşfiq yox,
    Mikayıl yox,
    Faruq yox,
    Mehdi yoxdu.
    Tək necə qayıdım o günlərə
    Necə keçim o yolu.

    “Xatirələr düzümü”, Rəsul Rza [5]

    Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının “Qığılcım” almanaxında ilk şeri — “Bu gün” şeri dərc olunmuşdur. Həmin illərdə “Yeni fikir” qəzetində də şeirləri və hekayələri çıxmışdır. “Gənc işçi” redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində “Avropanın ölüm çağı”, “Arş”, “Bir avqusta”, “Qara yelin xəbəri” və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir. [5]

    R.Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — bu prosesin çox mühüm bir tərəfi idi. R.Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu. Dərc olunan ilk şeri “Bu gün”də bunu hiss elmək mümkündür. [5]

    Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı “Bolşevik yazı” “Bu gün” şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:

    Mənim şerim bu günün,
    bu gündü mənim şerim,
    bu günsüz yarın olmaz,
    bu gün yoxsa
    yarınlar da qurulmaz.

    “Bu gün”, Rəsul Rza [5]

    1926-cı ildə çap olunan “Qızıl gənc qələmlər” məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı. [5] R.Rzanın “Bolşevik yazı” şeri 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M.Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş “Yaradıcılıq ixtilaflarımız” məqaləsi üçün R.Rzanın bu şerinin misralarını epiqraf seçirdi:

    Mübarizə bu gün də var.
    yarın da.
    Mən də onun ən ön sıralarında.
    “Bolşevik yazı”, Rəsul Rza [5]

    Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R.Rzanın “Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair” kimi təqdim edirdi. R.Rza yalnız “Almaniya” poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı “Çapey”, “Cəlladları durdur”, habelə “Çinar” kitabındakı (1938) “Madrid”, “Həbəşistan” və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi. [5] Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı. R.Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb. [5] 1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər “Bəxtiyar” şeri idi. [5] R.Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə “Azərbaycan” jurnalında (№ 11) dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin “Duyğular…düşüncələr” kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun “Qırmızının ümid çaları”, “Firuzəyi”, “Qırmızının inam çaları”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı” poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir. [5] Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur. [3] 1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Şəxsi həyatı Redaktə

    Təltif və mükafatları Redaktə

    • Sosialist Əməyi Qəhrəmanı — 16 may 1980
    • “Stalin” mükafatı (3-cü dərəcə) — 1951 (“Lenin” (1950) poemasına görə)
    • “Azərbaycan SSR xalq şairi” fəxri adı — 21 may 1960
    • “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 17 iyun 1943
    • “Lenin” ordeni — 25 fevral 1946; 28 may 1970; 16 may 1980
    • “Şərəf nişanı” ordeni — 17 aprel 1938

    Rəsul Rza barədə olan fikirlər Redaktə

    Dünyanın və Azərbaycanın ictimai və siyasi xadimlərinin Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:

    • “Rəsul Rza romantik bir qəlblə yazdığı “İntiqam” şeri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.” — Səməd Vurğun[10]
    • “Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir.” — Süleyman Rüstəm[10]
    • “Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır.” — Mehdi Hüseyn[10]
    • “Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyacanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır.” — Əli Nazim[10]
    • “Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilmədikdə də həvəsdən düşməyən, “yoruldum” deməyən bir kəşfiyyatçı kimi, bir şair kimi təsəvvürümə gətirirəm…” — Süleyman Rəhimov[10]
    • “Rəsul Rza Cənubi Azərbaycandakı böyük və unudulmaz xalq hərəkatına həsr etdiyi şerlərində xalqımızın əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir.” — Mirzə İbrahimov[10]
    • “O, əks elədiklərini sənətkar təxəyyülündən, sənət süzgəcindən keçirir, özünə lazım olan şəklə salandan sonra ona şer donu geydirir.” — Əli Vəliyev[10]
    • “Mən Rəsul Rzanın şerlərini oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram. Bu şerlər adamı düşündürür, mənəvi cəhətdən təmizləyir, yüksəldir.” — Murtuza Nağıyev[10]
    • “Əgər şerimizi göylərə ucalan yaşıl bir çinara bənzətsək, Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından biridir.” — Məmməd Rahim[10]
    • “Rəsul Rza həyata, həyati hadisələrə şerin gözü ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan şairdir.” — Sabit Rəhman[10]
    • “Rəsul Rza isə dünyaya dedikləri üzərində deyilməyə macal tapmadıqlarının da kölgələri dolaşır, çünki hər bir həqiqi sənətkarların bədii sözü dünənli, bugünlü, sabahlıdır, dərinində millidir, rəngində şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya həmişə hərəkətdədir.” — Ənvər Məmmədxanlı[10]
    • “Onun poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır.” — İlyas Əfəndiyev[10]
    • “Onun şəxsiyyətindəki xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatır. Lakin bununla belə, o, ənənələrə qarşı ən cəsarətli davranan şairdir.” — Cəfər Cəfərov[10]
    • “Rəsul Rza poeziyası, sözün əsl mənasında, yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır.” — Qara Qarayev[10]
    • “Rəsul Rza filosofdur. “İki buruğun söhbəti” şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat , nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.” — Nazim Hikmət[11]
    • “Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. Məhz buna görə o, daim narahatdır, qəlbi daim çırpınır…” — Səttar Bəhlulzadə[12]
    • “O, xarakteri etibarilə heç vaxt dəyişməzdi.” — Mikayıl Abdullayev[12]
    • “Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır.” — Əhməd Cəmil[12]
    • ” O, yalnız doğma dilində yeni bədii forma yaratdığına görə deyil, həm də yalnız özünəməxsus şəkildə düşündüyü və duyduğuna, dünyanı və hadisələri dərk etdiyinə görə novatordur.” — Arseni Tarkovski[11]

    Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi

    Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir. [13] Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı onun adını daşıyır. [14] [15] [16]

    Filmoqrafiya Redaktə

    • Ağ rəngin simfoniyası (film, 2003)
    • Ana qaz (film, 2005)
    • Azərbaycan elmi (film, 1969)
    • Azərbaycan naminə! (film, 2004)
    • Bəxtiyar (film, 1955)
    • Böyük ömrün anları (film, 2006)
    • Dəcəl dəstə (film, 1937)
    • Dostluq himni (film, 1974)
    • Eldən soruş (film, 1980)
    • Göy rəngin melodiyası (film, 2003)
    • Kəndlilər (film, 1939)
    • Kölgələr sürünür (film, 1958)
    • Qırmızı rəngin ekspressiyası (film, 2002)
    • Qız qalası (film, 1984)
    • Qızıl gül olmayaydı. (film, 1965)
    • Qızıl gül olmayaydı. (film, 1990)
    • Mətbuat fədaisi (film, 2007)
    • Ordenli Azərbaycan (film, 1938)
    • Salam, Zeynəb! (film, 1982)
    • Tikdim ki, izim qala. III film (film, 1998)
    • Toğrul Nərimanbəyov (film, 1966)
    • Üzeyir ömrü (film, 1981)
    • Yaşıl rəngin qamması (film, 2002)
    • Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)

    Biblioqrafiya Redaktə

    Şeir topluları Redaktə

    Rəsul Rzanın “Həyat adaşı” şeirinin əlyazması

    • Mən torpağam [17]
    • Çağımdır mənim [17]
    • Vətən [17]
    • Anamın kitabı [17]
    • Uşaq oyunları [17]
    • İş günü [17]
    • İlqar [17]
    • Etiraf [17]
    • Аnd [17]
    • İtkilər [17]
    • Bir nəsil qocalsam da [17]
    • Çinaraltı [17]
    • Dünyanın dərdi [17]
    • Oxuya bilmədiyim kitab [17]
    • Hər fəslin öz gözəlliyi var [17]
    • İşıqlar üşüyəndə [17]
    • Yuxuma gəlmişdi Ezop [17]
    • Pəncərəmə düşən işıq [17]
    • Dözüm [17]
    • İnsan [17]
    • Aydındır şer dili [17]
    • Damğa [17]
    • Üzüyümün qaşı firuzədəndir [17]
    • Vaxt varikən [17]
    • Çinar ömrü [17]
    • Xəstələr evindən reportaj [17]
    • Torpaq olmuş sümüklər [17]
    • Qarabağ – baba yurdum [17]
    • Mirzə Cəlilin nisgilləri [17]
    • Təyyarədə düşüncələr [17]
    • Küçələr [17]
    • Dəniz haqqında nəğmələr [17]
    • Rəngli yuxular [17]

    Poemalar Redaktə

    • Qız qalası [18]
    • Babək [18]
    • Çapey
    • Son gecə [18]
    • Füzuli [18]
    • Qızıl gül olmayaydı [18]

    Pyesləri Redaktə

    Publisistika Redaktə

    • Poeziya zəhmət və ilhamdır [20]
    • Teleqram [20]
    • O gün – bu gün [20]
    • Əziz xatirələr [20]
    • Ötən günlər [20]
    • Milli şüur və milli iftixar [20]
    • Gözəl dost [20]
    • Uzaq ellərin yaxın töhfələri [20]
    • Müqəddimə [20]
    • Sağ ol, professor [20]

    Tərcümələri Redaktə

    • Esxil “Zəncirlənmiş Prometey” [21]
    • Nizami Gəncəvi “Xosrov və Şirin” [21]
    • Fransua Viyon “Boğazından dara çəkilməyə məhkum edilmiş Viyonun yazdığı dördsətirlik” [21]
    • Robert Berno “Uzaqda olanların sağlığına” [21]
    • Henrix Heyne “Yıldızarın lisanı” [21]
    • Mixail Lermontov “Demon” [21]
    • Nikolay Nekrasov “Rus elində kimin günü xoş keçir” [21]
    • İvan Turgenev “Mənsur şer” [21]
    • Taras Şevçenko “Muzdur qadın” [21]
    • Emil Verxarn “Belçikaya” [21]
    • Henri Lonqfello “Hayavata haqqında nəğmə” [21]
    • Volt Vitmen “Qartalların məhəbbət oyunu” [21]
    • Artur Rembo “Heyranlıq” [21]
    • Vladimir Mayakovski “Atlarla yaxşı rəftar” [21]
    • Marina Svetayeva “Yuxusuzluq silsiləsindən” [21]
    • Pol Elyar “Söndürülmüş işıqlar” [21]
    • Federiko Qarsiya Lorka “Gitara” [21]
    • Robert Frost “Bir dəfə nə isə olmuşdu” [21]
    • Rabindranat Taqor “Mənsur şer” [21]
    • İlya Selvinski “Mən bunu öz gözlərimlə görmüşəm” [21]
    • Yanka Kupala “O dələn kimdir” [21]
    • İrji Volker “Epitafiya” [21]
    • Eduardas Mejelaytis “Ürək” [21]
    • Kəmalədin Kamu “Qürbət” [21]
    • Nəcib Fazil Qısakürək “Otel otaqlarında” [21]
    • Fazil Hüsnü Dağlarca “Gönçəli Nizaminin türbəsi” [21]

    Qısa mühazirələr

    Əruz Azərbaycan poeziyasının ən aparıcı vəznlərindəndir. Klassiklərimizin əsərləri başdan-başa bu vəzndə yazıldığı üçün çox zaman əruza klassik vəzn də deyirlər.

    Əruz ərəb sözü olub, lüğəvi mənası geniş yol, bulud, dirək və s. anlamına gəlir. Şeirdə əruz misranın ölçüsü, vəzni deməkdir. Elə təsəvvür edin ki, əruz, onun müxtəlif bəhrləri və təfilələri misraların boy-buxununa uyğun gələn ülgüdür. Hər hansı məna yüklü misralara “paltar tikərkən” məhz uyğun gələn ülgüdən istifadə etmək lazımdır. Təfilələr söz qəlibidir. Müxtəlif bəhrlərin ayrı-ayrı şəkildə təkrarlanan qəlibinə uyğun olaraq söz seçmək xüsusi ahəngdarlıq, ritm əmələ gətirir.

    Bəzən bəstəkar hər hansı bir musiqi ərini yazır, sonra şairdən xahiş edir ki, onun ritminə uyğun şəkildə mətn yazsın. Musiqidə söz ülgüsü “balvanka” adlanır. Şair ona verilən balvankaların-söz ülgüsünün ritminə uyğun şəkildə mətn yazır. Balvankaya uyğun gəlməyən mətn musiqi üçün yaramır.

    Yeri gəlmişkən maraqlı bir faktı qeyd etmək istəyirik. Deyirlər ki, Üzeyir bəy M. S. Ordubadiyə balvanka verib həmin qəlibə uyğun mətn yazmağı xahiş edir. Ordubadi mətn yazır, ancaq zarafatla mətnin içində balvankanın özünü də verir: “Üç badam, bir qoz. “

    Əruz vəzninin yaradıcısı Xəlil ibn Əhməd ilk dəfə ritmik ərəb sözlərindən istifadə etməklə müxtəlif təfilələr – söz qəlibləri yaratmışdır.

    Azərbaycan ədəbiyyatşünaslığında əruzu elmi şəkildə araşdıran, onun Azərbaycan şerinə, dilimizin qayda-qanunlarına uyğunlaşması prosesini klassiklərimizin əsərlərinə istinadən öyrənən xdƏkrəm Cəfər əruz təfilələrinin Azərbaycan variantını yaratmışdır. Əkrəm müəllim faktlarla sübut edir ki, əsas məsələ təfilədəki sözün lüğəvi mənasında yox, onun ölçüsündə, ritmindədir. Əkrəm Cəfər “MəfA’ilün” əvəzinə “qələmdildil”, “Fə’ilAtün” əvəzinə “nüvədıldil”, “Fə’ilün” əvəzinə “dilpərdə”, “fA’ilAtün” əvəzinə “dilqələmdil”, “məfA’İlü əvəzinə “qələmpərdə” və s. işlədir. Bu təfilələrə görkəmli ədəbiyyatşünasımızın şərəfinə “Əkrəmi” (dil, pərdə, nüvə, qələm) adı verilmişdir.

    Məlumdur ki, klassiklərimiz ilk əsərlərini fars və ərəb dillərində yazmışlar. Əruz da ərəb dilinin qanunauyğunluqlarına daha çox uyğundur. Başqa dillərlə bərabər öz doğma dillərində də əsərlər yazan klassiklərimiz ərəb və fars dillərinin vəznindən istifadə etməyə çalışmış, bu qayda-qanunlar türk dilinin qayda-qanunlarına uyğun gəlmədiyi üçün türk əruzunda ilk vaxtlar müəyyən nöqsanlar özünü göstərmişdir. Lakin zaman keçdikcə görkəmli şairlər əruzu Azərbaycan dilinin qayda-qanunlarına uyğunlaşdırmışlar. Ə. Cəfərin söziəri ilə desək: “Əruz vəzni də şeir sənətinin bir vəzni kimi mənşəcə haradan gəlirsə gəlsin, bir sıra Yaxın Şərq xaiqları tərəfindən qəbul edilib, şairlər tərəftndən, o cümlədən Azərbaycan şairləri tərəfındən tətbiq edilmişdir. Lakin bu vəzn müxtəlif xalqların dili ilə birdən-birə deyil, əsrlər keçdikcə uyaraq müxtəlif şəkillərə girmiş, nəticədə ərəb, sonradan fars əruzları ilə yanaşı və onlardan bir sıra xüsusiyyətləri ilə fərqlənən uyğur, osmanlı, cığatay, özbək, Azərbaycan, türkmən, tatar əruzları meydana gəlmişdir.”

    Əruzdan istifadə olunan ilk vaxtlarda vəznin ölçüsünə, qəliblərinə uyğun gəlmədiyi üçün sözlər tələffüzcə gah uzadılmış, gah da qısaldılmışdır. Ədəbiyyatşünaslıq kitablarında uzanmalar imalə, qısalmalar isə zihaf adlandırılmışdır.

    Lakin zaman keçdikcə qüdrətli sənətkarlarımızən əməyi nəticəsində əruz Azərbaycan dilinin qayda-qanunlarına tam uyğunlaşdırılmışdır. Bu işdə M.Füzulinin və H. Cavidin xidmətləri əvəzsizdir. M. Müşfiqin, S. Vurğunun, S. Rüstəmin, Qabilin, B. Vahabzadənin, və başqalarının yazdıqları şeirlər göstərir ki, əruz müasir poeziyamız üçün də yarayan, əhəmiyyətini itirməyən bir vəzndir.

    Lakin klassiklərimizin yaradıcılıq nümunələri göstərir ki, bütün bəhrlərdə incə mənalı, gözəl bədii siqlətli əsərlər yaratmaq mümkündür. Şeirin zəif çıxmasının səbəbini vəzndə yox, sənətkar istedadının naqisliyində axtarmaq daha ədalətli olardı.

    Əruzun bəhrləri çoxdur. Azərbaycan poeziyasında isə əruzun ən çox işlənən bəhrləri bunlardır: həzəc bəhri, rəməl bəhri, rəcəz bəhri, mütəqarib bəhri, müzare bəhri, müctəs bəhri, xəfif bəhri, münsərih bəhri, səri bəhri, mütədarik bəhri, kamil bəhri.

    SƏRBƏST ŞEİR

    Şeir dili xüsusi quruluşa, ritmə, ahəngə, misradaxili fasilələrə malikdir. Təkcə zahiri ölçü, vəzn yox, eləcə də ahəng simmetriyası poeziya dilini gözəlləşdirir, onun musiqililiyini, eləcə də şeirin emosional təsir gücünü artırır. Lakin şeiri şeir edən təkcə ritm, ahəngdarlıq, qafiyə yox, birinci növbədə onun emosional məzmunudur. Bütün ölçüləri, daxili bölgüləri, qafiyələri yerli-yerində olan o qədər nəzm parçaları vardır ki, oxucunu həyəcanlandırmır, onda heç bir emosional duyğu oyatmır. Ona görə ki, bu tipli nəzm parçaları məzmunca qeyri-poetikdir. Rəsul Rza çox doğru qənaətə gəlir ki, poeziya qanuniləşmiş ölçü və qafiyə deyil, fıkrin, hissin, qavrayışın poetik ifadəsidir ki, bu da başqa komponentlərlə birlikdə sözü şeirə çevirir.

    Sözü şeirə çevirmək şairdən xüsusi istedad tələb edir. Şair dilin qanunauyğunluqlarını, şeirin texnikasını mükəmməl bilməsə, ağlına gələn ən gözəl poetik fikri belə lazımi səviyyədə oxucuya çatdıra bilməz. Şair, hər şeydən əvvəl, həyat hadisələrinə, hətta adi predmetə, ota, çiçəyə, quşa, böcəyə poetik gözlə baxmağı bacarmalıdır. Şeir texnikası, vəzn, ölçü, qafıyə, digər sənətkarlıq komponentləri öz gördüyünü oxuculara da göstərmək üçün şairin əlində bir vasitədir.

    Məlumdur ki, istər heca, istərsə də əruz vəzninin sərt qayda-qanunları vardır ki, şair bu qaydalara mütləq riayət etməlidir. Lakin çox zaman elə olub ki, vəzn boyunduruğu sözün boynunu yoluq edib, adi ahəngindən çıxrıb. Söz vəznə uyğun şəkildə ya sıxılıb, ya da dartılıb uzadılıb. Başqa sözlə desək, bəzən söz vəzn qəlibində özünü sərbəst hiss edə bilməyib. Xüsusən, əruz vəznində yazılan şerlərimizdə ülgüyə gəlməyən sözlərimiz ərəb və fars sözləri ilə əvəz edilib ki, bu da şeirimizin leksikonuna bir ağırlıq gətirib.

    Zaman keçdikcə şairlərimiz şeirin trafaret qəliblərindən yaxa qurtarmağa çalışıblar. Hələ XIV əsrdə Cəlaləddin Ruminin qafıyəni “Allahın şairlərə göndərdiyi bəla” adlandırması da sərt vəzn, qafiyə qanunlarına etirazın bir ifadəsi idi.

    Sərbəst şeir zamanın tələbi ilə yaranmış, sözü sərbəst ifadə etmək ehtiyacından doğmuşdur. Lakin bu fıkir sərbəst şeirin tarixi qədimliyini inkar etmir. İlk yazılı abidələrimizdən biri olan “Kitabi-Dədə Qorqud”dakı şeir parçaları sərbəst şeirin ilk nümunələri kimi maraqlıdır.

    Sərbəst şeir formalizmdən yaxa qurtarmaq ehtiyacından doğulmuşdur. Lakin o, nəsr yox, məhz şerdir. Elə buna görə də ahəng, ritm, vəzn, qafıyə sərbəst şeir üçün də əsasdır. Hətta əruz, heca vəznində yazılan şeirlərimizdə belə sərbəstliyə meyl özünü göstərməkdə idi. Belə ki, hər hansı bir şerin daxilində müxtəlif ölçülərdən müvazi şəkildə istifadə, misradaxili fasilələrin, qafiyə-lərin ayrı-ayrı formalarda təzahürü ənənəvi şeirin strukturundakı yeniləşmə meylinin ifadəsi kimi maraq doğurur.

    Sərbəst şeir məzmunun formadan daha üstün, aparıcı olmasının təzahürüdür. Sərbəst şeir sərt nəzm qaydalarına boyun əymir, bu cür şeirdə vəzn, qafiyə xətrinə fıkir təhrif olunmur. Əksinə, vəzn də, qafiyə də fıkrin ifadəsinə xidmət edir. Sərbəst şeir üçün birinci növbədə fikir, məzmun, ikinci növbədə isə forma gəlir. Sərbəst şeirdə fıkir zorla forma qəlibinə salınmır, əksinə, forma məzmuna uyğun şəkildə dəyişdirilir. Sərbəst şeirin sərbəstliyi də məhz buradan irəli gəlir.

    Sərbəst formada yazan şairin hər şeirində ritm, ahəng, qafıyə quruluşu başqa-başqa formalarda təzahür edir. Ayrı sözlə desək, canlı orqanizmi xatırladan hər şeir fərdi olduğu üçün onun poetik libası da özünəməxsusdur, digər şeirlərə bənzəmir.

Comments are closed, but trackbacks and pingbacks are open.