Press "Enter" to skip to content

Sad uşaq nağılları

18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены

Nağıllar

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.

«Dana, keçi və qoyun» nağılı

20/04/2022 Nağıllar Комментарии к записи «Dana, keçi və qoyun» nağılı отключены

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar …

«Xırdabuynuz və döğma evi» nağılı

23/09/2021 Nağıllar Комментарии к записи «Xırdabuynuz və döğma evi» nağılı отключены

Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. …

«Balaca dovşan və Yaz» nağılı

22/09/2021 Nağıllar Комментарии к записи «Balaca dovşan və Yaz» nağılı отключены

Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. — Yox! Yox və yox! — dedi dovşan anama. «Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir …

GÜNƏŞİN NAĞILI

18/11/2020 Nağıllar Комментарии к записи GÜNƏŞİN NAĞILI отключены

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: — Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …

«Tülkü, tülkü, tünbəki» nağılı

Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …

ÇİRKİN ÖRDƏK BALASI

28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены

Şəhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi. Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, …

QAR KRALİÇASI

28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены

BİRİNCİ НЕКАҮӘ Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha …

Vəhşi Qu Quşları

28/04/2020 Nağıllar Комментарии к записи Vəhşi Qu Quşları отключены

Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.

«Yarasa» nağılı

Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …

«Tənbəl Əhmədin» nağılı

18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены

Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi. Padşah dedi: — Evi kişi saxlar! Arvad razılaşmadı: — Yox, evi arvad saxlar! Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi …

Kayzen

Günlərin birində Tülkü ilə Kirpi söhbət edirdilər. Birdən otların arasından bir İlan çıxdı. Tülkü qorxusundan tir-tir əsdi, Kirpiyə yalvarmağa başladı:
– Amandır, Kirpi qardaş, məni bu əfi İlanın əlindən qurtar.

Kirpi İlanı öldürdü. Tülkü ölmüş İlanı yabanın ucuna keçirib meşəyə gətirdi. Meşədəki heyvanlar – Şir, Ayı, Canavar, Pələng və Çaqqal Tülkünün başına yığışdılar. Tülkü ölmüş İlanı onlara göstərib özünü tərifləməyə başladı:
Davamı →

Havayı çörək

  • Uşaq ədəbiyyatı
  • 15 iyul 2019, 14:28

Bir kəndli çəməndə ot biçirdi. Yorulub əldən düşdü və kolların yanında oturub dincini almaq istədi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən ac bir canavar çıxdı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:
-Nə yeyirsən?
-Çörək, — deyə kəndli cavab verdi.
-Dadlıdır?
-Çox dadlıdır!
-Mənə də bir az ver dadına baxım.
-Buyur!

Kəndli çörəkdən bir parça kəsdi və canavara verdi. Çörək canavarın xoşuna gəldi. О dedi:
-Mən də hər gün çörək yemək istəyirəm.
Davamı →

Xanımböcəyi

  • Uşaq ədəbiyyatı
  • 19 okyabr 2019, 00:02

Biri vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı. Rəngi diqqəti cəlb etmədiyinə görə heç kim onun varlığını hiss etmirdi və böcək tənhalıqdan çox sıxılırdı. Bu balaca böcək çox zəhmətkeş idi. Hamıya kömək edirdi, amma heç kim onun əməyini qiymətləndirmirdi. Bütün həşəratlar parlaq rəngləri ilə öyünür, boz böcəyi saya salmırdılar.

Balaca böcək qüssələnirdi: “Bu necə ola bilər! Allah çox müdrik və səxavətlidir. Yəni o mənə bir az rəng verməyəcək ?” Səhər boz böcək mehriban bir təmasdan oyandı. Günəş şəfəqləri ilə ona sığal çəkərək nəvazişlə deyirdi: “Əziz balam, sən özünə, öz gücünə inan! Sən qeyri-adi böcəksən. Hər şey yaxşı olacaq!”.
Davamı →

Karlson kimin prototipidir?

  • Maraqlı faktlar
  • 18 aprel 2019, 23:22

Cizgi filmlərini kim sevmir ki… Hamımız sevirik, yaşımız neçə olur-olsun, baxırıq. Hələ bu uşaqlığımızın cizgi filmidirsə, qaça-qaça gəlirik ekran önünə. İndi də onlardan birindən danışacağıq – “Balaca və Karlson” cizgi filmindən, daha doğrusu onun qəhrəmanı Karlsondan.

Amma əvvəlcə bir az cizgi filminin özü barədə. Bu cizği filmini rejissor Boris Stepançev Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri əsasında çəkib.

Filmdə Karlson obrazını Vasili Livanov, uşağı Klara Rumyanova səsləndirib. Cizgi filmi Soyuzmultfilm tərəfindən 1970-ci ildə çəkilib. Gələk Karlsona. Bu obrazın yaranma tarixcəsi, demək olar, ən ağlasığmaz və mifik olanlardandır. Ola bilsin, onun prototipi Herman Görinqdir. Astrid Lindqrenin qohumları, sözsüz ki, bu ehtimalı təkzib edirlər. Amma bu mövzu ətrafındakı müzakirə və mülahizələri bu günün özündə də bitib-tükənmək bilmir.
Davamı →

Xoşbəxtlik | Koreya xalq nağılı

  • Uşaq ədəbiyyatı
  • 18 iyul 2018, 15:41

Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı. Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü. Qoca bərk sevindi.

Növbəti gün qoca tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə şəkillər olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi:

— Dünənki yuxuya görə xoşbəxtlik mənə göydən düşməli idi, ancaq küpü yerdən qazıb tapdım. Demək, bu göy xoşbəxtliyi deyil, yer xoşbəxtliyidir. Görünür ki, bu xəzinə mənim üçün deyilmiş və təsadüfən bu mənim qabağıma çıxıb.
Davamı →

Comments are closed, but trackbacks and pingbacks are open.