Press "Enter" to skip to content

Sahibinin müvəqqəti sakini necə elan edə biləcəyi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Əcnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? – VİDEO

Əcnəbilər Azərbaycanda müvəqqəti qeydiyyatla neçə gün qala bilər? – VİDEO Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əcnəbilər Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdırırlarsa, olduğu yer üzrə qeydiyyata düşməlidirlər”.

5 Oktyabr , 2018 11:32

https://static.report.az/photo/30ea635d-2095-4d98-8990-56ab777faf78.jpg

Report/Firi Salim

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əcnəbilər Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdırırlarsa, olduğu yer üzrə qeydiyyata düşməlidirlər”. Bunu “Report”a açıqlamasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Emin Allahverdiyev deyib. O xatırladıb ki, 2018-ci il iyunun 29-u tarixində Azərbaycan Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edilib: “Həmin qərardan irəli gələrək Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində bir sıra dəyişiklilərə əlavələr edilib. Sonrakı dövrlərdə isə həmin əlavə və dəyişiklər səbəbindən bir sıra qanunvericiliklərə uyğunlaşdırmalar aparılır”. Mütəxəssis qeyd edib ki, iyun ayının 29-dək əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddəti 10 gün olub: “Qeyd etdiyim tarixdən etibarən isə əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddəti 5 gün artırılaraq 15 gün olub. Əcnəbi Azərbaycanda 15-gündən artıq qalmağı planlaşdırırsa, bu müddət ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Qeydiyyata alınma prosesi həm yazılı, həm də elektron sürətdə aparılır”. E.Allahverdiyevin sözlərinə görə, sözügedən dəyişiklərin əsas məqsədi ölkə ərazisində vətəndaş məmnunluğunu təmin etməkdir: “Müvəqqəti qalma müddətinin artırılması əcnəbilərin ölkə ərazisində rahat yaşamasını təmin edir”.

Sahibinin müvəqqəti sakini necə elan edə biləcəyi

Ərizə-anket;
Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
Doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
3,5×4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin özü iştirak etmədikdə notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd (dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir).

Dövlət rüsumunun məbləği

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

– bir iş günü müddətində verildikdə

30 günədək 50 manat

60 günədək 100 manat

– üç iş günü müddətində verildikdə

30 günədək 30 manat

60 günədək 60 manat

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

– bir iş günü müddətində verildikdə

30 günədək 30 manat

60 günədək 60 manat

– üç iş günü müddətində verildikdə

30 günədək 15 manat

60 günədək 30 manat

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə – 20 manat

Qeyd

2, 6 və 8-ci bəndlərdə göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş gün qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Bu xidmət 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.