Press "Enter" to skip to content

S.m.sbzliyev mühasibat maliyy hesabat yeni

Üçüncü bölməyə pul vəsaitləri, hesablaşmalar və sa­ir aktivlər daxildir. Bu bölmədə malalanlara yük­lən­miş mallar, debitorlarla hesab­laşmalar, qısa müd­dət­li ma­liyyə qoyuluşları, pul vəsaitləri (kassa, hesablaşma hesabı, valyuta hesabı və s.) sair dövrüyyə aktivləri və sair əks etdirilir.

“Az Accounting Services” LLC Your Accounting Department

MÖVZU VIII. MÜHASİBAT (MALİYYƏ) HESABATI Leave a comment

8.1. Mühasibat (maliyyə) hesabatı haqqında anlayış, onun tərkibi və vəzifələri

8.2. Mühasibat balansı və onun məzmunu

8.3. Mühasibat (maliyyə) hesabatına əlavə olanmış hesabat formaları?

8.4. İllik mühasibat (maliyyə) hesabatına əlavə edilən izahatlı arayış?

  1. V.İsayev «Balans maddiləri beynəlxalq standartlara uyğun qiymətləndiril­mə­li­dir», «Maliyyə və uçot» jurnalı, № 7-8, 1997
  2. S.M.Səbzəliyev «Mühasibat (maliyyə) hesabatı», dərs vəsaiti, Bakı-2003
  3. S.M.Səbzəliyev «Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri»

8.1. Mühasibat (maliyyə) hesabatı haqqında anlayış, onun

tərkibi və vəzifələri

Mühasibat (maliyyə) hesabatının tərtib olunması uçot əməliy­yat­larının apa­rılmasının yekun mərhələsi sayılır. Mü­hasibat (maliyyə) hesabatı mühasi­bat uço­tu­nun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin müəssisənin və başqa tə­sər­rüfat subyektlərinin əmlakının, maliyyə təsərrüfat fəaliyyəti nə­ti­cə­lə­rinin və s-nin. istifadəçilər üçün tə­yin edilmiş formada öz əksini tapan yekun­la­rının məcmuudur.

Vaxtında və düzgün tərtib olunmuş hesabat əm­la­kın qorunub saxlanması, məhsulun maya dəyərinin aşağı salınması üçün yeni imkanların araşdırılıb tapıl­ması, mənfəətin artırılması, müəssisənin maliyyə vəziyyətinin möhkəmlən­di­rilməsi və ümumiyyətlə idarəetmə siste­mi­nin daha da təkmilləşdirilməsində geniş şəkildə istifadə olunur.

Mühasibat hesabatının formalaşmasının tərkibi, məz­­munu və metodiki əsasları Azərbaycan Respublikasında mühasibat uçotunun döv­lət tərə­findən tənzimlənməsi qaydalarını, mühasibat hesa­ba­­tının tərtib olunması prin­sip­lə­ri­ni, nəşri qaydasını, müha­si­bat uçotu məlumatlarının düzgün­lüyünün təmi­na­tını özündə əks etdirir. «Mühasibat uçotu haq­qın­da» Azərbaycan Respubli­ka­sının 24 mart 1995-ci il Qa­nununda müəyyən olunmuşdur.

Mühasibat (maliyyə) hesabatı müəssisənin təsər­rü­fat həyatını idarə etmək və ona operativ rəhbərlik etmək üçün ən mühüm vasitələrdən biri hesab olu­nur. Hesabat yalnız müəssisə üçün müəyyən olunmuş proqnoz və tap­şırıqların yerinə yetirilməsinə nəzarət etmək üçün de­yil, eyni zamanda onun tərtib edil­mə­sinə də geniş im­kan­lar açır. Bir qayda olaraq keçən hesabat dövrünün he­sa­b­ıtının diqqətlə öyrənilməsi sahəsində gələcək dövr üçün planlar, proqramlar və tapşırıqlar işlənib hazırlanır.

Bazar iqtisadiyyatı şəraitində mühasibat (maliyyə) hesabatı qarşısında bir sıra vəzifələr qoymuşdur. Həmin vəzifələr aşağıdakılarla xarakterizə edilir:

a) hesabat bazar iqtisadiyyatının və beynəlxalq stan­­­dartların tələblərinə cavab verməklə, ona uyğun qu­ru­lmalıdır;

b) hesabat göstəriciləri etibarlı, ardıcıl, müqayisə olu­nan və düzgün olmalıdır;

v) hesabat sadə anlaşılan olmaqla, müəyyən olun­muş vaxtlarda tərtib olunub, təyinatlara uyğun olaraq təq­dim olunmalıdır.

Azərbaycan Respublikasında mövcud olan qanun­ve­r­iciliyə görə iqtisadi sub­yektlərin mühasibat maliyyə hesabatları, müstəqil hüququ olan nəzarət edici orqanlar tərəfindən reallığı və düzgünlüyü təsdiq edildikdən sonra hü­quqi və fiziki şəxslər, habelə bütün marağı olan istifadəçilər, iştirakçılar və başqa orqanlar üçün açıq nəşr edilə bilər.

Müəssisələrin (büdcə idarələrindən başqa) müha­si­bat hesabatlarının tər­ki­bi əsasən mühasibat balansından, maliyyə nəticələri (mənfəət və zə­rər­lər) və on­ların istifadəsi haqda hesabatdan, əmlakın, fondların, dövriyyə və­sa­it­lə­ri­nin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-mad­di aktivlərin, maliyyə və kapital qoyuluşlarının və sa­ir aktiv və passivlərin hərəkəti haqqında əlavədən iba­rətdir.

Mühasibat (maliyyə) hesabatlarının nümunəvi for­ma­ları və onların tərtib olunması qaydaları, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.

Mühasibat hesabatının tərkibi, tərtib və təqdim olun­ma vaxtından asılı olaraq müəyyən olunur. Müəs­si­sə­lərin hesabatları rüblük və illik hesabatlara bölünür. Bütün müəssisələr üçün hesabat ili 01 yanvar 31 dekabr daxil olmaqla olan dövr sayılır. Mühasibat hesabat­la­rın­dakı məlumatlar sintetik və analitik uçot məlumatlarına əsaslanır.

Mühasibat (maliyyə) hesabatının tərkiblərinə aşağı­da­kı hesabat formaları daxildir:

  1. Müəssisənin mühasibat balansı – forma №1.
  2. Maliyyə nəticələri və onlardan istifadə haqqın­da hesabat – forma №-2.
  3. Müəssisə balansına əlavə – forma №5.

«Mühasibat uçotu haqqında» Azərbaycan Respub­li­kası Qanununun 31-ci maddəsinin müddəalarına uyğun olaraq gös­tə­ri­lən hesabatlara mühasibat uçotu standartlarına müvafiq olaraq başqa hesabat formaları və izahatlarda əlavə edilə bilər.

Bank, sığorta, vergi və digər dövlət orqanlarında ilkin uço­tun aparılması haqda təlimatlarını, mühasibat (ma­liyyə) hesabat­la­rı­nı, onların doldu­rul­ması qaydalarını Azər­baycan Respubli­ka­sı Maliyyə Nazirliyinin razılığı ilə təsdiq edirlər.

Müəssisə (xarici investisiyalı müəssisələr istisna ol­maqla) rüblük və illik mühasibat hesabatlarını aşağıdakı orqanlara təqdim edir:

– mülkiyyətçilərə (iştirakçılara, təsisçilərə və təsis sə­nəd­lərinə də nəzərdə tutulan digər orqanlara);

– dövlət vergi orqanlarına;

– dövlət statistika orqanlarına;

– Azərbaycan Respublikası qanunvericiliyi ilə mü­əs­sisənin fəaliy­yətinin ayrı-ıyrı sahələrinin yoxlanılması həvalə edilmiş digər dövlət orqan­larına.

Müəssisənin mühasibat (maliyyə) hesabatlarının baş­qa ünvanlara göndərilməsi təsisedici sənədlərə və Azər­­­baycan Respublikasının qanun­vericiliyində nəzərdə tutulan hallarda həyata keçirilir.

Müəssisələr kvartallıq mühasibat (maliyyə) hesa­bat­la­rını kvartallıq başa çat­dıq­dan sonra 30 gündən, illik mühasibat (maliyyə) hesabatlarını isə il başa çatdıqdan sonra 90 gündən gec olmayaraq təqdim edirlər.

Xarici investisiyalı müəssisələr illik mühasibat (ma­liy­yə) hesabatını tə­sis­edici sənədlərdə nəzərdə tutulmuş qaydada hesabat ilindən sonrakı ilin mart ayı­nın 15-dən gec olmayaraq, mü­əs­sisənin hər bir iştirakçısına (sahibkar­ları­na), dövlət vergi idarəsi orqanlarına və dövlət statistika orqanlarına təq­dim edirlər.

Azərbaycan Respublikasının Nazirlikləri və baş ida­­rələri onların tabe­çi­li­yin­dəki təşkilatlar üzrə icmal rüb­­lük mühasibat hesabatlarını hesabat dövrü qur­­tar­dıq­dan sonra 45 gündən, illik mühasibat he­sabatlarını isə hesabat ilin­dən sonrakı ilin aprel ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikası İqtisadi İn­kişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Vergi Nazirliyinə təqdim edirlər.

8.2.Mühasibat balansı və onun məzmunu

Mühasibat balansı hesabat dövrünün son gününə mü­əssisənin və digər tə­sərüfat subyektlərinin əmlak və ma­liyyə vəziyyətini əks etdirən maliyyə he­sabatı for­ma­sı­dır. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq müəs­si­sələrin mü­ha­si­bat balansının tərtib olunmasında bir sı­ra dəyişikliklər edilmiş və onun beynəl­xalq mühasibat uçotu standartlarına uyğunlaşdırılması nəzərdə tutul­muş­dur.

«Müha­sibat uçotu haqqında» Qanunun tələb­lə­rinə uüğun olaraq Azər­bay­can Respublikasının bütün idarə və müəs­si­səlirndə mühasibat balansı tər­tib olunur. Müəs­sisələrin maliyyə hesabatlarının tərkibi əsasən mü­ha­sibat ba­lan­­­sından və ona əlavə olunmuş hesabatlardan ibarətdir. (1-ci bölmənin 2-ci fəslinə bax).

Balans tərtib olunarkən əsasən aşağıdakı prin­sip­lə­rin həyata keçirilməsi təmin olunmalıdır:

– ilin əvvəlində mühasibat balansında əks olun­muş göstəricilər keçən ilin sonuna olan gös­tə­ri­ci­lərə (qalıq­la­ra) bərabər olmalıdır;

– mühasibat uçotu qaydalarında müəyyən olun­muş prisiplərdən başqa, balansın aktivində və passivində əks olunmuş maddələrin birinin di­gəri ilə, yəni mənfəətin zərərlə, debitorun kre­di­tor­la əvəzlənməsinə icazə verilmir;

– mühasibat hesabları üzrə qalıqlar balansda cəm­lən­miş şəkildə, yəni debet qalığı olan analitik he­sabların qalığı (saldo) aktivdə, kredit qalığı olan­lar isə passivdə əks olunur;

– mühasibatın balansda əks olunan göstəri­ci­lə­ri­n doğru və düzgünlüyü, müəssisə əmlakının illik balansının tərtibinədək aparılan inventar­laş­ma nəti­cəsi ilə təsdiq olunmalıdır.

Balans maddələri mühasibat uçotunun məlumatları əsasında doldu­rulur. Bu baxımdan 1 «Mühasibat balansı»nında bütün maddələri mühasibat uçotu he­sab­larının adı və şifrələrinə uyğun qurulmuşdur. Elə buna görə də bütün hesablarda əks olun­­muş qalıqlar balans maddələri üzrə köçürülür.

Mühasibat balansında müəssisənin əmlakı iki formada əks etdirilir. Daha doğrusu balansın aktivində müəssisəyə məxsus olan əmlak və onun quruluşu, passivində isə onların əmə­lə gəlmə mənbələri, yəni müəssisənin təsərüfat fəa­liy­yə­tinin təşkilinə qoyulan vəsaitin həcmi və onun ya­ra­dıl­ma­sında iştirak edən vəsait mənbələri göstərilir.

Balansın aktivində və passivində əks olunmuş hər bir ünsür balans mad­dəsi adlanır. Hazırda Azərbaycan Respub­li­ka­sında tərtib olunan mühasibat balansı aktiv üzrə üç, passiv üzrə isə iki bölmədən ibarətdir.

Balansın aktivinin birinci bölməsində əsas vəsaitlər və sair dövriyyədən­kə­nar aktivlər əks etdirilr. Burada əsas vəsaitlər, qeyri-maddiaktivlər, quraş­dı­rı­lası avadan­lıq­lar, başa çatdırılmamış kapital qoyuluşu, uzun müd­dətli maliyyə qoyuluşları, təsisçilərlə hesablaşmalar, sair dövrüyyədənkənar aktivlər daxildir.

İkinci bölmədə ehtiyatlar və məsrəflər, yəni istehsal ehtiyatları, az qiymətli və tezköhnələn əşyalar, bitməmiş istehsal, hazır məhsul, mallar və sairə əks olunur.

Üçüncü bölməyə pul vəsaitləri, hesablaşmalar və sa­ir aktivlər daxildir. Bu bölmədə malalanlara yük­lən­miş mallar, debitorlarla hesab­laşmalar, qısa müd­dət­li ma­liyyə qoyuluşları, pul vəsaitləri (kassa, hesablaşma hesabı, valyuta hesabı və s.) sair dövrüyyə aktivləri və sair əks etdirilir.

Balansın aktivində keçmiş illərin və hesabat ilinə aid olan zərərlər də əks olunur.

Balansın passiv hissəsi iki bölmədən ibarətdir.

Birinci bölmədə xüsusi vəsaitlərin mənbəələri, yəni nizamnamə ka­pitalı, əlaə kapitalehtiyat kapitalı, yığım və istehlak fondları, keç­miş illərin bölüşdürülməmiş mənfəəti. Müəssisənin hesabat ilindəki mənfəəti, hesabat ilindəki bölüşdürülməmiş mənfəəti əks olunur.

İkinci bölmədə hesablaşmalar və sair passivlər, yə­ni uzunmüddətli bank kre­ditləri, uzunmüddətli borclar, qısamüd­dətli bank kreditləri, kreditorlarla hesab­laşma­lar, təsisçi­lər­lə hesablaşmalar, gələcək dövrün gəlirləri və sairə göstərilir.

Balansın aktivi və passivi üzrə aparılan, ya­zılışlarından sonra balansın yekunu müəyyənləşdirilir. Ak­tiv üzrə balans göstəricilərinin cəmi 360-cı sətirdə əks olu­nur. Bu sətirdə göstərilən balans yekunu 080, 180, 330, 340 və 350-ci sətirlər üzrə məbləğlərin cəmini təşkil edir.

Passiv üzrə balansın yekunu isə 780-ci sətirdə əks olunur ki, o da 480 və 770-ci sətirlərin cəmini təşkil edir.

Mühasibat uçotunda qəbul olunmuş qaydaya görə balansın aktivi və passivi biri-birinə, yəni sətir 360 = sətir 780 bərabər olmalıdır

8.3.Mühasibat (maliyyə ) hesabatına əlavə olunmuş hesabat formaları

Müəssisənin maliyyə-təsərüfat nəticələrini əks etdi­rən mühasibat (maliy­yə) hesabatına mühasibat balansı ilə birlikdə «Maliyyə nəticələri və onlardan istifadə haq­qında hesabat» (forma№2) «Müəssisə balansına əlavə» (forma№5) də əlavə olunur.

Maliyyə nəticələri və onlardan istifadə haqqında he­sabatda hesabat döv­rün­də müəssisənin mənfəətinin for­malaşması göstəriciləri əks etdirilir. Gös­tə­rilən he­sa­bat forması müəssisənin mühasibat balansına əlavə olu­nan mühüm hesabatdır.

Maliyyə nəticələri və onların istifadəsi haqqında he­sabatda müəssisənin he­sabat dövründə mənfəət və zə­rər­lərinin müxtəlif mənbələr üzrə (məhsul satı­şın­­dan daxil olan gəlir (satış pulu) satışdankənar əməliy­yat­lar­dan əldə edilən gə­lir və itkilər, kommersiya xərcləri, mən­fə­ətdən ver­gilərin ödənilməsi və s.) for­malaşması haq­qın­da in­for­ma­siya verilir. Hesabat aşağıdakı dörd bölmədən iba­rət­dir:

  1. Maliyyə nəticələri.
  2. Mənfəətdən istifadə.
  3. Büdcəyə ödəmələr
  4. Mənfəətdən vergi üzrə güzəştlər hesablanarkən nəzərə alınan xərclər və məsrəflər.

Hesabat cədvəlinin birinci bölməsi dörd, ikinci bölməsi üç, üçüncü dörd və dördüncü bölməsi üç sütuna bölünmüşdür.

Hesabatın birinci bölməsində – məhsulların (iş və xid­mətlərin), satışından pul ifadəsində mədaxil olunan ümumi gəlir, əlavə dəyər vergisi, aksizlər, satıl­mış məh­sul­ların istehsal məsrəfləri, satış nəticələri, sair satış nə­ti­cə­ləri, satışdan kə­nar əməliyyatlardan alınan gəlirlər və xərclər, mənfəət və zərərələrin cəmi, ba­lans mənfəəti, ya­xud zərəri və maliyyə nəticələri üzrə müəssisələrin sayı göstərilir.

İkinci bölmədə mənfəətdən istifadə – yəni büdcəyə ödəmələr, ehtiyat kapitalı və fonduna, yığım fonduna, is­tehlak fonduna, xeyriyyə məqsədlərinə və başqa məq­sə­dlərə ayırmalar əks olunur.

Üçüncü bölmədə büdcəyə ödəmələr – yəni əmlak vergisi, mənfəətdən (gə­lirdən) vergi, yeraltı sərvətlərdən istifadə və ətraf mühiti çirklənməsi görə ödə­nişlər, torpaq vergisi, əlavə dəyər vergisi, aksizlər, ixrac gömrük rüsumları, idxal gömrük rüsumları, kəlir vergisi, sair vergilər və iqtisadi sanksiyalar göstərilir.

Dördüncü bölmədə – mənfəətdən vergi üzrə gü­zəşt­lər hesablavnarkən nəzə­rə alınan xərclər və məsrəflər – yəni istehsal və qeyri-istehsal təyinatlı kapital qoyu­luş­la­rı­nın maliyyələş­mə­sinə, elmi-tədqiqit işlərinin aparıl­ma­sı­na, təbiəti mühafizə tədbirlərinin keçirilməsinə, sə­hiy­yə, təhsil, mədəniyyət və sairə xərclər əks olunur.

Mühasibat balansına əlavə olunan digər forma «Mü­əssisənin balansına əla­və» (Forma №5) adlanır. Həmin for­mada müəssisənin xüsusi kapitalı və fond­larının hərəkəti, borc vəsaitlərinin hərəkəti, debitor və kreditor borcları, qeyri-maddi aktivlərin tərkibi, əsas vəsaitlərin tərkibi, ma­liyyə qoyuluşları, so­sial göstəricilər, uzunmüddətli investisiya və maliyyə qoyuluşlarının maliyyə­ləş­dirilməsi üz­rə vəsaitlərin hərəkəti və balans­arxası hesablarda uçota alınan qiymətlilər haqqında informasiyalar əks olunur.

Balansa əlavə 9 bölmədən ibarət olub hər biri aşağıdakı kimi xarakterizə olunur:

Birinci bölmədə «Müəssisənin xüsusi kapitalı və fond­larının hərəkəti» ilə əla­qədar olub, müəssisənin niza­m­na­mə kapitalının, əlavə və ehtiyat kapitalı­nın, ehtiyat fondlarının, keçmiş illlərin bölüşdürülmüş mənfəətinin, sosial sahə­­lərə yönəldilən fondlarının vəsaitləri əks etdirilir.

Birinci bölmənin 2-ci hissəsində istehlak fondları, qar­şıdakı xərclər və ödəmələr, şübhəli borclar üzrə eh­ti­yat­lar (sətr 140, 150, 160) göstərilir.

İkinci «Borc vəsaitlərinin hərəkəti» bölməsində uzun­ və qısamüddətli kre­ditlər və istiqrazlar for­masında alınan və vaxtında ödənilməyən vəsaitlər əks olu­nur. Bölmə balansda əks olunan qaydada qurul­maq­la borc vəsaitlərinin he­sabat dövrünün əvvəlinə olan hesabat dövründə alınmış ödənişin və ilin so­nu­na olan qalıqın məbləğini özündə əks etdirir. Bank kre­dit­ləri və alınmış istiq­raz­ların bölməsində əks etdirilməsində analitik uçotun məlumatlarından isti­fa­də edilir. Bu zaman hər bir maddənin göstəricilərinin mühasibat uço­tu­nun də­qiq­liyini təmin etmək üçün 90 «Qısamüddətli bank kreditləri», 92 «Uzun­­müd­də­tli bank kreditləri», 93«İşçilər üçün bank kreditləri», 94«Qısamüddətli borc­lar» hesab­larında əks olunmuş məlumatlardan istifadə etmək mühüm rol oynayır.

Üçüncü «Debitor və kreditor borcları» bölməsində bir ilə qədər, bir ildən artıq və digər vaxtı keçmiş debitor borcların hərəkəti əks olunur. Bu bölmənin gös­tə­riciləri 60 «Malsatan və podratçılarlı hesablaşmalar», 61«Verilmiş avans­lar üzrə hesablaşmalar», 70 «Əməyin ödənişi üzrə işçi heyyəti ilə hesablaş­ma­lar», 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar», 76 «Müx­təlif debitor və kredi­tor­larla hesab­laş­malar» və sa­irə əlaqədar sintetik və analitik hesablarda əks olunmuş yazılışlar əsasında tərtib ounur.

Dördüncü «Qeyri-maddi aktivlərin tərkibi» və be­şin­ci «Əsas vəsaitlərin hə­rəkəti» bölmələrində qeyri – maddi aktivlər və əsas vəsaitlərin növləri və qrup­ları üzrə əks olunur. Bu bölmədə ifadə olunan göstəricilər 01 «Əsas vəsa­itlər», 02 «Əsas vəsaitlərin köhnəl­məsi», 04 «Qeyri – maddi aktivlər», 05 «Qey­ri-mad­di aktivlərin köhnəlməsi» hesablarındakı göstəricilər əsa­sın­da tərtib olunur

Altıncı «Maliyyə qoyuluşları» bölməsində hesabat ilinin əvvəlinə və sonuna uzun və qısamüddətli maliyyə qoyuluşlarının, onların növləri üzrə əks olunur. Bu məlumatların tərtib olunmasında 06 «Uzun­müddətli maliyyə qoyuluşları», 58 «Qısamüddətli maliyyə qoyuluşları» hesablarına aid olan subhesabların yazılışlarından istifadə edilir.

Yeddinci «Sosial göstəricilər» bölməsində sosial eh­ti­yaclara ayırmalar, yəni sosial sığorta fonduna, məş­ğul­luq fonduna ayırmalar əks olunur. Bu bölmədə istehlaka yönəldilmiş vəsaitlər, o cümlədən əmək ödənişləri xərc­ləri, pül ödənişləri və mükafatlar, müəssisə əmlakından olan səhm və əmanətlərdən gəlirlər göstərilir. Bölmənin 750-ci sətrində işçillərin orta sayı da əks olunur.

Səkkizinci «Uzunmüddətli investisiya və maliyyə qo­yu­luşlarının maliyyələş­di­rilməsi üzrə vəsaitlərin hərəkəti» bölməsində uzunmüddətli kapital qoyuluşu və digər ma­liy­yə qoyuluşları əks etdirilir.

Hesabat formasının 4-cü sütununda hesabat dövrü ərzində hesablanmış müəssisənin özünəməxsus vəsaiti əks olunur. Burada əsas vəsaitlər, qeyri-maddiaktivlərə il ərzində hesablanmış amortizasiya,yığım və mənfəət fon­duna ayırmalardan ibarət və müəssisənin sərəncamında kapital qoyuluşu və digər uzunmüddətli maliyyə qo­yu­luş­larına istifadə olunan vəsaitlər göstərilir. For­manın 2-ci sütununun 820-ci sətrində bank kre­di­t­lə­rin­dən, istiqraz, başqa müəssisələrdən borc alınmış vəsa­it­lər, tikintidə iştirak payı, büdcədən kənar fondlardan və sairdən cəlb olunmuş vəsaitlər əks olunur.

Hesabat formasını «İstifadə edilib» adlı 5-ci sütu­nun­da faktiki olaraq 06 «Uzunmüddətli maliyyə qoyuluşları», 07 «Quraşdırılası avadanlıqlar», 08 «Ka­pital qoyuluşları» və 61 «Verilmiş avanslar üzrə hesablaşmalar» hesabla­rın­da əks olunmuş vəsaitlər göstərilir.

Doqquzuncu «Balansarxası hesablarda uçota alınan qiymətlilər haqqında arayış» bölməsində balansarxası he­sablarda əks olunan vəsaitlər və öhdəliklər gös­tərilir. Bu­raya icarəyə götürülmüş əsas vəsaitlər (001), məsu­liy­yətli müha­fizəyə qəbul olunmuş mal-material qiymətliləri (002), komissiyaya qəbul edil­miş mallar (004), zərərə silinmiş ümüdsüz debitor borcları (007) daxil edilir. Be­­lə­liklə bu bölmədə əks olunmuş məlumatlar müəssisə əm­lakı sayılmayan, la­kin onun maliyyə-təsərüfat fəa­liy­yə­tinə təsir edən göstəriciləri qiymətlən­dir­mək üçün is­ti­fa­də olunur.

8.4.İllik ıımühasibat (maliyyə) hesabatına əlavə edilən izahatlı arayış

Bir qayda olaraq müəssisələrin illik mühasibat (maliyyə) hesabatına (ki­çik müəssisələr istisna edilməklə) iza­hatlı arayış əlavəsi təqdim olunmalıdır. «Mühasibat uçotu haq­qında» Lakin, uzun il­lə­rin təcrübəsində, izahat xarakterli arayışın illik mü­ha­sibat (maliyyə) hesabatının tərkibində təqdim olun­ma­sına və onun çox faydalı nəticələr verməsinə baxmayaraq Azərbaycan Respublikasının «Mühasibat uçotu haqda» Qanununda müha­sibat (maliyyə) hesabatının tərkibində belə bir arayışın tərtib olunması müəyyən olun­mamışdır. Qeyd edək ki, bu təcrübə iqtisadi cəhət­dən yüksək səviyyədə inkişaf etmiş və bazar iqti­sa­di­yyatı şəraitində işləyən ölkələrdə də istifadə olunur.

İzahatlı arayış-illik mühasibat (maliyyə) hesabatına əlavə olmuş sərbəst hesabat forması olduğundan, müəs­si­sə­nin bütün iqtisadi maliyyə-təsərüfat böl­mələrinin iştirakı ilə tərtib olunur. Bu sənədin göstərilən əhəmiyyətini nəzə­rə alaraq onun tərtib olunması ilə əlaqədar informasiya normaları müəyyən olunmuşdur. Bu normalar tərtib olunan izahlı arayışda müəssisənin bütün is­teh­­sa­lı­nın, təsərüfat-maliyyə fəaliyyətinin və balansda əks olun­­muş göstəri­ci­lə­rin ətraflı şərh və təhlil edən məzmuna malik olmasını tələb edir.

İzahatlı arayışda mühasibat uçotu standartları və onların prinsiplərini əha­tə edən məlumatlarəks olunmalıdır. Arayışda müəssisənin cari, in­ves­ti­siya və ma­liyyə fəaliyyəti, hesabat ilində təsərrüfat-ma­liy­yə fəa­liy­yətinə təsir edən amil­lər, illik hesabat nə­ti­cə­lə­ri­nin qiy­mət­ləndirilməsi və müəssisənin sərən­ca­mın­da qalan mən­fə­ətin bölüşdürülməsi, baş vermiş itkilərin səbəbləri şərh olunmalıdır.

İzahatlı arayışın aşağıdakı formada tərtib olunması məqsədəuyğun hesab edilə bilər:

  1. Müəssisə təşkilati quruluşuna dair məlumat.
  2. Uçot siyasətinin açıqlaması və onun əsas prin­sip­ləri.
  3. Hesabat ili ərzində müəssisənin əsas fəaliyyətini əhatə edən gös­­təricilərinin xarakteristikası.
  4. İstehsalat, təsərüfat-maliyyə göstəriciləri və on­la­­rın təhlili.

Müəssisənin təşkilati quruluşuna aid olan məlu­mat­da müəssisənin tam adı, təşkilati-hüquqi forması, yerləş­di­yi ünvanı, dövlət qeydiyyatından keçmə­si­nə dair məlu­mat, nizamnamə kapitalının həcmi, səhmdarların siya­hı­sı, müəssisə fəaliyyətində iştirak edən böyük həc­mli kom­mersiya və digər müəssisələrə dair məlumatlar əks olun­ma­lıdır.

Uçot siyasətinin açıqlanması və onun əsas prin­sip­ləri bölməsində müəs­si­sədə aparılan mühasibat uçotunun for­ma­sı, prinsipləri və standartları, mate­ri­a l-istehsal ehtiyat­la­rı­nın uçotunun aparılmasına dair informasiyalar, uçot siya­sətinin elementləri, hesabat ili dövründə uçot siya­sə­tin­də­­ki dəyişikliklər əks olunur.

Hesabat ili ərzində müəssisənin əsas fəaliyyəti gös­tə­riciləri bölməsində cari, investisiya və maliyyə fəa­liy­yəti, məhsul satışının həcmi, göstərilən işlər və xidmətlər, müəssisənin hesabat ilində sərf etdiyi investisiya, əmlak və maliyyə vəziyyətinin dəyişilməsi və onun səbəbləri mühasibat hesabatından istifadə edən maraqlı şəxslərin istifadəsi üçün əlavə məlumatlar göstərilir.

İstehsalat təsərüfat-maliyyə göstəriciləri və onların təhlili bölməsində hesabat ili dövründə aparılan analitik təhlil və hesabat formalarından istifadə etməklə müəs­si­sə­nin bütün iş fəaliyyətinin qiymətləndirilməsi, bazar mü­nasibətlərində onun mövqeyi, işgüzar fəaliyyəti ət­raf­lı gös­tərilməlidir.

Bu göstəricilər sistemində müəssisənin əsas və­sa­i­t­i­nin, qeyri-maddi aktiv­lərinin, maliyyə qoyuluşlarının, de­bi­tor və kreditor borclarının vəziyyətini əks et­dirən əsas­lı informasiyalar, həmiçinin müəssisənin istehsal gü­cü­nün daha da ge­nişlənməsi üzrə aparılan əməliyyatlar əks olunmalıdır. Belə məlumatlar müəy­yən analitik şərh­li cədvəllərin əlavə olunması ilə də ətraflı genişlənə bilər. Mə­lumatlarda məhsul satışından daxil olan pul vəsaiti, balans mənfəəti, təmiz gəlir, müəssisənin əsas fəaliyyəti üzrə rentabellik, əmlakın vəziyyətini xarak­te­ri­zə edən, maliyyə vəziyyəti göstəriciləri şərh olunmalıdır.

İllik mühasibat (maliyyə) hesabatına izahatlı ara­yış­da müəssisənin gələcək dövrü üçün mü­hüm iqtisadi və maliyyə göstəricilərinin perspektivlər əks et­di­rən informa­siya­lar (bir neçə il ərzində), investisiyanın həc­mi, maliyyə qoyu­Lu­şu, iqtisadi faydalılığın artırılması və mü­hasi­bat hesabatının hazırlanıb qur­tar­dığı vaxtdan, təqdim olunduğu qədər yaran­mış yeni nəticələ­rə dair əlavə təkliflər də göstərilməlidir.

  1. İqtisadi informasiya sistemində hesabatın nə kimi rolu vardır?
  2. Mühasibat (maliyyə) hesabatının tərkiinə hansı hesabat formaları daxildir?
  3. İllik mühasibat (maliyyə) hesabatının tərtibinə qədər hansı hazırlıq işləri yerinə yetirilməlidir?
  4. Hansı balans növləri mövcuddur?
  5. Balansın əsas konsepsiyasını izah edin?
  6. Balansın aktiv və passiv maddələri necə qiymətləndirilir?
  7. Balansın ümumi bölmələri necə qiymətləndirilir?

S.m.sbzliyev mühasibat maliyy hesabat yeni

Mühasibatlıq ixtisası bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərkən və eyni zamanda gələcək fəaliyyətləri barəsində qərar verərkən mühasib və auditlərin verdiyi məlumatlara əsasən hərəkət edirlər. Belə ki, mühasibat uçotu və audit şöbəsinin verdiyi qərarlar müəssisənin mövcud vəziyyətini ifadə etməklə qalmayıb, eyni zamanda gələcək investisiya qərarlarının verilməsinə kömək edir. “Mühasibat” ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif maliyyə təşkilatlarında mühasiblərə ehtiyac duyulur. Bunlara sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxildir. Bundan əlavə, bu mütəxəssislərə sənaye, tibb, nəqliyyat və bir çox fəaliyyət sahələrində ehtiyac duyulur. İnformasiyanı necə təhlil etməyi, sintez etməyi, ümumiləşdirməyi bacaran insanın yaxşı mühasib olmaq şansı var. Bu ixtisas yaxşı riyazi bacarığı olan eləcədə iqtisadiyyat və hüquq ilə maraqlananlar üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Vergi, statistika və DMFS ( Dövlət Sosial Müdafiə Fondu) hesabatlarının hazırlanması;
  • ➝ Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
  • ➝ Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registerlərində) düzgün əks etdirilməsi;
  • ➝ Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • ➝ Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • ➝ Əməkhaqqı və məzuniyyətlərin hesablanması;
  • ➝ Anbar hesabatlarının hazırlanması və onlara nəzarət.

Auditor üçün öhdəliklər:

  • ➝ Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq ;
  • ➝ Təftiş komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləşməni aparmaq;
  • ➝ Rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması;
  • ➝ İlkin və mühasibatlıq sənədlərinin, haq-hesabların, ödəmə öhdəliklərinin və qaydalarının nəzarəti.

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət Universitetləri:

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı, Zaqatala filialları)
  • ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • ➝ Bakı Mühəndislik Universiteti
  • → Bakı Avrasiya Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti

Özəl Universitetlər:

  • ➝ Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  • ➝ Azərbaycan Kooperasiya Universiteti
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Qərb Universiteti
  • ➝ “Naxçıvan” Universiteti
  • ➝ “Odlar Yurdu” Universiteti
  • → Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ İqtisadiyyat və Maliyyə Nazirlikləri başda olmaqla müxtəlif nazirliklərdə
  • ➝ Dövlət müəssisələrində
  • ➝ Böyük Dördlükdə (EY, KPMG, Deloitte, PwC) və s. çalışa bilərlər.
  • ➝ Bununla belə demək olar ki, istiqamətindən asılı olmayaraq bütün şirkətlər mühasib və auditlərə ehtiyac duyur.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İlk növbədə, beynəlxalq standartlaşdırılmış hesablama sistemlərinin öyrənilməsi;
  • ➝ Maliyyə qanunvericiliyini mükəmməl bilmək;
  • ➝ Maliyyə sənədlərinin hazırlanmasının xüsusiyyətləri barədə biliklər;
  • ➝ Microsoft Excel, Word və 1C proqramı üzrə dərin biliklər;
  • ➝ Hesablama işlərini sevmək ;
  • ➝ Diqqətli olmaq;
  • ➝ Detallara diqqət yetirməyi bacarmaq;
  • ➝ Dürüst və obyektiv olmaq;
  • ➝ Analitik düşüncəyə sahib olmaq;
  • ➝ Məsulliyətli olmaq;
  • ➝ Stressli vəziyyətlərdə işləməyi bacarmaq;
  • ➝ Məxfilik və davranış peşəkarlığı.
  • ➝ ACCA beynəlxalq sertifikatlarını əldə etmək. (ACCA sertifikatına sahib olmaq yerli iş bazarında mütəxəssislərin rəqabət qabliyyətini artırır və gələcəkdə yüksək vəzifə tutmalarında əsas rollardan birini oynayır. Əlavə olaraq beynəlxalq standarları mənimsəyərək, xaricdə işləmək şansını artırmaq üçün uğurlu bir addım sayılır. Gələcəkdə kariyerasını maliyyə, mühasibatlıq və audit sahəsində qurmaq və ya davam etdirmək istəyində olan hər bir kəsə bu sertifikatı almaq məqsədə uyğundur).

İxtisasın gələcəyi

Hal-hazırda bu ixtisasa böyük tələbat olsa da, gələcəkdə texnologiyanın asanlıqla insanları əvəz edə biləcəyi sahələrdən hesab edilir. Bununla belə, bu yöndə son yaradılan texnologiya və texnikalarla yaxından tanış olanaraq onlarla işləmək bacarığına yiyələnildiyi halda gələcəkdə bu sahə üzrə tələbatlı mütəxəssislərdən ola bilərsiniz.

Əmək haqqı

İxtisas üzrə məvaciblər peşə sahibinin təcrübə və bacarıqlarından asılı olaraq dövlət sektorunda 250 – 2000 AZN, özəl sektorda isə 300 – 5000 AZN aralığında dəyişməkdədir.

Qeyd: 2019-cu il 15 sentyabr tarixli qərarla “Mühasibat uçotu və audit ixtisası” ləğv olunaraq “Mühasibat” ixtisası yaradılmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.