Press "Enter" to skip to content

Rəvan Sığorta” şirkəti 2 bankda yerləşdirdiyi depozitlərin müddətini uzadıb

Məlumata görə, hazırda ASC-nin yığım portfelinin ötürülməsi ilə bağlı danışıqlar aparılmır. Belə ki, bu ilin yanvar-iyun aylarında “Rəvan Sığorta”nın sığorta haqları illik müqayisədə 16,5% azalaraq 1,078 mln manat, sığorta ödənişləri isə 36,6% artaraq 235 min manat təşkil edib.

Azərbaycanda daha bir sığorta şirkəti ləğv edilir

Məlumata görə, hazırda ASC-nin yığım portfelinin ötürülməsi ilə bağlı danışıqlar aparılmır. Belə ki, bu ilin yanvar-iyun aylarında “Rəvan Sığorta”nın sığorta haqları illik müqayisədə 16,5% azalaraq 1,078 mln manat, sığorta ödənişləri isə 36,6% artaraq 235 min manat təşkil edib.

Qeyd edək ki, avqustun 10-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə filialının ləğv edilməsi məsələləri daxil idi.

Xatırladaq ki, “Rəvan Sığorta” 1998-ci ildə “Double Insurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i “Nurgun Group of Companies”ə, 42,36%-i “Nurgun Motors” MMC-yə, 8,54%-i isə “NBC Bank”a məxsusdur.

“Rəvan Sığorta” şirkəti 2 bankda yerləşdirdiyi depozitlərin müddətini uzadıb

Bakı. 17 aprel. REPORT.AZ/ “Rəvan Sığorta” ASC “Turanbank” və “Azər-Türk Bank” ASC-lərdə yerləşdirdiyi depozitlərin müqaviləsinin vaxtını uzadıb. Bu barədə “Report” şirkətin 2016-cı il üzrə hesabatına istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar “Rəvan Sığorta”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilib. Bundan başqa, şirkətin səhmdarları onunla eyni holdinqdə təmsil olunan “Nurgun Motors” MMC-yə məxsus 2 mln. manatlıq əmlakı almağa qərar veriblər. Hesabatda əmlakın nədən ibarət olduğu açıqlanmır. Xatırladaq ki, “Rəvan Sığorta” şirkəti 1998-ci ildə “Double Insurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8 900 071,2 manatdır. Şirkətin səhmlərinin 49,1%-i daxil olduğu “Nurgun Group” MMM-ə, 42,36%-i “Nurgun Motors” şirkətinə, 8,54%-i isə “NBC Bank” ASC-yə məxsusdur.

Comments are closed, but trackbacks and pingbacks are open.