Press "Enter" to skip to content

Rti sözü azərbaycan dilində

70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

Dəyanət Babayevə şərti cəza verildi- Hökm

Oktyabrın 14-ü Nəsimi Rayon Məhkəməsində AXCP üzvü Dəyanət Babayevə hökm oxunub.

“Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, hakim AXCP fəalına 3 il azadlıqdan məhrumetmə cəzası verilməsini hökm edib, amma Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı 2 il şərti cəza ilə əvəzləyib.

Dəyanət Babayev digər AXCP üzvü Musa Rahimlə birgə ötən il noyabrın 7-də Bakının Nizami küçəsində ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol verməkdə, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib ona yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunur.

Maddə 70. Şərti məhkum etmə

70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.

70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.

70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.

şərti sözü azərbaycan dilində

Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 55.04 dəfə / 1 mln.

2002 •• 20.56
2003 ••••• 60.23
2004 ••••• 60.97
2005 ••••• 62.76
2006 ••••• 64.64
2007 ••••••••• 118.82
2008 •••••••••••••••••••• 286.74
2009 ••• 34.56
2010 ••• 36.58
2011 ••• 39.64
2012 ••• 35.45
2013 ••• 36.18
2014 ••• 35.52
2015 ••• 30.11
2016 •••• 48.94
2017 •••• 54.47
2018 ••• 38.36
2019 •••• 47.57
2020 •••• 55.70

şərti sözünün leksik mənası və izahı

1 sif. [ər.] 1. Aralarında şərtləşdirilmiş, qabaqcadan şərtləşmiş. Partizanlar meşənin kənarında durub şərti işarəni gözləyirdilər. S.Vəliyev. 2. Müəyyən şərtlərlə məhdud edilmiş, ancaq müəyyən şərtlər əsasında qüvvəsi olan. Şərti razılıq. Şərti cəza (cəzaya məhkum olmuş şəxsin sınaq müddəti ərzində heç bir günah işləmədiyi təqdirdə həyata keçirilməyən cəza). 3. Nisbi, məşrut; başqa şəraitdə başqa cür ola bilən. Həyatda bir çox şey şərti dir. Deyilənlərin hamısı şərti dir. 4. Həqiqətdə təsvir edildiyi, göstərildiyi şəkildə mövcud olmayan. Hüdudlar arasında şərti xətt çəkmək. Bir şeyin şərti təsviri. 5. Hadisəni olduğu kimi yox, simvolik surətdə əks etdirən, qeyri-real. Şərti səhnə kompozisiyası. Şərti gözəllik. Azərbaycan dilinin izahlı lüğəti

şərti sözünün rus dilinə tərcüməsi

1 условный, обусловленный Azərbaycanca-rusca lüğət

2 I прил. 1. условный: 1) установленный по условию между кем-л., понятный, известный только условившимся. Şərti siqnal условный сигнал 2) ограниченный, оговоренный каким-л. условием, имеющий силу только при наличии какого-л. условия. Şərti razılıq условное согласие, юрид. şərti cəza условное наказание, şərti azadetmə условное освобождение, şərti məhkumetmə (hökm) условное осуждение, условный приговор 3) являющийся следствием принятых в какой-л. среде норм, правил. Şərti adlar условные названия, əxlaq şərti məfhumdur мораль – понятие условное 4) не существующий на самом деле, лишь воображаемый, допускаемый мысленно. Şərti xətt условная линия, şərti sərhəd условная граница 5) являющийся символическим обозначением, изображением какого-л. реального предмета. Şərti işarələr условные обозначения 6) принятый за основу при вычислении объёма какой-л. работы, ресурсов и т.д. On min şərti banka десять тысяч условных банок, min ton şərti yanacaq тысяча тонн условного топлива 7) предусмотренный условиями, правилами (обычно какого-л. учебного занятия, тренировки, игры и т.п.). Şərti rəqib (düşmən) условный противник (соперник) 2. конвенциональный (условный, принятый, соответствующий установившимся традициям) II нареч. условно. Şərti cəza vermək осудить условно, şərti olaraq условно; физиол. şərti reflekslər условные рефлексы (рефлексы, которые вырабатываются в течение жизни высших животных организмов при обязательном участии коры больших полушарий головного мозга) Azərbaycanca-rusca lüğət

şərti sözünün inglis dilinə tərcüməsi

1 s. conditional, conventional; ~ razılaşma conditional consent; ~ işarə 1) conventional sign; 2) transcription; ~ ünvan agreed address; ~ siqnal prearranged signal; ◊ ~ refleks conditional reflex Azərbaycanca-ingiliscə lüğət

şərti sözünün fransız dilinə tərcüməsi

1 sif. conditionnel, -le, conventionnel, -le ; ~ işarə signe m conventionnel ; ~ razılıq consentement m éventuel ; ~ refleks reflex m conditionné Azərbaycanca-fransızca lüğət

şərti sözünün ləzgi dilinə tərcüməsi

1 [ər.] прил. 1. шартӀлу, шартӀ тир; шартӀунин; şərti işarə шартӀлу ишара, лишан (чпин арада виликамаз шартӀ хьанвай, яни икьрар хьана кьабулнавай; гьа кьабулайбуруз чидай лишан); 2. тайин шартӀаралди тир, шартӀ алай, шартӀ эцигнавай, шартӀ тунвай (мес. разивал, жаза); 3. масабрув гекъигай (кьур), масабруз килигайла тир; маса шартӀара маса жуьре жедай; 4. са кар авайвал ваъ, гьакӀ винелай къалурдай, герчег тушир, гьакъикъи тушир (мес. гуьзелвал). Azərbaycanca-ləzgicə lüğəti

Nurəddin Xocaya şərti cəza verilib

Nurəddin Xocaya şərti cəza verilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

28 Mart , 2019 15:16

https://static.report.az/photo/50761e2e-1599-478a-a28e-d0ec0768049d.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi ndə Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, M.Hacılının barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında N.Xocanın 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəmişdi. İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Comments are closed, but trackbacks and pingbacks are open.