Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sultan Səlimlə Şah İsmayıl arasındakı fərqə gəlincə, isə Xətai 15-ci yüzillikdə türk şeirini ən sadə, açıq və gözəl dillə ifadə edən şair idi. Yavuz isə rəsmi dil istifadə edirdi, onun şeirlərində ərəb-fars ifadələri üstünlük təşkil edirdi. Xətai isə Yunus Emre, Karaca Oğlan kimi türk dilində yazırdı, yəni xalqı təmsil edirdi. Yavuz isə daha çox aristokrat təbəqə üçün yazırdı.
Xankəndi
Sultan Səlim Şah İsmayıla niyə düşmən kimi rəftar edirdi? Çaldıran döyüşü nə üçün baş verdi? Türk tarixçiləri Şah İsmayılı niyə təhrif edir?
AzVision.az-ın bu və ya digər suallarını tarixçi Orxan Araz cavablandırıb.
– Türk tarxiçilərin gözü ilə Səfəvi dövləti necə qəbul olunur?
– Tarix elə bir şeydir ki, ona hansı pəncərədən baxmağın çox vacibdir. Məsələn,Teymur özbəklər, Asiya türkləri üçün çox möhtəşəm bir şəxsdir, amma Türkiyə türkləri üçün İldırım Bəyazidlə savaşdığına görə qəddar insandır. Şah İsmayıl Xətaiyə gəlincə isə Türkiyədə hazırda onun çox müridi var. Türkiyədəki ələvilər Şah İsmayılı özlərinin 7 ulu şəxsindən biri hesab edirlər. Füzuli, Nəsimi, Hacı Bektaşi Vəli, Hacı Bayrami Vəli və Şah İsmayıl Xətai həmin 7 ulu şəxsdən biridir. Onlar birgə ibadətlərində Xətainin sözlərinə bəstələnmiş mahnılar ifa edirlər. Onun şeirlərinə ibadət şeiri kimi yanaşırlar. Biz Anadoluda məktəbə getmədən əvvəl Şah İsmayıl haqqında rəvayətləri öyrənirdik.
– Məktəblərdə Şah İsmayıl necə tədris olunurdu?
– Bundan 5-10 il əvvəl məktəblərdə Şah İsmayıl və Teymuru mənfi şəxsiyyət kimi tədris edirdilər. İndi isə bu münasibət dəyişib. Çünki sonradan tələbələr də, tədqiqatçılar da etirazlar etdi ki, yazılanlar düz deyil. Tədqiqatçılar Şah ismayıl haqqında sənədləri təqdim etdilər və bəzi həqiqətlər aşkara çıxdı. Məsələn, İsgəndər Pala “Şah və Sultan” romanında yazır ki, Şah İsmayıl anasını öldürüb. Ankara Qazi Universitetinin professoru Tufan Gündüz isə sübut etdi ki, bu fikir həqiqətə uyğun deyil.
Şah İsmayıl Xətai bütün türkləri birləşdirən bir şəxsiyyət olub. Təkcə Anadoluya getməyib, Dərbəndə, Əfqanıstana qədər gedib çıxıb. Asiyadakı, Anadoludakı türkləri birləşdirmək onun əsas məqsədi idi. Eynilə Yavuz Sultan Səlimin də qayəsi bu idi. Düzdür, o zamanlar indiki kimi milli ruh yox idi, indiki kimi milli kimlik dərk olunmamışdı və dövlətlərə daha çox İslam ideologiyası hakim idi. Şah İsmayılla Yavuz Sultan Səlimin məktubları da tədqiq olunub aşkara çıxarılıb ki, hər iki hökmdar bir-birilə islami dəyərlər üzərində söhbət edir. Məsələn, məktublarında “Quranda belə yazılır”, “Hədislərdə bu var” və s. sözləri tez-tez qeyd olunur.
– Bu məktublarda onların bir-birinə münasibəti necədir?
– Tarixçilər onların hər ikisini qəddar hökmdar kimi təqdim edir, amma məktublarda diqqət çəkən bir məqam var ki, Yavuz Sultan Səlimin atası II Bəyazid Şah İsmayıla çox mülayim və sevgi dolu məktub yazıb. Orada qeyd edir ki, bu xalq bizə Allahın əmanətidir. Bu sözü dediyi vaxt 15-ci əsrdir. Eyni vaxtda Avropada insanlar qul kimi alınıb satılırdı. Hətta Rusiyada 19-cu əsrə qədər bu adət qalmaqda idi. Yəni, bu hökmdarlar xalqı özündən aşağı hesab etməyən təfəkkürə malik insanlar idi.
Biz Şah ismayıl deyəndə gözümüzün önünə yaşlı, ağsaqqal, hər şeyi bilən bir hökmdar gəlir. Halbuki,Çaldıran döyüşündə onun 28 yaşı var idi. İndi eyni yaşda olan insanı düşünün, universiteti bitirib, amma çox kitab oxumayıb, ətrafından, dünyadan xəbəri yoxdur. Şah İsmayıl da, Yavuz Sultan Səlim də yaşadığı zamanı dərk edən, xalqını, inancını sevən, dinini dərindən bilən insanlar olub. Yazdıqları məktublarda da bunu görmək olar. Buna baxmayaraq 28 yaşında insanın səbri, dözümü ilə 50-yə yaxın yaşı olan adamın səbri bir deyil. Bunu nəzərə almaq lazımdır.
– Qeyd edirsiz ki, hər iki hökmdar eyni dinə və eyni millətə mənsub idilər. Bəs bir-birilərindən nə istəyirdilər?
– Yavuz Sultan Səlimlə Şah İsmayıl arasında şiə-sünni yox, dünya hakimiyyəti məsələsi var idi. Onların hər ikisi dünya hakimiyyəti arzusunda idi. Doğrudur, Səlim məktublarında Şah İsmayıla kafir deyə müraciət edirdi, amma bu da siyasət idi. Halbuki Səlimin atası II Bəyazid Şah İsmayıla yazdığı məktublarda oğlum deyə müraciət edirdi.
Dünya hakimiyyəti arzusu isə türk millətinin genetik kodunda var. Yavuz Sultan Səlimin məşhur bir sözü var – Bu dünya bir hökmdar üçün çox, iki hökmdar üçün isə azdır. Ona görə də davamlı olaraq döyüş olacaq.
– Müharibəni ilk olaraq kim başladı?
– Məktublardan aydın olur ki, bu addımı ilk olaraq Səlim atıb. Çünki həmin vaxt Şah İsmayıl İsfahanda idi və bunu da məktubunda qeyd edir. Onu da qeyd edim ki, Şah İsmayılın qəzəbli məktublarının heç birində söyüş yoxdur, amma Yavuz Sultan Səlimin məktublarında var. Yavuzun döyüşə başlamağının səbəbi isə sadəcə düşmənlik deyildi. Məsələ orasında idi ki, Şah İsmayılın elə dövrdə də Anadoluda minlərlə müridi var idi. İstanbulda Dede Muhammed adlı şeyx öz dərvişi Dede Hasanı 1501-ci ildə Şah İsmayıla göndərir və deyir ki, istəyirsənsə, sənə İstanbuldan 2-3 min mürid göndərərəm. İstanbul isə Osmanlının paytaxtı idi və bu o demək idi ki, Anadolu əldən gedir, oradakı insanların hamısı Şah İsmayıla daxilən bağlıdırlar. Sivaslı Ozan Pir Sultan Abdalın belə bir misrası var; “Açın qapıları, şaha gedəlim”. Yəni sərhədləri açın, biz şaha gedəcəyik. Minlərlə adam müridlədirini, əsgərlərini, var-dövlətlərini alıb şaha gəldilər. Onların hamısının evində Şah İsmayılın şeirləri oxunurdu. Sultan Səlim də bunun fərqinə vardıqdan sonra savaşa başladı.
– Anadolu əhalisinin Şah ismayıla güclü rəğbətinin olduğunu qeyd edirsiz. Bəs Çaldıran döyüşündə bu qüvvələr onun qalib gəlməyinə niyə yardım etmədi?
– Şah İsmayıl Xətai Çaldıran döyüşünə qədər 7 savaşda olmuşdu və döyüşdə şəxsən özü iştirak etdiyinə görə bütün bədənində qılınc yaraları var idi. O zamanlar isə Osmanlı dövlətində mühəndislik, silah istehsalı çox yüksək səviyyədə inkişaf etmişdi. Səfəvilərdəki türklər isə daha çox at minməyi, qılıncla savaşmağı yaxşı bacarırdı. Osmanlı ordusu Çaldıran döyüşünə səhra topları ilə gəlmişdi və Səfəvi ordusunun əsgərləri top görməmişdi. Hətta atlar da top səsindən ürküb qaçırdı. Ondan əvvəl isə Əmir Teymurla İldırım Bəyazid arasında olan döyüşdə Osmanlı ordusu ağır vəziyyətə düşdü, çünki Teymur Asiyadan öz ordusunda fil gətirmişdi. O vaxta qədər osmanlılar fil görməmişdi və əsgərlər qaçırdı.
Belə rəvayət var ki, Şah İsmayıl Osmanlı ordusundakı topları qılıncla vurub dağıtmaq istədiyini yazırlar, ona görə ki, toplar o qədər çox adam öldürmüşdü ki, Şah İsmayıl qəzəblənmişdi.
Yavuz Sultan Səlim despot görünə bilər, amma bu, onun dövrünün tələbi idi. Əks halda o, hakimiyyətdə qala bilməzdi. Ona görə də hər dövrün ölkə başçısını öz dövrünün hökmdarı ilə müqayisə etmək lazımdır. Məsələn, indi “Muhteşem yüzyıl” filmində də insanlar Süleymanın öz oğlunu edam etdirməsini vəhşilik kimi qəbul edir. Amma unudurlar ki, həmin hökmdarlar uşaqları ilə bizim kimi mülayim rəftar etmir, başını sığallamırdı. Şahzadələr doğulan kimi başqa şəhərə göndərilir və onlara saray ədəb-ərkanı, qılınc oynatmaq, at minmək öyrədilirdi. Ataları ilə aralarında sevgi hissi yaranmırdı. Qardaşların heç biri bir-birini görmürdü və bilirdilər ki, bir-birilərinin rəqibidirlər. Dövlətin qanunu bu idi ki, güclü olan hakimiyyəti qazanar. Sultan Səlimlə Şah İsmayıl da bir millətdən olan qardaş idi, amma dünya hakimiyyətinə görə savaşırdılar. Şah İsmayıl da öz növbəsində istəyirdi ki, Osmanlı kimi dövlətə hökmdarlıq etsin. Niyə də olmasın? O, 14 yaşında dövlət qurmuş hökmdar olub. Ona görə də Yavuzu da, Şah İsmayılı da günahlandırmaq yanlışdır. Şah İsmayıl öz şeirləri ilə Anadoludakı türklərin ürəyini fəth etmişdi. Ona görə də mən hesab edirəm ki, Çaldıran döyüşündə Osmanlı Şah İsmayıldan qorxur. Onun türk dilindən çəkinirdilər. Çünki Yavuzu hamı başa düşmürdü, amma Şah İsamyılı bütün Anadolu sevirdi.
Onu da qeyd etməliyəm ki, Sultan Səlim Şah İsmayıla qalib gələndən sorna ölkəni dağıtmadı. Çünki burada sadəcə üsyanları yatırıb və gediblər. Hətta Şah İsmayılın ən yaxın dostlarından birinin oğlu Hasan Canı özü ilə apardı və öləndə də Hasan Can onun yanında idi.
– Şah İsmayılın topları qılıncla parçalamaq istəyilə bağlı əhvalat danışdız. Ümumiyyətlə, Çaldıran savaşı ilə bağlı belə rəvayətlər çoxdur. Bunlar necə yaranırdı?
– Şah sarayında təzkirəçilər var idi ki, guya onlar tarix yazmaqla məşğul idi. Əslində isə onlar sultandan pul alır və onun istədiyini yazırdı. Ona görə də onlar tarixçi hesab olunmur. Şah İsmayıl və onun xanımı haqqında rəvayətlər də belə yaranırdı. Məsələn, az qala dünənə qədər deyirdilər ki, Topqapı sarayındakı taxt Şah İsmayılındır. Sonra məlum oldu ki, bu, Nadir Şahın taxtı olub. Bundan başqa Şah İsmayılın həyat yoldaşı Taclı Xatunun da əsir edilməsi yalandır. Belə rəvayət edilir ki, guya Çaldıran döyüşündə Şah İsmayıl həyat yoldaşını qoyub qaçıb və o, osmanlılara əsir düşüb. Bundan sonra isə onu təhqir etmək üçün Cəfər Paşa adlı çox çirkin bir paşa ilə evləndiriblər. Halbuki bu rəvayət həqiqəti əks etdirmir. Taclı xatun savaşda olub, amma onun əsir düşməyi faktı düz deyil.
Sultan Səlimlə Şah İsmayıl arasındakı fərqə gəlincə, isə Xətai 15-ci yüzillikdə türk şeirini ən sadə, açıq və gözəl dillə ifadə edən şair idi. Yavuz isə rəsmi dil istifadə edirdi, onun şeirlərində ərəb-fars ifadələri üstünlük təşkil edirdi. Xətai isə Yunus Emre, Karaca Oğlan kimi türk dilində yazırdı, yəni xalqı təmsil edirdi. Yavuz isə daha çox aristokrat təbəqə üçün yazırdı.
– “Muhteşem yüzyıl” filmindən misal çəkdiniz. Yeri gəlmişkən o filmdə də bir neçə dəfə Səvəfilərlə bağlı səhnələr, səslənən fikirlər Azərbaycanda bir mənalı qarşılanmamışdı.
– Türk tarixçiləri içərisində Şah İsmayıla qarşı çox qərəzli yanaşanlar olub. Hətta bəzi müəlliflərin hekayələrində yazılır ki, Şah İsmayıla göndərilən elçi ilə tərcüməçi vasitəsi ilə danışıblar. Halbuki onların hər ikisi türk olduğuna görə bir-birini başa düşürdü. Hələ də “Muhteşem Yüzyıl” filmində Şah İsmayıl Əcəm hökmdarı kimi təqdim olunur. Bunlar da bilməməzlikdən və keçmiş bir ənənədən irəli gəlir. Firdovsinin “Şahnamə”sində İran-Turan savaşı təsvir olunur. Yəqin ki, fars təsiri buna səbəb olub. O tarixçilər özlərini türk digərlərini isə fars hesab ediblər. Əcəm sözü isə “naşı” mənasını verir. Məsələn, qədimdə romalılar da şəhərdən kənarda yaşayan xaricilərə “barbar” deyirdilər. Bu sözün mənası indi dəyişib və “vəhşi” mənasında işlədilir. Eyni zamanda ərəblər də yadlara, xaricilərə, ərəb olmayan hər kəsə əcəm deyirdilər. Osmanlıdakı tarixçilər də bununla əlaqədar olaraq Şah İsmayılı əcəm hökmdarı kimi təqdim edirdilər.
Bizim tarixçilərin bəziləri qeyd etdiyim təzkirəçilərin yaltaqlıq üçün yazıdıqlarını ciddi qəbul ediblər və düşünüblər ki, bu insan həmin dövrdə yaşayıbsa, düz yazır. Amma həmin adamın bu qeydləri kimin süfrəsində yazmağına diqqət etmək lazımdır. Gerçək Osmanlı tarixçiləri Tufan Gündüz, İlber Altaylı həqiqətə uyğun olmayan faktları aşkara çıxarır. Məsələn, İsgəndər Palanın “Şah və Sultan” romanında Çaldıran döyüşündə Lələ Hüseynlə Sədrəddinin mübahisəsi səhnəsi var. Halbuki tarixdə Lələ Hüseyn Çaldıran döyüşündən çox əvvəl ölüb. Bir sözlə, Türkiyənin əsl tarixçiləri Səfəviləri İran yox, türk dövləti kimi tanıyır.
Türkiyədə Osmanlını ideal cəmiyyət hesab edən, ona heyran olan adamlar var. Elə bilirlər ki, o zaman hər şey gözəl olub. Halbuki həmin dövrdə insanlar adi bir yaradan ölə bilirdilər, çünki tibb indiki qədər inkişaf etməmişdi. Yaxud da Qafqazdan, Ukraynadan və başqa ölkədən qadınları gətirib 300 qadının yaşadığı Hərəmdə saxlayır, dar otaqlarda yaşamağa məcbur edirdilər. Təbii ki, bu qadınların hamısı sultanın cariyəsi deyildi. Onların arasında saray xidmətçiləri, həkimlər, aşbazlar və onların köməkçiləri var idi. O qadınların hamısı sultanın cariyəsi ola da bilməz, çünki buna vaxt da imkan verməzdi. Osmanlı sultanları vaxtının çoxunu sarayda yox, səfərlərdə keçirib.
Fatimə Kərimli
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Şah İsmayıl Xətayi.Həyatı və Yaradıcılığı
Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.
Şah İsmayıl Xətai 1487-ci il iyun 23-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir)türk[1][2] ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.
Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.
13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.
Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.
Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.
Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmi
Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri
Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.
Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.
Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.
Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.
Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.
Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.
Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.
Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas (Ustaclı eli), Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə “Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü.” deyiləcəkdi.
Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.
Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.
Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil.” deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.
Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.
Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
- 21 Mart-Novruz bayramıdı!
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
| BE | ÇA | Ç | CA | C | Ş | B |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
- 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
- Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
- Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
- Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
- Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
- Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
- Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
- Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
- Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
- Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
- Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
- Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
- Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
- Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023
Comments are closed, but trackbacks and pingbacks are open.