Press "Enter" to skip to content

Bir yasağın məntiqi: Rəisin kitab zövqü mübahisə mövzusu deyil

– Mən o kitabın mətniylə tanış deyiləm. Amma o nəzərdən keçirilibsə və belə qərar qəbul edilibsə, deməli, qanuna istinad ediblər.

Sidiyin rəngi və qoxusu hansı xəstəliklərin göstəricisidir?

Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan hissəsidir. Sidiyin tərkibi orqanizmin tələbatından artıq olan ziyanlı maye, su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir.

Sidik, sadəcə, toksinlərin və artıq suyun bədəndən xaric olunması demək deyil. Bədənlə bağlı bir çox gizli məlumatları da məhz sidiyin rənginə əsasən müəyyən etmək olar.

Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Şəffaf və ya solğun sarı rəngdə olan sidiyin rənginin dəyişməsi bir çox xəstəliklərin göstəricisidir. Düzdür, yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər, lakin əksər sağlamlıq problemləri sidiyin rənginə təsir edir.

Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir və ondan kəskin ammiak iyi gəlir.

Tibbi nöqteyi-nəzərdən sidikdə qırmızı qan hüceyrələrinin olması böyrək daşının olmasından, şirin ətir isə diabetdən xəbər verir. Şirin qoxunun səbəbi qlükozanın orqanizmdə tam işlənməmiş olmasıdır. Odur ki, sidikdə qan və ya qeyri-adi bir qoxu hiss etsəniz, dərhal həkimlə məsləhətləşin. Qırmızı qan hüceyrələri də sidiyə çəhrayı rəng verə bilər.

Bulanıq sidik nəyin göstəricisidir?

İnfeksiyalarla mübarizə aparmaq üçün sidiklə birlikdə gələn ağ qan hüceyrələri isə sidiyin bulanıq olmasına və pis iy verməsinə səbəb ola bilər.

Tünd rəng orqanizmin susuz qalmasından xəbər verir

Sidiyin tünd rəngdə olması orqanizmin susuz qalmasının göstəricisidir. Maye çatışmazlığından xəbər verən tünd rəngli sidik həm də pis qoxulu olur. Belə vəziyyətlərdə bol-bol su için.

Hamiləmisizmi?

Evdə aparılan hamiləlik testləri sidiyin tərkibində HCG hormonunun olduğunu müəyyən edir. Bəzi qadınlar hamilə olduğunu öyrənməzdən əvvəl sidiklərindən kəskin qoxu gəldiyini bildirir.

Hansı növ meyvələr sevirsiniz?

Bəzi meyvə və tərəvəzlərin tərkibində olan tünd piqmentlər sidiyin rəngini qırmızıya çevirə bilər. Qulançar yedikdən sonra sidiyin pis qoxacağını da unutmayın. Bu tərəvəzdə olan maddə pis qoxuya səbəb olur.

Tünd sarı

Bu rəng böyrəklərdə problem olmasına və ya sarılıq xəstəliyinə işarədir. Qəti qərara gəlmək üçün həkim məsləhətinə ehtiyac var.

Narıncı rəng

Orqanizmdə C vitamininin çoxluğu sidiyi narıncı rəngə çevirə bilər.

Bulanıq qəhvəyi

Bu rəng ciddi sağlamlıq problemindən xəbər verir. Belə ki, bu rəng qara ciyər problemi, hepatit, dəri xərçəngi kimi ciddi xəstəliklərin xəbərçisidir ki, bu zaman həkimə muraciət təxirəsalınmazdır.

Qırmızı və ya qanlı sidik

Bu zaman sidik ya qırmızı olur və ya sidikdə qan damcıları görünür. Əsas səbəb kimi böyrək daşları göstərilir. Bu halı müşahidə edən kimi dərhal həkimə gedin.

Mavi və yaşıl

Dərmanlar və bəzi multivitaminlər sidik rənginin göy rəngə çalan olmasına gətirib çıxarar. Bu da bədəndə kalsium çoxluğu ilə bağlıdır.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Bir yasağın məntiqi: Rəisin kitab zövqü mübahisə mövzusu deyil

İki il azadlıqdan məhrum edilən videobloqqer Mehman Hüseynova təcridxanada oxuması üçün «Cakaranda ağacının uşaqları» kitabı verilməyib.

Bu haqda AzadlıqRadiosuna danışan vəkil Elçin Sadıqov deyir ki, ona bu əsərin Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə «qadağan edilmiş kitab» kimi qeydiyyata alındığını bildiriblər: «Buna görə də həmin kitabı Mehmana göndərməyə icazə vermədilər».

E.Sadıqovun sözlərinə görə, həqiqətən də Penitensiar Xidmətin yasaqlanmış ədəbiyyat siyahısı var. Ancaq sözügedən kitabın ora daxil olub-olmadığından xəbərsizdir: «Bildiyim qədər, həmin siyahı açıq deyil. Bu haqda xidmətin saytında məlumat da yerləşdirilməyib».

Vəkilin qənaətincə, bu səbəbdən də istənilən kitabı «qadağan edilmiş ədəbiyyat» adı altında məhkuma verməmələri mümkündür.

«Cakaranda ağacının uşaqları» bu gün açıq satışdadır.

Mehman Sadıqov

«BU, MÜƏSSİSƏ RƏHBƏRİNİN SƏLAHİYYƏTİNƏ DAXİLDİR»

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosunun bununla bağlı suallarını cavablandırıb.

– «Cakaranda ağacının uşaqları» kitabı qadağan edilmiş ədəbiyyat siyahısına daxildirmi?

– Kitabın içəri buraxılmaması müəssisə rəhbərinin müstəsna səlahiyyətinə daxildir. O qanuna, müvafiq sənədlərə istinad edərək belə bir addım atır. Müəssisə rəhbəri hesab edirsə ki, hər hansı kitab qadağan edilmiş ədəbiyyat siyahısına daxildir, demək olar, qanunauyğun hərəkət edir.

– Sözügedən kitab həmin siyahıya daxildirmi? Bunu bilirsinizmi?

Embed paylaş

Mehman Sadıqov: ‘Onlar belə hesab ediblərsə, deməli, qadağan olunmuş ədəbiyyatdır’

Embed paylaş
Kod yaddaşa götürüldü
The URL has been copied to your clipboard

  • Facebook-da paylaş
  • Twitter-də paylaş

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid
Pop-out üçün

– Bunu necə dəqiqləşdirmək mümkündür?

– Bilmirəm. Hər bir cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu və ya digər hərəkəti qanunauyğun şəkildə gerçəkləşdirir. Onlar belə hesab ediblərsə, deməli, qadağan olunmuş ədəbiyyatdır.

– Sizdə qadağan edilən kitabların konkret siyahısı varmı? Yoxsa, sadəcə, ümumi kriterilər müəyyənləşdirilib?

– Qanunvericilikdə birbaşa göstərilib ki, dini, irqi ayrı-seçkiliyi, terroru təbliğ edən, pornoqrafiya xarakterli və ümumiyyətlə, məhkumların islah olunmasına mənfi təsir göstərən kitabların məhkumlara ötürülməsi qadağandır.

– Ancaq «Cakaranda ağacının uşaqları» kitabı İranda azadlıq hərəkatı ilə bağlıdır. Orda.

– Mən o kitabın mətniylə tanış deyiləm. Amma o nəzərdən keçirilibsə və belə qərar qəbul edilibsə, deməli, qanuna istinad ediblər.

Yalçın İmanov

«BU ABSURDDUR»

«Açıq satışda olan kitab qadağan olunmuş sayıla bilməz». Vəkil Yalçın İmanov belə söyləyir: «Qadağan edilmiş ədəbiyyatla bağlı ekspertiza rəyi verilməlidir. Bundan başqa, bu cür ədəbiyyatın ölkəyə gətirilməsi, burda nəşri, yayılması yasaqlanan kitabların siyahısı olmalıdır. Ən önəmlisi, kitabın konkret adı göstərilməlidir. Açıq satışdadırsa, qadağan edilməsi ilə bağlı normativ akt yoxdursa, onun təcridxanaya, cəzaçəkmə müəssisəsinə buraxılmaması birmənalı şəkildə qanunsuzdur».

O ki qaldı Penitensiar Xidmət rəsmisinin «Kitabın içəri buraxılması müəssisə rəhbərinin müstəsna səlahiyyətinə daxildir» deməsinə, Y.İmanov sual edir: «Müəssisə rəhbəri nəyin əsasında belə bir göstəriş verə bilər? Bu o deməkdir ki, həmin şəxsə qeyri-müəyyən və hüdudsuz səlahiyyətlər verilib. İkincisi də, müəssisə rəhbəri öz baxışlarına uyğun olaraq istənilən kitabın içəri daxil olmasını qadağan edə bilər. Bu absurddur. Üstəlik də, kitab açıq satışdadırsa, qadağa yoxdursa, içəri buraxılmaması tam qanunsuzdur».

Embed paylaş

Yalçın İmanov: ‘Açıq satışda olan kitab qadağan olunmuş sayıla bilməz’

Embed paylaş
Kod yaddaşa götürüldü
The URL has been copied to your clipboard

  • Facebook-da paylaş
  • Twitter-də paylaş

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid
Pop-out üçün

KİTAB VƏ MEHMAN HÜSEYNOV HAQQINDA

«Cakaranda ağacının uşaqları» kitabının müəllifi Sahar Delijani-dir. 34 yaşlı İran yazıçısının bu əsəri onun ilk romanıdır. Əsər 28 dilə tərcümə olunub, 75 ölkədə dərc edilib. Bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Onu Azərbaycan dilinə AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılova həbsdə olarkən tərcümə edib.

Romanın Azərbaycan dilində nəşrinin mündəricatında yazılır: «Əsər İrandakı siyasi rejimlə mübarizə aparanların ağır taleyindən, ağuşuna düşdükləri işgəncə və ölümlərdən, onların işini davam etdirən övladlarının sarsıntılarından və sönməyən azadlıq arzularından bəhs edir».

Əsərin müəllifi Sahar Delijani 1983-cü ildə Tehranda, anasının həbsə atıldığı məşhur Evin həbsxanasında doğulub. Həmin vaxt atası da siyasi məhbus olaraq həbsdə idi.

Mehman Hüseynov isə bu il martın 3-də polisə böhtan atmaq ittihamıyla 2 il müddətinə azadlıqdan məhrum edilib. Bloqqerin polis bölməsində işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan sayılıb. Amma M.Hüseynov özü bunu özünün jurnalist fəaliyyətinə müdaxilə kimi dəyərləndirib. O, daha çox bir sıra dövlət məmurlarına, deputatla məxsus olduğu bildirilən mülklərin videolarını sosial şəbəkələrdə paylaşmasıyla tanınırdı.

AzadlıqRadiosu ©

MÜTLƏQ hiperlinklə istinad verilməlidir.
– İcazə olmadan fotolarımızı təkrar dərc etməyin.
İstifadə şərtləri ƏTRAFLI BURADA

Comments are closed, but trackbacks and pingbacks are open.