Press "Enter" to skip to content

Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti

Avtonəqliyyatı vasitələri ilə daşıma xidməti (yük yaxud sərnişin) göstərən şəxslərə daşınma növündən asılı olaraq VM-in 220.5 maddəsi ilə müəyyən edilmiş ölçü vahidinə aylıq sabit dərəcə tətbiq olunur. Bu zaman belə xidmətin göstərildiyi əraziyə uyğun əmsallardan istifadə edilir.

Internetden qazanc vergisi

salam, internetden pul qazananda vergisin vermek isteyirem ama hesabat söhbətini başa düşmədim heç özümdə bilmirəm nə işi görürəm nə iş gəldi edirəm yəni hesabatə verende nece deyecem ki ne işi gördüm onlar nə başa düşəcəklər tutalım biri gəlir hosting aldırır hansısa firmadan sayt qurdurur, biri gəlir saytı daşıtdırır sonra başqa başqa işlər adi kiçik köməklər edirəm indi mən nece edim ki nəsə yazmadan pulu aldım deyek vergsiin ödəyə bilərəm yəni hesabata təkcə qazanc yazılsa.

Yəni demək istədiyim budur ki nə iş gəldi görürəm fərqi yoxdur kim nə verdi onu edirəm yəni oturub hamısın hesabata yazmağa bilmirəm necə olacaq. Tutalım gündə 2 fərqli iş gəlir.

Sualı verdi: Tamerlan Mammadov ( 25/10/2018 )
Kateqoriya: Sual . internet, qazanc, vergi. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Bunun üçün xüsusi xana var fəaliyyət növündə. Sektoru seçirsiniz, orada DİGƏR xanası olur, ora yazırlar. Və ya sektor belə yoxdursa, hər sahədən iş görürsünüzsə, o zaman heç bir sektora aid olmayan DİGƏR xanası da olur.
Yəni hamısı düşünülüb bunların.
Şirkətlərçün iş görəndə onlar sizə pulu bank ilə köçürməlidir, siz də e-qaimə göndərməlisiniz asan imza ilə.
Yox əgər fərdi şəxslər üçün görürsünüzsə, o halda əllə çek yaza bilirsiniz və bir nüsxəsi sizdə qalır (mətbəədən almaq olur, 100 və ya 500 dənəlik. Ucuzdur) Hesabatı da o çeklərin cəminə görə verirsiniz.
Bəzi sahələr var ki, orada çek də olmur (bərbər, marşrut, taxi və.s.) orada artıq təyin edilən sabit vergi ödənilir. Yəni sadəcə 3 ayda bir deyilən vergini ödəyirisniz.
İstənilən halda, işi kökündən çözmək və fəaliyyətinizi qanuni etməlk üçün iki addım atmalısınız:
1. Vergilən nazirliyiniz ərazinizdə olan şöbəsinə gedib fəaliyyətinizi izah edib ona uyğun VÖEN əldə etmək.
2. Bir mühasib ilə anlaşıb hesabat işlərində kömək istəmək. Ki ya sizin yerinizə həmişə o həll etsin bütün işləri (3 ayda bir 50-100 azn ödəniş müqabilində), ya da bir dəfə üçün sizə kurs kimi hamısını öyrətsin, sonra siz özünüz edəsiniz bütün işləri. Amma mühasib ilə etmək daha sağlam yoldur, heç bir narahatlığınız qalmır ki birdən nəsə qanunsuz olar, cərimə gələr və.s.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

İndi belə bir şey varda mən indi evdə oturub başqa ölkəyə iş görəndə (oturub dəqiqə başı öz özümə çek yazmalıyam?) mənə webmoneylə ve.s ödəyirlər pulu yəni bankla almıram çoxusun pulu çəkəndə isə webmoneydən çəkirəm. Yəni belə eləmək olmaz ki məsələn bütün pul yığıldı ayda 2 3 dəfə çəkim o pulu təkcə deyək ki 1000 dollar ı 300 300 400 çəkmişəm və 30 40 dənə iş görmüşəm. Onları yazmaq yerinə isə təkcə 300 300 400 ü 3 iş kimi yazıb göstərəbilərəm ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Mən pulu çəkəndə bank hesabıma pul 2-3 dəfə girir deyə mən dövlətə onu 3 iş görmüşəm kimi göstərsəm nəsə bir problemi olmaz ki? birdə mən indi vöen alsam köhnə işlərim (köhnə işlər bele çox deyil illik 7 8min olar)in vergilerinidə məcbur ödətdirməzlər? bir dəki vergi 2%dir?

O dediyim köhnə işlərində bəziləri western union ilə olub ama məncə western union qazanca aid deyil? dosta göndərilmiş kimi olur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Yo mən dediklərim daxildəki işlər üçündür. Xaricdə görülən işə təbii ki çek yazmırsınız və iş sayı da göstərmirsiniz.
Sadəcə 3 ayda cəmi nə qazanmısınız onu göstərirsiniz və vergini verirsiniz. Yəni ən sadə formada. Heç bir detal lazım deyil ki neçə iş olub hərəsindən nə qədər almısınız.
Sadəcə bir ƏMMA var bu işdə.
Əgər pul VÖEN üzrə açılan hesaba gəlsəydi bütün məsələlər həll olmuş olardı sual da qalmazdı.
Siz pulu dolayı yollarla çəkirsiniz deyə bir az boşluq yaranır burada.

Əslində xaricdə bu işlər çoxdan həllini tapıb, bizdə qanunda bir az boşluq var bu məsələdə.
Məsələn xaricdə belədir – sizdə pul hara gəlir gəlsin fərq etmir, siz sadəcə dürüst davranıb bəyan edirsiniz gəlirinizi və vergini ödəyirsiniz. Dürüst davranmaq üçün də yetərincə əsas var. Çünki qərb dövlətlərinin bütün internet pul sistemlərinə əlyetərliliyi var, və tutaq ki 5 ildə bir dəfə yadlarına düşəndə sizin hesabı yoxlayıb asanlıqla bilə bilirlər ki siz bütün pul sistemlərindən nə qədər pul qazanmısınız.

Bəs bizdə necədir , bizdə qanunda ancaq o var ki, rəsmi hesabınıza gəlir pul, vergi ödəyirsiniz. Belə dolayı yollarla gələn pullar üçün isə qeyri rəsmi və praktikada istifadə edilən iki yol var
– bu tip gəlirlərdən heç bir vergi verməmək – düzgün olmayan yol olsa da əksəriyyət belə edir, yəqin siz də bilirsiniz bunu.
– bu tip gəlirləri eynən xaricdəki kimi dürüstcə bəyan edib 4% vergini vermək – burada tək problem odur ki, rəsmi gəliriniz nazirliyin sistemində sıfır kimi gedir, amma siz vergi verirsiniz. Ziddiyyət olur bir növ. Bunun rəsmi həlli nədir, mən də bilmirəm. bir xeyli mühasibdən soruşmuşam bu məsələni – ümumi cavab bu olub ki bəyan edib vergini vermək hər halda ən doğru yoldur. Rəsmi hesaba gəlməsə belə. Amma rəsmi yol dediyim kimi yoxdur.

Bəlkə də var, biz bilmirik, siz də xüsusi halda maraqlana bilərsiniz bununla. 195-ə zəng edib məsələni təsvir edin, deyin ki gəlir əldə edəcəyim saytların hərəsinin öz ödəmə sistemi, kartı və.s. var, ona görə də rəsmi VÖEN hesaba pul göndərməm mümkün deyil. Bu halda nə məsləhət görürsünüz qanuni olaraq ən doğru yol nədir bu halda?

Nə cavab versələr bura da yazarsınız, bəlkə əlavə faydalı nəsə demiş olarlar.

Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti

Sadələşdirilmiş vergi necə hesablanır? İstənilən vergi növündə olduğu kimi, yəni sadələşdirilmiş verginin hesablanması zamanı ödəniləcək məbləği hesablamaq üçün vergitutma bazası və tətbiq edilən vergi dərəcələri müəyyən edilməlidir, belə ki, sadələşmiş vergi məbləği onların hasilinə bərabərdir. AR Vergi Məcəlləsinin 12-ci maddəsində vergitutmanın əsas elementləri kimi xarakterizə edilir. Sadələşdirilmiş verginin vergitutma bazası “vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir” (maddə 12.4). Bunu nümunələrlə izah edək:

Nümunə 1: Məcəllənin 218-ci maddəsinə uyğun hasilatdan sadələşmiş vergi ödəyicisi olmaq hüququna malik şəxslər üçün vergitutma obyekti ümumi hasilatın, habelə ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna olmaqla satışdankənar gəlirlərinhəcmidir. Bəs öz məhsullarını satan kənd təsərrüfatı məhsullarının istehsalçılarında sadələşdirilmiş vergi necə hesablanır? Belə ödəyicilər qeyd edilən maddəni tətbiq edərkən VM-in 218-1.1.1. maddəsin i nəzərə alınmalıdırlar: bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin həmin məhsulların satışından əldə etdiyi hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddır, yəni bu şərtlər daxilində onların sadələşdirilmiş verginin hesablanması üçün vergitutma bazası “0”-dır.

Nümunə 2: Xüsusi mülkiyyətindəki yaşayış sahələrini təqdim edən fiziki şəxslər üçün həmin yaşayış sahəsi sadələşmiş verginin vergitutma obyektidir (VM, maddə 219.3-1). Vergitutma bazası müəyyən edilərkən isə həmin sahə 30 kvadratmetr azaldılır (VM, maddə 218-1.1.5.3).

  • faiz dərəcələri vasitəsi ilə;
  • sabit vergi məbləğləri vasitəsi ilə;
  • düstur tətbiq etməklə.

Sadələşdirilmiş vergi dərəcəsi, onun tətbiq istiqamətləri haqqında buradan ətraflı oxuya bilırsiniz.

Sadələşdirilmiş verginin hesablanması qaydası

  1. hər hesabat dövrü üçün ( hesabat dövrü rübdür) həmin dövrün ümumi hasilatına Məcəllənin 220-ci maddəsinə uyğun vergi dərəcəsi tətbiq etməklə sadələçdirilmiş vergi hesablanır;
  2. yuxarıdakı qayda 218.4-cü maddəsi ilə müəyyən edilən məcburi bu vergi ödəyicisi olan şəxslərə aid deyil;
  3. hüquqi şəxslərin və fərdi sahibkarların bank hesabından nağdılaşma zamanı, hər dəfə çıxarılan məbləğə 1 faiz dərəcə tətbiq edilməklə, banklar tərəfindən sadələşmiş vergi hesablanması həyata keçirilir.

“İkinci sətirdə qeyd edilmiş vergi ödəyicilərində sadələşdirilmiş vergi necə hesablanır?” sualına növbəti bölümdə ətraflı cavab verilib. Hələ ki, nümunələr əsaslında digər hallar üçün sadələşdirilmiş vergi hesablaması qaydasına baxaq.

Nümunə 3: Pərakəndə satışla məşğul olan fərdi sahibkarın rüblük dövriyyəsi 14000 manat olub. Sadələşdirilmiş verginin hesablanması belə olacaq:

14000 * 2% = 280 manat.

Nümunə 4: “ABC” MMC topdansatış ticarəti ilə məşğul olur. Rüblük dövriyyəsi 30000 manatdır. Nə qədər sadələşmiş vergi ödəməlidir?

Topdansatış qaydasında malları təqdim edən şəxslər bu verginin ödəyicisi deyil.

Nümunə 5: Kənd təsərrüfatı məhsulları istehsalçısı olan şəxsin rüb ərzində satışdan daxilolmaları 45000 manatdır. Bundan 30000 manatı öz istehsalı, qalanı isə qonşu təsərrüfatlardan alaraq satdığı kənd təsərrüfatı məhsullarıdır. Sadələşdirilmiş vergi dərəcəsi hansı məbləğə tətbiq ediləcək?

Nəzərə alsaq ki, k/t məhsullarının istehsal edən şəxsin özünün istehsal etdiyi təsərrüfatı məhsullarının satışından hasilat 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşmiş vergidən azaddır, sadələşdirilmiş verginin vergitutma bazası belə olacaq: 45000-30000 =15000 manat

Məcburi sadələşdirilmiş vergi ödəyicilərində hesablamalar

  • faiz dərəcəsi;
  • sabit vergi məbləği;
  • düstur tətbiq etməklə aparıla bilər.

İdman-mərc oyunları, habelə lotereya satışı zamanı, operator, təşkilatçı və satıcılara faiz dərəcəsi tətbiq olunur. Bəs sadələşdirilmiş vergi necə hesablanır? Həmin hesablamalar haqqında buradan məlumat verilib.

Avtonəqliyyatı vasitələri ilə daşıma xidməti (yük yaxud sərnişin) göstərən şəxslərə daşınma növündən asılı olaraq VM-in 220.5 maddəsi ilə müəyyən edilmiş ölçü vahidinə aylıq sabit dərəcə tətbiq olunur. Bu zaman belə xidmətin göstərildiyi əraziyə uyğun əmsallardan istifadə edilir.

Sabit dərəcə ilə hesablama muzdlu işçi cəlb etmədən Məcəllənin 220.10 maddəsində qeyd edilən fəaliyyətlə fərdi qaydada məşğul olan fiziki şəxslərə də tətbiq edilir. Hesabaalmalarda ərazilər üzrə əmsallardan istifadə edilir. Buraya keçid etməklə hesablama nümunələri ilə tanış olmaq olar.

Düstur tətbiq etməklə sadələşdirilmiş verginin hesablanması f iziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış, habelə torpaq sahələrinin alqı-satqısı zamanı ödəmə mənbəyində notariuslar tərəfindən istifadə edilir.

Ödəmə müddəti, hesabatlılıq

  • bəyannamə təqdim edir;
  • hesablanmış vergini dövlət büdcəsinə ödəyir.
  • sadələşdirilmiş vergi ödəyicisi fəaliyyətini dayandırarsa;
  • hüquqi şəxsin ləğvi yaxud fərdi sahibkarın fəaliyyətinə xitam verilərsə.

İdman mərc oyunlarının operatoru və satıcıları, habelə lotereya təşkilatçıları və lotereya satıcıları da sadələşdirilmiş verginin hesablanmasını Məcəlləyə uyğun hesabat rübü üzrə aparır, müvafiq forma üzrə bəyannamə təqdim edir, uyğun məbləği dövlət büdcəsinə ödəyirlər.

Hesabatı necə yazmalı?

Ərəb mənşəli hesabat sözünün mənası “hesab” sözünün cəmi olub, verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı şəkildə və ya şifahi verilən rəsmi məlumatdır.

Hesabat idarə və təşkilatın, habelə mülki şəxslərin yuxarı təşkilatlar və ya vəzifəli şəxslər qarşısında götürdükləri cari, illik və beşillik işin nəticələri haqqında məlumat verilməsidir. Hesabat hüquqi sənəd deyil, amma istintaq zamanı bir mənbə kimi hesabatlardan istifadə olunur. Hesabat öz işini hesablayıb, sistem şəklində təqdim etməyə deyilir. Dediyimiz kimi, hesabatı cavabdeh müəssisə və ya şəxs qarşısında məsul olduğu yuxarı idarə və ya şəxsə verir.

Hesabat verənin bütün gördüyü işlər dolğun şəkildə, ardıcıl olaraq şərh edilməlidir. Yerinə yetirilməyən işin səbəbi göstərilməlidir. Hesabatda bütün faktlar və rəqəmlər dürüst verilməli, cümlələr aydın olmalıdır. Hesabat yalnız yazılı şəkildə tərtib edilir. Şifahi hesabat verilmir.

Hesabatların növü çox olduğu kimi məzmunu da müxtəlif ola bilər. Amma bütün hesabatların forması, demək olar ki, eyni olur.

Əvvəlcə hesabat verən idarənin, müəssisənin, şöbənin, mülki və ya hüquqi şəxsin və ya şəxslərin kimliyi haqqında məlumat, sətrin ortasında isə Hesabat sözü yazılır. Əgər hesabatı tək bir adam verirsə, yalnız onun özü, bir neçə şəxs verirsə, onların hamısı imza edir, aşağıda hesabatın tərtib edildiyi tarix göstərilir.

Hesabata verilən tələblər bunlardır:
1. İnandırıcı olmalıdır.
2. Faktlar və rəqəmlər dəqiq verilməlidir.
3. Təkrarlara, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.
4. İctimai xarakter daşıyırsa, qorunub saxlanılmalıdır.
5. Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilməli,
sonunda isə imza qoyulmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.