Sara aşurbəyli şirvanşahlar dövləti bakı 2006
Fuad Babayev: Aydındır. Kamil müəllim, Siz də təbii ki, konfransın təşkili ilə bilavasitə məşğulsunuz?
ŞİRVANŞAHLAR
Vəfa Quliyeva: Bu doğrudan da analoqu olmayan konfransdır. İki ildir biz bu konfransa hazırlaşırıq. Onun keçirilməsi ideyası keçən il yaranıb. Fikirləşirdik ki, beynəlxalq konfrans keçirək, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Milli Azərbaycan Tarixi Muzeyini cəlb etməklə bu konfransı təşkil edək. Adını da qoymuşduq “Şirvan tarixinə yeni baxış: faktlar, mülahizələr”. Bizim rəhbərlik bəyəndi, internet vasitəsilə elan verdik ki, kim istəyirsə buyursun, məqalələr, məruzələr qəbul edirik. Sonra elə oldu ki, bu ideya yuxarı təşkilatlar tərəfindən də bəyənildi. Yenidən elmi konfransın konsepsiyasını işlədik, izah etdik ki, nə üçün məhz bu mövzuda konfrans keçirmək istəyirik. Konsepsiya bəyənildi və belə qərara alındı ki, elmi konfrans dövlət səviyyəsində keçirilsin. Yalnız elmi konfrans yox, onun çərçivəsində bir neçə tədbirin keçirilməsi planlaşdırılır. Şirvanşahlar sarayında böyük bir sərgi olacaq. Türkiyə Əsgəri Muzeyi, Gürcüstan Milli Muzeyi ilə danışıqlar aparmışıq, Şirvanşahlara aid xeyli eksonatlar gətiriləcək.
Fuad Babayev: Yəqin ki, o sərgi bir müddət nümayiş etdiriləcək?
Vəfa Quliyeva: Bəli, sərgi bir müddət nümayiş olunacaq. Dediyim kimi, Türkiyə Əsgəri Muzeyi, Gürcüstan Milli Muzeyi, Ermitaj və digər muzeylərdə qorunan, saxlanılan Şirvanşahlara dair maddi-mədəni nümunələrin burada təqdim olunması nəzərdə tutulub. Konfrans çərçivəsində gənc alimlər forumunun keçirilməsi planlaşdırılıb. Artıq o istiqamətdə də işlər aparılır, qırxa yaxın gənc alim, dissertant, aspirant bu mövzuda məruzələrlə müraciət ediblər. Konfrans çərçivəsində həmin tədbir də keçiriləcək.
Kamil İbrahimov: Təsəvvür edin, konfrans içində konfrans olacaq.
Fuad Babayev: Ancaq bizim gənc alimlər iştirak edəcək?
Vəfa Quliyeva: Bəli. Biz fikirləşdik ki, xaricdən də gənc alimlər dəvət edək, amma alınmadı.
Fuad Babayev: Konfransın tarixi kimi nə üçün məhz 23-24 oktyabr seçilib?
Vəfa Quliyeva: Sadəcə biz o konsepsiyanı işlədik və yuxarıda bəyənildi. Biz ötən il sentyabrın 23-24-nü planlaşdırmışdıq, amma bu il oktyabrın 23-24-ü gerçəkləşəcək.
Kamil İbrahimov: Amma diqqətlə analiz etsək, konfransın loqosuna, ya rəsminə baxsaq, mənə elə gəlir ki, Sizin fikirləşdiyiniz mövzu çox maraqlı idi, əsl konfrans mövzusu idi.
Vəfa Quliyeva: Əvvəlki adda biz ümumi Şirvan tarixini götürmüşdük. Yəni mövzunu müəyyən xronoloji çərçivələrə salmırdıq. Amma belə məsləhət görüldü ki, məhz Şirvanşahlar dövrünü götürək – VI-XVI əsrləri. Bu da çox gözəl fikirdir. Biz ümumi Şirvan tarixini araşdıranda da onsuz da min illik tarixə malik olan Şirvanşahlar dövlətini təbii ki, qabardacaqdıq. Elə bizim məruzəçilərin də çoxu məhz o problemə həsr olunmuş məruzələr göndərib. Düşünün, İslam dünyasında min illik tarixə malik olan bir dövlət varmı tarixdə?
Azərbaycanın cənubunda min il ərzində müxtəlif feodal dövlətlər bir-birini əvəz edib, amma şimalında Şirvanşahlar dövləti tarixin ən çətin dövrlərində də bütün sınaqlardan keçib. Şirvanşahlar dövlətinin bu tarixini artıq biz dövlətçilik tariximiz kimi təqdim edirik. Film çəkilir – “Şirvan şahları”. Biz orada onu daha qabarıq şəkildə göstəririk ki, bu bizim dövlətçilik tariximizdir və bu tarixin çox dərin kökləri var. Xalqımızın dövlətçilik təfəkkürünün formalaşması da elə oradan gəlir. XX əsrin həm əvvəllərində, həm də sonlarında müstəqillik uğrunda mübarizəmiz, müstəqil dövlət yaratmaq istəyimiz və bacarığımız o dövrdən bəhrələnir. Bir çoxları deyirdilər ki, bu xalq dövlət yarada, idarə edə bilməz. Amma biz sübut edirik ki, artıq ənənələrimiz var və təfəkkür formalaşdığından, həm 1918-ci ildə, həm də əsrin sonunda müstəqil dövlət yarada bildik. Konfransın əsas ideyası da bundan ibarətdir.
Fuad Babayev: Aydındır. Kamil müəllim, Siz də təbii ki, konfransın təşkili ilə bilavasitə məşğulsunuz?
Kamil İbrahimov: Konfransın əsas təşkilatçısı Vəfa xanımdır. Çox böyük zəhmət çəkir və bir otaqda oturduğumuzdan mən onun nə qədər çalışdığını görürəm.
Fuad Babayev: Hər halda Siz də proseslərin iştirakçısısınız.
Kamil İbrahimov: Bəli, proseslərin iştirakçısıyam. Orada mənim də zəhmətim var. Vəfa xanım demədi, bu konsepsiya çərçivəsində maraqlı və unikal bir tədbir də olacaq. Şirvanşahlar dövrü tam min il deyil, amma biz onu min il kimi götürürük. Məzyədilər, Kəsranilər və Dərbəndilər sülaləsi vaxtında Şirvanşahlar dövlətinin Şirvan torpağı ərazisində tikdirdiyi, lakin günümüzə qədər gəlib çatmayan, müharibələr və ya təbii təsirlər üzündən məhv olmuş abidələrin maket şəklində bərpasını nəzərdə tutmuşduq. Biz otuz abidə götürdük və həmin abidələr haqqında informasiya yığdıq. Daha sonra bunu ələdilər, çatdırdılar ona. Bizim konfransın keçiriləcəyi yer Konqres Mərkəzidir. Elə oradaca həmin bu yüksək səviyyədə hazırlanmış maketlər nümayiş etdiriləcək.
Fuad Babayev: Yəni bu maketlər artıq hazırlanıb?
Kamil İbrahimov: Bəli. Demək olar ki, hazırdır. İtib-batmış, məhv olmuş minimum on abidəni götürdük, Cümə məscidi, Bayıl qəsri kimi abidələri. Əlbəttə söhbət indiki Cümə məscidindən yox, onun əvvəlki variantından gedir. Həm İçərişəhər, həm Dərbənd, həm də Şamaxıdakı Cümə məscidinin əvvəlki variantlarını, əvvəlki görünüşlərini maket şəklində bərpa etdik.
Fuad Babayev: Ölçüləri nə qədərdir?
Kamil İbrahimov: Birin birə nisbətində və 90 sm hündürlüyündə normal mini şəhər statusunda. Yəqin ki, İstanbulda görmüsünüz.
Fuad Babayev: Konfransdan sonra yəqin ki, bu maketlər başqa yerlərdə də daimi əsaslarla nümayiş olunacaq?
Kamil İbrahimov: Bəli, artıq səyyar sərgi kimi istədiyimiz yerə göndərə bilərik. Hətta xaricdə də nümayiş oluna bilər. İçərişəhərdə də nümayişi mümkündür.
Fuad Babayev: Konfransa xaricdən yüzə yaxın qonaq gələcək. Hansı ölkələrdəndir?
Vəfa Quliyeva: Rusiya, Türkiyə, İran, Bəhreyn, Polşa, digər ərəb ölkələrindən var, Misirdən də qonaqlarımız olacaq. Əlbəttə ki, ən çox iştirakçı Rusiyadandır, xüsusilə Dağıstandan. Şirvanşahlar dövlətinin müəyyən tarixi dövrdə sərhədləri gedib çıxmışdı Cənubi Dağıstana. Dərbənd daxil olmaqla, Samux çayına qədər olan ərazi daxil olmuşdu Şirvanşahlar dövlətinə. Amma bəzi Dağıstan-rus alimlərinin bu məsələdə mövqeyi qeyri-obyektiv idi, tarixi təhlilləri isə subyektiv xarakter daşıyırdı. Amma bizim konfransa gələn, öz məruzələrini göndərən tədqiqatçılar çox xoşdur ki, Şirvanın Dağıstan xalqlarının inkişafında, siyasi, iqtisadi cəhətdən inkişafında oynadığı çox böyük, əhəmiyyətli rolunu öz məruzələrində qeyd edirlər. Yəni artıq bu tarixə obyektiv yanaşma sərgiləyirlər. Bu, çox sevindirici bir haldır.
Kamil İbrahimov: Bir rus aliminin, Dağıstan da Rusiyadır, bu cür yanaşması və Şirvan dövlətini, onun sərhədlərini tanıması və bu barədə məqalə yazması bizim üçün çox böyük üstünlükdür.
Vəfa Quliyeva: Bəli, tamamilə haqlısınız. Bir də mən onu da qeyd edim ki, biz çox ciddi təftiş apardıq. Çünki çox sayda məruzələr daxil olmuşdu.
Fuad Babayev: Və bəzilərini çıxdaş etməli oldunuz?
Vəfa Quliyeva: Bəli. Hətta bizimlə münaqişəyə girənlər də oldu.
Fuad Babayev: Sara Aşurbəyli Şirvanşahlar dövləti haqqında çox böyük bir əsər yazıb…
Vəfa Quliyeva: Sara xanım bu əsəri ilə həm Şirvanşahlara, həm də özünə çox böyük bir abidə ucaldıb. Şirvanşahlar min illik tarixə malik idilər. 1501-ci ildə demək olar ki, süquta uğramışdılar. Amma dövlətin tamamilə məhv olma prosesi 1538-ci ildə baş verdi. Onların zəngin kitabxanaları, arxivləri hamsısı məhv edilmiş, yandırılmışdı. Bunların bir yazılı mənbəyi gəlib çıxmayıb bizim dövrə. Amma Sara xanım bax o boyda tarixi – Şirvanşahlar tarixini yazdı. Fransız, ingilis dilini yaxşı bildiyindən, həmin dillərdəki ədəbiyyatlardan çox istifadə etmişdi.
Gündüz Nəsibov: Doğrudan adama elə gəlir ki, Sara Aşurbəyli Şirvanşahlar tarixinə bu əsərlə nöqtə qoyub. Amma yenə də təzə nələrsə çıxır ortaya.
Vəfa Quliyeva: Bilirsiniz, Sara xanım Şirvanşahları bir səpkidə, bir rakursda işləyib. Mən deyirəm bütün mənbələr məhv olub, gedib. Məşədixanım Nemət də onların tarixini Şirvan ərazisində qalmış epiqrafik abidələrə əsasən zərrə-zərrə yazıb. Onların dövlət quruluşunu, dövlətdə olan vergi siyasəti, vəzifələr və s. problemlərə əsərlərində geniş yer verib. Amma onlardan sonra bu mövzuya müraciət edənlər azdır.
Gündüz Nəsibov: Elə bu barədə soruşmaq istəyirəm. Şirvanşahlar dövləti mövzusunda tədqiqatlar aparılırmı, bu mövzularda dissertasiyalar yazılırmı?
Vəfa Quliyeva: Fundamental şəkildə tədqiqat aparan yoxdur.
Kamil İbrahimov: Mən o kitabdan beş dənə də kitab çıxarardım. Çünki orada bilirsiniz necə yazılıb?
Vəfa Quliyeva: Bir çox şeylər tezislə yazılıb.
Kamil İbrahimov: Yəni açılmayıb. Açılmalıdır, amma onu yazmaq, işləmək lazımdır.
Vəfa Quliyeva: Siz bilirsiniz ki, o xanımın başına nə oyun açıblar o kitabı yazana qədər? Teymur Bünyadov danışırdı ki, elmi şurada Sara xanımı təkləyib, elə bir vəziyyətə salmışdılarr ki, qadının az qalırdı ürəyi getsin. Belə çətinliklər bahasına o kitab başa gəlib. Amma doğrudan da Sara Aşurbəyli o kitabında Şirvanşahlara böyük abidə qoyub. Allah rəhmət eləsin, çox ciddi bir alim idi, üstəlik də çox təvazökar, mehriban və sadə insandı.
Fuad Babayev: Yəni elə bir mövzu yoxdur ki, onu hətta Sara xanım Aşurbəyli kimi böyük bir alim də bir monoqrafiyada əhatə edə bilməsin? Adi oxucuya maraqlı ola bilər ki, Şirvanşahlar dövləti ilə bağlı hansı aspektlər öyrənilməyib?
Vəfa Quliyeva: Yox, Sara xanım bu mövzunu hərtərəfli işləyib.
Fuad Babayev: İsa Arslan adlı bir alim XV-XVI əsrlərdə Azərbaycan Şirvanşahlar dövləti ilə Osmanlı dövləti arasında siyasi münasibətlərlə bağlı bir məqalə yazıb.
Vəfa Quliyeva: Bu, siyasi tarixdir və siyasi münasibətlərdir. Sara xanım Şirvanşahlar dövlətinin həm siyasi, həm iqtisadi, həm də mədəni tarixini yazıb, hərtərəfli tədqiq edib.
Kamil İbrahimov: Şirvanşahlar dövrünün ən son mərhələləri çox maraqlıdır. Yəni Şah İsmayılın gəlməsi, bir dövlətin külündən digər dövlətin yaranması məncə, daha yaxşı işıqlandırılmayıb. Şah İsmayılın Bakıdakı dövrü haqqında tarixi Xandəmir, İsgəndər Münşi və Həmid bəy Rumlu yazıb. Amma hər üçü bu tarixi özünəməxsus tərzdə yazıb.
Vəfa Quliyeva: Hər halda Şirvan şahları çox müdrik hökmdarlar olublar. Əgər onlar tarixin ən çətin dövründə bu dövləti qoruyub saxlaya biliblərsə, buna yalnız öz müdrük siyasətləri nəticəsində nail olublar. Ən güclü rəqibi özlərinə müttəfiq seçiblər. Tutaq ki, I Şeyx İbrahim dövründə Azərbaycan uğrunda Qızıl Orda ilə Teymurilər arasında mübarizə gedib. Baxıb, görüb ki, Əmir Teymur daha güclü rəqibdir. Ona görə ona meyl edib və elə diplomatiya irəli sürüb ki, Əmir Teymur Şeyx İbrahimi oğlu kimi qəbul edib və onu özünə müttəfiq seçib. Əslində nominal olaraq müstəqil qalıb. Şeyx İbrahimə Əmir Teymur imperiyanın şimal sərhədlərinin qorumağı tapşırıb və o dövrdə Dərbənd qalası möhkəmləndirilib, istehkamlar, qalalar tikilib.
Kamil İbrahimov: Əmir Teymur Miranşahdan daha çox istəyirmiş İbrahimi.
Vəfa Quliyeva: Bəli, oğlu kimi qəbul edir. Əmir Teymur Qarabağda düşərgə quranda I Şeyx İbrahim əshabələrini yığıb və məşvərət keçirib. Müzakirə olunurmuş ki, tabe olmaq lazımdır, yoxsa mübarizə aparmaq. Hamı deyir ki, vuruşmaq lazımdır. O deyir ki, o boyda qüvvə gəlib, dünyanın yarsını tutub, dağıdıb, necə onunla mübarizə aparmaq olar. Qərara alıb ki, Teymurun hüzuruna getsin. Əmir Teymura hədiyyələr aparır, bütün hədiyyələrin sayı doqquz olur, amma qulların sayı səkkiz. Teymur səbəbini soruşanda deyir ki, doqquzuncu qul özüdür. Onun bu sözü xoşuna gəlir Əmir Teymurun. Həm öz ölkəsini, həm də xalqını qoruyub saxlaya bildi o çətin dövrdə.
Gündüz Nəsibov: Mətbuatda, internetdə çox tez-tez belə müzakirələr gedir ki, min illik tarixi olan Şirvanşahların Şirvanşahlar sarayı kimi iqamətgahı ola bilməzdi. Guya bu sufi xanəgahıdır. Bununla bağlı sizin mövqeyinizi bilmək istərdim.
Vəfa Quliyeva: Bu çox ağrılı bir sualdır. Biz o məqalələrə, çıxışlara cavab veririk, ayrı-ayrı kitablar da yazılır. Mən sizə deyim bu kitablar, məqalələr qeyri-peşəkarlar, tarixçi olmayan şəxslər tərəfindən yazılır. Bilirsiniz, tarix elmi çox dəqiq bir elmdir, riyaziyyat kimi. Mən bunu hər zaman demişəm. Tarix elmində nəyisə isbat etmək üçün sübut, dəlil gətirməlisən. Məsələn, deyirlər ki, Şirvanşahlar sarayı saray deyil, xanəgahdır. Bizim orta əsrin siyasi tarixini öyrənən, xanəgahların Azərbaycanın ictimai-siyasi həyatında rolunu, xanəgah şeyxlərinin cəmiyyətdə tutduqları mövqeyi dərindən bilən, tədqiq edən alimlərimiz var. Onlar öz tədqiqatlarında göstərirlər ki, xanəgah şeyxləri cəmiyyətdə çox böyük siyasi qüvvə idilər və çox böyük bazaları, xalq arasında böyük nüfuzları var idi. Bunlar xalqın mövqeyini müdafiə edirdilər və tarixin müəyyən dövrlərində Şirvanşahlara qarşı müxalif idilər. Onları xalqın xeyrinə müəyyən addımlar atmağa vadar edirdilər.
Kamil İbrahimov: Şirvanşahlar şeyxlərin sözlərinə qulaq asırdılar.
Vəfa Quliyeva: Bəli. Din xadimləri Şirvanşahların inzibati dövlət quruluşunda yüksək statusa malikdilər. Hökmdardan və baş sərkərdədən sonra üçüncü vəzifə idi. Çox böyük imtiyazlara malik idilər. Xanəgah şeyxləri çox zəngin idilər, onların zəngin vəqf torpaqları var idi, ticarətə, ticarət yollarına, onların abadlığına, karvanların təhlükəsizliyinə nəzarət edirdilər. Çox güclü bir siyasi qüvvə idi. Ona görə də müəyyən dövrdə onlar Şirvanşahlara qarşı müxalif qüvvəni də təşkil ediblər. Heç vaxt xanəgah sarayda yerləşə, xanəgah şeyxi sarayda yaşaya bilməzdi. Azərbaycanda Pir Hüseyn xanəgahı var. Bu kompleksi nümunə kimi götürsək, əvvəla şeyxin dəfn olunduğu türbə orada yerləşir, məscid, hamam, karvansaray var. Amma Şirvanşahlar sarayında biz elə bir şey görmürük. Deyirlər, Seyid Yəhya Bakuvinin burda xanəgahı olub və orada da dəfn olunub, Dərviş türbəsində. Amma o Dərviş türbəsində arxeoloji qazıntılar da aparılıb, orada heç bir qəbir aşkar olunmayıb.
Gündüz Nəsibov: Yəni onun qəbri orada deyil?
Vəfa Quliyeva: Xeyr.
Kamil İbrahimov: Bəlkə də olub, amma arxeoloji qazıntılar nəticəsində aşkar edilməyib.
Vəfa Quliyeva: Bunu söyləyənlər Bakıxanova istinad edirlər. Bakıxanov yazır ki, Bakıda, Abşeronda Seyid Yəhya Bakuvinin xanəgahı olub. Özü də, oğlu da orada dəfn olunub. Amma Bakıxanov konkret olaraq yazmır haradadır. Yaxşı, bunun indi yeri itirilibsə, o demək deyil ki, biz onu Şirvanşahlar sarayında axtarmalıyıq. Şirvanşahların ailə türbəsi orada yerləşir, onlar həmin yerdə dəfn olunublar. Sonra müharibələr vaxtı Şirvanşahlar sarayını da götürüblər. Hətta osmanlılar da Şirvanşahlar sarayını tutmuşdu və o sarayda da darvaza qoyublar, şərq darvazası. Sultanın adını daşıyır – Murad darvazası. Əgər bura xanəgah olsaydı, osmanlılar niyə tuturdu oranı.
Kamil İbrahimov: Birmənalı şəkildə xanəgah deyil ora. Ora dövlət atributlarından biridir.
Vəfa Quliyeva: Biz deyirik ki, bura məhz Şirvanşahlar sarayıdır. Mən bunu yazanlara yazıram, deyirəm ki, siz o saraya XXI əsrin gözündən yox, XII əsrin, o dövrün gözü ilə baxın. O komaların yanında möhtəşəm görsənirdi o saray.
Kamil İbrahimov: Məxəzlərdə, Bədr Şirvaninin beytlərindən oxuyuruq ki, Şirvanşahlar Şamaxıda yaşayıblar. Bakıda uzun müddət yaşamırdılar. Bakını idarə edən Bakı hakimi Qəzənfər şah idi. Şirvanşahlar sarayında da bəzi tikililəri Bakı hakimi olan Qəzənfər şah inşa edib.
Vəfa Quliyeva: Bir də Şirvanşahlar sarayı əvvəlki vəziyyətində qalmayıb axı. Dəfələrlə dağıdılıb, sökülüb. Çox möhtəşəm, gözəl olub. Kaşı bəzəkləri varmış, içərisi də kaşılarla bəzədilmişdi. İndi yenidən restavrasiya olunub.
Gündüz Nəsibov: Şirvanşahlar sarayı tikiləndə Bakı paytaxt idi?
Vəfa Quliyeva: XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra paytaxt köçürüldü Bakıya. Elə onda da Şirvanşahlar sarayının özülü qoyuldu, qala divarları möhkəmləndirildi.
Kamil İbrahimov: Qala divarlarının tikintisi və inşası 1136-1137-ci ildə, yəni XII əsrin əvvəllərində III Mənüçöhr tərəfindən başlanılıb.
Hazırlanıb: Gündüz Nəsibov, 1905.az
Sara aşurbəyli şirvanşahlar dövləti bakı 2006
(+994 12) 493 30 77
- Philosophy
- History
- History of Azerbaijan
- Sociology
- Ethnography
- Economy
- State and Law
- Politics. Political Sciences
- Science and education
- Informatics
- Religion
- Natural Sciences
- Petroleum
- Communication
- Technology. Technical Sciences
- Architecture
- Agriculture and Forestry
- Tourism
- Customs
- Medicine and Health Care
- Military science
- Sport
- Statistics
- Ecology
- Reference editions
Şirvanşahlar dövləti
Subscriptions
There is a “Legislative Base of Russian Federation” introduced to readers in LAN of the Library.
Library System IPR Books – an electronic library for all branches of science, which contains more than 5000 e-books, is available for use by readers in a local network
Polpred.com Media Review. Thousands news daily, full text in Russian, million best topics of information agencies and business press for the last 15 years.
Banners
Contact
Address: AZ1005, Nizami Street 58, Baku, the Republic of Azerbaijan
Phone: (+99412) 596-26-13
Working Hours:
Monday-Friday: 9.00am to 6.00pm
Recess time: 1.00pm to 2.00pm
Closed: Saturday, Sunday
Copyright © 2013 Presidential Library. All rights reserved.
Reference and hyperlink required.
Comments are closed, but trackbacks and pingbacks are open.