Press "Enter" to skip to content

Sahələr mühasibat uçotu

4. Malsatan və podratçılar, malalan və sifarişçilər – müəssisənin fəaliyyətinin fasiləsizliyi haqqında informasiya;

Mühasibat uçotunun əsasları – mühasibat uçotu nədir?

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

    • təsərrüfat əməliyyatları: müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakını, kapitalını, öhdəliklərini, onların hərəkətini, maliyyə nəticələrini və ümumiyyətlə maliyyə-təsərrüfat fəaliyyətini ayrı-ayrılıqda özündə əks etdirə bilən faktlardır.
    • ilkin sənədlər: təsərrüfat əməliyyatlarını və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamədir.
    • mühasibat uçotu registrləri: təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən sistemləşdirilməsidir.
    • inventarizasiya: müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir.
    • mühasibat uçotu hesabı: təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasib uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanılması üçün əsas vahiddir. Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasına xidmət edir. Analitik hesab isə sintetik hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdırır. Subhesab qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.
    • mühasibat uçotunun hesablar planı: mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmuudur.
    • mühasibat uçotunun standartları: bu qanunun müddəalarının inkişafı məqsədilə qəbul edilmiş mühasibat uçotunun aparılmasına dair icbari qaydaları və ya göstərişləri müəyyən edən normativ sənəddir.
    • adi (normal) əməliyyat dövrü: xammal, material, əmtəə və s. sərvətlərin alındığı, pul (kapital) qoyulduğu gündən etibarən onların nəticələrinin yenidən hazır məhsula, iş və xidmətə çevrilərək satıldığı dövrədək olan müddətdir.
    • dövriyyə vəsaitləri (aktivləri): bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsalat, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir. Bunlara kassada və bankda olan pul vəsaitləri,tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsi aiddir.
    • dövriyyədənkənar (uzunmüddətli) aktivlər: bir neçə il istifadəsi nəzərdə tutulan faydalı xassələrdir. Bunlara əsas vəsaitlər, kapital, yaxud başqa maliyyə qoyuluşları, qeyri-maddi aktivlər aiddir.
    • qeyri-maddi aktivlər: fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan dövriyyədənkənar aktivlərdir.
    • müəssisə əmlakı: müəssisənin dövriyyə və dövriyyədənkənar aktivlərinin məcmuudur.
    • cari öhdəliklər: bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklərdir.
    • uzunmüddətli öhdəliklər: ödənişi bir ildən çox müddətə nəzərdə tutulan öhdəliklərdir.
    • maliyyə qoyuluşları: səhmlərin, istiqrazların və başqa qiymətli kağızların alınması, başqa müəssisələrə nizamnamə kapitalı qoyulması, borc verilməsi və s. ilə əlaqədar müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin investisiya qoyuluşlarıdır.
    • ilkin dəyər: alınması , quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə əmlakın, obyektin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.
    • bərpa dəyəri: mövcud vaxtda istifadəsi zəruri olan dövriyyədənkənar aktivlərin mümkün məsrəflərinin qiymətləndirilməsidir.
    • maliyyə (mühasibat) hesabatı: müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin və s. istifadəçilər (səhmdarlar, kreditorlar, sahibkarlar, dövlət orqanları və s.) üçün təyin edilmiş formalarda öz əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin yekunlarının məcmuudur.
    • mühasibat balansı: hesabat dövrünün son gününə müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır.

    mühasibat uçotu pdf, muhasibat ucotu haqqinda, muhasibat ucotu nezeriyyesi, mühasibat uçotu hesablar planı, muhasibat kurslari, maliyye ucotu pdf, muhasibat ucotu test, mühasibat balansı

    Məlumat bazaları üzrə axtarış

    Bildiyimiz kimi, bütün müəssisə və təşkilatlarda fəaliyyət sahəsindən asılı olmayaraq mühasibat, vergi, kadr və sənəd uçotunun təşkili və aparmalısı məcburidir. Hər fəaliyyət sahəsində uçotun təşkilində və aparılmasında bütün sahələrdə olan həm ümumi qaydalar, həm də yalnız bu sahəyə məxsus xüsusiyyətlər vardır.

    Hər bir müəssisə və təşkilat rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat, vergi, kadr və sənəd uçotu xidmətinin göstərilməsi təşkil edilir.

    Baş mühasib mühasibat uçotunun aparılmasını, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.

    Hörmətli abunəçilər, saytın bu hissəsində Siz sahələr üzrə mühasibat, vergi, kadr və sənəd uçotunun təşkili və aparılması xüsusiyyətləri ilə tanış olacaqsınız.

    Əlavə olaraq, səhifədə bütün fəaliyyət sahələrində istifadə edilən bir neçə xüsusi əməliyyatların uçotu ilə də tanış olacaqsınız.

    Səhifə daim yenilənir və yaxın gələcəkdə yeni fəaliyyət sahələri əlavə ediləcəkdir. Eyni zamanda, sizlər də səhifədə olmayan, lakin görmək istədiyiniz fəaliyyət sahələrin uçotu barədə e-mail ünvanına məktub yaza bilərsiniz.

    Normativ-hüquqi aktlar:

    e-MUHASIB.AZ – “Mühasibin Elektron Ensiklopediyası” ekspert sistemi – böyük həcmdə olan məlumatlar ilə işləmək üçün yeni müasir texnologiyadır.
    Elektron Ensiklopediya mühasibi mühasibat, vergi, kadr və sənəd uçotunun qanunvericiliyə uyğun aparılması üçün daim aktual ensiklopedik məlumatlar ilə təmin edir.
    Elektron Ensiklopediya peşakar mühasib olmaq yolunda sizin ilk addımınızdır!

    Mühasibat və mühasibat uçotu

    Mühasibat uçotu — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən bir elm. İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan, sinifləndirən, yekunlaşdıraraq hesabat edən və nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Mühasibat, müəssisələrin aktivlərinin və qaynaqlarının meydana gəlməsini, bunların istifadə edilmə formasını, müəssisələrin etdiyi əməliyyatlar nəticəsində bu varlıqlardakı və mənbələrdəki dəyişmələri, müəssisələrin maliyyə vəziyyətlərini açıqlayacaq məlumatları təmin edən və bu məlumatları əlaqədar adam və təşkilatlara çatdıran bir məlumat sistemi ilə bağlı anlayışdır. Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələrin əlaqədar deyil, qeyri-kommersiya, yəni cəmiyyətə fayda üçün xidmət verən bütün təşkilatlar üçün də etibarlıdır. Buna görə, müəssisələr deyilərkən bütün təşkilatları əhatə edir. Ümumiyyətlə, mühasibat sistemi qazanc məqsədi güdən müəssisələr üçün daha da əhəmiyyətlidir. Mühasibat funksiyalarını qeydetmə, təsnifat, yekunlaşdırma və hesabat olaraq dörd ana qrupda ayıra bilərik:

    • Qeydetmə funksiyası: Maliyyə əməliyyatları sənədlərə söykənərək mühasibat sisteminə görə mühasibat kitabçalarının qeyd edilməsi mərhələsidir. Mühasibatın ən əhəmiyyətli və ilk funksiyasıdır.

    • Təsnifat funksiyası: Yazılan məlumatlar müəyyən zaman aralıqlarında yığılıb, xüsusiyyətlərinə görə qruplara ayrılır. Beləcə, fərqli xarakterli və qruplardakı əməliyyatları bir-birləri ilə qarışdırmadan fərqli qeydləri yoxlanıla bilər.

    • Yekunlaşdırma funksiyası: əməliyyatlar dövr sonlarında toplanaraq daha asan nəticələr çıxarmağı təmin etmək üçün ümumiləşdirilir . Dövr sonlarında biznes yüzlərlə, bəlkə minlərlə əməliyyat etmiş ola bilər.

    • Hesabat funksiyası: Ən son olaraq, hesabat funksiyasında yazılan, təsnif və yekunlaşdırılan əməliyyatlar maliyyə hesabatları vasitəçiliyi ilə nəticə mərhələsinə gəlir. Hesabat mühasibat sisteminin ən son mərhələsi və şərhetmə mərhələsidir. Mühasibatın ən əhəmiyyətli funksiyanlarındandır. Hesabat mərhələsində mühasibat hesabatları istifadə olunur. Bu hesabatların ən əhəmiyyətliləri balans hesabatı və gəlir cədvəlidir.

    Mühasibat bu funksiyaları sırası ilə yerinə yetirərək, müəssisələrin maliyyə əməliyyatları haqqında nəticələr çıxararaq; həm idarəetməni, həm dövləti, həm də üçüncü şəxsləri məlumatlandırır. Bütün müəssisələrdə yerli və ya beynəlxalq mühasibatlığın olması hesabatlara görə daha vacibdir.

    Mühasibat uçotu – müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

    Mühasibat uçotunun məcburiliyi – Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

    AR “Mühasibat uçotu haqqında” Qanun, Maddə 3

    Mühasibat uçotunun funksiyaları:

    • informasiya (məlumatvermə) funksiyası,

    • əmlakın qorunub saxlanması,

    Mühasibat uçotunun məqsədi:

    – maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilat və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;

    – əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;

    – maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

    Mühasibat uçotunun əsas prinsipləri:

    – Mühasibat uçotunun fasiləsizliyi – müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;

    – Mühasibat uçotu hesablarının tətbiqi – müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərinin yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;

    – Təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun, mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı – müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman, onun iqtisadi məzmununun, mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;

    – Təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı – müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin — ehtiyatlılığın təmin edilməsi;

    – Qiymətləndirmənin təminatı – müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.

    Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

    İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.

    Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.

    Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

    Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

    Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:

    • daxili istifadəçilər (“insiders”);

    • kənar istifadəçilər (“outsiders”).

    Müəssisə daxilində biznes qərarlarını qəbuletmə səlahiyyətinə malik olan rəhbər, menecer, yaxud sadə işçilər ola bilər.

    Kənardan həmin şirkətin maliyyə uçotu məlumatları ilə maraqlanan tərəflər ola bilər.Bu istifadəçilərə investorlar və səhmdarlar,kreditorlar,dövlət vergi orqanları,yaxud istehlakçılara aiddir.

    Göstərilən istifadəçilər maliyyə uçotundan aşağıdakı informasiyaları almaqda maraqlıdırlar:

    1. İnvestorlar və səhmdarlar, onların nümayəndələri – həyata keçirilən və ya nəzərdə tutulan investisiyaların riskliliyi, gəlirliliyi və müəssisənin dividend ödəmək qabiliyyəti haqda informasiya;

    2. Müəssisənin işçiləri və onların nümayəndələri (həmkarlar ittifaqı və s.) – işverənlərin gəlirliliyi, stabilliyi, iş yerlərini saxlamaq və əməkhaqqı ödəyə bilmə imkanı barədə informasiya;

    3. Borcverənlər – müəssisənin verilmiş borcları qaytara bilməsi və faizləri ödəyə bilməsi haqqında informasiya;

    4. Malsatan və podratçılar, malalan və sifarişçilər – müəssisənin fəaliyyətinin fasiləsizliyi haqqında informasiya;

    5. Dövlət orqanları – öz funksiyalarını (resursların yerləşdirilməsi, iqtisadiyyatın tənzimlənməsi, dövlət siyasətinin hazırlanması və reallaşdırılması, statistik nəzarətin aparılması və s. funksiyalar) həyata keçirmək üçün onlara lazım olan informasiya;

    6. Bütövlükdə ictimaiyyət – yerli, regional və dövlət səviyyəsində müəssisənin ictimai rifahın yüksəldilməsində rolu haqqında informasiya.

    İdarəetmə uçotunun informasiyası:

    Daxili istifadəçilər tərəfindən firmanın idarə olunması zamanı istifadə olunur. İdarəetmə uçotunun aparılmasında əsas məqsəd daxili istifadəçiləri istehsal xərcləri və maya dəyəri haqqında informasiya ilə təmin etmək, həmçinin maliyyə hesabatının təhlilinin nəticələrinə dair göstəricilərlə təmin etməkdən ibarətdir…

    Əgər kənar istifadəçilər üçün maliyyə uçotunun məlumatları, əsasən, investisiyalar haqqında qərar vermək üçün lazım idisə, daxili istifadəçilər üçün uçot məlumatları aşağıdakı məqsədlər üçün lazımdır:

    1. Strategiyanın hazırlanması;

    1. İşin planlaşdırılması;

    2. Qərarların qəbulu;

    3. Resurslardan istifadənin optimallaşdırılması.

    Qeyd olunanları nəzərə alaraq, idarəetmə uçotunu bəzən daxili, yaxud da istehsal (maya dəyəri) uçotu (“Cost Accounting”) adlandırırlar. Maliyyə uçotu ilə idarəetmə uçotu arasındakı fərqlər şəkildə göstərilmişdir.

    Hər bir peşənin (elmin) müəyyən bir məhsulu olduğu kimi, maliyyə uçotunun da məhsulları maliyyə hesabatıdır.

    İdarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. İdarəetmə uçotu idarəetmə prosesini uçot prosesi ilə əlaqələndirir. İdarəetmə uçotu – hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. İdarəetmə uçotunun sinonimi daxili uçotdur.

    İdarəetmə uçotu istehsalat uçotuna əsaslanaraq, müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı, xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.

    Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissəsi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.

    İdarəetmə uçotunun məqsədi

    İdarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbiətinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləmə və s. işlərdə istifadə olunur. Bütün bunlar formalaşdırılan məqsədlərin son nəticəsinin müəyyən edilməsinə yönəldilir.

    Əgər maliyyə uçotu müəssisənin istehsalat fəaliyyətinin ümumi nəticəsinin (onun bütün bölmələri və hazırlanan məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin edirsə, bu ümumi yekunu fəaliyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmaq üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyyət etibarilə idarəetmə uçotu verir.

    İdarəetmə uçotunun vəzifələri

    Beləliklə, təyinatından və qarşıya qoyulan məqsəddən asılı olaraq idarəetmə uçotu aşağıdakı əsas vəzifələri yerinə yetirir:

    • müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerinə yetirilməsini təmin edən xərcləri müəyyənləşdirir;

    • müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatı, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;

    • müvafiq satış qiyməti ilə müqayisə etmək üçün məmulatların (malların) dəyərini hesablamaqla müəssisənin istehsalat fəaliyyətindən əldə edilən nəticəni təhlil edir;

    • cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyərini və təsərrüfat büdcəsini əvvəlcədən hesablamaq yolu ilə);

    • proqnozlaşdırılan və həqiqi məlumatlar arasındakı kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, büdcə xərclərinə və onların icrasına nəzarət edir).

    Bu sadalanan vəzifələri üç istiqamətdə qruplaşdırmaq məqsədəuyğundur:

    1. Birinci istiqamət – məmulat və xidmətin dəyərinin hesablanması, həmçinin rentabelliyin təhlili;

    2. İkinci istiqamət – müəssisənin məsul bölmələrinin yerinə yetirdiyi funksiyalarla əlaqədar, maliyyə-təsərrüfat fəaliyyətinə idarəetmə nəzarəti;

    3. Üçüncü istiqamət – qərar qəbul etmək. [3]

    Maliyyə uçotu, əsasən, kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Maliyyə uçotunun əsas məqsədi müəssisənin maliyyə fəaliyyətinə aid aşağıdakı 3 istiqamətdə informasiya hazırlamaqdır:

    1. Maliyyə vəziyyəti;

    2. Maliyyə nəticələri;

    3. Pul vəsaitlərinin hərəkəti haqqında.

    Maliyyə nəticələri mənfəət və zərərlər haqqında hesabatda öz əksini tapır. Maliyyə vəziyyətini təhlil etmək üçün balans hesabatı və kapital dəyişiklikləri haqqında hesabatdan istifadə edilir.

    Pul vəsaitlərinin hərəkəti üzrə göstəricilər isə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda öz əksini tapır.

    Bu hesabatlar demək olar ki,bütün xırda və iri şirkətlər tərəfindən tərtib olunur.

    Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri beş yerə bölünür:

    • Xüsusi kapital (“equity capital”), yaxud xalis aktivlər (“net assets”);

    Aktivlər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış, onun nəzarətində və istifadəsində olan elə resurslardır ki, gələcəkdə həmin müəssisəyə iqtisadi fayda gətirəcək.

    Öhdəliklər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış və gələcəkdə ona iqtisadi fayda gətirəcək resursların həmin müəssisədən axıb getməsinə səbəb olan borclardır.

    Xüsusi kapital müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivlərdir.

    Gəlir hesabat dövründə müəssisənin iqtisadi faydasının elə artmasıdır ki, bu öz əksini aktivlərin artmasında, yaxud öhdəliklərin azalmasında tapır. Bunun nəticəsində kapitalın mülkiyyətçilərin payları hesabına olmayan artımı baş verir.

    Xərclər hesabat dövründə müəssisənin iqtisadi faydasının elə azalmasıdır ki, bu öz əksini aktivlərin dəyərinin azalmasında və ya itirilməsində, yaxud öhdəliklərin artmasında tapır, bunun da nəticəsində kapitalın mülkiyyətçiləri tərəfindən geri çıxarılması hesabına olmayan azalması baş verir.

    Ümumilikdə isə, bütün hesabatların həm illik, həm də aylıq daha düzgün nəticələnməsi üçün AR qanunverciliyinə və dünya standartlarına əsasən, mühasibat uçotundan istifadə etmək hər bir müəssisə üçün vacibdir.

    1. Radil Fətullayev-Əsas Vəsaitlərin Rəsmiləşdirilməsi

    3. MÜHASİBAT UÇOTU (SAHƏLƏR ÜZRƏ)-Dərslik

    4. Foundations in Accountancy

Comments are closed, but trackbacks and pingbacks are open.