Rus dili haqqında
Qrammatika—sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir. Məsələn, deyək ki, bizə 8 söz verilmişdir: на, Родина, отряд, наша, сбор, мы, о, говорить. Qrammatikanın köməyi olmadan bu sözlərin ardıcıllıqla düzülüşü heç bir fikir—cümlə ifadə etmir. Qrammatik qayda-qanunlarıiın köməyi ilə biz bu sözləri elə dəyişdirir və onları bir-biri ilə elə əlaqələndirir və yazırıq ki, düzgün, bitmiş bir fikir, ifadə və ya cümlə alınır: «На сборе отряда мы говорили о нашей Родине». Bu söz birləşmələrindəki əlaqəyə diqqət yetirin: «на сборе» tələb edir ki, «отряд» sözü yiyəlik halda (родительний падеж) işlədilsin. «Мы говорили» birləşməsində mübtəda (мы) ilə xəbər (говорили) cəmə görə uzlaşıblar. «О нашей Родине» söz birləşməsində о isə çıxışlıq halında işlədilmiş «о Родине» sözü ilə «нашей» mənsubiyyət bildirən əvəzlik cinsə, tək–cəmə və hala görə uzlaşmışlar.
Rus dili qrammatikasi
Rus dilinin qrammatikası kayzen.az/blog/rus-dili
Rus dilini öyrənmək üçün, rus dilinin qrammatik qaydalari, rus dili haqqinda maraqlı yazılar. Rus dilinin leksikası, Грамматика русского языка на азербайджанском, rus dilini oyrenmek.
www.kayzen.az/blog/rus-dili
Reklam
İçerik Sorumluluğu
Rus dilinin qrammatikası kayzen.az/blog/rus-dili hakkındaki bilgiler kataloğumuza başkaları tarafından eklenmiştir. İçerik ve link kontrol edilmemiştir.
Azeri Net sadece içerik sağlayıcısıdır. Kataloğumuza site eklemek ücretsizdir. İsteyen sitesini ekleyebilir.
Eklenen siteler yayınlanmadan önce onay beklemktedir. Yöneticiler tarafından onaylanan siteler katalogda yayınlanmaktadır.
Azeri Net katalog reklam kabul etmektedir. Eğer siz de site içeriğinde veya sağ tarafta site linkinizin görünmesini istiyorsanız lütfen bizimle irtibata geçiniz.
Kataloga eklenen sitelerin içeriklerinden kesinlikle sorumluluk kabul etmiyoruz. Tüm hukuki sorumluluk siteleri ekleyenlerdedir. Hukuk mercilerinden bilgi istenmesi durumunda bilgiler verilecektir.
Azerbaycan Eğlence ve Bilgi Poratlı Azeri Net haber, chat, forum, dizin ve diğer bir çok portalı ile hizmetinizdedir.
- Oyunlar www.oyun.az
- Fıkralar
- Nismo Pro Service
- Burada sizin link olsun 10AZN
- Burada sizin link olsun 10AZN
Rus dili haqqında
Rus dili dünyanın ən gözəl səslənən dillərindən biridir və bu dildə səlis danışmaq bacarığınız daxilinizdə xüsusi bir özgüvən yaradacaq. Rus dili dünya dilləri arasında “Madam dili” hesab olunur. Çünki bu dilin səsləndirilməsi çox axıcı, incə və qulağa xoş gələn tempdədir. Rus dili dünyada ən çox danışılan dillərdən biridir və demək olar ki, bütün keçmiş Sovet İttifaqı üçün ortaq dildir. Rus dilini öyrənməyin ən bariz səbəbi onun kütləvi populyarlığıdır. Bu, dünyada ən çox danışılan səkkizinci dil və 146 milyon əhalisi olan Rusiyanın rəsmi dilidir. Hazırda Rusiyada 160-dan çox etnik qrup yaşayır və əhalinin əksəriyyəti rus dilində danışa, oxuya və yaza bilir.
Onu da qeyd edək ki, rus dili Şərqi Slavyan dillər qrupuna aiddir. Köhnə Şərq Slavyanından götürülüb və nəticədə XVIII əsrdə standartlaşdırılıb. Rus inqilabından sonra bu dil əvvəlki ilə müqayisədə xeyli sadələşib. Slavyan dillərinin hamısı əvvəlcə eyni dərəcədə qəliz və öyrənilməsi qeyri-mümkün görünür, lakin birini öyrəndikdən sonra digərlərini seçməyə başlamaq heyrətamiz dərəcədə asandır. Onların hamısında çoxlu ümumi sözlər var və bəzi fərqlərə baxmayaraq, qrammatikanın çox hissəsi də çox oxşardır. Rus dilini öyrənmək Şərqi Avropadakı digər insanların da dediklərini başa düşməkdə “sağ əliniz” ola bilər.
İndiyə qədər yaşamış ən böyük yazıçılardan bəziləri yalnız rus dilində yazıblar. Əgər rus dilini öyrənsəniz, Dostoyevski, Tolstoy, Bulqakov, Çexov, Qoqol, Puşkin və daha bir çox əsərlərin hamısını originalından oxuya biləcəksiniz. Rus dilinin əlifbası yunan əlifbasından götürülmüş kiril hərflərindən ibarətdir. Latın hərflərinə bənzəyən, lakin əslində məsələn, ‘H’ hərfi olan ‘N’ hərfi kimi fərqli tələffüz edilən bir çox hərfdən istifadə edilir. Bu, rus dilində oxumağı, yazmağı və öyrənməyi sanki gizli bir kodu öyrənmək kimi hiss etdirir.
Rus dili qrammatikası
Rus dilinin qrammatikası dözümlülüyün əsl sınağıdır. Bəzən onu öyrənmək çox da asan olmaya bilər. Lakin özünüzü bunu bacarmış kimi hiss etdikdə özünüzlə qürurlanmağa başlayacaqsınız. Təsəvvür edin ki, bunun öhdəsindən gəlmisiniz… Etdiniz? Möhtəşəm deyil mi? Elə isə təslim olma!
Rus dilində danışan ölkələr
Qazaxıstan, Qırğızıstan və Abxaziyada rus dili dövlət orqanlarının rəsmi dili elan edilir. Bəzi postsovet ölkələrində rus dilinin belə statusu olmasa da, bu bölgələrdə yaşayanlar gündəlik ünsiyyət üçün də rus dilindən istifadə edirlər. Bu, Belarus, Ukrayna, Özbəkistan, Gürcüstan, Moldova və Azərbaycana aiddir. Üstəlik, Rusiyanın Şərqi Avropada keçmiş təsiri səbəbindən rus dili orada da kifayət qədər populyardır.
Xaricdə istirahət edərkən bəzi rusiyalı insanlarla ünsiyyətdə olmaq istəyirsinizsə, unutmayın ki, onlarla öz dilinizdə söhbət edə bilməyəcəksiniz. Əgər hazırlıqsız gəlsəniz, çoxlu maraqlı mövzulardan kənar qalmış ola bilərsiniz.
Əksər şagirdlərə orta məktəbdə rus dili fənni keçirilir və məktəbi bitirdikdən sonra çox az bir qisim məzun rus dilində danışa bilir. Bunun da müxtəlif səbəbləri var. Məsələn, qiymət almaq xətrinə gündəlik bir neçə tapşırıq etmək, mətnləri dərk etmədən söz-söz əzbərləmək, rus dilli ətrafın heç olmaması, ünsiyyət zəifliyi, yanlış dərs metodikası və s.
Rus dili öyrənmək
Bəs niyə EDU Company-də rus dili öyrənməlisiniz?
● Müəllimlərimiz təkcə “rus dili müəllimliyi” ixtisası üzrə deyil, həmçinin “dilçilik” ixtisası üzrə təhsil alıb.
● Qrupda və fərdi olaraq təhsil almaq şansınız var.
● Rus dili A1,A2,B1,B2,C1,C2 səviyyələri üzrə bölünür. Və sizin dil səviyyəniz müəllim tərəfindən yoxlandıqdan sonar həm səviyyəyə uyğun qruplara yerləşdirilirsiniz.
● Dərs qrafiki sizə ən uyğun formada tərtib olunur.
● Həftədə 2 dəfə 90 dəqiqə dərs və həftədə 1 dəfə danışıq klubu.
● İlkin dərsimiz ödənişsiz sınaq dərsidir. Belə ki, həm dərs metodikası və müəllimlə tanış olacaq, həm də bizi sınamış olacaqsınız.
●Hər ay sonu səviyyə imtahanı təşkil olunur.
●Kursu bitirdikdən sonra səviyyənizə uyğun sertifikatla təmin olunursunuz.
Rus dili qrammatikasi
Azərbaycanlıların rus dili fənnini öyrənmələrində başlıca vəzifə bu dilə əməli yiyələnməkdən ibarətdir. Buna görə də hər bir mövzunun öyrənilməsi rus dilində nitq vərdişlərinin inkişafına yenəldilmişdir. Bəs belə halda qrammatikanın rolu nədən ibarətdir? Ümumiyyətlə, qrammatika anlayışı nədir və onun öyrənilməsi nə üçün lazımdır? Qrammatika bir elm kimi nə vaxt yaranıb?
Qədim rus atalar sözünü xatırlayaq: «Грамота—к мудрости ступенка»—«Savad-müdrikliyə pilləkəndir». «Грамматика» sözü isə yunanca «грамма», yəni «hərf» sözündən götürülmüş, əvvəllər «yazı» mənasında işlədilmiş, sonra isə dilin quruluşu haqqında elm bu sözlə—«qrammatika» sözü ilə adlandırılmışdır.
Bir elm kimi qrammatika qədim yunanlarda meydana gəlmişdir. Qrammatikanın banisi filosof Aristotel olmuşdur. O,nitq hissələri və hallar haqqında təlimi yaratmışdır. Qrammatikanın nəzəri əsaslarının təkmilləşdirilməsi və zənginləşdirilməsində qədim alimlər—Aristrax və frakiyalı Dionisi bvyük rol oynamışlar.
Romalılar qrammatikanı yunanlardan götürmüşlər. Latın (Roma) qrammatikası nümunəsi əsasında sonralar digər Avropa xalqlarının da qrammatikası yaradılmışdır.
Rus dilinin birinci əsil elmi qrammatikasını M. V. Lomonosov tərtib etmişdir. Bu, 1755-ci ildə yazılmış «Rusiya qrammatikası» («Rossiyskaya qrammatika») idi. həmin qrammatikanın əsasını canlı rus dilinin öyrənilmiş fakt və hadisələri təşkil edirdi. «Rusiya qrammatikası»nda yazılış qaydaları da verilmişdi.
Lomonosovun bu qrammatikası təkcə elmi əsər deyil, həm də dərs vəsaiti idi. Rus məktəblərinin 50 mindən çox nəsli Lomonosovun qrammatikasından istifadə etmişdir. hazırda məktəblərimizdə istifadə edilən qrammatika dərsliyi məhz bu əsər əsasında tərtib olunmuşdur.
Qrammatika—sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir. Məsələn, deyək ki, bizə 8 söz verilmişdir: на, Родина, отряд, наша, сбор, мы, о, говорить. Qrammatikanın köməyi olmadan bu sözlərin ardıcıllıqla düzülüşü heç bir fikir—cümlə ifadə etmir. Qrammatik qayda-qanunlarıiın köməyi ilə biz bu sözləri elə dəyişdirir və onları bir-biri ilə elə əlaqələndirir və yazırıq ki, düzgün, bitmiş bir fikir, ifadə və ya cümlə alınır: «На сборе отряда мы говорили о нашей Родине». Bu söz birləşmələrindəki əlaqəyə diqqət yetirin: «на сборе» tələb edir ki, «отряд» sözü yiyəlik halda (родительний падеж) işlədilsin. «Мы говорили» birləşməsində mübtəda (мы) ilə xəbər (говорили) cəmə görə uzlaşıblar. «О нашей Родине» söz birləşməsində о isə çıxışlıq halında işlədilmiş «о Родине» sözü ilə «нашей» mənsubiyyət bildirən əvəzlik cinsə, tək–cəmə və hala görə uzlaşmışlar.
Rus dili gözəl dil olmaqla bərabər, lüğət tərkibi etibarı ilə olduqca zəngin və rəngarəngdir. Lakin qrammatika olmasaydı, lüğətlərdəki sözlər bir yığın olaraq qalardı. Misal üçün: наш, путешествие, дружина, отправится, утро, рано—sözləri rus dilinin lüğət tərkibinə daxildir və onların hər birinin mənası vardır. Lakin həmin sözlərin belə düzülüşündə heç bir fikir ifadə olunmamışdır. Qrammatikanın qayda-qanunları bizə bu sözlərdən «Наша дружина рано утром отправилась в путешествие» cümləsini düzəltməyə və nitqdə işlətməyə imkan verir və s.
Qrammatika vasitəsi ilə ayrı-ayrı kərpiclərdən—sözlərdən nəhəng bir bina tikilmiş—bütün xalqın dili yaranmışdır.
M. V. Lomonosovun dili ilə desək: «Bütün elmlərin qrammatikaya ehtiyacı vardır, qrammatikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix anlaşılmazdır.
Rus dilində öz fikrinizi düzgün ifadə etmək üçün qrammatikaya dair keçdiyiniz və keçəcəyiniz mövzuları ətraflı öyrənin. hər bir qrammatik anlayışı dərk edin, bu sahədə müvafiq qayda-qanunlara dair misallar göstərin, cümlələr qurun. Çalışın ki, qrammatik qayda-qanunlar nəzəriyyə kimi əzbər öyrənilməsin—ətraflı düşünülsün, dərk edilsin, hər bir anlayışa aid misallar və cümlələr göstərilsin.
Qrammatika dilin quruluşu haqqında elmdir. Bu elm isə lap qədimdir, onun əsası təqribən 2.500 il bundan əvvəl Yunanıstanda və Hindistanda qoyulub. Elə «qrammatkia» sözünün adı da yunan sözündən (qramma—«hərf») götürülmüşdür. Savad öyrənmək üçün rusca ilk vəsait 1574-cü ildə Ivan Fyodorovun Lvovda nəşr etdirdiyi əlifba kitabı olub. Əlbəttə, lap qədim zamanlarda (bizim hazırda istifadə etdiyimiz qrammatika kitablarında(n fərqli olaraq) inkişaf etmiş qrammatik terminlər yox idi. Buna görə də Ivan Fyodorovun əlifbasında qrammatik anlayışlar təsviri surətdə verilirdi. Misal üçün, birinci, ikinci və üçüncü şəxsin cəmi aşağıdakı kimi izah edilirdi:
«Будимо-со мною мнози» (т. е. со мною многие-мы). «Будите-без мене мнози» (т. е. вы).
«Будите-якобы нецыя на нас глаголют или мы на других» (якобы некоторые из нас говорят или мы на них-они).
Sonra oxu üçün birinci tapşırıqlara dair material verilirdi. Burada müxtəlif dua, ibadət və gəlamlar (hikmətli sözlər) çap edilirdi. Kitab bir qayda olaraq Ivan Fyodorovun «sevimli, şöhrətli və namuslu rus xalqına» müraciəti ilə qurtarır və ümid edilirdi ki, onun əsərlərini həvəslə qəbul etsinlər. Öz doğma Moskvasından uzaqda Ivan Fyodorov yazırdı: «Mən isə bu yazdıqlarımın daha çox fayda verməsi üçün daha da həvəslə işləmək istəyirəm».
Bir qədər sonra, 1596-cı ildə Vilnoda Lavrenti Zizaniyanın «Qrammatika»sı çap olundu. 1619-cu ildə Vilnonun yaxın-lığında, Evyuda, Meleti Smotritskinin «Qrammatika»sı nəşr edildi ki, həmin kitab 1648-ci ildə heç bir dəyişiklik aparılmadan Moskvada yenidən çapdan buraxıldı. Bu qrammatikadan M. V. Lomonosov da öyrənmişdi. Meleti Smotritskinin «Qrammatikası»nı və Maqnitskinin «hesab» kitabını Mixail Vasilyeviç Lomonosov «oz alimliyinin darvazası» adlandırmışdı. Rus dilinin birinci elmi qrammatikasını M. V. Lomonosov yaratmışdır. Bunun adı «Россијскаја грамматика» idi və 1755-ci ildə buraxılmışdı. həmin qrammatikada düzgün yazı qaydaları da var idi. M. V. Lomonosov bütün gücü ilə qrammatikanın eyrənilməsini təbliğ edirdi. O yazırdı: «Российская грамматика есть знание, как говорить, писать чисто российским языком по лучшему рассудительному (düşüncəli, dərrakəli) его употреблению».
Danışıq dilinin ədəbiyyata və elmə yol tapmasına ilk dəfə istiqamət verən, staroslavyan sözləri və ifadələrinin rus dilində işlənməsini məhdudlaşdıran M. V. Lomonosov olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində rus dili qrammatikasının işlənib hazırlanmasında A. X. Vostokov, N. I. Qreç, F. I. Buslayev, A. A. Potebnya, F. F. Fortunatov, A. A. Şaxmatov, A. M. Peşkovski kimi dilçi alimlərin rolu böyükdür. Sovet dövründə D. N. Uşakov, L. V. Şerba, V. V. Vinoqradov və başqaları dilçilik elmini, rus dili qrammatikasını daha da zənginləşdirmişlər.
Comments are closed, but trackbacks and pingbacks are open.