Rusiyadan Azərbaycana sifariş və çatdırılma xidməti
1905-ci il yanvarın 9-dan dekabrınadək davam edən inqilabın birinci mərhələsində inqilab özünün ən yüksək pilləsinə qalxmışdı. Həmin ilin iyununda Qara dənizdə “Potyomkin” gəmisinin matroslarının güclü üsyanı baş verdi və amansızlıqla yatırıldı.imerator II Nikolay 1905-ci il oktyabrın 17-də əsas siyasi azadlıqları bəyan edən Manifest imzalamağa məcbur oldu. Inqilabın birinci mərhələsinin zirvəsini Moskva silahlı üsyanı təşkil etmişdi. 1906-1907-ci illərdə fəaliyyət göstərmiş I və II Dövlət Dumalarının islahat tələblərindən hökumət ciddi narahatlıq keçirirdi. Ona görə imperator 1907-ci il iyunun 3-də II Dumanı qovdu. Bu inqilabın sonu demək idi. birinci rus inqilabı öz qarşısına qoymuş olduğu əsas vəzifələrdən heç birini yerinə yetirə bilmədi. Birinci rus inqilabı göstərdi ki, hökumətin kənddə sosial dayağı yoxdur. Icma torpaqlarının qarət edilməsi hesabına qolçomaqları kənddə mütləqiyyətin dayağına çevirmək siyasətinə keçilməsi qərara alındı. Bu siyasət tarixdə Stolıpin aqrar islahatları adını almışdı. 1906-cı ildə Nazirlər Şurasının sədri təyin edilmiş P.A.Stolıpin öz dövrünün böyük islahatçısı idi. Onun keçirdiyi torpaq islahatı Rusiyanın iqtisadi geriliyinin mənbəyi olan kəndli icmalarının aradan qaldırılmasına yönəldilmişdi. II Nikolayın 1906-cı il noyabrın 9-da icmaların dağıdılması haqqında fərmanı 1910-cu il iyun qanunu ilə qüvvəyə mindi. Bu qanunla Rusiya kəndində icmalar məcburi surətdə ləğv edilir və kəndlilər sərbəst surətdə icmanı tərk etmək, öz pay torpağına malik olmaq hüququ əldə edirdilər.
Rusiya XIX əsr – XX əsrin əvvəllərində
xıx əsrin əvvəllərində Rusiya ictimai-iqtisadi inkişaf baxımından Qərbi Avropa ölkələrindən xeyli geridə idi. 1801-ci ildə Rusiyada saray çevrilişi baş verdi. I Pavel öldürüldü və onun oğlu I Aleksandr taxta çıxarıldı (1801-1825). Kəndli məsələsinin kəskinliyini zəiflətmək üçün 1803-cü ilin fevralında “azad taxılçılar” haqqında fərman verildi. Fərmana görə mülkədarlara icazə verilirdi ki, öz arzularına görə pul alıb kəndliləri torpaqla birlikdə azad etsinlər. 1810-cu ildə yaradılan Dövlət şurası ali idarəetmə orqanı kimi fəaliyyət göstərsə də, çarın yanında məşvərətçi orqan idi. xıx əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Bu zabitlər gizli “Nicat ittifaqı” və “Səadət ittifaqı” adlı cəmiyyətlər yaratdılar. 1825-ci il dekabrın 14-də hərbçilərin üsyanı baş verdi. Bu üsyan tarixə dekabristlər üsyanı kimi daxil oldu.
Dekabristlər üsyanı Rusiyada inqilabi hərəkatın başlanğıcını qoydu. xıx əsrin 50-ci illərinin axırlarında Rusiyanın iqtisadi geriliyinin əsas amili olan təhkimçilik hüququnun ləğv edilməsi və burjua islahatlarının keçirilməsi zərurəti meydana çıxmışdı. 1861-ci il fevralın 19-da II Aleksandr mülkədar kəndlilərinin təhkimçilik hüququnun ləğv edilməsi haqqında “Əsasnamə” imzaladı. Təhkimli kəndlilər şəxsi asılılıqdan azad edilirdilər. Kəndlilərə daşınan və daşınmaz əmlaka malik olmaq, məhkəmədə öz adından çıxış etmək, qanunlar və adətlər üzrə vərəsə olmaq hüququ verilirdi. Kəndlilər azadlıq və pay torpaqları üçün mülkədarlara ödənc verməli idilər. Onlar ödənc məbləğinin 20%-ni dərhal ödəyir, qalan 80%-i isə kəndlilərin əvəzindən mülkədarlara dövlət tərəfindən verilirdi. Dövlətin kəndlilərə verdiyi bu “borc”u onlar 49 il ərzində faizlə qaytarmalı idilər. 1864-cü ildə quberniya və qəza miqyasında seçkili hakimiyyət orqanları olan zemstvo idarələri yaradıldı. Buraya əhalinin bütün təbəqələrinin nümayəndələri daxil idilər. Zemstvolar qəza və quberniya ərazisində ancaq təsərrüfat və mədəniyyət məsələləri ilə məşğul olurdular. 1864-cü ildə məhkəmə islahatı da keçirildi. Məhkəmə islahatı məhkəmənin hökumət orqanlarından asılı olmadığını elan edirdi: hakim hökumət tərəfindən təyin edilsə də, öz vəzifəsindən yalnız məhkəmənin qərarı ilə kənar edilə bilərdi. Məhkəmə iclasları açıq keçirilirdi. Bu islahat 60-70-ci illərin islahatları içərisində daha ardıcıl burjua islahatı idi. xıx əsrin ortalarında Rusiyanın xarici siyasətində əsas məsələ “Şərq məsələsi” idi.
Bu məsələnin mahiyyətini Osmanlı imperiyasının hakimiyyəti altında olan torpaqların bölüşdürülməsi və Yaxın Şərqdə təsir dairəsi uğrunda Avropanın böyük dövlətləri arasındagedən mübarizə təşkil edirdi. Fələstindəki müqəddəs yerlər üstündə mübahisə (Fələstin Osmanlı imperiyasına daxil idi-red.) Rusiyanın Osmanlı imperiyası ilə yeni hərbi toqquşması üçün bəhanə oldu. 1853-cü ilin oktyabrında Krım müharibəsi başlandı. Müharibənin birinci mərhələsində ən mühüm hadisə 1853-cü il noyabrın 18-də Sinop buxtasında dəniz vuruşması idi. Bu, yelkənli hərbi donanma tarixində sonuncu döyüş oldu. Rus donanması döyüşdə qalib gəldi. Bu hadisə İngiltərə və Fransanın müharibəyə qoşulmasını sürətləndirdi. Hər iki dövlət 1854-cü ilin martında Rusiyaya müharibə elan etdi. Prussiya və Avstriya isə Rusiyadan Dunay knyazlıqlarından öz qoşunlarını çıxartmağı tələb etdilər. 1854-cü ilin sentyabrında müttəfiqlərin ordusu Sevastopol üzərinə hücuma keçdi. 1855-ci ilin sentyabrında Sevastopol ələ keçirildi. Krım müharibəsində Rusiya biabırcasına məğlub oldu. Bu müharibədə Rusiyanın məğlubiyyətinin əsas səbəbləri iqtisadi və hərbi-texniki gerilik idi. 1856-cı ilin martında Parisdə müttəfiqlərlə Rusiya arasında sülh müqaviləsi imzalandı. müqaviləyə görə Rusiya Qara dənizdə hərbi donanmaya, sahillərdə isə qalalara sahib olmaq hüququndan məhrum edilirdi. Osmanlı imperiyasının ərazi bütövlüyü təmin edilirdi. Dardanel boğazı və Qara dəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan olunurdu. Krım müharibəsi Rusiyanın xarici siyasət sisteminə zərbə endirdi və onun beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurdu.
Krım müharibəsində sonra Rusiyanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi. 1871-ci ildə Londonda keçirilən beynəlxalq konfransda Rusiya yenidən Qara dəniz sahillərində qalalar tikmək və orada hərbi donanma saxlamaq hüququ aldı. Balkan yarımadasında Rusiyanın işğalçılıq planlarının güclənməsi nəticəsində 1877-1878-ci illərdə yeni Rusiya-Osmanlı müharibəsi baş verdi. Bu müharibə-Osmanlı imperiyasının məğlubiyyəti ilə nəticələndi. Rusiya Osmanlı dövləti ilə 1878-ci ilin martında San-Stefano sülh müqaviləsini imzaladı. Bu sülh müqaviləsinin şərtlərinə görə Bolqarıstanın şimal hissəsi müstəqil dövlət elan edildi. Çernaqoriyanın və Serbiyanın müstəqilliyi Osmanlı dövləti tərəfindən tanındı. Rumıniya müstəqil dövlət oldu və Şimali Dobruca ona verildi. Qars vilayətini və Bessarabiyanı Rusiya ələ keçirdi.xx əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı xeyli sürətlənmişdi. Rusiyada sindikatlar sayca üstünlüyə malik idilər. Inhisarlarla sıx əlaqədə olan iri banklar ölkədə həlledici rol oynamağa başlamışdılar. 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində rus ordusunun ağır məğlubiyyəti ölkədə mövcud quruluşa qarşı narazılığı kəskin surətdə artırmışdı. Bu narazılıq özünün ən kəskin təzahürünü 1905-1907-ci illərdə baş vermiş burjia-demokratik inqilabında tapdı. İnqilabın qarşısında mütləqiyyətin devrilməsi və respublika elan edilməsi, mülkədar torpaq sahibliyinin ləğvi, demokratik hüquq və azadlıqların elan edilməsi, milli zülmün ləğvi və xalqlara öz müqəddəratını təyin etmə hüququnun verilməsi kimi mühüm vəzifələr dururdu.
1905-ci il yanvarın 9-dan dekabrınadək davam edən inqilabın birinci mərhələsində inqilab özünün ən yüksək pilləsinə qalxmışdı. Həmin ilin iyununda Qara dənizdə “Potyomkin” gəmisinin matroslarının güclü üsyanı baş verdi və amansızlıqla yatırıldı.imerator II Nikolay 1905-ci il oktyabrın 17-də əsas siyasi azadlıqları bəyan edən Manifest imzalamağa məcbur oldu. Inqilabın birinci mərhələsinin zirvəsini Moskva silahlı üsyanı təşkil etmişdi. 1906-1907-ci illərdə fəaliyyət göstərmiş I və II Dövlət Dumalarının islahat tələblərindən hökumət ciddi narahatlıq keçirirdi. Ona görə imperator 1907-ci il iyunun 3-də II Dumanı qovdu. Bu inqilabın sonu demək idi. birinci rus inqilabı öz qarşısına qoymuş olduğu əsas vəzifələrdən heç birini yerinə yetirə bilmədi. Birinci rus inqilabı göstərdi ki, hökumətin kənddə sosial dayağı yoxdur. Icma torpaqlarının qarət edilməsi hesabına qolçomaqları kənddə mütləqiyyətin dayağına çevirmək siyasətinə keçilməsi qərara alındı. Bu siyasət tarixdə Stolıpin aqrar islahatları adını almışdı. 1906-cı ildə Nazirlər Şurasının sədri təyin edilmiş P.A.Stolıpin öz dövrünün böyük islahatçısı idi. Onun keçirdiyi torpaq islahatı Rusiyanın iqtisadi geriliyinin mənbəyi olan kəndli icmalarının aradan qaldırılmasına yönəldilmişdi. II Nikolayın 1906-cı il noyabrın 9-da icmaların dağıdılması haqqında fərmanı 1910-cu il iyun qanunu ilə qüvvəyə mindi. Bu qanunla Rusiya kəndində icmalar məcburi surətdə ləğv edilir və kəndlilər sərbəst surətdə icmanı tərk etmək, öz pay torpağına malik olmaq hüququ əldə edirdilər.
Bu tədbir kənddə sosial təbəqələşmə prosesini gücləndirdi. Birinci dünya müharibəsi ərəfəsində Rusiya yeni sarsıntılar içərisində idi.
- Teqlər:
- Rusiya tarixi
Rusiyadan Azərbaycana sifariş və çatdırılma xidməti
Mover böyümə və müştərilərinə daha yüksək keyfiyyətli xidmət vermə strategiyasına uyğun olaraq, 4-cü xarici ölkədə – Rusiyada anbarını istifadəyə verib.
May ayının 16-dan etibarən Rusiya Federasiyasında yeni Mover anbarı fəaliyyətə başlayır. 16 may tarixindən etibarən müştərilərimiz Rusiyanın onlayn alış-veriş platformalarından sifarişlərini Mover`in bu ölkədəki anbarına göndərə və Azərbaycana çatdırılmasını istəyə bilər.
Moskva şəhərində yerləşən Mover`in Rusiya anbarından yüklər başlanğıc olaraq həftədə 1 (bir) dəfə Azərbaycana göndəriləcək.
Qeyd edək ki, Rusiyadan sifarişlərin Azərbaycana gətirilməsinin çatdırılma qiyməti 1 kq*7,5$ olacaq. Rusiyadan çatdırılma tarifləri ilə ətraflı şəkildə QİYMƏT CƏDVƏLİ bölməsində tanış ola bilərsiniz.
Aliexpress-dən Azərbaycana alış-veriş və sifariş
Xüsusi olaraq bildirək ki, dünyanın ən böyük onlayn alış-veriş platformalarından biri olan “Aliexpress” saytının məhsullarını Rusiyanın tmall.ru saytından rahatlıqla sifariş verə bilərsiniz. Biz isə öz növbəmizdə “Aliexpress” sifarişlərinizi sizin üçün qısa müddətdə Azərbaycana və ölkənin 50-dən çox bölgəsinə çatdırarıq.
Xatırladaq ki, Rusiyadan Azərbaycana məhsul sifariş etmək üçün mover.az saytında QEYDİYYATDAN KEÇərək, Xaricdəki Ünvanlarım bölməsindən Rusiya anbarımızın ünvanını əldə edə bilərsiniz. Xarici anbarımızın ünvanını əldə etdikdən sonra Rusiyanın onlayn alış-veriş saytlarından məhsul sifarişi zamanı ünvan bölməsinə Mover`in Rusiya anbarının ünvanını qeyd edirsiniz. Sifarişləriniz bizim Rusiyadakı anbarımıza təhvil verildikdən sonra isə ən gec 7 gün ərzində Bakıya və Azərbaycanın 50-dən çox bölgəsinə çatdırılır.
XÜSUSİ QEYD: Qapıda ödəmə ilə gələn sifarişlər anbara qəbul olunmur.
Rusiyadan alış-veriş saytlarının siyahısı
Rusiyadan rahatlıqla alış-veriş etməyiniz üçün bu ölkədə fəaliyyət göstərən ən böyük alış-veriş platformalarının siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
Comments are closed, but trackbacks and pingbacks are open.