Rus dili öyrənməyin 6 qısa yolu
Rus dilinin öyrənilməsi ən çətin dillərdən biri hesab olunur. Rus qrammatikası qaydaları çox mürəkkəbdir və bir çox istisnalar vardır. Bundan əlavə, bir çox tələbə tələffüzlə bağlı problem yaşayır. Sözlərdə vurğu əsasən gözlənilməlidir və çoxlu homofonlu isimlər var. Rus dilində sözlərdə “sərt” və “yumşaq” səsləri ayırd etmək lazımdır. Lakin bütün bunlar sizi ruhdan salmasın. Siz ilk olaraq özünüz dili öyrənməyə başlayaraq daha sonra peşəkar müəllimlərdən dərs ala bilərsiniz. Beləliklə rus dili səviyyənizdə xeyli irəliləyişlər olacaqdır.
Rus dili oyrenmek
Rus dili oyrenmek istəyən çox sayda insan vardır. Sovetlər Birliyindən ayrılmağımıza baxmayaraq hələ də ölkəmizdə, xüsusilə də paytaxt Bakıda rus dilində danışan, rus dilindən gündəlik danışıq dili kimi istifadə edən çox sayda insan vardır. Məhz buna görə də bu dili öyrənmək ölkəmizdə vacib, haradasa məcburi hesab olunmaqdadır. Çünki istənilən məkana girdikdə, iş üçün müraciət etdikdə rus dilində danışıq tələb edilir. Rus dilinə bu qədər üstünlüyü verilməsi ilə bağlı, dövlət hesabına rus dilində tədris edən çox sayda məktəblər mövcuddur.
Rus dilini bilməyənlər üçün bu dili öyrənmək çətin proses kimi görünməsə də düzgün kurs yaxud müəllim seçildiyi təqdirdə siz müəyyən müddət ərzində arzu etdiyiniz nəticə üçün müəyyən yol qət edə biləcəksiniz. Bakıda və eləcə də bir çox rayon və şəhərlərimizdə savadlı repititorlar, kurslar fəaliyyət göstərir. Hətta dərsin keyfiyyətini yoxlamaq bir və yaxud bir neçə dərs sınaq kimi keçirilir.
Bu gün 260 milyon insanın danışdığı rus dili MosaLingua öyrənmə platforması tərəfindən dünyada öyrənilməsi ən çətin 3-cü dil olaraq qəbul edilir. Çünki qrammatikası olduqca çətin və zəngin söz ehtiyatına sahibdir. Lakin bizim ölkə vətəndaşları üçün bu dilin öyrənilməsi o qədər də çətin hesab olunmur. Çünki uşaqlıqdan eşitdiyimiz bir çox sözlər məhz ruscadır.
Rus dilini necə öyrənmək olar?
Rus dilini öyrənmək indiki şəraitlə daha asanlaşıb. Xüsusilə internetdə rus dilində çoxlu resurslar vardır. Artıq bu resurslardan istifadə edərək rus dilini öyrənmək mümkündür. Əvvəla, əgər rus dilini ümumiyyətlə bilmirsinizsə, bu dildə olan cizgi filmlər yaxud filmləri izləyib eşitməklə başlamaq düzgün olardı. Rus dili ilə yaxından tanış olmaq üçün rus filmlərinə və ya rus dilində danışılan seriallara baxa bilərsiniz. Sonra rus dilinə aid proqramları yükləyərək ilk səviyyədən başlaya bilərsiniz.
Bütün bunlarla yanaşı rus əlifbasını da öyrənməyə başlamalısınız. Rus əlifbasını öyrənməklə siz rus dilini yaxşı gücləndirə bilərsiniz. Yaddaş kartları oyunu almaqla rus sözlərini əzbərləyə bilərsiniz. Yazı yaza bilmək üçün rus dilinin qrammatikasını öyrənmək də vacibdir. Rus dilini öyrədən kifayət qədər videoları YouTube-da tapa bilərsiniz. Bu videolara baxaraq rus dilinin qrammatikasını da möhkəmləndirə bilərsiniz. Qrammatikadan sonra rus sözlərini əzbərləmək lazımdır. Nə qədər çox söz əzbərləsəniz, bir o qədər yaxşı cümlələr qura bilərsiniz. Buna görə də rusca söz oyunlarını oynaya bilərsiniz.
Rus dilini öyrənməyə haradan başlamaq lazımdır?
Rus dilini öyrənməyə əvvəlcə əlifbanı öyrənməklə başlaya bilərsiniz. Əlifbanı öyrəndikdən sonra mütləq rus seriallarına baxın. Beləliklə, siz rus dilini daha yaxşı bilmiş olacaqsınız.
Rus dilini təkbaşına öyrənməyin yolları.
Bəs rus dilini özümüz necə öyrənək, asan yol və ya bələdçi varmı? Rus dili universal dil olan ingilis dilindən sonra sizi bir çox sahədə fərqləndirəcək dillərdən biridir. Çünki ölkəmizdə rus dilində danışanların sayı həm çoxdur, həm də çox ehtiyac duyulan dildir. Bu səbəbdən bu dilə maraq göstərənlərin və işinə görə bu dili öyrənənlərin sayı artıb.
Bəzən vaxt qısıtlılığı, işlədiyinizə görə və ya bir başqa səbəbdən rus dili kurslarına yaxud müəllim yanına getmək mümkün olmur. Belə hallarda rus dilini təkbaşına öyrənməyin yollarını axtarılır. Bu məsələdə sizə bir çox faydalı məlumat verəcəyik. Bəs rus dilini özümüz necə öyrənək, asan yol və ya bələdçi varmı?
Əslində biz bilirik ki, bugünkü texnologiya əsri bizə hər şeyi özümüz etmək imkanı verir. Bu bizim üçün olduqca mükəmməl şansdır. Unutmayaq ki, telefonlarımız və kompüterlərimizlə əla şəraitimiz var. Rus dilinin qrammatika kitabından belə, öz gücümüzlə müəyyən səviyyəyə qədər rus dilini öyrənmək mümkündür. Telefonumuza yüklədiyimiz proqramlarla gündə 15 dəqiqə vaxt ayırmaqla bir neçə ayda müəyyən səviyyəyə çatmaq mümkündür. Onda niyə hamı rus dilində kurslara gedir və ya fərdi dərs alır? Çox sadə cavab vermək üçün: nizam-intizam və eyni zamanda dili dərindən öyrənmək üçün. Lakin siz evdə təkbaşına öyrəndiyiniz zaman gündəlik olaraq rus dilində danışıqdan rahatlıqla istifadə ed bilərsiniz.
Kurslarda nizam intizam və təbii ki, müəyyən qədər vəsait ödədiyiniz üçün məcburi olaraq bu dili öyrənməyə səy göstərmiş olacaqsınız. Amma evdə öyrənən insanlar bid müddət sonra sıxılır və imtina edir. Bununla belə, əsas rus dilini özünüz öyrənmək sizə gələcək kurslarda uğur qazanmağa kömək edə bilər. Bu müstəqil öyrənmə gələcək kursları sizin üçün asanlaşdıra bilər və ya bəzi səviyyələri keçərək başlaya bilərsiniz. Bu həm vaxta, həm də büdcəyə qənaətdir. Rus dilini öyrənmək çox faydalıdır. Siz Rusiyaya səfər edə, klassik rus ədəbiyyatını oxuya, rus filmlərinə baxa, rus televiziya şoularına baxa və ya rus musiqisini dinləyə bilərsiniz.
Rus dilini asan öyrənməyin yolu. (7yol)
- Kiril əlifbasını öyrənin.
- Onlayn proqramlardan istifadə edin.
- Hərfləri qeyd edin.
- Ən çox istifadə olunan əsas isim və sifətləri öyrənin.
- Sözləri cəmləşdirməyi öyrənin.
- Feil lüğətinizi yaradın.
- Keçmiş və gələcək fel birləşmələrini öyrənin.
- Kiril əlifbasını öyrənin.
Rus dilində kiril əlifbasından istifadə edilir. İlk baxışdan qorxulu görünə bilər. Ancaq əslində öyrənmək olduqca asandır. Kiril əlifbası Latın əlifbası ilə bir neçə hərfi bölüşür. Bundan əlavə, əlifbalar arasında eyni olmayan bir çox hərf hələ də oxşar görünür deyə bilərik.
Kiril əlifbasını öyrənmək tələffüzü asanlaşdıracaqdır. Hər hərfin özünəməxsus səsi var. Bu hərfləri bilmək, tələffüz bələdçisinə baxmaqdan və ya ingilis əlifbasında fonetik yazıları səsləndirməyə çalışmağı daha asan edir. Bu, sözləri düzgün səsləndirməyə imkan verəcəkdir. Kiril əlifbasını öyrəndikdən sonra bir söz axtarıb deyə bilərsiniz. Bu, mənasız görünsə də, rus və ingilis dilləri arasında kifayət qədər qohumluq (dillər arasında eyni səslənən sözlər) var, ona görə də kiril əlifbasını bilmək sizə bəzi sözləri yazılı şəkildə görəndə mənalarını müəyyən etməyə imkan verəcəkdir.
Bu əlifbanı öyrənmək rusca-ingiliscə yaxud da rusca-azərbaycanca lüğətdən istifadə etməyə imkan verəcəkdir. Kiril əlifbasını bilmədən siz rusca-ingiliscə və ya rusca-azərbaycanca lüğətdə sözləri effektiv şəkildə axtara bilməzsiniz, ona görə də gördüyünüz və eşitdiyiniz sözlərin mənalarını tapmaq üçün əlifbanı öyrənmək vacibdir.
- Onlayn proqramlardan istifadə edin.
Onlayn proqramlardan istifadə edə bilərsiniz. İnternetdə kiril əlifbasını öyrənməklə bağlı çoxlu videolar və onlayn dərslər var. Xaricdəki bəzi universitetlər hətta onlayn kursların sonunda sizə sertifikat da verirlər. Yalnız onlayn saytlarla kifayətlənməyin. Rus dilini öyrənəcəyiniz proqramları mütləq telefonunuza yükləyin. Onlardan öyrənməli olduğunuz çox şey var.
“Yazmaq məlumatı beynə mismarlamaqdır.” Şübhəsiz ki, nəyisə yazmaq onun yaddaşınızda qalmasına kömək edir. Rus əlifbasından istifadə edərək sözlərin fonetik orfoqrafiyasını məşq edə bilərsiniz. Bu mərhələdə yazdığınız sözlərin rus dilində olmasına belə ehtiyac yoxdur. Bildiyiniz azərbaycanca sözləri düşünün. Adınızı düşünün. Səsləri kopyalamaq üçün onu kiril əlifbası ilə necə yazmaq olar? Əslində, mümkünsə, kiril əlifbasını kompüterinizə əlavə edin və kompüterinizdən cəhd edin.
- Ən çox istifadə edilən isim və sifətləri öyrənin.
Təlim prosesində növbəti addım bəzi isim və sifətləri öyrənməkdir. Bu, şeyləri müəyyənləşdirməyə kömək edəcək. Ən çox istifadə olunan isim və sifətləri əzbərlədikdə danışıqları rahat şəkildə başa düşə biləcəksiniz. “Pişik”, “it”, “soyuducu”, “iş masası” kimi müntəzəm olaraq rastlaşdığınız şeyləri təsvir edən əsas isim və sifətlərə diqqət yetirin. Bu, yeni lüğətinizin yadda qalmasını asanlaşdıracaq, çünki siz onları həmişə görəcək və rus sözlərini xatırlayacaqsınız.
Rus dilində isim cəm olduqda, sifət də cəm olmalıdır. Həm isimləri, həm də sifətləri bir yerdə cəmləşdirmək, isim və sifətlərinizin həmişə uyğun olmasını təmin etmək üçün vacib bir yoldur. Sözləri cəmləşdirməyə və cümlələrdə istifadə etməyə məşq edin.
İndi siz əsas cümlələri birləşdirə bildiyiniz üçün fikirlərinizi daha dəqiq çatdırmaq üçün daha çox felə ehtiyacınız olacaq. Buna görə də ən çox işlədilən feilləri əzbərləməyiniz lazım gələcək. Hətta həmin feilləri bir dəftərə yaxud kompüterinizə yazaraq daim səsli şəkildə təkrarlaya bilərsiniz.
- Keçmiş və gələcək fel bağlamalarını öyrənin.
Əsas keçmiş və gələcək feil birləşmələri təəccüblü dərəcədə sadədir. Bir çox tələbələr üçün bu, indikindən daha asandır. Bu barədə YouTube kanalallarında çoxsaylı video materiallar mövcuddur.
RUS DİLİNİ ÖYRƏNMƏK ÇƏTİNDİR?
Rus dili slavyan dilidir, danışanların ümumi sayına görə dünyada 7-ci ən çox danışılan dildir, təəssüf ki bu, rus dilini öyrənməyi asanlaşdırmır.
Rus dilinin öyrənilməsi ən çətin dillərdən biri hesab olunur. Rus qrammatikası qaydaları çox mürəkkəbdir və bir çox istisnalar vardır. Bundan əlavə, bir çox tələbə tələffüzlə bağlı problem yaşayır. Sözlərdə vurğu əsasən gözlənilməlidir və çoxlu homofonlu isimlər var. Rus dilində sözlərdə “sərt” və “yumşaq” səsləri ayırd etmək lazımdır. Lakin bütün bunlar sizi ruhdan salmasın. Siz ilk olaraq özünüz dili öyrənməyə başlayaraq daha sonra peşəkar müəllimlərdən dərs ala bilərsiniz. Beləliklə rus dili səviyyənizdə xeyli irəliləyişlər olacaqdır.
Rus dilini Öyrənmək üçün hər şey bir arada
Hal-hazırda rus dili öyrənmək istəyənlərin sayı günü-gündən artır. Lakin bəzi insanlara rus dili kurslarının qiyməti münasib olmur və yaxud başqa çətinliklər olur. Rus dili kursuna getmək kömək olsa da, getmədən də rus dili öyrənmək mümkündür. Buradakı ipucları sizi istiqamətləndirməyə kömək olacaq.
0. Bonus Rus dili üzrə kitab:
- Azərbaycan dilindən 0-dan rus dili öyrənmək üçün kitab: “Klik edin”
- Azərbaycan dilindən rus dili öyrənmək üçün kitab: “Klik edin”
- İngilis dilindən Rus dili öyrənmək üçün kitab: “Klik edin”
1. Oxuyun və qulaq asın:
Rus dilini öyrənməyə əlifba və səslərdən başlamayın. Əlifbanı öyrənmək ingilis dilində danışmağa kömək edirmi? Xeyr. Sadə sözlərdən və düşüncələrin aydın olduğu dialoqlardan başlayın.
2. Öyrənməyə rus dilində yazmaqla başlayın:
Bunu çox tez öyrənə bilərsiniz. Təxminən 2 saatda yaxşı bir üsul istifadə edərək, barmaqlarınız klaviaturanı tanıyacaq. Fikriniz yox, barmaqlarınız, bəli. Yalnız təcrübə edin və sürətiniz artacaq və artacaq.
3. Rus dilində danışın:
Rus dilində sadə dialoqlardan istifadə edin. Bu danışığı və dinləmə qabiliyyətini artırır. Dinlədiyiniz audioları təkrarlamağa cəhd göstərin. Yeni başlayanlar üçün fərqi anlamaq çətin ola bilər. Yaxşı olar ki, sizi istiqamətləndirən, detalları asan şəkildə izah edən müəllimədən kömək alasınız. Çoxlu məşq edin. Bu qavrama və öyrənməyi sürətləndirəcək.
4. Hər gün zaman ayırın:
Azı, gündəlik 3 dəfə, 10 dəqiqə olmaqla praktika edin. Audiolara qulaq asın və danışığlara diqqət yetirin. Dil öyrənmək idman və ya mahnı öyrənmək kimi birşeydir. Yaddaşdan əlavə fiziki cəhətdəndə məşğul olmalısınız.
5. Film və ya serial izləyin:
Bu üsul ilə siz eyni anda həm dinləmə və danışmaq bacarıqlarınızı, həm də lüğət ehtiyatınızı artıracaqsınız. Yeni başlayanlar ilk altyazı ilə, daha sonra isə altyazısız filmlər və seriallar izləyə bilərlər. Çalışın hər gün müəyyən qədər vaxtınızı buna ayırın.
6. Əylənin:
Hər şeyi əylənərək öyrənmək məqsədə çatmaq üçün daha effektiv olur. Xarici dildə danışmaq əyləncəli olur, lakin onu öyrənmək də əyləncəli olmalıdır.
Rus dilini Öyrənmək üçün Məlumatlar
Rus dilini öyrənməyin yolları
- rus dili kurslari
- rus dili dersleri
- rus dili kursları
- rus dili oyrenmek
- rus dili
- rus dili qrammatika
- rus dilini oyrenmek
- rusca oyrenmek
- rus dili öyrənmək
- rus dili lugeti oyrenmek
- rus dilini oyrenmek ucun proqram
- rus dili qrammatika kitabi
- rus dili öyrənmək üçün kitab
Rus Dilini 5 Ən Maraqlı Metodla Öyrənin! – 2023 ƏN YENİ
Əminliklə deyə bilərəm ki, günümüzdə hər bir insan xarici dil bilməyin nə qədər vacib olduğunun fərqindədir. Həm iş həyatında, həmdə şəxsi həyatınızda dil bilməyin faydalarından nə qədər danışsaq az olar. İş həyatında uğurlu olmaq və digər namizədlərdən daha tez işə qəbul olmaq istəyirsinizsə rus və ya ingilis dillərini bilməlisiniz. Xüsusilədə bank sektorunda çalışmaq istəyən namizədlər mütləq rus dilini yüksək səviyyədə bilməlidirlər Keçən yazımda ingilis dilini necə tez bir zamanda öyrənə biləcəyinizə dair metodlar vermişdim, həmin metodlarla tanış olmaq isəyirsinizsə “İngilis dilini öyrənmək” adlı məqaləmi oxuya bilərsiniz. İndi isə sizlərə rus dilini necə tez bir zamanda və maraqlı metodlarla öyrənə biləcəyinizə dair məlumatlar vermək istəyirəm. Elə isə gəlin çox vaxt itirmədən başlayaq!
Həmin Metodlar Nələrdir?
1. A-Link Rusça Saytı ilə Öyrənin!
Əgər siz dil öyrənməyə sıfırdan başlayır və yaxud dil və qrammatik biliklərinizi artırmaq istəyirsinizsə mütləq bu saytla tanış olmalısınız. Çünki rus dilli Albina müəllimə tərəfindən dərslər elə aydın və hər kəsin başa düşə biləcəyi şəkildə izah edilir ki, dili öyrənməyə olan həvəsiniz iki qat artır. Saytdakı dərslər türk dili ilə izah olunur və hər bir qrammatik qaydaya uyğun tapşırıqlar, mətnlər və yeni sözlərdə türk dilindədir. Bir sözlə bütün rus dilini öyrənmək istəyən şəxslərin bilməli və faydalarından yararlanmalı olduğu saytdır. Saytın linki isə https://www.alinkrusca.com/ isə budur.
2.Telefonunuza Program Yükləyin!
Bu metod hər kəs tərəfindən bilinsədə bəzən dil səviyyəmizə uyğun proqram tapmaqda çətinlik çəkirik. İndi isə isə sizlərə proqramlar haqqında ətraflı məlumat vermək istəyirəm.
Duolingo– əgər siz dili sıfırdan öyrənməyə başlayırsınızsa mütləq bu proqramı yükləyin. Proqramda rus dilini seçdikdən sonra, siz günlük çalışma limitini seçib səviyyənizə uyğun dərslərə başlayırsınız. Sizə yazma, dinləmə və danışma bacarıqlarınızı inkişaf etdirəcək tapşırıqlar verilir.
Quizlet– A-link dərslərində öyrənməli olduğunuz sözləri bu proqrama yazmaqla 2-3 dərs sonra toplam 30-40 söz olacaqdır. 4-cü dərsdən sonra isə siz keçmiş öyrəndiyiniz sözləri təkrar edə və kartlarla mükəmməl öyrənmə texnikası ilə həvəslə öyrənə bilərsiniz.
Busuu– proqramda bəzi dərslərdə ödənişli olsada istifadə və professional görüntü baxımından daha əlverişlidir. Öyrənmə isə oxuma, yazma, dinləmə və danışma dərslərinə əsaslanmışdır.
3.İzləmək!
Ən sevdiyimiz şey olan izləmək.. Yotubedan video izləmək, netflixdən serial izləmək.. Burada əsas olan odur ki, izlədiklərinizi həm altyazılı, həm də altyazısız izləyin. Bu metodla siz ilk izlədiyinizdə videoya hakim olacaqsınız, ikinci səfərdə isə sizin dinləmə bacarığınız artacaqdır. Bilmədiyiniz sözləri, frazeoloji birləşmələri ve xoşunuza gələn cümlələri ilə ya telefonuza, yada dəftərinizə qeyd edin. Daha sonra isə əzbərləməyə çalışmadan təkrar edin zamanla isə təkrar sayəsində həmin sözlərini öyrənəceksiniz.
4.Danışın!
“Kimlə və Necə?” sualınızı eşidirəm. Cavabı isə hamımızın mənimdə sevdiyim üsulla olacaq Ödənişsiz! Bəs necə? Sadəcə telefonunuza proqram yükləyərək danışa bilərsiniz, proqramımızın adı isə Hellotalkdur. Proqrama daxil olduqdan sonra bionuzda bildiyiniz dili və öyrənmək istədiyiniz dili daxil edirsiniz. Proqramda isə milyonlarla insan olduğundan dolayı sizin bildiyiniz dili öyrənmək istəyən insan sizi tapır və qarşılıqlı şəkildə dili öyrənməyə və danışmağa başlayırsınız.
5.Rus Dilində Günlük Tutun!
Bu metod hər nə qədər qəribə görsənsədə dili öyrənmə sürətinizin artacaqdır. Gün sonunda nə etdiyinizi dəftərə rus dilində yazmaqla həmin dildə düşünməyə başlayacaq və bunun sayəsində danışma bacarığınızın inkişaf edəcəkdir.
Bütün metodlarla artıq tanış oldunuz dil öyrənməyin ən vacib sirri isə davamlılıqdır! Tələsmədən, zamanla davamlı şəkildə öyrənməyə çalışın. “3 aya öyrənəcəksiniz, 6 aya bu dildə danışacaqsınız” reklamlarına aldanıb həvəsdən düşməyin. Dili qavrama və dil biliyi səviyyənizə uyğun olaraq həmin zamanda dili öyrənmiş olacaqsınız. Uğurlar!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Comments are closed, but trackbacks and pingbacks are open.