Alınan mallar necə geri qaytarılır? ARAŞDIRMA
Bel əti təklif olunur. Sümükdən ayrılmış yerli malların bel ətləridir. Sertifikatlar: AQTA və QTNM. Qiyməti 1 kg x 15 azn. Sifarişlər 1 gün əvv.
Ərzaq məhsulları, yeyinti, meyvə-tərəvəz
Quzu quyruğu təklif olunur (Yerli / təzə), Sertifikat – AQTA, Qiyməti – 1 kg x 15 azn Sifarişlər 1 gün əvvəldən qəbul olunur, Çatdırılma puls.
16 mart 2023
Bel əti təklif olunur
Bakı, Zabrat
Ərzaq, yeyinti məhsulları Satılır Ət və ət məhsulları
Bel əti təklif olunur. Sümükdən ayrılmış yerli malların bel ətləridir. Sertifikatlar: AQTA və QTNM. Qiyməti 1 kg x 15 azn. Sifarişlər 1 gün əvv.
16 mart 2023
Qoyun budu
Bakı, Zabrat
Ərzaq, yeyinti məhsulları Satılır Ət və ət məhsulları
Qoyun budu – Yerli / Təzə 15-18 kg qoyunlar Qiyməti – 1 kg x 14 azn Sertifikat (AQTA) Sifarişlər 1 gün əvvəldən qəbul olunur Çatdırılma pulsu.
11 mart 2023
Quzu əti sümüksüz (döş-boşluq)
Bakı, Zabrat
Ərzaq, yeyinti məhsulları Satılır Ət və ət məhsulları
Quzu əti sümüksüz (döş-boşluq) Yerli və təzə Lülə kabab və sair yeməklər üçün Sertifikat (AQTA) Qiyməti – 1 kg x 13 azn Sifarişlər 1 gün əvvəl.
07 yanvar 2023
Ordubad Qoz ləpəsi
Bakı, Biləcəri
Ərzaq, yeyinti məhsulları Satılır Meyvə-tərəvəz
Təmiz Ordubad ləpələri. Bakıda istənilən əraziyə çatdırılma var. Öz həyətimizin qozudu. Özümüz sındırıb hazırlayırıq. Dadı və yağlılığı superdi. Ala.
06 yanvar 2023
Təbii Gədəbəy Dağ Balı
Bakı, metro Qara Qarayev
Ərzaq, yeyinti məhsulları Satılır Müalicəvi
Sizə Dağlıq Təbiəti İlə seçilən Yurdumuzun Gözəl Səfalı bölgəsi olan Gədəbəy Rayonunun Zəhmət Kəndindən 100 % Təbii Bal sizlərəTəklif Edirəm.Balımız.
Alınan mallar necə geri qaytarılır? – ARAŞDIRMA
Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanda istehlakçıların aldıqları malları müxtəlif səbəblərdən geri qaytarması zamanı satıcıların həmin malı geri qəbul etməməsi ciddi problemlərdən biridir. “Report”un əməkdaşı şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mağazalara, ticarət mərkəzlərinə baş çəkib, sahibkarlarla, satıcılarla söhbət edib, bu problemi araşdırıb. Son dövrlərə qədər Bakı şəhərinin həm mərkəzində, həm də şəhərdən kənarda olan mağazalarda “Alınan mallar geri qaytarılmır” kimi elanlara tez-tez rast gəlinirdi. Hazırda isə bu tipli elanlar demək olar ki, yığışdırılıb. Nərimanov rayonu ərazisindəki mağazaların heç birində belə elan yoxdur. Amma elanın olmaması vəziyyətin yaxşı və qanunvericiliyin tələblərinə uyğun olduğunu deməyə əsas vermir, belə anlama gəlmir. Bu ərazidə daxil olduğumuz 15-20 mağazanın yalnız bir-ikisi istisna olmaqla, digərlərində işləyən satıcılar malların heç bir halda geri qaytarılmadığını, xüsusilə endirimdə olan mallarda bunun mümkün olmadığını bildirdilər. Ancaq bununla bağlı geniş danışmaqdan və səbəblərini açıqlamaqdan imtina etdilər. Alınan malların müxtəlif səbəblərdən geri qaytarılması zamanı onun qəbul edilməməsinin istehlakçıların hüquqlarının pozulması olduğunu diqqətə çatdıranda isə satıcılar buna heç bir reaksiya vermədilər. Sahibkar Mübariz Quliyev “Report”a bildirib ki, sahibi olduğu mağazadan alınan malların geri qaytarılması mümkündür: “Əgər alıcı kassa çeki təqdim edib, aldığı malı olduğu formada, 14 gün müddətində geri qaytarırsa, biz onu götürürük. Kassa çeki yoxdursa və yaxud istifadə olunubsa, geyinilibsə, bu hallarda malı qəbul etmirik”. Müdir qeyd edib ki, 14 gün müddətində malı dəyişdirmək alıcının hüququdur: “Malın ümumi görünüşünə heç bir xələl gəlməyibsə, o, qaytarıla və dəyişdirilə bilər. Əgər mal geri qaytarılırsa, hansı qiymətə alınıbsa, həmin qiymət tamamilə müştəriyə qaytarılır”. Aptekdə əczaçı olan Xəyalə Abdullayeva bildirib ki, vətəndaşların aldıqları bəzi dərmanlar bir gün ərzində qaytarılarsa, onu geri götürürlər: “Əgər 2-3 gün evdə saxlayıblarsa, hər dərmanı geri götürməyə icazəmiz yoxdur. Soyuducuda saxlanılan bəzi dərmanların geri alınmasına icazə verilmir. Çünki onların hansı şəraitdə saxlanması haqda məlumatımız olmur”. O qeyd edib ki, əgər dərmanın qutusu cırılmayıbsa, hər şey qaydasındadırsa, geri qaytarılır. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Report”a deyib ki, alınan malların qanunvericilikdə nəzərdə tutulan formada və zamanda geri qaytarılmaması istehlakçıların hüquqlarının pozulması deməkdir: “Mağazalarda, ticarət mərkəzlərində belə elanların vurulması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna ziddir və həmin biznes sahibinin mükəmməl və ağıllı biri olmadığını göstərir. Ağıllı və bilikli alıcı həmin şüarı görən kimi dönüb getməlidir. Çünki biznesmen, satıcı həmin elanla deyir ki, “mən etibarlı adam deyiləm, sən zəhərlənsən də, sənə bir şey olsa da, mən sənin arxanda durmayacam”. Yəni istehlakçı etibarsız yerdən mal almalı deyil”. Onun sözlərinə görə, malların satılması və geri qaytarılması ilə bağlı heç bir daxili qayda ölkədə qüvvədə olan qanunlardan üstün deyil: “Bəzi mağazalarda daxili qaydalar var. Məsələn, müştərilərin əl çantalarının xüsusi yerlərdə yerləşdirilib içəri buraxılması, oğurluqla bağlı şübhə yarananda alıcının götürdüyü mala baxmaq. Lakin qanunla tənzimlənən, hüquqi qüvvəsi olan sənədlərə heç kimin daxili qaydalar tətbiq etmək icazəsi yoxdur”. Ekspert qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda malların endirim kampaniyasında olduğu halda, geri qaytarılmaması ilə bağlı heç bir müddəa yoxdur: “Mal istehlakçının tələblərini ödəməyibsə, dəyişdirilə bilər, əgər onun tələbinə uyğun mal yoxdursa, tam dəyəri qaytarılmaq şərtilə qaytarıla bilər. Malın endirim kampaniyasında olmasının onun dəyişdirilməsi və qaytarılmasına heç bir təsiri yoxdur”. AİB sədri bildirib ki, dəyişdirilməyən və geri qaytarılmayan mallar da var. Onun sözlərinə görə, qanunda istehlakçının tələbini ödəməyən mal 14 gün müddətində, kassa çeki olmaq, malın görünüşü, xüsusiyyətləri pozulmamaq şərtilə dəyişdirilə, əgər dəyişməyə uyğun mal olmazsa, bu halda qaytarıla bilər: “Satıcı bunu icra etməyə borcludur. Kassa çekinin olması mühüm şərtlərdən biridir. Böyük satış şəbəkələri olan “Sədərək”, “Binə” ticarət mərkəzlərində əksər hallarda kassa aparatı olmur. Əgər alıcı şikayətçidirsə, biz onun aldığı malları danışıq yolu ilə dəyişdirir və ya qaytarırıq”. E.Hüseynov deyib ki, istehlakçıların hüquqları istənilən ticarət və xidmət sahəsində pozularsa, İqtisadiyyat və Sənaye Nazirliyi nin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər: “195-2 nömrəsi ilə öncə dediyim dövlət qurumuna, (012) 441-28-33 nömrəsi ilə Azad İstehlakçılar Birliyinə müraciət etmək mümkündür. Bütün hallarda istehlakçıların hüquqlarını təmənnasız olaraq qoruyuruq”. Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin təhlili istehlakçılar, alıcılar, əksər hallarda da satıcıların dərman preparatlarının dəyişdirilməyən və qaytarılmayan mallar siyahısında olduğunu düşündüklərini göstərir: “Qətiyyən belə deyil. Bu məmulatlar da kassa çeki olmaq şərtilə 14 gün müddətində dəyişdirilə və qaytarıla bilər. Eləcə də ərzaq malları yararlılıq müddəti keçməyibsə, istehlakçının tələbatını ödəməyibsə, problem yaranıbsa, belə hallarda istehlakçı malı qaytara və dəyişdirə bilər. Burada təzadlı məqam da var: Qanunda yazılır ki, mal gərək xüsusiyyətini dəyişməmiş və açılmamış olsun. Əgər vətəndaş aldığı yağı, toyuğu, pendiri aparıb evdə açmayıbsa, bişirməyibsə, onda onun keyfiyyətsiz olduğunu hardan bilsin? Qanunda belə boşluqlar var”. 1995-ci il sentyabrın 19-da Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunub. Qanuna görə, hər bir istehlakçı malın keyfiyyəti, təhlükəsizliyi barədə düzgün məlumat almaq, saxta məhsula görə düşdüyü ziyanın ödənilməsini tələb etmək, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd edək ki, Azərbaycan ərazisində pərakəndə ticarət obyektlərində qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla, istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilməli olmayan malların siyahısını təşkil edir.
Comments are closed, but trackbacks and pingbacks are open.