Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər – TAM SİYAHI
31. Yuxarı Güzdək kəndi (Füzuli rayonu, 09.10.2020)
Baş dərisində səpki və sızanaqlar niyə yaranır? – Toxunanda ağrı verən şişkinliklər
Saçların dibində, baş dərisində ara-sıra çıxan, toxunduqda ağrıyan, çox insanları qorxudan, başımda şiş var deyə düşündürən sızanaqlar, şişkinliklər son zamanlar çox insanı narahat edir.
Üzdəki sızanaqlar nə qədər ağrısızda, başdakı səpkilər bir o qədər ağrılıdır.
Üzdəki sızanaqları sıxmaq olur, başdakıları isə sıxmaq olmaz.
Milli.Az medicina.az-a istinadən baş dərisində sızanaqların səbəblərini araşdırıb.
Bİrincisi bütün bədəndə olduğu kimi saçların dibində də bir dəri, dəridə piy vəziləri olduğu üçün baş dərisinin də səpməsi, piy vəzilərinin qabarması, tutulması, sızanaqlar, hətta irinli sızanaqların olması dəri üçün xarakterik bir şeydir və təəcüblü deyil.
Belə sızanaqlar çıxan insanların baş dərisi qaşınır, dəri sanki şişkin olur, toxunduqda ağrı verir, saçlar tökülür, yağlı olur, dəridə qızartı yaranır. Kəpək və qabıqlanma da baş verir. Adi sızanaqlar irinli hala keçib quruyur, sarı, qopan, ağrılı qabıq kimi qalır.
Əgər bu problem vaxtında müalicə olunmasa, iltihab bütün baş dərisinə yayılır, nəinki epidermis, saç kökləri də zədələnir. Burdan da saçların alalı, ocaqlı tökülməsi başlayır.
-Gigiyena qaydaları, yuyulma, şampunlar
-Dermatoloji xəstəliklər- seboreya, mikoz, psoriaz, follikullit
-Sinir, səbəb, xroniki yorğunluq
-Piy vəzilərinin normadan artıq yağ ifrazı, basin gec yuyulması
-Baş dərisinin quruluğu
-Daxili xəstəliklər: qalxanvari vəz, qaraciyər, öd, bağırsaqlar
-Virus, infeksiyalar – irinli yaralara səbəb olur
-Qadınlarda bu problem ginekoloji xəstəliklərlə də əlaqədar olur
-Kişilərdə cinsi -uroloji problemlər
-Ilk növbədə sızanaqlar, irinli səpkilər olan baş dərisini ucu iti daraqla daramaq, onları sıxmaq olmaz.
-Baş dərisini xlorgeksidinlər dezinfeksiya etmək
-Şampunu, sabunu dəyişmək, daha təbii, organic və ya uşaq şampunu istifadə etmək
-Müalicə üçün trixoloq və ya dermatoloqa müraciət etməli
-Əgər özbaşına müdaxilə etsəz dəriyə infeksiya salıb, iltihabı yaya və başda izlər, çapıqlar qoya bilərsiz
Diaqnoz üçün baş dərisinə xüsusi mikroskop altında baxılır, qan və hormon analizi verilir.
Müalicə üçün : infeksiya, virus varsa, o aradan qaldırılır
Yerli olaraq aparat, mezoterapiya,, kosmetik prosedurlar aparılır.
Xüsusi maz, losyon, şampunlar təyin edilir.
Milli.Az
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər – TAM SİYAHI
Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad edib.
Yenisabah.az işğaldan azad edilən yaşayış məntəqələrini, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixini təqdim edir:
1. Qaraxanbəyli kəndi (Füzuli rayonu, 27.09.2020)
2. Qərvənd kəndi (Füzuli rayonu, 27.09.2020)
3. Kənd Horadiz (Füzuli rayonu, 27.09.2020)
4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 27.09.2020)
5. Böyük Mərcanlı kəndi (Cəbrayıl rayonu, 27.09.2020)
6. Nüzgar kəndi (Cəbrayıl rayonu, 27.09.2020)
7. Şərvənj kəndi (Füzuli rayonu, 28.09.2020)
8. Suqovuşan kəndi (Tərtər rayonu, 03.10.2020)
9. Talış kəndi (Tərtər rayonu, 03.10.2020)
10. Mehdili kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
11. Çaxırlı kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
12. Aşağı Maralyan kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
13. Şəybəy kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
14. Quycaq kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
15. Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 03.10.2020)
16. Cəbrayıl şəhəri (Cəbrayıl rayon mərkəzi, 04.10.2020)
17. Karxulu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
18. Şükürbəyli kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
19. Çərəkən kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
20. Daşkəsən kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
21. Horovlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
22. Mahmudlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
23. Cəfərabad kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
24. Yuxarı Maralyan kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
25. Decal kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
26. Şıxəli Ağalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020)
27. Sarıcalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020)
28. Məzrə kəndi (Cəbrayıl rayonu, 05.10.2020)
29. Hadrut qəsəbəsi (Xocavənd rayonu, 09.10.2020)
30. Çaylı kəndi (Tərtər rayonu, 09.10.2020)
31. Yuxarı Güzdək kəndi (Füzuli rayonu, 09.10.2020)
32. Görəzilli kəndi (Füzuli rayonu, 09.10.2020)
33. Qaracallı kəndi (Cəbrayıl rayonu, 09.10.2020)
34. Süleymanlı kəndi (Cəbrayıl rayonu, 09.10.2020)
35. Əfəndilər kəndi (Cəbrayıl rayonu, 09.10.2020)
36. Sur kəndi (Xocavənd rayonu, 09.10.2020)
Davamı mütləq olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.