Saglamliq imkanlari mehdud usaqlar
İstirahət uşaqlarda xoş ovqat yaradıb. Valideynlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar iki növ müavinəti eyni vaxtda alacaqlar
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar iki növ müavinəti eyni vaxtda alacaqlar Prezident İlham Əliyevin dekabrın 16-da təsdiqlədiyi yeni qanunlar Azərbaycanda vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir.
https://static.report.az/photo/568e680b-aed2-473c-a952-85107d60f604_850.jpg
Prezident İlham Əliyev in dekabrın 16-da təsdiqlədiyi yeni qanunlar Azərbaycanda vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Report”a verilən məlumata görə, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun sosial müavinətlər sisteminin daha da təkmilləşdirilməsinə yönəlməklə, həssas qruplardan olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır. Nazirlikdən bildirilib ki, qanunda dəyişikliklərdən biri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə başçısını itirdikdə bununla əlaqədar olaraq sosial təminat növünə yaranan hüququnun, onların maraq və mənafeyinin tam təmin edilməsini nəzərdə tutur. Belə ki, mövcud qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ailə başçısını itirdikdə, yaxud ailə başçısını itirmiş uşaq sağlamlıq imkanları məhdud hesab edildikdə iki müavinət növündən (yəni sağlamlıq imkanları məhdudluğa, yaxud ailə başçısını itirməyə görə müavinət növlərindən) birini seçə bilər. Qanuna yeni dəyişiklik isə həmin uşaqlar üçün bu məhdudiyyəti aradan qaldırır. Onlar müvafiq hallarda hər iki növ müavinəti eyni vaxtda ala biləcəklər. Bu da həmin uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm önəm kəsb edir. “Sosial müavinətlər haqqında” qanunda əsas dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, bəzi hallarda ailəyə hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının adambaşına düşən aylıq məbləği ailə başçısını itirməyə görə aylıq sosial müavinətin məbləğindən aşağı olur. Lakin buna baxmayaraq, qanun əmək pensiyası hüququ yarandığı üçün yalnız pensiyanı almağa icazə verirdi. “Sosial müavinətlər haqqında” Qanunda yeni dəyişiklik nəticəsində belə hallarda ailənin maddi durumunun yaxşılaşması məqsədilə bundan sonra ailəyə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququ veriləcək. Yəni ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan sosial təminat növlərindən hansı (pensiya və ya müavinət) daha çox məbləğdədirsə, onu seçəcək. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik də ailə başçısını itirmiş ailəyə bu seçim hüququnu verir. Qanunda əsas dəyişikliklərdən biri də yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinin artması nəticəsində yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında yaranmış ciddi uyğunsuzluğun aradan qaldırılmasına yönəlib. Belə ki, dəyişiklik yaşa görə müavinət hüququ yaranan yaş həddinin pensiya yaşı həddi ilə eyniləşdirilməsini nəzərdə tutur. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. Bu da ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verir. Qeyd edək ki, ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.
Saglamliq imkanlari mehdud usaqlar
Sağlamlıq imkanları məhdud bir qrup uşağın sosial könüllülərin müşayiəti ilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzinə səfəri təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, uşaqlar əvvəlcə mərkəzdə yaradılan şəraitlə tanış olub, onlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. İstirahət müddətində uşaqlar Ağbulaq kəndini gəzib, təbiətin gözəllikləri ilə yerində tanış olublar. Burada olduqları vaxt ərzində, müvafiq kateqoriyadan olan uşaqlar sosial könüllülərlə birgə oxunması zəruri olan kitabları mütaliə edib, intellektual oyunlarda bilik və bacarıqlarını yoxlayıblar. Həmçinin vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayişi də təşkil olunub.
İstirahət uşaqlarda xoş ovqat yaradıb. Valideynlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, cəmiyyətə inteqrasiyaları məqsədilə müvafiq tədbirlərin icrası davam etdirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq kateqoriyadan olan uşaqlar üçün sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən əlamətdar günlərdə görüşlər, yaradıcılıq müsabiqələri və bilik yarışları keçirilir. Uşaqların Ağbulağa səfəri də bu çərçivədə reallaşdırılıb.
Comments are closed, but trackbacks and pingbacks are open.