Press "Enter" to skip to content

Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs

Əsərin digər növləri. . 174

Əqdlər

.Əqd vətəndaşların və hüquqi şəxslərin mülki hüquq və öhdəliklərinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir. Əqdlər mülki-hüquqi faktların nisbətən geniş yayılmış növüdür. Əqdi xarakterizə edən xüsusiyyətlər aşağıdakılardır:
– Əqd hər zaman iradi hərəkətdir;
– Əqd qanunauyğun hərəkətdir;
– Əqd mülki hüquq münasibətlərinin yaranıb, dəyişdirilməsinə yönəlmişdir;
– Əqd mülki münasibətləri yaradır, bu onunla əlaqədardır ki, əqdin hüquqi nəticələri məhz mülki qanunvericiliklə tənzimlənir.
Belə nəticəyə gələk ki, mülki hüquqda əqd iki mənada işlədilir:
-mülki-hüquqi fakt mənasında;
-mülki hüquq institutu mənasında.
Mülki-hüquqi fakt mənasında əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam edilməsinə səbəb olan əsas başa düşülür. Bu baxımdan əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.
Mülki-hüquqi əqdləri təkcə bizim ölkənin yox, həm də xarici ölkələrin fiziki və hüquqi şəxsləri, o cümlədən vətəndaşlığı olmayan şəxslər də bağlaya bilərlər.
Müllki hüquq institutu mənasında əqd dedikdə, əqdləri tənzimləyən və nizama salan mülki hüquq normalarının məcmusu başa düşülür. Öz strukturuna görə əqd insitutu iki hissəyə bölünür:
-Ümumi
-Xüsusi
Ümumi hissənin normaları ümumi xarakterə malik olub, bütün əqdlərə şamil olunur. Xüsusi hissə normaları isə xüsusi təbiətə malik olub, yalnız konkret növ əqdləri qaydaya salır və tənzimləyir.
Mülki-hüquqi əqdlər son dərəcə müxtəlif olub, bir neçə növə bölünür. Qüvvədə olan mülki qanunvericilik onların ayrı-ayrı növlərini tənzimləyir.

2. Əqdlərin hüquqi təsnifi

Əqdlər müxtəlif əsas və meyarlara görə növlərə bölünür. Bu cür əsas və meyarlara aiddir:
– əqddə iştirak edə tərəflərin sayı
– tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi anı
– əqdin əvəzli-əvəzsiz olması və.s
Əqddə iştirak edən tərəflərin sayı kimi meyara və əsasa görə əqdlər üç növə bölünür:
– birtərəfli əqdlər
– ikitərəfli əqdlər
– çoxtərəfli əqdlər
Əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət edən əqdlərə birtərəfli əqdlər deyilir. Məsələn, vəsiyyət etmək bitərəfli əqdlərə misal ola bilər. Bu zaman vəsiyyət edən şəxs öz iradəsini vəsiyyətnamədə vərəsə kimi göstərilən şəxsin bu iradə ilə razı olmasından asılı olmayaraq ifadə edir.
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, “əqdi bağlayan tərəf” anlayışı ilə “əqd iştirakçıları” anlayışını qarışdırmaq olmaz.
İkitərəfli əqdlər odur ki, bu əqdlərin bağlanması üçün iki tərəfin iradə ifadəsinin olması tələb edilir. Bu cür əqdlərdə iki tərəfin razılaşdırılmış və qarşılıqlı iradəsi ifadə olunur. Məsələn, alqı-satqı, kirayə, icarə, borc, kredit, siğorta, girov və digər müqavilələr ikitərəfli əqdlərə misal ola bilər.
İkitərəfli əqdlərdə iki qarşılıqlı iradə ifadəsinin bir-birinə uyğun gəlməsi tələb edilir. Belə ki, bu əqddə iştirak edən tərəflərdən hər birinin öz iradəsini ifadə etməsi gərəkdir. Ona görə ikitərəfli əqdləri qarşılıqlı əqdlər də adlandırırlar.
Çoxtərəfli əqdlər odur ki, bu əqdlərin bağlanması üçün ikidən çox tərəfin razılaşdırılmış iradə ifadəsinin olması tələb edilir. Başqa sözlə desək, çoxtərəfli əqdlərin bağlanmasında ikidən çox tərəf iştirak edir. Çox tərəfli əqdlər üçün xarakterik olan belə bir xüsusiyyət vardır ki, burada hərbir tərəfin hərəkəti eyni bir ümumi məqsədə çatmağa yönəlir. Çoxtərəfli əqdlərə köhnə 1964-cü il MM-nin tənzimlədiyi və nəzərdə tutduğu birgə fəaliyyət haqqında müqaviləni misal çəkə bilərik.
Mülki qanunvericilikdə və mülki hüquq elmində ikitərəfli və çoxtərəfli əqdləri müqavilələr adlandırırlar. Öz həcminə görə “əqdlər” və “müqavilələr” kimi iki anlayış bir-birinə uyğun gəlmir və üst-üstə düşmür. Belə ki, əqdlər birtərəfli, ikitərəfli, çoxtərəfli ola bilər. Amma müqavilələrə yalnız ikitərəfli və çoxtərəfli əqdlər daxildir. Birtərəfli əqdlər müqavilə kateqoriyasına aid edilmir. Deməli, istənilən hər hansı müqavilə əqd hesab edilir, amma istənilən əqdi müqavilə hesab etmək olmaz.

3. Əqdin qanunla nəzərdə tutulmuş forması

Qeyd edək ki, iradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Söhbət əqd bağlamaq niyyətində olan şəxsin bu iradəni əqdin digər iştirakçılarının nəzərinə düzgün çatdırmasından gedir. Daxili iradə əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunda nəzərdə tutulan və göstərilən üsullarla çatdırıla bilər. Bu üsullar qanunun müəyyənləşdirdiyi formadır. Həmin forma isə əqdin forması adlanır.
.Əqdin forması dedikdə, qanunda nəzərdə tutulan elə üsullar başa düşülür ki, bu üsullar vasitəsilə əqd bağlamaq niyyətində olan şəxsin daxili iradəsi xaricən ifadə olunur, dəqiq və aydın surətdə əqdin digər iştirakçılarının nəzərinə çatdırılır.
Əqdin forması onun etibarlı hesab edilməsinə dəlalət əsas və vacib şərtlərdən biridir. Özü də əqdlər yalnız qanunda nəzərdə tutulan formada bağlana bilər. Qanun göstərir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Əgər bu cür forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilər. Əvəzsiz istifadə müqaviləsi üçün qanun konkret müəyyən forma müəyyən etmir. Deməli, bu müqavilə istənilən formada bağlana bilər.
.Qanun əqdin iki formasını müəyyənləşdirir və fərqləndirir:
– şifahi forma
– yazılı forma
.Şifahi formada əqd bağlamaq istəyən şəxsin iradəsi şifahi formada, sözlə, dilcavabı ifadə edilir. Bu cür iradə ifadə olunarkən, əqd iştirakçısı əqdin bağlanma şərtlərini və onu bağlamağa hazır olduğunu sözlə bildirir. Şifahi formada əqdlərin bağlanması hər hansı kağız sənədinin tərtib edilməsi ilə müşayiət olunmur, burada danışıqlar əsas rol oynayır. Bu cür danışıqlar tərəflərin şəxsi görüşü zamanı, telefon və digər rabitə vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Buna görə də şifahi forma daha sadə forma hesab edilir.
Şifahi formalı əqdlərdən fərqli olaraq yazılı formalı əqdlər müvafiq sənədin tərtib olunması ilə müşayiət edilir. Əqdin yazılı forması şifahi formaya nisbətən üstünlüyə malikdir. Çünki yazılı formada əqd bağlamaq niyyətində olan şəxsin iradəsi maddiləşmiş sənəddə möhkəmləndirilir və obyektivləşir.
Əqdin yazılı formasına riayət edilməsi üçün üç məcburi və labüd şərtin olması gərəkdir:
– yazılı formalı əqd vahid sənəd tərtib etmək yolu ilə bağlanır;
– bu sənəd əqdin məzmununu ifadə edir;
– bu sənəd əqd bağlayan şəxs və ya şəxslər tərəfindən imzalanır;
Yazılı formada əqd iki qaydada bağlanır. Birinci qaydaya görə, əqd vahid sənəd tərtib etmək yolu ilə bağlanır. İkinci qayda isə yazılı əqdin sənədlərin mübadiləsi yolu ilə bağlanmasını nəzərdə tutur. Sənədlərin mübadiləsi poçt, teleqraf, telefon, elektron rabitəsi kimi vasitələrə əsaslanır. Bu vasitələr müvafiq sənədin müqavilə bağlayan tərəfdən gəldiyini doğru-dürüst müəyyənləşdirməyə imkan verir.

4. Əqdlərdə razılıq anlayışı

Elə əqdlər var ki, onların hüquqi nəticə verməsi hər hansı üçüncü şəxsin razılıq verməsindən asılı olur. Həmin şəxsin verdiyi razılıq hüquqi fakt kimi tərəflər üçün mülki hüquq və vəzifələr yaradır. Bu cür razılığın verilməsi müəyyən məqsədə xidmət edir. Birincisi, razılıq ziyana düşməməkdən ötrü əqd subyektlərinin mənafeyi üçün verilir. Məsələn, valideynlər fəaliyyət qabiliyyəti natamam olan şəxslərin əqd bağlamasına razılıq verirlər. İkincisi, razılığın verilməsi təmsil olunanın mənafeyinə xidmət edir. Ona görə ki, təmsilçi yaxud nümayəndə məhz təmsil olunanın adından və onun mənafeyi üçün əqd bağlayır.
Əqdlərdə razılıq müstəqil mülki-hüquqi konstruksiya kimi bizim ölkə qanunvericiliyində yeni haldır. Düzdür, köhnə qanunvericilik onun müəyyən fraqmentlərini nəzərdə tuturdu amma həmin qanunvericiliyə görə, əqdlərdə razılıq müstəqil konstruksiya sayılmırdı.
Əqdlərdə razılıq dedikdə, əqddə iştirak etməyən üçüncü şəxsin əqdin bağlanmasına icazə verməsi başa düşülür. O, əqdin bağlanması prosesinin əlavə mərhələsidir. “əqdlərdə razılıq” və “əqdlərdə icazə” eyni mənalı anlayışlardır. Əqdlərdə razılığın üç forması var:
– qabaqcadan verilmiş razılıq;
– xüsusi razılıq;
– sonradan verilən razılıq;
Qabaqcadan verilmiş razılığın mahiyyəti, əqd bağlananadək üçüncü şəxsin əvvəlcədən icazə verməsi əqdin etibarlı sayılması üçün əsas olur. Xüsusi razılığa və ya xüsusi icazəyə “lisenziya” deyilir. Yalnız bu cür lisenziya olduqda şəxs müvafiq əqdlər bağlaya bilər. Lisenziya xüsusi razılıq tələb edən ayrı-ayrı fəaliyyət növləri üzrə verilir. Məsələn, kredit təşkilatı bank əmanəti, bank hesabı, kredit və digər müqavilələr bağlamaq üçün Milli Bankdan lisenziya almalıdır. Sonradan verilən razılığın mahiyyəti ondan ibarətdir ki, bunun nəticəsində artıq bağlanmış əqd qüvvəyə minir. Ümumi qayda belədir ki, səlahiyyəti olmayan şəxsin əşyaya və ya hüquqa dair sərəncam vermək hüququ çatmır, o, yalnız səlahiyyətli şəxsin qabaqcadan verdiyi icazə əsasında əşya və ya hüquq barədə sərəncam əqdi bağlaya bilər.
Razılığın formasına gəldikdə isə, qeyd etmək lazımdır ki, əqdin bağlanmasına verilən razılığın forması həmin əqdin formasından asılı deyildir. Əgər əqd üçün qanunla müəyyən forma nəzərdə tutularsa, onda həmin əqdin bağlanmasına verilən razılığın göstərilən formaya uyğun gəlməsi tələb edilmir və məcburi deyil.

5.Əqdlərdə əvəzli və əvəzsizlik əlaməti

Əvəzlilik-ekvivalentlik kimi əlamətə, yəni əvəzli– ekvivalentli olub-olmaması kimi əlamətə görə əqdlər iki yerə bölünür:
– əvəzli əqdlər
– əvəzsiz əqdlər
Əvəzli əqdə görə bir tərəf öz vəzifələrinin icrası müqabilində o biri tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almaq hüququna malik olur. Söhbət əqddə iştirak edən bir tərəfin özünün etdiyi hərəkətə görə digər tərəfdən qarşılıqlı əvəz almasından gedir. Hərəkət dedikdə, tərəfin digər tərəfə əşya və ya pul verməsi, iş görməsi və ya xidmət göstərməsi başa düşülür. Məsələn, alqı-satqı müqaviləsinə görə, satıcı əşya verməyin müqabilində pul formasında qarşılıqlı əvəz alır.
Mülki-hüquqi əqdlərin əsas kütləsini əvəzli əqdlər təşkil edir. Bu əqdlərin xüsusi çəkisi müqayisəedilməz dərəcədə böyükdür. Bütün sahibkarlıq müqavilələri əvəzli əqd hesab edilir. Əvəzli əqdlərin üstünlük təşkil etməsi mülki dövriyyənin əmtəə və əmlak xarakterli olması ilə, onun əmtəə-pul münasibətlərindən ibarət olması ilə izah edilir. Belə ki, bəzi əqdlər əvəzli olsa da, ekvivalent əqd hesab edilmir. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı həqiqi qiymətindən nisbətən ucuz qiymətə satır. Siğorta müqaviləsi əvəzli olsa da, ekvivalentlik xüsusiyyətindən məhrumdur. Belə təsəvvür yaranır ki, ekvivalentlik yox, qarşılıqlı əvəz almaq əvəzli əqdlərdə həlledici əhəmiyyəy kəsb edir.
Əvəzsiz əqddə isə, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan onun üçün müəyyən hərəkət edir, yəni əmlak verir, xidmət göstərir, iş görür və ya pul verir. Bu cür əqdlərə misal olaraq bağışlama müqaviləsini göstərmək olar. Bu əvəzsiz əqdlərin klassik növü hesab edilir.

Nəticə:.
Mülkiyyət hüququnun əmələ gəlməsinin əsas törəmə üsullarından biri əqd əsasında əmlakın verilməsidir. Bu üsul MM-nin 181-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur.
Bununla belə nəticəyə gəlmək olar ki, mülkiyyət hüququnun tanınması son dərəcə mühüm əhəmiyyətli hüquqi nəticələrə səbəb olan mülkiyyət hüququnun müdafiəsi üsuludur. Məhz mülkiyyətçinin müəyyən əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

İstifadə olunan ədəbiyyatlar:
1.Sabir Allahverdiyev, “Azərbaycan Respuplikasının Mülki Hüququ”, I cild, I kitab ümumi hissə. Dərslik, Digesta–2003.
2. Ziyafət Əsgərov, “Azərbaycan Respublikasının konstitusiyası və hüququn əsasları”, Bakı 2006.
3. Sabir Allahverdiyev, “Azərbaycan Respublikasının Mülki hüququ” II cild (Dərslik), Digesta–2001

Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs

Azərbaycan Respublikasının m ülki hüququ. Ill cild. IV kitab. Dərslik.

Bakı, «Digesta» nəşriyyatı, 2008, 700 səh.

Dərslik mülki hüququn üç yarımsahəsinə (şəxsi qeyri-əmlak hüququ, əqli

mülkiyyət hüququ və vərəsəlik hüququ) həsr olunmuşdur. Burada həmin

yarımsahələri təşkil edən hüquq institutlarının (müəlliflik hüququnun, patent

hüququnun, fərdiləşdirmə vasitələri hüququnun, qanun üzrə vərəsəlik

hüququnun və digər institutlann) məna və mahiyyətinə aydınlıq gətirilmişdir.

Dərslikdən tələbələr və praktiki işçilər istifadə edə bilərlər.

© «Digesta» nəşriyyatı, 2008

Mündəricat

Şəxsi qeyri-əm lak əmlak hüququ

§ 1. Şəxsi qeyri-əmlak hüququnun mülki hüquq sistemində tutduğu yer, ni­

zamasalma predmeti və anlayışı. . 15

Şəxsi qeyri-əmlak hüququ mülki hüququn yarımsahələrindən biri kimi. 15

Subyektiv mənada şəxsi qeyri-əmlak hüququ və onun hüquqi əlamətləri

Şəxsi qeyri-əmlak hüququnun predmeti. 20

Şəxsi qeyri-əmlak münasibətləri və onların quruluşu. 22

Şəxsi qeyri-əmlak hüquqlarının rolu və əhəmiyyəti. 28

§ 2, Şəxsi qeyri-əmlak hüquqlarının (şəxsi qeyri-əmlak münasibətlərinin)

tənzimlənməsi, qorunması və həyata keçirilməsi. 29

Şəxsi qeyri-əmlak hüquqlannın (münasibətlərinin) hüquqi tənzimlənməsi. 29

Şəxsi qeyri-əmlak hüquqlarının (münasibətlərinin) qorunması və müda­

Mənəvi zərərin kompensasiyası. 35

Şəxsi qeyri-əmlak hüquqlarının həyata keçirilməsi. 40

§ 3. Mülki hüquqda şəxsi qeyri-əmlak hüquqlarının növləri. 41

Şəxsi qeyri-əmlak hüquqlarının təsnifinin əsasları. 41

Şəxsiyyəti fərdiləşdirməyə yönələn şəxsi qeyri-əmlak hüquqları. 43

§ 4. Şəxsiyyətin fiziki cəhətdən mövcudluğunu və əmin-amanlığını təmin et­

məyə yönələn şəxsi qeyri-əmlak hüquqları. 46

Sağlamlığın qorunması hüququ. 49

Sağlam ətraf mühitdə yaşamaq hüququ. 52

Azadlıq hüququ. . 53

Şəxsi toxunulmazlıq hüququ. 53

Yaşayış yeri seçmək hüququ. Sərbəst hərəkət etmək hüququ. 54

§ 5. Şəxsiyyətin mənəvi-sosial əmin-amanlığını təmin etməyə yönələn şəxsi

qeyri-əmlak hüquqları. 55

Şəxsi həyat sirrini saxlamaq hüququ. 55

Rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququ. 57

Şəxsi həyatın toxunulmazlığı hüququ. 58

Şəxsi sənədlərin toxunulmazlığı hüququ. 60

Tövsiyə olunan əlavə ədəbiyyat.

Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarının

m ülki-hüququ m üdafiəsi

§ 1. Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları şəxsi qeyri-əmlak əmlak hü­

ququnun növləri kimi. 63

Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarının əsas xüsusiyyətləri. 63

Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarının obyektləri. 65

§ 2. Şərəf, ləyaqət və işgüzar nüfuzun mülki-hüquqi müdafiəsinin həyata

Şərəf, ləyaqət və işgüzar nüfuz mülki-hüquqi mühafizənin (qorumanın)

Şərəf, ləyaqət və işgüzar nüfuzun mülki-hüquqi müdafiəsinin mahiyyəti. 73

§ 3. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsində istifadə olunan mülki-

hüquqi üsullar. 74

Ümumi mülki-hüquqi müdafiə üsulları. 74

Xüsusi mülki-hüquqi müdafiə üsulları. 75

§ 4. Təkzib olunma münasibətlərində iştirak edən subyektlər və həmin mü­

nasibətlərin yaranma əsası. 76

Təkzib olunmanı tələb etmək hüququnun subyekti. 76

Təkzib etmək vəzifəsinin subyekti.

Təkzib olunma ilə bağlı əmələ gələn hüquq münasibətinin yaranma

§ 5. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə şərtləri. 83

Şəxs (iddiaçı) barədə məlumatların yayılması. 83

Yayılmış məlumatların şəxsin (zərərçəkənin, iddiaçının) şərəf, ləyaqət

və işgüzar nüfuzunu ləkələməsi.

Yayılmış məlumatların həqiqətə uyğun (doğru) olmaması. 91

§ 6. Şərəf, ləyaqət və işgüzar nüfuzun bərpa olunması. 93

Təkzib etmə üsulları.

Şərəf, ləyaqət və işgüzar nüfuzun digər mühafizə üsulları. 97

Şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən məlumatların yayılması nə­

ticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi. 100

Şərəf və ləyaqətin mülki-hüquqi müdafiəsinin onun cinayət hüququ ilə

müdafiəsindən fərqi. 106

İddia müddətinin şamil edilməməsi. 109

Tövsiyə olunan əlavə ədəbiyyat. 110

Əqli m ülkiyyət hüququ

§ 1. Əqli mülkiyyət hüququnun anlayışı, predmeti və hüquqi tənzimetmə

Əqli mülkiyyət hüququ mülki hüququn yarımsahəsi kim i. 112

Əqli mülkiyyət və əqli mülkiyyət hüququ. 114

Subyektiv əqli mülkiyyət hüququnun məzmunu. 118

§ 2. Əqli mülkiyyət hüququnun predmeti, funksiyaları, sistemi, prinsipləri və

Əqli mülkiyyət hüququnun predmeti. 119

Yaradıcılıq münasibətlərinin (əmlak münasibətləri ilə bağlı olan şəxsi

qeyri-əmlak münasibətlərinin) obyektləri. 122

Əqli mülkiyyət hüququnun funksiyaları. 123

Əqli mülkiyyət hüququnun əsas institutları. 124

Əqli mülkiyyət hüququnun mənbələri. 128

Əqli mülkiyyət hüququnun prinsipləri. 131

Tövsiyə olunan əlavə ədəbiyyat. 132

M üə lliflik hüququ və əlaqəli hüquqlar

§ 1. Müəlliflik hüququnun anlayışı, predmeti, funksiyaları, prinsipləri və mən­

Müəlliflik hüququnun anlayışı. 133

Müəlliflik hüququnun predmeti. 134

Müəlliflik hüququnun funksiyaları. 134

Müəlliflik hüququnun prinsipləri. r. 136

§ 2. Müəlliflik hüququnun mənbələri. 139

Müəlliflik qanunvericiliyi. 139

Beynəlxalq müqavilələr müəlliflik hüququnun mənbəyi kim i. 143

§ 3. Müəlliflik hüquq münasibətinin obyekti. 145

Əsər müəlliflik hüquq münasibətinin obyekti kimi. 145

Əsərin anlayışı və əsas xüsusiyyətləri. . 145

Əsərin hüquqi cəhətdən mühafizə (qorunma) edilmə şərtləri. 147

Əsər yaradıcılıq fəaliyyətinin nəticəsi (məhsulu) kim i. 147,

Obyektiv forma əsərin hüquqi mühafizə olunma şərtlərindən biri kimi. 148

Əsərlərin insan fəaliyyətinin elm, ədəbiyyat və incəsənət kimi sahələri­

Əsərin rəsmiləşdirilməsinin tələb olunmaması. 154

Əsərin müəlliflik hüququ ilə qorunan elementləri. 157

Müəlliflik hüququnun obyekti olmayan əsərlər. 159

§ 4. Müəlliflik hüququnun obyekti olan əsərlərin növləri. 163

Yaradıcılıq əsərləri barədə ümumi müddəalar. 163

Elm, ədəbiyyat və incəsənət əsərləri.

Açıqlanmış və açıqlanmamış əsərlər. 168

Dərc olunmuş və dərc olunmamış əsərlər. 169

Əsas və törəmə əsərlər. 170

Xidməti (qulluq) və xidməti olmayan əsərlər. 172

Əsərin digər növləri. . 174

§ 5. Müəlliflik hüququnun subyektləri. 175

Müəlliflik hüququ subyektlərinin anlayışı, dairəsi və növləri. 175

Müəllif müəlliflik hüququnun əsas subyekti kimi. 177

Şərikli müəlliflər müəlliflik hüququnun subyekti kimi. 180

Tərtibatçılar müəlliflik hüququnun subyekti kim i. 184

Nəşriyyat (hüquqi şəxs) müəlliflik hüququnun subyekti kimi. 185

Vərəsələr və digər hüquqi varislər müəlliflik hüququnun subyekti kimi. 187

Audiovizual əsərin müəllifləri müəlliflik hüququnun subyekti kim i. 189

Xidməti (qulluq) əsərin müəllifi və işəgötürən müəlliflik hüququnun sub­

yekti k im i. 191

Törəmə əsərin müəllifi müəlliflik hüququnun subyekti kim i. 191

Dövlət (Azərbaycan Respublikası) müəlliflik hüququnun subyekti kimi. 192

§ 6. Subyektiv müəlliflik hüquqları və onların qüvvədə olma müddəti. 193

Subyektiv müəlliflik hüquqlarının anlayışı və əsas xüsusiyyətləri. 193

Subyektiv müəlliflik hüquqlarının növləri. 195

§ 7 Müəllifin şəxsi qeyri-əmlak hüquqları. 198

Müəlliflik hüququ. 198

Müəllifin ad hüququ. 200

Ad-sanını (şöhrətini) müdafiə hüququ. 204

Açıqlamaq hüququ. 206

Əsəri dərc etdirmək hüququ. 207

İmtina hüququ. 208

§ 8. Müəllifin əmlak (iqtisadi) hüquqları (əmlak xarakterli subyektiv müəlliflik

Müəllifin əmlak (iqtisadi) hüquqlarının əsas xüsusiyyətləri. 209

Surətçıxarma hüququ. 210

Yaymaq hüququ. 212

İdxal hüququ. 214

Kütləvi nümayiş hüququ. 215

Kütləvi ifa hüququ. 216

Efirlə bildiriş hüququ. 217

Kabellə kütləvi bildiriş hüququ. 218

Tərcümə hüququ. 218

Yenidən işləmək hüququ. 221

Təmasda olmaq hüququ. 222

İzləmə hüququ. 223

Birinci satış hüququ. 224

Müəllifin əsər barəsində digər hüquqları. 225

§ 9. Əsərdən sərbəst istifadə. 227

Ümumi müddəalar. 227

Əsərlərdən şəxsi məqsədlər üçün sərbəst istifadə. 228

Müəllif qonorarı ödəməklə əsərdən şəxsi məqsədlər üçün sərbəst istifa­

Reprosurətini çıxarmaq yolu ilə əsərdən sərbəst istifadə. 231

Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə. 232

Sərbəst giriş üçün daim açıq olan yerlərdə əsərlərdən sərbəst istifadə. 233

Rəsmi və digər mərasimlər zamanı əsərlərin kütləvi ifası. 234

Məhkəmə və inzibati məqsədlər üçün əsərin sərbəst şəkildə surətinin

Efir yayımı təşkilatlarının qısamüddətli istifadə üçün yaratdıqları yazıl­

Kompüter proqramlarının və məlumat bazalarının surətinin çıxarılması. 235

§ 10. Müəlliflik hüququnun qüvvədə olma müddəti. 236

Müəlliflik hüququnun qüvvədə olma müddətinin anlayışı və növləri. 236

Müəlliflik hüququnun qüvvədə olmasının xüsusi müddətləri. 238

Əsərin ictimai varidata keçməsi. 240

Əsərin dövlət varidatı elan edilməsi. 240

§11. Müəlliflik hüquqlarının keçməsi və verilməsi. 241

Müəlliflik hüquqlarının vərəsəlik qaydasında keçməsi. 241

Müəlliflik hüquqlarının müəllif müqaviləsi üzrə verilməsi. 243

§ 12. Müəlliflik hüququnun müdafiəsi. 244

Müəlliflik hüququnun müdafiəsi anlayışı. 244

Müdafiə hüququnun subyekti. 246

Müəlliflik hüququnun müdafiəsi zamanı müdafiə formalan. 247

Müəlliflik hüququnun mülki-hüquqi müdafiə üsullan. 249

Müəlliflik hüququnun tanınması. 251

Hüquqların pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi. 252

Müəlliflik hüquqlarını pozan və ya onları pozmaq təhlükəsi yaradan hə­

rəkətlərin qarşısının alınması. 253

Vəzifənin icrasının natura ilə müəyyən edilməsi. 253

Hüququ pozmuş şəxsdən vurduğu zərərin əvəzinin alınması. 254

Mənəvi zərərin kompensasiyası. 255

Hüquq münasibətlərinə xitam verilməsi və ya onların dəyişdirilməsi. 257

Dəbbə pulu (cərimə, penya) alınması. 258

Müəlliflik hüququnun qorunması sahəsində istifadə olunan mülki-hüquqi

müdafiənin xüsusi üsullan. 258

Müəlliflik hüququnun digər müdafiə üsulları. 260

Müəlliflik hüququnun müdafiəsində iddia müddəti. 261

§ 13. Müəlliflik hüququnun pozulmasına görə digər növ hüquqi məsuliyyət. 261

Tövsiyə olunan əlavə ədəbiyyat. 263

§ 1. Əlaqəli hüquqların anlayışı, predmeti, funksiyaları, obyekt və subyektləri . 264

Əlaqəli hüquqların anlayışı və predmeti. 264

Əlaqəli hüquqların qorunması.

Əlaqəli hüquqların mənbələri.

Əlaqəli hüquq subinstitutunun funksiyaları. 269

§ 2 Əlaqəli hüququn subyekti və obyektləri. 270

Əlaqəli hüququn subyektləri. 270

Əlaqəli hüququn obyektləri. 271

§ 3. Əlaqəli hüquq subyektlərinin hüquqları. 274

İfaçının hüquqları. 274

Fonoqram istehsalçısının hüquqları. 278

Yayım təşkilatının hüquqları. 281

Əlaqəli hüquq obyektlərindən sərbəst istifadə halları. 284

Əlaqəli hüquqların qüvvədə olma müddəti. 284

Tövsiyə olunan əlavə ədəbiyyat. 286

§ 1. Patent hüququnun anlayışı, predmeti, mənbələri və funksiyaları. 288

Patent hüququnun anlayışı və predmeti. 288

Subyektiv patent hüququnun (subyektiv sənaye mülkiyyəti hüququnun)

Patent hüququnun funksiyaları. 290

Patent hüququnun prinsipləri. 292

Patent hüququnun mənbələri.

Beynəlxalq müqavilə və sazişlər patent hüququnun mənbəyi kim i. 298

§ 2. Patent hüququnun subyektləri. 302

Patent hüququ subyektlərinin anlayışı və dairəsi. 302

Müəllif patent hüququnun subyekti kimi. 303

Patent sahibi patent hüququnun subyekti kim i. 305

İşəgötürən patent sahibi kimi. 307

Vərəsələr patent hüququnun subyekti k im i. 309

Dövlət patent hüququnun subyekti kimi. 310

§ 3. Patent hüququnun obyektləri. 311

Patent hüququ obyektinin anlayışı. 311

İxtira hüququ. 313

İxtiranın anlayışı. 313

İxtira sayılmayan obyektlər. 316

İxtiranın patentə layiq olmaq (patent qabiliyyəti) şərtləri. 317

Yenilik şərti. 319

İxtira səviyyəsinə malik olmaq şərti (əlaməti, meyarı). 321

Sənayedə tətbiq oluna bilmək əlaməti (şərti). 323

Faydalı modelin anlayışı və patentə layiq olmaq (patent qabiliyyəti) şərt­

Yenilik faydalı modelin patentə layiq olmağın şərti (əlaməti, meyarı) kimi „327

Sənayedə tətbiq edilə bilmək əlaməti (şərti). 328

§ 4. Sənaye nümunəsinin anlayışı və patentə layiq olmaq şərləri. 329

Sənaye nümunəsinin anlayışı. 329

Sənaye nümunəsinin patentə layiq olmaq şərtləri. 331

Yenilik şərti (əlaməti). 331

Orijinallıq şərti (əlaməti). 333

Sənayedə tətbiq edilə bilmək şərti (əlaməti). 334

§ 5. Sənaye mülkiyyəti hüququnun (patent hüququnun) rəsmiləşdirilməsi. 335

Sənaye mülkiyyəti obyektlərinin mühafizə forması. 335

Sənaye mülkiyyəti obyektinə patent almaq üçün iddia sənədinin tərtib

olunması və verilməsi.

İddia sənədinə baxılması. İddia sənədinin ilkin ekspertizası. 340

Patent ekspertizası. 342

Patentin verilməsi. 344

§ 6. Sənaye mülkiyyəti obyekti müəllifinin hüquqlan. 347

Sənaye mülkiyyəti obyekti müəllifinin hüququnun təsnifi. 347

Müəllifin şəxsi qeyri-əmlak hüquqları. Müəlliflik hüququ. 349

Müəllifin sənaye mülkiyyəti obyektinə toxunulmazlıq hüququ. 351

Müəllifin əmlak hüquqları. Sənaye mülkiyyətinə patent almaq hüququ. 352

Haqq almaq hüququ. 353

Sənaye mülkiyyəti obyektlərindən istifadə hüququ. 353

§ 7. Sənaye mülkiyyəti obyektlərinin qorunmasının patent forması. 354

Patent sənaye mülkiyyəti obyektlərini qoruyan sənəd kimi. 354

Patentin funksiyaları. n. 355

Subyektiv patent hüququ. 358

Subyektiv patent hüququnun həcmi. 360

Sənaye mülkiyyəti obyektinin müvəqqəti hüquqi mühafizə edilməsi. 360

Dolayı yolla hüquqi mühafizə. 361

§ 8. Subyektiv patent hüququnun məzmunu. 363

Subyektiv patent hüququnun məzmununu təşkil edən elementlər. 363

İstifadə hüququ. 363

Sənaye mülkiyyəti obyektinə sərəncam vermək hüququ (səlahiyyəti). 366

Patent hüquqlarının məhdudlaşdınlması. 373

Patentin qüvvəsinə xitam verilməsi. 377

§ 9. Subyektiv patent hüquqlannın müdafiəsi. 382

Subyektiv patent hüquqlarının müdafiəsi anlayışı. Müdafiə hüququnun

Subyektiv patent hüququnun müdafiə forma və vasitələri. 384

Patent hüquqlarının müdafiəsində istifadə olunan mülki-hüquqi üsullar. 387

Müəllifin hüquqlarının mülki-hüquqi üsullarla müdafiəsi. 388

Patent sahibinin hüquqlarının mülki-hüquqi üsullarla müdafiəsi. 391

§ 10. Patent hüquqlarının pozulmasına görə cinayət məsuliyyəti. 395

§ 11. Sənaye mülkiyyəti obyektinin xarici dövlətlərdə patentləşdirilməsi. 396

Sənaye mülkiyyəti obyektinin xarici dövlətlərdə patentləşdirilməsinin

Azərbaycan Respublikasının sənaye mülkiyyətinin qorunması barədə

beynəlxalq sazişlərdə iştirakı. 399

Xarici ölkələrdə patentləşdirmə qaydalan. 404

Tövsiyə olunan əlavə ədəbiyyat.

F ərdiləşdirm ə vasitələri hüququ (firma hüququ)

§ 1. Firma adı və firma hüququnun anlayışı, əsas xüsusiyyətləri. 410

Firma adı fərdiləşdirmə vasitəsi kimi. 410

Firma adının funksiyası (təyinatı). 412

Firma hüququnun anlayışı. 412

§ 2. Firma hüququnun subyektləri və yaranması. 415

Firma hüququnun subyektləri. 415

Subyektiv firma hüququnun yaranması. 417

§ 3. Firma adının prinsipləri və onun barəsində qanunvericilik. 419

Firma adının (firmanın) prinsipləri. 419

Firma hüququnun mənbələri (firma adı barədə qanunvericilik). 423

§ 4 Firma adının məzmunu. 425

Firma adının məzmununa aid olan tələblər. 425

Firma adının strukturu (quruluşu). 427

§ 5. Firma (firma adı) hüququnun müdafiəsi. 428

Firma (firma adı) hüququnun qorunması. 428

Firma (firma adı) hüququnun müdafiəsi. 428

Tövsiyə olunan əlavə ədəbiyyat. 430

Əmtəə nişanlarının və co ğ ra fi g ö s tə ric ilə rin

hüquqi m ühafizəsi

§ 1. Əmtəə nişanı hüququnun anlayışı, funksiyaları, əhəmiyyəti və mənbələri. 431

Əmtəə nişanı hüququnun anlayışı. 431

Əmtəə nişanının əhəmiyyəti və funksiyası. 431

Əmtəə nişanı hüququnun mənbələri (əmtəə nişanı barədə qanunverici­

§ 2. Əmtəə nişanının qorunma şərtləri və növləri. Xidmət nişanları. 437

Əmtəə nişanlarının qorunma şərtləri. 437

Əmtəə nişanlannın növləri. 441

Əmtəə nişanı hüququnun subyektləri. 443

§ 3. Əmtəə nişanı hüququnun rəsmiləşdirilməsi. Əmtəə nişanlarının qeydə

Əmtəə nişanı hüququnun rəsmiləşdirilməsi prosedurasının mərhələləri

və əhəmiyyəti. 446

Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin tərtib olun­

ması və verilməsi. 447

Əmtəə nişanı barəsində iddia sənədinin ekspertizası. 449

Əmtəə nişanının dövlət reyestrində qeydə alınması və iddiaçı şəxsə

qeydiyyat şəhadətnaməsi verilməsi mərhələsi. 452

§ 4. Əmtəə nişanlarından istifadə. 453

Əmtəə nişanı hüququ. 453

Əmtəə nişanlarından istifadə hüququ. 456

Əmtəə nişanına dair hüquqların verilməsi. 456

Əmtəə nişanlannın qorunmasına xitam verilməsi. 460

§ 5. Əmtəə nişanı hüququnun müdafiəsi. 463

Əmtəə nişanı hüququnun pozulması. 465

Əmtəə nişanı ilə bağlı mübahisələrə baxılması. Əmtəə nişanı hüququ­

nun müdafiəsinin həyata keçirilməsi. 465

Mülki-hüquqi müdafiə üsulları. 466

§ 6. Coğrafi göstəricinin hüquqi mühafizəsi. 468

Coğrafi göstəricinin anlayışı. . 468

Coğrafi göstərici hüququ və onun hüquqi tənzimlənməsi. . 470

§ 7. Coğrafi göstərici hüququnun rəsmiləşdirilməsi. Coğrafi göstəricilərdən

Coğrafi göstərici hüququnun rəsmiləşdirilməsi. 471

Coğrafi göstəricilərdən istifadə. 473

Tövsiyə olunan əlavə ədəbiyyat. 473

Kommersiya sirrinin hüquqi mühafizəsi

§ 1. Kommersiya sirrinin anlayışı və əlamətləri. 475

Kommersiya sirri hüququnun anlayışı. 475

Kommersiya sirrinin əsas xüsusiyyətləri (əlamətləri). 476

Kommersiya sirrinin qorunma şərtləri (meyarları). 478

Kommersiya sirri hüququnun subyektləri. 4f$

§ 2. Kommersiya sirri sahibinin hüquqları. 480

Kommersiya sirri sahibinin istifadə, sərəncam və digər hüquqlan. 480-

Kommersiya sirri («nou-hau») hüququnun xitam olunması. 483

§ 3. Kommersiya sirri sahibinin hüquqlarının müdafiəsi. 484

Tövsiyə olunan əlavə ədəbiyyat. 486

Seleksiya nailiyyəti hüququ

§ 1. Seleksiya nailiyyəti hüququnun anlayışı, predmeti və subyektləri.

Seleksiya nailiyyəti hüququnun anlayışı.

Seleksiya nailiyyətlərinin qorunma şərtləri.

Seleksiya nailiyyəti hüququnun subyektləri və obyektləri.

§ 2. Seleksiya nailiyyəti hüququnun rəsmiləşdirilməsi.

Seleksiya nailiyyəti hüququnun rəsmiləşdirilməsinin əhəmiyyəti.

Dövlət qeydiyyatı prosesinin (seleksiya nailiyyəti hüququnun rəsmiləş­

dirilməsi prosesinin) mərhələləri.

§ 3. Müəllifin və patent sahibinin hüquqları.

Seleksiya nailiyyətinin müəllifinin hüquqları.

Patent sahibinin hüquqları.

§ 4. Seleksiya nailiyyətinin müəllifinin və patent sahibinin hüquqlarının mü­

Tövsiyə olunan əlavə ədəbiyyat.

Sabir allahverdiyev mülki hüquq

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan Respublikasının mülki hüququ: III cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.