Press "Enter" to skip to content

Azerbaycan Tarixi Dovletlerinin Siyahisi – Wikipedia

Sünik – (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Mənbələrdə işlnməsinə görə Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdi. Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. Adının pərs variantı olan Sisakan ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. X. Xubşman və İ.Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlərbizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar. Həmin mənbələrdə göstərilir ki, Parfiya şahı Valarşak Sisakan nəslindən olan Aranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak eramızın I əsrindən “Sisan” adlanan Qafqaz keçidlərini qorumaq məqsədilə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sisakan nəslinə vermişdi. Fəridə Məmmədova göstərir ki, antik dövrdə olduğu kimi, ilkin orta əsrlərdə də Albaniyanın ərazisinin eyni hüdudlarda olduğunu iddia etməyə hər cür əsas var
Siyasi tarixi

Sasanilərin allbaniyada təyin etdiyi mərzbanlar xosrov

Kambisena – Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Albaniyanın Şimal – Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal – Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.

Əcəri – yaxud Həcəri adlanan vilayət Qəbələ vilayətinin Cənubunda Qarasu və Girdman çaylarının arasında yerləşmişdi və Cənubda Kür çayına söykənirdi. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır. Bu vilayət haqqında Moisey Kalankatlının qeydləri qanunsuz olaraq qarışıq nigahlara yol verilməsi ilə əlaqədardır. Bu cür nigahlar Arşakaşen və Əcəri vilayətlərində təsadüf olunurdu.

Şamaxı rayonunda arxeoloji qazıntılar zamanı tapılmış, Qafqaz Albaniyası dövrünə aid insan başı formalı saxsı qab (Azərbaycan Tarix Muzeyi)

Qəbələ – (yunanca: Kabalaka) bu vilayət Lpinadan Cənubda, tarixi Əcəri vilayətindən Şimalda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə – V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və bununla əlaqədar Qəbələ həm də Vostan-i-mərzban da adlandırılır. Qəbələ vilayəti siyasi – inzibati və kilsə – inzibati vahid – yepiskopluq idi. V əsr Aluen kilsə məclisi və VIII əsr Partav ( Bərdə) kilsə məclisi cədvəllərində Qəbələ yepiskoplarından Manase (V əsr) və İohannın (VIII əsr) adları da var. Bir çox başçılar kimi yepiskop İohann da xalkidonçu alban katolikosu Nerses-Bakurdan üz döndərmişdi. Qəbələ vilayətinin dini-ideoloji baxımdan əhəmiyyətini belə bir fakt da sübut edir ki, Aluen (488-ci il) və Partav (705-ci il) kilsə qurultayları iştirkçılarının siyahısında arxiyepiskopun imzasından sonra Qəbələ yepiskopunun imzası durur. VIII-IX əsrlərdə Qəbələ yepiskopları alban kilsəsinin patriarxları olurdular.

Şəki – (erməni mənbələrində Şako, gürcü mənbələrində Şake, Nuxpato) vilayəti Qafqazın dağətəyi rayonlarında, Qəbələnin Şimal – Qərbindəki ərazini tutur. Qərbdə və Cənub – Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal – Qərbdə Lpina vilayəti ilə, Cənub – Şərqdə Qəbələ ilə həmsərəd idi.[61] III-VIII əsrlərin toxuculuq mərkzlərindən biri idi.

Paytakaran – (erməni mənbələrində Kaspk, Kazbk, Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) bu vilayət Azərbaycan Respublikasınınnın Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal – Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi – Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər – Paytakaran idi.

Uti – (ermənicə Utik, yunanca Otena) tarixi əyalət sayılan Uti Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, Soqarn, eləcə də Moisey Kalankatlının yazdığına görə Albaniyann V əsrdə inşa edilmiş paytaxtı Bərdə (Partav) bu vilayətdə idi. Bərdə 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.

Üstündə alban əlifbası ilə yazılar olan bu daş, qazıntılar zamanı Mingəçevir şəhərindən tapılmışdır.

Girdman – IV əsrdən Albaniyanın birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü idi. Mənbələrdə Girdman vilayətinin adı Qardman (qrabar (qədim erməni) dilində), Girdman (qədim pərs dilində) və Qardabani (qədim gürcü dilində) kimi tanınırdı. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onu Ağsu – Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın Şimal – Qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.

Artsak və ya Ərsaq — (antik müəlliflərində Orxistena) bu tarixi vilayət sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar,xəzərlər və barsillər təşkil edirdi.

Sünik – (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Mənbələrdə işlnməsinə görə Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdi. Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. Adının pərs variantı olan Sisakan ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. X. Xubşman və İ.Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlərbizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar. Həmin mənbələrdə göstərilir ki, Parfiya şahı Valarşak Sisakan nəslindən olan Aranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak eramızın I əsrindən “Sisan” adlanan Qafqaz keçidlərini qorumaq məqsədilə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sisakan nəslinə vermişdi. Fəridə Məmmədova göstərir ki, antik dövrdə olduğu kimi, ilkin orta əsrlərdə də Albaniyanın ərazisinin eyni hüdudlarda olduğunu iddia etməyə hər cür əsas var
Siyasi tarixi

Ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiya artıq Əhəməni imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.
Aranilər sülaləsi

Mənbələr Alban dövlətinin antik dövrdə yerli[105][106] sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafəsin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir.İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər. Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökümətindən asılılığı ayrı – ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.

Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir. Lakin bu işğal uzun sürməmiş e.ə. 66 – cı ildə II Tiqran Romaa ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdurLakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur.[

Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66 – cı ildə döyüş olmuşdur.[113][114] Daha sonra İberiyaya doğru irəliləyən alban ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Zober) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.[115]

Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur.[116] Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir.[117] Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.
Arşakilər sülaləsi

Albaniya (Antik dövr) e.ə.I əsr – e.I əsri

E.ə. II-I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi gücləndikcə Parfiyanın mərkəzi höküməti yeni siyasətə – vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Elimaida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan və Maxeloniyada Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı.

Arşaki sülaləsi nnümayəndələrinin bir qolu da həmin dövrdə (63-cü il) Albaniyada bərqərar oldu. Alban Arşakiləri haqqında əldə edilən məlumatların əsas mənbələri Moisey Kalankatlı, Favstos Buzand, Yegişe, Moisey Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Qoşun əsərləri, habelə “Müqəddəslərin həyatı” (aqioqrafik əsərdir) və “Carıntir”dir. Alban Arşakiləri haqqında elmdə belə bir mülahizə mövcuddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsasını Kalankatlının yazdığı kimi I Cəsur Vaçaqan yox, Sanatruk tərəfindən qoyulmuşdur.

M.Brosse belə hesab edir ki, Sanatruku Albaniyanın hökmdarı kimi qəbul etmək və onun adını Alban Arşakilərinin sırasında I Cəsur Vaçaqandan əvvəl yazmaq lazımdır.

S.T.Yeremyana görə Albaniyada Məsqət (Məsküt, Massaget) Arşakiləri şahlıq etmişlər. O, belə hesab edir ki, həmin sülalə Albaniyada hakimiyyət başına 388-ci ildə gəlmişlər, yəni S.T.Yeremyan Parfiya Arşakilərinin Alban budağı olduğunu inkar edir.

E.A.Krımski belə hesab edir ki, Alban Arşakiləri “eran şah”, yaxud “eran şahin” titulunu daşıyırdılar və “eran şah” ifadəsi “aran şah” sözünün təhrifidir. Bu isə “Aran hökmdarı”, ”Alban hökmdarı” deməkdir, başqa sözlə, Aranşahilər (Aranilər) elə Arşakilərdir. N.Akinyan və B.A.Ulubabyan isə bu haqqda tamamilə başqa fikirdədirlər. Məsələn N.Akinyan Alban Arşaki hökmdarlarının siyahısını “redaktorun” uydurması sayır. O, göstərir ki, tarixə (müəllif erməni mənbələrini nəzərdə tutur) Alban Arşakilərindən yalnız iki nəfər məlumdur. Bunlar Urnayr (IV əsr) və Asuagendir (V əsr). II Vaçe və III Mömün Vaçaqana gəlincə, onların adı yalnız Alban ölkəsinin tarixində çəkilir və buna görə də N.Akinyanın fikrincə, onlar Moisey Kalankatlının uydurmasıdır. Digər Alban Arşakilərindən danışanda N.Akinyan göstərir ki, onların adları alban zadəganlarının VIII-X yüzilliklərə aid siyahısından götürülmüşdür. Yəni yenə də uydurma sayılmalıdır.[125]

K.V.Trever, onun ardınca isə K.Tumanov belə hesab edirlər ki, Alban Arşakiləri hakimiyyət başına eramızın I yüzilliyində gəlmiş və Parfiya Arşakilərinin köməyi ilə VI əsrə qədər – Alban hakimiyyəti ləğv edilib ölkə Sasani canişinlərinin ixtiyarına verilənədək hakimiyyət başında qalmışlar. Moisey Kalankatlı məlumat verir ki, Parfiyalı Valarşak Albaniya əhalisi üzərinə knyaz və hakimlər təyin etdi:
”Valarşakın əmri ilə İafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı. “

M Kalankatlı öz əsərində təqdim etdiyi Arşaki alban hökmdarlarının sırasına Aranı daxil etməmişdir. F. Məmmədova qeyd edir ki, görünür yerli sülaləni Arşakilər sülaləsi əvəz etmişdi.[126] Siyahıdakı on hökmdarın Arşaki olması müəllifin sonrakı məlumatlarında təsdiqlənir:
”Cəsur Vaçaqandan Mömin Vaçaqana qədər 10 hökmdar olmuşdur. Mömin Vaçaqanın ölümündən sonra isə bu nəsil (azqn) zəifləməyə başladı və Sasani tayfasının Mehrani nəslindən olan knyazlar İrandan gəlib Albaniyada möhkəmləndilər.”

Kalankatlının təqdim etdiyi siyahıda[127] həmçinin Sanatrukun da adı yoxdur, halbuki, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.

Təxminən e.ə. I əsrin 50-ci illərində Böyük Ermənistan dövlətinin yaradıcısı – ilk və son kralı II Tiqran Albaniya ərazisinə yürüş edərək Albaniyanın Artsak, Uti və Paytakaran vilayətlərini tutumuş, e.ə. 66 – cı ildə II Tiqran Pompey tərəfindən məğlub edilənə kimi həmin üç vilayət Böyük Ermənistanın tərkibində olmuşdur.[128]

İlk Alban Arşaki hökmdarı I Cəsur Vaçaqan Atropatenada, Ermənistanda və Maskutlar ölkəsində taxta çıxmış ilk kiçik Arşakilərlə eyni vaxtda hakimiyyət başına gəlmişlər.[129] Kiçik Arşakilər Parfiya şahı Vanonun oğlu I Valarş (Vologez) tərəfindən taxta çıxarılmışdır. Eramızın I əsrində Alban Arşaki nümayəndəsi I Cəsur Vaçaqana Albaniyanın bütün vilayətlərini birləşdirmək müyəssər olmuşdur.[130] Ehtmal ki, I Vaçaqandan əvvəlki yerli sülalə hökmdarlarının bütün vilayətlərə hökmü çatmamışdır.

Mənbələrdə haqqında ən çox bəhs olunan Arşaki Alban hökmdarlarından biri də Urnayrdır. Urnayrın hakimiyyət illəri naməlum qalmışdır. Moisey Kalankatlının yazdığına görə Urnayr Sasani şahı II Şapurun (309 – 379), Bizans hökmdarı Böyük Konstantinin (337 – 361), erməni çarları III Trdat (287-330), Tiqran (338-345), Arşak (345-367) və Papın (370-374) müasiri olmuşdur. Onun adı ilk dəfə 313-cü ildə digər alban əyanlar ilə birgə xristianlığı qəbul etməsi ilə bağlı çəkilir.[131] Onun adı ilə bağlı son hadisə 371-ci ildə baş vermiş Dzirav döyüşüdür. Bütün bunları nəzərə alan Fəridə Məmmədova belə hesab edir ki, Urnayr 313 – 371-ci illərdə hakimiyyətdə olmuşdur. Moisey Kalankatlı onu “Fədakar hökmdar, Ermənistanın mərkəzinə qələbə bayrağı sancmış və böyük müharibələrdə şərəfli ad çıxarmış xadim” kimi xatırlayır. Ancaq burada hansı müharibələrdən bəhs olunması naməlum qalır. Urnayrın daxili siyasəti bütpərəstliklə mübarizə, xristianlığın dövlət dini elan olunması (313 – 314-cü illər), kilsəyə torpaq verilməsi və s. ilə xarakterizə olunur. Urnayrın dövründə ölkənin paytaxtı və alban katolikosluğunun mərkəzi Qəbələ (Kabalaka) olmuşdur. Urnayrın xarici siyasətinə gəlincə, məlumdur ki, Albaniya Sasani şahı II Şapurun vassalı və müttəfiqi olduğundan Sasani-Bizans müharibələrinə cəlb edilmişdi. 359-cu ildə Amida yaxınlğında və 371-ci ildə Dzirav çölündə Sasani-Bizans/erməni döyüşlərində Urnayr II Şapuru müşayiət etmişdir.[132][133]

Alban Arşakiləri arasında Urnayrdan sonra haqqında məlumat olan ökmdar Asuagendir. Onun hakimiyyəti dövründə köhnə alban əlifbasının islah edilməsi yolu ilə yeni alban yazısı yaradılmışdır. Bu haqqda məlumatlar Moisey Kalankatlıda, eləcə də V – VIII əsr erməni müəllifləri Koryun, Movses Xorenli və başqalarındadır. Asuagen tərəfindən alban uşaqlarının təhsilə cəlb edilməi xüsusi maraq doğurur. O, ”vilayət və rayonlarda uşaqlara yazı sənətini öyrətməyi, onları dətələrlə məktəblərə göndərməyi, onların yeməklə təmin olunması üçün vəsait ayırmağı əmr etdi”. Asuagenin dövründə yeni əlifbanın qəbulundan sonradini kitbları, apostolların təlmini və başqa kitabları Suriya dilindən və yunancadan alban dilinə tərcümə etməyə başladılar.

Şamaxı rayonunun Xınıslı yaşayış yerindən arxeoloji qazıntılar zamanı aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid içi mifik təsvirlərlə bəzədilmiş gümüş sini (Azərbaycan Tarix Muzeyi)

444-cü ildə isə Asuagenin oğlu (Asuagenin arvadı Sasani şahı II Yezdəgerdin bacısı idi) II Vaçe Albaniyada hakimiyyət başına gəldi. Kalankatlı yazır ki, Sasani şahı Perozun əmri ilə II Vaçe Perozabad (Bərdə) şəhərini tikdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın Qəbələdən Bərdəyə keçməsi daxili siyasətdəki dəyişikliklərlə əlaqədar idi. Köçərilərin tez – tez baş verən yürüşləri ilə əlaqədar olaraq, ölkənin mədəni -siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti İran əlehinə xalq hərəkatı ilə – 450 – 451-ci illərdə Cənubi Qafqaz xalqlarının türk mənşəli[134] erməni sərkərdəsi Vardan Mamikonyanın başçılıq etdiyi üsyanı ilə və eləcə də 457 – 463-cü illərdə II Vaçenin özünün başçılığı ilə Albaniyada baş vermiş üsyanla əlaqədardır. Cənubi Qafqaz xalqlarını Sasanilər əlehinə üsyana sövq edən isə siyasi, iqtisadi və ideoloji zülm idi. II Yezdəgerd xristianlığın kökünü kəmək üçün Cənubi Qafqaza 700 məzdəki kahin göndərmişdi və onların 300 nəfəri Albaniyaya gəlmişdi.[135] Yelişe yazır ki, Sasani dövlətində müvəqqəti olaraq yaranmış sülh 459-cu ildə Albaniya hökmdarının tabeçilikdən qəti imtina etməsi ilə pozuldu.[136]

Alban üsyançıları Çola keçidini tutdular, maskut ordusunu şəhərə buraxdılar və Böyük Qafqazın 11 hökmdarı ilə ittifaqa girərək onlarla birgə Sasanilərə qarşı hərbi əməliyyatı iki il uğurla davam etdirdilər. Sasanilərin Vaçe ilə danışıqlara başlamaq cəhdlərinin hamısı boşa çıxdı. Onda Peroz böyük miqdarda pul verməklə Onoqur (F. Cəlilova görə “On Oğuz”[137]) hunlarını köməyə çağırdı və onlar Alan (Dəryal) keçidi ilə Albaniyaya soxuldular. 462-ci ildə isə albanlara qarşı uzun sürən müharibəyə başladılar.[138] Onoqurlar düz bir il ərzində alban hökmdarı ilə döyüşdülər. Vaçenin ordusu azalıb dağılsa da onu məğlub etmək olmadı.[139][140] Albaniyada 457-ci ildə başlayan üsyanı yalnız 463-cü ildə yatırmaq mümkün oldu. Sasanilər Albaniyada yenidən o qədər möhkəmləndilər ki, II Vaçe hakimiyyətdən əl çəkdi və Perozdan xahiş elədi ki, atasından qalma mülklərə dəyməsinlər. Beləliklə 463-cü ildə Albaniyada dövlət quruluşu ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 483-cü ilə qədər davam etdi.

487-ci ildə II Vaçenin əmisi oğlu, Alban Arşakilərinin son nümayəndəsi – III Mömin Vaçaqan hakimiyyətə gəldi və albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. Moisey Kalankatlı belə məlumat verir: ”Vaçedən III Mömin Vaçaqana qədər 30 il ərzində Albaniya hökmdarsız qaldı.”[141] Alban tarixçisinin yazdığına görə “Albaniya əhalisi yenidən vahid səltənətdə birləşib şah övladlarından ən cəsur, müdrik, ucaboy Vaçaqanı seçdilər.”[142] Mömin Vaçaqanın hakimiyyət illəri Albaniyaanın siyasi, dini – mədəni intibah dövrü idi. O hər şeydən öncə ölkə əhalisinin vahid dinə ibadət etməsinə nail olmağa, xristianlığı ümumi dövlət dininə çevirməyə çalışdı. Vaçaqan məktəblər açdırdı, dağılmış kilsələri bərpa etdirdi, yeni kilsə və monastrlar tikdirdi, kilsə rütbələrini bərpa etdirdi. Onun hakimiyyəti dövründə Aquen kilsə məclisi çağırıldı. Albaniyanın müstəqillyini möhkəmləndirməyə çalışan və yad qüvvələrin dini – siyasi təsirlərinə və assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil kilsənin böyük siyasi rolu olduğunu nəzərə alan III Vaçaqan bu kilsənin sarsılmış dayaqlarını möhkəmləndirməyi və onu iqtisadi baxımdan gücləndirməyi vacib sayırdı.[143] Alban Arşakiləri müstəqil alban siyasəti yürüdür, Albaniya dövlətinə, alban xalqına və onun dininə sədaqətlə xidmət edir, yerli mədəniyyətə qarışaraq albanlaşırdılar. Fəridə Məmmədovaya görə Albaniyanın IV – VI əsr siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi təqdim etmək olar.[144]
Mehranilər sülaləsi

Mehranilər sülaləsindən olan ən tanınmış alban hökmdarı Cavanşirin Naxçıvan ərazisindən tapılmış heykəli, tunc şamdan, hazırda Ermitajda saxlanılır

510-cu ildə Alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə 510 – 629-cu illər ərzində Sasani mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli gücləndi. Moisey Kalankatlının geneoloji arayışına əsasən başda Mehr olmaqla Sasani Mehranilərinin əsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə, Sasani şahı II Xosrov Pərvizin (591-628) qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri – xəzərlərə qoşulmaq üçün İrandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlayaraq, Mehrə məktub göndərir və bildirir ki, yaşayış yerini seçməkdə Mehranilərə azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatır və Mehr elə burada qalmağı qərara alır. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmənərək yerli feodalları cismən məhv etmək, habelə qohumluq əlaqələri sayəsində yerli knyazları sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı – işxanı adını daşımaq hüququnu saxladılar[145].Moisey Kalankatlının yazdığına görə Mehr Girdman əyalətinin Şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu.[146] Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir.

Mehranilər iki nəsildən sonra farslıqlarını itirib xristianlığı qəbul etdilər, yerli alban kübarları ilə qohum oldular, alban mdəniyyəti və dinini mənimsədilər, bir sözlə tamamilə albanlaşdılar. V.V.Bartold belə hesab edirdi ki, Mehranilərin simasında Albaniyada “fars mənşəli olsa da, milli alban sülaləsi yenidən bərpa olundu.”[147] Mehranilərin qətiyyətlə albanpərəst siyasət – Albaniyanın müstəqilliyi siyasəti yeritməsi Sasaniləri dərindən peşman etmişdi. Fəridə Məmmədova qeyd edir ki, Mehranilər Albaniyada 603-cü ildə möhkəmlənsələr də aydınlaşdırılmışdır ki, onlar yalnız 630-cu ildə bütün ölkənin tamhüquqlu hakimləri – Albaniyanın birinci böyük knyazları ola bilmişlər.

Albaniya 552 – 553-cü illərdə öz Şimal qonşuları olan xəzərlər tərəfindən basqına məruz qaldı. M. İ. Artamanova görə hücum edən xəzərlər yox, sabirlər olmuşlar.[149] Moisey Kalankatlının yazdığına görə Albaniyanı tutan xəzərlər kilsələri, müqəddəs kitabları yandrır, şəhər və kəndləri dağıdır, camaatı qovub aparırdılar. ”. Erməni təqviminin başladığı təsdiq ediləndə (552-ci il) İsanın xaçı üzərinə döşmənləri soyğunçu basqınlarının nəticəsi olaraq alban patriarxlığının iqamətgahı Çola şəhərindən ölkənin paytaxtı Bərdəyə köçürüldü. 603 – 629-cu illər Sasani – Bizans müharibəsindən istifadə edən Albaniya əhalisi Sasani istibdadına qarşı üsyana qalxdı. II Xosrov bu üsyanı amansızlıqla yatırdı. Alban zadəganlarının çoxu həlak oldu, yalnız alban katolikosu Viro sağ qaldı və ona da II Xosrovun xristian xanımı şahbanu Şirin (bir çox tədqiqatçılar Vironu himayə edən Şirini Nizami Gəncəvinin Xosrov və Şirin poemasının qəhrəmanı Bərdə hökmdarı Nüşabənin varisi Şirinlə eyniləşdirirlər[150]kömək etdi. Şahbanu Şirin “böyük səylərdən sonra Vironun həyatını şahdan hədiyyə aldı”[151] 624-cü ildə Bizans ordusu Dvini zəbt etdi, Atropatenaya soxuldu, Naxçıvanı tutaraq Arazı keçdi.[152] Sonra Atropatenanın paytaxtı Qanzak (Qazaka) işğal olundu. İrakli Albaniya, İberiya və Ermənistan hakimlərindən tələb etdi ki, ”könüllü olaraq onun pişvazına çıxsınlar, qışda qoşunları ilə ona xidmət etsinlər. Əks təqdirdə isə onlarla kafirlərlə olduğu kimi rəftar edəcək, qalaları tutacaq, ölkələri tar-mar edəcək.”

Xosrovun təklifi ilə alban knyazları Bərdəni tərk edib qalalarda möhkəmləndilər. Bizans qoşunları Albaniyaya girib Uti vilayətində möhkəmləndilər. Lakin bu yürüş İrakli üçün uğursuz qurtardı. Burada Sasanilər Bizanslılara hücum edərək İraklini Sünikə sıxışdırdılar. 625-ci ildə İrakli xəzərləri köməyə çağırdı. 626-cı ildə xəzərlər Albaniyaya soxuldular. Bu xəzərlərin Albaniyaya ilk böyük müdaxiləsi idi. Onlar birinci zərbəni Dərbəndə vurdular, sonra isə Bərdəyə hücum etdilər. Knyazlar ətraf rayonlardakı əhalini paytaxt Bərdəyə toplayaraq müdafiə olunmaq istədilər. Lakin onlar Dərbənd qalasında edilənləri eşitdikdən sonra tələm – tələsik Artsak vilayətinin əlçatmaz dağlarında gizləndilər. Sasani mərzbaı İrana qaçdı. Albaniya ərazisini işğal edən xəzərlər

Albaniya V-VIII əsrlərdə müəllif prof. F. C. Məmmədova

Tiflisə yürüş edərək Bizans imperatoru İraklinin ordusu ilə birgə şəhəri mühasirəyə aldılar. Vəziyyətin ağırlığını nəzərə alan Girdman knyazı Varaz Qriqor özünü İraklinin vassalı elan etdi. Yeni hökmdarını tanımaq və onun dinini (diofizitliyi) qəbul etməklə (II Xosrov İran kilsə məclisində ona monofizitlii qəbul etdirmişdi.) Varaz Qriqor Albaniyanın tamhüquqlu hakiminə çevrildi. Bu dövrdə Sasani hökmdaı II Xosrov öldürüldü və taxta çıxan II Qubad 628 – 629-cu illərdə İrakli ilə sülh bağladı. Bu vaxt xəzərlər Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat katolikos Vironun və Sasani mərzbanının yanına elçi göndrərək ölkəni təslim etməyi tələb etdi. Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən gedirdi. Albaniya müqavimət göstərmək iqtidarında deyildi. Məzban isə itaəti rədd edərək İrana qaçmışdı.

Alban zadəganları başda katolikos Viro olmaqla xəzərlərin ali hakimiyyətini etirf etməyə məcbur oldular. VII əsrin 30-cu illərində Xəzəristanda gedən daxili çəkişmələr (Cebu xaqanın öldürlməsi) xəzərlərin Albaniyadakı hakimiyyətinə son qoydu.

Mehrani Varaz Qriqorun (630 – 642) dövründə Yaxın Şərqdə ərəblər sürətlə güclənirdilər. Onlar 632-ci ildə Sasanilərə qarşı hərəkət etdilər. Sasani şahı III Yezdəgird ərəblərə qarşı durmaq üçün tabeliyində olan ölkələrdən və vilayətlərdən qoşun tələb etdi. Albaniyanın böyük knyazı Varaz Qriqor dörd oğlundan birini – Cavanşiri onun hüzuruna göndərmək qərarına gəlir. Cavanşir Albaniya dövlətinin bütün qoşunlarının sərkərdəsi oldu. 636 – 642-ci illərdə alban qoşunlarının sparapet – baş komandanı olan Cavanşir öz ordusu ilə Sasani ordusuna qoşuldu. Ölü dəniz yaxınlığındakı Kadissiyada baş verən döyüşdə (637-ci il) o öz şücaəti ilə fərqləndi.[155] Cavanşrin bu şücaəti III Yezdəgird tərəfindən yüksək qiymətləndirildi və ona “bayraq və şeypurlar, iki qızıl mizraq və qızıla tutulmuş iki qalxan verdi ki, bunları həmişə onun önündə aparırdılar. Belinə mirvari ilə işlənmiş kəmər,qızıl dəstəkli qılınc bağladı, qolbağlar verdi, başına tac qoydu. Həmçinin ona mirvari ilə işlənmiş düzüm verdi və boynuna mirvari boyunbağı asdı.”[156] 640-cı ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldılar və Cavanşrin ordusu 6 ay şəhərin müdafiəsində iştirak etdi. 642-ci ildə Nəhavənd yaxınlığında döyüş baş verdi və Cavanşir də ordusu ilə bu döyüşdə iştirak edirdi. Lakin Sasani ordusu bu döyüşdə məhv edildi. III Yezdəgird isə qaçıb Dəclə çayı sahilində qalada gizləndi. Bu məğlubiyyətdən sonra Cavanşir Atropatenaya gəlir, oradan isə öz ölkəsinə qayıdır. ”Beləliklə Cəsur Cavanşir 7 il ərzində bu çətin müharibədə iştirak etdi. Bir neçə ağır yara aldıqdan sonra onlarla vidalaşdı. ”[157] Vətənə dönən Cavanşir hələ atası Varaz Qriqorun sağlığında taxta çıxdı.

Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641-668) göndərdiyi məktubunda yazırdı:
”Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant. alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır. Ey qəlbi İsa məhəbbəti ilə döyünən hökmdar, icazə ver səndən çox-çox uzaqda olan mənim xalqın sənin yeni təbəəliyini qəbul etsin. ”

— Kalankatlı, II, XX

Bizans imperatoru cavab məktubunda sevinclə razı olduğunu bildirmiş və Cavanşiri “Girdman hökmdarı”, ”Alban knyazı”, ”asparapet və protopatrik” adlandırmışdı.[158] Hədiyyə və bəxşişlərdən başqa Cavanşirə 1200 adamı patrik, ipat, apoipat və digər Bizans rütbələri ilə mükafatlandırmaq üçün pativlər (vəzifə və fərmanlar) də göndərmişdi.

660-cı ildə Cavanşir imperator II Konstantla iki dəfə görüşdü. Birinci dəfə Konstant Güney Azərbaycana gəlib Bizansa arxalanan knyazları öz yanına çağıranda, ikinci dəfə isə Vaqarşapat şəhərində. Kalankatlının yazdığına görə Cavanşir hər iki dəfə imperator tərəfindən böyük hörmət və ehtiramla qəbul edilmişdir:
”Cavanşir imperator sarayına şah kimi daxil oldu, imperator onu əyanların hamısından daha hörmətlə qarşıladı, imperator onun belinə cəsur babası Heraklın və ulu babası Nikitanın kəmərini bağladı, imperator ona Müqəddəs xaçın bir hissəsini, şah libası və ii bayraq təqdim etdi, imperator onun oğlanlarına patrisi rütbəsi verdi. Ona səma töhfələrinin verildiyini görəndə, erməni əyanlarının və sərkərdə Amazaspın paxıllığı tutdu. İmperator onu erməni azatlarının müşayiəti ilə qul kimi yox, taxt-tac sahibi olan qardaşı kimi yola saldı. “

— Kalankatlı, II, XX

Moisey Kalankatlı kitabın fəslini bu sözlərlə qurtarır: ”Konstant bütün alban hökmdarlarının kənd və torpaqlarını irsi mülk kimi Cavanşirə verdi və Şərqə əsl şah kimi nəzarət etməyi ona həvalə etdi.”[160] Cavanşirə valeh olduğunu gizlətməyən Kalankatlı Albaniya və onun hökmdarının həmin dövrdə səviyyəcə Ermənistan və Gürcüstan hökmdarlarından üstün olduğunu qeyd edir. Moisey Kalankatlı Cavanşirin hakimiyyəti dövründə ölkənin sərhədlərini dəqiq göstərir:
”O, İberiya sərhədlərindən hun keçidinə və Araz çayına qədər əsl şah kimi əzəmətlə hökmdarlıq etmişdi.”

— Kalankatlı, II, XXI

Lakin bütün uğurlara rəğmən 622-ci ildə Albaniya yenidən xəzərlərin hücumuna məruz qalır. Cavanşir bu dəfə onları məğlub edib ölkədən qova bilir.[161] 664 – 665-ci illərdə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onları Kürü keçərək Araza çatdılar alban və iberlərdən çoxlu adam əsir aldılar. Cavanşir xəzərlərlə müqavilə bağladı və xəzər xaqanının qızı ilə evləndi.[162] Xəzərlərin yürüşləri, Kiçik Asiyanın bir sıra vilayətlərinin ərəblər tərəfindən tutulması nəticəsində Bizansın zəifləməsi Cavanşiri Bizansla bağladığı müqaviləni pozmağa məcbur etdi. O saysız-hesabsız Türküstan ordusundan – xəzərlərin köməyindən imtina edərək Cənub hökmdarına – ərəblərə tabe olmağı üstün tutdu.

Kembric Universitetinin nəşri olan “Qədim Tarix” kitabında verilmiş xəritədə Qafqaz Albaniyası və qonşu dövlətlərin sərhəddləri

Ərəblərlə yaxınlaşmağı arzulayan Cavanşir iki dəfə Dəməşqə – xəlifə Müaviyyənin hüzuruna getmişdi. Bu görüşlərin birincisi ölkəni ərəb qırğınından xilas etmək üçün 667-ci ild olmuşdu. Bu görüşdə Cavanşir istəyinə nail olmuşdu. Xəlifə ilə ittifaq sayəsində Albaniya üç il müddətinə yadelli basqınlardan xilas oldu. 670-ci ildə Cavanşir yenidən xəlifə Müaviyyənin görüşünə gedir. Bu dəfə xəlifə özü onu dəvət edir. Xəlifənin yanında Cavanşirin nüfuzu o qədər yüksəlir ki, Bizans imperiyası ilə Ərəb Xilafəti arasındakı danışıqlarda Albaniya hökmdarı vasitəçi kimi çıxış edir. Cavanşir danışıqları elə məharətlə aparır ki hər iki tərəf razı qalır. Onu hədiyyələrlə mükafatlandıran xəlifə Süniki də Cavanşirə tabe edir və tələb edir ki, Atropatenanın da idarəsini üstünə götürsün. Ancaq Cavanşir bu təklifi qəbul etmir və xahiş edir ki, onun ölkəsinin üstünə qoyulmuş vergini bir qədər yüngülləşdirsin. Cənublu hökmdar məmnuniyyətlə razılaşır və vergilər üçdə biri qədər azaltmağı əmr edir. Xəlifə ilə görüşdən qayıtdıqdan sonra isə Cavanşir sui-qəsd nəticəsində öldürülür.[165]

Bəzi tarixçilər Cavanşrin siyasi qəsd nəticəsində öldürüldüyü qənaətindədirlər. K.V.Trever qeyd edir ki, onun saray çevrilişlərinin, yoxsa sinfi mübarizənin qurbanı olduğu naməlum qalır.[166]

Bir sıra tədqiqatçılara görə Cavanşir 669-cu ildə öldürülmüşdür (K.V.Trever). Digərləri onun ölüm tarixini 680-ci ilə aid edirlər (Z.M.Bünyadov). Axırıncı mülahizə isə 683-cü ildir. (Q. X. Svazyan) Fəridə Məmmədova isə 680 – 681-ci illərin daha inandırıcı olduğunu yazır.[167] Belə ki, Moisey Kalankatlı II kitabın XXXIX fəslində belə bir məkumat verir: ”Cənub məmləkətində inadcıl Məhəmmədin hakimiyyətinin hakimiyyətinin 62-ci ilində (miladi 681-ci il) Cavanşirin varisi Varaz Trdat Albaniyanın böyük knyazı olarkən yepiskop İsraili diplomatik danışıqlar aparmaq üçün hunların yanına göndərmişdi.”[168] Buradan belə çıxır ki, Cavanşrin ölümü 681-ci ildə və ya daha əvvəl ola bilərdi. Zadəganlar alban katolikosu Yelizarın iştirakı ilə Cavanşirin qardaşı (Varaz Peroz) oğlu Varaz Trdatı vətənin taxt-tacına sahib olan böyük knyaz vəzifəsinə seçirlər və o Bizans imperatorundan patrisi titulu aldı və ekskonsul rütbəsiylə mükafatlandırıldı.[169] Xəlifə I Yəzid (680 – 683) I Varaz Trdatı Şərq vilayətlərinin, Albaniya məmləkətinin və Uti vilayətinin canişini kimi tanıdı. Ölkə ərəblərə xərac verməkdə davam edirdi. Albaniyanın daxilindəki müxalifətçi mərkəzdənqaçma qüvvələrini ram edən Varaz Trdat bütün ölkəyə hakim oldu. Onun hakimiyyəti dövründə Albaniyanın ərazisi Cavanşir dövründəki kimi qalırdı.
Bu vaxt guya Cavanşirin qisasını almaq məqsədi ilə saysız hesabsız xəzər qoşunları hunların böyük knyazı Alp İltiverin başçılığı ilə Albaniyaya doğru hərəkət etdi. Qəbələ və Uti vilayətlərini viran qoyan Alp İltiver Lpinada məskən saldı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərlə danışığa başladı. O katolikos Yelizarı xaqanın yanına göndərib sədaqətini bildirdi. Lakin xaqanla barış çox sürmədi. Bu zaman Varaz Trdat xəzərlərin arası kəsilməyən yürüşlərinin qarşısını almaq üçün yepiskop İsraili Varaçana – Alp İltiverin yanına göndərdi. İsrailə həm də xəzərləri xristian dininə cəlb etmək tapşırılmışdı. İsrailin bu missiyası uğurla nəticəlndi. Alp İltiver başda olmaqla xəzərlərin böyük bir hissəsi xristianlığı qəbul etdi. Alp İltiver Varaz Trdata, Yelizara, eləcə də ermənilərə yazdığı məktubunda bildirirdi ki, yalnız İsrailin bizim yanımızda keşiş kimi qaldığı müddətdə bizimlə sizin aranızda mehribanlıq ola bilər.[172]

Şamaxı rayonunda Xınıslı yaşayış yerində arxeoloji qazıntılar zamanı aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid pul dəfinəsi (Azərbaycan Tarix Muzeyi)

Qafqaz Albaniyasında işlədilən pulların bəzi nümunələri (Azərbaycan Tarix Muzeyi)

Lakin bu da xəzərlərin Albaniyaya yürüşünün qarşısını ala bilmədi. 685-ci ildə Ərəb Xilafətinin Şimalda nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər albanlarla eyni dinə etiqad etdiklərini unudaraq Albaniya, Ermənistan və İberiyanı işğal etdilər. 685-ci ildə hakimiyyətə gələn xəlifə Əbd-əl-Malik Bizans imperatoru II Yustinianla (685-695) müqavilə bağladı. Müqaviləyə görə Xilafət və Bizans Ermənistan və İberiyadan gələn gəliri bölməyi qərara aldı. II Yustinianın 689 – 690-cı illərdə Cənubi Qafqaza yürüşü oldu. O tutduğu vilayətlərin hakimlərini, bəzi hakimlərin isə oğullarını özü ilə apardı. II Yustinian Albaniyanın böyük knyazı Varaz Trdata patrk-ekzarx rütbəsi verdi, onu hökmdardan (özündən) sonra Albaniyanın II işxanı adlandırdı. Albaniya bu dövrdə üç xalqa xəzərlərə, ərəblərə və yunanlara (Bizansa) vergi verirdi. İmperator III Tiberinin dövründə 699-cu ildə ərəblərlə yaxınlıq etdiyinə görə Varaz Trdat oğlanları ilə birlikdə Konstantinopola gətirilir və onlar beş il müddətinə burada qalırlar.

Varaz Trdatın ölkədə olmadığı vaxt bir sıra hadisələr baş verir ki, bu da Xilafətin birbaşa ölkənin daxili işlərinə qarışmağına səbəb olur. Alban katalikosu Yelizarın ölümündən sonra xalkidon təliminin davamçısı Girdman yepiskopu Nerses Bakur ölkənin katalikosu olur. Nerses Varaz Trdatın arvadı Spramanın köməyi ilə ölkəni xalkidonçuluğa tabe etməyə çalışır. Varaz Trdatın qohumlarından ibarət ərəbpərəst monofizit müxalifətə başçılığı knyaz Şeroyə ələ alır. O, Nerses Bakurun və Spramanın müqavimətini qıraraq 699 – 704-cü illərdə Albaniyanın knyazı olur.

Erməni katolikosu Yelia xəlifə Əbd-əl-Məlikə məktubunda katolikos Nersesin və Spramanın fəaliyyəti haqqında yazırdı:
”. yunan imperatoru ilə sözləşmiş alban katolikosu onu öz dualarında yada salır və bizim ölkələrimizi də öz dininə çəkib birləşməyə məcbur edir.”

— Kalankatlı, III, V

Qeyd etmək lazımdır ki, ərəblər Qafqaza münasibətdə Sasanilərin münasibətini yürüdür və Cənubi Qafqazı Bizansdan ayırmağa çalışırdı. Onlar bu məqsədlə Cənubi Qafqazda xristianlığın monofizit təriqətinin tərəfini saxlayırdılar ki, bu da xristianlığın diofizit – xalkidonçu təriqətinə etiqad edən Bizansın mənafeyinə zidd idi. Xəlifə Əbd-əl-Malikin ərəb orduları və erməni katolikosu Yelia Albaniyaya gəldilər, burada Nerses Bakuru və Spramanı mühakimə etdilər. Onlar lənətlənərək qətlə yetirildilər Xəlifə əmr etmişdi ki, alban zadəganlarının adını da xüsusi siyahıya yazsınlar, əgər onlardan biri diofizit təriqətinə ibadət etsə məhv edilməli idi. Bundan sonra alban kilsəsi qismən erməni kilsəsinə tabe edildi. Şeroyə Albaniya hökmdarı vəzifəsində çox qala bilmədi. 704-cü ildə ərəblər onu Suriyaya apardılar. 705-ci ildə II Yustinian Varaz Trdatı azad etdi. Konstantinopoldan Albaniyaya qayıdan Varaz Trdat bir dəfəlik ərəb təbəəliyini qebul etdi. Kalankatlı bu haqqda yazır:”. həmin vaxtdan ölkəmizi ərəblərin ixtiyarına verdi və yalnız onlara vergi ödədi” Həmin vaxtdan etibarən Albaniya həm faktik, həm də hüquqi baxımdan tamamilə ərəb əsarəti altına düşür. Varaz Trdatdan sonra isə Albaniya ərazisini ərəb əmirləri idarə etdilər.
Alban mədəniyyəti

Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Həmin əşyalar müxtəlif – həm qiyamətli, həm də adi materiallardan hazırlanmaqla özünəməxsus xüsusiyyətlərə malikdir. Təşkil edilmiş arxeoloji ekspedisiyalar arasında Mingəçevir, Şamaxı, Qəbələ və Qax ekspedisiyaları öz məhsuldarlığı ilə diqqəti cəlb etmişdir.
Alban bütləri

Ağdam rayonu Boyəhmədli kəndində aşkar edilmiş alban daş heykəli

Alban daş heykəllərin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış və mövzuyla əlaqədar bir sıra əsərlər nəşr edilmişdir.Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır.[235] Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir.

Bu heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Mütəxəssislər qeyd edirlər ki, «Alban tarixi» əsərində Artsak bütləri dedikdə Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan «öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir»

Alban bütləri Avrasiyanın «daş babalar» şərti adı altında cəmlənmiş daş heykəllər dairəsinə daxildirAlbaniya dövləti və alban mədəniyyətinin mövcud olduğu dövrdə bu tip abidələr Monqolustandan Rumıniyaya kimi çox geniş bir ərazidə qədim skit, sarmat, sak və habelə Türk xaqanlığı qəbilələri arasında yayılmış, ikonoqrafiya və yonulma üslubundakı bəzi fərqlərlə ümumi bir ideya əsasında yaradılmışdır. Şərqi Avropa çöllərindəki qıpçaq daş heykəlləri nəsildən-nəsilə ötürülən bu ideyanın XIII əsrədək Avrasiya məkanında etno-mədəni varisliyi əks etdirdiyini göstərir. Bəzi rus arxeoloqları hətta Qarabağ heykəllərinin bir sıra əlamətlərə görə qədim türk daş heykəllərinə, habelə Mərkəzi Asiyanın erkən dəmir dövrünə aid heykəltəraşlıq abidələrinə oxşadığını qeyd etmişlər

Xankəndi şəhər Tarix muzeyinin həyətində saxlanan Seysulan kənsindən gətirilmiş iki alban bütü

Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirləridir. Hələ e. ə. XXIII əsrdə indiki Cənubi Azərbaycan ərazisində məskunlaşmış qəbilələrdən olan lullubeylərdə kişilərin uzun hörük saxlaması onların daş üzərindəki təsvirlərindən məlumdur. Tarixi Manna ərazisində, Arcaq-qala abidəsində aşkar edilmiş daş heykəllər də (e. ə. I minilliyin əvvəli) uzun saçlı kişi fiqurlarıdır. Erkən alban dövrünə aid uzun saçlı kişi heykəlləri Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında tapılmışdır.[240]

Qədim yunan müəllifi Lukianın (II əsr) məlumatına görə, uzun saç saxlamaq skit kişiləri üçün xarakterik idi.[241] «Alban tarixi» əsərində xəzərlər və digər türk qəbilələri onların kişilərinə də xas olan əlamətə görə «hörüklülər xalqı» adlandırılmışlar[242]. Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərinin Avrasiya çöllərində yaşamış «köçərilərə» yaxın olan Albaniya və habelə Mannanın yerli qəbilələrinə mənsub olduğunu göstərir. Bu oxşar abidələr Manna, Albaniya qəbilələrinin uzaq keçmişdə Avrasiya «köçəriləri» ilə eyni kökdən intişar taparaq sonralar müstəqil tarixi-mədəni inkişaf yolu keçdiklərini güman etməyə əsas verən amillərdəndir.

Bu gün Qarabağ ərazisi ermənilər tərəfindən işğal edildiyindən alban daş heykəllərinin taleyi qaranlıq olaraq qalmaqdadır. . Hələ 1973-cü ildə Qarabağda qeydə alınmış 10 heykəl məlum idi[243] Bu heykəllərdən 7 ədədi Canyataq kəndi yaxınlığında tapılmışdır. Canyataq heykəllərindən biri vaxtı ilə Bakıya gətirilmiş və hal-hazırda Qız qalası yanında, açıq səma altında saxlanılır. Sonrakı araşdırmalar nəticəsində Ağdam rayonu ərazisindən isə səkkiz ədəd alban daş bütləri aşkarlanmışdır.

Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Agshin( ), 07.01.2013, 23:55 (UTC) :
Azerbaycan -turk tarixini derin oyrenmek isleyirem. mene maraxli olan azerbaycan sozunun yaranmasi Xezerlere yoxsa Alban ,Atropateniya baxlidi?
Yorumu gönderen: agshin( Aqshin-1985 mail.ru ), 08.01.2013, 00:46 (UTC) :
Azerbaycan -turk tarixini derin oyrenmek isleyirem. mene maraxli olan azerbaycan sozunun yaranmasi Xezerlere yoxsa Alban ,Atropateniya baxlidi?
Yorumu gönderen: azer( ), 01.10.2013, 15:25 (UTC) :
yaxsidi
Yorumu gönderen: Novruzeli( ceyhunm151 gmail.com ), 22.05.2018, 18:25 (UTC) :
Albaniyada Tarixçilər və Səyyahlar Haqqında Məlumat Mənə LazımdırşXahis Olunur Bu Melumatı @-mail adresimə Göndərəsiniz?!

Bu sayfa hakkında yorum ekle:

Azerbaycan Tarixi Dovletlerinin Siyahisi – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Azərbaycan dövlətlərinin siyahısı — Tarixi Azərbaycan torpaqlarında qurulmuş dövlətlərin siyahısı.

Mündəricat

  • 1 Əsas siyahı
  • 2 Monarx sarayları
  • 3 Hökmdarların dəfn yerləri
  • 4 Zərbxanalar
  • 5 Qalereya
    • 5.1 Hökmdarların tarixi təsvirləri
    • 5.2 Möhürlər

    Əsas siyahı

    Adı Şəkil Məlumat
    1 Manna Dövr: e.ə IX əsr — e.ə 590
    Hökmdarlar: İşpaka, Prototi, Madiy
    Hökmdarlar: İranzu, Aza, Ullusunu, Ahşeri, Ualli
    Əhəmənilər imperiyası (e.ə. 550 — e.ə. 330)
    2 Midiya satraplığı (Kiçik Midiya) Quruluşu: Satraplıq
    Dövr: e.ə. 550 — e.ə. 330
    Hökmdarlar: Əhəmənilərin təyin etdiyi satraplar
    Tarixi hadisələr: Qaumata üsyanı
    Makedoniya çarlığı (e.ə. 330 — e.ə. 321)
    3 Atropatena Paytaxt: Qazaka
    Dövr: e.ə. 321 — b.e. 224
    Hökmdarlar: Atropatidlər, Atropatena Arşakiləri
    4 Qafqaz Albaniyası Paytaxt: Kabalaka, Partav (indiki Bərdə)
    Dövr: e.ə. IV əsr — b.e. 705
    Hökmdarlar: Aranoğulları, Alban Arşakiləri, Mehranilər
    5 Leq çarlığı Dövr: III əsr
    6 Maskutların ölkəsi Dövr: III əsr
    Sasanilər İmperiyası (224-651)
    7 Aturpatakan mərzbanlığı Paytaxt: Qazaka
    Dövr: 224-651
    Hökmdarlar: Sasanilərin təyin etdiyi mərzbanlar
    8 Albaniya mərzbanlığı Paytaxt: Kabalaka, Partav (indiki Bərdə)
    Dövr: 252-639
    Hökmdarlar: Sasanilərin təyin etdiyi mərzbanlar
    Tarixi hadisələr: 387-ci il Akilisen sülhü (Uti və Arsaxın Albaniyaya verilməsi), Üçüncü fars-türk müharibəsi
    Ərəb xilafəti (VIII-IX əsrlər)
    9 Ərməniyyə Paytaxt: Dvin, Bərdə
    Dövr: 685-885
    Hökmdarlar: Əmirlər
    Tarixi hadisələr: Xəzər-ərəb müharibələri, Xürrəmilər hərəkatı
    10 Şəki dövləti Paytaxt: Şəki, Telavi, Kiş
    Dövr: VII əsr — 1117
    Hökmdarlar: Mehranilər, Arevmanelilər
    Tarixi hadisələr: Xürrəmilər hərəkatı, 1020-ci illərdə Kaxeti ilə birləşmə
    11 Layzanşahlar Dövr: 861-917
    Hökmdarlar: Məzyədilər
    12 Şirvanşahlar dövləti Paytaxt: Şirvan, Şamaxı, Bakı
    Dövr: 861-1539
    Hökmdarlar: Şirvanşahlar (Məzyədilər, Kəsranilər, Dərbəndilər)
    Tarixi hadisələr: Rusların Qafqaz ekspedisiyaları, Səfəvi-Şirvanşahlar müharibələri
    13 Dərbənd əmirliyi Paytaxt: Dərbənd
    Dövr: 861-1075
    Hökmdarlar: Dərbənd Haşimiləri, Şirvanşahlar
    14 Sacilər Paytaxt: Marağa, Ərdəbil
    Dövr: 889-929
    Hökmdarlar: Məhəmməd ibn Əbu Sac, Divdad ibn Məhəmməd, Yusif ibn Əbu Sac, Əbül-Müsafir Fəth
    15 Salarilər Paytaxt: Ərdəbil
    Dövr: 941-981
    Hökmdarlar: Məhəmməd ibn Müsafir, Mərzban ibn Məhəmməd, Məhəmməd ibn Müsafir, Mərzban ibn Məhəmməd, I Cüstan, İsmail ibn Vəhsudan, İbrahim, Nuh, İbrahim, II Mərzban
    16 Şəddadilər Paytaxt: Gəncə
    Dövr: 970-1075
    Hökmdarlar: Məhəmməd bin Şəddad, Əli Ləşkəri, Mərziban bin Məhəmməd, Fəzl bin Məhəmməd, Əbülfəth Musa, II Əli, Ənuşirvan bin Ləşkəri, Əbüləsvar Şavur, II Fəzl, Aşot bin Şavur, III Fəzl
    17 Rəvvadilər Paytaxt: Gəncə
    Dövr: 981-1054
    Hökmdarlar: I Rəvvad ibn Müsənna əl-Əzdi, Məhəmməd, II Rəvvad, I Hüseyn, Məhəmməd ibn Hüseyn ər-Rəvvadi, II Hüseyn, Əbülhica Məhəmməd, I Məmlan, Vədsudan Əbu, II Məmlan, İbrahim, Əhmədil
    18 Sünik çarlığı Paytaxt: Qafan
    Dövr: 987-1170
    Hökmdarlar: I Smbat, I Vasak, II Smbat, I Qriqor, II Şahanduxt, Sənəkərim, II Qriqor, Həsən Herakaraçi
    19 Xaçın knyazlığı Paytaxt: Xoxanaberd, Zar
    Dövr: X-XIV əsrlər
    Hökmdarlar: Dop sülaləsi, Həsən-Cəlalyanlar sülaləsi
    20 Naxçıvanşahlıq Paytaxt: Naxçıvan
    Dövr: X əsrin sonları — XI əsrin 60-cı illəri
    Hökmdarlar: Əbuduləfilər
    Böyük Səlcuq İmperiyası (1038-1157)
    21 Ani əmirliyi Paytaxt: Ani
    Dövr: 1072-1174
    Hökmdarlar: Mənuçöhr bin Şapur, II Əbüləsvar Şapur, IV Fəzl bin II Şapur, Mahmud, Huşçöhr, Şəddad, V Fəzl, Şahənşah
    22 Azərbaycan Atabəyləri Paytaxt: Naxçıvan, Həmədan, Təbriz
    Dövr: 1136-1225
    Hökmdarlar: Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Əbu Bəkr, Özbək
    Monqol İmperiyası (1239-1256)
    23 Elxanilər dövləti Paytaxt: Marağa, Təbriz, Sultaniyyə
    Dövr: 1136-1225
    Hökmdarlar: Hülakü xan, Abaqa xan, Əhməd Təkudar xan, Arqun xan, Keyxatu xan, Baydu xan, Qazan xan, Məhəmməd Olcaytu, Əbu Səid Bahadur xan, Arpa xan, Musa xan
    24 Çobanilər Paytaxt: Təbriz
    Dövr: 1335-1357
    Hökmdarlar: Əmir Çoban Sulduz, Əmir Dəmirdaş Sulduz, Şeyx Həsən (Kiçik) Sulduz, Məlik Əşrəf
    25 Cəlairilər sultanlığı Paytaxt: Bağdad, Təbriz, Bəsrə
    Dövr: 1336-1432
    Hökmdarlar: Tacəddin Həsən noyon,Sultan Üveys Cəlayır, Sultan Cəlaləddin Hüseyn, Sultan Qiyasəddin Əhməd, Sultan Bəyazid, Sultan Şahvələd, Sultan Mahmud Cəlayır, II Sultan Üveys, Sultan Məhəmməd Cəlayır, II Sultan Hüseyn Cəlayır
    26 Şəki hakimliyi Paytaxt: Şəki
    Dövr: ən geci 1384 — 1551
    Hökmdarlar: Orlat sülaləsi, Qara keşiş nəsli
    27 Qaraqoyunlular Paytaxt: Təbriz
    Dövr: 1410-1468
    Hökmdarlar: Pirbudaq, Qara Yusif, Qara İsgəndər, Cahan şah, Həsən Əli
    28 Ağqoyunlular Paytaxt: Təbriz
    Dövr: 1468-1503
    Hökmdarlar: Uzun Həsən, Xəlil, Yaqub, Baysunqur, Rüstəm, Gödək Əhməd
    Səfəvilər imperiyası (1501-1736)
    29 Qarabağ bəylərbəyliyi Paytaxt: Gəncə
    Dövr: 1501–1736
    Hökmdarlar: Səfəvilər tərəfindən təyin edilmiş bəylərbəyləri
    30 Çuxursəəd bəylərbəyliyi Paytaxt: İrəvan
    Dövr: 1502–1736
    Hökmdarlar: Səfəvilər tərəfindən təyin edilmiş bəylərbəyləri
    31 Şirvan bəylərbəyliyi Paytaxt: Şamaxı
    Dövr: 1501–1736
    Hökmdarlar: Səfəvilər tərəfindən təyin edilmiş bəylərbəyləri
    Əfşarlar imperiyası (1736-1747)
    Qacarlar imperiyası/Azərbaycan xanlıqları və sultanlıqları
    32 Bakı xanlığı Paytaxt: Bakı
    Dövr: 1747-1806
    Hökmdarlar: I Mirzə Məhəmməd xan, Fətəli xan Qubalı, Abdulla bəy (Şirvan), Məlik Məhəmməd xan, II Mirzə Məhəmməd xan, Məhəmmədqulu xan, Hüseynqulu xan
    33 Gəncə xanlığı Paytaxt: Gəncə
    Dövr: 1746-1828
    Hökmdarlar: *Şahverdi xan Ziyadoğlu-Qacar, Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar, Məhəmməd xan Ziyadoğlu-Qacar, Məhəmmədrəhim xan Ziyadoğlu-Qacar, Cavad xan Ziyadoğlu-Qacar
    34 İrəvan xanlığı Paytaxt: İrəvan
    Dövr: 1747-1828
    Hökmdarlar: Mir Mehdi xan, Xəlil xan, Həsənəli xan, Hüseynəli xan, Qulaməli xan, Məhəmməd xan, Əliqulu xan Qacar, Həsən xan Makulu, Məhəmməd xan, Mehdiqulu xan, Əhməd xan, Hüseynqulu xan
    35 Naxçıvan xanlığı Paytaxt: Naxçıvan
    Dövr: 1747-1828
    Hökmdarlar: Heydərqulu xan, Hacı xan, Rəhim xan, Əliqulu xan, Vəliqulu xan, Abbasqulu xan, Cəfərqulu xan, Şükurəli xan, Kəlbəli xan, Nəzərəli xan, Kərim xan, Ehsan xan
    36 Qarabağ xanlığı Paytaxt: Bayat, Şahbulaq, Şuşa
    Dövr: 1747-1822
    Hökmdarlar: Pənahəli xan • Mehrəli bəy • İbrahimxəlil xan • Mehdiqulu xan
    37 Quba xanlığı Paytaxt: Quba
    Dövr: 1747-1806
    Hökmdarlar: Hüseynəli xan, Fətəli xan, Əhməd xan, Şeyxəli xan, II Mirzə Məhəmməd xan
    38 Şirvan xanlığı Paytaxt: Şamaxı
    Dövr: 1748-1820
    Hökmdarlar: Hacı Məhəmmədəli, Məhəmmədsəid xan, Ağası xan, Fətəli xan, Abdulla bəy, Eldar bəy, Əsgər xan, Qasım xan, Mustafa xan
    39 Şəki xanlığı Paytaxt: Şəki
    Dövr: 1743-1819
    Hökmdarlar: Hacı Çələbi xan, Ağakişi bəy, Məhəmmədhüseyn xan, Hacı Əbdülqadir xan, Məhəmmədhəsən xan, Səlim xan, Fətəli xan, Cəfərqulu xan, İsmayıl xan, Hüseyn xan
    40 Dərbənd xanlığı Paytaxt: Dərbənd
    Dövr: 1747-1805
    Hökmdarlar: Məhəmmədhəsən xan, Fətəli xan
    41 Cavad xanlığı Paytaxt: Cavad
    Dövr: 1747-1805
    Hökmdarlar:
    • Qiyas xan
    • Həsən xan
    • İbrahim xan
    • Səfi xan
    42 İlisu sultanlığı Paytaxt: İlisu
    Dövr: 1562-1844
    Hökmdarlar: Adıgörklü bəy, Sarı Əli bəy , Əmirxan bəy, Məhəmmədxan bəy, Xəlil bəy, II Əli Sultan paşa (Şəki bəylərbəyi və İlisu sancağının hakimi), Məhəmməd bəy, I Əhmədxan Sultan , Alxas bəy, Xanbaba bəy, II Əhmədxan sultan, Musa bəy, Danyal Sultan

    Monarx sarayları

    • Əhəmənilər sarayı
    • Qədim Gəncə hökmdar sarayı
    • Eldənizlər sarayı
    • Şirvanşahlar sarayı
    • Naxçıvan xan sarayı
    • Şəki xan sarayı
    • Qarabağ xan sarayı
    • Gəncə xan sarayı
    • Ağdam xan sarayı
    • Sərdar sarayı
    • Şamaxı xan sarayı
    • Lənkəran xan sarayı
    • Bakı xan sarayı

    Hökmdarların dəfn yerləri

    • Müqəddəs Yelisey monastırı
    • Möminə Xatun türbəsi
    • Gəncəsər monastırı
    • Qarabağlar türbəsi
    • Şirvanşahlar türbəsi
    • Xan qəbiristanlığı
    • Yeddigünbəz türbələr kompleksi
    • Kələzeyvə türbəsi
    • Cavad xan türbəsi

    Zərbxanalar

    • Gilan zərbxanası (Sasanilər və Elxanilər)
    • Gəncə zərbxanası
    • Naxçıvan zərbxanası
    • Əlincə zərbxanası (Cəlairilər və Teymurilər)

Comments are closed, but trackbacks and pingbacks are open.