Press "Enter" to skip to content

Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı – Sabir Əhmədlinin evindən reportaj @context: http: //, inLanguage: az-AZ, articleSection: News, @type: NewsArticle, genre: news, isFamilyFriendly: http: ///True, url: http: ///az/sabir-rustemxanli-ile-sirus-tebrizlini-atam-bu-otaqda-barisdirdi-sabir-ehmedlinin-evinden-reportaj, publisher: @type: Organization, name:, logo: @type: ImageObject, url: https: ///uploads/settings/, width: 200, height: 50, author: @type: Organization, name:, headline: Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı – Sabir Əhmədlinin evindən reportaj, abstract:, mainEntityOfPage: http: ///az/sabir-rustemxanli-ile-sirus-tebrizlini-atam-bu-otaqda-barisdirdi-sabir-ehmedlinin-evinden-reportaj, image: https: ///uploads/news/, articleBody: Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı – Sabir Əhmədlinin evindən reportaj, datePublished: 2023-03-22T11: 30: 36 04: 00, dateCreated: 2023-03-22T11: 30: 36 04: 00, dateModified: 2023-03-22T11: 30: 36 04: 00

“Uşaq idi axı. Atam gəncləri çox istəyirdi, onlarla söhbətdən imtina etmirdi, ona görə də onlar həmişə bizə həvəslə gəlirdilər”.

Sabir əhmədli axirət sevdası

SABİR ƏHMƏDLİ: NƏSR USTASI

( Anadan olmasının 85 illiyi münasibətilə)

Unudulmaz Sabir müəllim. Yaşasaydın bu ay 85 yaşın olacaqdı. Nə etmək? ” Dünyaya gəlmək getmək üçündür ” ( Seyid Əzim). Ancaq siz yaşayırsınız: oxucuların qəlbində, yaddaşında. Əsərləriniz hələ də sevilə-sevilə oxunur . Hərdən “Ədəbiyyat qəzeti”nə yolum düşəndə sizi xatırlayıram. Əlli il bu qəzetdə işlədiniz, ədəbi işçi , şöbə müdiri , baş redaktorg Bu yazıda sizin yaradıcılıq yolunuza qısaca “səyahət” etmək istəyirəm, ustad !

O, ədəbiyyata keçən əsrin əllinci illərində gəlmiş, ilk hekayələrini məhz o illərdə, kənddə müəllim işləyərkən çap etdirmişdir . Kənddə yaşadığı illər heç şübhəsiz, onun həyatı, gerçəkliyi daha dərindən müşahidə etməsinə, insanları, onların psixologiyasını, fərdi aləmini öyrənməsinə kömək etmişdir . Ona ədəbi aləmdə ilk uğur gətirən “Arabaçı” hekayəsi olmuşdur . Əllinci illərdə, gənc yazıçıların Bakıda keçirilən ikinci toplanışında görkəmli yazıçı Mirzə İbrahimov öz çıxışında bu hekayə barədə xoş sözlər söyləmiş, gənc yazıçının həyatı real əks etdirdiyini nəzərə çarpdırmışdır. Görkəmli tənqidçi Qulu Xəlilov Sabir Əhmədliyə həsr etdiyi “Zirvəyə qalxan araba ” məqaləsində yazır: ” Sabir Əhmədovun yaradıcılığı barədə düşünəndə gözlərim önünə axar-baxarlı bir çay gəlir. Bu çayın başlanğıcı xalqımızın yaradıcılıq dünyası, müasir həyatı, zəngin mənəviyyatı, istək və arzularıdır, haqq-ədalət, təmizlik uğrunda çırpınanların aləmidir. S.Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki , el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinj və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur “.

Sabir Əhmədlini bir yazıçı kimi şöhrətləndirən ilk əsər onun ” Aran ” romanı oldu . ” Aran ” romanı göstərdi ki , S. Əhmədli kəndə, torpağa , burada yaşayan insanlara yaxşı bələddir. Bu əsərdə o illərin kəndli təsərrüfatı üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələ diqqəti cəlb edirdi . Qadınların, qızların ağır əməyini yüngülləşdirmək üçün pambıqyığan maşınlar-texnikaya keçmək zəruri idi , ancaq bunu həyata keçirmək o qədər də asan məsələ deyildi . Yenilik həmişə müqavimətlə qarşılaşır və romanda təsvir olunan gənclər çətinliklə olsa da , bu müqaviməti aradan qaldıra bilirlər. Romanın bir mühüm məziyyəti bundan ibarət idi ki , S.Əhmədli qəhrəmanlarının təkcə təsərrüfat həyatını deyil , onların mənəvi aləmini də nəzərdən qaçırmamışdı. İstər ” Aran “, istərsə də onun davamı olan “Görünməz dalğa ” romanında qəhrəmanların ictimai və şəxsi həyatının paralel şəkildə əks olunması o dövrün nəsri üçün yeni idi .

İlk iki romanı sübut etdi ki , Sabir Əhmədli xarakter ustasıdır. Onun təsvir etdiyi qəhrəmanlar cəmiyyətdə, yaşadıqları mühitdə baş verən mənfiliklərə qarşı laqeyd deyillər. O, yetmişinci illərdə ” Yamacda nişanə” povestini qələmə aldı – bu povestin qəhrəmanı Laçın ədəbiyyatda yeni bir qəhrəman tipinin ifadəsi idi .

Sabir Əhmədlinin yaradıcılıq yoluna nəzər yetirdikdə bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır.

Birincisi : onun nəsrini keçən əsrin Azərbaycan gerçəkliyinin bədii salnaməsi hesab etmək olar . Keçən əsrin ikinci yarısından ta əsrin sonuna qədər Azərbaycanda baş verən ən mühüm hadisələr onun diqqətindən yayınmamışdır.

İkincisi ; Sabir Əhmədli Azərbaycan kəndinin son altmış illik sosial və mənəvi mənzərəsini əks etdirən bir yazıçı kimi diqqəti cəlb edir .

Əlbəttə, ədəbiyyatda “kənd nəsri”, “şəhər nəsri” anlayışları şərtidir. Lakin bu bölgü üzərində dayanmalı olsaq , doğrudan da , Sabir Əhmədlini kəndi duyan , onun problemlərini doğru-düzgün əks etdirən bir nasir kimi ön sırada görürük .

S.Əhmədli kəndi, onun problemlərini çox gözəl bilirdi , bəlkə də gözəl bilir demək azdır, o , bu problemlərlə yaşayırdı. Ancaq S.Əhmədlinin əsərlərində hadisələrin hansı məkanda cərəyan etməsindən asılı olmayaraq insan , xalq və cəmiyyət, ziyal ı problemləri öz bədii ifadəsini tapır. Əgər ” Aran ” romanında əllinci illərə xas olan kənd təsərrüfatının mexanikləşdirilməsi, pambığı maşınla becərmək kimi istehsalat problemi ön plana çıxırdısa, həmin romandakı hadisələrin bilavasitə davamı kimi yazılan “Görünməz dal ğ a ” romanında mənəvi-əxlaqi problem diqqəti cəlb edir . İnsanları işdən, məhəbbətdən, ailə duyğusundan soyudan , sevgini bətnindəcə boğan , əməyi zövqsüzləşdirən gizli , görünməz dalğalar bu əsərdə bütün mahiyyəti ilə üzə çıxır. Bu dalğaların yaydığı viruslar ijtimai bir bəla kimi S.Əhmədlinin “Dünyanın arşını”, ” Toğana “, ” Yamacda nişanə”, ” Mavi günbəz”, “Qanköçürmə stansiyası” əsərlərində tənqid hədəfinə çevrilir .

Üçüncüsü ; S.Əhmədovun əsərlərində müxtəlif tipli obrazlarla qarşılaşırıq, o , öncə qeyd etdiyimiz kimi , xarakter ustası idi , hansı obrazı təqdim edirdisə, həmin obraz həyati və inandırıcı təsir bağışlayırdı. Altmışıncı illərin sonlarında (1969) yazılan ” Yamacda nişanə” povestinin qəhrəmanı Laçın ” tragik bir ömrün və taleyin acı tarixçəsi”ni ( Yaşar Qarayev ) yaşayır. Əsgərlikdən evinə dönən, amma çılğınlığına, həqiqəti hamının üzünə çəkinmədən söyləyən, dəli-dolu xasiyyətli Laçına iş vermirlər. Çox götür-qoydan sonra onu yanğınsönd ürmə idarəsində sürücülüyə götürürlər. Bu idarənin başçısı Həsənxan isə xasiyyətinə görə soyuqdur , buz adamı xatırladır. Ancaq Laçın bu buz adamın yanında işləməklə xasiyyətini dəyişmir və günlərin birində sürdüyü maşınla qəzaya uğrayır.

Sabir Əhmədlinin qəhrəmanlarını səciyyələndirən xüsusiyyətlər sırasında biz dövrün eybəjərliklərinə qarşı etirazı, Şərə qarşı mübarizədə ardıcıl mövqe tutmalarını xüsusi qeyd etməliyik. “Dünyanın arşını”ndakı filosof Arif , “Yaşıl teatr”dakı Kainat , “Qanköçürmə stansiyası”ndakı Hüsən, ” Yasamal gölündə qayıqlar üzür”dəki Hikmət müəllim keçən əsrin 60-80-ci illərinin ədəbi qəhrəmanları idi və deyir ki , bu obrazlar daha çox “əməl” qəhrəmanları kimi deyil , “düşünən” qəhrəmanlar kimi diqqəti cəlb edirdilər. Onların Şərə qarşı mübarizəsi fikir çarpışmaları, bir-birinə zidd dünyagörüşlərinin qarşılaşması kimi təsvir olunurdu və əlbəttə, burada Şəri təmsil edən qüvvələr də aciz və passiv göstərilməyib. Onların da öz “fəlsəfəsi”, öz mübarizə üsulları vardı.

Dördüncüsü ; Sabir Əhmədlinin Azərbaycan nəsrində bir roman ustası kimi dəyərləndirilməsi məsələsidir. Məlumdur ki , həmişə roman janrı ilə bağlı mübahisələr gedir və bəziləri iddia edirlər ki , Azərbaycan romanı hələ dünya romanı səviyyəsinə gəlib çatmayıb və olsa-olsa , yaranan bir sıra yaxşı nümunələr də povest adlandırıla bilər. Bu , kökündən yanlış bir fikirdir . Azərbaycan romanının da öz məxsusi özəllikləri var və əgər dünya romanı səviyyəsi məsələsi ortalığa qoyulursa , mən “Qılınc və qələm” kimi klassik nümunədən tutmuş ən azı on-on beş romanın (“Gələcək gün “, ” Şamo “, “Geriyə baxma , qoca “, “Dəli Kür “, “Qarlı aşırım”, “Qətl günü “, ” Mahmud və Məryəm”, “Fətəli fəthi”, “Dünyanın arşını” və s .) adını çəkə bilərik ki , bu əsərlər Azərbaycan romanını dünyada tanıtdıra bilər. Bu sırada Sabir Əhmədovun da uğurları az deyil . Doğrudur , onun iyirmiyə yaxın romanları içərisində hamısı uğurlu deyil , amma o , roman ustası idi . Xüsusilə “Axirət sevdası”, ” Kef “, ” Ömür urası” kimi ömrünün son illərində yazdığı romanları onu sübut edir ki , S.Əhmədli artıq janrın bir sıra ənənəvi, daşlaşmış stereotiplərindən imtina edir , roman poetikasına yeniliklər gətirir. Azərbaycan romanında müxtəlif elementlər ( folklora , mifə istinad , fəlsəfi çalarlar , retrospektiv təsvirlər və s .) daxil olur , janr-üslub xüsusiyyətləri yeni meyllərlə zənginləşir ( roman-dialoq , roman-reportaj , neoroman və s .) və S.Əhmədlinin sonuncu romanlarında da bunu görməmək insafsızlıq olardı.

Beşincisi ; Sabir Əhmədlinin əsərlərinin dili , ifadə tərzi çox zəngindir və onun yaradıcılığından söz açan müəlliflər bəzən bu faktın üstündən yan keçmişlər. Bəlkə də, bu , ondan irəli gəlib ki , onun təhkiyə tərzi bəzilərinin iddia etdiyi kimi ” dinamik ” və “axar-baxarlı” deyil , bir qədər ağırdır, hətta yorucudur . Amma diqqətlə nəzər yetirdikdə, görürük ki , bu , sırf epik təhkiyə üslubudur , müqayisə nöqsanlı olsa da , deməliyəm ki , bir az da Süleyman Rəhimovun təhkiyə tərzinə oxşayır. Amma oxşarlıq zahiridir . Sabir Əhmədlini öz ustadlarından (S.Rəhimovdan, M.Hüseyndən, M.İbrahimovdan , İ.Əfəndiyevdən) fərqləndirən cəhət təsvirdə özünəməxsus olmasıdır. Bu özünəməxsusluq isə detallarda , cümlə quruluşunda , nəsrin sintaksisində özünü göstərir. Məsələn, S.Əhmədli ” Yamacda nişanə” povestində Laçının xarakterini bir neçə detalda elə ümumiləşdirir ki , sonra əlavə təfsilata heç bir ehtiyac qalmır. ” Qorxsalar da , qorxmasalar da , sevsələr də, sevməsələr də, Laçın kiçik şəhərin bir ərköyün, dəlisov balası idi . Ərsəyə yetib , qənşərə çıxdığı gündən adamların üz-gözü ona elə öyrəşmişdi ki , buranı Laçınsız ağıllarına gətirə bilməzlər. Küçədə, dükanlarda , bazarda Laçın görünməsə, nə dükan dükandı, nə bazar bazar . Əlləri gah dalında, gah əsgərsayağı yanlarında yellənə-yellənə girirdi bazara .

gYerişində, hərəkətində elə od , hərarət vardı ki , guya keçib havaya kibrit çəksən alovlanacaqdı”.

İnsan münasibətlərinin mənalandırılması, obrazların daxili aləminin çoxçalarlı ifadəsi də S.Əhmədlinin bədii dilində sənətkarlıqla çatdırılır. “Dünyanın arşını” romanı bu mənada S. Əhmədlinin ən maraq doğuran əsərlərindən biridir . Əsərin qəhrəmanı filosof Arif Arazın o tayına həsrətlə boylanır və bu həsrəti görün müəllif necə ustalıqla canlandırır: “Mən bir üzü qırmızı, bir üzü sarı körpü daşlarını göz yaşlarımla yumaq istərdim. Alaq basmış nəhəng qəbirə bənzəyən torpaq körpüyə döşənib, o torpağı qucaqlamaq istərdim. Mən qan-qırmızı tuman-qofta geymiş elat qızlarını doğma bacımtək bağrıma basıb öpmək istərdim. Köçəri-tərəkəmə gözəllərini lap yaxından görüb , onların bizə necə bənzədiklərinə baxmaq . istərdim. Məngheç bir zaman , ömrümdə heç bir vaxt doğma bacımın, yeganə əziz Bənövşənin həsrətini bunlar qədər çəkməmişdim. Könlümü , qəlbimi heç bir zaman həmin dəqiqələrdə, saatlarda olduğu kimi acı hicran zəhəri parçalamamışdı. Mən müəllimdim, müəllim olmaq arzusunda idim . Ömrümü son dəqiqəsinədək bax orada , o alaçıqlarda, o obalarda maarifə həsr edərdim”.

“Dünyanın arşını” Azərbaycan nəsrində öz fəlsəfi-publisistik yönü ilə seçilirdi . Zahirən bir rayonda baş verən hadisələri təsvir etsə də, əslində, problem əhatəli idi , durğunluq illərində bütün ölkəni və xalqı sarmış mənəvi və sosial bəlaların bir rayon timsalında ümumiləşdirilməsi o zaman yuxarı dairələri qıcıqlandırmaya bilməzdi. İndi lap ucadan , qorxusuz-ürküsüz söylədiyimiz həqiqətləri Sabir Əhmədli qırx-qırx beş il əvvəl açıq söyləmişdi. Həyatın durğunluq illərindəki faciələri romanda kifayət qədər əks etdirilib və o da təəccüblü deyil ki , həmin səhnələr indi də əvvəlkindən daha sürəkli oynanılır. “Bəzən fikirləşirəm ki , milyon yaşı olan bəşəriyyəti, Yer kürəsini bütünlüklə öyrənib kəşf eləmək üçün görəsən neçə il lazım gələcək? Axı, biz kainatın intəhasızlığı, zamanın ölçülməzliyi qarşısında çox həqiqətlərdən xəbərsizik. Lakin ən vacibi odur ki , biz hələ İnsanı – özümüz kifayət qədər dərk etməmişik” – “Dünyanın arşını”ndakı filosof da məhz bu nəticəyə gəlir və quru , nəzəri mühakimələr orbitindən qanadlı həyata enir . Həyatın isə öz bilməjələri var . ” Dövran öz qaydası ilə sürür . Kim bu hərəkətin çəmini tapmırsa, istənilən nöqtədə dayanmırsa, çıxdaş olacaq “. Laçın da (” Yamacda nihanə”), Hüsən də (“Qanköçürmə stansiyası”), Hikmət müəllim də (” Yasamal gölündə qayıqlar üzürdü “) dövranın bu hərəkət ritmini , daha doğrusu , dəyişməni, başqalaşmanı, özgə havasına oynamağı bacarmırlar. Laçın faciəli şəkildə həlak olur , Hüsü Zəlioğlunun xəyanətini təzəcə anlayır, Hikmət müəllim elmi kəşfinə görə dünyanın ən böyük mükafatına layiq görülüb , lakin bu hadisədən sonra onun həyatında hansı yenilik ola bilər . Mühit ki dəyişməyib. Dövran isə Fatehlərin (” Toğana “), Kişibəyovlarındır (“Yaşıl teatr “).

“Dünyanın arşını”nda təsərrüfat problemi ilə mənəviyyat problemi vəhdət halında, biri digəri ilə əlaqəli şəkildə diqqəti cəlb edirdi . Amma sonrakı romanlarında Sabir Əhmədli əsasən mənəviyyat probleminə üstünlük verir , tənqidi pafosu da gücləndirir. Bu baxımdan “Yaşıl teatr ” onun ən gözəl romanlarından biridir . Daha sonrakı illərdə “Azıxa doğru “, ” Toğana “, “Gülmalı kişinin axırı”, “Gedənlərin qayıtmağı” romanları nəşr edilir . Doxsanıncı illərin sonlarında-yeni əsrin ilk illərində isə müasir həyatın ən mühüm problemlərini ( Qarabağ müharibəsi, müstəqillik dövrünün ictimai-siyasi-mənəvi mənzərəsi və s .) özündə əks etdirən ” Ömür urası”, “Axirət sevdası”, ” Kef ” romanları meydana çıxır.

O, qardaşı – Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu itirəndə on dörd-on beş yaşı vardı. Cəmil kimi qəhrəmanın qardaşı olmaq böyük şərəf idi . Amma 1994-cü ildə Sabir Əhmədli-Ata daha bir itki ilə üzləşdi. Bu dəfə oğlu Məhəmməd Qarabağ uğrunda döyüşlərdə həlak oldu . O, könüllü olaraq cəbhəyə getmişdi və ilk döyüşlərin birində ölümcül yaralandı vəgSabir Əhmədlinin “Axirət sevdası” romanı bu ata dərdini əbədiləşdirən bir əsər kimi yarandı. Bu roman ” Ata ağrısı” da adlana bilərdi. İlk dəfə idi Azərbaycan bədii nəsrində Yazıçı-Atanın oğul itkisindən doğan dağ boyda dərdi ilə üzləşirdik. ” Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş , anası başdan oturmuş , xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.

-Y O X! Yox ! Yoxg Ola bilməz . İnanmaram ! Məhəmməd , balam mənim ! İnanmaram !- jənazənin ayağında çöküb , dizin-dizin onun üstünə can atdım .

– Açın üzünü ! Götürün örtüyü ! Mən onu görmək istəyirəm . Mən səni haralarda axtardım , balam ?! Gəlibmişsən , özün gəlibmişsən ! Məndən qabaq gəlib çıxmısan evimizə “.

Onun son romanları içərisində Qarabağ müharibəsindən söz açan ” Ömür urası ” xüsusilə fərqlənir .

” Bağlar sovulanda yığılan axır bara el arasında ” peşxurd “, ” meşari ” deyirlər . Biçilmiş zəmidən düşən tək-tük sünbül ” başaq ” adlanır . Bostan , dirrikdən qalma son məhsulsa ” ura “- dır . Məsəl var : ” Gedər bostan urası , qalar üzün qarası “. İnsan ömrünün sovulan çağına da ” ura ” söyləmək olar . Oxuculara çatdırılan bu romança yazıçı ömrünün son yetirməsi ” ura”dır . Bundan sonra nə yazsa , həmin ad altında gedəcək “.

Roman düşüncələr axarı formasında qələmə alınıb . Yəni burada sırf ədəbi qəhrəman , yaxud da bu qəhrəmanla bağlı personajlar axtarmaq əbəsdir . Bütün hadisələr və reallıqlar təhkiyəçi obrazında təmərküzləşib . Əslində , bu təhkiyəçi S.Əhmədlinin özüdür . Onun ” keçmişlə ” bağlı təsvirləri heç bir şübhə doğurmur !

Əslində , romanda Cəbrayılın işğaldan azad olunma ” faktı ” onun işğala qədərki və işğal dövründəki mənzərəsi bütün reallığı ilə canlandırmağa xidmət edir . Məlumdur ki , Cəbrayılda -rayon mərkəzində-Bazar başı-Yuxarı meydanda Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun abidəsi vardı . ” Bazar başı-Yuxarı meydanda ucalan qəhrəman abidəsi-qardaş heykəli yerində idim “. Bunun simvolik mənası var.

Beləliklə , bizim də təsəvvürümüzdə indi işğal altında olan , amma haçansa görəcəyimiz və həsrətində olduğumuz bir kənd , bir rayon gerçəkliyə dönür . Roman bu sözlərlə başa çatır : ” Hər şey yerini alacaq . Dağılmış şəhərlər , kəndlər yenidən qurulacaq , əzəlkindən də abad olacaq . Qaçqın-köçkün yurda qayıdacaq . Bircə şəhidlər qayıtmayacaq . Onlar biryolluq köçüblər “.

Sabir Əhmədli-bu böyük yazıçı, roman ustası haqda söhbətimi də elə onun nikbin sözləri ilə bitirdik .

Ədalət.- 2015.- 11 iyul.- S. 15.

“Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı” – Sabir Əhmədlinin evindən reportaj

Sabir Əhmədli adı mənim üçün bir çox şeyi ifadə edir; dağılan, əsir qalan Cəbrayılı, sinifləri boşalan, bəlkə də çoxdan xarabalığa çevrilmiş Cəmil Əhmədov adına orta məktəbi, divarlarını mamırlar bürümüş evimizi, kökü buz kimi kəhrizdən su içən nəhəng çinarımızı və nəhayət ədəbiyyatı, sözü, şərəf və layaqəti.

Onun ömrünün son illərini yaşadığı bu evə artıq ikinci dəfədir ayaq basıram. İlk dəfə Sabir Əhmədlinin iş otağına girəndə əl-ayağım titrəmiş, heç bir əşyaya toxunmağa ürək etməmişdim. Mənə elə gəlmişdi ki, istənilən əşyaya toxunsam, onlar Sabir müəllimin səsi ilə dil açıb danışacaq, illərin həsrətini, dərdini, gileyini deyəcək.

İndi isə bir az öyrəncəli idim. Yazıçının oğlu Etibar, qızı Yaqut xanım və gəlini Aytən xanımla onun otağına girəndə hər şey elə əvvəlki yerində idi. Otağın ortasında dayananda qəlbə rahatlıq gətirən enerjini hiss etməmək mümkün deyildi. Açıq pəncərədən otağa dolan külək pərdəni tərpədərək sanki yazıçının divara söykənmiş portretinə sığal çəkirdi.

Sabir Əhmədli sonbeşiyi, oğlu Məhəmmədin şəhid olmasından sonra Yasamaldakı evindən uzaqlaşmağa, kənar olmağa çalışaraq bu evdə, bu otaqda qərar tutur. Etibar bəy deyir ki, bu otaq Sabir müəllimdən onlara qalan son yadigardı:

“Əvvəl biz Şərifzadə küçəsindəki evdə yaşamışıq. Səhv etmirəmsə, 1961-ci ilən orda olmuşuq. Atam “Yamacda nişanə”, “Toğanna”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “20 Yanvar hekayələrini” və başqalarını o evimizdə yazmışdı. Amma burda konkret olaraq “Ömür urası”, “Yazılmayan yazı” romanlarını, son hekayələrini yazıb. Bir romanı isə yarımçıq qaldı”.

Sabir müəllimin iş prosesini, günün hansı saatlarda yazması ilə maraqlanıram. Yaqut xanım yazıçının daha çox gecələr yazdığını deyir:

“Atamın iş prosesi səhər saat altıda başlayırdı. Erkəndən oyanmağı sevən adam idi. Çox yatmağı xoşlamazdı. Bir də axşamlar işləyərdi. Biz onun iş rejiminə öyrəşmişdik. O, işdən gələndən sonra bir az dincəlirdi, yatırdı. Sonra gecə oyanıb səhər dördə, beşə qədər işləyərdi. Hərdən gecələr kofe qoxusuna oyanardıq. Gecələr özünə kofe dəmləyib içərdi. Biz demək olar ki, onun makinasının səsi altında yatıb, dururduq”.

Sabir Əhmədlinin kitab şkafına tərəf yan alıram. Uzun illərdən bəri yan-yana düzülüb bir-birlərinə sığınan köhnə kitablara nəzər salıram. Rəflərdəki kitabların arasından Çingiz Abdullayevin kitabı diqqətimi cəlb edir:

“Bildiyimə görə Çingiz Abdullayevin də kitabxanasında Sabir müəllimin kitabları olub”.
Yaqut xanım, rəflərdəki kitablara əli ilə toxunub onlara diqqətlə nəzər salır:

“Atam “Ədəbiyyat qəzeti”nin baş redaktoru olanda Çingiz Abdullayevlə çox yaxşı münasibətləri vardı. Qəzetin işləri ilə əlaqədar bir-birləri ilə görüşürdülər. Onda atam kitablarıdan Çingiz Abullayevə bağışlayıb, o, da öz kitablarını atama. Onun kitablarını da elə biz oxuyurduq. Sabir müəllim detektiv ədəbiyyatı əsl ədəbiyyat hesab eləmirdi”.

Yazıçının masasının üzərindəki kompüterə tərəf gedirəm. Onu da deyim ki, Sabir müəllim 60-cılar nəsli içərisində kömpütürlə dostlaşan ilk yazıçılardan biri, bəlkə də birincisi olub. Bu öyrənmə mərhələsi barədə Etibar bəydən xəbər alıram:

“Kompüteri atama Adil Minbaşı bağışlamışdı. Onun hədiyyəsidir. Kompyuteri Adil müəllim özü gətirdi, özü də quraşdırdı. Atam sona qədər onu öyrəndi. Özü kompüterdə işləyirdi. Çox şeylər tez-tez yadından çıxırdı. Bir dəfə də nəsə yazmışdı, kompüterdən itmişdi. Gecə saat on birdə bizə zəng vurub, uşaqlara deyirdi ki, gəlin, o yazını tapın”.

Yaqut xanım da təsdiqləyir:
“Yazıları itirə-itirə, yavaş-yavaş öyrəndi. Amma ona qədər həmişə bax, o makinada yazıb”.

Fotoqrafımız makinanın şəkillərini çəkərkən, mən də Etibar bəydən otaqda olarkən hansı hissləri keçirdiyini, yaşadığını öyrənməyə cəhd edirəm:

“Bu otaqda əyləşərkən, ən çox nələri xatırlayırsınız, hansı hissləri keçirirsiniz?”

“Xatirələr əbəttə ki, çoxdur. Amma qəribədir ki, indinin özündə də mən onun “Yazılmayan yazı” romanını oxuyanda atamın səsini eşidirəm. Möcüzə kimidir”.

Yaqut xanımdan atasının yazdıqlarını onlara oxuyub oxumadığını xəbər alıram:

“Bəli. Yazdıqları əsərlərin hamsını oxuyardı bizə. İndi bir çox yazıçıların iş otağ qalmayıb. Amma bu otaqda atam özü hər şeyi necə qoyub gedibsə, olduğu kimi də qalır. Buna görə də Etibara təşəkkür edirəm. Biz bu otağa nə zaman giririksə, elə bilirik atam özü indicə bu otaqdan çıxıb”.

Yazıçı üçün yazmaqdan uzaqlaşmaq, yaza bilməmək asan məsələ deyil. Əlbəttə yaradıcılğın müxtəlif illərində durğunluq, fasilə ola bilər. Amma ömrün son günlərinə təsadüf edən yaza bilməmək faktı xeyli kədərlidir. Sabir Əhmədli həyatı boyu ağır sınaqlardan keçmiş, qardaş, torpaq və oğul itkisi yaşamışdı. Amma bu itkilərin heç biri onu yazmaqdan uzaqlaşdıra, soyuda bilməmişdi. Dərd artıqca o, dərdi ilə dostlaşmış, ürəyindəkiləri vərəqlərə tökmüşdü. Ancaq övladları deyrilər ki, ömrünün son illərində o, iş otağına girməyi azaltmış, əl-ayağını yazı-pozudan soyutmuşdu.

“Etibar bəy, son gününə qədər bura girib çıxırdı?”

“Lap son günlər əhvalı yox idi deyə, bura çox girmirdi. Amma ona qədər hər səhər mütləq yuxudan oyanan kimi yuyunub, özünü səliqəyə salıb bura girərdi. Elə bil işə gedirdi. Yazmasa belə, divanda əyləşib fikirləşirdi. Onun üçün sakitlik çox vacib məslə idi. Biz uşaq vaxtımızdan öz rejimimizi onun sakitliyinə kökləmişdik”.

Bu məqamda yadıma Sabir müəllimin həyat yoldaşı Şaban xanım düşür. Yazıçı ilə uzun illər mehribanlıqla yollaşan Şaba xanım olduqca müdrik, anlayışlı qadın olub. Yazıçının qızı da anası ilə Sabir müəllimin münasibətlərindən bəhs edir:

“Anam lap əvvəldən atamı məişətin bütün qayğılarından azad etmişdi. Əlbəttə bəzən evdə təmir olunası nəsə olanda atam bunu özü edirdi, amma gündəlik işlərdən, bazarlıqdan azad idi. Atam rəhmətə gedəndən sonra anamdan başqa atamın əlyazmalarını heç kim oxuya bilmirdi. Atamın xətti çox çətin anlaşılırdı”.

Etibar bəy atasının iş otağına ancaq yazı yazmaq üçün girməsini də vurğulayır:

“O, bura ancaq işləmək üçün girərdi. Dincələndə xoşlayırdı ki, ətrafında yaxşı kampaniyası olsun. Xoşlayırdı ki, yaxşı söhbət etsin, dadlı xörəklər yesin, dünyada, cəmiyyətdə baş verənlərdən danışsın. Gündəmi izləyən adam idi. Yəni təklik sevən adam deyildi, ancaq iş prosesində təklənərdi”.

Sabir Əhmədli yaşlı yazıçılar içərisində gənclərlə dost olmağı bacaran çox az nasirlərdən biridir. Onun özündən xeyli gənc və istedadlı yazıçı və şairlərlə dostluğu bu günə qədər də müzakirə olunur. Bir dəfə yazıçı Həmid Herisçi ilə müsahibə alan zaman Sabir Əhmədlinin şəklinin ona məxsus şkafın ən gözəgəlimli yerinə sancıldığını gördüm. Saatlarla çəkən söhbətimizdə Həmid Herisçi dəfələrlə Sabir Əhmədlinin adını çəkir, onu böyük qürur hissi ilə xatırlayırdı. Yaqut xanım vurğulayır ki, Həmid Herisçi onların evinə ən çox gəlib gedən yazıçılardan olub:

“Həmid onun mənəvi oğlu kimi idi. O, bizə demək olar ki, hər gün gəlirdi. Ondan başqa Seymur Baycan, Şərif Ağayar, Mövlud Mövlud da atamla tez-tez əlaqə saxlayırdılar. Mövlud bir dəfə Şəriflə bizim o biri evimizə gəlmişdilər. Onlar bizdən çıxandan sonra Mövlud ağlamışdı. Şərif bu haqda “Yuxarıda yaşayan adam” adlı yazıda yazmışdı”.

“Mövlud niyə ağlamışdı?”

“Uşaq idi axı. Atam gəncləri çox istəyirdi, onlarla söhbətdən imtina etmirdi, ona görə də onlar həmişə bizə həvəslə gəlirdilər”.

Yazıçının gəlini Aytən xanım da qeyd edir ki, Sabir müəllim gənclərdən ilhamlanır, onları sevirdi:

“O, gənclərin hamısına Laçın gözü ilə baxırdı. Ona elə gəlirdi ki, gənclər kanonları dağıdacaq, daha da yüksəklərə qalxacaqlar”.

Etibar bəy başqa məqamı vurğulayır:

“Ondan bir az cavan olan həmkarlarından Sirus Təbrizli, Sabir Rüstəmxanlı ilə də yaxın olub. Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı. Onlar küsülü idilər. Papa evdə qonaqlıq verirdi, sonra onlar gəlib bu otaqda oturub, söhbət elədilər. Papa da burda onları barışdırdı. Biz uşaq idik, amma bunun şahidi olmuşuq.

“Stolüstü kitabları hansılar idi?”

“Hər dəfə bir şeylə maraqlanırdı. Elə olurdu ki, dini kitablara baxırdı. Öz kitablarını da varaqlayırdı. Son vaxtlar İslam dini ilə çox maraqlanırdı, Quranı çox oxuyurdu. Ensklopedik, fəlsəfi kitablar da oxuyurdu. Atamın kitabları çox idi.

“Amma öz kitabların çoxu da köhnə əlifba ilə çap olunanlardı. Yeni əlifba ilə çap olunanlar yoxdu?”

“Hə istəsəniz bu kitabları çəkə də bilərsiniz. Hamısı kirillədir. Latın əlifbası ilə özümüz ölümündən sonra çap etdirdiklərimizdir”.

“Hansı kitablardı?”
““Yazılmayan yazı”, “Biz yenə görüşəcəyik” və “Axirət sevdası””.
Aytən xanım deyir ki, Sabir müəllim sovet dövründə çap olunan bir çox jurnallara abunə olub:

““İnostrannaya literatura” jurnallarının hamısını oxuyurdu. O vaxtı biz ordakı evimizdən köçəndə, mən dedim, bəlkə ataq bunları. Qoymadı, dedi, yox hamısını yığın təzə evə aparaq”.

Sabir müəllim ömrünün son illərində yazıçı kimi sözə və mətnə sadiq qalan insanlardan idi. Oğlu Məhəmmədin 24 yaşında Murovda şəhid olmasından sonra o, insan kimi xeyli sarsılmışdı, amma bu faciə belə onun yazıçılığına mane olmamışdı. “Axirət sevdası” romanı ilə yazıçı öz dərdini izhar edərək, həm də müasir dövrün ən yaxşı əsərlərindən birini ortaya qoydu. Roman bioqrafiq olduğundan yazıçı oğlunun ölümünə qədər və ölümündən sonra yaşadıqlarından bəhs edir. İlk dəfə bu romanı oxuyanda ordakı yaşlı insanın, həm də bir yazıçının yaşadığı iztirabları hiss edəndə çox sarsılmışdım.

Bu səbəbdən də məncə “Axirət sevdası” romanı Sabir Əhmədlinin ən böyük əzabla yazdığı roman olub. Amma yenə də bu barədə övladlarından xəbər almaq istəyirəm və çox ehtiyatla Etibar bəydən soruşuram:

“Etibar müəllim, ən ağır yazdığı əsər hansı olmuşdu? Xatırlamırsınız?”
Hissiyyatım məni aldatmır, Etibar bəy mənim bildiyim cavabı verir:
“Yəqin ki, “Axirət sevdası””.

Bu sözlərədən sonra onun səsi qırılır, danışmaqda bir qədər çətinlik çəkir, amma fikrini sona qədər ifadə edir:

“Həyatında baş verən hadisələr təzə idi. İndi də o əsəri oxuyanda yazıçı əzabı hiss olunur. Bir də 20 yanvar hadisələri zamanı yazdığı 20 hekayəni də əziyyətlə yazmışdı. Çünki o hadisələr gedə-gedə atam həmin hekayələri də yazırdı, həm də hekayələrdə baş verən hadisələrin çoxunun şahidi olmuşdu, amma ümumiləşdirmələr də vardı”.

Qəribə bir məqam var ki, Sabir Əhmədli 20 yanvar hadisələri zamanı yazdığı bir hekayəsində baş qəhrəman gecə hadisələrə qoşulub gedən oğlunu axtarmaq üçün bütün xəstəxanaları və morqları gəzir və nəhayət sonuncu morqda öz oğlunu başından vurulmuş vəziyyətdə tapır. Eyni hadisəni yazıçı sonradan öz həyatında da yaşayır. Oğlu alnına dəyən snayper gülləsindən şəhid olur.

Bu haqda Yaqut xanım da maraqlı fikirlər səsləndirir:

“Bax, o hadisələr zamanı biz də hiss edirdik ki, Qarabağ hadisələrindən ailə olaraq itkisiz ötüşməyəcəyik. Çünki özü də müharibəyə can atır, burda qalmırdı. Bunu bizə də təlqin edirdi. Tez-tez cəbhə bölgələrinə gedirdi. Hətta uşağın başına o hadisə gələndən sonra özü bir dəfə dedi ki, – məni neçə dəfə güllə tutan yerdən çəkib çıxarıblar. Mənə heç nə olmadı, amma ona oldu. Bizim də elə bil ürəyimizə dammışdı ki, o hadisələrdə ailəmizə nə isə olacaq. Çünki özü yerində dayanmırdı, heç nə ilə barışmırdı”.

“Bu evdə yaşamaq onun üçün çətin deyildi ki?”

“Bu evə həvəslə köçdü. Ona neçə yerdə ev təklif etsələr də, dedi ki, yox mənə ev verilirsə, elə Yasamaldan versinlər. Çünki atam Bakıya gələn ilk illərdən elə Yasamalda yaşamışdı. Bura öyrəşmişdi. “Yaşıl teatr” əsərində Yasamalda kirayə qaldığı evdən yazıb”.

Etibar bəy isə xüsusilə vurğulayır:
“O vaxtı həmin əsərə də ilişmişdilər. Əxalqi baxımdan düzgün hesab etmirdilər. Senzura qoyulmuşdu”.
“Əsərlərinin çoxuna senzura qoyulub?”

“Heç bir əsəri birinci dəfədən qəbul olunmayıb. Jurnallarda çap olunub. Çünki redaktorlar Əkrəm Əylisi və başqa tanıdığı adamlar olub. Ona görə də jurnallarda çap olunmaq problemi olmayıb. Amma kitab çapı məsələsində çox çətinlikləri olub. Onun demək olar ki, on ildə bir kitabı da çap olunmayıb. Bu günə qədər iyirmi iki romanı çap olunub. İki romanı isə çap olunmayıb. Onları anam hazırlayıb, amma çap olunmayıb.

Söhbətimiz bitir, fotoqrafımızı fotoaparatı söndürür, mən isə diktafaonu. Sabir Əhmədli yaradıcılığını ifadə edən otağa son dəfə nəzər salıram. Özüm üçün ayırdığım mənəvi payı götürüb, bu sakit, ilıq otaqdan ayrılıb, narahat dünyamıza qayıdıram.

Comments are closed, but trackbacks and pingbacks are open.