Hamiləlik pozan dərmanlar
Hamiləliyin müddətindən asılı olaraq, qanaxma 10-14 gün davam edir. Müddət nə qədər çox olarsa, qanaxmanın intensivliyi bir o qədər güclü olur. Bəzi hallarda hemostatik terapiya və ya uşaqlıq boşluğunun qaşınması tələb oluna bilər. 10-14 gündən sonra kontrol baxış zamanı USM aparılır. Onun köməyilə döl yumurtasının tam xaric olduğu yoxlanılır. Natamam abortlarda döl qalıqlarının vakuum aspirasiyası icra olunur.
Kompüterin əsas xarakteristikaları
Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
Kompüterin başlıca hissəsi mәrkәzi prosessor və ya, sadəcə, prosessordur və onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq bir saniyәdә yerinә yetirilәn әmәliyyatların sayı götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların işləmə sürəti təkcə prosessora görə deyil, kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.
Bundan başqa, müasir kompüterlər bəzi əməliyyatları (o cümlədən ayrı-ayrı komandaları) paralel (yəni eyni anda) yerinə yetirə bilir.
Əgər kompüterin prosessoru indiki sürətlə deyil, insanın hesablama sürəti ilə işləsə idi: siqnal klaviaturadan prosessora 10 ilə çatardı;
siçanın göstəricisinin ekranın bir küncündən o birinə yerini dəyişmək üçün 1000 il lazım gələrdi.
Prosessorun istənilən komandanı icra etməsini elementar əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi kimi təsəvvür etmək olar. Prosessorun durumunu dəyişən hər bir elementar əməliyyata müəyyən zaman – bir takt tələb olunur. Komandaların əksəriyyəti bir neçə takta yerinə yetirilir. Prosessorun taktlarının tezliyi (takt tezliyi) kənardan xüsusi generator tərəfindən təyin olunur.
Əgər iki prosessor bir-birindən yalnız takt tezliklərinə görə fərqlənirsə, onda verilənləri emaletmə sürətləri onların takt tezlikləri ilə düz mütənasibdir. Ona görə də prosessorun takt tezliyini onun məhsuldarlığının başlıca göstəricisi kimi istifadə etmək olar.
Tezliyi ölçmək üçün fiziki vahid 1 Hers qəbul olunub. Artıq ilk fərdi kompüterlərdə taktların sayı saniyədə bir neçə milyona bərabər olduğundan takt tezliyinin standart ölçü vahidi olaraq 1 meqahers (saniyədə milyon takt) götürüldü. Bugünkü fərdi kompüterlərin takt tezliyi isə giqaherslә (saniyədə milyard takt) ölçülür.
Prosessorun takt tezliyi ümumilikdə kompüter sisteminin məhsuldarlığının yeganə göstəricisi deyil. Eyni takt tezliyinə malik prosessorların məhsuldarlığı müxtəlif ola bilər. Bundan başqa, kompüterin məhsuldarlığı yalnız prosessordan asılı deyil. Başqa komponentlər verilənləri prosessora onun emal etdiyi sürətlə çatdıra bilmirsə, prosessor «boş dayana» bilər. Nəticədə sistemin ümumi məhsuldarlığı aşağı düşər. Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun nüvәsi adlanır. İlk prosessorlarda bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı iki və ya daha çox olur. Bir neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini önəmli dərəcədə artırır. Başqa sözlə, mərkəzi prosessorun nüvələrinin sayı nə qədər çox olarsa, onun məhsuldarlığı da yüksək olar.
Kompüter işləyərkən prosessor və operativ yaddaş arasında aramsız olaraq verilənlərin mübadiləsi gedir. Bu mübadilənin sürəti kompüter sisteminin məhsuldarlığının mühüm göstəricisidir. O, həm yaddaş mikrosxemlərinin parametrlərindən, həm də bütövlükdə kompüter sisteminin özəlliklərindən asılı olur. Adətən, prosessoru və yaddaşı birləşdirən şinin (verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik keçiriciləri) tezliyi prosessorun işləmə tezliyindən bir neçə dəfə az olur ki, bu da prosessorun işində gecikmələrə səbəb ola bilir. Bu gecikmələrin təsirini azaltmaq üçün prosessor xüsusi yaddaşla – keş-yaddaşla təchiz olunur. Prosessorun mikrosxeminə yerləşdirilən və tutumu o qədər də böyük olmayan keş-yaddaş onun tezliyində işləyir. Operativ yaddaşdan oxuma-yazma zamanı verilənlərin kopiyası keş-yaddaşa yazılır. Prosessor həmin verilənlərə yenidən müraciət etdikdə onlar birbaşa keş-yaddaşdan götürülür. Bu da qeyd olunan gecikmələri aradan qaldırır. Kompüterin prosessorunun və operativ yaddaşının sürət göstəriciləri hesablama məsələlərinin sürətlə aparılmasında mühüm rol oynayır. Ancaq, bildiyiniz kimi, bu gün fərdi kompüterlərin istifadə olunduğu sahələr təkcə hesablama məsələləri ilə məhdudlaşmır. Ona görə də kompüter sisteminin məhsuldarlığına başqa faktorlar da təsir göstərir:
— operativ yaddaşın həcmi
— xarici yaddaşın həcmi
— videosistemin məhsuldarlığı Kompüterin sürətinə təsir edən amillərdən biri də onun operativ yaddaşının (RAM) hәcmidir. Müasir kompüterlər çoxtapşırıqlı rejimdә işləyir. Eyni anda çalışan hər bir məsələ (proqram) üçün əməliyyat sistemi operativ yaddaşda ayrıca sahə ayırır. Bütün məsələlərin tələb etdiyi yaddaşın ümumi həcmi mövcud operativ yaddaşın tutumundan çox olarsa, əməliyyat sistemi əlavə yaddaşı sərt diskdə formalaşdırır. Ancaq operativ yaddaşla müqayisədə sərt diskə müraciət sürəti yavaş olduğundan bu, bütün kompüter sisteminin sürətini aşağı salır. Kompüterə əlavə operativ yaddaş modullarının artırılması belə əməliyyatların zəruriliyini azaldır və bütövlükdə sistemin sürətini yüksəldir. Kompüterin başlıca xarakteristikalarından biri də onun sәrt diskinin tutumudur. Proqramların və verilənlərin uzun müddətə saxlanması üçün nəzərdə tutulmuş bu disklərin tutumu yetərli olmadıqda daha böyük tutumu olan disklərə ehtiyac yaranır. Kompüterdə iş zamanı daim monitorun ekranına baxmaq lazım gəldiyindən monitor – videoadapter birləşməsinin düzgün seçimi çox önəmlidir. Burada başlıca göstərici bir saniyәdәki kadrların sayıdır. Bu tezlik bir saniyədə 70 kadrdan az olduqda insanın gözü (və ya beyni) ekranda görüntünün titrəməsini hiss edir ki, bu da tez yorğunluğa səbəb olur. Kompüterlərin yuxarıda göstərilən və digər parametrlərini təsvir etmək üçün xüsusi yazılışdan istifadə olunur. Latın hərfləri və rəqəmlərin «qarışığından» ibarət olan və parametrləri bir-birindən vergüllə və ya “\” simvolu ilə ayrılan belə yazılışlarla kompüter alan hər kəs rastlaşır. Məsələn, verilmiş noutbuk nümunəsində ilk olaraq prosessorun modeli (Intel Core i3-3217U) və onun takt tezliyi (1,7 GHz) göstərilib. Sonra operativ yaddaşın tutumu və modeli (4GB DDR3L), ardınca isə sərt diskin tutumu (500 GB HDD) verilib.
Kompüterlərin aparat təminatının inkişafı çox böyük sürətlə gedir. Onların orta xarakteristikaları ilbəil dəyişir. 2015-ci ildə fərdi kompüterlərin prosessorlarının takt tezliyi 4 GHs təşkil edir. Ümumi təyinatlı kompüterlərin operativ yaddaşının həcmi artıq bir neçə giqabayt olur. Mürəkkəb məsələlərin həlli üçün nəzərdə tutulmuş xüsusi kompüterlərdə isə bu göstərici 16 giqabayta çatır. Sərt diskin tutumu isə 500 GB-dan başlayır.
Müəllif: Mahmudzadə Ramin Əli Nazim oğlu, Sadıqov İsmayıl Calal oğlu,İsayeva Naidə Rizvan qızı
Mənbə:İnformatika Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik
- Teqlər:
- Kompüter
- , kompüter terminləri
- , kompüterdən istifadə
- , notebook
- , kompüterin hissələri
- , Kompüterin arxitekturası
Hamiləlik pozan dərmanlar
Hamiləlik pozan dərmanlar – mayalanmadan sonra erkən dövrlərdə (hamiləliyin 5-6-cı həftəsinə qədər) istifadə olunur. Hamiləliyin bu üsulla dayandırılması qeyri-cərrahi metod olub, medikamentoz abort adlanır. Belə hallarda sintetik hormonal preparatlar – antiprogestinlər (Mifegin, Mifeproston, Penkroftan) qəbul edilir. Adı çəkilən dərmanlar yalnız ginekoloqun təyinatı və nəzarəti altında içilməlidir.
Hamiləlik pozan dərmanlar üçün göstərişlər
Medikamentoz abortun instrumental üsuldan başlıca üstünlüyü cərrahi müdaxilənin və onunla bağlı fəsadların (uşaqlıq boynu və uşaqlığın travması, hormonal stress, infeksiyalaşma, ikincili sonsuzluq və s.) olmamasıdır. Doğuş keçirməyən cavan qadınlarda hamiləlik pozan dərmanlar məqsədəuyğundur.
Medikamentoz yolla hamiləliyin sonlandırılması aybaşı gecikməsindən 42 gündən artıq keçmədikdə icazəlidir. Bu dövrdə hələ döl yumurtası uşaqlığın divarına zəif yapışır, qadın orqanizmində güclü hormonal dəyişikliklər baş vermir.
Hamiləlik pozan dərmanlar və onların effektivliyi
- hamiləliyin 2-3-cühəftəsində – 98%;
- 5-ci həftədə – 93%;
- 6-cı həftədə – 89%.
Həmin preparatların təsir mexanizmi antiprogesteron effektə əsaslanır: progesteronun əzələ qişası, desidual qişa və trofoblastın reseptorları səviyyəsində blokada olunması; trofoblastın inkişafının dayanması; desidual toxumanın qopması. Bu proseslər klinik olaraq, aybaşıyabənzər uşaqlıq qanaxmaları və hamiləliyin sona çatması ilə təzahür edir.
Hamiləlik pozan dərmanlar üçün əks-göstərişlər
- uşaqlıqdan kənar hamiləlikdən şübhələnmə;
- anemiya və qanın laxtalanmasının pozulması;
- iri ölçülü fibromioma;
- böyrəküstüvəzi, böyrək və qaraciyər çatışmazlığı;
- şəkərli diabet, bronxial astma və digər ağır xəstəliklər;
- kəskin iltihabi proseslər;
- kortikosteroid hormonların uzunmüddətli qəbulu.
Nisbi əks-göstərişlərə isə uşaqlığın çapığı, uşaqlıqdaxili spiral fonunda hamiləlik aiddir.
Hamiləlik pozan dərmanlar necə içilir?
Pasiyent hamiləliyi medikamentoz üsulla pozmaq üçün həkimə müraciət etdikdə ilk növbədə ginekoloji baxış keçirilir. Sonra isə bəzi müayinələr (USM, vaginal yaxmanın floraya görə analizi) aparılır.
Heç bir əks-göstəriş olmadıqda hamilə qadın ginekoloqun yanında dərman (məsələn Mifepriston) qəbul edir. Hamiləliyi dayandırmaq üçün Mifepriston 1 neçə qaydada içilir:
- monoterapiya — bir dəfəyə 3 tablet (600 mq);
- prostaqlandinlərin analoqu ilə kompleks şəkildə — 3 tablet (600 mq) Miferistonun qəbulundan 48 saatdan sonra 400 mkq Mezoprostol içilir.
1-1,5 saat ərzində həkim pasiyentin vəziyyətinə nəzarət edir. Hər şey qaydasında olduqda onu evə buraxır.
Hamiləlik pozan dərmanlar necə təsir edir?
Preparatın təsiri klinik olaraq, 24-48 saatdan sonra özünü büruzə verir: uşaqlıq yolundan adi aybaşı intensivliyində qan axmağa başlayır. Dinamik baxış və prostaqlandin (Mezoprostol) qəbulu üçün 2 sutkadan sonra qadın yenidən ginekoloqun yanına gəlməlidir. Dərmanın təsirindən uşaqlıq əzələləri yığılır, döl yumurtası ana bətnindən xaric olur. Qanaxma ağrı hissi ilə müşayiət oluna bilər.
Hamiləliyin müddətindən asılı olaraq, qanaxma 10-14 gün davam edir. Müddət nə qədər çox olarsa, qanaxmanın intensivliyi bir o qədər güclü olur. Bəzi hallarda hemostatik terapiya və ya uşaqlıq boşluğunun qaşınması tələb oluna bilər. 10-14 gündən sonra kontrol baxış zamanı USM aparılır. Onun köməyilə döl yumurtasının tam xaric olduğu yoxlanılır. Natamam abortlarda döl qalıqlarının vakuum aspirasiyası icra olunur.
Hamiləlik pozan dərmanlardan sonra
Medikamentoz abortdan sonra 2 həftə ərzində qadın öz halına diqqət yetirməlidir. Qızdırma, güclü ağrı və gur qanaxma olduqda mütləq ginekoloqla əlaqə saxlamalıdır. Bərpa dövründə stress, soyuqdəymə və fiziki yüklənmələrdən uzaq durmaq lazımdır.
14 gün müddətində uşaqlıq yolunu şırınqa ilə yumaq, vanna qəbul etmək, su hövzələrində çimmək qadağandır. Növbəti aybaşıya qədər cinsi əlaqədə olmaq məsləhət görülmür. Bu dövrdə hamiləlikdən qorunma vasitəsi seçilməlidir. Medikamentoz abortdan sonra 3 aybaşı sikli ərzində ginekoloqun müayinəsi tövsiyə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.