Press "Enter" to skip to content

S.allahverdiyev azrbaycan tarixi

64. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.

Allahverdiyev azərbaycana qarşI

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir . Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

Allahverdiyev Azərbaycana qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə), Palatanın aşağıdakı tərkibində:

Elizabet Şteyner, Sədr,

Miryana Lazarova Traykovska,

Paulo Pinto de Albukerk,

Kseniya Turkoviç, hakimlər,

və Sören Nielsen, Bölmə katibi,

11 fevral 2014-cü il tarixində qapalı iclas keçirərək,

həmin tarixdə aşağıdakı qərarı qəbul etdilər:

  1. İş Azərbaycan Respublikasının vətəndaşı, cənab Amil Allahverdi oğlu Allahverdiyev tərəfindən (Amil Allahverdi oğlu Allahverdiyev – “ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2 oktyabr 2008-ci il tarixində Məhkəməyə ünvanlanmış ərizəsi (№ 49192/08) ilə başlanılmışdır.
  2. Ərizəçi Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan cənab N.Hacıyev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) nümayəndəsi, cənab Ç.Əsgərov təmsil etmişdir.
  3. Ərizəçi iddia edir ki, Konvensiyanın 5-ci maddəsinə əsasən onun azadlıq hüququ pozulmuşdur, belə ki, o, məhkəmə qərarı olmadan 2008-ci ildə 19 iyul tarixindən 29 iyul tarixinə qədər həbsdə saxlanılmış və onun məhkəməyəqədərki həbsi və həmin həbsin uzadılması barədə məhkəmə qərarları ağlabatan əsaslara malik olmamışdır.
  4. 17 mart 2011-ci il tarixində ərizə Hökumətə yönləndirilmişdir.
  1. Ərizəçi 1985-ci ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır.
  2. O, hadisələr baş verən zaman Bakı Dövlət Neft Akademiyasının tələbəsi olmuşdur.
  1. Ərizəçi barəsində cinayət işinin başlanılması və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi
  1. 15 mart 2008-ci il tarixində ərizəçi və onun yetkinlik yaşına çatmış sevgilisi (A.M.), digər üç nəfər şəxs tərəfindən müşayiət olunmaqla, ailə qurmaq məqsədilə maşınla Bakıdan Gəncəyə yola düşmüşlər.
  2. Həmin gün A.M.-in atası qızının oğurlandığını iddia edərək polisə şikayət ərizəsi ilə müraciət etmişdir.
  3. 16 mart 2008-ci il tarixində bu ərizəyə əsasən Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi (bir qrup şəxs tərəfindən adam oğurluğu) ilə cinayət işi başlanılmışdır.
  4. 16 mart 2008-ci il tarixində A.M. ailəsinə zəng vurmuş və onları məlumatlandırmışdır ki, sevgilisi ilə Gəncəyə getmişdir. Həmin gün onun valideynləri qızlarını Bakıya geri qaytarmaq üçün Gəncəyə yollanmışdırlar.
  5. 17 mart 2008-ci il tarixində ərizəçi Bakıya qayıtmışdır. Gəncədə olduğu müddətdə polis bir neçə dəfə onun evində olduğu üçün ərizəçi 19 mart 2008-ci il tarixində polis məntəqəsinə getmişdir. Ərizəçi polis məntəqəsində həbs olunmuş və müstəntiq onun şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbs olunması barədə tutma protokolu tərtib etmişdir.
  6. 21 mart 2008-ci il tarixində ərizəçi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən adam oğurluğu cinayət əməlində ittiham olunmuşdur. Həmin tarixdə prokuror hakimə ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat vermişdir. O, bu tədbirin tətbiqinin zəruriliyini ərizəçinin törətdiyi cinayət əməlinin ağırlığı və onun ədalət mühakiməsindən yayınması və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olması riski ilə əsaslandırmışdır.
  7. 21 mart 2008-ci il tarixində Nərimanov Rayon Məhkəməsi prokurorun təqdimatına baxılmışdır. Məhkəmədə keçirilən dinləmədə ərizəçinin vəkili hakimdən ərizəçinin əvvəllər heç bir cinayətə görə məhkum olunmadığını, daimi yaşayış yerinin olduğunu və gənc olduğunu nəzərə alaraq onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin hakimi ərizəçiyə qarşı irəli sürülmüş ittihamlara və prokurorun həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına əsaslanaraq ərizəçi barəsində üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Hakim bu tədbirin tətbiq olunmasının zəruriliyini aşağıdakı kimi əsaslandırmışdır:
  1. Ərizəçi Nərimanov Rayon Məhkəməsinin 21 mart 2008-ci il tarixli qərarından şikayət vermişdir. O, şikayət etmişdir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin əsası yoxdur və məhkəmə onun həbs olunması barədə qərar qəbul edərkən onun şəxsi vəziyyətini nəzərə almamışdır. Bununla bağlı olaraq ərizəçi bildirmişdir ki, onun daimi yaşayış yeri var, o, özünü polisə könüllü olaraq təslim etmişdir, o məcburi köçkündür və onun ailə və maliyyə vəziyyəti çətindir. Ərizəçi həmçinin bildirmişdir ki, onun məhkəməyəqədər həbsi təhsil hüququnu pozacaq, belə ki, o daha dərslərdə iştirak edə bilməyəcək, bu isə onun ali məktəbdən xaric olunmasına səbəb olacaq.
  2. 3 aprel 2008-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi həbsin əsaslı olduğu qənaətinə gələrək ərizəçinin şikayətini rədd etmişdir. Qərarın müvafiq hissəsində deyilir :
  1. Ərizəçinin həbsinin uzadılması və hadisələrin sonrakı gedişatı
  1. 11 iyun 2008-ci il tarixində cinayət işinin istintaqını aparan müstəntiq prokurordan istintaqın tamamlanması üçün daha çox vaxtın tələb olunması ilə əlaqədar ərizəçinin məhkəməyəqədərki həbsinin bir ay müddətinə uzadılmasını xahiş etmişdir. Prokuror bununla bağlı məhkəməyə təqdimat vermişdir.
  2. 14 iyun 2008-ci il tarixində Nərimanov Rayon Məhkəməsi prokurorun ərizəçinin həbs müddətinin uzadılmasına dair təqdimatına baxmışdır. Məhkəmə iclasında ərizəçinin vəkili hakimdən prokurorun təqdimatını rədd etməyi və ərizəçi barəsində daha yüngül qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Bununla əlaqədar, o, qeyd etmişdir ki, ərizəçinin daimi yaşayış yeri var, onun ədalət mühakiməsindən yayınma riski yoxdur, o, məcburi köçkündür və tələbədir. Həmin tarixdə hakim ərizəçinin məhkəməyəqədər həbsinin bir ay müddətinə, 19 iyul 2008-ci il tarixinə kimi uzadılması barədə qərar vermişdir. O, ərizəçinin həbs müddətinin uzadılmasını aşağıdakı kimi əsaslandırmışdır:
  1. Ərizəçi onun həbsinin davam etməsi üçün əsasların olmamasını qeyd edərək həmin qərardan şikayət vermişdir. O, məhkəmədən həbs qətimkan tədbirinin polisin nəzarəti altına vermə, başqa yerə getməmək haqqında iltizam və ya ev dustaqlığı ilə əvəz olunmasını xahiş etmişdir. Öz tələbinə dəstək olaraq qeyd etmişdir ki, o, məcburi köçkündür, özünü polisə könüllü olaraq təslim etmişdir, tələbədir, əvvəllər heç bir cinayətə görə məhkum olunmayıb və daimi yaşayış yeri vardır.
  2. 20 iyun 2008-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ərizəçinin məhkəməyəqədər həbsinin əsaslı olduğu qənaətinə gələrək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Məhkəmə ərizəçinin təqsirli bilindiyi cinayət əməlinin təbiəti və ağırlığı ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkrarlamış və onun ədalət mühakiməsindən yayınmasının və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmasının mümkünlüyünü qeyd etmişdir. Qərarın müvafiq hissəsində deyilir:
  1. 11 iyul 2008-ci il tarixində işə baxan prokuror ittiham aktını Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə təqdim etmişdir.
  2. 16 iyul 2008-ci il tarixində ərizəçi Ədliyyə Nazirliyinə yazılı müraciət edərək 19 iyul 2008-ci ildə, yəni onun məhkəməyəqədərki həbs müddətinin bitdiyi tarixdə istintaq təcridxanasından azad edilməsini xahiş etmişdir.
  3. 22 iyul 2008-ci il tarixində ərizəçi Baş Prokuror qarşısında vəsatət qaldıraraq onun məhkəməyəqədər həbs müddətinin 19 iyul 2008-ci il tarixində bitməsinə baxmayaraq hələ də azad olunmamasından şikayət etmişdir.
  4. 29 iyul 2008-ci il tarixində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə hazırlıq iclası keçirmişdir. Ərizəçi iclasda onun 19 iyul 2008-ci il tarixindən qanunsuz olaraq həbs olunmasından şikayət etmiş və həbs qətimkan tədbirini digər qətimkan tədbiri ilə əvəz etməyi xahiş etmişdir. İclasda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin tələbini rədd etmiş və onun barəsində həbs qətimkan tədbirinin “dəyişdirilmədən” saxlanması barədə qərar vermişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə daha sonra qeyd etmişdir ki, ittiham aktı məhkəməyə 11 iyul 2008-ci il tarixində təqdim olunduğundan ərizəçinin 19 iyul 2008-ci il tarixindən sonrakı həbsi qanuni olmuşdur.
  5. Ərizəçi əvvəlki şikayətlərini təkrar edərək Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 29 iyul 2008-ci il tarixli qərarından şikayət etmişdir.
  6. 7 avqust 2008-ci il tarixində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin şikayətini qəbul etməkdən imtina etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırlıq iclası zamanı qəbul olan qərardan şikayət verilə bilməz. Qərarı dəyişmək üçün ərizəçinin növbəti cəhdləri də uğursuz olmuşdur.
  7. Eyni zamanda, ərizəçi 30 iyul 2008-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı məhkəmədə iddia qaldırmışdır. O, məhkəmədən həbs müddətinin 19 iyul 2008-ci il tarixində bitməsi səbəbindən onun həbsdən azad olunması barədə göstəriş verilməsini xahiş etmişdir.
  8. 11 avqust 2008-ci il tarixində Əzizbəyov Rayon Məhkəməsi ərizəçinin iddiasını əsassız olduğundan rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçi barəsində həbs qətimkan tədbirinin qanuniliyini 29 iyul 2008-ci il tarixində keçirilən hazırlıq iclasında təsdiq etmişdir.
  9. 11 sentyabr 2008-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi 11 avqust 2008-ci il tarixli qərarı qüvvədə saxlamışdır.
  10. 19 mart 2009-cu il tarixində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçini bir qrup şəxslə adam oğurluğunda təqsirli hesab etmiş və onu iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
  1. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
  1. Cinayət-Prosessual Məcəllə (CPM)
  1. Cinayət-Prosessual Məcəllənin məhkəməyəqədər həbs və həbs qətimkan
  1. Qərarın müvafiq hissəsində deyilir:
  1. Bu qərarın müvafiq hissəsində deyilir:
  1. ƏRİZƏNİN HÖKUMƏTİN MÜRACİƏTİ ƏSASINDA KONVENSİYANIN 37-Cİ MADDƏSİNƏ UYĞUN OLARAQ SİYAHIDAN ÇIXARILMASI

33. 30 sentyabr 2011-ci il tarixli məktubu ilə Hökumət Məhkəməni bəhs olunan ərizə ilə bağlı məsələlərin həll olunması məqsədilə birtərəfli bəyannamə vermək istədiyi barədə məlumatlandırmışdır. Birtərəfli bəyannamədə Hökumət qeyd etmişdir ki, işin halları Məhkəmənin nəzərdən keçirdiyi Fərhad Əliyev Azərbaycana qarşı (№ 37138/9 noyabr 2010) işindəki hallarla oxşardır və o, ərizəçiyə ex gratia 4000 avro ödəməyə hazırdır. Bunun əsasında, Hökumət Məhkəməyə ərizəni Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinə uyğun olaraq işlərin siyahısından çıxartmağı təklif etmişdir.

34. 1 noyabr 2011-ci il tarixli məktubunda ərizəçi Hökumətin birtərəfli bəyannaməsindəki şərtlərlə razılaşmayaraq qeyd etmişdir ki, Hökumət Konvensiyanın 5-ci maddəsinin heç bir pozuntusunu tanımamışdır. O, həmçinin, Hökumətin birtərəfli bəyannaməsində təklif olunan kompensasiyanın miqdarının çox aşağı olduğunu qeyd etmişdir.

35. Məhkəmə təkrarən qeyd edir ki, bəzi hallarda ərizəçinin işə baxılmasının davam etdirilməsini istədiyi halda belə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinə uyğun olaraq Məhkəmə cavabdeh Hökumətin birtərəfli bəyannaməsi əsasında ərizəni işlərin siyahısıdan çıxara bilər. Lakin hər bir halda, bu, birtərəfli bəyannamənin Konvensiyada göstərilən insan hüquqlarının Məhkəmənin işə baxılmasını davam etdirməyə ehtiyac qalmayacaq dərəcədə təmin etməsi üçün kifayət qədər əsaslara malik olub-olmamasından asılı olacaqdır (bax: Tahsin Acar Türkiyəyə qarşı (ilkin məsələ) [BP], № 26307/95, § 75, AİHM 2003-VI və Angelov və başqaları Bolqarıstana qarşı № 43586/04, § 12, 4 noyabr 2010-cu il).

36. Bununla əlaqədar Məhkəmə müəyyən etmişdir ki, Hökumət öz birtərəfli bəyannaməsində Konvensiyanın pozuntusunu tanımamışdır. Məhkəmənin fikrincə, hazırki işin hallarının onun təhlil etdiyi əvvəlki işlərlə oxşarlığının qeyd olunması Konvensiyanın pozulmasının tanınması kimi qəbul edilə bilməz. Bundan əlavə, birtərəfli bəyannamədə göstərilən ex gratia kompensasiya təklifi də Konvensiyanın pozuntusunun tanınması anlayışına uyğun gəlmir.

37. Beləliklə, Hökumətin birtərəfli bəyannaməsinin məzmununa münasibətdə Məhkəmə müəyyən etmişdir ki, Hökumət Konvensiyada və ona əlavə Protokollarda göstərilən insan hüquqlarını Məhkəmənin işə baxılmasının davam etdirilməsinə zərurət qalmayacaq dərəcədə təmin etmək üçün kifayət qədər əsas göstərə bilməyə müvəffəq olmamışdır (bax: Kessler İsveçrəyə qarşı , № 10577/04, § 24, 26 iyul 2007-ci il; Hakimi Belçikaya qarşı , № 665/08, § 29, 29 iyun 2010-cu il; və Pirəli Orucov Azərbaycana qarşı , № 846/07, § 31, 3 fevral 2011-ci il).

38. Buna görə də, Məhkəmə Hökumətin ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq işlərin siyahısından çıxarılması haqqında tələbini rədd edir və müvafiq olaraq işin qəbuledilənliyinə və mahiyyətinə baxmaqla davam edir.

  1. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU

39. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bildirmişdir ki, onun 2008-ci il 19 iyul tarixindən 29 iyul tarixinə qədər olan həbsi qanunsuz olmuşdur. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin müvafiq hissəsində deyilir:

“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz. ”

  1. Qəbuledilənlik
  1. Mahiyyət
  1. Tərəflərin arqumentləri

42. Ərizəçi təkrarən qeyd etmişdir ki, onun 2008-ci il 19 iyul tarixindən 29 iyul tarixinə qədər olan həbsi, həmin müddət üçün məhkəmə qərarı olmadığından qanunsuzdur.

  1. Məhkəmənin qiymətləndirməsi

44. Bununla əlaqədar olaraq, Məhkəmə bir daha qeyd edir ki, o, bir sıra işlərdə ittiham aktının birinci instansiya məhkəməsinə təqdim olunması faktı əsasında təqsirləndirilən şəxslərin həbsdə saxlanması hallarında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən etmişdir. Məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin xüsusi hüquqi əsas və ya onların vəziyyətini tənzimləyən aydın normalar olmadan həbsdə saxlanılması, bu hal onların qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilməsinə səbəb olacaqsa, bütövlükdə Konvensiyanın əsasını təşkil edən hüquqi müəyyənlik və qanunsuzluqdan müdafiə prinsipləri, həmçinin qanunun aliliyi prinsipinə ziddir (digər işlər arasında bax: Baranovski Polşaya qarşı , № 28358/95, §§ 53-57, AİHM 2000-III; Jecius Litvaya qarşı , № 34578/97, §§ 60-63, AİHM 2000-IX; və Gigolaşvili Gürcüstana qarşı , № 18145/05, §§ 33-36, 8 iyul 2008-ci il).

45. Məhkəmə daha sonra qeyd edir ki, o, Azərbaycana qarşı eyni ərizəni nəzərdən keçirmişdir və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən etmişdir, belə ki, ərizəçinin həbsi məhkəmə qərarına əsaslanmamışdır və beləliklə, göstərilən maddəyə uyğun olaraq qanunsuz olmuşdur (bax: yuxarıda qeyd olunan Fərhad Əliyev , §§ 174-179). Məhkəmə hazırki işdə fərqli nəticəyə gəlməyə heç bir əsas görmür və qərara gəlir ki, ərizəçinin məhkəmənin qərarı olmadan 2008-ci il 19 iyul tarixindən 29 iyul tarixinə qədər olan həbsi 5-ci maddənin 1-ci bəndinə əsasən qanunsuz olmuşdur.

46. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.

  1. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU

“ 3 . Bu maddənin I bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər.”

  1. Qəbuledilənlik
  1. Mahiyyət
  1. Tərəflərin arqumentləri

50. Ərizəçi öz şikayətini təkrarlamışdır. O, bununla əlaqədar olaraq qeyd etmişdir ki, onun həbsi və həbsinin uzadılması barədə məhkəmə qərarları ağlabatan əsaslara malik olmamışdır və yerli məhkəmələr onun davamlı həbsinə müvafiq və yetərli səbəblər göstərə bilməmişlər.

  1. Məhkəmənin qiymətləndirməsi

52. Tutulan şəxsin cinayət əməlini törətməsinə əsaslı şübhənin olması həbsin davam etdirilməsinin qanuniliyi üçün sine qua non -dur (zəruri şərtdir), lakin müəyyən müddət keçdikdən sonra bu, artıq kifayət etmir və bu halda Məhkəmə müəyyən etməlidir ki, məhkəmə orqanları tərəfindən təqdim olunan digər hallar azadlıqdan məhrumetməyə əsas verməkdə davam edir. Belə əsasların “müvafiq” və “yetərli” olduğu halda, Məhkəmə həmçinin qane olmalıdır ki, yerli orqanlar icraatın gedişində “xüsusi səy” göstərmişdir (bax: Labita İtaliyaya qarşı [BP], № 26772/95, § 153, AİHM 2000-IV).

53. Yerli məhkəmələr təqsirsizlik prezumpsiyası prinsipinə münasibətdə, şəxsi azadlığa hörmət prinsipindən kənara çıxmağa haqq qazandıran ictimai maraq tələblərinin mövcudluğunun lehinə və əleyhinə dəlalət edən bütün faktları araşdırmalı və azad edilmək barədə vəsatətlərə dair qərarlarında onları göstərməlidirlər (bax: Letelye Fransaya qarşı, 26 iyun 1991-ci il, § 35, A Seriyaları, № 207). Azad edilmənin lehinə və əleyhinə olan arqumentlər ümumi və ya mücərrəd olmamalıdır (bax: Klot Belçikaya qarşı, 12 dekabr 1991-ci il, § 44, A Seriyaları, № 225).

54. Konvensiyanın presedent hüququ şəxs cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (Stöqmüller Avstriyaya qarşı, 10 noyabr 1969-cu il, § 15, A Seriyaları, № 9); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (bax: Vemhoff Almaniyaya qarşı, 27 iyun 1968-ci il, § 14, A Seriyaları, № 7), digər cinayət əməlləri törədəcəyi riski (bax: Matznetter Avstriyaya qarşı, 10 noyabr 1969, § 9, A Seriyaları, № 10) və ya ictimai qaydanı pozması riski (bax: yuxarıda qeyd olunan Letelye, § 51).

55. Bununla bağlı olaraq, Məhkəmə bir daha qeyd edir ki, nəzərdə tutulan cəzanın ağırlığı ədalət mühakiməsindən yayınma riskinin qiymətləndirilməsində əhəmiyyətli element olsa da, ittihamların ağırlığı özlüyündə həbs qətimkan tədbirinin uzun müddət qüvvədə saxlanılmasına haqq qazandıra bilməz (bax: İliykov Bolqarıstana qarşı, № 33977 /96, §§ 80-81, 26 iyul 2001). Bundan əlavə, həbsdə saxlanılmağa haqq qazandıra bilən ədalət mühakiməsindən yayınma riski yalnız nəzərdə tutulan cəzanın ağırlığı əsasında qiymətləndirilə bilməz. Ədalət mühakiməsindən yayınma riski onun mövcudluğunu ya təsdiq edən, ya da həmin riski məhkəməyəqədərki həbsə haqq qazandırılmasını mümkünsüz edən dərəcədə minimuma endirən bir sıra digər müvafiq amillərə istinad olunmaqla qiymətləndirilməlidir (bax: Pançenko Rusiyaya qarşı, № 45100 /98, § 105, 8 fevral 2005-ci il və yuxarıda qeyd olunan Letelye, § 43).

56. Hazırki işin hallarına nəzər saldıqda Məhkəmə artıq daha əvvəl müəyyən etmişdir ki, ərizəçinin həbsdə olmasının müəyyən müddətləri Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olmuşdur (bax: yuxarıda § 45). 5-ci maddənin 3-cü bəndinin məqsədlərinə müvafiq nəzərə alınmalı müddətə gəldikdə isə, bu müddət təqsirləndirilən şəxsin həbsə alındığı gün başlayır və “yalnız birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunduğu halda belə təqsirin müəyyən olunduğu gün” bitir (bax: Kalaşnikov Rusiyaya qarşı , № 47095 /99, § 110, AİHM 2002-VI və yuxarıda qeyd olunan Labita , § 147). Bu işdə həmin müddət ərizəçinin həbs olunduğu tarixdə, yəni 19 mart 2008-ci il tarixində başlamış və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin onun məhkum olunması barədə qərar verdiyi tarixdə, 19 mart 2009-cu ildə bitmişdir. Beləliklə, ərizəçinin məhkəməyəqədərki həbsi tam olaraq cəmi bir il təşkil etmişdir.

57. Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin həbs olunması barədə qərar ilk olaraq Nərimanov Rayon Məhkəməsinin hakimi tərəfindən 21 mart 2008-ci il tarixində verilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 aprel 2008-ci il tarixində qüvvədə saxlanılmışdır. Ərizəçinin həbsdə olma müddəti daha sonra Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2008-ci il tarixli qərarı ilə bir ay müddətinə uzadılmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2008-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

58. Ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiq olunmasını tələb edən qərarlara gəldikdə Məhkəmə müəyyən etmişdir ki, həm Nərimanov Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi ərizəçinin həbsi barədə müvafiq olaraq 21 mart 2008-ci il və 3 aprel 2008-ci il tarixində qərar qəbul edərkən standart şablon formadan istifadə etmişdir. Məhkəmə bununla bağlı olaraq qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi həbs üçün bir sıra əsasları, onların ərizəçi barəsində nəyə görə uyğun hesab olunduğunu əsaslandırmadan, mücərrəd və stereotipləşdirilmiş qaydada təkrarlamışdır (bax: yuxarıda § 13 və §15). Bundan başqa, onların qərarları ərizəçi tərəfindən həbs qətimkan tədbirinin tətbiq olunmasına qarşı irəli sürdüyü arqumentlərin heç birini cavablandırmamışdır.

59. Ərizəçinin həbsdə olma müddətinin uzadılması barədə qərarlara gəldikdə isə, Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi yenidən ərizəçiyə təqsirli bilindiyi əməlin ağırlığı və onun ədalət mühakiməsindən yayınması və ədalət mühakiməsinin həyata keçirilməsinə mane ola bilməsi riskinə əsaslanmışlar. Onlar həmçinin öz qərarlarını müxtəlif istintaq hərəkətlərinin aparılmasının zəruriliyi ilə əsaslandırmışlar (bax: yuxarıda § 17 və § 19).

60. Bununla bağlı olaraq Məhkəmə ilk öncə qeyd edir ki, digər istintaq tədbirlərinin həyata keçirilməsinə ehtiyac olması və ya prosesin hələ tamamlanmaması faktı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən şəxsin məhkəməyə qədər həbs olunması üçün qəbul edilə bilən səbəblərdən heç birinə uyğun gəlmir ( Piruzyan Ermənistana qarşı , № 33376/07, § 98, 26 iyun 2012-ci il). Yerli məhkəməmin əsaslandığı digər səbəblərə gəldikdə isə Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin məhkəməyəqədər həbsi barədə verilən ilkin qərarlar kimi sonrakı məhkəmə qərarları da CPM-də göstərilən şərtləri standart formulalarla ifadə etməklə, cinayət əməlinin ağırlığı və ədalət mühakiməsindən yayınma və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma riski də daxil olmaqla yuxarıda göstərilən əsasları sadalamaqdan başqa bir şey etməmişdir (müqayisə et: Giorgi Nikolaişvili Gürcüstana qarşı , № 37048/04, §§ 76-79, 13 yanvar 2009-cu il və Sefilyan Ermənistana qarşı , № 22491/08, § 89, 2 oktyabr 2012-ci il). Onlar həmin əsaslara uyğun olaraq işə aid olan hər hansı xüsusi faktları göstərməmiş və onları müvafiq və yetərli səbəblərlə əsaslandıra bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin həbsdə saxlanılma müddətini uzadarkən məhkəmələr eyni stereotip ifadələrdən təkrar olaraq istifadə etmişlər və onların gətirdiyi əsaslar zaman keçdikcə dəyişən vəziyyətin gedişini əks etdirməyib və prosesin sonrakı mərhələlərində həmin əsasların öz qüvvəsini saxlayıb-saxlamadığı yoxlanılmamışdır (bax: yuxarıda qeyd olunan Fərhad Əliyev, § 191 və Rafiq Əliyev Azərbaycana qarşı, № 45875/06, § 92, 6 dekabr 2011-ci il).

61. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin ərizəçinin 19 mart 2009-cu il tarixinə qədər olan həbsinin hüquqi əsasını təşkil edən 29 iyul 2008-ci il tarixli qərarına gəldikdə isə Məhkəmə qeyd edir ki, ərizəçinin məhkəməyə qədər həbs olunması və həbsin uzadılması barədə yuxarıda nəzərdən keçirilən məhkəmə qərarları kimi bu qərar da ərizəçinin davamlı həbsi üçün müvafiq və yetərli səbəblər göstərə bilməmişdir. Xüsusilə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin həbsi üçün heç bir konkret əsas gətirmədən onun barəsində həbs qətimkan tədbirinin “dəyişdirilmədən” saxlanılması barədə qərar verməklə kifayətlənmişdir. Məhkəmə bununla bağlı olaraq bir daha qeyd edir ki, heç bir əsas olmadan həbsin uzadılması barədə məhkəmə qərarları Konvensiyanın 5-ci maddəsinə ziddir (müqayisə et: Çumakov Rusiyaya qarşı, № 41794/04, § 130, 24 aprel 2012-ci il və Xudoyorov Rusiyaya qarşı, № 6847/02, § 142, AİHM 2005-X (çıxarışlar)).

62. Müvafiq olaraq Məhkəmə qeyd edir ki, yerli məhkəmələr həm ərizəçinin həbs olunması barədə, həm də onun həbs müddətinin uzadılması barədə qərar qəbul edərkən eyni standart formuladan istifadə etmişlər. Onlar, ümumiyyətlə, ərizəçi tərəfindən onun azad olmasının xeyrinə irəli sürülən arqumentləri təkzib etməyə cəhd göstərməmişlər.

63. Yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin işinə dair xüsusi faktları nəzərə almadan həbs olunma üçün əsasları standart formuladan istifadə etməklə sadalamaqla, həmçinin, işə uyğun olmayan əsaslara əsaslanmaqla, məhkəmə orqanları ərizəçinin məhkəməyə qədər həbs olunmasının əsaslandırılması üçün “müvafiq” və “yetərli” səbəblər göstərə bilməmişlər.

64. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.

  1. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

65. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin

qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

  1. Ziyan

67. Hökumət iddia etmişdir ki, ərizəçinin tələbi əsassızdır və tələb olunan məbləğ həddindən artıq çoxdur. Hökumət hesab edir ki, hər bir halda, 2000 avro məbləğində ödəniş ədalətli kompensasiya üçün kifayət edir.

68. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan təkcə pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz, buna görə də, ona kompensasiya təyin olunmalıdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, Məhkəmə qiymətləndirməni ədalətli əsasda həyata keçirərək ərizəçiyə bu bənd üzrə 13 000 avro və bu məbləğdən tutula bilən vergi məbləğinin ödənilməsini təyin edir.

  1. Məhkəmə xərcləri və digər məsrəflər

70. Hökumət bildirmişdir ki, tələb əsassız və məbləğ həddindən artıq çoxdur. Xüsusilə, Hökumət müqavilələrdə tərəflərin bank hesablarının və ya vergi ödəyicilərinin eyniləşdirmə nömrələri barədə məlumatların olmaması səbəbindən onların hüquqi qüvvəsini mübahisələndirmişdir. Həmçinin, Hökumət bildirmişdir ki, buna baxmayaraq ərizəçinin məhkəmə xərcləri və digər məsrəflər üçün tələbini qəbul etməyə hazırdır və o, ümumilikdə bütün xərclər üçün 2000 avro məbləğində kompensasiya təyin etməyi məqsədəmüvafiq hesab edir.

71. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız о halda malik olur ki, həmin xərclərin həqiqətən və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun. Hazırki işdə Məhkəmə müəyyən edir ki, ərizəçi öz tələbini təsdiq etmək üçün müvafiq müqavilələri təqdim etmişdir və Məhkəmə Hökumətin müqavilələrin, tərəflərin bank hesabları və vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi barədə məlumatları əks etdirmədiyindən hüquqi qüvvələrinin olmaması barədə arqumentlərini qəbul etmir. Həmçinin, Məhkəmə müəyyən etmişdir ki, tərcümə haqqında müqavilə ərizənin ingilis dilində tərtib edilmiş orijinal variantının və digər müvafiq sənədlərin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini əhatə edir. Bununla bağlı Məhkəmə müəyyən edir ki, ərizəçi Məhkəməyə heç bir tərcümə olunmuş sənəd təqdim etməmişdir. Bundan başqa, Məhkəmə, Məhkəmədəki icraat üçün ərizənin ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmasını zəruri hesab etmir. Beləliklə, təqdim olunmuş sənədlərə və yuxarıda qeyd olunan kriteriyaya uyğun olaraq Məhkəmə çəkilən bütün xərclərə görə 3919 avro məbləğində kompensasiya təyin etməyi ağlabatan hesab edir.

  1. İcranın gecikdirilməsinə görə faiz
  1. Ərizəni qəbuledilən elan edir;
  2. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;
  3. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
  4. Qərara alır ki,
  1. cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevrilməklə ödəməlidir:
  1. mənəvi ziyana görə 13 000 (on üç min) avro və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
  2. məhkəmə xərcləri və digər məsrəflərə görə 3919 (üç min doqquz yüz on doqquz) avro və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
  1. yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır.
  1. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

S.allahverdiyev azrbaycan tarixi

Qaraxanlı kəndinin mərd oğullarından biri olan Allahverdiyev Rövşən Fərrux oğlu 10 noyabr 1991-ci ildə kəndli ailəsində dünyaya göz açıb. 1998-ci ildə Qaraxanlı kənd orta məktəbinin birinci sinfinə daxil olub. 2009-cu ildə adı çəkilən məktəbi uğurla bitirib. Elə həmin ildə ordu sıralarına çağrılıb.

Rövşən Sumqayıt şəhərinin yaxınlığında yerləşən hərbi hissədə qulluq edib. 2011-ci ilin iyulunda orduda hərbi xidmətini başa vurub, doğma kəndləri Qaraxanlıya qayıdıb. Bir müddət kənddə müxtəlif sahələrdə çalışıb. 2016-cı ildən könüllü olaraq hərbi xidmətə qatılıb. Beyləqan şəhərində Həmlə Bölümündə hərbi xidmətdə olub.

Rövşən Allahverdiyev sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində ön cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən gərgin döyüşlərin iştirakçısı olan Rövşən müharibənin elə ilk günü ağır yaralanıb və aldığı yaradan gözlərini əbədi yumub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

…Qaraxanlı kənd orta məktəbin müəllimi Roza Fərəcova məktəbin məzunu şəhid Rövşən Allahverdiyev haqqında danışarkən uşaqlıqdan nümunəvi olduğunu, hamının sevimlisinə çevrildiyini vurğulayıb: “Mən Rövşənin sinif müəllimi olmuşam. Nümunəvi şagird idi. Davranışı ilə başqalarından seçilirdi. Gözlərinin dərinliyidə həmişə özünə yuva salmış bir həzin nisgil var idi. O, böyüdükcə mən başa düşdüm ki, bu Xocalı nisgilidir. Rövşən bu xalqın, torpağın qeyrətli övladı kimi Qarabağ dərdini unuda, yaddaşından silə bilmirdi. Bax, elə bu dərdi biz artıq çəkməyək, Qarabağ ləkəsini yaddaşlardan silək deyə, Rövşən savaşdı, vuruşdu, qəhrəmancasına həlak oldu. Vətənin bütövlüyü uğrunda canını qurban verdi.
Düşmən quduzlaşıb
aşanda həddini,
Şəhidim
qanı ilə çəkdi
Vətən sərhəddini…”

Comments are closed, but trackbacks and pingbacks are open.