Rus dilində türk sözləri
– Türkoloji sahədə daha hansı tədqiqatlar aparmaq niyyətindəsiniz?
RUS DİLİNDƏKİ TÜRK SÖZLƏRİNƏ AİD ELMİ KİTAB ÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Nurlan” nəşriyyat-poliqrafiya mərkəzində filologiya elmləri doktoru, yazıçı-türkoloq Minaxanım Təkləlinin (Nuriyeva) “Rus dilində türk sözləri” kitabı işıq üzü görmüşdür. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Nizami Xudiyevdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin elmi şurasının qərarı ilə nəşr olunmuş kitabda türk sözlərinin rus dilinin bütün leksik qatına yayıldığı vurğulanır, inzibati iş, dövlətçilik, hərb sahə və yaşayış-məskunlaşma ilə bağlı türk sözlərinin rus dilində yaratdığı geniş və zəngin mənzərə, rus, Şərqi slavyan xalqlarının tarixində türk xalqlarının yeri və mövqeyi təhlil edilir. Göstərilir ki, rus dilindəki türk sözlərinin leksik-semantik zənginliyi türk xalqlarının erkən mədəni-mənəvi nailiyyətlərini əks etdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Rus dilində türk sözləri
� �Adlara divan tutmaq tarixə divan tutmaqdır� �
Professor Minəxanım Təkləli: �Rus dövlətçiliyində və xalqın içində türk mənşəli məşhur insanlar ortaya çıxarıldıqda onların kimliyi ilə maraqlanırdım�
Filologiya elmləri doktoru, professor Minaxanım Təkləli Ana dilinin və Vətən tarixinin keçmişi, həmçinin müasir məsələlərinə dair bir sıra tədqiqatların müəllifidir. O, eyni zamanda rus yazıçılarının əsərləri üzrə türk elementlərinin tədqiqinə böyük diqqət ayırıb.
Özbəkistanda, Moskvada, İranda, Türkiyədə keçirilən türkoloji və şərqşünaslıq məsələlərinə dair konfranslarda iştirak edib. Son illərdə �Mahmud Kaşğari adına Türk Ocağının San Yarlığı�, �Qafqaz-Media� təşkilatının �Cəsarətli qələm�, Yazıçılar Birliyi Həmkarlar İttifaqının �Vətən� mükafatlarına layiq görülüb. Çoxsaylı elmi və bədii məqalələrin müəllifidir. Professor Minəxanım Təkləli �Kaspi�yə müsahibəsində tədqiqatlarının davamı olacağını bildirib.
Yasaq mövzu
– �Türk kitabı�nızda ön söz olaraq �Türkün ayaq izi pozulmaz� – deyə yazmısınız. Araşdırmalarınızı həyata keçirdiyiniz dövrdə pozulmuş çoxmu izlərlə rastlaşdınız?
– Çox� Əgər sənin malik olduğun tarix bu şəkildə saxtalaşdırılır və onu vərəqlədikcə bunun şahidi olursansa hər kəs gözyaşı tökər. Sözün həqiqi mənasında mənim ağladığım anlar da olub. Tarix bir növ xalqın tərcümeyi-halıdır. Məqsədli dəyişmələr, saxtakarlıqlar millətin həyatında ciddi rol oynayır. Obrazlı desək, Altaylardan Balkanlara qədər göyün üzərində ulduzların öz biçimi var. Mahmud Kaşğari kitabının girişində yazır ki, türk tayfaları öz düzülüşü ilə sədd çəkən qoşunu xatırladır. Bu mənada mən onu ulduzlara bənzədirəm. Ulduzlar nə qədər uzaqda dayanıblarsa bir o qədər cazibədar və parlaq görünür, bir o qədər də mübhəm bir tarix daşıyırlar. Türklər dünyanın qədim sakinləridir. Rus dilində �Qədim türk sözü lüğəti� adlı çox möhtəşəm kitab var. Orada toplanan bütün türk sözləri hamısı kitabələrdən, daşların üzərindən götürülüb. Biz təkcə �Orxan Yenisey� abidəsini, �Gültigin� abidəsini tanıyırıq. Ancaq Altaydan bu yana nə qədər daşlar səpələnib. Torpaqlar türkün sözünün yazıldığı daşlarla doludur. Zaman olub ki, türklər �Biz Altaylardan gəldik� deyiblər. Bu nəzəriyyənin tərəfdarları çoxdur. Amma daha əsaslı görünən, amma o qədər də səs salmayan nəzəriyyəyə görə, türklər elə Qərbdən Şərqə gediblər. Dönə-dönə olub ki, türklər təkrar-təkrar Qərbdən Şərqə, Şərqdən Qərbə köçüblər. Dünyanın qədim sakinləri olduğundan torpağın da bağrında onun böyük mühacirət dövrləri olub. Təbii ki, yol qət etdikcə türklər yaşadığı məskənlərə öz adını qoyub.
Zaman əldən-ələ keçdikcə bu adlar dəyişdirilib, adlara divan tutulub. Adlara divan tutmaq tarixə divan tutmaqdır. Məsələn, Odessa şəhərinin adına baxaq. Bu, Hacıbəy şəhəridir. 1789-cu ildə rus-türk savaşında alınan şəhərin xüsusi fərmanla adı dəyişdirilib. Və yaxud bütöv Qafqazın istilası dövründə ermənilər Qafqaza köçürülüb. Şimali Qafqazda ermənilər yaşayan yerlər türk yaşayış məskənləridir. Kuban çayına tökülən yerdə türk kəndi, həm də türk qalasının adı dəyişdirilib. Yaxud Armaviri götürək. Şahsəngər deyə möhkəm bir gədikdə yerləşən qaladır. Armavir guya ermənilərin qədim çarlığıdır. Guya onu dirildirlər. Rus-türk müharibələrində erməni patriarxları bura gələrək köçürülmədən əvvəl özləri üçün yer seçəndə açar rolu oynayan yerlər seçirdilər. � Bu yerlərin türklərdən alındıqdan sonra ora ruslar, kazaklar, ermənilərin köçürülməsi çarizmin siyasəti idi. Don üzərində türklərdən alınmış torpaqlara ermənilərin köçürülməsi başlayanda onlar yaşayış məskənlərinin adını Naxçıvan qoydular. Zori Balayan yazırdı ki, �Biz Naxçıvanı hafizəmizdə, ürəyimizdə yaşadırdıq. Ona görə adını bura qoyduq�. Bizim tariximizi saxtalaşdırmağı onlar planlı şəkildə həyata keçirirdilər. Əgər istilaçılar bundan bəhrələnirsə, demək tarix həqiqətən məqsədyönlü şəkildə dəyişdirilir. Ona görə də son illərdə çıxan kitabımın adını �Türk kitabı� qoydum. Bundan əvvəl isə �İstilalar, müharibələr, türk şəhərlərinin taleyi� adlı kitabım vardı.
Yerin, torpağın adı � vətən tarixinin heç nə ilə əvəz olunmayan dəlil və sübutlarıdır. Onları heç xoş təsadüflərdə belə dəyişmək düzgün deyil. İndi tarixi adlarımızın qaytarılması mənə çox fərəh verir. Qədim Biləsuvar, Xankəndi, Şirvan və s. adların qaytarılması könül rahatlığıma səbəb olur. �
– Maraqlıdır, sizin tədqiqatlarınız türk qaynaqları ilə üst-üstə düşürmü? Bu araşdırmalara türk tarixçilərinin münasibəti necədir?
– �Türk imzası� kitabı rus yazıçı və alimləri, ictimai xadimlərinin daşıdıqları türk mənşəli təxəllüslərinin ensiklopedik lüğətidir. Bu, türk mənşəli rus soyadları istiqamətində yazılan kitabdır. �Türk sözləri rus dilində� kitabının üçüncü nəşri də türkoloji elmdə yeni hadisələrdir. Sovet dövründə Moskva və Peterburqda türkologiya mərkəzləri böyük işlər görürdü. O cümlədən, türkoloqlarımız Bakıda da böyük uğurlar əldə edirdilər. Amma zaman öz sözünü deyirdi, məhdudiyyətlər var idi. Etnos məsələsinə toxunmağa icazə yox idi. Bu, onların özləri üçün də qapalı mövzu idi. Mən tədqiqatlara başlamışdım və konfranslarda məruzələr edirdim. Azərbaycan müstəqillik qazanandan sonra kitablarım nəşr olunmağa başladı və tədqiqatlarımı genişləndirdim. Deyəcəksiniz ki, Baskakovun �Türk mənşəli rus soyadları� kitabı var. Bu, mənim çox sevdiyim və əsaslandığım mənbədir. Baskakov bu lüğətdə 600 soyadın etimoloji təhlilini verib. Mən isə Baskakova əlavə olaraq 800-dən artıq türk mənşəli rus soyadlarının tarixi etnoloji təhlilini aparmaqla yanaşı, həm də onu daşıyan soyadların özlərinin tarixindən bəhs etmişəm. Yasaq mövzu olduğuna görə bu, ədəbiyyatlarda da birtərəfli izah olunurdu. Çox çətinliklərlə bunları ərsəyə gətirmişəm və neçə illərimi sərf etmişəm.
Türk əsilli ruslar
– Rus dövlətçiliyi tarixində və xalqın içindən türk mənşəli məşhur insanları necə tapıb ortaya çıxarmısınız?
– Rus dövlətçiliyində və xalqın içində türk mənşəli məşhur insanlar ortaya çıxarıldıqda onların kimliyi ilə maraqlanırdım. Bunlar Suvorov, Kutuzov, Anna Axmatova, Aleksandr Kuprin kimi böyük şəxsiyyətlərdir ki, onlar öz adları ilə böyük bir milləti ifadə edə bilirlər. Türk əslini göstərmək və haqlarında bilgilərim də olduğundan onlara portret yazılar həsr etdim. Bu da �Türk əsilli ruslar� kitabımın ərsəyə gəlməsinə səbəb oldu. Onsuz da İvan Bunin, Anna Axmatova, Aleksandr Kuprin sevdiyim yazıçılar idi. Onlar səmimiyyətlə özlərinin türk əsillərini qeyd edirdilər. Məsələn, İbrahim Mirzə nəslindən gələn Qavril Derjavin bir çox şeirlərində özünün türk əslindən, Anna Axmatova özünün türk-tatar nənəsindən danışır.
– Eləcə də rus knyazı İvan Qroznının, admiral Kolçakın türk əsilli olduğunu qeyd edirsiniz.
– Rus hərb adamı Kolçak da , � İvan Qroznı da türk əsillidirlər. İvan Qroznı üz cizgiləri, yaşam tərzi, enerjisi, cazibəsi, xisləti baxımından Qızıl Orda xanı Mamayın nəslindəndir. Təəssüf ki, rus taxt-tacında türk əsilli insanın oturmasını demək istəmirdilər. Ancaq həqiqət nə qədər gizlədilərsə onun ortaya çıxmasının da bir zamanı var. İvan Qroznının hakimiyyətinin axırıncı illərində hakimiyyətə gətirdiyi Sayın Bulat türk əsillidir. Mən ona ayrıca oçerk həsr etmişəm. Bir şey yaxşıdır ki, xristianlığı qəbul edən rus əsilzadələri eyni zamanda, türk soyadlarını da saxlamışdılar. Onlar siyasi tələblər üzündən xristianlığı qəbul edirdilər. Rus-Osmanlı savaşlarının sonunda həmin əsilzadələr xristianlığı qəbul etmək, öz siyasi vəziyyətlərini düzəltmək, saxlamaq məcburiyyəti ilə bu addımı atırlar. Faktlar sübut edir ki, ruslarda böyük ailələr, türk soyları təməlsiz yaranmayıb. Söhbət Volqa çayı üzərində kütləvi surətdə xristianlığı qəbul edən sıravi insanlardan getmir. Rus tarixində şanlı-şöhrətli soylar türk əsilzadələrinin soylarıdır.
– �Rus dilində türk sözləri� kitabınızda klassik rus ədəbiyyatında işlənən türk sözləri toplanıb. Bu mövzunun araşdırılmasına yenə də ehtiyac var?
– Bu kitab dünyada birinci araşdırmadır. Türk alimləri ilə � görüşlərimdə bu əsərlərin hər biri böyük məmnunluq hissi ilə qarşılanır. Hətta, tanımadığım evlərə bu kitabların yayılmasının şahidi olmuşam. Ayrılıqda rus dilində türk geyim, bitki və s. adlar lüğət şəklində işlənirdi. Ancaq monoqrafik araşdırmaya cəlb olunması, türk sözlərinin rus dilinə keçmə vaxtı və tarixi şəraiti öz yerində. Mənim üçün əsas olan türk sözlərinin rus dilində işlənmə xüsusiyyətləridir. Məsələn, Puşkin, Tolstoy, Lermontov, Qoqol, Qorkinin dilində türk sözlərinin necə işlənməsi düşündürücü faktlar idi. Bu mövzular işlənmədiyinə görə çətin idi, digər tərəfdən əleyhdarlar da tapılırdı. Hər şeyə şübhə ilə yanaşırlar. Mən bu araşdırmaları rus dilinin ən mükəmməl lüğətləri əsasında aparmışam. Ümumiyyətlə, hər bir dildə alınma sözlər var. Çox maraqlıdır ki, rus dilindəki türk sözləri danışıq yolu ilə, şivələrdən keçən sözlərdir. Bu da daha geniş əlaqələrdən xəbər verir. Yəni əhali ədəbi dildən öncə türk sözlərini işlədib ki, bunlar ədəbi dilə də keçə bilib.
– Dediniz ki, araşdırmaların əleyhdarları çox olurdu. � İradlar əsasən nə ilə bağlı idi?
– Mən bu mövzuya təzə başlayan vaxtlarda, konfranslarda çıxışlarım, bu mövzunun təsdiqi zamanı bu cür çətinliklərlə qarşılaşırdım. Ermənilərdə xəstəlik dərəcəsində eqoizm, bizdə isə � özümüzü kiçiltmək xüsusiyyəti var. Bu araşdırmaların sonunu gözləmək və tanış olmaq əvəzinə �Rus böyük millətdir, türk sözü onun nəyinə lazımdır� və s. fikirlər yaranırdı. Şovinist insanlar bu nəticələri qəbul etmirdilər. Türk sözlərinin rus dilində bolluğu 200-300 il əvvəl də qeyd olunub. Ruslar özləri də onlara �müharibələr törədən türk xalqlarının necə mədəniyyəti ola bilər ki, bizim dilimizə keçsin. Bizim mədəni səviyyəmizə baxın�-deyə cavab verirdilər. Mən onlara cavab olaraq Puşkinin öz dilində elə bir cümlə yazmışam ki, bir nümunədə 6 türk sözü işlənib. Qorkidən elə bir cümlə demişəm ki, onun bir fikrində 9 türk sözü var. Rus dilində hərb terminləri, gündəlik məişətdə işlənən sözlər, inzibati hüquq terminləri, geyim adları, heyvandarlıqla, bitki aləmi ilə bağlı türk sözləri ictimai həyatın bütün sahələrinə nüfuz edib.
Qarabağ dəftəri
– Siz həm də bədii yaradıcılıqla məşğulsunuz. Elmi axtarışlardan yorulanda bədii yaradıcılığa üz tutursunuz?
– Bu, əhval-ruhiyyədən, ovqatdan asılıdır. Sözə olan ehtiram, hörmət, nə fərqi var, elmi araşdırmalar şəklində olsun və ya bədii üslubda deyilsin. Mən ara-sıra şeirlər yazıram. Türk dünyasına bələd olduqca ağızdan-ağıza keçən rəvayətlər, əfsanələr məni çox düşündürürdü. Mən onları şirin hekayətlərə çevirməyə çalışıram. Bununla həm əfsanəni yaşatmaq, həm də ürəyimdən keçənləri demək istəyirəm. Ümid edirəm ki, onları hekayə şəklinə salmaqla bu əfsanələr, rəvayətlər kitablara, dərsliklərə düşür.
– Türkoloji sahədə daha hansı tədqiqatlar aparmaq niyyətindəsiniz?
– Hər zaman özümlə bir dəftər daşıyıram və qeydlərimi edirəm. Rus dilindəki türk sözlərinin təmiz lüğətini yazmaq istərdim. Türk mənşəli rus soyadları ilə bağlı çoxlu materiallar yığmışam. Bunları dördcildli lüğət şəklində çap etdirmək istəyirəm. Hazırda əlimdə olan işlər Azərbaycanla bağlıdır. �Azərbaycan Övliya Çələbinin gözü ilə� nəşrinə hazırlaşıram. Könlümdə Qarabağ dəftəri var. Qarabağın tarixi ilə bağlı yazılarımı �Qarabağ dəftəri� adı altında çap etmək istəyirəm.
Təranə Məhərrəmova �
Kaspi.- 2011.- 21 iyun.- S.9.
Rus dilində türk sözləri
TÜRK SÖZLƏRİ RUS DİLİNİN LEKSİK QATINDA
(Minaxanım Təkləli. Rus dilində türk sözləri. Bakı, Elm, 2001).
Müxtəlifsistemli dillərin bir-birilə əlaqəsi tarixi bir proses olub, tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlərlə, elmi-texniki tərəqqi, elmi bilik sahələrinin inkişafı və sairə ilə bağlıdır. Dillərin bir-birinə təsiri tarixi-mədəni, siyasi -sosioloji prosesin tərkib hissəsidir. Tarixi faktlar göstərir ki, türk xalqları təşəkkül dövründən ta bu günə kimi şərqi Slavyan xalqları ilə birgə yaşamış, isti əlaqə və münasibətlər qurmuş və bir-birinin söz ehtiyatından faydalanaraq istifadə etmişlər. X1X əsrdə çar rusiyası Qara dənizə çıxmış və bu dəniz boyunca türk torpaqları ilə canlı təmas qurmuş, Qafqazın, Azərbaycanın türkcəsi ilə ünsiyyət qurmuşlar. Ona görə də slavyan xalqları ilə zaman-zaman əlaqə qurmuş türklər ictimai-mədəni inkişaf səviyyəsinə görə yetkin xalqlardan olmuşdur. Türk dili hələ qədim zamanlardan slavyan dillərilə yaxın coğrafi münasibətlərdə olmuşdur. Mədəni-kültür, inzibati, hərbi və dövlətçilik əlaqələri ilə bağlı leksika türkizmlərin slavyan dillərinə keçməsi üçün mənbə rolunu oynamışdır. Həmin leksika ictimai-iqtisadi və siyasi həyatın bir çox sahələrini əhatə edir, rus dilindəki ümumtürk leksik vahidlərinin qədim və zəngin bir tarixə malik olduğunu sübüt edir. Türk sözlərinin rus dilində varlığının bir neçə yüz illik tarixi var. Bu məsələnin türkologiyada öyrənilməsinin tarixi 17-ci əsrdən üzü bəridir. Bir sıra məsələlərin öyrənilməsinə baxmayaraq, hələ də türk dilləri ilə rus dilinin əlaqəsi tarixi az tədqiq edilmişdir; əksər türk sözlərinin rus dilinə keçmə vaxtı dəqiqləşdirilməmiş, bir çox hallarda rus dilindəki türkizmlərin tematik və leksik-semantik qruplardakı yeri aydınlaşdırılmamışdır.
Filologiya elmləri namizədi, APU-nun dosenti M. Təkləlinin kitabı 3 fəsildən ibarətdir. I fəsildə türk mənşəli sözlərin rus dilində əmələ gəlmə tarixi və mövqeyi məsələləri təhlil olunur. Müəllif türklərin ruslarla əlaqə, münasibət tarixindən, Qafqaz mövzusunda olan əsərlərdə türk sözlərinin, ekzotizmlərin işlənmə məqamlarını, türk mənşəli sözlərin rus dilində mövqeyini açıqlayır, türkizmlərin rus dilində semantik dəyişikliyə məruz qalma səbəblərini göstərir.
M. Təkləli türk sözlərini bədii əsərlərdən- böyük rus yazıçılarındanA. Puşkinin, L. Tolstoyun, A. Tolstoyun, A. Qriboyedovun, M. Lermontovun, N. Qoqolun, İ. Turgenevin, A. Çexovun, M. Qorkinin və başqalarının əsərlərindən böyük zəhmət hesabına seçib toplamış və tədqiqata cəlb etmişdir. Məsələn, A. Pukinin əsərlərində “başmak”, “kabluk”, “kaftan”; M. Lermontovun əsərlərində “paşa” “talan”; A. Tolstoyun əsərlərində “patlican”, “şalvar”, “xabar”, “karqa”, “Nabatov”; L.Tolsyoy ” üzüm”, “durman” (dərman); Çexovun əsərlərində “nabat” (növbə mənasında); Ostrovskinin əsərlərində “biryuk” (türk sözü börüdən) özlər müəyyən üslubi mətləblərin meydana çıxarılması üçün istifadə olunmuşdur.
Müəllif yeni-yeni materiallar əsasında türk sözlərinin rus dilində dəqiqləşdirmiş, həmin sözlərin rus dilindəki hərtərəfli mövqe və rolunu aşkarlamış, əvvəlki araşdırmalardan fərqli olaraq, ruslarla çoxəsrlik əlaqələrə malik olan türklərin uzun tarix boyunca bu xalqlara mədəni-siyasi təsirinin və üstünlüklərinin tarixi gerçəkliklə səsləşən faktlarını dil görüntüləri üzrə təsdiqləmişdir.
M. Təkləli kitabda türk mənşəli sözlərin rus dilində tarixini və onun lüğət tərkibində mövqeyini müəyyənləşdirmiş, rus bədii dilində bu leksik vahidlərin funksional imkanlarını aşkarlamışdır. Beləliklə, rus dilinə türk mənşəli sözlərin keçməsi prosesini bu iki xalqın tarixən birikmiş mədəni, iqtisadi, sosial və siyasi əlaqələri kontekstində izləmiş; türk mənşəli sözlərin rus dilində fonetik və qrammatik cəhətdən mənimsənilməsini və sözyaratma imkanlarını aşkar etmiş, rus dilində işlənən türk mənşəli sözlərin leksik-semantik mənzərəsini müəyyənləşdirmiş; rus dilinin lüğət tərkibində əhəmiyyətli mövqe qazanmış ümumişlək türk mənşəli sözlərlə yanaşı, rus bədii ədəbiyyatında işlənən türk onomastik vahidlərin üslubi məqamlarını da tədqiq etmişdir.
Monoqrafiyanın 2-ci fəsli rus dilində işlənən türk mənşəli sözlərin leksik-semantik xüsusiyyətlərinə həsr edilmişdir. Türk mənşəli sözlər geniş rus mühitinin ictimai, siyasi, iqtisadi, mədəni, elmi həyatının bir çox sahələrini əhatə edir. Ona görə də monoqrafiya müəllifi əhatə dairəsinə görə rus dilindəki türk mənşəli sözlərin təbii hadisələr və coğrafi anlayışları (yayla, buran, tifan, sırt, basalık, sel və s.), yaşayış və məskunlaşma ərazilərini (yurt, çerdak, yama, saray, karvansayray, kirpiç, kişlak və s.); maddi- mədəni əşyaların adlarını (divan, torba, utyuk, sunduk, bardak, çemodan, kisa, çubuk, kendır, burunduk və s.); inzibati, hüquqi, sosial-iqtisadi həyatın mənzərəsini (yarlık, bazar, kazna, batman, karavan, ambar, tamqa, katorqa, çaban, bek, şax, mirza və s.); geyim və geyimlə bağlı əşyaların adlarını (arxaluk, kofta, xalat, terlik, çapan, cilet, şuba, papax, liçak, ata, başmak, postol, çulki və s.) ; hərbi sahələri (karaul, tabor, baraban, mişen, nabat, bunçuk, kurqan, esir,, kinjal, ataman, saçak, sultan və s.); müxtəlif bitki adlarını (aqaç, arbuz, tut, kamış, kizil. Çinar, funduk, kişmiş, ayva, limon, çovdar, şax və s.) ; heyvan və quş adlarını (karqa, şakal, kaban, sazan, samur, djeyran, mış); təbii mineral adları, faydalı qazıntı və qiymətli daş-qaş adlarını (almaz, izumurd,, mramor, jemçuk, mazut və s.) ; yemək və içki adlarını (balık, şaşlık,, kebab, xalva, bekmes və s.) ifadə etdiyini zəngin və maraqlı nümunələr əsasında izah etmişdir.. Müəllif mədəni terminlər adı altında denqa, yarlık, tarif, tamqa, prğokol, kabala, basma, monet, çuqun, bronza, karandaş, utyuk, bazar, kirpiç, altın, arişin və s. tipli türk sözlərinin rus dilinin lüğət tərkibində möhkəm yer tutduğunu və bədii əsərlərin dilində zəngin üslubi məqamlarda işləndiyini də fakt və dəlillər əsasında aydınlaşdırmışdır. Üslubi məqamlarla bağlı müəllif belə bir nəticəyə gəlir ki, türk mənşəli sözlərin böyük əksəriyyətinin məcazlaşması, çoxmənalılıq yaratması, nəhayət metoforik keyfiyyətlərinin üstünlüyü onların bu dildə geniş məna zənginliyi yarada bilmə səviyyəsinin yüksəkliyini və onların bu dil üçün zəruri dil vahidlərindən olması faktını təsdiqləyir.
Monoqrafiyanın 3-cü fəslində türk mənşəli onomastik vahidlərin rus bədii dilində işlənmə xüsusiyyətlərindən danışılır. Rus bədii ədəbiyyatında türk tarixi şəxsiyyətləri (Atilla, Mamay xan, Cingiz xan, Batı, Axmat, Tamerlan-Teymurləng, Məhəmməd və s.), türk mənşəli familiyalar, ləqəblər, təxəllüslər, titullar (Berkutov, Çeprakov, Tolmaçev, Karaulov, Bazarov, Başmakov, Boqatırov, Kabanov, Karamazov, Jemçujnikov, Almazov, Kumaçev, Kolpakov, Maydanov, Tuqan, Kurqanov, Koçevoy, Yarsev, Epança, Xalatov, Xanov, Çekmar, Arbuzov), türk etnos adları (mirza, skif, peçeneqlər, qırğız-qaysaq, çuvaş, başkir, kalmık, monqol, kizilbaş, və s.), türk mənşəli toponimik vahidlər (Karatuban, Qala, Karasu Bazar, Ak Meçet, Akkerman, Xuc, Tərtər, Kov, Karabörk, Kaymak, Enderi, Kurqan, Aktıyar (Sevastobol, hamamlı, Bozabdal, Gərgər, Niyazabad, Alagöz, Sundır, Qarabağ, Stanbul və s.) təhlil süzgəcindən keçirilir, hər birinin struktur-semantik əlamətləri üzərində dayanılır. Bu məsələnin araşdırılması göstərir ki, onomastik vahidlər rus ictimai mühitində türk sivilizasiyasının güclü təsirini, qüvvətli mövqeyini və eləcə də bədii mühitdə üslubi vasitə rolunun nə qədər əhəmiyyətli və bu cəhətlərin öyrənilməsinin faydalı olduğunu təsdiqləyir. Çox böyük zəhmət hesabına ərsəyə gəlmiş bu tədqiqat işi türk- slavyan ədəbi-mədəni əlaqələrinin, dil, tarix və kültür mühitinin geniş planda öyrənilməsi üçün də xeyli material verir.
İsmayıl Kazımov.
© WebMaster: CAhid KAazimov – cahidbdu@yahoo.com – – Muellif huquqlari qorunur.
Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.