Press "Enter" to skip to content

Rufiz qonaqov kitabı

Su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutuduğu mövqe də elə bundan ibarət idi.

Rufiz Qonaqov yeni kitabını təqdim etdi – Foto

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbiri açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov əsası ulu öndər tərəfindən qoyulan enerji siyasətinin uğurlarını qeyd edərək kitabın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov kitabın çox mühüm bir məsələyə həsr olunduğunu bildirib. Onun sözlərinə görə kitabın ən mühüm əhəmiyyəti ondadır ki, oxucuya çox mühüm tezislər və ismarışlar verir. Onun sözlərinə görə, bugünkü dünyada dövlətin fövqəldövlətliliyini enerji mənbələrinə və infrastrukturuna malik olması müəyyən edir:

“Kitabda çox maraqlı təhlillərdən biri də enerji ixracı məsələsində Azərbaycanın Rusiya ilə rəqib olacağına dair ermənipərəst dairələrin yaratdığı ajiotaja cavab verilir, faktlarla izah edilir”.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Xəzər regionunun enerji resursları üstündə müxtəlif güclərin hər zaman mübarizə apardıqlarını vurğulayıb.

Xəzərin statusu ilə bağlı illərlə danışıqlar aparıldığını qeyd edən S.Novruzov kitabın çox önəmli məsələlərə aydınlıq gətirdiyini bildirib.

Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə çıxışında ölkəmizin iqtisadi müstəqilliyinin bilavasitə enerji siyasəti ilə bağlı olduğunu bildirib:

“Əsrin müqaviləsini bağlayanda bizim valyuta ehtiyatımız çox az idi, indi isə 45 milyard dollardır. Heydər Əliyevin nüfuzu, danışıqlarda prinsipial mövqeyi bizim enerji siyasətimizdəki uğurların əsasını təşkil edir”.

Sonda çıxış edən Rufiz Qonaqov ali təhsil aldığı akademiyada olmaqdan məmnunluğunu bildirib:

“Biz ən qısa zamanda çalışacağıq ki, kitabı rus və ingilis dillərinə də tərcümə edək və onu dünya kitabxanalarına göndərək. Mən hörmətli professor Əli Həsənova öz minnətdarlığımı bildirirəm ki, o, işinin çoxluğuna rəğmən vaxt taparaq kitabın elmi redaktoru oldu. Digər rəyçilərə, bütün çıxış edənlərə, səfirlərə minnətdarlığımı bildirəm. Mən etimadı doğrultmağa çalışdım və Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalandığı 2018-ci ildə bu kitabı sizə təqdim edirəm”.

Rufiz qonaqov kitabı

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit nəhayətki baş tutub.

Unikal.org xəbər verir ki, sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanınimzalanması 22 il davam edən müzakirələrə son qoydu.

Sammitin gündəliyinə üş əsas məsələ daxil edilmişdi :-Su hövzəsinin hüquqi statusu , Xəzərdə əməkdaşlıq , regional və qlobal təhlükəsizlik məsələləri Sammitdə müzakirə mövzusu idi.

Bununla yanaşı , iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olaraq , müzakirə mövzularından idi.

Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi .Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbətdəki bu , həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatları var.

Əslində, Xəzərin statusuna görə mübahisələrin bu qədər uzun müddət sürməsinin əsas səbəbi də elə bu hesab olunur. İllərlə davam edən müzakirələr zamanı ən mübahisəli məqam Xəzərin göl və ya dəniz olması ilə bağlı idi. Çünki bu amil onun statusunun müəyyənləşməsində və bölgüsündə həlledici faktor idi. Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edirdi. Bu gün imzalanan Konvensiyaya görə 5 sahilyanı dövlət Xəzərin dəniz olması barədə ortaq razılıq əldə etdilər.

Su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutuduğu mövqe də elə bundan ibarət idi.

Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi TransXəzər Kəmərinə ciddi maneə törədirdi.

İmzalanmış bu Konvensiyaya görə sahil dövlətləri öz sektorlarında baş verən texnogen qəzalara görə birbaşa məsuliyyət öhdəliyi də götürürlər.

Razılaşmaya əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər.

Sammit çərçivəsində mütəşəkkil cinayətkarlıq, terrorizmlə mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç əlavə protokol da imzalanıb.

Beləliklə, 22 il davam edən müzakirələr tarixi sənədin – Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə başa çatdı. Bu Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirirərək , iqtisadi qüdrətini dahada artıracaq.

“Xəzər hövzəsi və Enerji təhlükəsizliyi” kitabı işıq üzü görüb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun «Xəzər hövzəsi və Enerji təhlükəsizliyi» adlı kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Ölkəmizin ümummilli lider Heydər Əliyev tərəfindən əsasları qoyulan balanslaşdırılmış enerji siyasəti kursunun həm də enerji təhlükəsizliyi baxımından təhlili məsələləri, İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi prioritetləri, Xəzər ətrafında uzun illər davam edən danışıqlar prosesi, Xəzəryanı dövlətlərin münasibətləri, əldə edilən nəticələrin təhlili tədqiqatın başlıca məqsəd və vəzifələrisırasındadır.

Təqdimat, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin anımıilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müəllif Rufiz Qonaqovu «Xəzər hövzəsi və enerji təhlükəsizliyi»adlı kitabı münasibətilə təbrik edərək tədbir iştirakçılarını salamladı. Başlıca prioritetləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün İlham Əliyevin praqmatik siyasi iradəsi ilə balanslaşdırılan Azərbaycanın enerji siyasətinin uğurlarını qeyd edərək «Xəzər hövzəsi və enerji təhlükəsizliyi» kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışdı.

Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov sözügedən elmi-tədqiqat əsəri haqqında çıxış edərək Rufiz Qonaqovun elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəmiyyətini vurğulayaraq iştirakçılara söz verdi.

Milli Məclisin Komitə sədri Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin enerji resurslarının kəmiyyəti qədər vacib əhəmiyyət daşıdığını bildirdi. Həmçinin qeyd etdi ki, müəllif kitabda dünya enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb, dünyada baş verən konfliktlər konteksində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyətini uğurla tədqiq etməklə yanaşı, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanlarını və onun üstün cəhətlərini sistemli şəkildə müqayisə edib.

Millət vəkili, akademik Ziyad Səmədzadə ölkəmizin XXI əsrdə enerji və enerji təhlükəsizliyi məsələləri istiqamətində ən sabit ölkə olacağını, bu gün İlham Əliyev tərəfindən davam etdirilən böyük layihələrin həm də regionu sabitlik diyarına çevirəcəyini bildirdi.

Kitabın daha bir rəyçisi olan fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə müasir insan amilinin inkişafında enerji və enerji təhlüksizliyinin vacibliyindən bəhs etdi.Kitabda bu məsələlərə müqayisəli yer ayrıldığını bildirdi.

Daha sonra, fəlsəfə elmləri doktoru Rövşən Məmmədov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov «Xəzər hövzəsi və enerji təhlükəsizliyi» kitabının geniş oxucu, eləcə də ekspertlər üçün vacib əhəmiyyət daşımasının aktuallığından söz açaraq bu gün nəinki regionda, eləcə də dünyada aktual paradiqma hesab edilən “enerji təhlükəsizliyi”nin təhlili məsələlərinin vacibliyindən bəhs etdilər.Tədbirdə xarici ölkələrin – xüsusən Xəzəryanı ölkələrin səfirləri və səfirlik nümayəndələri də iştirak və çıxışlar edib.

Tədbirin sonunda siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi və müasir Azərbaycan dövlətinin uğurlu enerji siyasəti ətrafında gələcəktədqiqatların müqayisəli metodlarla sistemləşdirilməsi zərurətindən bəhs edərək, Bakı-Tiflis-Ceyhan neft kəmərindən sonra TANAP, TAP kimi iri layihələrin nəinki regionda eləcə də dünyada mühüm sabitlik mənbəyi olacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Müəllif Ulu Öndər Heydər Əliyevin sitatını tədbir iştirakçılarının diqqətinə çatdırdı “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Məhz əsrin müqaviləsindən sonra Azərbaycanın beynəlxalq arenada tanınmasını və bir çox beynəlxalq səviyyəli layihələrə ölkəmizin qoşulmasının zəruriliyini qeyd edən Rufiz Qonaqov bu davamlı inkişaf siyasətinin uğurla Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini diqqətə çatdırdı. Rufiz Qonaqov Azərbaycanın təkcə tranzit ölkə deyil, həm də enerji mənbələri ilə zəngin olan bir ölkə olduğunu vurğuladı və Azərbaycanın öz enerji tələbatını daxili imkanları hesabına təmin etdiyini bildirdi. Müəllif Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində Azərbaycanda qaz ehtiyatlarının həcminin artmasını, milli enerji siyasətində qaz amilinin ön plana keçməsini, siyasi prizmada tranzit ölkələrdən asılılığın aşağı düşdüyünü, iqtisadi və geosiyasi maraqları olan güclü dövlətlərin, regional və qeyri-regional ölkələrin cəlb edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını çıxışında qeyd edərək tədbir iştirakçılarına bir daha öz dərin minnətdarlığını bildirdi.

Comments are closed, but trackbacks and pingbacks are open.