Press "Enter" to skip to content

Təzyiqi salmaq üçün bunları yeyin! 6 ƏN YAXŞI MƏHSUL

Sual: “İnsanlardan və qonşulardan gələn çətinliklərə qatlanmaq lazımdır” deyilir. O zaman da əzilmərik? Müsəlmanın kimisə əzməməsi lazım olduğu kimi, özünü də əzdirməməsi lazım deyilmi?

Qonşuluq

Sual: Qonşu haqqının dindəki yeri nədir?

CAVAB

Qonşu haqqı önəmlidir. Hədisi-şəriflərdə buyurulur ki:

“Allaha və qiyamətə inanan, qonşusuna yaxşılıq etsin!” [Buxari]

“Evinizdə bişən yeməkdən qonşunuzun haqqını verin.” [Şirə]

“Qonşusu aç ikən tox yatan, [gerçək] mömin deyildir.” [Buxari]

“Qonşuya da, ana-ataya hörmət edər kimi hörmət etmək lazımdır.” [Şirə]

“Gözəl qonşuluq et ki, həqiqi mömin olasan.” [Tirmizi]

“Qonşunun miras haqqı kimi haqqı vardır, o da qonşuluq haqqıdır. Əgər müsəlmandırsa, səndə iki haqqı vardır: Biri qonşuluq haqqı, biri də Müsəlmanlıq haqqıdır.” [İslam Əxlaqı]

“Qonşu üç cürdür: Bir haqqı olan, iki haqqı olan, üç haqqı olan qonşu. Bir haqqı olan, qohum olmayan qeyri-müslim qonşudur. İki haqqı olan qonşu, Müsəlman olan qonşudur ki, onun həm Müsəlmanlıq, həm də qonşuluq haqqı vardır. Üçüncü haqqı olan qonşu isə, qohum olan Müsəlman qonşudur. Bunun həm Müsəlmanlıq, həm qohumluq, həm də qonşuluq haqqı vardır.” [Əbu Nuaym]

“Qonşusunu üzən, məni üzmüş olar. Mənə əziyyət edən Allaha əziyyət etmiş olar. Qonşusu ilə döyüşən mənimlə döyüşmüş olar. Mənimlə döyüşən Allah ilə döyüşmüş olar.” [Əbu Nuaym]

“Namaz qılan, oruc tutan, sədəqə verən, fəqət dili ilə qonşularını incidən çox insan vardır ki, gedəcəkləri yer Cəhənnəmdir.” [Hakim]

Qonşuya əmri-maruf etməmək önəmli bir qul haqqıdır. Məsələn, spirtli içkilərin, açıq gəzməyin haram olduğunu gülər üz və şirin dil ilə qonşularına izah etmək lazımdır. Qonşularının günah işlədiklərini görüb, mənə nə deyərək evinə çəkilən, uyğun bir şəkildə onlara nəsihət etməyən və onlarla görüşməyən, onların Cəhənnəmdən xilas olması üçün kömək etməyən cavabdeh olacaqdır. Qonşuları belə bir kimsəni, qiyamətdə Allahu təalaya şikayət edəcəklərdir.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Çox kimsə, qiyamətdə qonşusunun yaxasından yapışıb, “Ya Rəbbi, buna, nə üçün qapısını mənə bağladığını soruş. Nə üçün əlindəki nemətlərdən mənə də vermədi” deyəcəkdir.” [İsfəhani]

“Qonşun kömək istəyərsə kömək et. Borc istəyərsə borc ver. Kasıb isə kömək et. Xəstələnərsə ziyarət et. Yaxşı şeylərini təbrik et, fəlakətlərində səbir dilə. Öləndə cənazəsinə get.” [Haraiti]

Pis qonşu

Müsəlman, qonşusunun çətinliklərinə də dözər. Ona zərəri toxunmaz. Hədisi-şəriflərdə buyuruldu ki:

“Qonşusu pisliyindən əmin olmayan kimsə, [kamil ] mömin deyildir.” [Buxari]

“Allaha və axirətə inanan, qonşusunu incitməsin!” [Buxari]

“Allah və Rəsulunu sevən, bunların da onu sevməsini istəyən, danışanda doğru söyləsin, əmanətə riayət etsin və qonşusu ilə yaxşı yola getsin!” [Beyhəqı]

“Qonşusu, şərindən əmin olmayan kimsə iman etməmişdir.” [Bəzzar]

“Pis qonşu, gördüyü yaxşılığı gizləyər, pisliyi də yayar.” [Tabərani]

“Qonşusunun köpəyini döyən, sahibini incitmiş olar.” [İ.Qəzali]

“Çətinliyə düşən qonşusuna kömək edənə, çətinliyini aradan qaldırana, qiyamətdə ən qiymətli paltarlar geydirilər.” [Şirə]

“Qonşu haqqı dörd tərəfdən qırx evdir.” [İ.Hibban]

“Özünün yaxşı yaxud pis olduğunu anlamaq istəyən kimsə, saleh qonşularının özü haqqında nə dediklərini öyrənsin! “Yaxşı” deyərlərsə, Allah qatında da yaxşı olduğunu anlasın!” [İbni Macə]

Bəli, saleh qonşularımız bizə yaxşı deyilərmi?

Hər müsəlmanın, xüsusilə yeni evlənənlərin haramlardan çəkinən, ibadət edən saleh müsəlmanlar yanında ev alması lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Ev satın almadan əvvəl, qonşuların necə olduqlarını araşdırın! Yola çıxmadan əvvəl yol yoldaşınızı seçin!” [Şirə]

Yaxşı qonşu

Yaxşı insan yalnız qonşularına və digər insanlara zərər verməyən deyil, onlardan gələcək zərərlərə və çətinliklərə də qatlanandır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Malına və ya ailəsinə zərər verər qorxusuyla qonşusuna qapısını bağlayan, onunla əlaqəni kəsən, [həqiqi] mömin deyildir.” [Haraiti]

“İnsanların içində yaşayıb, onlardan gələn çətinliklərə səbr edən mömin, kənara çəkilib onlardan gələcək çətinliklərə səbr etmək savabından məhrum qalan mömindən daha yaxşıdır.” [Tirmizi, İ. Macə, İ. Əhməd, Beyhəqı]

“Allah qatında qonşuların yaxşısı qonşularına faydalı olandır.” [Hakim]

“Cəbrayıl əleyhissəlam, qonşu haqqının əhəmiyyətindən o qədər bəhs etdi ki, qonşunu qonşuya varis edəcək zənn etdim.” [Buxari]

Bir kimsə, qonşusundan nə gözləyirsə, qonşusuna da eyni şeyləri etməsi lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Allaha and içirəm ki, bir kimsə, özü üçün sevdiyi şeyi qonşusu və ya dostu üçün sevmədikcə iman etmiş olmaz.” [Müslim]

Yaxşı qonşu bir nemətdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bunlar Müsəlman üçün səadətdir: Salehə xanım, yaxşı qonşu, geniş ev və uyğun minik vasitəsi.” [Hakim]

“Bir saleh müsəlmanın hörmətinə, qonşulara gələcək yüzlərlə bəlanın qarşısı alınar.” [Tabərani]

“İki adam ölən qonşusu üçün, “Biz bunu yaxşı bilirik” deyərsə, o qul elə olmasa da, Allahu təala mələklərə buyurar ki: İki qonşunun şahidliyini qəbul edin və ölənin qatımdakı vəziyyətinə baxmayın!” [İ. Nəccar]

“Yaxşı qonşuluq, ölkələri xoş edər və ömrünü uzadar.” [İ.Əhməd]

“Yaxşı qonşu, qonşusunu Cənnətə aparar.” [Deyləmi]

Qonşunu üzməkdən çəkinmək lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Qonşusuna əziyyət edən, mənə əziyyət etmiş olar.” [Əbuşşəyh]

“Qonşusuna əza edəni Allahu təala sevməz.” [Deyləmi]

“Qonşusu şərindən əmin olmayan, [gerçək] mömin ola bilməz.” [Buxari]

“Pis qonşuya qiyamətdə Allahu təala rəhmətlə nəzər etməz.” [Deyləmi]

“Allahu təala qonşusunun pisliyinə, ölənə qədər səbr edən kimsəni sevər.” [Hatib]

“Əza edən qonşuya səbir edəni Allah sevər.” [Hakim]

“Allah və Rəsulunun sizi sevməsi üçün əmanətə riayət edin, doğru danışın, qonşunuzu üzməyin və ona yaxşı rəftar edin.” [Tabərani]

Sual: Bizimlə eyni binada bir qonşu xanım var. Evimizdə un, şəkər, yağ kimi ərzaq və ya hər hansı bir kitab, bir alət görsə, borc olaraq istəyər. Qaytarma xasiyyəti də yoxdur. Əgər maddi vəziyyətləri çətin olsa qaytarmasa olar. Bizdən kasıb da deyillər. Ərim, “Nə istəyərsə istəsin heç bir şey verməmək lazım!” deyir. Qonşu haqqından qorxuram. Verməsəm günah olar? Qonşunun hər gördüyünü istəməsi və aldığını qaytarmaması günah deyilmi? Bu qonşu, tək bizdən deyil, başqalarından da belə şeylər istəyirmiş.

CAVAB

Əriniz sizin malınızı, siz də ərinizin malını icazəsiz xərcləyə bilməzsiniz. İcazəsiz xərcləmək, başqasına vermək günah olar. Qonşu gələndə, “Ərim razı olmur. Ondan icazəsiz bir şey verməyim günahmış” deyərsəniz, o da bir daha bir şey istəyə bilməz. Ondan bundan bir şey istəmək doğru deyildir. Hədisi-şərifdə buyuruldu ki:

“İnsanlardan bir şey istəməyin, hətta bir misvaqdan bir dəfə istifadə etmək üçün də olsa.” [Bəzzar]

Borc alıb verməmək də günahdır. Hədisi-şərifdə buyuruldu ki:

“Aldığı borcu ödəmək istəməyənlərə Allahu təala qiyamətdə “Bu kimsənin haqqını sizdə buraxacağımı zənn etdiniz?” buyuraraq o kimsənin yaxşı əməllərini alıb digərinə verər. Əgər borcunu verməyənin yaxşı əməli yoxdursa, borc verənin pis əməllərini, günahlarını borcluya yükləyər.” [Tabərani]

Bir kimsəyə zərər vermək, qəlbini qırmaq pisdir. Fəqət, qonşuya zərər vermək, onu incitmək daha pisdir. Hədisi-şərifdə buyuruldu ki:

“Qonşusu, zərərindən əmin olmayan kimsə, Allaha iman etmiş sayılmaz.” [Bəzzar] [Yəni bu kimsə kamil mömin deyildir.]

Qonşu pis də olsa ona əldən gələn yaxşılığı etməyə çalışmaq lazımdır! Müsəlman, qonşusunun çətinliklərinə də dözər. Ona zərəri toxunmaz.

Sual: Getdiyim yerlərdə müxtəlif səbəblərdən bəzi bəhanələr taparaq edilən ikramları qəbul etmirəm. Günah olurmu?

CAVAB

Dinə uyğun bir bəhanəniz yoxdursa, yeyib içilməsi haram olmayan bir ikramı rədd etmək uyğun deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir kimsəyə bir yoldaşı bir şey ikram edərsə, onu qəbul etsin! Çünki o Allahu təalanın ikramıdır. Allahın ikramını da rədd etməyin!” [Əbu Nuaym]

“Yoldaşının evinə gəlib, önünə qoyulanı yeməmək cəfadır.” [Deyləmi]

Evdən əvvəl qonşu

Sual: “Ev almadan əvvəl qonşu al” atalar sözü üçün hədis deyirlər. Atalar sözünə hədis deyilir?

CAVAB

Atalar sözü ümumiyyətlə hədislərdən çıxarılmışdır. Bu söz də elədir. Bir hədisdə, “Evdən əvvəl qonşu, yola çıxmadan əvvəl yol yoldaşı axtar!” buyuruldu. (Tabərani)

Əzməkmi, əzilməkmi?

Sual: “İnsanlardan və qonşulardan gələn çətinliklərə qatlanmaq lazımdır” deyilir. O zaman da əzilmərik? Müsəlmanın kimisə əzməməsi lazım olduğu kimi, özünü də əzdirməməsi lazım deyilmi?

CAVAB

Yaxşı yol getməyə əzilmək deməmək lazımdır. Heç bir zaman əzən olmamalıyıq. Axirətdə hesabı çətindir. Zalım olmaqdansa, məzlum olmağı seçmək məcburiyyətindəyik. Bir başqa xüsus da, axirətə alacaqlıyam deyə gedib, borclu çıxıla bilər. Məsələn, qeybət etdiyimiz və ya təhqir etdiyimiz üçün borclu vəziyyətə düşə bilərik. Bunun üçün, “Haqqımı onda buraxmaram, zorla alaram” demək səhvdir, çünki zorla alarkən ona zülm etmiş olarıq. Haqlı da olsaq, qarşımızdakına “Sən haqlısan” deysək, yaxşı insan olduğumuz aydın olar. Elə deməyən və ya deyə bilməyən, yaxşı yola gedə bilməyən kimsə Allahu təalanın sevgisinə və razılığına necə qovuşar?

Övliya şəxslər insanlardan gələn çətinliklərə həmişə səbr etmişlər, onların etdiklərinə pisliklə deyil, əksinə yaxşılıqla cavab vermişlər. Haqlarını almağa çalışmamışlar. “Əzən olmaqdansa, əzilən biz olaq” demişlər. Bu gözəl əxlaqları, bir çox qeyri-müslimin müsəlman olmasına, günahkarların da tövbə etmələrinə vəsilə olmuşdur.

Yaxşı qonşu təsvir edilərkən də, tək qonşusuna zərər verməyən deyilmir, qonşusundan gələn çətinliklərə dözən deyə təsvir edilir. Qonşu narahat edəcək, biz də səbr edəcəyik. Məsələn, onun uşaqları yuxarıda hoppanıb, tullanıb bizi narahat edərsə, biz də qarşılıq verməyəcəyik, aşağıda baraban çalmayacağıq. O bizə bir şey verməsə də, biz bişirdiyimiz ən nəfis yeməyi, balı, paxlavanı ona verəcəyik. O qışqıra-qışqıra danışacaq, biz, qonşu narahat olar, deyə səsimizi kəsəcəyik. Ancaq o vaxt yaxşı qonşu ola bilərik. Biz də eynisini edərsək, o vaxt necə yaxşı qonşu olarıq?

Təzyiqi salmaq üçün bunları yeyin! 6 ƏN YAXŞI MƏHSUL

Hipertoniya (yüksək təzyiq) ən yayılmış pozulmalardan biridir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox insanlar fikirləşir ki, yüksək təzyiq özünü baş ağrıları, ürəkbulanması, başgicəllənməsi və s. bu kimi simptomlarla büruzə verir.

Lakin bu belə deyil. Hipertoniya hiyləqər xəstəlikdir. İlk mərhələlərdə xəstəlik özünü heç bir simptomla büruzə vermir. Gizli inkişaf edən hipertoniya ürək-damar, böyrək xəstəliklərinə, görmənin zəiflənməsinə, insult və infarkta səbəb olur. Bu səbəbdən həkimlər hər bir yetkin insana vaxtaşırı olaraq təzyiqi ölçməyi tövsiyə edirlər. Təzyiq 139/89 c.st.-dan yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət edin. İlkin mərhələlərdə insan hipertoniyadan dərmansız, yalnız qidalanmada və həyat tərzində müəyyən dəyişikliklər etməklə qurtula bilər.

Sizə arterial təzyiqi tənizmləməyə kömək edən 5 ən yaxşı məhsulu təqdim edirik:
– Nar. Kardioloqlar xəstələrinə mövsümdə hər gün 1 nar yeməyi tövsiyə edirlər.
– Qatıq, ayran. Ən sınanmış və həqiqətən effektli müalicəvi məhsullardır.
– Limon. Hər gün yarım stəkan suya 1 ç.q. limon şirəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için. Əla müalicəvi və profilaktik vasitədir.
– Qara şokolad. Çoxsaylı araşdırmalar şokoladın ürək-damar sistemi üçün faydalarını təsdiq edib.
– Zəncəfil və sarıkök. Bu ədviyyatlar damarların sağlamlığına müsbət təsir edir, damarları genişləndirir.
– Çuğundur və çuğundur şirəsi. Elmi araşdırmalar göstərib ki, çuğundur damarları genişləndirir və təzyiqi salır.

Milli.Az

Cənabət qüslu necə alınır?

Salam aleykum. Cenabet quslunun deqiq alinma qaydasini deyinde! Birde chimib qutaranda almaq olar cenabet quslunu? Zehmet olmasa etrafli yazin!

Aleykum salam. Allah dərgahında qəbul olunan qüsl iki növdür:
1) Vacib qüsl: Başa və bütün bədənə su çatdırmaq, ağıza və buruna su çəkmək lazımdır. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.
2) Kamil qüsl: Kamil qüsl almaq üçün “bismilləh” deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Aişə (Allah ondan razı olsun) rəvayət edir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu”. (əl-Buxari). Qüslu yuyunduqdan əvvəl və ya sonra almaq olar.

Comments are closed, but trackbacks and pingbacks are open.