Press "Enter" to skip to content

Sarah Jio Mart Bənövşələri PDF

Qeyd edim ki, Mart Bənövşələri Sarah Jio’nun ilk romanıdır. Yazıçı bu əsərinə görə, Library Journal Ən Yaxşı Kitab mükafatına layiq görülür. Beləcə, növbəti uğurlu əsərlərinə də yol açılmış olur.

“Mart bənövşələri” Sarah Jio.

Salam ,dostlar. Bu gün də sizinlə Sara Jionun başqa bir romanından bəhs edəcəm. Bu gün üçün seçimim “Mart bənövşələri” dir. Bu romanda da hadisələr 2 fərqli zamanda baş verir. Ərindən ayrıldığına üzülən yazıçı xanım adaya xalasının yanına tətilə gedir. Və bütün hadisələr də elə bu tətildən başlayır. Sonradan nənəsinə məxsus olduğunu anladığı gündəlik bir çox sirli hadisələrə işıq tutmağı bacarır.

Sevgi romanı kimi təqdim olunan əsərdə isə yazıçı hər zamankı xəfiyyə üslubunu qoruya bilib. Gündəliyin izi ilə sonuna qədər gedən Emili əslində nənəsi haqqında bildiklərinin tamimə fərqli olduğunu anlayır. Nənəsinin nakam məhəbbəti isə onun özü ilə davam edir.
Bu romanda diqqətimi çəkən məqam hər bir qadının əgər özünü dəyərli hiss edərsə mütləq dəyərini anlayan birinin ortaya çıxacağının mütləq olmasıdır. Sietl kimi meqapolisdən adaya qaçan yazarın macəralarını mütləq oxuyun. İnanıram ki, hər birinizə zövq verəcək kitablardan olacaq.

4 года назад в #steemix от jale-85 ( 47 )

Sarah Jio “Mart Bənövşələri” PDF

Evliliyində böyük məyusluq yaşayan məşhur yazıçı Emily Wilson qohumunun təklifi ilə mart ayını Bainbridge adasında keçirmək qərarı alır.

Emily burada təsadüfən, 1943-cü ildən qalmış məxmər üzlü bir gündəlik tapır. Bu gündəlik onu keçmişin tozlu səhifələrində gizlənmiş gerçək sevgiyə və 60 illik ailə sirrinə aparacaq.

Bütün Sarah Jio kitablarındakı oxşar gedişata sahib olsa da, əsər axıcı dili ilə sizi özünüzə çəkəcək.

Qeyd edim ki, Mart Bənövşələri Sarah Jio’nun ilk romanıdır. Yazıçı bu əsərinə görə, Library Journal Ən Yaxşı Kitab mükafatına layiq görülür. Beləcə, növbəti uğurlu əsərlərinə də yol açılmış olur.

“Həyat, birinə ‘səni sevirəm’ deməyin tərəddüdünü yaşamaq üçün çox qısadır. “

«Mart bənövşələri» müasir Amerika yazıçısı Sarah Jionun ən çox oxunan kitablarından biridir. Romanda böyük və əbədi məhəbbətdən söz açılır. Şəxsi həyatında uğursuzluğa uğrayan yazıçı qız əsəblərini dincəltmək üçün xalasının olduğu adaya gedir və burda yataq otağından bir gündəlik tapır. Bu gündəliyin sayəsində yazıçı on illərlə gizlin qalan ailə sirlərinin üstünü açır. Bununla da onun sevgi, həyəcan, təlatüm dolu əsl həyatı başlayır.

Comments are closed, but trackbacks and pingbacks are open.