Press "Enter" to skip to content

Текст книги Rüstəm Behrudinin özü haqqında bilmədikləri

Ona görə də Rüstəm Behrudinin türk dünyasına həsr edilmiş şeirlərində Azərbaycan faktoru xüsusi çəkiyə ma-likdir. Daha doğrusu, Rüstəm Behrudi ümumiyyətlə dün-yaya, o cümlədən də türk dünyasına Azərbaycandan baxır. Rüstəm Behrudi şeirlərində Azərbaycan ağırlıqlı türk dün-yasını tərənnüm edir. Türk dünyası haqqındakı şeirləri ge-niş baxışlara malik bir Azərbaycan şairinin qavrayışında ifadə olunan üfüqlərin poetik ifadəsidir. Avropanın və Asi-yanın diğər ölkələrinə həsr etdiyi şeirlərində də planetar baxış milli düşüncənin süzgəcindən keçərək obrazlı şəkildə mənalandırılır. Buna görə də onun Vətən anlayışı ümumi (türk dünyası, yaxud dünya) ilə xüsusinin (Azərbaycanın) nəinki ayrılmaz vəhdətindən, hətta zərurətindən yoğrul-muşdur. Rüstəm Behrudi şeirlərində ölkə anlayışını şair Fü-zuli və ya Göyçə, Qarayazı kimi yer adları ilə yanaşı, həm də “əyilməyən çinarlar”, yaxud “Kitabi-Dədə Qorqud” das-tanlarından gələn “qarşı yatan qara dağ” məfhumlu ilə, qan yaddaşına hopmuş mifoloji təsəvvürlərlə ifadə edir. O, hələ sovet hakimiyyəti illərində Vətəndən bəhs edərkən yazmışdı ki, “sən qızıl almasan devlər əlində”. Rüstəm Beh-rudinin 1985– ci ildə qələmə alınmış. “Vətən” şeiri isə Azər-baycan ədəbiyyatında milli-mənəvi bütövlüyün və etnik-coğrafi genişliyin vüsətini özündə əks etdirən fərqli və əhə-miyyətli poetik örnəkdir:

Rüstəm Behrudinin yalnızlığını gülümsədən qadın: “O, Tanrının ən gözəl şeiridir” – FOTO

Əvvəl sözünü tanıdı, sonra da özünü. Bu qadın Allahın mələyini əlindən almağa iddialı olan bir şairin mələyinə çevrilə bildi. Bu mənada Behrudi yanılmamışdı, nəhayətdə israrla istədiyini Tanrıdan ala bilmişdi. Artıq Tanrı gördü ki, bəndəsi onunla Allahlıq edir, ona mələklər sifariş edir, biraz da keçsə, sirlərini oğurlamağa cəhd edəcək, ona bir mələk göndərdi ki, get, başını qarışdır, məndən birdəfəlik əl çək.

İçi işıq, nur, duğularla dopdolu olan bu qadın, həqiqətən də, onun dünyasında bir şimşək kimi çaxdı, o qədər işığa qərq elədi ki, Rüstəm Behrudinin ipə-sapa yatmayan ruhu ram, qurd kimi ulayan yalnızlığı ram olmağa, gülümsəməyə başladı. Türk dünyasının sevilən şairi, Rüstəm Behrudinin doğum günündə, ömür-gün yoldaşı Dünya xanım şairi bizə daha yaxından tanıdacaq. Söhbət boyu şairin eynən özünə bənzəyən qızı Yağmur da bizimlə oldu.

Milli.Az publika.az-a istinadən Dünya xanımla müsahibəni təqdim edir.

“Mən sənin fəlakətinəm” dedi”

Dünya nadir adlardandır. Yəqin ki, bu ismi sizə verənlərin heç ağıllarına belə gəlməzdi ki, doqquz uşaqdan birinin tamamilə öz dünyası, öz aləmi olacaq. Ağlınıza gələrdimi ki, nə zamansa Tanrı qoxulu, özünəməxsus aləmi olan bir insanın dünyası olacaqsınız?

Məhz o??

– Təbii ki, o insanın mütləq fərqli biri olacağına inanırdım, məhz o adam olduğunu bilməsəm belə.

Hardan idi bu əminlik?

– Cünki mən özüm fərqli idim, bəlkə də o fərqlilik anormal idi, bilmirəm. Cünki mənim qədər bu dünyada doğulduğu, yaşadığı mühitə, kəndə, bir sözlə, bu dunyaya aidiyyəti olmayan ikinci bir adamın olmadığını düşünürdüm. Mən büsbütün kitabların məhsuluyam, atam-anam, bacım-qardaşım idi oxuduğum kitablar.

Bəlkə, yaratdığın öz dünyanı axtarırdın kitablarda?

– Mən oxuduğum kitabların məhsuluyam. Öz içimdə qurduğum dünyamı kitablarda tapdım. Adım kimi əmin idim ki, haradasa bir uzaqlar var, mən özümü o uzaqlarda tapacam. Uşaq vaxtı çox qorxaq idim, qaranlıq düşər-düşməz evdən bayıra çıxa bilməzdim. Amma kəndimizin lap kənarında mənim bir əmim yaşayırdı. Ora kəndimizin yeganə ən yüksək yeri idi, bir az təpəlik idi, hərdən kövrələndə, kimsə məni incidəndə gecənin bir aləmində belə xəlvətcə Qənbər əmimin evinin qənşərindəki o təpəyə çıxıb, qonşu qəsəbənin qatarları “yola salan” işıqlarını dəlicəsinə seyr edirdim. Mənim üçün o işıqlar Əkrəmin Əlabbasının, Anarın Oktayının, Əsmərinin, İlyasın Nargiləsinin işiqları idi. Həm də bu qəhrəmanları yaradanların. Bu işıqların ovsunundan saatlarla çıxa bilməzdim. Və o işıqlara qovuşmağın yeganə yolunun daha çox kitab oxumaq olduğunu düşünürdüm. İnanın ki, o uzaqlar mənə hansısa sənət sahibi olmaqdan daha çox işıqlı adamları ilə maraqlı idi, dolayısı ilə, bircə dəfə də olsa, onlarla rastlaşmaq istəyi ilə yaşayırdım.

Və bir gün o kitablar sizi gətirdi uzaqlara?

– Gətirdi. Universitetə qədər.

Nəsə səsinizdə qəribə kədər hiss olunur, aldatmışdımı o kitablar sizi?

– Həm də necə! Nə xəyallarımdakı universiteti, nə də o şəhəri tapa bildim. Günlərin bir günü bütün qiymətlərim əla olduğu halda tapşırılmadığım üçün gözünü belə qırpmadan qiymət kitabçama “üç” yazan bir müəllim oldu xəyallarımın ilk qatili..

Bəs Rüstəm Behrudininin sizin dünyanıza gəlişi? İlk sözünümü tanıdız, özünümü?

– Sözünü. Tələbə vaxtı təsadüfən bir tələbənin dilindən eşitdiyim misrasıyla vuruldum sözünə – “Mən qərib, kimsəsiz didərgin ruham”. O zaman müəllifinin kim olduğunu bilməsəm də, bu misra mənim dilimin əzbəri oldu. Bir gün televizora baxan bacım məni “Gəl gör bu şairi tanıyırsanmı” deyə səslədi, “çox maraqlı danışır” dedi. Qarşımda gözümüzün alışdığı ölçülü-biçili şairlərdən fərqli, hər halı ilə dəyişkən qəribə bir adam dayanmışdı və dərdli-dərdli şeir oxuyurdu. Bu “O” idi, Rüstəm Behrudi. Bir gün yenə də televizorda qarşıma başqa bir Rüstəm Behrudi çıxdı, Allahla Allahlıq edən, “Mən istəsəm, Allahın mələklərini əlindən alaram” deyən Rüstəm Behrudi. Bir etiraf edim ki, ilk dəfə bir misrası ilə qəlbimdə taxt quran Rüstəm Behrudi sanki başqa adam idi, “O” deyildi. “Adam bu qədərmi özünəvurğun olar ilahi”, deyə düşünmüşdüm.

Sizcə, o, səhvmi edirdi? Mələyi almadımı Tanrıdan?

– Günlərin bir günü canlı qarşılaşdıq, “Mən sənin fəlakətinəm” dedi və oldu da.

“O qədər dəyişdi ki, mən belə tanıya bilmədim”

Fəlakətiniz oldu, yoxsa Tanrınız?

Bəs sizə çətin deyil ki, Tanrı mələyi olmaq? Artıq on altı ildir. Əgər onu xarakterizə etmək olarsa, hansı yanı daha çox ağır gələr – Tanrımı, fəlakətmi?

– Əslində, onun fəlakət görüntüsü bir aldanış idi, özünün özünə aldanışı. Kim idi əslində o ilk gördüyüm Rüstəm Behrudi?! Bir tərəfdə şöhrətdən doymuş, Allahla Allahlıq iddiasında olan, bir tərəfdə isə həm də yerin çəkilməz, əlli adamın belə ötəsindən gələ bilməyəcəyi problemləri ilə yüklənmiş və dərdini içkiylə ovudan Rüstəm Behrudi.

Gəldiniz, dəyişdimi nələrsə?

– İnanın ki, hərdən mənə çox qəribə gəlir Rüstəmin münasibəti. Bu, bir kişinin bir qadına olan sevgisi, münasibəti deyildi. Hələ indiyə qədər də buna bir ad qoya bilməmişəm. Çünki gizli deyil ki, qadın da, sevgi də Rüstəm üçün əlçatmaz deyildi. Artıq Allahın mələklərinə sifariş göndərirdi. Amma heç nə xilas edə bilmirdi, Rüstəmi. Nəsə başqa bir şey olmalı idi. O gəldi, Rüstəmmi demişkən,”Tanrımı göndərdi, özümü gəldin”, bilmirəm, amma gəldi. O “nə isə”ni itirmək qorxusu Rüstəmi büsbütün dəyişdi. Hətta o qədər dəyişdi ki, mən belə tanıya bilmədim.

“Rüstəmin atalığının qarşısında öz analığımı ifadə etməyə utanıram”

Bu dəyişiklik hansı müstəvidə oldu, sirr deyilsə?

– Rüstəm bir ata, bir qardaş, bir övlad, bir elin, hətta Azərbaycanın ən ucqar nöqtəsindən onun adını tutub qapısını döyən heç kəsə biganə qalmadı.

Bir şair kimi yox, bir insan kimi onun hansı özəlliyindən danışa bilərsiniz?

– Mən bu dünyada Rüstəm kimi övladlarına düşkün, mükəmməl, nəinki bir ata, heç ana da görmədim. Mən özümü pis ana hesab etmirəm, amma Rüstəmin atalığının qarşısında öz analığımı ifadə etməyə utanıram. Rüstəmin övladları həmişə onun həyatının mərkəzi olublar. Əgər bacarsaydı, uşaqlarının hər birinin yerinə nəfəs belə alardı ki, onlara yük düşməsin.

Bəs bu atalıq hisslərində Tanrının Mələyinin hansısa rolu varmı?

– Təbii ki. Məni Rüstəmə bağlayan ən böyük səbəblərdən biridir, bəlkə də, birincisidir bu sevgi. Rüstəm qapıdan girəndə gözündəki ifadədən anlayıram ki, hansı övladından narahatdır. Bu dünyada Rüstəmi xoşbəxt eləyəcək hər bir nüansı mən onun özündən daha yaxşı bilirəm və anlayıram. Rüstəmin bir sözü var, tez-tez onu xatırladır, insan yaratdığını yaşatmağa borcludur. Bu borcu Rüstəm kimi dərk edən, ona əməl edən çox az adam var bu dünyada. Bu yolda Rüstəmə yardımçı olmaq üçün nəinki əlimdən gələni, hətta əlimdən gəlməyən hər şeyi etdim. Rüstəm bütün varlığı ilə ailəsinə, valideynlərinə, qardaş-bacısına bağlı adamdır. Mübaliğəsiz deyirəm, onların hər biri üçün lazım gəlsə, canını belə qurban verər. Onu qeyd eləyim ki, Rüstəm mükəmməl bir ailədə doğulub. Bu ailədəki mehribanlığa, sevgiyə, hörmətə mən qarışıq çoxları həsəd apara bilər.

“Nobeli çoxdan alardıq”

Rüstəm Behrudi adının kölgəsində yaşamaq necə bir hissdir?

– Son iki-üç ilə qədər hərdən mən varlığıma şübhə ilə yanaşırdım, qorxurdum. Özümə sual verirdim: görəsən, yaşayırammı? O qədər evdən çıxmırdım ki, hərdən liftin yerini səhv salırdım. R.Rövşənin bir misrası var: “Lap yerimdən duran kimi yoruluram, İlahi, tüstü kimi, duman kimi yox oluram, ilahi. ” İllərlə Rüstəm evdən çıxan kimi ölümünə ağlaya-ağlaya bu misraları pıçıldamışam. Mən təpədən-dırnağa hiss, duyğu adamıyam. İyirmi dörd saat beynimdə, ruhumda xəyallar qurub yaşayıram. Hərdən Rüstəmə zarafatla deyirəm, sənin istedadınla mənim duyğularım bir arada olsaydı, indi o Nobeli çoxdan almışdıq.

Necə bacardı, sizi belə evə bağlamağı?

– Əvvəlcə məni bütün ətrafdan, dünyadan təcrid elədi. Bu dünyada özünün dediyi kimi, nə salam verməyə bir adamım, nə də döyməyə bir qapım oldu. Mənim doğmalarımın çoxu üz döndərdi, indiyədək doğma bacım, qardaşım məni dindirmir. Bilirsən, onların öz arzuları vardı, mənimlə bağlı. Demişdim axı, orta məktəbdə necə oxuyurdum, bir dənə də”dörd”üm yox idi. Bütün rayon, kənd camaatının məndən böyük gözləntiləri vardı. Böyük adam olacaqdım, filan. Onların xəyalları suya düşdü. Sizə bir söz deyim, bu dünyada mənim qədər göz yaşı tökən, bəlkəsiz deyirəm, ikinci bir adam tanımazsınız. Ömrümün çox böyük hissəsi özümə divan tutmaqla keçdi. Ata-anama, qardaş-bacılarıma, o kəndə, oxuduğum kitablara, üstümdə haqqı olan hər kəsə yaşatdığım xəyal qırıqlığının bədəlini yüz qat, min qat ödədim. O ki qaldı Rüstəmə, bilirsən necə idi, sən burada dur, amma ölmə-itmə, məni gözlə. O, illərlə başqalarını xoşbəxt etdi, yəni məndən başqa bəlkə də hər kəsi. Ona elə gəlirdi ki, bir gün gələcək, bu şeylər bitəcək, biz öz həyatımızı yaşayacağıq. Deyirdi, səni başa düşürəm, sən məni anlayırsan, bir gün bütün bunlar bitəcək. Və zarafatla “bu arada o qədər yazıq-yazıq ağlayırsan, lap ürəyim ağrıdı”, deyirdi və mən yumşalırdım. Sevincdən uçurdu ki, yenə də bacardı. Hərdən də əksinə, ağzımı açmamış deyirdi ki, nə istəyirsən ey, mən Rüstəm Behrudiyəm, sən kimsən, tək qalsan, özünə bir çörək də ala bilməzsən.

Amma Rüstəm Behrudi haqqında bəzən “milyoner-şair” kimi də düşünürlər.

– Bir söz deyim, dünyada bu söz qədər nifrət etdiyim ikinci bir söz yoxdur. Mən sizə bir etiraf edim, son il yarıma qədər bank kreditləri ilə yaşamaq bizim həyat tərzimizə çevrilmişdi. Bir dəfə görürəm, bu Kəramət Böyükçöl yazıb ki, bu gün kredit ödəməliyəm, haradan tapacam. Mən Rüstəmə zarafatla deyirəm, bu Kəramətin kreditləri də bizimki ilə eyni günə düşüb. Görürsən, bütün şairlər eyni haldadılar, elnən gələn toy-bayramdır.

“Rüstəmin qardaşı həmişə deyir, sizi Allah qurtardı”

Sağlığınıza qismət, amma eviniz çox gözəldir.

– Sənə bir şeyi etiraf edim, Rüstəm məni öldürsə də, deyəcəm. Deyirlər, bəzən insanın həyatı “bitdi” dediyin yerdən başlayır. Bu, eynən belədir, Rüstəm ömrü boyu nə qazanıbsa, hamısını sevgiylə, hörmətlə, bir cöpünü belə götürmədən uşaqlarına verib. Hətta bir dəfə elə çətin durumdaydıq ki, Rüstəmin oğlu Orxan dedi, ata, mənə verdiyin o istifadəsiz qalmış mülkü sataq, bu vəziyyətdən çıx. Həmən Rüstəmin qardaşını çağırdım, dedim, Rüstəm bunu etsə, mən onu bağışlamaram. Qismətimizdə qurtulmaq varsa, Tanrı özü bizi bu çətinlikdən qurtaracaq. Bir də ki islanmışın yağışdan nə qorxusu? Mən ilahi ədalətə inanıram, TANRI elə bu dünyada da insanın yaxşı və pis əməllərinin bədəlini ödədir. Təxminən iki il bundan əvvəl bir səhər oyandım ki, biz neynirik, nə gözləyirik, yaşadığımız evin borcunu ömür boyu ödəyəmmərik. Allaha ağır getməsin, bu nə həyatdı yaşayırıq. Və o gün içimdə verdiyim qərar bizim həyatımızı dəyişdi. İncəliyə varmaq istəmirəm, Rüstəmi bu qərarın doğruluğuna inandırmaq üçün ömrümün yarısını itirdim. Evimizi satdıq. Bir filmə baxmışdım, kənddən şəhərə gələn bir qız təsadüfən bir rəssamın emalatxanasına düşür, fırçanı götürüb ağlına gələn rəngləri bir-birinə qarışdırıb şəkil çəkir, rəssam görəndə gözlərinə inanmır, qarşısında möhtəşəm sənət əsəri vardı, rəssam o əsəri ağlasığmaz qiymətə satır. Bizdə də belə oldu. Fərq o idi ki, biz bu işi bir adamın yardımı olmadan etdik. Bütün bunlardan bir kimsənin xəbəri yox idi, hətta Rüstəmin qardaşlarının belə. Mənsə, Rüstəmin qorxusundan hər gün ölümümü gözümün qabağına gətirib yaşayırdım. Tez-tez deyirdi ki, sən bizi lap düzdə qoyacaqsan. Və bacardıq. Bir sirri də açım, bu qərarı verəndən sonra bir siyahı tutmuşdum, Tanrı qarşısında söz verdim, Allahım, əgər biz bu işi alındırsaq, o siyahıdakı adamları da bizimlə bərabər sevindirəcəyik, onların arasında doğmalar, yaxınlar da, ömrümüzdə bir dəfə gördüyümüz və heç görmədiyimiz adamlar da vardı. Onların hamısını bir şey birləşdirirdi: döyməyə qapıları yox idi. Bilirsiz, mən möcüzəyə inanan adamam. Bizim bu işimiz də bir möcüzə oldu, yəni bu, sirf insanın bacaracağı bir şey deyildi, Tanrının işi idi. Rüstəmin qardaşı həmişə deyir, sizi Allah qurtardı. Və beləcə ilk növbədə o adamları xoşbəxt elədik. Özümü bildim-biləni sonuncu tikəmi belə paylaşmışam, amma bu, tamam başqa bir hiss idi. Eyni vaxtda bu qədər adamın gözlərindəki o sevinci görmək. Bircə epizod deyim: uzaq rayonlardan birində yaşayan anadangəlmə qüsurlu bir qız var. Biz hər dəfə o evə gedəndə özümə gələ bilmirəm. Əslində, danışa və yeriyə bilmir, məni görən kimi siz onun gözlərindəki sevinci görəsiniz! Yanına çatan kimi soruşuram: “Ay Sevda, məni tanıdınmı”, ürəyi partlaya-partlaya “Du-ya, Du-ya” deyir və məni necə qucaqlayır. Bir də baxıram ki, gözümün yaşı Sevdanın əllərindən süzülür. Bilirsən, Cəvahir, nə düşündüm, niyə varlı adamlar özlərini sevmir, adam da özünü bu qədər gözəl hisslərdən məhrum qoyarmı? Əgər bircə şeydən insanları bu qədər xoşbəxt eləmək mümkünsə və sən ozün də bu qədər xoşbəxt olursansa, düşünürsən ki, niyə də etməyəsən ki? Gör neçə evdə var olursan. Sonra Rüstəmə də bir sürpriz etdik, maşını çox köhnə idi. Hərdən zarafatla deyirdim ki, darıxma, bizim də bolluca axçamız olar. Və oldu. O gün o maşını Rüstəmə aldıq, Rüstəmin maşınını da Orxana verdik. İnanın, Rüstəm necə narahat idi, axı bizim evimiz yox idi, duz iki il idi kirayədə qalırdıq. Qaldı indi gördüyün evə, baxdıq ki, gözəl ev almağa pulumuz çatmır, daha ucuz ev axtarırdıq. Bir səhər bacımın yoldaşı zəng vurdu ki, dolların qiyməti neçə olub. Beləcə, Tanrım başladığı işi möhtəşəm sonlandırdı, indi gördüyün bu evi aldıq, ağlımıza gəlməzdi ki, şəhərin ən gözəl binalarının birində mənzilimiz olacaq. Və ömründə bircə çörək almağı da bacarmayan o qız quru divarlardan ibarət olan o evi bu qədər gözəl mənzilə çevirdi. Həmin təmir gedən müddətdə Rüstəm bircə dəfə də olsa, bura gəlmədi. Ev hazır olanda zəng vurub cağırdıq, içəri girəndə gözlərinə inanmadı. Təbii ki, mən bu işi təkbaşına görmədim, ağır işlərdə doğmalar kömək etdilər, amma bütövlükdə bu mənzil mənim əsərimdir. Bu şeyləri paylaşdığım üçün Rüstəm mənə çox hirslənəcək, amma deməyə bilmədim. Çünki “kimsə bahalı maşın bağışlayıb”, ya “milyonlari var” kimi şayiələri eşidəndə deyirəm, bunların içində heçmi Allah qorxusu yoxdur. Biz hər bir namuslu, başqalarının ciblərinə girmədən, öz alın təri, ağlı, istedadi, bacarığı, haqqı ilə yaşayan azərbaycanlının ən gözəl evlərdə yaşamağını diləyirik.

Bütün bunlardan sonra həyat yoldaşınız yenəmi deyir, mən Rüstəm Behrudiyəm, sən kimsən.

– Bir gün onun ruhunu açan bir yazı yazdım, Rüstəm lağ edə bilər deyə, utandığımdan imzanı belə qoydum: “Nargilə Əliyeva”. Həmin gün o yazı rekord sayda oxundu. Hətta Rüstəm Behrudinin yazılarının oxunma sayını xeyli keçdi. Bu adla sonradan hər onun ad günündə bir yazı olmaqla iki məqalə də yazdım. Bir gün yazını ona göstərib soruşdum: “mən Rüstəm Behrudiyəm, bəs sən kimsən?”. Ondan sonra bir də o sözü eşitmədim (gülür). Rüstəm məndən mükəmməl ev xanımı, mahir aşbaz yaratdı. Amma mənimçün daha önəmli bir məqam var: Rüstəmlə birlikdə yaşadığımız – bir insanın bir ömür boyu daşıya bilməyəcəyi ağrılar məni müdrikləşdirdi, Qəmimin təpəsinin qənşərində ruhuma düşən o zərrə elə böyüdü ki, bu gün bütün Azərbaycanı işıqlandırmağa yetər. Rüstəm Behrudi Tanrının ən gözəl şeiridir.

. Doğum günündə çox baş sındırdım ki, Rüstəm Behrudiyə nə hədiyyə edək ki, onu təəccübləndirə bilək. Yenə dadımıza onun ruhunu özündən də artıq anlayan, duyan Dünya köməiymizə çatdı. Yadıma Nargilənin, yəni Dünyanın bir neçə il öncə şairin doğum gününə yazdığı yazı düşdü.

Düşünürəm ki, Rüstəm Behrudiyə, onun “qərib, kimsəsiz, didərgin ruhuna” ondan gözəl, ondan qiymətli hədiyyə ola bilməz:

“Qardaşın, rəhmətlik Mehmanının Behrudda qüzeylərdə yandırdığı xəzəllər tüstülənir, qoxusunu duyursanmı Rüstəm Behrudi?” Şair, bax o tüstünü qoxusunu biz sənə hədiyyə edirik!

Milli.Az

Текст книги “Rüstəm Behrudinin özü haqqında bilmədikləri”

80-ci illərdə ədəbiyyata gəlmiş istedadlı şair, geniş dü-şüncə və böyük fikir adamı Rüstəm Behrudi fəlsəfi, publi-sistik yazıları, həmçinin, mənəviyyatımıza nur çiləyən şeir-ləri ilə oxucusunun qəlbini çoxdan fəth etmişdir.

Rüstəm Hidayət oğlu Behrudi 1957-ci ilin sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu-nun Behrud kəndində ziyalı ailəsində dünyaya göz açmış-dır. Rüstəm doqquz uşaqdan ibarət olan böyük bir ailənin ilk övladıdır. Atası Alməmmədov Hidayət Həsən oğlu bö-yük ailəsini dolandırmaq üçün kənd məktəbində azərbay-can dili və ədəbiyyatı müəllimi işləməklə bərabər dülgərlik edirdi.

Şair ilk təhsilini 1964-1973-ci illərdə doğma kəndində almış, 9 və 10-cu sinifləri isə qonşu kənd olan Biləv kənd or-ta məktəbində oxumuşdur. Gilan çayının sahilində, göz ox-şayan mənzərə, dağlar qoynunda uşaqlığını keçirən şairin təfəkkürünün inkişaf etməsində, eyni zamanda babasının nağılları, həyati hekayələri, repressiya qurbanları haqqında söhbətləri böyük rol oynamışdır. Kiçik yaşlarından Rüstəm türk dünyasının möhtəşəmliyini dədə adlandırdığı babası Həsən kişinin dəyirmanında, çax-çax sədası altında elə onun söhbətlərindən anlayıb, sevdi. Bu haqda şair dəfələrlə öz xatirələrində qeyd edir.

Orta məktəbi bitirdikdən sonra şair əvvəlcə Baramaçı-lıq fabrikində usta, kolxozda fəhlə, Naxçıvan şəhərində ti-kinti idarəsində fəhlə işləmiş, 1974-cü ildə isə sənədlərini Naxçıvan Dövlət İnstitutuna təqdim edərək Tarix-ədəbiy-yat fakültəsinə qəbul olunmuşdur. Birinci kursda oxuyar-kən “Yeni Ordubad” qəzetində ilk şeiri, “Şərq qapısı” qaze-tində isə ikinci şeiri dərc olunmuşdur. 1980-ci ilin əvvəllə-rində “Ulduz” və “Azərbaycan” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan şeirləri onu böyük oxucu kütləsinə tanıtmışdır. Tələbəlik illərindən istedadlı qələm sahibi kimi tanınan şair İnstitutu bitirdikdən sonra təyinatla 1979-cu ildə Kələki və Unus kəndlərinə ədəbiyyat müəllimi kimi göndərilmiş və 7 il bu məktəblərdə müəllim vəzifəsin-də çalışmışdı. Şairin sevə-sevə söz açdığı pedaqoji fəaliyyəti məhz bu məktəblərlə bağlı olmuşdu. Sonralar isə o, Ordu-bad tarix-diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində ça-lışmışdır.

Azad düşüncə, fərqli təfəkkürə, türkçülük ideyalarına görə şair hələ tələbəlik illərindən müvafiq orqanlar tərəfin-dən nəzarətə götürülmüşdü. İnstitutda həmfikir olduğu tə-ləbələri bir araya toplayıb yaratdığı “Azadlıq” tələbə təşki-latında türkçülük və azərbaycançılıq ideyalarına görə Milli Təhlükəsizlik Komitəsinin təqiblərinə məruz qalmış, dəfə-lərlə sorğu-suala çəkilmişdi. Lakin heç bir təzyiq şairi öz amalından, ideyalarını təbliğ etməkdən çəkindirə bilmə-miş, əksinə, daha da türk olduğu qədər türk olmayana da təsir edəcək qüdrətində olan sənət əsərləri yaratmağa ruh-landırmışdı. 1984-cü ilin bir payız günü özü qeyd etdiyi ki-mi, qatarın sonuncu vaqonunda Bakıya gəlmiş və burada qalmağı qərarlaşdırmışdı.

Bütün həyatı keşməkeşlər içində keçən şairə qohumlar-dan kənar, kimsəsiz bir şəhərdə yaşamaq heç də asan olma-mışdı. Burada o, Sabir Rüstəmxanlı, Əjdər Xanbabayevin köməkliyi ilə işə düzəldi. Şair ilk vaxtlar, “Yazıçı” nəşriy-yatında gecə qarovulçu, gündüzlər fəhlə kimi (maaddi ehti-yac üzündən nəşriyyatda çap olunan kitabları maşınlara yükləyib lazımi ünvana çatdıraraq boşaldırmış), sonralar isə bu nəşriyyatda redaktor oldu. Sabir Rüstəmxanlı ilə “Azərbaycan” qəzetini bərpa etdi. O vaxtlar Azərnəşrin di-rektoru olan mərhum Əjdər Xanbabayev onun həyatında xüsusi rol oynadı. Uşaqlıqdan Ə. Elçibəylə dostluğu, Xudu Məmmədovla, Azad Mirzəcanzadə ilə, Mirəli Seyidovla, Zi-ya Bünyadovla tanışlığı şairin vətənpərvərlik notları ilə köklənmiş ruhunda işıqlı bir dünya açdı. 80-ci illərin so-nunda Allah vergisi olaraq ilahi ilhamla söylənən şeirləri dillər əzbəri oldu. Azərbaycanın üstünü qara buludlar alar-kən azad fikirli, sərbəst düşüncəli şair vətənin istiqlalı üçün qeyrət kəmərini qurşayan öncüllərdən biri oldu. Azərbay-canda ilk mitinqə rəhbərlik etdi. 1988-ci il fevralın 19-u Azadlıq meydanında özünü tək şair deyil, həm də istedadlı siyasətçi, ideoloq kimi təsdiqlədi. Rüstəm Behrudinin bü-tün həyatı ədəbi fəaliyyəti kimi təlatümlər içində keçmişdir. Antisovet, Turançı, türkçü damğaları vurulan şair təqiblərə məruz qalmış, 1989-cu ildə çap olunmuş, “Şaman duadı” kitabı çapdan sonra qadağan olunmuşdu. Kitab Türkiyədə nəşr olunandan sonra Azərbaycanda nəşr olunmuşdur. Rus ordusu Azərbaycana girən günü Bakının komendantı döv-lət televiziyası ilə ilk çıxışında şairə millətçilik damğası vu-raraq həbs olunmasını tələb etdi. Səhərisi Rüstəm Behrudi həbs olundu.

Onun yaratdığı əsərlər 80-ci, 90-cı illər Azərbaycan mil-li düşüncə tərzinin formalaşmasında xüsusi rol oynadı. “Sa-lam, dar ağacı” şeiri vətən sərhəddinin hüdudlarını aşıb bü-tün türkdilli xalqların azadlıq marşı səviyyəsinə yüksəldi.

Türk dünyasının möhtəşəmliyi, bu dünya içindəki yük-sək dəyəri və əyilməz xalqın gerçək dünyagörüşünün tə-məlini özündə əks etdirən bu şeir əsrlər keçsə də Rüstəm Behrudinin tək Azərbaycanın, Türkiyənin deyil, Böyük Tu-ran şairi olduğunu təsdiqləyəcək. Bundan başqa “Şaman duası”, “Boz qurd”, “Vətən”, “And olsun”, “Ata dili” və s. kimi şeirləri eyni səviyyədə şairin oxucu kütləsi arasında populyarlığını artırdı. Bütün bu şeirlər bir-biri ilə sıx bağlı-dır və onların hamısında aparıcı xətti vətənpərvərlik möv-zusu təşkil edir. Lakin eyni mövzu təzadlı rəmzlər siste-mindən uğurla istifadə olunmaqla fərqli rakurslardan araş-dırılır ki, bu da şairin böyük ustalığına dəlalət edir.

1986-cı ildə “Yaddaşlara yazın” adlı ilk şeir kitabı “Ya-zıçı” nəşriyyatında çap olundu. Sonralar şairin 14 kitabı həm Azərbaycanda, həm də xarici ölkələrdə nəşr olunaraq işıq üzü gördü.

1989-cu ildə “Şaman duası” kitabı “Yazıçı” və Ankara-da “Ural-Altay dərnəyi” nəşriyyatlarında çap olundu. 1992-ci ildə “Salam, dar ağacı” “Gənclik” nəşriyyatında, 1993-cü ildə “Tənhalıqda ölüm qorxusu yoxdu” Ankarada “Ural-Altay dərnəyi” nəşriyyatında, 1996-cı ildə “Bitəcək hər şey bitməlidi” “Atilla” nəşriyyatında, 1997-ci ildə “İblis mələk-dən gözəldi” “Dünya” nəşriyyatında, 1999-cu ildə “Yer üzü görüş yeridi” “Atilla” nəşriyyatında, 2003-cü ildə “Din sev-dim din üstünə” “Orxan” nəşriyyatında, 2007-ci ildə 2 kita-bı: “Göz yaşlarından baxan Allah”, “Salam, dar ağacı” və 2012-ci ildə yenə 2 kitabı: “Yeddi rəng bir rəngdi daha”, “Qanlı kölgə” “Azərnəşrdə”, “Bir dəli ayrılıq kimi” “Qa-nun” nəşriyyatında, “Salam dar ağacı” yeni variantda An-karada çap olundu, onun şeirlərindən seçmələr bu günlərdə “Görən niyə susub Allah” adı ilə Almaniyada alman dilin-də işıq üzü görüb.

Rusiyanın paytaxtı Moskva şəhərində A.Axundovanın tərcüməsində şeir kitabı çapa hazırlanır. Son 2 ildə Tehran-da 2 kitabı işıq üzü gördü.

Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Aka-demiyasının fəxri üzvü, “Türk Dünyası Uluslararası” şeir festivalının böyük ödülün (qızıl mükafatın) sahibi, Azər-baycanın bütövlüyü uğrunda “Qızıl qılınc” mükafatçısı R.Behrudinin şeirləri əsasında hazırlanmış tamaşa 1989-cu ildə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərin-də keçirilən Beynəlxalq folklor festivalının qalibi oldu. Rüs-təm Behrudinin şeirləri Dünya şeir antologiyalarında al-man, rus, fars, fransız, ingilis dillərinə tərcümə olunmuş-dur. 3 cildli Azərbaycan Antologiyasında Rüstəm Behrudi-nin müxtəlif şeirləri rus dilində dərc olunmuşdu. Şeirləri dərsliklərə salınmışdır.

Şairin illər boyu yazdığı yüksək dinamikaya, gözəl yazı üslubuna, zəngin dilə malik sənət nümunələri daima ədəbi irsimizin zənginləşməsinə xidmət etmişdir. Şairə uğur gəti-rən hər bir əsər Azərbaycanın bütövlüyü naminə oxunan nəğmələrdi.

Əhməd Bican Ərculasun

(professor)

Rüstəm Behrudi… Bir şaman nəvəsi. Hüseynzadə Əli, Ziya Göyalp, İsmayıl Kaspıralı, Yusif Akçura… Bunların ha-mısı birər “şaman nəvəsi” deyilmi?!

İsa Həbibbəyli

BÜTÖVLÜK VƏ GENİŞLİK

Azərbaycan ədəbiyyatının yeni dövrünün tanınmış nü-mayəndəsi Rüstəm Behrudini gənclik illərindən yaxşı mə-nada iddialı görmüşəm. İlk növbədə o, XX əsrin yetmişinci illərində Naxçıvan Dövlət Universitetində tələbə ikən dərs-lərdə, iclaslardakı yerindən danışmaq iddiası ilə yadımda qalıb. Danışmağı dərsi bilib-bilməməsindən asılı deyildi. İlk baxışda “intizamı pozmaq” kimi nəzərə çarpan bu danışıq-da tələbə yoldaşlarından ucada durmaqdan çox, sıradan bi-ri deyil, müəllimləri ilə dialoq qurmaq, hətta bəzən onların tərəf müqabili olmaq iddiası ilə diqqəti cəlb edirdi. Əslində isə bu, Rüstəm Behrudinin köksündəki ədəbiyyat ətrafında öz sözünü demək ehtiyacından doğurdu. İndi otuz beş il əvvəlki illərə qayıdıb həmin anları düşünəndə Rüstəm Beh-rudinin tələbəlik dövründəki “icazəsiz” danışıqları mənim təsəvvürümdə bədii yaradıcılıq düşüncəsinin ilkin məşqləri təəssüratı doğurur. Danışmaqdan da çox sual vermək və suallarında alacağı cavabın əsas tezisini qabaqcadan səs-ləndirmək niyyəti onun “söz demək” iddiasının ifadəsi ki-mi səslənirdi. Bu, Rüstəm Behrudinin “başına bəla gətirə bi-lən”… şeir adlı yolçuluğunun başlanğıcı idi. Və həmin illər-də yazdığı “XXI əsrə xitab” şeiri də o zaman üçün “xatalı” sayılan yaşadığı dövrandan şikayət notları da olan gənc qə-ləm sahibinin gələcəyə iddialı baxışlarını əks etdirirdi. Öz sözləri ilə desək, çox qısa bir zaman içində ayılıb gördük ki, Rüstəm Behrudi artıq şair olub. Rüstəm Behrudinin “ruhu-nun yeganə əzabkeşi” olan söz tələbəlik dövründən onun bədənindən şeir yazmaqla çıxmağa başlamışdı. Rüstəm Behrudi üçün söz yalnız ədəbiyyat yaratmaq deyil, həm də yazdığı şeirlərdən boylanan tərcümeyi-halıdır. Artıq keçən əsrin səksəninci illərində o, “bakirə bir söz dəlisi” olan id-dialı cavan şair kimi meydanda idi. Tələbəlik illərində şeir-lər yazsa da, içindəki istəyi “illərlə çəkib dara” nəhayət, qarşısı alınmayan bir gücə çevriləndən sonra, səksəninci il-lərin ikinci yarısında şairlik iddiası ilə “sözün dalınca” hə-mişəlik yolçuluğa başlamışdır. Nehrə kimi çalxalanan sək-səninci illərin sonlarının hadisələri böyük ədəbiyyatda Rüstəm Behrudi şeirlərinin təkanverici qüvvəsinə çevril-mişdir. Etiraf etmək lazımdır ki, XX əsrin axırlarının siyasi-ləşməmiş milli azadlıq hərəkatının şeirdə böyük əks-səda-sını yaradanların sırasında Rüstəm Behrudinin xüsusi xid-məti vardır.

Rüstəm Behrudinin 1989-cu ildə yazılmış “Salam, dar ağacı” şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq po-eziyasının möhtəşəm proloqu idi. Bu, xalqın milli azadlıq təşnəsi haqqında istedadla və cəsarətlə yazılmış kəskin po-etik nümunədir:

Yolumu gözlədin hər səhər, axşam,

Salam, dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, dar ağacı!

Əleyküm-salam!

Eli yağmalanan, bölünən, bölən,

Çayları quruyan, gölləri ölən,

Haq-hesab çəkməyə gələn mənəm, mən,

Salam, dar ağacı!

Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Ya səni yendirrəm, ya sənə yennəm.

Ya da budağında yarpağa dönnəm,

Salam, dar ağacı!

Əleyküm-salam!

Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canım səndə, bil, canın mənəm.

Eylə qürrələnmə, hər yanın mənəm,

Salam, dar ağacı!

Əleyküm-salam!

Rüstəm Behrudi hələ Sovet hakimiyyəti dövründə ca-van yaşlarında “Salam, dar ağacı” şeirini yazmaqla azadlıq-dan danışmaq qorxusunu böyük ədəbiyyatın canından çı-xarmışdır. Məhz Həmin illərdə yeni ədəbi nəslin əsl vətən-daşlıq ruhunu daşıyan nümayəndəsi kimi yazdığı “Salam, dar ağacı” şeiri ilə Rüstəm Behrudi azadlıq uğrunda müba-rizədən açıq şəkildə və qətiyyətlə danışmağın mümkünlü-yünü isbat etmişdir. Bu, XX əsr ərzində yazılmış ilk “Sa-lam, dar ağacı” şeiri kimi də əhəmiyyətlidir.

“Salam, dar ağacı” şeirində Dar ağacı müstəmləkəçili-yin, müstəbidliyin, “qırmızı qaranlıqların” mənfur bir ka-busudur. Bu, Azərbaycan ədəbiyyatında Dar ağacına mey-dan oxuyan üsyankar şeirdir. Bu, Rüstəm Behrudinin hələ tələbə ikən yazdığı “XXI əsrə xitab”ının alt qatında çırpınan poetik notların ədəbiyyat meydanına ayaq açıb gəlməsi, oradan da azadlıq meydanlarında marş səviyyəsində səslə-nən bədii nümunəyə çevrilməsi demək idi. Üsyankar Mey-dan ədəbiyyatında “Salam, dar ağacı” şeiri Dar ağacına po-etik ittiham meydanı açan, ona hökm oxuyan nadir ədəbiy-yat məhkəməsi nümunəsidir. Azadlıq hərəkatı meydanla-rında oxunan, dillərdə əzbər olan “Salam, dar ağacı” şeiri xalqın böyük istiqlal naminə, ölümü mərdanə şəkildə qəbul etməklə, qorxmadan mübarizə aparmaqla, idealına çata biləcəyinin mümkünlüyünə inam yaradan mübariz vətən-pərvərlik poeziyası örnəyidir.

Milli azadlıq hərəkatı dövrü Azərbaycan şeirində Rüs-təm Behrudinin “Salam, dar ağacı” şeiri ilə müqayisə edilə biləcək poetik örnək göstərmək cətindir. Sovet hökumətinin hələ mövcud olduğu son illərdə baş verən ictimai-siyasi ha-disələrin dalğasında Sabir Rüstəmxanlının “Ömür kitabı” meydan hərəkatı dövrü ədəbiyyatının bayrağı, Rüstəm Behrudinin “Salam, dar ağacı” şeiri isə poetik andı idi. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı müba-rizəsinə “Ömür kitabı” poetik-publisist dastanı və “Salam, dar ağacı” şeiri böyük hərəkətverici, təkanverici qüvvə kimi əhəmiyyətli dərəcədə xidmət göstərmişdir. “Salam, dar ağa-cı” şeiri ilə Rüstəm Behrudinin ədəbiyyata gəlişindəki söz demək iddiası şairlik andına çevrilmişdir. Bunun ardınca meydana çıxmiş “Ölüm, xoş gəldin” şeiri böyük And qar-şısında gerçək poetik etirafdır”. Ölüm, xoş gəldin” şeiri “Sa-lam, dar ağacı”nın davamı deyil, cavabıdır. “Ölüm, xoş gəl-din” deməyə hazır olmayan şair “Salam, dar ağacı” – deyə gerçək şeir yaza bilməzdi. Hər ikisi sanki bir nəfəsə yazıl-mış bu şeirlər eyni ruhun qüdrətinin poetik tərcümanıdır:

Ocaq daşı tərsə dönən

Tərsə çönüb sonra sönər

Qayıdıb özünə dönən

Elim, xoş gəldin, xoş gəldin !

Vaxtında gəlmir gözlənən

Dərdimdir belə sözlənən.

İçində qoru gözlənən

Külüm, xoş gəldin, xoş gəldin!

Dərdimi dil-dil ötməyə,

Sözə bəndəlik etməyə,

Vacib tanrıya getməyə,

Dilim, xoş gəldin, xoş gəldi

Alçaq da sən, uca da sən,

Cavan da sən, qoca da sən,

Sən hər şeydən ucadasan,

Ölüm, xoş gəldin, xoş gəldin!

Yenə doxsanıncı il şeirlərindən olan” 33 yaşımda, ya-xud anamın adı Zəhra” şeirlərindəki ölüm-həyat fəlsəfəsi-nin açılışı Rüstəm Behrudi yaradıcılığının mahiyyətinə işıq salır:

Bu yaşda ölümə tövbə, din dedim,

Ölümü ucaltdım ucalıqlara.

Ölümə ilk dəfə “xoş gəldin” dedim

Çalxalanan bir elin sevdaları başımda

Dar ağacına salam verdim

Otuz iki yaşımda.

Dar ağacına salam verib,

Ölümdən qaçmaq nədir?

Ölümü gəzdirirəm,

Ölüm mənim içimdə.

Axı ölüm-həyatdır,

Həyat-ölüm biçimdə!

Rüstəm Behrudinin “Salam, dar ağacı” şeirində onun yaradıcılığı üçün xarakterik olan milli-mənəvi bütövlük və genişlik anlayışları da öz əksini tapmışdır. Ümumiyyətlə, Rüstəm Behrudi Azərbaycanı böyük türk dünyası ilə birlik-də dərk və vəsf edir. “Salam, dar ağacı” şeiri də Azərbay-canın azadlıq arzusunu türk dünyası xalqlarının böyük ümidləri səviyyəsində bütün genişliyi ilə ifadə edən bilən, mühüm ümumiləşdirmə imkanlarına malik olan mükəməl şeirdir.

Bu mənada “Salam, dar ağacı” şeiri konkret tarixi epo-xada yovşan ətirli Böyük Çölün oyanışının və üsyankar ru-hunun Azərbaycanda yaranan mərdanə poeziyasıdır. Şeir yazıldığı illərdə Bakıda olduğu kimi Daşkənddə, Alma-Atada, Aşqabadda, Bişkekdə də oxunmuş, azadlıq meydan-larında səslənmişdir. “Salam, dar ağacı” şeiri türk dünyası-nı siyasi-mənəvi əsarətdən xilas olub, müstəqillik uğrunda mübarizəyə səfərbər edən böyük ədəbiyyat nümunəsidir:

Xəzəri, Baykalı, Aralı gördüm,

Gördüm can üstədir, yaralı gördüm,

Tanrını bəndədən aralı gördüm,

Salam, dar ağacı! Əleyküm-salam!

Qırğızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, türkmənəm, elə görk mənəm.

Sənin gözlədiyin qərib türk mənəm:

Salam, dar ağacı! Əleyküm-salam!

Qeyd etdiyimiz kimi, Rüstəm Behrudi üçün Vətən an-layışının sərhədləri Azərbaycandan Altaylara qədərki mə-safələri ifadə edən geniş bir məfhumdur. Onun içində də, şeirlərində də böyük Turan sevdası yaşayır. O, “Turana Vətən” deyir, “bir ucu günbatan, biri gündoğan” olan bu böyük coğrafiyanın şeirini yazır. Onun bu silsilədən olan ən uğurlu şeirləri “ Obu, Yeniseyi, İdili keçib”, “Altaytək, Ağrıtək dağ aşıb gəzən,” “bölünə-bölünə yox olub itən”, “Tanrı dağlarına qədər uzanıb gedən” yovşan ətirli, ağzı atəş kimi boz qurdu ulaşan, “On uyğur, Doqquz oğuz elini” özündə cəm edən “sevgili bir yurd”un hayqırtısıdır, at kiş-nərtisidir. Rüstəm Behrudinin şeirləri oğuz-türk ellərinin bütövlük düşüncəsinin və genişlik çırpıntısının bənzərsiz poetik əks-sədasıdır. O, “mənim Buntürk, Saq babam, Hun babam, Oğuz babam” – dedikdə ayrılıqların yox, bütövlü-yün və genişliyin dərinliyini və miqyasını nəzərə çarpdırır. Son yüz ilin Azərbayacan şeirində Rüstəm Behrudinin ya-radıcılığında olduğu qədər heç bir sənətkarın əsərlərində türk dünyasının taleyi bu qədər dərinlikdə və genişlikdə öz əksini tapa bilməmişdir. Rüstəm Behrudi tərənnüm etdiyi Turanın genişliyi ilə birlikdə tarixi proseslərdəki çətinliklə-rini, bəzi yanlışlıqlarını da ədəbiyyat mövzusuna çevirib, müasirlərinə ibrət dərslərini çatdırmağı şair-vətəndaş bor-cu olaraq yerinə yetirir.

O, Turan dünyasının ən müxtəlif səbəblərdən “yadlara qızıl taxt ucaldaraq” bölünməsinin səbəbini “mənəmlik” duyğusu ilə, fərqli niyyətlərə xidmət edən hərbi-siyasi məq-sədlərlə əlaqələndirir. Burası da son dərəcədə əhəmiyyət-lidir ki, Rüstəm Behrudi 1990-cı ildə türk dünyasına həsr olunmuş şeirlərini yazıb, tarixin keşməkeşli səhifələrini diq-qət mərkəzinə çəkəndə hələ tarix kitablarımızdan “pantür-kizm” və “xalqlar dostluğu” sözləri çıxarılmamışdı:

Göy Tanrı, Qara xan, Oğuz, Güntəkin…

Tənəsi içdiyim bir anddan gəlir

Mənim ruhumdakı bu üsyan, qiyam

Tanrıqurt Metedən, Gürşaddan gəlir.

Buna görə də Rüstəm Behrudi hərəsi bir tarixi səhifə açan Teymurləngi, Xətaini, İldırım Bəyazidi, Sultan Səlimi haqq-ədalət divanına çağırmaqla oxucusunu keçmişin acı dərslərindən ibrət çıxararaq irəli baxmağa çağırır. Bunun əksinə olaraq, Rüstəm Behrudi Böyük çöl ruhunu tam ifadə edən Atillanı və Dədə Qorqudu bütövlük və genişlik rəmzi kimi son nəfəsinədək vəsf edir. O, yurdunu və elini qoru-maqla Qalın Oğuz eli üçün canını fəda etməyi böyük and kimi qəbul etmiş Beyrəyin qanlı köynəyini türk dünyasının döyüş bayrağı kimi mənalandırır. O, Hun türklərinin qüd-rətli hökmdarı və sərkərdəsi Atilladan da böyük tarixi şəx-siyyət olmaqla bərabər, həm də “nə vaxtsa dünyaya gəlib” insanlığa mənəvi bütövlük və genişlik bəxş edəcək ideal olaraq söz açır. Bütün bunlarla birlikdə, Rüstəm Behrudi-nin yaradıcılığındakı Turan anlayışı dünyanın reallıqları, yeni dövrün prinsipləri nəzərə alınmaqla hərbi-siyasi deyil, mənəvi-ruhi birliyi əks etdirir. Turan-onun üçün “üz tut-duğu tarixin” ibrət kitabı, ortaq köklərin bütövlüyünün rəmzi, etnik tarixi-coğrafi genişliyin göstəricisidir. Şairə gö-rə Tanrı dağına and içmək ümumiyyətlə Vətənə, idellara, torpağa ən üstün andın ifadəsidir. “And içsəm nəyəsə inan-ma heç vaxt, ağacdan, çiçəkdən, yarpaqdan özgə” misrala-rında şair torpağa və məmləkətə bəslədiyi dərin münasibəti nəzərə çarpdırır. O, “mən içdiyim andlardan yuxarıdayam” – deyərkən də ideala sədaqətin münasibətlərdən ucada da-yandığını bəyan edir. Bununla belə, Rüstəm Behrudi onu da aydın görür və dəyərləndirir ki, böyük türk dünyasında “hər xalq özünə layiq torpağın sahibidir, hər xalq özünə la-yiq yurd seçib, yuva qurub”.

Ona görə də Rüstəm Behrudinin türk dünyasına həsr edilmiş şeirlərində Azərbaycan faktoru xüsusi çəkiyə ma-likdir. Daha doğrusu, Rüstəm Behrudi ümumiyyətlə dün-yaya, o cümlədən də türk dünyasına Azərbaycandan baxır. Rüstəm Behrudi şeirlərində Azərbaycan ağırlıqlı türk dün-yasını tərənnüm edir. Türk dünyası haqqındakı şeirləri ge-niş baxışlara malik bir Azərbaycan şairinin qavrayışında ifadə olunan üfüqlərin poetik ifadəsidir. Avropanın və Asi-yanın diğər ölkələrinə həsr etdiyi şeirlərində də planetar baxış milli düşüncənin süzgəcindən keçərək obrazlı şəkildə mənalandırılır. Buna görə də onun Vətən anlayışı ümumi (türk dünyası, yaxud dünya) ilə xüsusinin (Azərbaycanın) nəinki ayrılmaz vəhdətindən, hətta zərurətindən yoğrul-muşdur. Rüstəm Behrudi şeirlərində ölkə anlayışını şair Fü-zuli və ya Göyçə, Qarayazı kimi yer adları ilə yanaşı, həm də “əyilməyən çinarlar”, yaxud “Kitabi-Dədə Qorqud” das-tanlarından gələn “qarşı yatan qara dağ” məfhumlu ilə, qan yaddaşına hopmuş mifoloji təsəvvürlərlə ifadə edir. O, hələ sovet hakimiyyəti illərində Vətəndən bəhs edərkən yazmışdı ki, “sən qızıl almasan devlər əlində”. Rüstəm Beh-rudinin 1985– ci ildə qələmə alınmış. “Vətən” şeiri isə Azər-baycan ədəbiyyatında milli-mənəvi bütövlüyün və etnik-coğrafi genişliyin vüsətini özündə əks etdirən fərqli və əhə-miyyətli poetik örnəkdir:

Qarşı yatan qara dağı-yaylağım,

Düzənləri, ormanları oylağım.

Əyilməyən çinarları-bayrağım, –

Ağ alnıma Araz qara yazıdı,

Varaq, yol uzaqdı – qar ayazıdı.

Kərkükdü, Göyçədi, Qarayazıdı,

Hər ağrılar, hər acılar, ötəndi,

Əl uzatsam, Ərzuruma yetəndi,

Füzulinin məzarı da Vətəndi –

Rüstəm Behrudinin şeirlərində Gürşad obrazı mənəvi-ruhi varlığın və bütövlüyün rəmzi kimi çıxış edir. Şairin nə-zərində Gürşad onu – yerlə-göylə bağlayan, müqəddəslik nümunəsi ola bilən, sevgi və azadlıq haqqındakı mətləblə-rini ifadə edən ümumiləşmiş obrazdır. Gürşad –geniş mə-nada Rüstəm Behrudinin estetik idealının təcəssümü olan surətdir. Gürşad-Rüstəm Behrudi üçün günahkar bədəndə əziyyət çəkən təmiz və uca ruhun ideal obrazının poetik ifa-dəsidir. Gürşadın adının əksər məqamlarda Tanrı dağları ilə birlikdə çəkilməsi də bu obrazı böyük ideallarının təcəs-sümü kimi ilahiləşdirmək-müqəddəsləşdirmək mənalarını ifadə edir:” Tanrı dağda Gürşad ilə mən də sənnən qoşaca-ğam”, “Mən Gürşadın ruhuyam, dözmədim Tanrı dağdan” misraları Rüstəm Behrudinin Gürşadı “yeddi rəng bir mə-nadı daha”-deyə bilməyəcəyi qeyri-adi bir ucalıq kimi tə-səvvür və tərənnüm etdiyini göstərir. “Ey Gürşad, gəl qəlb-lərə dol, “Qəlblərə dol, and yeri ol, Kim səni görsə bircə yol, İmandan, dindən keçəcək” – misraları da Gürşada “and yeri” səviyyəsində poetik münasibəti aydın şəkildə məna-landırır. Aşkar şəkildə görünür ki, şair danışdıqda-məişət-də işlədilən andlardan cox idealı simvollaşdıran uca And yerinə inanır “Mən Gürşadın ruhuyam” desə də “Nə yap-sam günah, səhv ilə, keçdiyin yola əfv elə” sözləri ilə Rüs-təm Behrudi ona – idealına inandığını ürəkdən bağlı oldu-ğunu, ümid etdiyini, hesabat verdiyini də ifadə edir. Bütöv-lükdə Gürşad obrazı Rüstəm Bəhrudinin sevgi və azdlıq idealının daşıyıcısıdır. Bundan başqa, Gürşadlirik poeziya-da simvolik bədii obraz yaratmaq baxımından da Rüstəm Behrudi şeirinin özünəməxsusluğunun ifadəsidir. Doğru-dur, dünya və Azərbaycan şeirində az da olsa buna bənzər örnəklər vardır. Lakin bu, Rüstəm Behrudinin Gürşadıdır: sevgidən və inamdan da uca Gürşad! Gürşad – “Çiçəklər – başdaşım, göy üzü-qəbrim; yarpaqlar kəfənim, ağac tabu-tum”, yaxud “əcəllə ölməyə doğulmamışam” – deyən, “ge-cələr könüldən qurd kimi ulamaq keçən”, yalqızlıqda özü-nü tapmış darıxan lirik mənin özü ilə idealları arasındakı elçisidir, ona dərin ümidlərinin daşıyıcısıdır:

Təkcə sən bilirsən mən kiməm axı,

O nur da, Gürşad da sənə bəllidir.

Mənim tək o nuru görüb sevməyin

Ruhuma ən böyük bir təsəllidir.

Bu mənada Gürşadla Rüstəm Behrudinin yaradıcılığın-dakı Şaman obrazı arasında yaxınlıq vardır. Gürşad – Rüs-təm Behrudinin dualarındakı ümidlərin, işığın, idealın, bə-dii obrazıdır. “Şaman duası” – Rüstəm Behrudinin müasir Azərbaycan ədəbiyyatında möhkəmləndirdiyi motivdir. Şa-man duası Rüstəm Behrudi üçün türk dünyasının varlığını ruhunda yaşadan, onun ucalığını və bütövlüyünü hər şey-dən uca tutan, böyük gələcəyə doğru ümidlərini ifadə edən poetik monoloqdur. “Şaman duası” ahəngində poetik təh-kiyəni də yeni dövr Azərbaycan şeirinə Rüstəm Behrudi gətirmişdir. Bu, əslində Dədə Qorqud şeirlərindəki ritmin poeziyadakı yeni improvizasiyasıdır. Rüstəm Behrudi ən müasir mətləbləri Dədə Qorqud təhkiyəsi əsasında “Şaman duası” ilə özünəməxsus poetik səviyyədə səsləndirmək və-zifəsini layiqincə yerinə yetirmiş, nəticədə özünün fərdi üs-lubunu yarada bilmişdir. “Şaman Daştəkənin sonuncu du-ası” şeiri artıq məhz Rüstəm Behrudinin poetik sözüdür.

Eşit, ey tanrı, dözümüm,

Bizi lap yordu, vaxtıdır.

Varıban getmək gərəkdir,

Göndər Boz qurdu, vaxtıdır.

Bədoy atları çapdığım,

Qan bahasına yapdığım,

Vətən deyib tanıdığım,

Torpaq bir gordü, vaxtıdır.

Nəyim var can kimi dadlı?!

O da Tanrım, döyüş aldı.

Bi igid göndər – ağ atlı,

Hifz et bu yurdu, vaxtıdır.

Rüstəm Behrudinin yaradıcılığında peyda olmuş İblis motivi onun tənhalıq şeirlərinin üzvü tərkib hissəsidir. Özüynən tənha qalanda, yalqızlıq hislərini yaşayanda üz tutub ürəyini boşaltdığı iblis şairi ənənəvi mövzularından bir qədər kənara çıxara bilən, təsəvvürlərini genişləndirən məfhumdur. Bu mənada Rüstəm Behrudinin İblisi ədəbiy-yatda yüksək klassik səviyyədə əksini tapmış “cümlə xəya-nətlərə bais” olan iblisdən fərqli olaraq, çox da vahiməli bir məfhum deyildir.

Şairin fikrincə, “hər kəsin şeytanla ortaq yanı var”. Rüstəm Behrudiyə görə, ümumiyyətlə insan “yarı iblis, yarı mələkdir”. Əgər insanın gözündəki pərdə çəkilərsə, orada hər kəs öz içindəki iblisi görə bilər. Bu mənada Rüstəm Behrudi iblisi mürəkkəb bir məfhum olmaqdan uzaqlaşdı-raraq adiləşdirmişdir. O, ədəbiyyatda İblis xofunun sındıra bilmişdir. Buna görə də Rüstəm Behrudi o fikirdədir ki, hə-yat var olduqca qiyamət gününə qədər insanlığın bətnində iblis yaşayacaq və nəhayətdə cəhənnəmə tək gedəcəkdir. İblis mövzusunda yazdığı şeirlərində Rüstəm Behrudi də “cəhənnəmdən qovulmuş iblis” motivindən istifadə edər-kən:

Söylə, ən gözəli nədi dünyada

Baxtın verdiyindən beş əlli tutmaq?

Dərdiynən barışıb bu yer üzündə

Qalı b unudulmaq? Yoxsa ki, yerdən

Başını götürüb gedib unutmaq?

Suallarına Cavab axtarmış, bir qədər dərinliklərə baş vurmalı olmuşdur. Ancaq bütövlükdə Tənhalıq dərgahında iblislə danışmaq, bölüşmək, onun da yalqızlığı ilə barışmaq Rüstəm Behrudinin İblisini fərqləndirir. Buna görədir ki, o,şeirlərində “İblis mələkdən gözəldir”, hətta “mən iblisə qardaş” – deyir. Rüstəm Behrudinin “İblislə qol-boyun” adlı şeir yazması cəmiyyətin tarazlı inkişafında, “qınından çı-xan” haq yolu uğrunda mübarizədə “qanadlarından qan sü-zülən” iblisin də varlığının reallığının qəbul edilməsi zəru-rəti nəzərə çarpdırılır. Bu, ədəbiyyatdakı ənənəvi xeyirlə şə-rin mübarizəsi motivinin ifadəsi demək deyildir. Şairə görə, bəşəriyyətin harmoniyası naminə onsuz insanın içində onunla bir yerdə olan iblislə mələyin dinc yanaşı yaşadıl-ması daha çox fayda verə bilər. Onun fikrincə, İblis xofu ol-mazsa, “dua, tövbə, savab, günah” tərəziləri itən təkbaşına həyat “sərsəm” kimi mövcud olar. Bütövlükdə İblis haqqın-da yazılmış şeirləri ilə, Rüstəm Behrudi dünya ədəbiyyatı-nın əbədi motivi olan bu mövzunun üzərindən mövcüd pərdəni çəkmiş, ona yeni məna verməyi bacarmışdır. İblisə həsr olunmuş şeirlərində Rüstəm Behrudi şair-filosof kimi çıxış edir. Ümumiyyətlə, Rüstəm Behrudinin yaradıcılığın-da insana və cəmiyyətə fəlsəfi baxışın poetik ifadəsi üstün mövqedədir. Onun üslubunda fəlsəfə şeirdən çıxarılan ümumiləşmiş nəticədən çox, şeirin açarıdır. Rüstəm Behru-dinin yaradıcılığının tam mahiyyətini açmağın yolu onun şeirlə ifadə olunmuş fəlsəfəsini aydınlaşdırmaqdan keçir.

Comments are closed, but trackbacks and pingbacks are open.