Press "Enter" to skip to content

Mənzil satışı zamanı dövlət rüsumu və sənədləşmə necə aparılır

Notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. Mənzil alğı-satqısı zamanı fiziki şəxslər satışa çıxarılan şəxsi mülkün hər kvadratmetrinə görə 15 manat məbləğində sadələşdirilmiş vergini ödəməlidirlər.

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında

Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir. Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib – bu, “Kapital Bank”dır. Həmçinin, alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Mənzil satışı zamanı dövlət rüsumu və sənədləşmə necə aparılır?


Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2016-cı ildən Azərbaycanda mənzil alğı-satqısı ilə bağlı qaydalara edilən dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslər üzrə vergitutma bazası genişləndirilib.

Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 2016-cı il yanvarın 1-dən sadələşdirilmiş vergiyə cəlb olunur.

Notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. Mənzil alğı-satqısı zamanı fiziki şəxslər satışa çıxarılan şəxsi mülkün hər kvadratmetrinə görə 15 manat məbləğində sadələşdirilmiş vergini ödəməlidirlər.

Satılan mənzil Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalara uyğun əmsallar tətbiq edilir.

Bu zaman yerli notariuslar tərəfindən hesablanmış vergilər mənzilini satışa çıxaran mülkiyyətçinin hesabından tutularaq büdcəyə ödənilir.

Yaşayış sahələrinin, yəni mənzillərin alğı-satqısı üçün tələb olunan ilkin sənəd mülkiyyətin faktiki və gələcək sahibi arasında bağlanmış alğı-satqı müqaviləsidir. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi üçün zəruri olan sənədlər bunlardır:

Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış);

Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

Mülkiyyətçi nikahdadırsa, nikah haqqında şəhadətnaməsi;

Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;

Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı.

Alğı-satqı müqaviləsinin imzalanması prosesində satışa çıxarılan əmlakın mülkiyyətçisi və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi ilə alıcı və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi iştirak etməlidir.

Mənzilin alğı-satqısına dair müqavilə imzalanarkən aşağıdakı qaydada və məbləğdə dövlət rüsumu və xidmətə görə haqq ödənilməlidir:

Müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə – dövlət rüsumu 20 manat, xidmətə görə tutulan haqq 3 manat;

Müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə – dövlət rüsumu Bakı şəhərində 250 manat, xidmətə görə tutulan haqq 37,5 manat, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 175 manat, xidmətə görə tutulan haqq 26,25 manat, digər şəhər və rayonlarda dövlət rüsumu 125 manat, xidmətə görə tutulan haqq 18,75 manat.

Yaşayış sahələrinin alğı-satqısı zamanı tələb olunan dövlət rüsumları da hesablanmış vergilərdə olduğu kimi, notariuslar tərəfindən tutulur. Mənzilini barter üsulu ilə dəyişmək istəyənlər də eyni qaydada sənədləri toplamaqla müvafiq prosedurlardan keçməli və yuxarıda göstərilən məbləğlərdə dövlət rüsumu və xidmət haqqı ödəməlidirlər.

Mülkiyyətində olan mənzili yaxın qohumuna bağışlayanlar da Mülki Məcəllənin 146-cı maddəsində nəzərdə tutulan prosedurlardan keçməklə lazım olan sənədləşməni həyata keçirə bilərlər.

Qanunvericiliyin bu tələbinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir.

Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Mülki Məcəllənin 668.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi yalnız notariat qaydasında təsdiqləndikdən sonra etibarlı hesab olunur.

Yaxın qohumun adına olan ev notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi əsasında digər yaxın qohuma bağışlana bilər. Həmin ev üzərində mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində qeydiyyata alınır.

Ziya SƏCCAD
BAKU.WS

VERGİLƏR

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə pərakəndə ticarətlə məşğul olan şəxslərin əlavə dəyər vergisi ilə bağlı öhdəliklərinə aydınlıq gətirib:

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarını satış edən zaman Vergi Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun olaraq uçotu ayrıca aparıldıqda əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Ticarət əlavəsi Məcəllənin 13.2.64-cü maddəsinə əsasən, malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.

Misal 1: ƏDV ödəyicisi olan ticarət müəssisəsi dövr ərzində alış dəyəri 5,000 manat olan kənd təsərrüfatı məhsullarını kəndlilərdən alaraq onları öz mağazasında 6,500 manata satıb. Həmin malların uçotunu ayrıca aparıb. Bu halda onun ƏDV-si belə hesablanır:

6,500 – 5,000 = 1,500 manat
1,500 x 18% = 270 manat.

Vergi Məcəlləsinin 174.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.

Misal 2: ƏDV ödəyicisi olan ticarət müəssisəsi dövr ərzində alış dəyəri 10 000 manat olan kənd təsərrüfatı məhsullarını kəndlilərdən alaraq onları öz mağazasında 14 000 manata satıb. Bu halda, ƏDV belə hesablanır:

14 000 x 18% = 2 520 manat.

Göründüyü kimi, yalnız uçotu ayrıca aparıldıqda satılan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır.

Comments are closed, but trackbacks and pingbacks are open.