Press "Enter" to skip to content

Ramil Səfərov kimin əmisi oğlunu öldürüb? – Erməni qədər də olmadınız

Cin qeybi bilmədiyi kimi mələk, hətta Peyğəmbər də bilməz. Ancaq Allahü təala bildirərsə, əlbəttə onlar da bilər. (Cin 27)

Ruhun mahiyyəti və ruh çağırmaq

Sual: Ruhun mahiyyəti nədir? Ruh yuxuda ölüm halında olduğu kimi bədəndən ayrılır?
CAVAB
Ruhun mahiyyətini bilmək imkansızdır. Bir ayəti-kərimənin məalı belədir:
“Ruh haqqında soruşanlara de ki: Ruh Rəbbimin işlərindəndir, bu haqda sizə az məlumat verildi.” [İsra 85]

Ağlın qavradığı bilikləri anlayan, duyğu orqanlarından beynə gələn duyğuları qəbul edən, bədəndəki bütün qüvvələri, hərəkətləri idarə edən, istifadə edən ruhdur. Ruh, göz vasitəsilə rəngləri, qulaqla səsləri qavrayır, sinirləri hərəkə gətirir. Əzələləri hərəkət etdirir, beləliklə bədənə iş gördürür. Bu cür işlərə ixtiyari, yəni istəkli işlər deyilir. Ağıldan istifadə etmək, düşünmək və gülmək kimi şeyləri edən ruhdur. Ruh, parçalanmadığı və hissələrdən əmələ gəlmədiyi üçün heç dəyişməz, pozulmaz, yox olmaz. Ruh bir sənətkara bənzəyir. Bədən, sənətkarın əlindəki sənət alətləri kimidir. İnsanın ölməsi, ruhun bədəndən ayrılmasıdır. Bu da, sənətkarın sənət alətlərinin yox olmasına bənzəyir. (Əxlaqı-əlai)

İmam Qəzali həzrətləri buyurdu ki: Cəsəddən ayrılan ruh ya əzaba, ya nemətə qovuşacaq. Yaxşı olanların ruhları yüksələcək, pislərinki yeddi qat yerin dibinə enəcək. Bədəndən ayrılan ruh alətsiz, vasitəsiz olaraq hər şeyi bilir. Buna görə də çeşid-çeşid nemət və ya əzabla qarşılaşar. Ruh bədəndə ikən bir üzv, məsələn, insanın bir ayağı iflic olsa, ruh bu ayağa təsir edə bilməz. Ölüm isə bütün üzvlərin iflic olmasına bənzəyir, ancaq ruh bədəndən ayrıldıqda yenə bilir, görür, anlayır, sevinir, kədərlənir, bu halları yox olmur.

Yuxuda da, ölüm halında olduğu kimi ruh bədəndən ayrılır, lakin yuxuda ayrılması ilə ölüm əsnasında ayrılması arasında çox fərq var. Bir ayəti-kərimə məalı:
“Allah, öləcəklərin ölümləri anında, ölməyəcəklərin də yuxuları əsnasında ruhlarını alır. Ölmələrinə hökm etdiyi kimsələrinkini tutar, digərlərini bir müddətə qədər buraxar. Əlbəttə, düşünənlər üçün bunda alınacaq ibrətlər vardır” [Zümər 42]

İmam Rəbbani həzrətləri buyurdu ki:
Yuxuda ruhun bədəndən ayrılması, bir kimsənin səyahətə çıxması, öz vətənindən sevinərək ayrılmasına bənzəyir ki, gəzdikdən sonra sevinc içində yenə vətəninə qayıdır. Ölərkən ruhun ayrılması belə deyildir. Bu ayrılıq, vətəni dağılan, evləri, binaları yox olan kimsənin vətənindən ayrılması kimidir. Bunun üçündür ki, yuxudakı ayrılmasında sıxıntı və acı yoxdur. Əksinə, sevinc və rahatlıq vardır. Ölərkən ayrılmasında isə çox acılar və çətinliklər olur. Yatanın vətəni dünyadır. Ona dünyadakı kimi davranırlar. Ölənin isə vətəni dağılır, axirətə köçür. O axirət münasibəti görür. (3/31)

Allahü təala insanın ruhunu bilinməz şəkildə yaratdı. Ruh maddə, cisim deyildir, müəyyən bir yeri yoxdur. Ruh, bədənin nə daxilində, nə xaricindədir, nə bitişik, nə ayrıdır. Yalnız onu varlıqda durdurmaqdadır. Bədənin hər zərrəsini diri tutan ruhdur. Aləmi varlıqda durduran Allahü təala bədəni də ruh vasitəsilə diri tutmaqdadır. (1/287)

Ruh çağırmaq
Sual:
Bəzi ekstrasenslər, İtən şeyləri və başınıza gələcəkləri də bilirik deyirlər. Ekstrasens, fincanla ruh çağırarkən Filankəsin ruhu gəl deyir. Bu belədir? kimi bir sual soruşanda, fincan bəli və ya xeyr yazılı tərəfə, yaxud hərflər üzərində firlanaraq hərəkət edir. Beləliklə soruşulan şeyə cavab verilmiş olur. Bəzən təsadüf etdiyi də görülür. Bunun səbəbi nədir?
CAVAB
Qurani-kərimdə, qeybi Allahdan başqasının bilməyəcəyi bildirilir. (Cin 26)

Qeyb, duyğu orqanları ilə və ya hesablamaqla, təcrübə ilə anlaşılmayan məlumat deməkdir. Bir adamın qızılları oğurlanır. Ekstrasensə, ruhcuya və ya cindar adlanan adamlara gedirlər. Bunlar oğurlayanı tərif edir. Bəzən təsadüf etdiyi də olur. Oğurlanan şey bizə görə itkindir, amma oğurlayana və onu görən başqalarına görə itkin deyildir. Onu oğurlayanı bir cin görübsə, cin oğurlayanı tərif edəcək və o da tapılacaq. Cin qeybi bilmiş olmur. Ruh çağırırıq deyəndə də gələn cindir. Cin də gələcəyi, qeybi bilməz. Bilmədiyi Qurani-kərimdə yazılıdır. (Səbə 14)

Cin qeybi bilmədiyi kimi mələk, hətta Peyğəmbər də bilməz. Ancaq Allahü təala bildirərsə, əlbəttə onlar da bilər. (Cin 27)

Peyğəmbər əfəndimizin dəvəsi itdikdə, münafiqin biri “Cənnətdən, Cəhənnəmdən bəhs edir. Halbuki itkin dəvəsinin yerini belə bilmir” dedi. O anda Allahü təala dəvənin harada olduğunu Rəsuluna bildirdi. Peyğəmbər əfəndimiz cilovu bir ağaca ilişmiş vəziyyətdə dəvəni görüb tərif etdi. Getdilər, tərif edilən yerdə tapdılar. (M. Kainat)

Birgivi Vəsiyyətnaməsindəki “Bir kimsə, mən oğurlanmış şeyləri, itkin düşənləri və bunların yerlərini bilirəm desə, deyən də, buna inanan da kafir olar. Mənə cin xəbər verir, ona görə bilirəm, desə yenə kafir olar. Çünki cin də qeybi bilməz. Qeybi yalnız Allah bilir” yazısını Qadızadə belə izah edir:
“Qeybi, Allahü təalanın vəhy və ilham etdikləri də bilir. Cin qeybi bilməz. Lakin cin, mən övliyadan eşitdim ki, belə-belə imiş deyərsə, küfür olmaz. Ancaq cinlər yalan söylədikləri üçün onlar biz eşitdik desələr də inanmamaq lazımdır. Allahü təala vəhy yolu ilə Peyğəmbərlərə qeybi bildirdiyi kimi, ilham yolu ilə də övliyaya və möminlərə də bildirir.”

Allahü təala qeybi Peyğəmbərinə, övliyasına və istədiyi insana bildirir. Övliyanın kəramətləri çox görülmüşdür. Məsələn, Həzrəti Ömərin Mədinədən İrandakı ordusunu görüb, komandirə “Dağa çəkil dağa” dediyi məşhurdur. Övliyanın ruhları da yardım edə bilər. (Şəvahidün-nübüvvə)

Ruh çağıranlar, ölənin ruhu gəlir deyib milləti aldadırlar. Kafirlərin ruhları həbs edilmişdir. Gəlmələri mümkün deyildir. Müsəlmanların ruhları isə fasiqlərin, kafirlərin çağırması ilə gəlməz. Kafirlərin ruhları həbsdə olduğu üçün yuxuda belə görülməzlər. Şeytan onların şəklinə girib görünür. (Miftahül-Cənnə)

Ruhçuların ruh haqqındakı söylədiklərinin demək olar ki, hamısı yalandır. Çünki Qurani-kərimdə insanlara ruh haqqında çox az məlumat verildiyi bildirilir. (İsra 85)

Ruhçular, daha çox bir şey bildiklərini iddia edirlərsə, bu ayəni inkar sayılır. İmam Rəbbani həzrətləri, tənasühə inananın kafir olacağını bildirir. (C.2, m.58)

Pislərin halları
Dinə zidd hərəkətləri olan pis adamlardan da qeyri-adi bəzi hallar müşahidə oluna bilər. Belə adamları məqbul biri zənn etməməliyik! Dövrümüzdə belə qeyri-adi halları görülən kimsələrə tez övliya deyirlər. Bəlkə bunların çoxunun imanı belə yoxdur. Övliya olan kimsə kəramət göstərməyə utanır.

Muhamməd Məsum Sərhəndi həzrətləri buyurur ki:
“Başqalarının düşündüklərini kəşf etmək, itkin şeylərdən xəbər almaq və etdikləri duaların qəbul olması kimi Allahü təalanın adəti xaricində belə şeylərin bir insanda hasil olması, o kimsənin vəli olduğunun əlaməti deyildir. Bunlar istidrac sahiblərində də hasil olur. Riyazət çəkərək nəfslərini parladan kafirlərdə də hasil olur. Bəzilərində riyazət çəkmədən də hasil olmaqdadır. Övliya olmaq üçün riyazət çəkmək şərt olmadığı kimi, kəramət göstərmək də şərt deyildir. Ancaq riyazət çəkmək, xariqələrin çox olmasına yardım edər. Peyğəmbərlərdən başqa hər kəsin son nəfəsi şübhəlidir. Bu cəhətdən imansız ölməkdən çox qorxmaq lazımdır.” [Məktubatı-Məsumiyyə m. 182]

Allahü təala hər şeyi bir səbəb altında yaradır. Bu səbəblərə iş görə biləcək təsir, qüvvət vermişdir. İnsanların bütün hərəkətləri, işləri Allahü təalanın adəti içərisində əmələ gəlir. Allahü təala sevdiyi insanlara ikram olsun deyə, azılı düşmənlərini də aldatmaq üçün adətini pozaraq, bunlar vasitəsilə səbəbsiz şeylər yaradır. Bu qeyri-adi hallar beş çeşitdir:
1- Ənbiyadan meydana gələnə Möcüzə deyilir.
2- Övliyadan meydana gələnə Kəramət deyilir.
3- Övliya olmayan Müsəlmanlardan meydana gələnə Fərasət deyilir.
4- Fasiq və ya günahı çox olan Müsəlmanlardan meydana gələnə İstidrac deyilir.
5- Kafirlərdən zühur edənə Sehir deyilir.

Pis adamlardan və qeyri-müsəlmanlardan meydana gələn qeyri-adi halları əsas götürüb onları yaxşı bir adam zənn etməməliyik!

Cinlərin təsiri
Cin, insanın içinə girə bilər. Bu cəhət hədisi-şəriflə sabitdir. İnsanın hiss və hərəkət sinirlərinə təsir edərək, hərəkət və səs hasil edirlər. İnsanın özünün bu söz və hərəkətindən xəbəri olmaz. Beləliklə vaxtilə Romada, Peştdə və Türkiyədə danışan uşaq və xəstələr görülmüşdür. Bunları danışdıran cin uzaq ölkələrdəki və ya keçmiş dövrlərdəki şeyləri söylədiklərinə görə bəzi kimsələr bu uşaqların iki ruhlu olduğunu və ya başqa insanın ruhunu daşıdığını zənn etmişdilər. Bunun yanlış olduğunu dinimiz açıq-aşkar bildirməkdədir.

Sual: Ruh yorulurmu?
CAVAB
Ruh yorulmaz.

Sual: Heyvanların ruhu və ağlı vardırmı?
CAVAB
İnsanlarda olan ruhdan heyvanda yoxdur. Heyvandakı ruh ona həyatilik, yəni canlılıq qazandıran bir ruhdur. Ruhun farscası candır. Yəni heyvan da canlıdır. Amma bizdəki ruhdan onda yoxdur. Heyvanda ağıl da yoxdur. Şəhvətlərinə uymaları qəbahət sayılmır, amma ağlı olan insanda qəbahət sayılır.

İnsan ilə heyvanlar arasındakı ən böyük fərq insanın ruhudur. İnsanlıq şərəfi bu ruhdan gəlməkdədir. Bu ruh, ilk olaraq Adəm əleyhissalama verildi. İnsanlara məxsus olan bu ruh heyvanlarda yoxdur. Materialistlərin, filosofların bu ruhdan xəbərləri olmadığı üçün insanı meymuna yaxın zənn edə bilərlər. İlk insanların şəkli, quruluşu əsla meymuna bənzəməz, lakin bənzəsə belə insan insandır. Çünki ruhu vardır. Meymun isə heyvandır. Çünki bu ruhdan və ruhun hasil etdiyi üstünlüklərdən məhrumdur.

Sual: Heyvanların ruhunu kim alır?
CAVAB
Heyvanların insanlarınkı kimi ruhları yoxdur. Onlara həyat verən, yəni orqanlarının işləməsini təmin edən sinir sistemlərində bir qüvvə vardır. Bunu heyvani ruh və ya can adlandırmışlar. İnsanlarda da bu heyvani ruh olmaqla yanaşı, həmçinin Aləmi-əmrdən gələn ruhları da vardır. Əzrail əleyhissalam insanlara məxsus olan ruhu alır. Bunlardan fasiq və kafir olanların ruhunu isə digər mələklərə əmr edərək aldırır.

Ruh cisim deyildir
Sual:
Ruh cisimdirmi, bədənə necə təsir edir?
CAVAB
Eni, uzunluğu və hündürlüyü olan şəkil almış maddəyə cisim deyilir. Ruh, cisim deyildir. (İslam Əxlaqı)

İnsan, ruh deməkdir. Eşidən, etdirən və qüvvət sahibi olan ruhdur. Bədən, çalışmaqla yorulsa da, ruh yorulmaz. Bədəndə ruhun olması, süddə yağın olması kimi deyildir. Məsələn, qolu kəsilən adamın ruhundan əksilmə olmaz. Başqasının ürəyi ilə yaşayan bir insanın ruhunda dəyişiklik olmadığı kimi, əxlaqı pozğun olan kimsənin ürəyinin bu adama heç bir təsiri olmaz. Qəlblə ürək eyni şey deyildir. Ürək adlanan ət parçası heyvanda da var. İnsana məxsus olan qəlbə könül deyilir. Könül görünməz, lakin təsirləri ilə anlaşılır. Qəlb, elektrik cərəyanı, ürək də ampul kimidir. Ampuldakı elektriki, ampul işıq verdiyi zaman anlayırıq. Elektrik kimi, qəlb də maddə deyildir, bir yer tutmaz. Ürəkdə əsərləri görüldüyü üçün qəlbin yeri ürəkdir deyilir. Ürək nəqli sanki ampul dəyişdirməyə bənzəyir. Yəni nəql edilən ürək necə olursa-olsun, nəql edilən insanın qəlb qüvvəsinin təsiri görülür. Ampulun dəyişməsilə şəhər cərəyanında artıb-azalma olmadığı kimi, ürəyin dəyişməsilə qəlb qüvvəsinin təsiri dəyişməz.

Yanmaqda olan bir ampul çıxarıldıqda, yəni cərəyanla olan əlaqəsi kəsildikdə, cərəyanın bir miqdarı kəsilmiş olmaz. Başqa bir ampul taxılarsa onun da rezistr (müqavimət) naqilini isidib işıq saçmasına səbəb olur. Saleh bir kimsənin ürəyi fasiq kimsəyə və ya kafirə taxıldıqda, o kimsənin qəlbi yenə həmişə günah işləmək istəyər, pis şeylər düşünər. Həmçinin əksinə, fasiq insanın ürəyi, saleh bir kimsəyə taxılarsa, o kimsənin qəlbi yenə günah işləmək istəməz, daim yaxşı düşünər. Ürəyin mənəvi bir funksiyası yoxdur. Öldükdən sonra çürüyüb gedəcəkdir. Yaxud heyvan yesə və ya yansa fərqi yoxdur, çünki insan ruh deməkdir. Bədən dəyişsə də ruh dəyişməz.

İnsan, ruhu sayəsində ayaq üstə durur. Ağlı, düşüncəsi ruhu sayəsində vardır. İnsanın bədəni bir dülgərin alətləri kimidir. İnsan öldükdə alətləri olmadığına görə, ruh bu alətlərlə bir iş görə bilməz. Ancaq yenə də ruh ölü olmadığı üçün gedib-gəlir, insanları tanıyır. Hətta vəfat etmiş olan övliyanın ruhları insanlara yardım edir. Bu yardım etməsi dünyadakı bədənindəki alətlərlə deyildir. Allahü təala ruhlara alətsiz də iş görmə xüsusiyyəti vermişdir. Vəfat edən Xızır əleyhissalamın ruhu çox kimsəyə müxtəlif yardımlar etməkdədir.

Bir kimsəyə başqasının bütün orqanları nəql edilsə, o insanın ağlında, düşüncəsində dəyişiklik olmaz. Dülgərin köhnə alətlərinin yerinə yeni alətləri gəlmiş kimidir. Alət dəyişməklə dülgərin biliyi, qabiliyyəti dəyişməz. Kəsməyən bir mişar yerinə, yaxşı kəsən bir mişar gələrsə, işini daha asan görər. Görməyən gözün yerinə sağlam göz qoyularsa görər. Qanı, ürəyi, beyni də dəyişsə, yenə düşüncəyə təsir etməz. Sağlam orqan nəql edilibsə, daha asan, rahat iş görəcək, çünki insan ruh deməkdir. Bir insan ölməklə, hətta yanmaqla ruh yox olmaz. Sadəcə alətləri [bədəni] əlindən alınmış olur. Axirətdə ona yeni alətlər veriləcək, yeni bir bədən yaradılacaqdır. Ruh, ona verilən bədən sayəsində ya nemətə qovuşacaq, ya da əzaba düçar olacaq. Yəni ya Cənnətə, ya da Cəhənnəmə gedəcək.

Ruhun mahiyyətini bilməyən və ya Allahın qüdrətindən şübhə edən kimsə, insanın yandıqda yox olduğunu, qəbir sualı və qəbir əzabının olmadığını zənn edir. Halbuki qəbir sualı və azabı haqdır.

Abdulhaq Dəhləvi həzrətləri buyurur ki:
İnsan ölərkən ruhunun ölmədiyini ayəti-kərimə və hədisi- şəriflər açıq-aydın bildirir. Ruhun şüur sahibi olduğu, ziyarət edənləri və onların etdiklərini anladıqları da bildirilir. Vəlilərin ruhları diri ikən olduğu kimi, öldükdən sonra da yüksək mərtəbədədirlər.(Mişqat)

Ruh məxluqdur
Sual:
Bəzi insanlar “Quran Allahın kəlamı olub? məxluq olmadığı kimi, insanların ruhu da Allahın nəfəsidir, məxluq deyildir ” deyirlər. Ruhlar məxluq deyildirmi?
CAVAB
Bəli, ruhlar məxluqdur. Bu çox yanlış bir düşüncədir. İslam alimləri, “İnsan ruh deməkdir” buyurur. O zaman insan üçün məxluq deyil demək nə qədər səhv, nə qədər qəribədir. İmam Rəbbani həzrətləri buyurur ki:
Alimlərdən bir neçəsi, “Yeddi şey, yəni Ərş, Kürsü, Lövh, Qələm, Cənnət, Cəhənnəm və Ruh adlanan məxluqlar yox olmayacaq, sonsuz var olacaqlar” dedilər. Bu sözləri, bu məxluqlar yox ola bilməz demək deyildir. Allahü təala var etmiş olduğu şeylərdən dilədiklərini təkrar yox edəcək, dilədiklərini də yalnız Özünün biləcəyi fayda və səbəblərdən ötrü heç yox etməyəcək, bunlar sonsuz var olacaqlar. (Məktubat 3/57)

Ruhun çəkisini ölçmək mümkündürmü?
Sual:
“Biz, ruhu yaxşı bilirik. Ruhun çəkisi vardır. Bir kimsəni ölmədən əvvəl tərəzidə çəkdik, öldükdə 26 qram azaldı. Təcrübəylə sabitdir ki, ruhun ağırlığı 26 qramdır” deyənlər var. Ruhun mahiyyətini bildirən elm vardırmı?
CAVAB
Ruhun mahiyyətini bilmək imkansızdır. Bir ayəti-kərimə məalı:
“Ruh haqqında soruşanlara de ki: Ruh, Rəbbimin işlərindəndir, ruh haqqında sizə az məlumat verildi.” [İsra 85]

Allahü təala, “Sizə az məlumat verdim” buyurarkən, ruhçuların Allahı yalanlamış kimi, “Biz ruhu yaxşı bilirik” deyərək ruh haqqındakı söylədiklərinə etibar etmək olmaz. Sanki ruh bir maddə imiş kimi,”çəkisi 26 qramdır” demək çox səhvdir. Çünki İmam Rəbbani həzrətləri buyurur ki:
Ruh, hər şeydən daha yüngül [maddənin ən yüngülü olan hidrogen qazından, hətta bir elektrondan da daha yüngül] olduğuna görə, maddə belə sayılmadığı üçün hər nə ilə birləşərsə, onun halına, şəklinə və rənginə girər. (1/99)

Ruhların tanış olması
Sual: Bəzi insanlarla daha əvvəl tanışıq kimi onları sevir və rahatlıqla qaynaşa bilirik. Bunun səbəbi nədir?
CAVAB
Ruhlar yaradıldığı zaman bir-birlərilə tanış olanlar dünyada da bir-birlərini sevirlər. İki hədisi-şərif:
“Möminlərin ruhlarından ikisi aralarında bir günlük məsafə olduğu halda birləşirlər. Halbuki biri digərini heç vaxt görməmişdir.” [İ. Əhməd]

“Ruhlar yaradıldığı zaman tanış olanlar bir-birlərinə yaxınlıq göstərirlər, tanış olmayanlar bir-birlərindən nifrət edib qaçırlar.” [Müslim]

Ruh məkansızdır, maddə deyildir
Sual: Bir hekayədə bir alim 1915-ci ildə Məscidi-Nəbəvinin bir küncündə ağlayarkən oranın türbədarı ona nə üçün ağladığını soruşur. O da, “Rəsulullahla hər zaman görüşə bilirdim, amma indi görüşə bilmədiyim üçün ağlayıram” deyir. Türbədar gecə Rəsulullahı yuxusunda görür. Rəsulullahın türbədara, “Hal-hazırda Çanaqqaladayam və Türk əsgərlərinə yardım edirəm” buyurduğunu söyləyirlər. Bu hekayə uydurmadır düzdümü?
CAVAB
Bəli, tamamilə uydurmadır. Çünki ruh maddə deyildir, eyni anda birdən çox yerdə ola bilər. Türbədar [qəbri-şərifin gözətçisi] Çanaqqaladakı ruhu görür, amma alim olan insan niyə görə bilmir? Bu, xristian xürafəçilərin bir uydurmasıdır. Onlar belə şeylər uydurub arxasından Müsəlmanları ələ salırlar.

Əhməd ibn Hacəri Heytəmi həzrətləri buyurur ki: Rəsulullah əfəndimiz ölmək üzrə olan hər kəsə göründüyü kimi, müxtəlif yerlərdə, müxtəlif şəkillərdə bir anda görülə bilər. Bu hadisələr Allahü təalanın qüdrətinin böyüklüyünü göstərir. Allahü təalanın qüdrətilə övliya insanların müxtəlif şəkillər aldığı çox görülmüşdür. Həsən Musulinin və başqalarının belə göründükləri məşhurdur. (Fətavəl-kübra c.2 s.9)

Allahü təala, Əzrayıl əleyhissalama eyni anda birdən artıq insanın canını alma qabiliyyətini vermişdir. Bununla yanaşı, biri şərqdə, digəri qərbdə iki tələbəsi olsa, ikisinin də eyni anda əcəli gəlsə, mürşidi-kamil olan bir böyük şəxs ikisinə də yetişib, imanla ölmələrinə yardım etmə gücünü ehsan edər. Sələfilər Allahü təalanın belə bir qüdrətə sahib olduğunu anlaya bilmirlər.

Ruh və südün yağı
Sual:
Ruhu “Südün yağı kimidir” deyə tərif etmək doğrudurmu?
CAVAB
Doğru olmaz. Çünki ruh, maddə, cisim deyildir. Yağ isə maddədir.

Qurani-kərimdə ruhun mahiyyətinin bilinməyəcəyi bildirilir. Ruhun sadəcə bədəni ayaq üstə tutan, ona həyat verən bir qüvvə olduğu bilinir, mahiyyəti bilinmir. Ruhun nə olduğu deyil, daha çox nə olmadığı bilinir.

İsra surəsinin 85-ci ayəsi ruhun nə olduğu haqqında danışmağı qadağan etməkdədir. (İslam Əxlaqı)

Bədəndə ruhun olması, süddə yağın olması kimi deyil. Südün bir qismini götürdükdə yağın da bir qismi götürülmüş olur. Amma bir üzvü, məsələn, qolu kəsilən kimsənin ruhunda azalma olmaz.

Ruhu radio dalğalarına bənzətmək olar. Bu dalğalar maddə deyildir, yer tutmurlar, amma “Hər yerdə vardır” deyilir. Çünki hər yerdə olan radioda səs əmələ gətirirlər.

Ruhu elektrikə də bənzətmək olar. Yanmaqda olan bir lampa çıxarıldıqda, yəni cərəyanla olan əlaqəsi kəsildikdə, cərəyanın qüvvəsi kəsilmiş olmaz. Başqa bir ampul taxılarsa, onun da rezistr naqilini qızdıraraq işıq saçmasına səbəb olar. Lampa partladıqda cərəyan yox olmadığı kimi insan da öldükdə ruhu da ölmüş olmur.

Saleh bir insanın ürəyi fasiq adama və ya kafirə qoyulduqda, o adamın qəlbi yenə daim günah işləmək istəyər, pis şeylər düşünər. Əksinə, fasiq adamın ürəyi saleh bir adama qoyularsa, o kimsənin qəlbi yenə günah işləmək istəməz, həmişə yaxşı şeylər düşünər. Qəlb başqa, ürək başqadır. Qəlb də ruh kimi maddə deyildir. Maddə və cisim olan ürəyin mənəvi bir funksiyası yoxdur. Öldükdən sonra çürüyüb gedəcəkdir. Yaxud heyvan yesə və ya yansa fərq etməz. Çünki insan ruh deməkdir. Bədən dəyişsə də ruh dəyişməz, artıb-azalma olmaz. Buna görədir ki, “Ruh südün yağı kimidir” demək səhvdir.

Uydurma hekayə
Sual:
Ötən gün bir məqalədə Peyğəmbər əfəndimizin Çanaqqalada döyüşərək Müsəlmanlara yardım etdiyi inkar edilir. Möcüzəni necə inkar etmək olar?
CAVAB
Əsla heç bir Müsəlman möcüzəni inkar etməz. Peyğəmbər əfəndimiz də, övliya insanlar da Allahın izni ilə yardım edər. O məqalədə “Peyğəmbərimiz döyüşdə yardım etmədi, övliya insanlar yardım edə bilməzlər” deyilmir. Hekayədəki ziddiyyət budur ki:
Rəsulullah əfəndimizin (sallallahü aleyhi və səlləm), Çanaqqalada döyüşdüyü, yəni qəbri şəriflərində olmadığı üçün alim bir şəxs görə bilmir, ancaq türbə gözətçisi görə bilir. Çanaqqalada döyüşərkən görülmürsə, bəs gözətçi necə görə bilir? “Yuxudur, uzaqda da olsa görmək mümkündür” desələr, bəs hər gün görən alim şəxs niyə görə bilmir? Hekayəni uyduran adam görünür bu ziddiyyəti hesaba qatmayıb. “Filan saleh kimsə, bu hekayəni danışıb”deyirlər. Dində hər kəsin sözü ölçü olmaz. Ruhlar hər yerə gedə bilər. Mədinədə olan da görə bilər, Amerikada olan da görə bilər. Gözətçinin gördüyünü alim insan da görə bilər. Amma alim olan böyük bir insanın gördüyünü gözətçi görməyə bilər. Ziddiyyətli hekayə uydurub, təsəvvüf düşmənlərinin əlinə tənqid fürsəti verməmək lazımdır.

Ruhun və nəfsin qidası
Sual: Ruhun və nəfsin qidasının, ləzzətlərinin fərqli, bir-birinə zidd olduğu kitablarda bildirilmişdir. Buna baxmayaraq ruh necə olur ki, nəfsin qidasını öz qidası zənn edə bilir?
Cavab:
Mövzu ilə əlaqədar olaraq Məktubat kitabının 99-cu məktubunda buyurulur ki:
“Ruh ilə cəsəd hər cəhətdən bir-birinin əksi, ziddi olduğuna görə, bunların bir yerdə qala bilməsi üçün Allahü təala ruhu nəfsə aşiq etdi. Bu sevgi bunların bir yerdə qalmasına səbəb oldu. Qurani-kərim bu halı bizə xəbər verir. Vəttin surəsinin bir ayəsində məalən;
“Biz insanın ruhunu gözəl bir sürətdə yaradıb, sonra ən aşağı dərəcəyə endirdik” buyuruldu. Ruhun bu dərəcəyə düşürülməsi və bu eşqə tutulması, pisləməyə bənzəyən bir mədh, tərifdir. Beləcə ruh nəfsə qarşı olan bu eşqi, sevgisi səbəbilə özünü nəfs aləminə atdı və nəfsə tabe, əsir oldu. Hətta, özündən getdi, özünü unutdu, nəfsi-əmmarə halını aldı. Ruh, hər şeydən daha lətif, maddənin ən yüngülü olan hidrogen qazından, hətta bir elektrondan da daha yüngül olduğuna görə maddə belə olmadığına görə, hər nə ilə birləşirsə onun halına, şəklinə və rənginə girər. Özünü unutduğu üçün əvvəlcə öz aləmində, dərəcəsində ikən Allahü təalaya olan biliyini də unutdu, cahil və qafil oldu. Nəfs kimi cəhalət qaranlığı ilə qaraldı. Allahü təala çox mərhəmətli olduğu, rəhm etdiyi üçün Peyğəmbərlər göndərib, bu böyüklər vasitəsilə ruhu Özünə çağırdı və sevgilisi olan nəfsə tabe olmamasını, nəfsi dinləməməsini ona əmr etdi. Ruh bu əmri dinləyib, nəfsə tabe olmaz, ondan üz çevirərsə, fəlakətdən qurtular. Yox əgər, başını qaldırmayıb, nəfslə birlikdə qalmaq, bu dünyadan ayrılmamaq istəyərsə, yolunu azar, səadətdən uzaqlaşar.

Ruh, bu vəziyyətdə qaldıqca nəfsin qəfləti, cahilliyi, ruhun da qəfləti, cəhaləti olar. Yox əgər ruh, nəfsdən üz çevirib, ondan soyuyub, onun yerinə Allahü təalanı sevərsə və özü kimi bir məxluqu sevməkdən qurtulub, sonsuz var olana aşiq olub, bu eşq ilə özündən gedərsə, zahirin, yəni nəfsin qəfləti, cəhaləti, daxilə, yəni ruha sirayət etməz. O, Allahü təalanı bir an unutmaz. Nəfsin qəfləti ona necə təsir etsin ki, o nəfsdən tamamilə ayrılmışdır. Elə bu vaxt zahir qəflətdə ikən batin agahdır, oyaqdır. Hər an Rəbbi ilədir.”

Qəlb və ruhun mahiyyəti
Sual: Ruh necə və nə şəkildə bir məxluqdur, yaradılmışlardan nələrə bənzəməkdədir?
Cavab:
Qəlb və ruha qədim Yunan filosofları və bunların təqlidçiləri, Nəfsi-natiqə, qısaca nəfs demişdirlər. Halbuki, təsəvvüf və Əxlaq biliklərinin mütəxəssisi olan İmam Rəbbani həzrətləri nəfsin, qəlbin və ruhun bir-birindən fərqli məxluqlar olduqlarını və Nəfsi-natiqə nəfsin adı olduğunu bildirməkdədir. İsra surəsinin 85-ci ayəsində məalən;
“Səndən ruh haqqında soruşurlar. ‘Ruh, Rəbbimin yaratdığı məxluqlardan biridir’ deyə cavab ver” buyuruldu.

Bu ayəti-kərimə ruhun nə olduğu haqqında danışmağı qadağan etməkdədir. Buna görədir ki, İslam alimləri ruhun nə olduğu haqqında danışmaqdan çəkinmişdirlər. Lakin Qurani-kərimdən aydın olur ki, ruhun yalnız həqiqəti, nə olduğu haqqında danışmaq qadağandır. Yoxsa xassələrini, xüsusiyyətlərini danışmaq qadağan deyildir. Bu səbəbdən alimlərin çoxu tələbələrinə və sual verənlərə, qəlbin və ruhun cisim olmadıqlarını, bir Cövhəri-bəsit olduqlarını söylədilər. Ağlın qavradığı bilikləri anlayan, duyğu orqanlarından beynə gələn duyğuları qəbul edən, bədəndəki bütün qüvvələri, hərəkətləri idarə edən, istifadə edən daim bu ikisidir. Təsəvvüf böyükləri, kəlam alimləri belə söyləmişdirlər.

Sual: İnsan öldükdə ruhu necə olur, bir yerə gedirmi, yoxsa yox olur?
Cavab:
İnsan ölüb cəsəd çürüdükdə, qəlb və ruh yox olmaz. Ölmək, bunların bədəndən ayrılması deməkdir. Bədəndən ayrıldıqda mücərrəd, yəni maddi olmayan aləmə qarışırlar. Qiyamətə qədər yox olmayacaqlar. Din alimləri, filosoflar və mütəəssib olmayan fənn adamları belə söyləmişdir. Materialistlərdən az bir hissəsi bu söz birliyindən ayrılmış, doğru yoldan çıxmışdır. Bunlar insanı çöldəki otlara bənzətdilər. İnsan ot kimi bitir, böyüyür, yox olur, ruhu qalmayır dedilər. Belə söylədikləri üçün Xaşxaşilər, yəni Otçular adı ilə anıldılar. Din alimləri və filisoflar bu otçuların fikirlərini müxtəlif sübutlarla rədd etdilər.

Ruh aləmini ağılla anlamaq
Sual: Öz ağlını ölçü götürüb, təsəvvüf alimlərinin ruh aləmindən kəşf yolu ilə anlayıb bildirdiklərini ağla uyğun deyildir deyə qəbul etməmək həm ağla, həm də elmə uyğun olarmı?
Cavab:
Bu mövzuda Şihabüddin Sührəverdi həzrətləri buyurur ki:
“Milyonlarla ulduzun bir yerə yığılıb bir sistem əmələ gətirdiyini və hər sistemin fəzada pozulmadan hərəkət etdiyini söyləyən astronomların sözlərinə görmədən inanıldığı kimi, təsəvvüfçülərin kəşf etdikləri, bildirdikləri Aləmi-misal və ruh aləminə də inanmaq lazımdır.”

İnkar edənlərə deyil, xəbər verənlərə inanmaq doğru olar. Ağlı olan insan fənn elmindən xəbəri olan, Allahü təalanın varlığını və birliyini dərhal anlayıb və isbat edər. Axirətə inanmaq belə deyildir. Buna, Allahü təala xəbər verdiyi üçün inanmaq lazımdır. Halbuki, ağla tabe olan şəxsin özünün bu ruh aləminə və sirlərinə qovuşmasa, bilməsə, heç olmazsa, mümkün deyildir deyərək, rədd etməməlidir. Ağlına uyanların öndərlərindən olan İbn Sina, “Ola bilməsinin isbatı mümkün olmayan bir şeyə, ola bilməz deməməliyik. Çünki isbat etmədən ola bilməz demək, anlamadığına inanmamaq kimi ayıb və qüsurdur” demişdir.

Ramil Səfərov kimin əmisi oğlunu öldürüb? – Erməni qədər də olmadınız.

Avropa İnsan Haqları Məhkəməsinin dünənki qərarından sonra Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun adı ətrafında yenidən ajiotaj yaranıb. Əksəriyyət Ramil Səfərovun əməlini yüksək qiymətləndirib, onu müdafiə etsə də, Azərbaycan bayrağını ardıcıl təhqir etdiyi üçün layiq olduğu cəzanı alan erməni hərbçisi Qurqen Markaryana qahmar çıxanlar da az deyil.

Köhnə bayatılar yenidən səsləndirilir. Düz 16 ildir bəzi adamların dilindən eyni sözləri eşidirik: Ramil ermənini niyə yatdığı yerdə öldürüb?

İstintaq çoxdan başa çatıb, məhkəmə öz qərarını verib, Ramil Səfərov ömrünün ən gözəl 8 ilini qürbət ellərdə məhbəsdə keçirib. Amma hələ də ermənilərə qahmar çıxan bir qrup azərbaycanlı Ramilin yaxasını buraxmır. Sən demə, silahsız ermənini öldürmək kişiliyə sığmırmış…

David Xerdiyan adlı bir jurnalist var. Livanda yaşayır. Xocalı faciəsi baş verəndə David Dağlıq Qarabağda olub. Bu mənfur erməni öz millətinin Xocalıda törətdiyi vəhşiliklərdən necə ilhamlanıbsa, “Xaç uğrunda” adlı kitab yazıb. David öz kitabının 16-17-ci səhifələrində Xocalı soyqırımını belə təsvir edir:

“Martın 2-də “Qaflan” erməni qrupu yüzlərlə alçaq türkün cəsədini toplayıb Xocalının bir kilometrliyində ayrı-ayrı tonqallarda yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlaşma və imdad səsləri gəlirdi. ”

Sosial şəbəkələrdə Ramil Səfərova diş qıcayan adamlardan soruşuram: bir dəfə görmüsünüzmü ermənilər 10 yaşlı azərbaycanlı qızı qulaqlarından tutub cəsədlərin içinə atan, sonra da meyitlərlə birlikdə onu da diri-diri yandıran alçaq Tiqranyanın fəaliyyətini tənqid etsinlər? Hansısa erməninin o şərəfsiz Tiqranyana “10 yaşlı uşağı yandırmağa necə əlin gəldi? Tonqalda yandırdığın o körpənin çığırtısını eşidəndə, heç vicdanın sızladımı?” dediyini eşitmisinizmi? Mən sizin kar, kor, şil olmadığınızı yaxşı bilirəm. Onu da bilirəm ki, sizdən fərqli olaraq, ermənilər öz qəhrəmanlarını aşağılamağı özlərinə rəva bilmirlər. Ermənilərin özlərinə rəva bilmədiklərini siz necə özünüzə rəva bilirsiniz? Erməni qədər də olmadınız.

Jurnalistin işi sual vermək, araşdırmaqdır. Markaryana canı yananlara daha bir sualım var: Zori Balayanı tanıyırsınız? Əminəm ki, tanımayanlar bu sətirləri oxuyandan sonra tanıyacaqlar. Həmin Balayan özünün “Ruhumuzun dirçəlişi” adlı kitabında ermənilərin Xocalıda törətdikləri soyqırım haqqında belə yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasnını dəyişdi. Ruhum sevincdən qanadlandı. Daha sonra Xaçatur ölmüş uşağın cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı”.

Bəlkə bu əməlinə görə Xaçaturu söyən, onun pis sifətinə tüpürən hansısa ermənini tanıyırsınız? Bu suallara cavab verməyən adamların Ramil Səfərovdan hesab sormağı ədalətsizlikdir. İnsan ömründə heç olmasa bir dəfə ədalətli olmağı bacarmalıdır…

Əmim oğlu Mais Verdiyev 1993-cü ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Maisi ermənilər öldürüb. Ramil Səfərov Maisi öldürən erməninin əmisi oğlunu öldürüb. Ramil Səfərov Xocalıda, Malıbəylidə, Qaradağlıda günahsız insanları qanına qəltan edən ermənilərin əmisi oğlunu öldürüb. Qurqenin ölümü sizi niyə bu qədər yandırır? Siz kimin əmisi oğlusunuz: Ramilin, yoxsa Qurqenin?

Seymur VERDİZADƏ

Ruhumun dirçəlişi

Tamam Cəfərova: “Şuşanın tarixi simasının bərpası, tarixi ruhunun dirçəlişi prezidentimizin adı ilə bağlıdır”

Məlum olduğu kimi, prezident İlham Əliyev 2021-ci ilin 30 avqust tarixində Şuşaya səfər edib, ölkəmizin mədəniyyət paytaxtında Vaqif Poeziya Günlərinin açılış mərasiminda iştirak edib.

Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə dövlət başçısının Şuşa səfəri, səfər əsnasında səsləndirdiyi fikirlər, Şuşada həyata keçirilən işlər və s. kimi məsələləri şərh etməyə çalışdıq.

-Tamam xanım, avqustun 30-da Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi. Sizcə uzun fasilədən sonra bu ənənənin yenidən bərpası necə dəyərləndirilə bilər?

-Şuşada Vaqif Poeziya Günlərinin uzun fasilədən sonra yenidən təşkili çox mühüm hadisədir. Bu hadisə həm ədəbi, həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.

Bildiyiniz kimi, 1992-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən işğalından sonra Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa da işğal altındakı digər rayonlarımız kimi erməni vandalizminə məruz qaldı. Lakin 44 günlük Vətən müharibəsinin gedişində – 2020-ci ilin noyabrın 8-də Şuşa erməni işğalından azad edildi və Prezident İlham Əliyev bu tarixi müjdəni Azərbaycan xalqına çox böyük həyəcan və qürurla xəbər verdi.

Vaqif Poeziya Günlərinin keçirilməsi gözəl bir ənənəyə söykənir. Bildiyiniz kimi, Şuşada Vaqifin məqbərəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ilin 14 yanvar tarixində açılıb, ölkə həyatında böyük ədəbi-mədəni hadisə kimi qeyd edilib. Və 1982-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri böyük bir təntənə ilə keçirilib, ölkəmizin hər yerindən çoxsaylı ziyalılar, şairlər, yazıçılar, mədəniyyət xadimləri bu tədbirdə iştirak edib, hər belə tədbir respublikamızda ədəbi proseslərə böyük təkan verib. 2021-ci il avqustun 30-da yenidən Vaqif Poeziya Günlərinin keçirilməsi həmin ənənənin bərpası deməkdir. Biz buna görə ölkə başçısına, o cümlədən hörmətli Birinci vitse-prezident Mehriban xanıma minnətdarıq. Onu da xatırladım ki, Molla Pənah Vaqifin məqbərəsinin bərpası məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Bu fakt bir daha Heydər Əliyev Fondunun ölkəmizin sadəcə sosial həyatında deyil, həm də mədəni həyatında nə qədər mühüm rol oynadığını göstərir.

Vaqif Poeziya Günlərinin keçirilməsinin həm də siyasi əhəmiyyəti mövcuddur. Çünki Vaqif XVIII əsr Qarabağının siyasi həyatında İbrahim xanın vəziri kimi böyük rol oynayıb, xanlığın xarici düşmənlərdən qorunmasında, onun müdafiəsinin təşkilində yaxından iştirak edib. Bu baxımdan Molla Pənah Vaqif sadəcə şair kimi deyil, həm də siyasi xadim kimi xarakterizə oluna bilər.

Vaqif Poeziya Günlərinin keçirilməsi başda Ermənistan olmaqla onların havadarlarına həm də siyasi mesajdır. Bu mesajın mahiyyəti bundan ibarətdir ki, heç bir qüvvə Azərbaycanın iradəsinə qarşı gələ, onu öz ərazisinin bir qarışından belə imtina etməyə məcbur edə bilməz. Azərbaycan öz torpaqlarının şəriksiz sahibidir və bu torpaqlarda bundan sonra da böyük ədəbi-mədəni tədbirlər keçirməklə öz zəngin mədəniyyətini bütün dünyaya nümayiş etdirəcək.

-Tamam xanım Şuşada cari ilin may ayında keçirilən “Xarıbülbül” festivalı da böyük mədəniyyət hadisəsinə çevrildi, xalq tərəfindən coşğu ilə qarşılandı. Bu festival və onun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Bu ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” festivalı ölkəmizin mədəni həyatında böyük hadisə olmaqla yanaşı, həm də yeni bir dönəmin başlanması demək oldu. Azərbaycanın böyük sənət adamlarının, mədəniyyət xadimlərinin iştirak etdiyi festival mahiyyət etibarı ilə həm də ölkəmizin 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyətinə həsr edilmişdi. Bu festivalda səsləndirilən vətənpərvərlik mahnıları, muğamlarımız xalqımızın tarixi qəhrəmanlığından, vətənpərvərliyindən xəbər verən, öz elinə, yurduna, torpağına, bayrağına sadiqlikdən bəhs edən müqəddəs nəğmələr idi. Başqa sözlə desək, bu festival tarixi qələbəmizin musiqi dili ilə vəsfi idi. Elə bu səbəbdən də “Xarıbülbül” festivalı ikiqat bayram kimi qeyd olundu və bundan sonra da hər il müntəzəm şəkildə qeyd olunacaq.

-Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında Şuşada çox böyük quruculuq işləri həyata keçirilməkdədir. Bugünə qədər gerçəkləşən layihələri, görülən işləri Şuşanın dirçəlişi baxımından necə dəyərləndirirsiniz?

-Şuşanın bərpası prosesinə 2021-ci ilin 14 yanvar tarixindən start verilib və bu müddət ərzində mədəniyyət paytaxtımızda həqiqətən də mühüm işlər görülüb.

Azərbaycan Şuşanın bərpası prosesinə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə start verdi. İlk növbədə, Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilən Zəfər yolunun çəkilişinə başlanıldı. Şəhərin içindəki bir sıra yollar təmir edildi, istismara yararlı vəziyyətə gətirildi. Şəhərin elektrik enerjisi və su təminatı reallaşdırıldı. Hansı ki, bütün bunlar ilkin və zəruri vasitələr olmaqla yanaşı, digər layihələrin reallaşması üçün də təməl rolunu oynadı.

Şuşada eyni zamanda tarixi abidələrin bərpası prosesinə start verildi ki, bu da dövlətimizin, xalqımızın öz tarixinə, mədəniyyətinə verdiyi dəyəri göstərir.

İlk gündən təmir prosesinə cəlb edilən sosial obyektlərdən biri də məscidlər oldu. Artıq Yuxarı Gövhərağa məscidində işlər başa çatmaq üzrədir. Daha iki məscidin – Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri də nəzərdə tutuklub ki, bu işlər də Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdiriləcək. “Xarıbülbül” hotelinin istifadəyə verilməsi, şəhərdə ticarət mərkəzlərinin, inzibati binaların fəaliyyəti qısa zamanda Şuşada həyata keçirilən işlərin miqyasıdnan xəbər verir.

-Tamam xanım, Şuşa və işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən bütün bu işlər dövlətimizin iqtisadi gücünün böyük, xalqımızın qurub-yaratmaq əzminin nəhayətsiz olmasının növbəti təsdiqi sayıla bilərmi?

-Şübhəsiz. Azərbaycan uzun illərdir ki, öz iqtisadi gücünə görə bütün regionda birinci yerdə qərarlaşıb. Xatırlayırsınızsa, hələ müharibədən öncə Prezident İlham Əliyev dəfələrlə Ermənistana müraciət etmiş, onu işğaldan əl çəkməyə çağırmışdı. Ölkə başçısı bəyan etmişdi ki, əgər Ermənistan işğalçılıq siyasətindən, torpaq iddialarından, xəstə düşüncələrdən əl çəksə, o zaman Azərbaycanın moderatorluğu altında reallaşan regional və beynəlxalq layihələrdə iştirak edə, bundan iqtisadi baxımdan yararlana bilər. Ölkə başçımız bildirirdi ki, işğaldakı torpaqları azad etməyə Azərbaycanın kifayət qədər gücü var. Lakin Azərbaycan sülhpərvər dövlət olduğu üçün problemin hərbi yolla həllini istəmir. Ancaq təəssüflər olsun ki, “Böyük Ermənistan” xülyasına qapılan rəsmi İrəvan bu çağırışlardan heç bir nəticə çıxarmadı. Nəticədə, Azərbaycan ordusu qısa zamanda – cəmi 44 gün ərzində işğal edilmiş əraziləri azad etdi, Ermənistanın hərbi potensialının 80%-ni sıradan çıxardı. Bu, ölkəmizin hərbi qüdrətinin təcəssümü idi.

İşğaldan azad edilən rayonlarımızda, o cümlədən Şuşa şəhərində həyata keçirilən böyük layihələr isə həm də dövlətimizin iqtisadi gücünü, maliyyə potensialını, eyni zamanda xalqımızın qurub yaratmaq əzmini göstərir. Baş verənlər əyani şəkildə göstərir ki, Azərbaycan hərbi müstəvidə, diplomatik müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də aparıcı gücdür və onunla regionun heç bir dövləti bu baxımdan müqayisə oluna bilməz.

Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq prosesi sadəcə qurub-yaratmağa xidmət etmir. Bu proses həm də Ermənistanı, onun dağıdıcı siyasətini, barbar obrazını ifşa edir. Ermənistanın törətdiyi dağıntılar fonunda gerçəkləşən bu quruculuq prosesi bütün dünyaya göstərir ki, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı yaradıcı xalqdır. Azərbaycan xalqı hər zaman sivilizasiyanın inkişafına, onun yeni dəyərlər əsasında daha da zənginləşməsinə töhfələr verib və bu gün də verməkdədir. Və ən əsası Azərbaycan xalqı öz əzmi, zəhmətkeşliyi, yaratmaq bacarığı ilə bütün bəşəriyyətə sübut edir ki, dünyanın bu məsələdə ondan öyrənməli olduğu hələ çox şeylər var.

Seymur ƏLİYEV

Comments are closed, but trackbacks and pingbacks are open.