Press "Enter" to skip to content

Sağlamlıq psixologiyası yukle

2.İş qabiliyyəti. Bu yalnız sözün əsl mənasında ofisdə, işdə, maaşa işləmək deyil. Yaratmaq, dünyaya nəsə yeni bir şey gətirmək, öz yaradıcılıq potensialını reallaşdırmaq çox əhəmiyyətlidir. Sizin etdiyiniz hər şey yalnız şəxsən sizin üçün deyil, başqa insanlar üçün də məna daşımalı və qiymətli olmalıdır.

Sağlamlıq İmkanları Məhdud Uşaqlar və Hidroterapiya

Hidroterapiya adından da göründüyü kimi Su(Hidro) ilə terapiya növüdür.Buna bəzən “hovuz terapiyası” da deyirlər.

Hidroterapiya fiziki,ruhi və əqli problemlər zamanı istifadə olunan reabilitasiya üsuludur.Bu üsul uzun illərdi ki,dünya təcrübəsində istifadə olunur.Son illər hidroterapiya “Halliwick” texnikası ilə birgə tədbiq olunur.Bu texnikanın əsas məqsədi ondan ibarətdir ki,terapiya zamanı əsas diqqət fərdin çatışmazlıqlarına və ya pozulmalara yönəlmir.Əsas diqqət fərdin suda göstərdiyi və göstərə bildiyi bacarıqlara yönəlir.Bu metodun tədbiqi zamanı heç bir əlavə köməkçi vasitələrdən istifadə olunmur.Suda terepevt və pasientdən başqa heç kim olmur.

Hidroterapiya serebral iflic,daun sindromu spina bifida zamanı effektiv üsul hesab olunur.Su əzələlər və sümüklər üzərində olan ağırlığı,ağrını qaldırmaq gücünə malikdir.Cazibə qüvvəsi ağırlığı azaltdığı üçün əlilliyi olan uşaq suda daha rahat hərəkət edir.Bu cür uşaqlarda hidroterapiya təkcə hərəkət funksiyalarının bərpası məqsədilə deyil,həm də immunitet sisteminin gücləndirilməsi,həzm və metobalizmin aktiv fəaliyyəti,tənəffüs sisteminin stimullaşdırılması məqsədilə də keçirilir.Suyun içində olan reziztans serebral iflicli uşaqlarda hiperkeniz kimi qeyri-iradi,istənilməyən hərəkətlərin azalmasına səbəb olur.Suyun ilıqlığı əzələ tonusunun azalmasına,yumşaq əzələlərin elastikliyinin artmasına səbəb olur.

Autizm,daun sindromlu uşaqlarda sensor hissiyat nisbətən zəif olur.Suyun birbaşa üzə,bədən üzvlərinə təmas etməsi onlarda sensor aktivliyi artıra bilər.Xüsusilə autizmli uşaqlarda oyun fəaliyyəti çox zəifdir.Hidroterapiya zamanı hovuza atılan müxtəlif rəngli oyuncaqlar,toplar onların marağına səbəb olur,buda gələcəkdə onlarda oyunla bağlı bacarıqlarının daha da artmasına səbəb olur.

Su içində qazanılan funksional bacarıqların sudan kənarda nə dərəcədə effektli olacağı isə uşaqdan və proqramdan asılıdır.

Suda üzərkən bütün bədən əzələləri hərəkət də olduğu üçün uşaqlarda motor gerilik də azalmağa başlayır.Bundan başqa suda olarkən koordinasiya,bələdləşmə funksiyaları da inkişaf edir.Göz təması,diqqət kimi faktorlar da böyük irəliləyişlər nəzərə çarpır.

Hidroterapiya mərhələli şəkildə tədbiq edilir.

1-ci mərhələdə suyun(hovuzun)kənarında oturmaq,hovuza necə girmək lazım olduğu öyrədilir.Həmçinin bu mərhələdə uşağı bir növ su ilə tanış edirlər.Yəni suya ilk toxunuşlar,1 neçə dəqiqə əlini yada ayağını suda saxlama və.s

2-ci mərhələdə nəfəs alıb vermək,tənəffüs vərdişləri,suyun üzərində sağa,sola,irəli geri çevrilmə öyrədilir.Suda olarkən bir formadan digərinə keçmək,yəni üzü üstə olarkən tərsinə çevrilmə,ayaqüstə olarkən çevrilmə və.s öyrədilir.

3-cü mərhələdə isə qüsurun ağırlık dərəcəsindən asılı olaraq uşağa müxtəlif bacarıqlar öyrədilir.Bu bacarıqlar hər uşaq üçün indivudualdır.

Qeyd edək ki,hidroterapiyanın təkcə fizioloji faydaları yoxdur.O uşaqların psixoloji vəziyyətinə,emosional statusuna da təsir edir.Beləki sudan kənarda edə bilmədiyi hərəkətləri suda etdiyi üçün uşaqlarda özgüvən hissi yaranır.Bu uşaqlar üçün bir növ əyləncə formasıdır.Eyni zamanda suya atılan müxtəlif rəngli oyuncaqlar,toplar uşaqlara əlavə həvəs və motivasiya bəxş edir.Sağlamlıq imkanları məhdud olan uşaqlar qüsurları ilə əlaqadar daim stress altında olurlar.Bəzi uşaqlar uzun müddət ağır dərman müalicələrindən istifadə edirlər.Hidroterapiya isə heç bir ağrı,əlavə stress olmadan tədbiq edildiyi üçün uşaqlar özlərini daha rahat hiss edirlər,ağır proseslərin əvəzinə sadə və əyləncəli məşğələ keçmiş olurlar.Qüsurlu uşaqlar suda normal həmyaşıdları ilə birgə üzdükdə isə onlarda sosiallaşma prosesi baş verir.Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki,su səsi Mərkəzi Sinir Sisteminə impulslar ötürür.Bu impulslar isə uşaqlarda rahatlayıcı effekt yaradır.

Azərbaycanda Hidroterapiya tədbiq edən çox az mərkəz var.Bu mərkəzlərin bəziləri isə orta təbəqə bir ailənin büdcəsinə çox zaman uyğun gəlmir.Buna görə valideynlər ev şəraitində də hovuz abu-havasını yarada bilərlər.Məsələn kiçik ölçülü şişirtmə hovuzlar ala,yaxud kiçik vannalara su dolduraraq hidroterapiya keçirə bilərlər.Ümumiyyətlə su insan bədəninə yaxşı təsir etdiyi üçün sağlamlıq imkanları məhdud uşaqları daha çox su ilə təmasda saxlamaq məsləhət görülür.

Psixi və emosional sağlamlıq

1.Sevmək qabiliyyəti. Münasibətlərdə olmaq, başqa insana öz hisslərini açmaq, onu olduğu kimi sevə bilmək qabiliyyətidir. Hər şeyi ideallaşdırıb qiymətdən salmamaqdır. Yalnız almaq deyil, həm də verə bilməyi bacarmaq lazımdır.

2.İş qabiliyyəti. Bu yalnız sözün əsl mənasında ofisdə, işdə, maaşa işləmək deyil. Yaratmaq, dünyaya nəsə yeni bir şey gətirmək, öz yaradıcılıq potensialını reallaşdırmaq çox əhəmiyyətlidir. Sizin etdiyiniz hər şey yalnız şəxsən sizin üçün deyil, başqa insanlar üçün də məna daşımalı və qiymətli olmalıdır.

3.Oynamaq qabiliyyəti. Söhbət böyük insanların sözlər, simvollar ilə “oynamaq” qabiliyyətindən, metaforalardan istifadə edə bilmək, kinayələr, yumor, öz təcrübəsini simvollaşdırmaq və bundan həzz almaqdan gedir. Psixoloqlar qorxunc tendensiya qeyd edirlər: biz artıq “oynamağı” dayandırırıq. Bizim oyunlarımız “aktivlərdən” “kənardan-diqqət edənlərə” çevrilir. Biz daha az rəqs edir, ifa edir, idmanla məşğul olur və daha çox başqalarını müşahidə edirik.

4.Təhlükəsiz münasibətlər. Psixoanalitik Con Boulbi bağlılığın üç tipini təsvir edib: normal, həyəcanlı və çəkingən. Sonra o bağlılığın daha bir tipini ayırdı: qeyri-mütəşəkkil – insanlar bağlılığın obyektinə “yapışırlar” və eyni zamanda onu “dişləyirlər”. Təəssüf ki, bağlılığın pozulması olduqca yayılmış hadisədir.

5.Muxtariyyət. Onun çatışmazlığı ilk növbədə onunla ifadə edilir ki, insanlar çox vaxt istədiklərini etmirlər.
6.Özü ilə əlaqədə qalmaq qabiliyyəti. Özündə üç obraz saxlamaq çox əhəmiyyətlidir: sizin nə vaxtsa kim olduğunuz, indi kim olduğunuz və on ildən sonra kim olacağınız.
7.Stresdən sonra bərpa olunma qabiliyyəti. Əgər insanın gücü kifayət qədərdirsə, bu zaman streslə rastlaşdıqda o yeni vəziyyətə uyğunlaşmaq üsulunu tapır.
8.Özünə həqiqi qiymət. Bir çox insanlar özlərini çox sərt qiymətləndirir, tənqid edir, alçaldırlar. Ya da əksinə – özlərinə çox yüksək qiymət verirlər.
9.Dəyər oriyentirlərinin sistemi. İnsanın etik normaları anlaması, onların mənasını bilməsi və onlara riayət etməsi əhəmiyyətlidir.
10.Emosiyaların közərməsinə dözmək qabiliyyəti. Onları hiss etmək, amma onların təsiri altında hərəkət etməmək lazımdır. Yalnız öz emosiyalarınız ilə deyil, həm də fikirlər və düşüncələriniz, öz rasional hissəniz ilə əlaqədə qalmaq əhəmiyyətlidir.
11.Refleksiya. Özünüzə kənardan baxmaq qabiliyyəti. Refleksiyaya bacarıqlı insanlar onların probleminin nə olmasını görür və onu effektiv həll etməyə çalışırlar.
12.Mentalizasiya. Bu qabiliyyətə malik olanlar anlayırlar ki, başqaları öz xüsusiyyətləri, şəxsi və psixoloji strukturu olan ayrı-ayrı şəxsiyyətlərdir.
13.Özümüz və öz mühitimiz üçün elədiklərimiz arasında balans. Özünüz olmaq, öz şəxsi maraqlarınızın qayğısına qalmaq, amma bu halda başqalarının maraqlarını da unutmamaq əhəmiyyətlidir.
14.Canlılıq hissi. Özünüzü canlı hiss etmək qabiliyyəti. Psixoanalitik Donald Vuds Vinnikott yazırdı ki, insan normal fəaliyyət göstərə bilər, amma bu halda sanki ölü kimi ola bilər.

15.Qəbul etmək. Dəyişə bilmədiklərimizi qəbul etmək qabiliyyəti.
Mənbə:xanim.net

  • Teqlər:
  • psixi sağlamlıq
  • , emosional sağlamlıq
  • , emosional
  • , psixologiya

Comments are closed, but trackbacks and pingbacks are open.