Sas kapitalın amortizasiyası
Torpaq, tikili və avadanlıqların silinməsindən(satılmasından) əldə edilən məğləğ ilkin olaraq ədalətli dəyərlə tanınır. Əgər aktivlə bağlı ödəniş təxirə salınarsa, satışdan əldə edilən məbləğ ilkin olaraq pul vəsaitləriin ekvivalenti ilə ifadə olunan satış qiymətilə tanınmalıdır. Satışdan əldə edilən məbləğin nominal dəyəri ilə ilkin pul vəsaitləriin ekvivalenti ilə ifadə olunan satış qiyməti arasındakı fərq “Gəlir üzrə” 6 nömrəli MMUS-a əsasən aktivin faiz gəliri kimi tanınmalıdır.
MÖvzu-7: uzunmüDDƏTLİ aktiVLƏRİn amortizasiyasi və onun uçotu
Həmin aktivlərə binalar, tikililər, qurğu və avadanlıqlar, nəqliyyat vasitələri, hesablama texnikasını(kompyuterləri), lisenziyaları və s. misal göstərmək olar.
Beynəlxalq uçot və hesabatın standartlarında uzunmüddətli aktivlər dedikdə müəssisə tərəfindən nəzarət olunan, keçmiş hadisələr nəticəsində yaranmış və bir ildən artıq olan müddətdə müəssisəyə fayda gətirəcək iqtisadi resurslar başa düşülür.
Uzunmüddətli aktivlər müəssisədə fasiləsiz olaraq istifadə olunur və öz dəyərini hissi –hissə istersal olunan məhsulların, yerinə yetirilən işlər və göstərilmiş xidmətlərin üzərinə keçirir. Uzunmüddətli aktivlərin əsas hissəsini əsas vəsaitlər təşkil edir. Müəssisə əsas vəsaitləri başqa müəssisəyə sata, dəyişdirə və icarəyə verə bilər.
- bina,tikili, qurğu və avadanlıqlar- onlar köhnəlir;
- təbii resurslar -tükənir;
- torpaq – köhnəlmir.
Təbii resurslar olan aktivlərin dəyəri istifadə olunduqca tükənir. Məhz buna görə də təbii resurslarin sərfi prosesi onların ehtiyatlarının azalmasına səbəb olur ki,bu a həmin ehtiyatların tükənməsi (depletion) adlanır.
Torpağa gəldikdə isə o yeganə uzunmüddətli aktivdir ki, istifadə olunduqca öz dəyərini tam itirmir. Zaman keçdikcə torpaq dəyəri bərpa edilir və əvvəlki vəziyyətinə qayıda bilər.Ona görə də torpağa köhnəlmənin hesablanması doğru deyil.Yalnız il ərzində torpağa çəkilən xərclər öz dəyərini məhsulun üzərinə keçiriyi üçün amortizasiya (amortizaation) oluna bilər. Torpağın faydalı istifadə müddəti qeyri-müəyyən olduğuna görə ona köhnəlmə və tükənmə hesablamaq mümükün deyil. Uzunmüddətli aktivləri tənzimləyən Beynəlxalq və Milli uçot standartlarında amortizasiya ilə bağlı bir söra anlayışlardan istifadə olunur ki,onların mənası aşağıdaki kimi verilir:
Köhnəlmə əmlak, qurğu və avadanlıqların faydalı istifadə müddətində sistematik və məqsədəyönlü şəkildə olaraq paylaşdırılmasıdır(bölüşdürülməsidir).
Tükənmə təbii resursların dəyərinin faydalı istismar dönründə sistemli və məqsədəuyğun şəkildə bölünərək xərcə silinmsi prosesidir.
Amortizasiya-istismara yararlı müddətdə uzunmüddətli aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm (sistematik) bölüşdürülməsidir.
Amortizasiya olunan dəyər – aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (ləğvetmə) dəyərinin cıxılmasından sonra əldə olunan dəyərdir.
Amortizasiya aktivin istismara verilildiyi andan başlayaraq hesablanır, yəni muəssisə rəhbərliyi tərəfindən həmin aktivin muəyyən edilmiş qaydada işləməsi ücün zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən asılı olmayaraq hesablanmağa başlamalıdır. Aktivdən muntəzəm olaraq istifadə edilməməsi faktı amortizasiyanın dayandırılmasına mütləq səbəb kimi hesab edilməli deyil.
2.Uzunmüddətli aktivlərə amortiasiyanın(köhnəlmənin) hesablanması
Qeyd edildiyi kimi müəssisənin nəzarətində olan uzunmüddətli aktivlər müəyyən faydalı istifadə müddətinə (1 ildən az çox olmaqla) malik olurlar və onlar həmin faydalı istifadə müddətində öz dəyərini hissə-hissə məhsulun(işin, ximətin) üzərinə keçirilir ki, həmin proses amortizasya adlanır. Deməli, amortizasiya faydalı istifadə müddətində aktivin dəyərinin xərc şəklində hissə-hissə ödənilməsini özündə əks etdirir. Qeyd edildiyi kimi faydalı istifadə müddətində uzunmüddətli aktivlərin dəyəri müəyyən olunmuş nibətlərdə istehsal və tədavül xərclərinə silinir ki, bu da amortizasiya ayırmaları vasitəsi ilə həyata keçirilir. Bunun üçün “Vergi məcəlləsi”nə əsasən amortizasiya olunan əmlak və onun tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normalarını aşağı hədlər daxilində müəyyən etmişdir. (Vergi məcəlləsi üzrə)
Bina, tikili, qurğu – 7 % – dək;
Maşın, avadanlıq və hesablama texnikası – 25 %-dək;
Nəqliyyat vasitələri – 25 %-dək;
Digər əsas vəsaitlər- 20 %-dək.
Müvafiq qruplara aid edilən uzunmüddətli aktivlərin balans üzrə qalıq dəyəri göstərilən müvafiq amortizasiya normalarına vurulmaqla hesablanmış amortizasiya məbləği məhsulun (iş, xidmətin) maya dəyərinə daxil edilir. Aşağıdakı üzunmüddətli aktivlərə köhnəlmə hesablanılmır: nadir memarlıq və incəsənət abidəsi olan bina və qurğulara, elm, tədris və təcrübə məqsədi ilə istifadə olunan avadanlıqlara, nümunə, əyani vəsaitlərə, məhsuldar heyvanlara, eksponatlara (heyvan) istismar vaxtı çatmayan çoxillik əkmələrə, incəsənət işlərinə, kitabxana və kino fondlarına, müəssisənin tam amortizasiya olunmuş əsas vəsaitlərə və s.
Amortizasiya aktivin istismara verilildiyi andan başlayaraq hesablanır, yəni muəssisə rəhbərliyi tərəfindən həmin aktivin muəyyən edilmiş qaydada işləməsi ücün zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən asılı olmayaraq hesablanmağa başlamalıdır. Aktivdən muntəzəm olaraq istifadə edilməməsi faktı amortizasiyanın dayandırılmasına mütləq səbəb kimi hesab edilməli deyil.
Qeyd etdiyimiz kimi, uzunmüddətli aktivlərin tərkibinə müxtəlif maddi və qeyri maddi formaya malik olmaqla müəyyən fərqli xüusiyyətlərə malik olur. Amortizasiya olunan aktivlərə amortizasiya hesablamaq məqsədi ilə təcrübədə müxtəlif metodlardan istifadə olunur ki, bunlara aşadakılar aid edilir:
- Düzxətt metodu ;
- Azalan qalıq metodu;
- İstehsal vahidi (funksional) metodu;
- Faydalı istifadə müddətindəki illərin sayının cəmimetodu.
Düzxətt metodu beynəlxalq praktikada ən çox tətbi q eilən metod olmaqla
“ bərabər paylanma metodu” da adlandırılır. Düz xətt metodunun tətbiqi zamanı amortizasiya məbləği aktivin ilk dəyərindən ləğvetmə dəyəri çıxıldıqdan sonra onun faydalı istifadə müddəti illərinin sayına bölünməsi yolu ilə müəyyən olunur.
Ləğvetmə dəyəri aktivin faydalı istifadə müddətinin sonunda onun satılması ehtimal olunan dəyəridir. Bir məsələni diqqətdə saxlamaq lazımdır ki, aktivlərin faydalı istifadə müddəti bitsə də onlar yenə də müəyyən dəyərə malik olur. Qeyd edilən bu dəyərlə müəssisə onu satıb pula çevirə bilər ki, uçot praktikasında həmin dəyər ləğvetmə dəyəri adlanır.
Düz xətt metodu ilə amortizasiya məbləği aşağıdakı düsturla hesablanır:
Amortizasiya
Beynəlxalq praktikada azalan qalıq metodu beynəlxalq praktikada tətbiqinə görə ən çox tətbi q edlən ikinci metod hesab olunur. Bu metodla amortizasiyanın hesablanması aktivlərin qalıq dəyərindən sabit faiz dərəcəsi ilə hesablanmış məbləğin çıxılması yolu ilə müəyyən olunur. Bu metodda ləğetmə dəyəri əvvəlcədən deyil, hesablamanın sonunda hesablanır. Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir.
Azalan qalıq metodu ilə amortizasiyanın hesablanması metodu illər üzrə aşağıdakı düsturla hesablanır:
I il Amortizasiya = İlkin – Amortizasiya = Qalıq
xərci dəyər norması üzrə xərc dəyəri
II il Amortizasiya = İlkin – Amortizasiya = Qalıq
xərci dəyər norması üzrə xərc dəyəri
III il Amortizasiya = İlkin – Amortizasiya = Qalıq
xərci dəyər norması üzrə xərc dəyəri
Düsturdan göründüyü kimi cari ilin amortizasiya xərci ilin əvvəlinə olan qalıq dəyərindən amortizasiya xərcinin çıxılması ilə hesablanır. Amortizasiya xərci ilin sayıdan birbaşa asılıdır. Faydalı istifadə müddəti nə qədər uzun olarsa, amortizasiya xərci bir o qədər olacaqdır.olaraq azalır.:
Azalan qalıq metodu vasitəsi ilə uzunmüdətli aktivin amortizasiyanı hesablayaraq xərcə silmək praktiki olaraq çox gec müddətə başa gəlir.Məhz buna görə də beynəlxalq praktikada sürətlənmiş amortizasiya metodu kimi “ikiqat azalan qalıq metodu” ndan istifadə edilir. “İkiqat azalan qalıq metodu”nun məntiqi yuxarıda müəyyən olunan amortizasiya normasının ikiyı vurulmasından asılıdır. Nəticədə amortizasiya olunan aktivin amortizasiya xərci də iki dəfə artacaq və onun amortizasiya olunma müddətində qalıq dyərinin iki dəfə azalmasınana gətirib çıxaracaq
Məhsul vahidi (funksional ) metodunun tətbiqi aktivlərin fəaliyyətinin nəticəsindən (istehsal olunan məhsuldan), yəni onların funksional xüsusiyyətlərindən(avadanlıqlarda istehsal olunan məhsulun miqdarından, nəqliyyat vasitələrinin qət etdiyi məsafədən və s.) asılıdır. Qeyd edilən bu metodla amortizasiyanın hesablanması iki mərhələdə yerinə yetirilir:
I mərhələ: Məhsul vahidinə düşən
amortizasiya məbləği
II mərhələ: Amortizasiya xərci = Məhsul vahidinə düşən amortizasiya
məbləği X İstehsal vahidi
Bu metoddan əsasən faydalı qataqların, avtomobol kimi uzunmüddətli aktivlərin amortizasiyasını hesablamaq üçün istifadə olunur.
Faydalı istifadə müddətindəki illərin sayının cəmi metodu sürətlənmiş amortizasiya metodu olub 78 metodu da adlanır. İllərin sayının rəqəm cəmi metodu uzunmüddətli aktivin istifadə müddətindəki illərin sayının rəqəmlərinin cəmlənməsi əsasında tətbiq edilən 2 hesablamadan ibarat olan amortizasiya xərclərinin hesaablanması metodudur. Qeyd edilən həçmin addımlar aşağıdakılardır:
I addım: İllərin sayının rəqəm cəmini tapmaq üçün aşağıdakı düsturdan istifadə edilir:
İllərin sayının rəqəm cəmi
Burada: n- aktivin faydalı istifadə müddətidir
II addım: tapılan illərin rəqəm cəmini tapmaq üçün aşağıdakı düsturdan istifadə olunur:
Amortizasia xərci
Düsturun illər üzrə tətbiqini aşağıdakı şəkildə daha aydın başa düşmək olar:
I il: : Amortizasia xərci= İlkin dəyər x n/illərin sayının rəqəm cəmi;
II il: : Amortizasia xərci= İlkin dəyər x n-1/illərin rəqəm sayı;
II il: : Amortizasia xərci= İlkin dəyər x n-2/illərin rəqəm sayı;
Düstura diqqət etsək görərik ki, ikinci ildən başlayaraq maksimum faydalı istifadə müddəti 1 rəqəm qədər azlır. Qeyd edilən bu hesablama illərin sayından asılı olaraq dəyişə bilər.
3. Qeyri-maddi aktivlərin köhnəlməsinin(amortizasiyasının) uçotu
Qeyri-maddi aktivlər – müəssisənin uzunmüddətli aktivləri olduğuna görə gəlir gətirməlidir və onlar bu funksiyanı yerinə yetirdikləri üçün müəssisənin aktivlərinin tərkibində uçota alınırlar. Qeyri-maddi aktivlərin fəaliyyətinin hesablanmış istifadə müddəti ərzində onları amortizasiyalaşdırmaq, daha doğrusu, onların dəyəri onlara köhnəlmə hesablanması və onun istehsal və ya tədavül xərclərinə aid edilməsi yolu ilə əldə edilir. 12 saylı standarta əsasən aydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri-maddi aktivlərə amortizasiya edılmır. Məhdud istifadə müddətli qeyri-maddi aktivin amortizasiya olunan dəyəri onun faydalı istifad müddəti ərzində müntəzəm olaraq bölüüşdürülməlidir. Amortizasiyanın hesablanması aktivin istifadəyə verildiyi andan hesablanılır. Qeyri-maddi aktivlər üzrə amortizasiyanın həcmi, onların ilk dəyərindən və səmərəli istifadə müddətindən (müəssisənin fəaliyyət müddətindən çox olmayaraq) asılı olaraq hesablanmış normalar üzrə hər ay hesablanır.
- aktiv satış üçün nəzərdə tutulduqda( tam amortizasiya edilməyibsə);
- aktivin tanınması dayandırıldıqda;
- aktiv tam amortizasiya olunmuş, lakin onun tanınması dayandarılmadıqda.
Qeyri-maddi aktivlərin köhnəlməsinin uçotu üçün 102 saylı “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərəri” hesabından istifadə olunur. Bu hesabın kredit qalığı istismarın bütün dövrü ərzində ödənilmiş məsrəfləri, qeyri-maddi aktivlərin istifadəsi zamanı onlara hesablanmış köhnəlmə məbləğini əks etdirir.
Hesabın debet dövriyyəsi isə – hesabat ayında 731 saylı “Sair əməliyyat xərcləri” hesabı ilə müxabirləşməklə silinən, təsərrüfatdan çıxan obyektlər üzrə köhnəlmənin silinməsi göstərilir. Kredit üzrə dövriyyə – hesabat ayında 202, 721, 242, 711 və b. hesablarla müxabirləşməklə hesablanmış köhnəlmənin məbləğini əks etdirir.
4. Torpaq, tikili və avadanlıqlar istehsal prosesinin əsas amillərindən biri olduğundan onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapmalıdır. Bu onların dəyərinin müəyyən dövr ərzində və müəyyən edilmiş nisbətlərlə istehsal olunan məhsulun, görülmüş iş, göstərilmiş xidmətin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə həyata keçirilir. Buna əsas vəsaitlərə amortizasiya hesablanması yolu ilə nail olunur.
Amortizasiya-istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm(sistematik) olaraq paylaşdırılmasıdır
Amortizasiya olunan dəyər – aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (ləğvetmə) dəyərinin cıxılmasından sonra əldə olunan dəyərdir.
Torpaq,tikili və avadanlıqlara (əsas vəsaitlərə) amortizasiya ayırmaları müəyyən edilmiş normalar üzrə həyata keçirilir. Vergi məcəlləsinə əsasən amortizasiya olunan əmlak və onun tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normalarını aşağı hədlər daxilində müəyyən etmişdir.
Bina, tikili, qurğular – 7 % – dək;
Maşın, avadanlıq və hesablama texnikası – 25 %-dək;
Nəqliyyat vasitələri – 25 %-dək;
Digər əsas vəsaitlər- 20 %-dək.
Amortizasiya ayırmaları, onların digər aktivin balans dəyərinə əlavə olunması halları istisna olmaqla, hər dovr üzrə mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınmalıdır.
Torpaq, tikili və avadanlıqlar üzrə tətbiq edilən amortizasiya metodu muəssisə tərəfindən aktivdən gozlənilən gələcək iqtisadi səmərənin istehlak sxemini əks etdirməlidir.
Torpaq, tikili və avadanlıqlar uzrə tətbiq edilən amortizasiya metodu ən azından hər maliyyə ilinin sonunda yenidən nəzərdən kecirilməlidir. Aktivin amortizasiya olunan dəyərinin onun faydalı istismar muddəti uzrə ardıcıl olaraq bölüşdürülməsi ucun müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara düzxətt metodu, azalan qalıq metodu və istehsal vahidi metodu aiddir.
Düzxətt metodu, aktivin son qalıq dəyərinin dəyişmədiyi təqdirdə, onun faydalı istismar dövrü ərzində daimi ayırmaların həyata kecirilməsi ilə nəticələnir.
Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir.
İstehsal vahidi metodu isə aktivin istehsal gücü və ya ehtimal olunan istifadəsinə əsaslanan ayırmalar formasında əks etdirilir.
- İstehsalda istifadə edilən torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanan zaman
KT 112 ”Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və
- Qeyri-istehsalat sahələrində istifadə edilən torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanan zaman
amortizasiya məsrəfləri” subhesabı və ya
DT 721-2 “İnzibatı məqsədlər üçün istifadə edilən aktivlərin amortizasiya
KT 112 ”Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və
qiymətdən düşmə zərəri” hesabı;
- Cari icarəyə verilmiş əsas vəsaitlərə icarəverən tərəfindən amortizasiya hesablanan zaman
KT 112 ”Torpaq, tikili və avadanlıqlar yığılmış amortizasiya və qiymətdən
- Hər hansı bir səbədən təsərrüfatdan çıxan (satılan, ləğv edilən, icarəyə verilən və s.) əsas vəsaitlərə (torpaq,tikili və avadanlıqlara) hesablanmış amortizasiya məbləği silinən zaman
qiymətdən düşmə zərəriı” hesabı;
KT 701-2 “ İstehsalat aktivlərinin amortizasiyası ” subhesabı
KT 731 “ Sair əməliyyat xərcləri” hesabı
Torpaq, tikili və avadanlıqlara aid müəyyən aktivin hər hansı bir hissənin ilkin dəyəri tərkib hissəsi olduğu aktivin ümumi dəyərinə nisbətdə əhəmiyyətli məbləği təşkil edirsə, həmin hissə ayrıca olaraq amortizasiya olunmalıdır.
Əsas vəsait obyektlərinin balans dəyərinin tananması aşağıdakı hallarda dayandırılmalıdır:
a) aktivin silinməsi (satışı) nəticəsində; və ya
b) aktivin istifadəsindən və ya onun silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı halda.
Torpaq,tikili və avadanlıqların balans dəyərinin tananmasının dayandırılması nəticəsində yaranan qazanc və ya itki Mənfəət və zərər haqda hesbatda əks etdirilməlidir. Bu zaman əldə edilmiş hər hansı qazanc əsas gəlir sətrində gəlir kimi göstərilməlidir.
Torpaq, tikili və avadanlıqların silinməsindən(satılmasından) əldə edilən məğləğ ilkin olaraq ədalətli dəyərlə tanınır. Əgər aktivlə bağlı ödəniş təxirə salınarsa, satışdan əldə edilən məbləğ ilkin olaraq pul vəsaitləriin ekvivalenti ilə ifadə olunan satış qiymətilə tanınmalıdır. Satışdan əldə edilən məbləğin nominal dəyəri ilə ilkin pul vəsaitləriin ekvivalenti ilə ifadə olunan satış qiyməti arasındakı fərq “Gəlir üzrə” 6 nömrəli MMUS-a əsasən aktivin faiz gəliri kimi tanınmalıdır.
Torpaq, tikili və avadanlıqların (əsas vəsait obyektlərinin) tananmasının dayandırılması zamanı kapitala aid edilmiş onun yenidən qiymətləndirilməsindən olan artım bölüşdürülməyən mənfəətə aid edilir.
Sas kapitalın amortizasiyası
Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.
Mühasibat uçotunun əsas məqsədləri: effektiv sənəd dövriyyəsinin təşkili, təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması, müəssisənin bütün bölmələrinin aktual məlumatlar ilə təmin edilməsi, vergi uçotunun aparılması, təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.
Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasib mütəxəssislərinin mühasibat uçotunun normativ-hüquqi bazası üzrə, bundan başqa, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olmasını zəruridir. Burada ilk öncə AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, Mühasibat uçotunun tənzimləyən AR Qanunları, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. qanunvericilik aktlarını misal gətirmək olar. Eyni zamanda, mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.
Sizə təqdim edilən bu elektron vəsaitdə məlumatların rahat mənimsənilməsi üçün bütün materiallar mühasibat uçotunun əsas bölmələri üzrə qruplaşdırılmış, hər bir materialda əsas normativ-hüquqi sənədlər, metodiki tövsiyyələr, normativ-hüquqi sənədlərdən çıxarışlar, misallar, nümunəvi müxabirləşmələr və ilkin sənədlərin formaları verilibdir.
Normativ-hüquqi aktlar:
- MÜHASIBAT UÇOTU
- QEYRİ-MADDİ AKTİVLƏR
- Qeyri-maddi aktivlərin tərifi
- Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
- Qeyri-maddi aktivlərin daxil olması
- Qeyri-maddi aktivlərin ayrıca əldə edilməsi
- Qeyri-maddi aktivlərin daxili imkanlar hesabına yaradılması
- Qeyri-maddi aktivlərin təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olması
- Qeyri-maddi aktivlərin hökumət subsidiyası hesabına əldə edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz alınması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi hesabına alınması
- Qeyri-maddi aktivlərdən istifadə hüququnun alınması
- Qeyri-maddi aktivlərin amortizasiyası
- Qeyri-maddi aktivlərin istifadə müddətinin təyin edilməsi
- Qeyri-maddi aktivlərin xaric olması
- Qeyri-maddi aktivlərin satılması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi ilə təqdim edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz verilməsi
- Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
- Qeyri-maddi aktivlərə istifadə hüququnun verilməsi
- Qeyri-maddi aktivlərin silinməsi
- Torpaq, tikili və avadanlıqlar – tərifi
- Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Təsisçilərdən pay qoyuluşu şəklində qəbul edilmə
- Digər müəssisə və şəxslərdən pulla alınma
- Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşası (istehsalı)
- Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olma
- Hökümət subsidiyaları hesabına alınma
- Uzumüddətli icarəyə götürülmə
- Digər aktiv və ya xidmət ilə mübadilə edilmə
- Torpaq, tikili və avadanlıqların xaric olması
- Ləğv edilib silinmə
- Satılma
- Əvəzsiz olaraq verilmə
- Digər müəssisələrə pay qoyuluşu şəklində verilmə
- Maliyyə icarəsinə verilmə (lizinq)
- Digər aktiv və ya xidmət ilə mübadilə
- Təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəlmə
- Torpaq, tikili və avadanlıqların icarəsi
- Maliyyə icarəsi
- Əməliyyat icarəsi
- İcarəyə götürülmüş tikili və avadanlıqların təmiri
- Material ehtiyatları
- Mallar
- Hazır məhsul
- Ehtiyatların inventarizasiyası
- Əmək haqqı və onun ödənilməsi uçotunun təşkili
- İşçinin işə qəbul edilməsi
- İş vaxtının uçotu
- Əmək haqqının hesablanması
- Əmək haqqından tutulmalar
- Əmək haqqı və onun ödənilməsi
- Məzuniyyət
- Müavinətlər
- Təhtəlhesab şəxslər
- İşçinin işdən azad edilməsi
- Məsrəflər və xərclər
- Məsrəflər, xərclər və maya dəyəri
- Məsrəflərin və xərclərin təsnifatı
- İstehsalat məsrəfləri
- Əsas istehsalat məsrəflərinin mühasibat uçotu
- Birbaşa məsrəflər
- Dolayı məsrəflər
- İstehsalın idarəetmə məsrəfləri
- Köməkçi istehsalat məsrəfləri
- Xidmətedici istehsalat və təsərrüfatlar
- İstehsalat məsrəflərinin vergi uçotu
- Maya dəyərinin kalkulyasiyası metodları
- Mərhələ metodu
- Satışdan olan gəlirlər
- Satışdan olan gəlirlərlərin uçotu
- Barter əməliyyatında gəlirlərlərin uçotu
- Kreditlə satış
- Malların qaytarılması
- Verilmiş güzəştlər (endirim)
- Kassa əməliyyatları
- Kassa əməliyyatlarının aparılma qaydaları
- Nəğd vəsaitlərin kassaya mədaxili
- Nəğd vəsaitlərin kassada saxlanılması
- Nəğd vəsaitlərin kassadan verilməsi
- Pul vəsaitlərinin ekvivalentləri
- Kassanın inventarizasiyası
- NKA alınması və qeydiyyatı
- NKA istifadəsi ilə nəğd hesablaşmalar
- Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar
- Ödəmə kartların istifadəsi ilə hesablaşmalar
- Bankda hesabın açılması
- Hesablaşma hesabı ilə əməliyyatlar
- Korporativ kartlar
- Хarici valyuta əməliyyatları
- Akkreditiv nədir?
- Akkreditiv üzrə əməliyyatlar
- Maliyyə nəticələri
- Maliyyə nəticələri
- Gəlirlərin və xərclərin təsnifatı
- Əsas əməliyyat gəlirləri və xərcləri
- Satışdan gəlirlərin uçotu
- Satışdan vergilərin hesablanması
- Tikinti müqavilələri üzrə gəlirlər və xərclər
- Royalti gəliri
- Əməliyyat icarəsi üzrə gəlir
- Sair əməliyyat gəlirləri və xərcləri
- Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışı
- Yenidən qiymətləndirilmədən gəlirlər və zərərlər
- Qiymətdən düşmə üzrə xərclər
- Əvəzsiz olaraq alınmış aktivlər
- Cərimələr və digər oxşar ödənişlər
- Keçmiş illər üzrə gəlirlər və xərclər
- Ümidsiz borclar üzrə gəlirlər və xərclər
- Silinmiş ehtiyatların bərpası
- Məzənnə fərqləri üzrə gəlirlər və xərclər
- Qiymətdən düşmə üzrə xərclər
- Sair gəlirlər və xərclər
- Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər və xərclər
- Maliyyə gəlirləri və xərcləri
- Fövqəladə gəlirlər və xərclər
- Xalis mənfəətin (zərərin) formalaşması
- Vergi cərimələri
- Mənfəət vergisi
- Hesabat ilinin sonuna əməliyyatlar
- Xalis mənfəətin (zərərin) istifadəsi
- Dividentlərin ödənilməsi
- Ehtiyat kapitalının formalaşması
- Keçmiş illərin zərərlərinin bağlanması
- Bölüşdürülməmiş mənfəət
- Nizamnamə kapitalının artırılması
- Zərərin bağlanması
- Ümumi tələblər
- Prinsiplər
- Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri
- Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi
- Mühаsibat balansı
- Mənfəət və zərər haqqında hesabat
- Kаpitalda dəyişikliklər hаqqındа hеsаbаt
- Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt
- Uçоt siyаsəti və izаhlı qеydlər
- Uçot siyasəti
- İlkin sənədlər
- Hesablar Planı
- Milli Mühasibat Uçotu Standartları
- Kommersiya təşkilatları üçün MMUS
- Büdcə təşkilatları üçün MMUS
- QHT üçün MMUS
- Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS)
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS)
- BMHŞK və Standartların Şərhlər Komitəsi (IFRIC & SIC)
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün BMHS (IFRS for SMEs)
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
- İnventarizasiya haqqında anlayış və ona hazırlıq
- Aktiv və öhdəliklərin inventarizasiyası
- İnventarizasiya cədvəllərinin tərtib edilməsi
- İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi
- İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi
- Vergi orqanları tərəfindən keçirilən inventarizasiya
- Məsuliyyət növləri
- Cinayət məsuliyyəti
- İnzibati məsuliyyət
- Vergi Məsuliyyəti
- Maddi məsuliyyət
- Əmək intizamı məsuliyyəti
- Mülki-hüquq məsuliyyəti
- Hüquqi şəxsin qeydiyyatı
MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı
Comments are closed, but trackbacks and pingbacks are open.