Press "Enter" to skip to content

Sadəcə necə sürüşdüyünü başa düşə bilmirəm

– Tək-tək var. “Sınıq güzgü” adlı bir povest də yazmışam. Amma nəsrlə məşğul olmaq mənim üçün iynəylə gor qazmaq kimi bir şeydir. Mən heç vaxt nasir ola bilmərəm; çox ağır işdir, məşəqqətli əzabdır. Nəsrlə yazdıqlarımı da çap etdirmirəm.

Söyüş

Övladlarımızın söyüş söyməsi hər birimizi narahat edir. Bəzi azərbaycanlılar isə lap balaca yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar.Övladının söyüş söyməsini istəməyənlər müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir.

Söyüş üç əsas qrupa ayrılır:
1) Ya qarğış etmək, ya da bir-birinə zərbə vurmaq üçün istifadə olunan söyüşlər.

2) Cinsi məzmunlu söyüşlər, ədəbsiz danışıqlar.

3) Şəxiyyətə yönəlmiş söyüşlər.

Uşaqların söyüş söyməsinin müxtəlif səbəbləri var:
Diqqət çəkmək: Bəzi uşaqlar valideynlərindən lazımı diqqəti görməyəndə, diqqət çəkmək üçün söyüşdən istifadə edirlər.

Sarsılma: Bəzi uşaqlar üçün yeniyetmələri şoka salmaq, rahatsız etmək əyləncəli ola bilər.

Ağızdan qaçırmaq: Ciddi əngəllə üzləşənlərin, gərgin, əsəbi olanların ağzından pis söz çıxdığını hər birimiz görmüşük. Bəzən mədəni insanlar belə özlərini saxlaya bilmirlər. Sonra isə utanaraq üzr istəyirlər. Ciddi qadağalarla üzləşən uşağın dilindən də söyüş çıxa bilər, bu səbəbdən də ehtiyatlı olmaq lazımdır.

Müdafiə: Bəziləri üçün pis söz demək müdafiə vasitəsidir. Söyüş söyməyin qadağan edildiyi çevrələrdə böyüyənlər üsyan edərək azad olduqlarını göstərmək istəyirlər.

Yetkinləşmə: Bəzi uşaqlar yetkinləşdiklərini göstərmək üçün pis sözlərdən istifadə edirlər.

Bəs, nə etməli?
1. Örnək göstərmək lazımdır: Özünüz söyüş söymürsünüzsə və yaxud özünə nəzarət edə bilirsinizsə, övladınız sizin davranışınızı təqlid edəcək.

2. Övladınıza sözünü demək üçün şərait yaradın: Övladınız sizə qarşı hirslidirsə və bu zaman düşündüklərini rahatlıqla dilə gətirə bilirsə, bu azadlığı ona vermisinizsə, mənfi düşüncələri dilə gətirmək üçün pis sözlərdən daha az istifadə edəcək.

3. Müzakirə: Pis sözlər bir kağıza yazılır və daha sonra müzakirə edilir. dartışılır.

4. Əhəmiyyət verməmək: Övladınız pis sözlərdən istifadə edəndə valideynlər bunu faciəyə cevirməsələr, uşaqlar daha az söyüş söyərlər.

5. ”Başa düşməmək oyunu”: Valideynlər belə vəziyyətlərdə şoka düşməkdən daha çox övladlarını yönləndirə bilərlər. “Sənin dediyin sözün mənası nədir?”, “başa düşmürəm” deməklə uşaqlardan izahat verməsini istəyə bilərsiniz.

6. Yaradıcılığa meylləndirmək: Yaradıcı məşğuliyyətlər, yazı yazmağa, şəkil çəkməyə həvəsləndirmək, idman övladlarınızın pis sözlərdən istifadə etməməsinə səbəb olardı. Yaradıcı məşğuliyyətlər pis sözlərdən istifadəni əngəlləyər.

7. Pis sözlərdən bezdirmək: Uşaq söyüşdən istifadə edəndə beş dəqiqə ərzində həmin sözü ona təkrar etdirin. Böyük ehtimalla bir daha bu sözdən istifadə etməyəcək. Övladınız sözü deməkdən bezəndə ona istədiyini edə biləcəyini söyləyin.

8. Ciddi cəzalandırma istənilən effekti verməyəcək. Övladınızın üstünə çığırsanız, döysəniz, təhdid edərək çəzalandırsanız o, söyüş söyməyəcək, ancaq siz yanında olmayanda söyüşdən istifadə edəcək.

Pis sözlərin yerinə yaxşı sözlər istifadə etmək üçün övladınızı məlumatlandırın. Yaxşı sözlərdən istifadə edəndə onu tərifləmək, yaxşı sözlərdən istifadəyə təşviq etmək lazımdır.

Sadəcə necə sürüşdüyünü başa düşə bilmirəm

Kulis.az tanınmış şair Yusif Nəğməkarla müsahibəni təqdim edir.

– İlk olaraq təxəllüsünüzdən başlamaq istəyirəm. Niyə Nəğməkar təxəllüsünü götürmüsünüz? Modern ədəbiyyatda bu cür təxəllüslər sizcə, artıq köhnəlməyib ki?!

– Bir söz var e, filankəs köhnə kişilərdəndir. Əslində, heç nə köhnə deyil, heç nə təzə də deyil. Biz köhnə ilə təzənin arasındayıq. Elə köhnə var ki, bu gün biz onu təzələrdən də çox yaşatmalıyıq. Əllamə təzədənsə heç vaxt köhnəlməyən antikvar yaxşıdır. Nəğməkar təxəllüsünü özüm götürməmişəm, el-obamızın aqilləri, müdrikləri verib. Bir dəfə ustad Bəxtiyar Vahabzadədən özüm bu barədə soruşdum və o belə cavab verdi ki, oğul, Nəğməkar təxəllüsü sənə köhlənə kişnərti, qartala qıy, pələngə nərə yaraşan kimi yaraşır. Sənin bütün cəhətlərinlə istedadın təxəllüsündə dəqiq ifadə olunub.

Əvvəlki sualınızın cavabı olaraq onu da deyim ki, beş yaş yarımımda birinci sinfə getmişəm.

– Niyə belə tez? Yəqin, yüksək zəkalı olduğunuz üçün.

– Çox dəcəl uşaq olmuşam. Səhərdən axşamadək qonşu uşaqlarla futbol oynamaqdan doymazdıq. Quzu otarardım, at çapardım, bir də dayımın “Moskviç”ini, bibioğlunun “Volqa”sını ora-bura sürməkdən yorulmazdım.

Altı yaşımda digər bibioğlunun traktoru ilə tarlada kultivasiya və baraza çəkərdim. Elə o vaxtlar deyiblər, bunu göndərin məktəbə qulağımız dincəlsin. Dördüncü sinifdə ilk şeirimi yazmışam. Şeir də belə olub. Aşıq Ələsgərin bir qoşması vardı, “Çıxıbdır”. Bu qoşma əlimə düşmüşdü, höccələdim, oxudum. Sonra bu qoşmanın axırına bir bənd əlavə elədim.

– Yadınızdadı o bənd?

– Bu saat o bəndi deyə bilmərəm. Ancaq tam səmimi deyirəm, məktəbli uşağın səviyyəsindən yuxarı misralar idi. Aşıq Ələsgərdə belə idi:

Ay həzərat, sizə bir ərz eləyim,
Bu gün qar yağıbdı dizə çıxıbdı,
Bir gözəlin həsrətini çəkirdim,
Gəzə-gəzə gəlib bizə çıxıbdı.

Mən də bu çıxıbdı sözünün ardına nə çıxıbdı, nə çıxıbdı daha onları demirəm, misralar yazdım. Sonra bir də gördüm, sinif qızları qışqıra-qışqıra qaçdılar müəllimə dedilər, Yusif ayıb bir şey yazıb. İlk şeirim bax belə yazıldı.

Mən ona qayıtmaq istəyirəm ki, əvvəllər də şeirlər yazır, şeirləri də əzbərdən söyləyirdim. Bizim yerlər Qarabağdı, bilirsiniz. Beyləqan Qarabağın giriş qapısıdı. Həm oxuyurdum, həm saz çalır, həm də tarda ifa edirdim. Bir gün dayımgil mənə Nəğməkar deməyə başladılar. Bundan sonra bütün kənd məni Nəğməkar deyə səslədi. Nəğməkar təxəllüsü də belə qaldı. Əslində, Yusif Mədət imzası ilə də çıxış etmişəm. İndi deyirlər, filankəslər nəğməkar şairdi, heç xoşum gəlmir bu ifadədən.

– Çox vaxt bu cür təxəllüslər müasir ruhlu, yenilikçi şair üçün məqbul sayılmır.

– Bəli, ola bilsin. Bəziləri başa düşmür ki, nəğməkar şair deməklə nəğməkar şair olmur. Mənim sözlərimə saysız mahnılar bəstələnib. Hər gün biz o ifaları efir vasitəsilə dinləyirik. Bütün müğənnilər mənim sözlərimi oxuyurlar. Adlarını çəkməyə ehtiyac duymuram. Amma ona görə nəğməkar deyiləm. Xahiş edirəm, heç kim mənə nəğməkar şair deməsin. Mən sadəcə olaraq şair Yusif Nəğməkaram və yaradıcılığımı da təkcə nəğmə mətnləri yazmaqla məhdudlaşdıra bilmərəm. Dəfələrlə bunu televiziyada demişəm. Adlarını demirəm, inciyərlər. O şairlər var ki, özlərinə nəğməkar şair dedirtdirirlər. Mən dərdlərin nəğməkarıyam.

– Hansı məşhur müğənnilər, xalq artistləri sizin şeirlərinizdən mahnılar oxuyub?

Niyaməddin Musayev, Nazpəri Dostəliyeva, Ağadadaş Ağayev, Tünzalə Ağayeva, Sabir Əliyev, Nüşabə Ələsgərli. Siyahı çox uzundur. Xalq artisti Niyaməddin Musayevin mahnı yaradıcılığında sözlərinin 90 faizi mənə aiddir. Məsələn, “Röya” mahnısı. Biz o mahnını yazanda hələ dünyada Röya adında insan yox idi. Mahnını yazdıq, Niyaməddin də bəstələdi. Çox məşhur mahnı oldu. 1978-ci ildən o tərəfə Azərbaycanda Röya adında qız yox idi.

– Bundan sonra Röya adı məşhurlaşdı.

– Eynilə. Hətta Xalq artistimiz Röya bir dəfə efirdə demişdi ki, “Röya” mahnısını dinləyəndən sonra atam adımı Röya qoydu. 78-dən bəri Röyalar çoxalmağa başladı. Deyir, görünən kəndə, nə bələdçi. Ona görə də Yusif Nəğməkar adi şairlərdən deyil, artıq bu ad daşlaşıb. Təxəllüsümü də doğrultmaq yolunda çarpışıram. Qoy, millətin gözü qarşısında başımız uca olsun.

– Siz Beyləqan rayonunun Birinci Aşıqlı kəndində doğulmusunuz. O rayon əvvəllər Jdanov adlanırdı. Bildiyimizə görə rayonun yeni adının qoyulmasında sizin böyük əməyiniz olub.

– Biz tərəkəmə-elat camaatı olmuşuq. Tərəkəmə – “türkəmən” və ya “türk mənəm” deməkdir. İlin yarısını aranda, yarısını isə Kiçik Qafqaz dağlarında – Laçın, Kəlbəcər və Göyçə yaylaqlarında keçirmişik.

Rayonun adına gəlincə, deyim ki, Qarabağın bu bölgəsi qədim Beyləqan torpağı olub. Biz də ciddi cəhdlə çalışıb, çox çətinliklə də olsa, torpağın qədim adını özünə qaytardıq. Mən də Beyləqan adı ilə bağlı iki şeir yazdım və ikisi də bəstələnərək nəğməyə çevrilib dillər əzbəri oldu.

– Həm saz, həm skripkada ifa edrsiniz. Maraqlıdır, necə sintez edərdiniz?

– Mən musiqidən çox, poeziyadan, ədəbiyyatımızın ümumi problemlərindən danışmağımızı istərdim. Çünki, mənim ən vacib sahəm poeziyadır. Amma bir halda ki soruşursunuz, onda bu məsələyə də toxunmamaq olmaz: əmim oğlu Səmədxan müəllim Tovuzda məşhur ustad Azaflı Mikayılla dost olub. Tez-tez onun yanına gedərdi. Bir gün onun sazını evə gətirmişdi. Sazı götürüb o yanına, bu yanına baxandan sonra çalmağa başladım. Saza xobbi kimi baxıram. Amma sazı ustadların dediyinə görə, proffesional şəkildə ifa edirəm. Yəqin, xəbəriniz olar, hətta 1982-ci ildə virtuoz saz ifaçısı kimi respublikada birinci yerə çıxdım.

– Hansı havaları yaxşı ifa edirsiniz?

– Elə hava yoxdur ki, onu bütün varlığımla ifa etməyim. Yaxşı nəyə görə deyirəm, əgər ürəyim boşalırsa, sazı çalanda ölüb-dirilirəmsə, bax onu yaxşı bilirəm. O havada ki, ölüb-dirilmirəm, onu çalmağa dəyməz.

– Aşıq məclislərində olmusunuz?

– Əlbəttə. Peşəkar aşıqları, kamil sənətkarları çox dinləmişəm, hərdən də solo ifa etmişəm. Solo deyəndə də özüm üçün ifa etmişəm. Sazı ürəyimin üstünə qoyub ən lirik, ən fəlsəfi şeir kimi dinləmişəm. O qədər məşhurlar gəlib barmaqlarımdan öpüblər ki. Qaldı skripka. Adını öz aləmimdə dəyişmişəm. Skripka bizim söz deyil.

– Nə ad qoymusunuz?

– Sinə kamanı. Solda ürəyin üstdə, sinənin üzərində çalırsan. O, sinənin üstündə kamandır. Kaman da öz sözümüzdür. Bir dəfə dostum bu aləti mənə bağışlamışdı. İnanırsınız, mən skripkada çalmağı bir günə öyrəndim.

– Saz biliciləri sizin haqqınızda deyib ki, Yusif Nəğməkar sazı şair kimi ifa edir. Bu fikirlərə münasibətiniz necədir?

– Bilirsiniz, zövqlər müxtəlifdir. Məsələn, adam var, efirdən baxırsan, sazı at kimi minib, çapır. Vurur divara, hoppanıb-düşür. Bunlar o müqəddəs aləti təhqir eləməkdir. Belə şeyləri başım götürmür. Düzgün də yol deyil. Eldar Baxışa Allah rəhmət eləsin. Gözəl şairimiz idi. Özümüz yığışdığımız məclislərin birində saz çalmışam. Şair də bu çıxışımdan sonra dəli vəziyyətinə gəlmişdi. Özünü toparlayıb mənə dedi ki, adətən, eldə-obada Quranı öpüb göz üstünə qoyurlar, amma sazı da öpüb-gözlərinin üstünə qoyduqlarını görmüşəm. Əgər saz bizim Quranımız kimi müqəddəs tutulursa, ruzi-bərəkətimiz kimi o alətə elə yanaşmaq lazımdır. Sadəcə olaraq hərənin bir fikri var. Bir də ki, mən sazı hər zaman, hər yerdə çalmıram; hərdən qələmi yazı masasının üstünə qoyub, onu əlimə götürəndə doğrudan da şair kimi ifa edirəm. Elə qəlbimdən gələn şeir kimi də dilləndirirəm.

– Kəramət Böyükçölün də saz haqda fikirləri vardı: Dünyada saz qədər məntiqsiz, savadsız musiqi aləti tanımıram. Siz necə düşünürsünüz?

– Sazı tənqid etmək, özünü tənqid eləməkdir. Türk oğlu sazla mayalanıb. Saz bizim beşik laylamızdır.

– Kəramətin özü də tərəkəmədir.

– Hər kim olur-olsun sazın əleyhinə danışmaq olmaz. Burda bir incəlik var. O dediyiniz şəxs, ola bilər, hansısa məclisdə elə zəif bir saz çalan görüb ki, bu fikirlərə gəlib. O qədər mənasız, çayxana aşıqları var. Sazı yaşatmaq üçün, çalmaqdan çox qorumaq lazımdır. Bax əsas məsələ budur. Məsələn, ney səsi üçün ölürəm. Neyi dinləyəndə özümdə olmuram. Bu səs insan səsinə çox yaxındı.

– Heç olub ki, ney səsilə şeir yazmısınız?

– Olub. Bir şeirim var. “Boğulma, neyim”. Ney çalınanda sanki haqsızlığa düçar olmuş insan boğulur. Sanki onun azadlığı əlindən alınıb. O insan azadlıq axtarır. Heç nə ilə barışmır. Bax, ney də heç nəylə barışmayan insandır.

– Tənqidçilərimizdən nə umursunuz?

– Ədalətli, qərəzsiz, səriştəli təhlil.

– Mərhum şairimiz Məmməd Aslan Aşıq Ələsgərlə bağlı belə bir fikir demişdi: Aşıq Ələsgərdən sonra qoşma yazmaq ədəbsizlikdir. Razılaşırsınız bu fikirlə?

– O cür demək olmaz. Allah rəhmət etsin. Məmməd Aslan gözəl şair idi. Dilimizin şəhdi-şirəsi onda vardı. Bu öz yerində. Şəxsi münasibətimiz də olub. Ramiz Rövşənin qoşmaları ədəbsizlikdir? Belə insafsız danışmaq olar? Yusif Nəğməkarın qoşmaları ədəbsizlikdir? (gülür). Elə deyil. Ədəbsizlik yaza bilməyənlərin qələm götürüb yazmağıdır. Ədəbsizlik bəzi istedadsızların efirə çıxıb, özünü şair adlandırmağıdır. Belə şey olar? Senzuranın tərəfdarı deyiləm, amma senzura lazımdı e buna. Yalandan çıxır efirə, püləyir. Heç ədəbiyyatdan da başı çıxmır. Ədəbsiz bax bu adamdır. Məmməd Aslanın fikirlərinə qalsa, demək istəyir ki, zəif qoşma yazmayın Ələsgərdən sonra. Yazsansız, ədəbsizsiniz.

– El şairləri haqda belə fikir var: İrfan ədəbiyyatından halı deyillər, bilmirlər. İrfan ədəbiyyatını hansı səviyyədə bilirsiniz?

– İndi durum deyim, nəyi nə səviyyədə bilirəm, nəyi bilmirəm, o bir az yaxşı alınmaz. Çünki üçüncü şəxs deməlidir mənim haqqımda. Bir kəs ki, özü haqqında deyirsə, bu, çox çətin məsələdir. Şeir yaradıcılığı haqdan, ilahidən gəlməlidir. Əgər o yoxdursa, qalan yaradıcılığı saxta hesab edirəm. Ruhən, daxilən yazılan ədəbiyyat irfandır. Burda bir dərvişanəlik də var. Özüm çox xırdalamaq istəmirəm. Aşıq Ələsgərdən danışdıq. Elə o başdan ayağa irfandı da.

– Aşıq Ələsgərdən bir qoşma var. Onu başa düşə bilmirəm. Bəlkə siz kömək edəsiniz. “Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm”. Burda nə demək istəyib şair?

– Belə misraları çoxdu Ələsgərin. Yaradıcılığı elə o irfana gedib çıxır. Çünki irfan, ruh şairi idi. Aşıq Ələsgər o ruhdadır ki, yəni yükü kamal yüküdür. Yenə gedib haqqa dayanır. Bəs niyə Ələsgərə haqq aşığı deyirlər?! Ələsgər təkcə haqq aşığı deyil. Həm də haqq aşiqidir. Aşiqdi, işıqdı, aşıqdı onların hamısı bir kökdən gəlir – eşq. Ələsgər də ona işarə verir. Doğurdan da onun yükü kamaldır. Təki çəkimiz amal, yükümüz kamal olsun.

– Bu yaxınlarda “Sevgi məbədi” adlı yeni şeirlər kitabınız nəşr olundu.

– Bu kitabda olan şeirlərin əksəriyyəti keçən ildə, bir ilə yazdığım sevgi şeirləridir.

– Niyə məhz sevgi? Xüsusi bir önəmi varmı bir ilə yazdığınız sevgi şeirlərinin?

– Çətin sualdır. Olur da, həyatdı. Sevgi insanı heç vaxt tərk etmir. Sevgi bizlə yaşayır, biz də onunla. Sevgi olduğuna görə yaşayırıq. Sevgi olmasa necə yaşayaq?! Ona görə də hər şeydən kənar yalnız sevgi. Bu sevgi şeirlərinin fəlsəfəsi, zövqü-səfası, bəxş etdiyi həsrəti, kədəri, sevinci şeirlərimdə əks etdirdim. Qarşıma məqsəd qoydum ki, yalnız məbəd olan sevgidən söhbət açım. Ona görə də kitabın adını “Sevgi məbədi” qoydum.

– Sevgi haqda çoxlu fikirlər, deyimlər var. Sevgini bir cümlə ilə necə ifadə edərdiniz?

– Sevgi insanı yaşadan qüdrətdir. Çox sadə və çox dəqiq mənim aləmimdə budur. Əgər sevgin varsa insansan. Söhbət şəhvətdən getmir. Vətənə, insana, pula sevgi var. Hər şeyin ifratı sevgidən kənar nifrətdir. Ona görə də normada olan sevgidən söhbət gedir. Normadan çıxanda sevgi dəlilik olur. Amma sevgi əslində yaxşı mənada dəlilik dərəcəsində daha müqəddəs, etibarlı və dayanıqlı olur.

– Hazırda nələr yazırsınız?

– “Qurbannamə” adlı poemamı artıq bitirmək üzrəyəm. Əsərin qəhrəmanı el şairlərimizdir. El şairlərimiz gözdən uzaq olublar. Regionlarda yaşayıblar. Amma onların içində elə tutarlı şairlər var ki.

– Nəsr əsərləriniz də varmı?

– Tək-tək var. “Sınıq güzgü” adlı bir povest də yazmışam. Amma nəsrlə məşğul olmaq mənim üçün iynəylə gor qazmaq kimi bir şeydir. Mən heç vaxt nasir ola bilmərəm; çox ağır işdir, məşəqqətli əzabdır. Nəsrlə yazdıqlarımı da çap etdirmirəm.

Rəsul Rza sizin haqqınızda məqalə yazmışdı. İstərdim bu tanışlıqdan da danışaq.

– Universitetdə oxuduğum vaxtlara düşür. Dövri mətbuatda müəyyən qədər çap olunurdum. Onu da deyim, o vaxt çap olunmaq çətin idi. Amma bir nigarançılığım vardı. Düşündüm ki, şeirlərimə bir ağsaqqal şair qiymət versin. Ədəbiyyatımızın novator, yenilikçi şairi Rəsul Rzaya şeirlərimi göstərməyi qərara aldım. Çox götür-qoy etdikdən sonra onun evinə zəng etdim. Dedi: “Ay oğul, mən qocalmışam. Get Yazıçılar Birliyinə, onlar sənə məsləhət versinlər.” Mən də cavabında dedim ki, Rəsul müəllim, mənim sizə sözüm çoxdur, sizinsə vaxtını yoxdur. Bu sözləri deyəndə onu gülmək tutdu. Axırda Rəsul Rza mənlə şərt kəsdi. Mənə telefonda dedi: “Bir saatdan sonra AYB-də olacam. Bir qovluq şeir gətirməkdənsə, seçib 10 güvəndiyin şeirini gətir, əgər onundan birini bəyənsəm, söhbətimiz tutacaq. Yox, bəyənməsəm, onda söhbətimiz, tutmayacaq”.

Bir saatdan sonra birliyə yollandım. Rəsul Rza məni otağının yarımaçıq qapısının ağzında saxlayıb elə burada şeirlərimi oxumağımı istədi.

– Hansı şeirinizi oxudunuz?

– Düzü öz aləmimdə ən zəif şeirimdən başladım. Orta məktəb illərində yazmışdım. İndi də bu şeiri şedevr hesab etmirəm. “Oyuncaq mağazası” şeirim idi. Rəsul Rza şeiri dinləyəndən sonra duruxdu. Rəhmətliyin mavi gözləri vardı. Elə bilirdin, Xəzər dənizi baxırdı sənə. Həyəcanlandı. Elə bil, dili sürüşdü. Birdən qayıtdı ki, keç içəri, oğlum. Dil sanki birdən açıldı. Ürəyimdə dedim, Allah sənə şükür, birinci şeirdən içəri keçdik.

– Ədəbiyyata belə gəldiniz.

– Bəli. Həmin gündən, necə deyərlər, ədəbiyyatın qapıları üzümə açıldı. Bu tanışlıqdan sonra Rəsul Rza mənim haqqımda “Təsadüf” adlı bir məqalə yazdı. Məqalə çıxandan sonra başıma nə iş gəldi. Bir gün Yazıçılar birliyində Xəlil Rza Ulutürklə rastlaşdım. Məni görəndə dedi ki, ey igid, ey Yusif Nəğməkar, sən bizi ötdün, keçdin. Bu sözlərdən sonra tər basdı məni. Dedim, ustad siz nə deyirsiniz, sizi keçmək nədi, ömrüm boyu sizdən öyrənməliyəm. Cavabında bildirdi ki, Rəsul Rza bizim heç birimiz haqda heç nə yazmayıb. O, sənin haqqında yazıb. Sən bizi vurdun, keçdin. İndi bunlar zarafat olsa da axır deyirdi.

Sonralar Bəxtiyar Vahabzadə ilə 30 ilə yaxın ata-bala kimi yaxın olduq, dostluq etdik. Bunlar unudulmazdır!

– AYB-nin üzvüsünüz?

– Tez-tez gedirsiniz?

– Tez-tez getmirəm. Bəzi kitablarım çıxanda ora gedirəm. Vacib görüşlər olanda mütləq gedirəm.

– Bildiyiniz kimi, Xalq yazıçısı Anar AYB sədrliyinə yenidən namizədliyini verəcəyini açıqlayıb – bu xəbərə münasibətiniz necədir?

– Normal. Allah xeyir versin. Bir də ki, axı hələ bilinmir, qurultay keçirilməyib. Olanda inşallah bilərik.

  • O, bu səfərdən salamat qayıtmayacaq – Fəxri Uğurlu yazır.
  • Oblomovla Bazarovun dialoqu – Fəxri Uğurlu yazır.
  • Rejissor və animator vəfat etdi

Sorğu cümlələri

The sorğu cümlələri Bunlar, prinsipcə, həmsöhbətdən müəyyən bir məlumat istəyən məna vahidləridir. Xahiş etmək üçün xüsusi bir ifadə tipinə müraciət ediriksorğu cümlələri. Misal üçün:Saat neçədir? və ya Neçə qardaşın olduğunu söylədin?

Başqa bir vəziyyətdə, bu cür cümlələr bir təklif vermək və ya alıcıya bəzi məsləhətlər vermək üçün istifadə edilə bilər: Ananla daha yaxşı davranmalısan? və ya İmtahana başlamazdan əvvəl daha çox araşdırmalı olduğunu düşünmürsən?

Nəhayət, sorğu cümlələri bəzən bir əmri tələffüz etmək üçün istifadə olunur: Niyə getmirsən anana kömək et“Və ya Niyə ağzını biraz yumursan?

Sorğu cümlələrinin növləri

  • Birbaşa. Dövrün yerinə hərəkət edən sual işarələrinə əlavə olunaraq asanlıqla tanınırlar. Fonikdən, onları ayırmaq da asandır, çünki sualın intonasiyasına sahibdirlər. Misal üçün: Mənə adın deyə bilərsənmi? və ya Hələ uzun bir yol?
  • Dolayı. Enunciative ön söz və tabe sorğu var. Sual işarəsi (və ya sual intonasiyası) yoxdur və ümumiyyətlə “söylə”, “soruş” və ya “sual” kimi fellərə sahibdirlər. Misal üçün: Niyə gəlmədiyini soruşdum.

Digər suallar

Açıq və qapalı suallar Qarışıq suallar
Qapalı suallar Tamamlama sualları
Ritorik suallar Doğru və ya yalan suallar
Fəlsəfi suallar Çox seçim sualları
İzahlı suallar

Nə vaxt istifadə olunur?

Həm birbaşa, həm də dolayı suallar məlumat əldə etmək istədikdə istifadə olunur, fərq ondadır ki, ikinci halda əldə etmək istədiyiniz məlumat anlama və ya nitq felinə tabe şəkildə göstərilmişdir (bilmək, anlamaq, söyləmək kimi) , soruşun, izah edin, bilin, elan edin, baxın və s.) və ümumiyyətlə məlumat birbaşa soruşulan şəxsdən deyil, üçüncü bir şəxsdən istənildikdə istifadə olunur.

Bunlar birinin hərəkətləri üçün bir əks kimi də istifadə olunur. Misal üçün: Görəsən niyə bu qədər sadəlövh idim?.

Sorgu cümlələrini xarakterizə edən bir şey, yazılmış sorgu əvəzliklərinin olmasıdır diakritik tildebunları nisbi cümlələrə xas olan nisbi əvəzliklərdən fərqləndirir.

Müəyyən hallarda azalma ilə əvəzliklər bunlardır:

  • Nə. Misal üçün: Boş vaxtınızda nə etməyi sevirsiniz?
  • Harada. Misal üçün: Açarları harada qoymusan?
  • Nə vaxt. Misal üçün: Nahar nə vaxt hazır olacaq?
  • Necə. Misal üçün: Bu paltar mənə necə uyğun gəlir?
  • Hansı. Misal üçün: Fincan nədir?
  • Üst. Misal üçün: Bu cavabı kim bilir?

Adətən, əvvəllər ilə birləşən sorğu cümləsində görünür (for, by, qədər, in, from, to və s.) Və bununla birlikdə sualın dəyəri dəyişir.

Bununla birlikdə, sorğu cümləsində həmişə bu tip bir əvəzliyin olmadığı aydınlaşdırılmalıdır. Misal üçün: Dünənki iclasa getdin?

Sizə xidmət edə bilər:

  • Dindirmə ifadələri
  • Sorgu zərfləri
  • Sorgu sifətləri

Sorğu cümlələrinin nümunələri

  1. Bir kilo pomidor nə qədərdir?
  2. Mənimlə birlikdə kinoya getmək istəyirsən?
  3. Təsviri sənət muzeyi haradadır?
  4. Bu paltarın mənə necə uyğun gəldiyini bəyənirsən?
  5. Ona elədiyin üçün üzr istəməli olduğunu düşünmürsən?
  6. O pəncərəni bağlaya bilərsən?
  7. Bu qutunu maşına aparmaqda kömək etməyinizi istərdinizmi?
  8. Sabah yeməyə çıxsaq necə olur?
  9. Məndən niyə ad gününə zəng etmədiyimi soruşdu.
  10. Columbus Amerikaya neçə ildə gəldi?
  11. Tövsiyə etdiyim tamaşa barədə nə düşündünüz?
  12. Baba-babanızı nə qədər ziyarət edəcəksiniz?
  13. Niyə verdikləri ev tapşırığını etmədin?
  14. Ananıza belə cavab vermək düzgün görünür?
  15. Danimarkanın neçə sakini var?
  16. Prezident seçkiləri neçə ildə olur?
  17. Niyə məni yeniləmədiyini soruşdum.
  18. Bal ayı üçün hara getməyimizi istəyirsən?
  19. Pilar Sordonun son kitabını oxudunmu?
  20. Niyə mənə belə davranırsan?
  21. Onlardan evi nə qədər boyadıqlarını soruşuruq.
  22. Salatların hazırlanmasında kömək edə bilərsənmi?
  23. Onun davranış tərzi sənə bir növ qəribə deyilmi?
  24. Bu divar üçün ən çox hansı rəngi sevirsiniz? Açıq mavi və ya yaşıl?
  25. Bunlar mənə söylədiyin ayaqqabılardır?
  26. İstifadə etməsəniz niyə sizə pencəyi verdim?
  27. Niyə ot biçməyimə kömək etmirsən?
  28. Ziyafət üçün aldığınız geyim necədir?
  29. Bu salatı nə ilə hazırlamısan?
  30. Kirayə götürdüyünüz avtomobil hansı rəngdədir?
  31. Atanızın bankda hansı vəzifəsi var?
  32. Belə davranmağınız çox düşünülməmiş görünmür?
  33. O ağacdakı balaca it sənindir?
  34. Sizin üçün ən yaxşı Şekspir əsəri hansıdır?
  35. Ən yaxşı adamın kimdir?
  36. Bulmacanı bu qədər sürətli bir araya gətirməyi necə bacardın?
  37. Səlahiyyət müddəti bitmədən istefa edən və helikopterlə ayrılan prezident kim idi?
  38. Böyüyəndə nə olmaq istərdin?
  39. Bu qədər dadlı bişirməyi haradan öyrəndin?
  40. Mebelləri evinizə aparmağımızı istəyirsiniz, yoxsa yığışdırdınız?
  41. Bu il ad gününüz hansı günə düşür?
  42. O çantanı nə üçün daşıyırsan?
  43. Top oynayan bu uşaqlar kimlərdir?
  44. İstefanızın səbəbi nə idi?
  45. İmtahan müharibə və onun necə başladığı barədə idi
  46. Avropaya səyahətinizi nə vaxt etdiniz?
  47. Hansı ayaqqabıları axtarırsınız?
  48. Dondurmanın getməsini sifariş etsək necə olur?
  49. Məndən soruşduğunuz biraz gülünc görünmür?
  50. Kim yeni qanuna qarşı səs verdi?
  51. Fevral ayında maaşınız nə qədər idi?
  52. Qayınananızın adı nədir?
  53. Şənbə günləri rəqs etmək üçün hara gedirsən?
  54. Tezli münsiflər heyətiniz kimdi?
  55. Klubdakı adamdan şübhələnirlər?
  56. Sabah saat neçədə görüşürük?
  57. Şərab və ya soda içirsiniz?
  58. Sonuncu dəfə nə vaxt gördün?
  59. Niyə bu qədər erkən getdin?
  60. Biletləri nə qədər əvvəldən almalıyam?
  61. Görəsən indi maşını niyə satırlar?
  62. O dedi-qodunun haradan gəldiyini təsəvvür edirəm.
  63. Mənə nə qədər qazandığınızı bilmək maraqlıdır.
  64. Ondan həmin hissələri haradan alacağını öyrənməsini istədim.
  65. Bu sənədi oğurlayan əclafın kim olduğunu söylə.
  66. Niyə etdiyini mənə etiraf etmək çətindi.
  67. Luis övladlarının harada olduğunu bilmək üçün aylardır mübarizə aparır.
  68. Kim bilir, sonradan nə qədər satacaqlar.
  69. Hələ də bunu necə tapdıqlarını başa düşə bilmirəm.
  70. Harada saxladığını xatırlamırdı.
  71. Sənin ad günün nə vaxtdır?
  72. Böyüyəndə nə etmək istərdin?
  73. Gecikdiyin üçün?
  74. Dərsi başa düşdün?
  75. Məni müşayiət edə biləcəyimi soruşdu.
  76. Çatdırılma ilə niyə gəlmədiyimi soruşdular.
  77. Bu məktub hardan gəldi?
  78. Bu qonşuluqda nə qədər yaşayırsan?
  79. Görəsən bir gün xoşbəxt ola bilərikmi?
  80. Hansı filmləri sevirsən?
  81. Bu avtobus hara gedir?
  82. Ondan hara gedəcəyimi söyləməsini istədim.
  83. Əmanətləriniz bilet ödəmək üçün yetərlidir?
  84. Hekayənin necə bitdiyini bilmək istərdinizmi?
  85. Şikayəti nə vaxt verdilər?
  86. Haradan keçə bilərəm?
  87. Onların heç birinin imtahan üçün niyə oxumadığını bilmək istərdim.
  88. Qutunun içində nə var?
  89. Bu kitablar necə sifariş olunur?
  90. Bu oteldə gecənin dəyəri nə qədərdir?
  91. Bu qəzəbə görə kim cavabdehdir?
  92. Baş rolda oynadığınız film nə vaxt olur?
  93. Necə bu qədər sakit ola bilərlər?
  94. Vaxtında gəldilər?
  95. Kompüter təhsilləriniz varmı?
  96. Mənə pulun harada olduğunu izah etməyinizi istərdim.
  97. Buna inana bilərsən mi?
  98. Sən təksən?
  99. Niyə mənfəət artdı, amma performans azaldı?
  100. Görəsən bu qədər dəyişiklik etməyə dəyərmi?

Natiqin niyyətinə görə digər cümlələr

Sorğu cümlələri İmperativ cümlələr
Deklarativ cümlələr İzahlı cümlələr
Təsvir cümlələri Məlumat cümlələri
İstəkli dualar Nəsihət duaları
Namazı şübhə altına almaq Ayrı-ayrı cümlələr
Deklarativ cümlələr Mənfi cümlələr
Nida cümlələri Könüllü cümlələr
Təsdiq cümlələr

Comments are closed, but trackbacks and pingbacks are open.