Press "Enter" to skip to content

Sağlamlığımızı necə qoruyaq? MƏSLƏHƏTLƏR – VİDEO

– Koronavirusun problemli tərəflərindən biri insanların bir qisminin onu mövsümi qrip kimi dəyərləndirməsidir. Nəzərə almaq lazımdır ki, koronavirusdan fərqli olaraq biz mövsümi qripi çox yaxşı başa düşürük. Çünki, mövsümi qripin gedişatı olduqca dəqiq proqnozlaşdırılır. Ancaq biz koronavirusun nə ilə sonlanacağını hələ də dəqiq bilmirirk. Bu da təbii olaraq insanlarımızda psixoloji gərginlik yaradır. Köhnə viruslarla müqayisədə yeni virus barədə daha zəif anlayışımız var. Qaydaların sərtləşməsi, karantin müddətinin uzanması da bununla bağlıdır. Belə olan təqdirdə insanlarda narahatlığın, müxtəlif psixoloji problemlərin yaranması qaçılmazdır. Depressiya psixoloji pozuntuların biridir. Demək olmaz ki, belə hallarda bütün insanlar depressiayaya düşür. Xeyr, sadəcə psixoloji problemlər artır, bir qism psixoloji problemlər isə belə deyək, “inkubasiya dövrünü” yaşayır. Pandemiya bitəndən sonra ortaya çıxacaq. Bugün üçün ən böyük antidepressant sağ qalmaq, özünü və yaxınlarını bundan qorumaq üçün mübarizə aparmaqdır. Məqsəd bu olsa depressiya, stress və digər psixoloji problemlərdən sığortalanmış olarıq. Bu gün üçün hədəf maksimum qorunmaq, virusa tutulmamaqdır.

Məşhur psixoloq vacib detalları AÇDI: Bu sürəti azaltmaq, harmoniyanı qorumaq üçün nəsə baş verməli idi.

Bütün dünyanın bəlasına çevrilən koronavirus insanların psixoloji vəziyyətinə ciddi şəkildə təsir edir. Uzunmüddətli karantin günlərində evdə qalmaq məcburiyyəti, sosial və aktiv həyatdan ayrılmaq, yeni qaydalara öyrəşmək asan iş deyil. Xüsusilə sosial mediada əsassız məlumatların yayılması narahatlığı artırır, mütəxəssislər isə “qorxmayın, tədbir görün” xəbərdarlığı edir.

Mövzu haqqında ətraflı məlumat verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov karantin müddətində koronafobiyanın qarşısını almaq üçün təsirli tədbirlərdən danışıb.

Ekspertin Publika.az-a müsahibəsini təqdim edirik:

Koronavirusun sosial həyatımızda yaratdığı dəyişikliklər psixologiyamızda nə kimi izlər qoya bilər? Emosional sağlamlığımızı necə qoruya bilərik?

– Koronavirus nəinki sosial həyatımıza ümumən indiki və bundan sonrakı həyatımızın bütün sferalarına öz təsirini göstərəcək. Bunun mənfi və ya müsbət olması psixoloji dayanıqlılıqdan çox asılıdır. Ona görə də sualınıza birmənalı cavab vermək çətindir. Hər bir insan həyatında bu və ya digər formada çətinliklərlə üzləşib. Bu həyatın qaydasıdır, kimsə bundan sığortalanmayıb. Biz bu çətinlikləri fərdi şəkildə, ən yaxşı halda lokal bir çevrədə yaşamışıq. Yaşadıqlarımızdan, daha geniş mənada desək, dünyagörüşümüzdən çıxış edərək çətinliyə qiymət verib və ona uyğun tədbir almışıq. Koronavirus isə pandemiyadır. Demək olar ki, bütün dünya xalqları bundan əziyyət çəkir. Virus qocaya cavana, varlıya, kasıba baxmır. Heç kim qorunmadığı təqdirdə ona tutulmamaqdan sığortalanmayıb. Ona görə də bugün baş verənləri hər insan öznəməxsus formada dəyərləndirir. Bu normaldır. Mütəxəssislər bununla bağlı yaxın gələcəkdə baş verənlərlə bağlı proqnozlar və çıxış yolu ilə bağlı təkliflər verirlər. Şübhəsiz ki, verilən proqnoz və eləcə də çıxış yolu elmi əsaslı, sübuta əsaslanmalıdır. Bunun üçün həm dünya praktikasına istinad etmək, həm də etnopsixologiyadan çıxış edərək müəyyən qabaqlayıcı tədbirlər görmək lazımdır. Şübhəsiz ki, o tədbirlərin böyük bir qismi pandemiaya bitəndən sonra proqram şəklində, mərhələli formada həyata keçirilməlidir.

Emosional sağlamlığı qorumaq üçün birmənalı şəkildə pozitiv məqamlara köklənməliyik, özümüzü buna məcbur etməliyik. Rəsmi məlumatlara istinad etməli, qoyulan tələblərə riayət etməliyik. Bu gün verilən qərarlar virusdan qorunmaq xarakteri daşıyır. Qaydalara nə qədər məsuliyyətlə yanaşarıqsa, bir o qədər təhlükəsizliyimizi qorumuş olarıq.

Karantin günləri getdikcə uzanır, qaydalarsa daha da sərtləşir. Bu halda depressiyaya düşməmək üçün nə etməliyik? Çətin günlərdə stressdən dolayı çıxış yolumuz varmı?

– Koronavirusun problemli tərəflərindən biri insanların bir qisminin onu mövsümi qrip kimi dəyərləndirməsidir. Nəzərə almaq lazımdır ki, koronavirusdan fərqli olaraq biz mövsümi qripi çox yaxşı başa düşürük. Çünki, mövsümi qripin gedişatı olduqca dəqiq proqnozlaşdırılır. Ancaq biz koronavirusun nə ilə sonlanacağını hələ də dəqiq bilmirirk. Bu da təbii olaraq insanlarımızda psixoloji gərginlik yaradır. Köhnə viruslarla müqayisədə yeni virus barədə daha zəif anlayışımız var. Qaydaların sərtləşməsi, karantin müddətinin uzanması da bununla bağlıdır. Belə olan təqdirdə insanlarda narahatlığın, müxtəlif psixoloji problemlərin yaranması qaçılmazdır. Depressiya psixoloji pozuntuların biridir. Demək olmaz ki, belə hallarda bütün insanlar depressiayaya düşür. Xeyr, sadəcə psixoloji problemlər artır, bir qism psixoloji problemlər isə belə deyək, “inkubasiya dövrünü” yaşayır. Pandemiya bitəndən sonra ortaya çıxacaq. Bugün üçün ən böyük antidepressant sağ qalmaq, özünü və yaxınlarını bundan qorumaq üçün mübarizə aparmaqdır. Məqsəd bu olsa depressiya, stress və digər psixoloji problemlərdən sığortalanmış olarıq. Bu gün üçün hədəf maksimum qorunmaq, virusa tutulmamaqdır.

Ümumiyyətlə, koronavirus fobyası immunitetimiz üzərində hansı təsirləri yaradır? Stressə qarşı müqavimətimiz nə qədər davam edə bilər?

– Qeyd etdiyiniz fobiya daha çox yanlış informasiyalardan dolayı yaranır. Yanlış informasiya isə daha çox sosial media üzərindən yayılır. Ona görə də mütəxəssislər belə situasiyalarda sosial mediyaya deyil, ənənəvi mediyaya üstünlük verilməsini tövsiyə edirlər. Əsas kimi də 2014-cü ildə Afrikadakı Ebola böhranı zamanı ABŞ mediasında yaranan qarışıqlığı göstərirlər. Amerikan psixoloqu Cohen Silver və həmkarları Ebola ilə əlaqəli psixoloji narahatlığı virusla bağlı mediada yayılan yanlış informasiya ilə əlaqəli olduğunu aşkar etmişdilər. Ona görə də biz bu prosesdə ənənvi mediaya, rəsmi məlumatlara istinad etməliyik. Sosial mediada isə rəsmi məlumat və təlimatların daha çox insanlara çatdırmağa vəsilə olmalıyıq. Əks təqdirdə ötürülən dezinformasiyalar stress və narahatlığı daha da kəskinləşdirə bilər. Məqsəd nüfuzlu mənbələrdən xəbərdar olmaqdır. Bununla yanaşı vacib məqam xəbərlərə nə qədər vaxt ayırdığımıza diqqət yetirməkdir. Çünki, qeyd etdiyiniz stressin yaranma səbəblərindən biri də dezinformasiyalarla yüklənməyimizdir.

Uşaqları koronavirusun mənfi təsirlərindən necə qoruya bilərik? Karantin günlərində uşaqlarımıza necə dəstək ola bilərik?

– Bunun ən asan yolu özümüzü qorumaqdır. Uşaq valideyni imitasiya edir. Əgər valideyn qoyulan tələblərə riayət edərsə, uşaqlarda xüsusi bir problem olmayacaq. O ki, qaldı uşaqlara dəstək olmağa, bunun üçün əlimizdə kifayət qədər internet və çap resursları var. Valideynlərdən o resurslardan düzgün faydalanmaq, uşaqla ünsiyyətdə tətbiq etmək tələb olunur. Başa düşürük, hər kəsin qayğısı var. Zatən o qayğılar dünən də var idi. Sadəcə bu gün uşaqlarla daha çox zaman keçirmək üçün valideynlərin əlində böyük bir fürsət var. Bundan doğru faydalanmaq həm uşaq psixikasına, həm də ailədaxili münasibətlərə müsbət təsirini göstərəcək.

Böyüklərin də ən az uşaqlar qədər təsəlliyə ehtiyacı var. Bu halda onlar üçün ən uğurlu təsir nə ola bilər?

– Əlbəttə, bu prosesdə böyüklərin qayğıları daha da artdı. Düşünürəm onlarda bununla paralel həyata münasibətlərində də fərqli düşüncələr yarandı. Həyatda heç kim, heç nədən sığortalanmayıb. Koronavirus faciədir, biz bunu anlayırıq. Ancaq o eyni zamanda bəşəriyyətə, insanlığa bir çox mesajlar da ötürmüş oldu. Sürət əsrində yaşayırıq. Bu sürəti azaltmaq, harmoniyanı qorumaq üçün vəlvələ, ya da zəlzələdən nəsə baş verməli idi. Özü də qlobal müstəvidə. Əsas İnsanoğlunun bundan hansı dərslər alacağıdır. Çünki insanoğlunun bu müddətdə düşünməyə kifayət qədər zamanı oldu.

Karantin günlərindən necə səmərəli istifadə edə bilərik?

– Bu insandan insana dəyişir. Hər kəs bu müddətdən səmərəli istifadə etməyə çalışmalıdır. Birinci növbədə nizam-intizamlı olmalı, günlük rejimini formalaşdırmalı, bacardığı qədər ona əməl etməlidir. Çünki, ən böyük problem rejimsizlikdir. Şəxsən mənim günlük rejimimdə xüsusi bir dəyişiklik yoxdur. Əvvəl hansı saatda yuxudan oyanırdımsa indidə o zaman yuxudan qalxıram. Əvvəl gündəlik olaraq işə gedirdim, indi isə iş otağıma keçib, yarımçıq qalan işləri tamamlamağa çalışıram. Ailəmə, uşaqlarıma zaman ayırıram. Məncə, nizamlı bir həyat yaşayan insan üçün karantin müddəti xüsusi problem yaratmayacaq. Şübhəsiz, yuxarıda da qeyd etdik qayğılar, çətinliklər var. Bu, danılmazdır. Bununla bağlı dövlət tərəfindən mütəmadi olaraq qabaqlayıcı tədbirlər görülür, inanıram ki, bundan sonra da görüləcək.

Günlərlə eyni ortamda qalmaq cütlüklərin münasibətinə necə təsir edəcək? Bu münasibətləri möhkəmləndirməyə xidmət edəcək, yoxsa əksinə?

– Düzdür, mütəxəssislər pandemiyadan sonra ailədaxili problemlərin artacağını qeyd edirlər. Əslində buna birmənalı qiymət vermək çətindir. Bu baxır cütlüklərin öncəki problemləri nə dərəcədə həll etmək istəklərinə. Zatən cəmiyyətimizdə ailədaxili problemlərimiz var idi. Karantin kimə fürsət, kimə qismət olacaq. Bu baxır onların niyyətinə. Arzu edək ki, koronavirus Azərbaycanda sağlam ailə təməlinin formalaşmasına bir vəsilə olacaq.

Sizcə, Azərbaycanda milli həmrəylik, ictimai məsuliyyət hissi, milli birlik bizə bu xəstəlikdən minimum zərərlə qalib gəlməyə imkan verəcək?

– Bəli, bu həmrəylik bizim bu fəlakətdən az itki ilə çıxmağımıza səbəb olacaq. Fikir verin, koronavirus müxtəlif peşə sahiblərinə qarşı illərlə yaranan stiqmanın aradan götürülməsinə vəsilə oldu. Bugün biz həkimlərin, polislərin, dövlət və özəl qurumlarda çalışan insanların həmrəyliyini görürük. İnsanların bir-birinə anlayış göstərdiyinin, bir-birinə dəstək olduğuna şahidlik edirik. Xilasımız Həmrəylik və Milli birlikdədir. İnanıram ki, bu günlər də arxada qalacaq.

Xalqımızın bu çətin günlərdə həqiqətən də psixoloq dəstəyinə böyük ehtiyacı var. Odur ki, dəyərli fikirləriniz üçün təşəkkürlər.

– Mən də sizə təşəkkürümü bildirərəm. İnsanlarımızı “Evdə qalmağa”, rəsmi məlumatları əsas götürməyə, tövsiyələrə əməl etməyə dəvət edirəm.

Aytən Məftun

Sağlamlığımızı necə qoruyaq? – MƏSLƏHƏTLƏR – VİDEO

Bu suala cavabı Milli.Az-ın təqdim etdiyi videoda tapa bilərsiniz.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

  • Bu içki insult riskini azaldır
  • Siqaret çəkənlərdə bu orqan hər il kiçilir
  • Göz altındakı qara dairələr bu səbəbdən yaranır
  • Melanoma ilə mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır!
  • Yüksək təzyiqin ilginc səbəbi – Telefon və media.
  • Bu kartoflar yaşlı insanlar üçün faydalıdır

XƏBƏR LENTİ

  • Cüdoçularımız Sarayevoda 4 medal qazanıblar
  • “Tofiq İsmayılov həmin filmdən mənə görə imtina etdi”
  • Zelenski Baxmutu itirdiyini təsdiqlədi
  • Celal Şengörü həyat yoldaşına şikayət etdi – Bakıda maraqlı anlar – VİDEO
  • Bu qızı görənlərin nəzərinə! – Dərhal 102-yə zəng edin. – FOTO
  • “Fəridənin əynində yeni alt paltarı görəndə bildim ki, o kişi ilə görüşdən gəlib” – Bakıdakı cinayətin təfərrüatı
  • Dua Lipa özündən 14 yaş böyük sevgilisi ilə ilk dəfə – FOTO
  • Türkiyədə yenə zəlzələ olub
  • Zelenski Baydenlə görüşdü
  • “F-16 alsaq, müharibədə qalib gələcəyik”
  • Eşq yaşadıqlarını etiraf etdi
  • Xərçəngə tutulma riski böyük olan üç qrup insan açıqlandı – FOTO
  • Məscid qarşısında “Qurani-Kərim”i yandıran şəxs saxlanıldı
  • Avtomobil yarışı zamanı qətliam – 10 ölü, xeyli yaralı var
  • Rusiya MN: Baxmut tam nəzarətə götürüldü
  • Bakıya gələn modeldən bikinili paylaşım – VİDEO
  • Stadionda izdiham – 9 nəfər öldü
  • Bu gün qəbul imtahanı keçirilir
  • Metroda rüsvayçılıq – Hələ beləsi olmamışdı – FOTO
  • Gecəyə həyat yoldaşları ilə qatıldılar – FOTO
  • Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır – Xəbərdarlıq
  • Bu içki insult riskini azaldır
  • Doğuş və Xoşqədəm konsertdə – FOTO
  • Tir atmağa getdi, özünü öldürdü – VİDEO
  • 20 May 23:18 5 633 Rəqsanənin əri: “20 illik ailəm piramida kimi dağıldı” – VİDEO
  • 20 May 22:14 3 690 İyunda başına tale quşu qonacaq 3 bürc: Çətin günlər bitir
  • 20 May 19:27 2 956 8 yaşlı qız toy gecəsi ÖLDÜ – Səbəbi dəhşətə gətirəcək
  • 20 May 22:49 2 907 Barda tanış oluğu qızı otelə aparan oğlan ayılanda həyatının şokunu yaşadı – FOTO
  • 20 May 13:02 2 802 Sumqayıtda müəllim uşaqları qamçıladı, işdən çıxarıldı – VİDEO
  • 20 May 13:40 2 554 “Sən necə qardaşsan ki, bacın əxlaqsızdır. ” – Gədəbəydə bakirəlik söhbəti üstündə dava düşdü
  • 20 May 16:08 2 358 Nazir və müavini işdən çıxarıldı
  • 17 May 06:06 28 153 Messi ilə yatan modeldən qəribə açıqlama – Gənc idi, amma.
  • 18 May 11:15 18 624 “Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?”
  • 19 May 19:36 18 565 “Azərbaycan xalqını biabır edir, ar olsun” – FOTO
  • 16 May 16:42 15 844 Bakıda toy ənənəsi dəyişir – Əksər restoranlar bağlanacaq
  • 18 May 11:18 14 557 Sahil Babayev məşhur Xalq artistinin oğlunu işdən çıxardı – FOTO
  • 18 May 16:58 13 042 Azərbaycanda pensiya və müavinətlər artırılıb – 16,1 faiz
  • 19 May 12:13 12 376 Azərbaycana minlərlə bu maşından gətirilir – Qiymətləri ucuzlaşacaq? – VİDEO
  • 18 May 19:48 Kim Çen In ölkənin ilk kəşfiyyat peykini qızı ilə təftiş etdi – FOTO
  • 19 May 14:58 Skuter bomba kimi partladı – VİDEO
  • 20 May 23:48 Bu gün şəhərə düşən qırıcının görüntüsü yayıldı – ANBAAN VİDEO
  • 18 May 17:48 Köpəkbalığı balıqçı qayığına hücum etdi – VİDEO
  • 19 May 18:36 Məşhur iş adamı maşınını 57-ci mərtəbədəki mənzilinə qaldırdı – VİDEO
  • 20 May 23:27 Bakıdakı Gimnastika Arenasının xarici görünüşü mükəmməldir – gümüş medal mükafatçısı
  • 18 May 20:12 “Gələn il ABŞ-də seçkilərə süni intellektin təsir edəcəyindən narahatıq”

TOP VIDEO

  • 11:12 Celal Şengörü həyat yoldaşına şikayət etdi – Bakıda maraqlı anlar – VİDEO
  • 09:24 Bakıya gələn modeldən bikinili paylaşım – VİDEO
  • 09:00 Metroda rüsvayçılıq – Hələ beləsi olmamışdı – FOTO

SORĞU

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Böyrəklərin sağlamlığını qorumaq üçün tövsiyələr

– Düzgün qidalanma. Böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini “sevmirlər”.

Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur.

Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur. Pəhriz nəticəsində piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq “lüt” və müdafiəsiz qalır.

Böyrəklər alkoqollu içkilərdən sui-istifadə edilməsinisevmirlər”. Bu zaman orqanizm onları nəinki parçalamalı, həmçinin onların qalıqlarını da bədəndən böyrəklər vasitəsi ilə xaric etməli olur. Bundan başqa, alkoqol orqanizmin susuzlaşmasına da səbəb olur. Əvvəlcə böyrəklərdən üçqat həcmdə maye keçir – bu zaman orqanizm alkoqolu tez bir zamanda bədəndən xaric etmək üçün özündə olan mayenin xeyli hissəsini sərf etməli olur. Bundan sonra isə bədəndə su qıtlığı yaranır, qan qatılaşır və nəticədə onun böyrəklər tərəfindən filtrasiya edilməsi (süzülməsi) xeyli dərəcədə çətinləşir.
Xeyli miqdarda duzlu qidaların qəbul edilməsi orqanizmdə su-duz tarazlığının pozulmasına səbəb olur. Bu zaman onu da yadda saxlamaq lazımdır ki, duzdan tam şəkildə imtina edilməsi də (ondan artıq miqdarda istifadə edilməsində olduğu kimi) böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsan duzdan norma həddində istifadə etməlidir. Adətən, bu norma miqdarı bizim gündəlik qəbul etdiyimiz miqdardan üç dəfə az olur. Biz yaddan çıxarırıq ki, duz bütün qidaların (hətta şirniyyatların) tərkibində olur. Yeməklərə duzu az vurun (!) – siz buna tez bir zamanda öyrəşəcək və onların dadını daha yaxşı hiss edəcəksiniz.

Böyrəklər yüngül sidikqovucu və sidik yollarına dezinfeksiyaedici təsirə malik olan məhsulları və bitkiləri çox “sevirlər”. Bunlara xiyar, balqabaq, cəfəri, şüyüd, kərəviz, itburnu, tozağacı şirəsi, çiyələk, ciyələk yarpağı və digər bu kimi məhsulları aid etmək olar.

Qarpız yeyilməsi böyrəklərin çox yaxşı təmizlənməsinə səbəb olur. Qarpız şirəsi ilk növbədə bədəni su ilə doydurur, onu maye ilə tam təmin edir, qanı durulaşdırır, sonra isə zərərli maddələrlə zənginləşmiş məhlulları böyrəklərdəki süzgəclərdən keçirməklə onları qanın tərkibindən tez bir zamanda asanlıqla təmizləyir və bədəndən xaric edir.
Böyrək xəstəliklərinin, o cümlədən də böyrək daşı xəstəliyinin qarşısını almaq üçün, gün ərzində qəbul edilən maye həcmi 2 litrdən (buraya suplar da daxildir) az olmamalıdır. Ancaq gün ərzində bu həcmdə maye qəbul edilməsi yalnız bədəndə gizli və ya açıq şişkinliklər, böyrək və ya ürək çatışmazlığı olmadığı hallarda yerinə yetirilə bilər.

Heç bir halda bədənin susuzlaşmasına imkan verməyin, isti havalarda bu xüsusən vacib hesab edilir. Bədənin susuzlaşması zamanı bədəndə su-duz mübadiləsindəki tarazlıq pozulur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizləməsi prosesi də xeyli çətinləşir. Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir və böyrəklər də əziyyət çəkməkdədirlər. Ona görə də gün ərzində maye qəbulunu az-az olmaqla daha tez-tez qəbul etməyə çalışın. Həkimlə məsləhətləşmədən heç bir mineral suyu, xüsusən də güclü şəkildə minerallaşmış suları (əgər onlar böyrək xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulsa da) gün ərzində 0,5 litrdən artıq miqdarda qəbul etmək olmaz. Çünki onların tərkibində olan bu və ya digər duzların miqdarı normadan xeyli artıq olur ki, bu da daş əmələ gəlməsinə kömək edə bilər.

– Xroniki infeksiya ocaqları (karioz dişlər, badamcıqların xroniki iltihabı – xroniki tonzillit, adenoidlər, haymorit və s.) böyrəklərə mənfi təsir göstərir. Bu infeksiyalar zəif dərəcədə olsa da, daimi olaraq intoksikasiyaya (zəhərlənmə) səbəb olurlar. Böyrəklər isə öz funksıyalarına uyğun olaraq bu toksik maddələri daim təmizləməlidirlər. Bundan başqa, bu ocaqlarda olan mikroblar qan dövranı ilə böyrəklərə çatdırılaraq onlarda iltihabi prosesin başlanmasına da səbəb ola bilərlər. Tez-tez baş verən anginalar böyrəklər üçün daha qorxulu hesab olunur. Çünki onlar əksər hallarda böyrəklərdə iltihabi prosesin başlamasına səbəb olurlar. Məhz buna görə də keçirilən hər bir kəskin angina xəstəliyindən sonra mütləq sidiyin müayinəsini etmək lazımdır.

Mədə-bağırsaq və cinsiyyət sisteminin iltihabi xəstəliklərinin vaxtında müalicə edilməsi. Bu, qadınlar üçün daha vacib hesab edilir, çünki onların anatomik və fizioloji xüsusiyyətlərindən asılı olaraq infeksiya bağırsaqlardan və cinsi üzvlərdən çox asanlıqla sidik ifrazedici sisteminə keçə bilər. Qadınlarda böyrək xəstəliklərinin kişilərə nisbətən daha çox təsadüf edilməsinin səbəbi də məhz bununla izah olunur.

Sidik kisəsinin tam dolması və qəbizlik insan orqanizminə mənfi təsir göstərir. Əgər insan normal həcmdə maye qəbul edirsə, o, gün ərzində 4-6 dəfə olmaqla sidik kisəsini boşaltmalıdır. Əgər siz bunu daha az sayda edirsinizsə, kifayət qədər su qəbul etmədiyiniz barədə düşünməlisiniz. Yadda saxlamaq lazımdır ki, sidik kisəsinin boşaldılması üçün son ana qədər dözmək də lazım deyil. Belə ki, sidik kisəsi həddindən artıq dolduqda, sidiyin bir hissəsi sidik axarları vasitəsi ilə yenidən böyrəklərə tərəf qaytarıla bilər ki, bu da onlar üçün zərərli hesab edilir.
Qəbizliklərə gəldikdə isə məlumdur ki, bu zaman bağırsaqda zərərli maddələr yığılır və orqanizmin zəhərlənməsi baş verir. Tənəffüsün çətinləşməsi, yorğunluq və dərinin xoşagəlməz vəziyyəti də bunu sübut edir. Bədəndən xaric olmaq əvəzinə bağırsaqda olan zərərli maddələr qana sorularaq təkrar-təkrar böyrəklərdən keçirlər. Böyrəklər lazım olduqda bir-birini əvəz edə bilsələr də, bağırsaqlarda yığılıb qalan zəhərli maddələrin filtrasiya edilməsinin (süzülməsinin) öhdəsindən gələ bilmirlər.
Böyrəklər istini “sevir”, soyuğu isə “xoşlamırlar”. Bədəndə tez-tez baş verən soyumalar, soyuq və nəm otaqda yaşamaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq olmaz. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, uzun gödəkçələrə üstünlük vermək lazımdır.

İmmun sisteminin zəifləməsi böyrəklər üçün də zərərlidir. Həddindən artıq yorğunluq, güclü fiziki və mənəvi gərginliklər orqanizmin müqavimətini xeyli dərəcədə zəiflətmiş olur. Bunun nəticəsində orqanizmin immun sistemi, xaricdən bədənə daxil olan və ya bədən daxilində daimi olaraq məskunlaşmış olan mikrobların zərərsizləşdirilməsinin öhdəsindən gələ bilmir, bu isə orqanizmdə müxtəlif orqanların və böyrək xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

Böyrəklər hərəkəti – bədən tərbiyəsini, rəqs edilməsini də “sevir”. Belə ki, hərəkət bədəndə qan dövranının artmasına – sürətlənməsinə, həmçinin böyrəklərin də qanla təchizatının yaxşılaşmasına səbəb olur. Ancaq onu da yaddan çıxarmaq lazım deyil ki, ağır fiziki işlərlə və ya həddindən artıq idmanla məşğul olarkən orqanizm özünü bərpa etməyə çatdırmır və bu, orqanizm üçün xeyirli faktor hesab edilə bilməz.

– Böyrəklər quru isti havanı çox “sevirlər”. İstidə böyrək damarları da genişlənir, böyrəklərin qan dövranı yaxşılaşır. Quru isti hava böyrəklər üçün xüsusilə xeyirli hesab olunur. Çünki belə şəraitdə insan intensiv şəkildə tərləməyə başlayır. Bu zaman adi halda böyrəklər tərəfindən xaric edilməli olan zərərli maddələrin bir hissəsi tər vasitəsi ilə xaric olur və böyrəklərin işi bir qədər yüngülləşir. Böyrək xəstələri üçün nəzərdə tutulan kurortlarda iqlim məhz isti və quru olur ki, bu da xəstələrin daha çox tərləməsinə səbəb olur. Böyrəkləri sağlam olanlar üçün sauna çox xeyirli hesab olunur.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.