Press "Enter" to skip to content

Sara aşurbəyli bakı şəhərinin tarixi orta əsrlər

2023-03-02 16:25:12

Sara aşurbəYLİ

Rəssam: Nəcəfqulu “Sara xanım Aşurbəylinin portreti”
b/k 1951 ci il.

Sara xanım Aşurbəylinin işıqlı xatirəsinə
Və doğma bacıları – ona bütün həyatı boyu mənəvi dayaq və kömək olmuş Sitarə xanım,
Məryəm xanım, Adilə xanım və Nazimə xanımın işıqlı xatirələrinə

Artıq 300 ilə yaxındır Aşur xan Əfşarın nəsli öz talelərini qədim Abşeron torpağı ilə bağlamışlar.
Aşur bəyləri, Aşurbəyovlar, Aşurbəylilər, Aşurlular Azərbaycanın tarix salnaməsinə çoxlu işıqlı
səhifələryazmışlar.
Sara xanım Aşurbəyli – bu nəslin ən şöhrətli təmsilçilərindən biri – Azərbaycanın və onun paytaxtı Bakı
şəhərinin tarixinin ümummilli səviyyədə dərkində özünün şəxsi, gerçəkdən misilsiz töhfəsini vermişdir.
Asan olmayan, bəlkə də faciəli bir tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun fundamental
araşdırıcısı olaraq Şərqdə yaxşı tanınır. Bu yolda ona təkcə parlaq analitik təfəkkürü və kamil təhsili deyil,
həmdə yeddi dil – ərəb, fars, fransız, alman, ingilis, rus və Azərbaycan dillərini bilməsi kömək etmişdir.
Sara xanım Aşurbəylinin elmi monoqrafiyaları – “Orta əsrlər Bakısının tarixi oçerki”, “Şirvanşahlar
Dövləti”, “Azərbaycanın orta əsrlərdə Hindistanla iqtisadi və mədəni əlaqələri”, “Bakı şəhərinin tarixi. Orta
əsrlər dövrü” hələ müəllifin sağlığında Azərbaycan tarixinə dair klassik əsərlər sırasına daxil olmuşdular.
Bununla belə, öz əsilzadə mənşəyinə və tarixə sinfi baxış barədə o zamankı rəsmi elmi yanaşmaya şərik
çıxmadığına görə, Sara xanım Vətənində heç vaxt hakimiyyətin hüsn-rəğbətini hiss etməmişdir. Lakin hər
halda, o, doğma Bakıda, yaxud özünün dediyi kimi, Tanrının Şəhərində asan sayıla bilməyəcək olan mühacirət
həyatı yaşadı.
Nəhayət, budur, 1996-cı il yanvarın 27-də – Sara xanım Aşurbəylinin 90 illiyi günündə yeni
Azərbaycanın bütün elitası M. F. Axundov adına Opera və Balet Teatrına yubilyarı təbrik etmək üçün
yığışmışdılar. Ağzına qədər dolmuş zalda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yubilyarı
şəxsən təbrik edərək, ona Şöhrət Ordeni təqdim edir.
Sara xanım üçün bu yəqin ki, onun uzun illər ərzində gözlədiyi bir an idi. Bəlkə də bu anı bütün ömrü
boyu gözləmişdi. Dövlətin və cəmiyyətin ona lap çoxdan layiq olduğu qiyməti verdiyi an idi.
Sara xanım Aşurbəylinin kitabları – tariximizin qədim çağlarının təməl daşıdır, onun Azərbaycan
xalqına hədiyyə olaraq qoyub getdiyi misilsiz tarix xəzinəsidir.

İqor Aşurbəyli
27.01.2006-cıil.

Sara xanım Bala bəy qızı Aşurbəylinin anadan olmasının 100 illik yubileyi

Yanvarın 27-də Sara xanım Aşurbəylinin anadan olmasının düz 100 ili tamam olur.
Biz onun barəsində Azərbaycanın məşhur bəy nəsillərindən birinin təmsilçisi kimi söz açanda, ilk
növbədə onu bizlərə zəngin tarixi irs qoyub getmiş görkəmli bir alim kimi xatırlayırıq.
Bu gün biz “Şirvanşahlar Dövləti” və “Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü” əsərlərini təqdim etməklə
şərəf hissi duyuruq.
Hələ onun sağlığında, hardasa iyirmi il öncə nəşr olunmuş bu kitablar tezliklə nadir nüsxələrə çevrildilər
və respublikada heç də hər bir kitabxananın fondu bu olduqca dəyərli kitablara malik deyildir.
Bizim yekdil rəyimizə görə, bu görkəmli qadının, Azərbaycan xalqının patriotunun, tarixçi-alimin
xatirəsinin yaşarılığı üçün ən gözəl hədiyyə onun tarixi irsinin latın qrafikası ilə Azərbaycan dilində nəşridir.
İlk öncə hərtərəfli dəstəyinə görə, Sara xanımın əmizadəsi – İqor bəy Rauf bəy oğlu Aşurbəyliyə öz
səmimi minnətdarlığımızı bildirirəm. Onun köməyi olmasaydı, bu sözügedən kitabları yubileyədək nəşr
etməyimiz mümkün olmazdı.
Sara xanımın qohumları – Ramiz bəy və Yevgeniya xanım Aşurlu, Vaqif bəy Aşurbəyov, eləcə də
kitablar nəşrə hazırlanarkən nadir foto materiallara görə Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru
N. Q. Fişşevayadan minnətdarlığımızı qəbul etmələrini rica edirəm. Fotomüxbir cənab Yaşar Xəlilovun
şəxsində Azərtaca, tarix elmləri doktoru cənab Viktor Kvaçidzenin şəxsində Azərbaycan Tarix Muzeyinə, birgə
işləmiş olduqları illər və elmi fəaliyyəti haqqında şəxsi xatirələrinə görə professor Rauf Hüseynova, eləcə də
“Əbilov, Zeynalov və oğulları” nəşriyyatının bütün əməkdaşlarına və bu yubiley hədiyyələrini bizimlə bölüşmüş
birçox digərlərinə minnətdarlıq hisslərimizi ifadə edirəm.
Gəlin bir daha, nəfəsimizi içimizə çəkib, baxışlarımızı Azərbaycanın tarixi üçün bu qızıl kitabların
üzərində gəzdirək, Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycanın Dövlət
Mükafatı laureatı, A. Bakıxanov adına Dövlət Mükafatı laureatı, Xalqlar Dostluğu ordeni kavaleri – Sara xanım
Bala bəy qızı Aşurbəylinın işıqlı xatirəsi önündə baş əyək.

Britaniya, Qazaxıstan və Azərbaycan
jurnalistlər assosiasiyalarının
üzvü,professor
Eldar Günaydın
27 yanvar 2006-cıil.

Sara aşurbəyli bakı şəhərinin tarixi orta əsrlər

2020-01-27 10:11:00

Sara Aşurbəyli Bakının tarixini əks etdirən qiymətli tədqiqatların müəllifidir

Ömrünü Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr etmiş ziyalılarımızdan biri də tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Sara Aşurbəylidir. AzEdu.az xəbər verir ki, yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür. 1906-cı ildə Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açan Sara Aşurbəyli orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olub. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunub. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. Alim bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarix kitablarının, monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi olan Sara xanım tarix elmləri doktoru, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı kimi yüksək adlara, 1996-cı ildə 90 illik yubileyi ərəfəsində Azərbaycanın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülüb. O, orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq dünyada tanınır. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Tarixçi-alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona ünvanlandığı məktubda yazmışdır: “. Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”. Sara xanım təkcə vurğunu olduğu tarix sahəsi ilə kifayətlənməyib. O, həm də gözəl rəssam və musiqiçi idi. Dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib. Müəllimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il Konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) xarici dildən dərs deyib. Sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb. Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib.

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

Comments are closed, but trackbacks and pingbacks are open.