Saç tökülməsi qorxusunu necə dəf edə bilərəm
Saça qulluq vasitəsini doğru seçin. Sizə uyğun olmayan şampun və ya balzam köklərin strukturunu korlayır, zamanla saçlar tökülməyə başlayır. Odur ki, saç tipinizə müvafiq və eləcə də təbii komponentlərlə zəngin şampunlardan, balzamlardan istifadə edin.
Saçları tökülməsinin qarşısının alınması yolları
Saçlar stressdən, xarici faktorlardan (hava, kimyəvi buruqlar, fenvə s.),genetik meyillilikdən, immunitetin zəif olmasından, narkoz qəbulundan, doğuşdan və zəif qulluqdan tökülə bilir. Saç tökülməsi daxili xəstəliklərlə bağlı olduqda həmin xəstəliyi müalicə etmək lazımdır.
Saç tökülməsinın qarşısını xalq təbabəti üsullarından istifadə edərək almaq olar:
1. Saçları yumazdan əvvəl onun diblərinə gənəgərçək yağı çəksəniz, saçların dibi möhkəmlənər və tıkülməsi dayanar. Bir neçə dəfə istifadədən sonra tökülmüş hissələrdə tük bitdiyinin də şahidi olacaqsınız. Bu kompressdən xüsusi ilə saçları tökülməyə meyilli olan kişilər istifadə edə bilər.
2. Saç tökülməsinin qarçısını almaq üçün gənəgərçək yağı və yumurta sarısından hazırlanan maska köməyinizə çatacaq. Bir yumurta sarısı 1 xörək qaşığı gənəgərçək yağı ilə qarışdırılıb quru, yuyulmamış saçlara çəkilir . Kompress 40 dəqiqə sonra sabunla yuyulmalıdır. Proseduru ayda bir dəfə etmək olar.
3. Bir xörək qaşığı aloye şirəsi və bal, bir çay qaşığı gənəkərçək yağı qarışdırılıb saçın dibinə sürtülür, yarım saat sonra yuyuıur. Bu maska quru saçlara yaxşı təsir göstərir.
4. Süd məhsulları B vitamini ilə zəngin olduğundan saçları uzadır. Saçlara həftədə bir dəfə qatıq maskası etmək olar. Şampun seçən zaman onun tərkibinə fikir verin. Əgər şampunun tərkibində gənəkərçək, ayıpəncəsi yağı, həmçinin jojoba və avokado yağı varsa bu, saç diblərini möhkəmləndirir və saçları uzadır.
Qurumuş və yapıxmış saçlar.
Saçların parlaq olması və yaxşı qidalanmış saşlara sahib olmaq istəyirsinizsə 2 qaşıq zeytun yağını isidib, saçınızın dərisinə sürtüb, ehmalca masaj edin. Xovlu dəsmalı isti suda isladıb sıxın və başınızı həmin dəsmalla sarıyın. Dəsmal soyuduqca eyni əməliyyatı bir neçə dəfə təkrar edin. Sonra saçlarınızı yuyub, qurulayın.
Gözəllik və Moda Baxılıb: 36861 Tarix: 24 aprel 2015
Digər yazılar
Çay insanı gözəlləşdirir
Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər. Çində çay əvvəllər də dərman kimi istifad
Dırnaq maskaları
Dırnaqları ağartmaq üçün maska. Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır. Dırnaqlara qullu
Gözəl saçlara sahib olaq!
Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan
Saç maskaları
Quru və normal saçlar üçün maskalar. Çörək maskası. – Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu. Bal maskası. – 1 xörə
Yağlı və quru dərilər üçün losyon resepti
Quru dərini yumşaldan losyon. Kosmetologiyada gənəgərçək yağını hələ qədim misirlər istifadə edirdilər. Müasir kosmetoloqlar da onu öz reseptlərinin tərkibinə daxil ediblər. Tərkib: gənəgərçək və qarğıdalı (yaxud zeytun v
Bu maskalarla dəriniz yenilənəcək, körpə dərisi kimi hamar dəriyə sahib olacqsınız
Vitaminli cavanlaşdırıcı maska. Xiyarı xırda gözlü rəndədən keçirin və bir xörək qaşığı xiyar püresinə bir xörək qaşığı yaxşı yetişmiş və əzilmiş qarağat əlavə edin. Qarışdırın və üzərinə bir xörək qaşığı xama əlavə edin
Saçların tez uzanması üçün sprey
Tərkibi:. Bütün otlardan 1 çay qaşığı götürmək lazımdır. – Cobanyastığı. – Qoyunqıran. – Yatıqqanqal. – Nanə. – Gülümbahar. – Gicitkən. – Pıtraq. 1 çubuq darçın. 3 ədəd hil. 1 banka jenşen məhlulu. Nikotin turşusu (ampulada)
Xına ilə 10 maska
1) 2 xörək qaşığı xınanı 100 ml isti qatıqla qarışdırıb 15 dəqiqə saxlayın və saçlara çəkib, 40 dəqiqə gözləyin. Saçlarınız möhkəmlənəcək, həcm və parlaqlıq əldə edəcək. 2) 2 xörək qaşığı xına, 1 çay qaşığı tütün və 5-7 mixə
Əllərdəki çatlara qarşı maz
Bu maz əllərə canlandırıcı təsir göstərir, çatlardan azad edir. 1 litr qaynar suda 2 xörək qaşığı duzu həll edin. Əlləri bu məhlulda 10 dəqiqə saxlayın. Sonra məhluldan çıxartıqdan sonra əlləri yumadan ovcunuza bir qədə
Saç tökülməsi qorxusunu necə dəf edə bilərəm
Saç tökülməsinin təbii yollarla qarşısının alınması
Son zamanlar qadınlar və kişilərin ən çox şikayət etdiyi problemlərdən biri də saç tökülməsidir. Bunun da səbəbləri düzgün qidalanmama, vitamin çatışmazlığı və stress ola bilər.
Biz bu yazımızda həm saç tökülməsinə qarşı təbii maskalardan, həm də bunun qarşısını almaq üçün hansı qidaları qəbul etməli olduğunuzdan bəhs etmişik. Siz bunlardan istədiyiniz üsulu davamlı olaraq tətbiq etməklə saç tökülməsinin qarşısını ala bilərsiniz.
Zəncəfil maskası
Çay qaşığı böyüklüyündə zəncəfilin qabığını soyub rəndələyin. Suyu ilə birlikdə saçlarınızın dibinə masaj edərək yeridin. Sonra saçınızı streç ilə sarıyın. Bir saat saxladıqdan sonra saç tökülməsinə qarşı olan şampunla yuyun. Bu maskanı həftədə iki dəfə edə bilərsiniz.
Zeytun yağı maskası
Bildiyimiz ən qədim saça qulluq vasitələrindən biri həftədə bir dəfə saça zeytun yağı sürtməkdir. Saçları qidalandıran E vitamini ilə zəngin olan zeytun yağı saç tökülməsinin qarşısını almaqla yanaşı, yeni saçların çıxmasına və saçın daha parlaq və güclü olmasına şərait yaradır.
Zeytun yağını saçın diblərinə və uclarına masaj edərək yaxın. Yenə saçınızı streç ilə sarıyın. Bir saatdan sonra şampun ilə yuyub durulayın. Bu maskanı həftədə bir dəfə etmək olar.
Kök maskası
B vitamini ilə zəngin olan kök həm saç tökülməsinin qarşısını alır, həm də saçların sürətlə uzanmasına kömək edir.
Bir orta boyda kökü rəndələyib bir stəkan suda qaynadın. Soyuduqdan sonra buna bir yumurta sarısı da əlavə edib yaxşıca qarışdırın. Alınan qarışığı saçın köklərinə və uclarına yaxıb iri dişli daraqla darayın. Sonra yenə saçlarınızı streçlə sarıyın. Saçınızda bir saat saxlayın. Saçınızı əvvəlcə ilıq su ilə yuyun, daha sonra tökülmə əleyhinə olan şampunla yuyub durulayın.
Hindistan qozu yağı maskası
Ən yeni və təsirli saç maskalarından biri Hindistan qozu yağıdır. Marketlərdə və ya ədviyyat dükanlarında satılan bu yağ həm saç tökülməsinin qarşısını alır, həm də yeni saçların çıxmasına kömək edir və saçların tez uzanmasını təmin edir.
1 yemək qaşığı yağı əlinizə tökün, əllərinizi bir-birinə sürtərək əridin və saç uclarına və diblərinə masaj edərək yaxın. İri dişli daraqla darayıb streçlə sarıyın. Bir saat gözlədikdən sonra azca ilıq su ilə isladın. Sonra qidalandırıcı şampunla yuyub durulayın. Bu maskanı həftədə 2-3 dəfə edə bilərsiniz.
Bu maskalarla yanaşı saç tökülməsinin qarşısını almaq üçün qidalanmanıza da fikir verməlisiniz. Saç tökülməsinin əsas səbəbi bədəndə vitamin, sink, biotin və protein azlığıdır. Bunun üçün maskalardan istifadə etməklə bərabər saç tökülməsinin qarşısını almağa kömək edən qidaları da gündəlik rasionunuza əlavə etməlisiniz.
Bu qidalar aşağıdakılardır:
- Qoz
- Fındıq
- Badam
- Kök
- Zəncəfil
- Sarımsaq
- Yumurta
- Yulaf
- Yaşıl noxud
- İspanaq
- Qırmızı ət
- Toyuğun döş əti
- Hinduşka əti
Beləliklə, bu qidalardan müntəzəm şəkildə qəbul etməklə və bu maskaları davamlı olaraq tətbiq etməklə sizi narahat edən saç tökülməsi probleminə son qoya bilərsiniz.
Saç tökülməsinin qarşısını necə almaq olar?
Parlaq, yumşaq, həcmli saçlar qadınları cazibədar edir. Saç parıldadan maskalar, seyrək saçlar üçün maskalar, balzamlar, serumlar əsas qulluq vasitələrindən sayılır. Bəzən isə bu cəhdlər işə yaramır. Saçlar solğunlaşır, zəifləyir və tökülür.
Bəs saç tökülməsinin qarşısını necə almaq olar? Bu suala irəlidə cavab verəcəyik.
Saçların tökülməsinin qarşısını necə almaq olar?
Saçınızı hər gün yumayın. Şübhəsiz ki, hər kəs gözəl görünmək istəyir. Saçı yuduqdan sonra effekt 1 sutka qalır, artıq ertəsi gün həcm itir. Ancaq saçınızı hər gün yuduqda tükləri örtən lipid müdafiə qatı da itir, köklər yağlanır.
Nə qədər tez yusanız, tellər bir o qədər çox yağlanacaq. Yağlı saçlar da tez tökülür. Bu səbəbdən başınızı 1 gündən bir yuyun.
Saça qulluq vasitəsini doğru seçin. Sizə uyğun olmayan şampun və ya balzam köklərin strukturunu korlayır, zamanla saçlar tökülməyə başlayır. Odur ki, saç tipinizə müvafiq və eləcə də təbii komponentlərlə zəngin şampunlardan, balzamlardan istifadə edin.
Saç tökülməsinin qarşısını necə alım?
Saçınızı gündə 2 dəfə: səhər və axşam darayın. Plastik və ya taxta dişli daraqlara üstünlük verin. Saçları tez-tez daradıqda yağlanar. Əks halda isə keyfiyyəti pozulur. Orta tezliyi tutmağa çalışın. Ən əsası saçlarınızı həmişə eyni istiqamətdə daramayın.
Saç tökülməsinin qarşısını necə almaq olar – fendən az istifadə edin
Hər gün havalı və ya ütü fenlə saçları düzləşdirmə onları yandırır, qırır və zəiflədir. Nəticədə saçlar tökülür. Mütəxəssislər düzləşdirməni həftədə 2 dəfədən çox təkrarlanmamasını məsləhət görürlər. Həmçinin termomüdafiə vasitələrini də unutmayın. Əlavə olaraq, yanmış saçlar üçün maskalar tətbiq edə bilərsiniz.
Saçınızı külək, günəş və soyuqdan qoruyun
Günəş şüaları, soyuq hava və küləyin təsirindən tük soğanaqları zəifləyir və tökülür. Belə hallara yol verməmək üçün küçəyə çıxarkən mütləq başınızı örtün.
Vədlərə inanmayın, reklam qurbanı olmayın
Gözəllik sahəsində hər dəfə yeni üsullar ortaya çıxır. Salon ustalarının təklif etdiyi kimyəvi və mexaniki prosedurlara çox uymayın. Belə təsirlər saçlar üçün böyük stress və zərbədir. Onlar bir müddətdən sonra saçınızın şiddətli tökülməsi ilə nəticələnə bilər.
Saç tökülməsinin qarşısını necə almaq olar – sağlam və düzgün qidalanın
Ayaq üstü, tələsik qidalanma, yağlı xörəklər, ağır pəhrizlər tükləri zəiflədir. Onlar yaşama qabiliyyətini itirərək, solğunlaşır. Saçların tökülməməsi üçün qida rasionunuzda kifayət qədər zülal, tərəvəz, meyvə-tərəvəz və göyərtinin olmasına diqqət yetirin.
Saç tökülməsinin qarşısını necə almaq olar – vitamin için
Fəsil dəyişdikdə, xüsusən də qış aylarında immunitet zəifləyir. Bu da özünü saçların qırılması, seyrəkləşməsi ilə büruzə verir. Saç tökülməsinə qarşı şampunlar tökülməni dayandırmırsa, selen, kalsium, maqnezium, sink, A, E, B, D vitaminləri ilə zəngin preparatlar qəbul edin.
Xülasə
Sadaladığımız üsullardan fayda görmədikdə saç tökülməsinin qarşısını almaq üçün dermatoloq, həkim kosmetoloq və ya trixoloqla məsləhətləşin.
Comments are closed, but trackbacks and pingbacks are open.