Press "Enter" to skip to content

Fars sözünün rus dilinə tərcüməsi

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Rus dilində fars sözləri

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti: II cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

“fars” sözünün rus dilinə tərcüməsi

персидский “fars” sözünün rus dilinə tərcüməsidir. Tərcümə edilmiş cümlə nümunəsi: Fars körfəzi İran və Ərəbistan yarımadasının arasında yerləşir. ↔ Персидский залив расположен между Ираном и Аравийским полуостровом.

“fars” azərbaycan dili – rus lüğətində

персидский

Fars körfəzi İran və Ərəbistan yarımadasının arasında yerləşir. Персидский залив расположен между Ираном и Аравийским полуостровом.

Lexical-Translations
Alqoritmik şəkildə yaradılan tərcümələri göstərin

fars sözünün rus dilinə avtomatik tərcüməsi

Glosbe Translate
Google Translate

rus dilinə tərcümələri ilə “fars” ilə oxşar ifadələr

персидский язык
персидский · фарси
Персидский залив

“fars” sözünün rus dilinə kontekstdə tərcümələri, tərcümə yaddaşı

Onlar Azərbaycan, çin, ərəb, fars, ingilis və türk dillərini öyrənməyə başladılar.

Поэтому они стали учить языки: азербайджанский, английский, арабский, китайский, персидский и турецкий.

Babil mirzələri adətən Fars padşahlarının hökmranlıq illərini nisan ayından (mart, aprel) növbəti nisan ayına kimi hesabladıqları üçün Artaxşastanın hakimiyyəti b. e. ə. 474-cü ilin nisanından başlamışdı.

Поскольку вавилонские писцы традиционно вели отсчет правления персидских царей с нисана (март—апрель), то первый год правления Артаксеркса начался в нисане 474 года до н. э.

Son illərdə “Daşkənd radiosu” qısa dalğalarda sutkada 15 saat olmaqla 11 dildə yayımlanırdı: İngilis, ərəb, dəri, çin dili, alman, fars, puştu, türk, uyğur, urdu və hind dillərində.

В последние годы своего существования, Radio Tashkent International вещало 15 часов в сутки на коротких волнах, на 11 языках: на английском, арабском, дари, китайском, немецком, персидском, пушту, турецком, уйгурском, урду и хинди.

WikiMatrix
Mordokay və Ester Fars padşahlığında yaşayan ən adlı-sanlı israillilərdir.
Мардохе́й и Эсфи́рь — самые знатные израильтяне в персидском царстве.

Bu sözlər Midiya-Fars dövlətində yüksək vəzifə tutan Daniel, fars padşahının arvadı Ester və Fars imperiyasında baş vəzir olan Mordokay kimi adamlara aid idi.

Это исполнилось на таких служителях Бога, как Даниил, который занимал высокое положение в Вавилоне во время правления мидян и персов, Есфирь, которая стала персидской царицей, и Мардохей, который был вторым человеком после царя в Персидской империи.

Mordokay adlı yaşlı bir yəhudi tərəfindən yazılan «Ester» kitabı, həm də birinci Kserks adı ilə tanınan Fars padşahı Axaşveroşun 18 illik hakimiyyəti dövrünü əhatə edir.

Книга Есфирь написана пожилым евреем, которого звали Мардохей. Она охватывает период примерно в 18 лет, которые пришлись на правление персидского царя Артаксеркса, или Ксеркса I.

Fars dilində olan yazıdan Kserks adının ibrani dilinə transliterasiyası (bir əlifbanın hərflərinin başqa əlifbanın hərfləri ilə verilməsi) «Ester» kitabının ibrani mətnindəki ada uyğun gəlir.

Форма имени Ксеркс, которая встречается в персидском тексте, при транслитерации на еврейский язык почти совпадает с формой этого имени в еврейском тексте книги Эсфирь.

Mamiyənd (fars.
Móðir, мать).
WikiMatrix

Lakin aşkar edilən Fars abidələrinin üzərində üç dildə olan məlumatdan Axaşveroşun kim olduğu aydın oldu.

Однако вопрос, кажется, разрешился, когда были расшифрованы надписи, сделанные на трех языках на персидских памятниках.

Xəzinəanbar-i Qədim (fars.
Истинная слава — это их спасение».
WikiMatrix

Öz ölkəsindən qaçaraq, Femistokl Artakserkslə görüşməzdən əvvəl fars dilini öyrənmək üçün ondan bir il möhlət istəyir.

Бежав из своей страны, Фемистокл попросил Артаксеркса дать ему год на то, чтобы выучить персидский язык перед тем, как встретиться с царем. Эта просьба была удовлетворена.

Leksika-2

Ümumişlək sözlər
Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər.
Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir.
Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək və s.

Ümumişlək olmayan sözlər

Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər iki qrupa bölünür: dialekt sözləri, ixtisas sözləri (terminlər).
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir.
Məsələn: döşəkcə ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü ısə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialektsözüdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), digə (dağ yerində yaşayış yeri), gəvəzə (çox danışan, boşboğaz), əlardan (dəsmal), manşırlamaq (nişanlamaq), maş (lobya), əppək (çörək), məhrəba (dəsmal), təlis (dəsmal), qarqundey (qarğıdalı), kəbə (qarğıdalı), yerpənək (xiyar), qəlbi (hündür), tapdan (qəfıldən) və s. sözləri də dialekt sözləridir.

Terminlər
(İxtisas sözləri)
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər (ixtisas sözləri) deyilir. Məsələn: frazeologiya, mübtəda, orfoepiya, folklor, süjet, epitet, subtropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna, flora və s.
Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyədir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Bəzən bədii əsərlərdə də təsvir olunan hadisə ilə bağlı terminlərə rast gəlirik.

Yeni sözlər
(neologizmlər)
İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.
Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, açıqca, soyad, soydaş, durum, cangüdən, çağdaş və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yenı sözlərdir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: investisiya, spiker, birja, kompüter, mer,faks, menecer, biznesmen, ekologiya, internet, distributer və s. Dilin öz söz ehtiyatı hesabına yaranan yeni sözlər daha çoxdur. Yuxarıdakı sözlərin çoxu buna numunə ola bilər. Dildəki yeni sözlərin bir hissəsi zaman keçdikcə ümumişlək sözlərə çevrilir. Məsələn: tozsoran, çimərlik və s. Yeni sözlərin bir hissəsi isə ixtisas sözlərinin sırasına daxil olur. Məsələn: printer, rotoprint, fızioterapiya və s.

Köhnəlmiş sözlər (arxaizmlər)

Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər (arxaizmlər) deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı olan köhnəlmiş sözlər tarixizm adlanır. Məsələn: dəbilqə (dəmir papaq), çarıq (gön ayaqqabı), daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), güyüm (iri mis qab), təknə (ağac kötüyündən hazırlanmış iri qab), yasavul (keçmişdə polis nəfəri), girvənkə (çəki vahidi), xurcun (ikigözlü heybə – torba), kəndxuda (kəndin başçısı), baqqal (ərzaq malları satan dükançı) və s.
Klassik ədəbi əsərlərdə işlənən və hazırda unudulan köhnəlmiş sözlərə isə arxaizmlər deyilir. Məsələn: “Kitabi-Dədə Qorqud” dastanında, Q. Bürhanəddin və İ.Nəsimi şerlərində işlənən ayıtmaq (demək, söyləmək), tanıq (şahid), sayru (xəstə), güz (payız), us (ağıl), əsən (sağ, salamat), əsrük (sərxoş), altun (qızıl), damu və ya tamu (cəhənnəm), uçmaq (cənnət), ün (səs), nəsnə (şey), arı (təmiz), suç (günah), danla (sabah), duş (yuxu), ayaq (qədəh) və s. kimi sözlər arxaizmlərdir.

Frazeoloji birləşmələr

Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Frazeoloji birləşmələr tərkibcə dəyisməyən və macazi mənada işlənən sabit söz birləşmələridir.Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək (şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji birləşrnələrdir. Belə birləşmələrin tərkib hissələri olan sözlər öz həqiqi mənasını itirir və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: “Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar” cümləsindəki frazeoloji birləşmə nə edirdilər? sualına cavab olur, deməli, cümlənin xəbəridir.

Alınma sözlər
Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər. Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlikfellərin, demək olar ki, hamısı) əsl Azərbaycan sözləridir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:
1. Ərəb və fars dillərindən alınma sözlər
2. Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Belə alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:
1. Sözdə iki saitin yanaşı işlənməsiMəsələn: ailə, zəif, səadət, müəllim, maaş, bədii, mətbəə və s.
2. Sözdə uzun tələffüz olunan saitin islənməsi Məsələn: Arif, aləm, bəzi, məna, elan, mötəbər, xüsusi, musiqi, sufi, həqiqət, səliqə, vəzifə və s.
3. Sözün r samiti ilə başlanması. Məsələn: razı, rahat, rəssam, rəf, rütbə, rəndə və s.
4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: Jalə, janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s.
5. Əvvəllər apostrofla işlənmiş bütün sözlər.Məsələn:şe’r, ne’mət, əla, məna, mö’təbər, vüs’ət, cür’ət, sün’i, məs’ul və s. Belə sözlərin hamısı ərəb mənşəlidir.
6. Vurğusu son hecaya düşməyən sözlərin çoxu(bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır).
7. Sözdə ahəng qanununun pozulmasıMəsələn: aşiq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).
8. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi.Məsələn: həll, sirr, xətt, hiss, həzz, fənn, tibb, həqq, hədd, qəşş və s.
9. Qoşa yy samitli sözlərin hamısı.Məsələn: xasiyyət, əziyyət, ədəbiyyat, nəqliyyat, təyyarə və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdır.Ərəb və fars dillərindən alınma bəzi sözlər isə la, na, bi, ba ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur. Məsələn: laməkan (məkansız), laqeyd (diqqətsiz), naşükür, naməlum, nalayiq, nanəcib, bisavad, biədəb, bişüur, bamazə və s. Məktəb, təhsil, din və ilahiyyətlə bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, kitab, dərs, tədris, sinif ,lövhə, tabaşir, elm, təlim, mədrəsə, dəftər, kati, ilahi, peyğəmbər, imam, məscid, səcdə, namaz, dəstamaz, ibadət, molla, möhür, axirət, behişt, camaat, cəhənnəm və s.
Sözün əvvəlində iki samitin yanaşı gəlməsidə əsl Azərbaycan sözləri üçün səciyyəvi xüsusiyyət deyil. Məsələn: plan, prospekt, şkaf, stəkan, tramplin və s. Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Dilimizdəki Avropa mənşəli alınma sözlərin bir çoxu başqa dillərdə də işlənir. Belə sözlərə beynəlmiləl sözlərdeyilir. Məsələn: respublika, prezident, demokratiya, futbol və s.
Dilimizə müxtəlif dillərdən söz keçdiyi kimi, başqa dillərə də Azərbaycan sözləri daxil olmuşdur. Məsələn, fars dilində işlənən ordu, bağ, boran, boşqab sözləri; rus dilində işlənən kərpic,ütü (utyuq) və s. sözlər bizim dilimizdən keçmişdir.

  • Teqlər:
  • neologizm
  • , arxaizm
  • , ümumişlək sözlər
  • , alınma sözlər

Comments are closed, but trackbacks and pingbacks are open.