Sahibkarlıq faliyyti
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Fiziki şəxsin qeydiyyata alınması barədə ərizə formasının doldurulmaqla təqdim edilməsi, yolu ilə həyata keçirilir.
“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 401-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasının birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun preambulasının birinci hissəsində “qurumlar” dedikdə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən nizamnamələrində sahibkarlıq fəaliyyətinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada nəzarəti həyata keçirmək hüququ olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqi şəxslər nəzərdə tutulur.
Sahibkar
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni Azərbaycan Respublikası Verğilər Mazirliyinin Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmaqla Azərbaycan Respublikası ərazisində fəliyyət göstərməyə icazə verilir.
Fiziki şəxs – kimi fəaliyyət göstərmək üçün hər bir vətəndaş ƏVİ – ( ərazi vergilər idarəsi) müraciət etməklə qeydiyyata alındıqdan sonra fəaliyyət göstərmək hüququna malik olurlar: bunun üçün vətəndaş ƏVİ – nə lazım olan sənədləri təqdim etdikdən sonra elə həmən gün qeydiyyata alınırlar.
Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surətini.
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Fiziki şəxsin qeydiyyata alınması barədə ərizə formasının doldurulmaqla təqdim edilməsi, yolu ilə həyata keçirilir.
Qeyd edilən sənədləri vətəndaş özü və yaxud onun Notarial qaydada təsdiq olunmuş Etibarnamə əsasında nümayəndəsi tərəfindən də icra olunmaqla da həyata keçirmək olar.
Bu məsələlər qanuni qaydada icra edildikdə ƏVİ – i həmən gün vətəndaşın sənədlərinə operativ baxış keçirməklə onu Vergi ödəyicisi kimi dövlət qeydiyyatına alır və aşağıdakı sənədləri verir:
VÖEN – vəsiqəsini
Nəzarət kitabcasını
VÖEN – nə deməkdir?
Hər bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxs – fəaliyyətini müəyyənləşdirdikdən sonra dövlət qarşısında götürdüyü ödəliyinə cavabdehdir, ona görə də qeydiyyata qlındıqda ona VÖEN – verilir.
Nəzarət kitabçası nə üçündür? – müxtəlif dövlət qurumları sahibkarliq fəaliyyəti ilə məşğul olan fiziki şəxsini fəaliyyətinə nəzarət etmək üçün bu kitabda qeydiyyat aparmaqla öz yoxlama və yaxud təftişlərini qanuna müvafiq həyata keçirə bilərlər. Hər hansı bir yoxlama və ya təftiş aparılaması nəzarət kitabına qeyd edilmədən aparıla bilməz.
Comments are closed, but trackbacks and pingbacks are open.