Savad təlimi mektebeqeder
DİM hərbi akademiyaya magistratura imtahanı keçirdi
Savad təlimi mektebeqeder
Savad təliminin şagirdlərin həyatında rolu
Ana dili ibtidai siniflərdə təlim fənlərinin əsasıdır. Şagirdlər ana dilinə yiyələnmədən, onun incəliklərinə bələd olmadan digər fənlər üzrə proqram materiallarını müvəffəqiyyətlə mənimsəyə bilməzlər. Ana dili xarakteri etibarilə inteqrativ fəndir. Bu fənn lap başlanğıcından botanika, zoologiya, anatomiya, coğrafiya, fizika, kimya, tarix və digər fənlərin elementlərini özündə əks edir.
Hər bir tədris fənni praktik şəkildə startı ana dili fənnindən götürür. Şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılmasında Ana dili fənni aparıcı mövqe tutur. Ana dili fənninin məzmunu dinləyib – anlama və danışma, oxu, yazı, dil qaydaları məzmun xətlərindən ibarətdir. Hər bir məzmun xətti üçün ayrı-ayrı məzmun standartları müəyyən edilmişdir. Müasir dərslikdəki materiallar da bu məzmun xətlərini əhatə edir.
Əvvəllər “Ana dili” dərsliyi 2 kitabdan ibarət idi: “Oxu” və “Azərbaycan dili”. İndi isə ibtidai siniflər üçün fənn kurikulumu əsasında yazılan “Azərbaycan dili” dərsliyi mövcuddur. “Azərbaycan dili” dərsliyi birinci sinifdə savad təliminin başlanğıcı və əsasıdır. “Azərbaycan dili” termini altında savad təlimi xüsusi əhəmiyyət kəsb edir. Məhz təlimin bu mərhələsi uşağın gözünü həyata açır. Bu dövrdə uşaq ilkin oxu və yazı texnikasına yiyələnir, ilkin oxu və yazı vərdişləri qazanır.
Adətən savad təlimi dilimizin əlifbasında olan 32 hərfi tanımaq, onların köməyi ilə oxumağı və yazmağı öyrənmək kimi başa düşülür. Bu dövrün başqa vəzifələri haqqında ana dilinin tədrisinin başlıca prinsipinin nitq inkişafı olmasından dəfələrlə yazılmasına baxmayaraq, həmin yazıları oxuyan və oxumayanların əksəriyyəti, demək olar ki, yuxarıda deyilən qənaətdədir. Yaddan çıxarırlar ki, savad təliminə kommunikativ – idrak əsasında baxılmalıdır. Savad təlimi dövründə ilkin oxu təlimi səs təhlil – tərkib metodu ilə aparılır. Səs ayrılıqda deyil, heca tərkibində təqdim olunduğundan bu metodu səs – heca, təhlil – tərkib metodu da adlandırmaq olar. Həmin metodun tətbiqini asanlaşdırmaq, oxu təliminin əsasını möhkəm qoymaq məqsədilə əlifba təliminə hazırlıq dövründə fonematik təhlilə geniş yer verilməlidir. Nitqdən cümlənin götürülüb sözlərə ayrılması, cümlədə sözlərin sayının və ardıcıllığının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlər həmin dövrdə sait və samit haqqında ilkin anlayışlara yiyələnirlər. Sözlərdə saitin asanlıqla uzanması, samitin isə uzanmamasını dərk edirlər.
Savad təliminin birinci günündən oxu təlimi yazı təlimi ilə paralel gedir. Yazı ləvazimatı ilə tanışlıq, qaməti düzgün saxlamaq, partada düzgün əyləşmək, dəftəri düzgün qoymaq, yazarkən qələmi düzgün tutmaq, barmaq və bilək əzələlərini möhkəmləndirmək, yazının gigiyenasına verilən tələblərə əməl etmək lazımdır. Savad təlimi yeni sistemdə şərti və real olmaqla müxtəlif ünsiyyət situasiyasından başlanır. Bu situasiya birinci sinif şagirdlərinin kommunikativ nitq qabiliyyətinin inkişafı üçün daha əlverişli şərait yaradır, dilin ən mühüm ünsiyyət vasitəsi olaraq insanların fikri və mənəvi fəaliyyətinin ən vacib aləti kimi dərk edilməsinə kömək göstərir. Məhz ünsiyyət situasiyasında birincilər ilk dəfə dil həqiqətlərini söz, cümlə və mətn vasitəsi ilə dərk etməyə başlayırlar.
Güləndam QULİYEVA,
Bakıdakı 39 nömrəli tam orta
məktəbin � ibtidai sinif müəllimi
Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.5. �
Savad təlimi mektebeqeder
2018-08-15 17:50:10
Məktəbəqədər hazırlıq qrupları üçün lazım olan sənədlər – Tədris müddəti və prosesi
“Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur”. Bu sözləri “Məktəbəhazırlıq qruplarına sənəd qəbulu” ilə bağlı brifinqdə Bakı Şəhər Təhsil İdarəsinin informasiya təminatlı sektorunun müdiri İlhamə Abdullayeva deyib. AzEdu.az xəbər verir ki, məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə ( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin)www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə olunmuş variantı tələb olunur. Qeyd edək ki, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Lamiyə Süleymanlı
Bu bölməyə aid digər xəbərlər
Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırılma mərasimi keçirildi-FOTOLAR
2018-12-29 15:15:00
“Bakı Məktəblərarası Debat Forumu 2018” başa çatdı
2018-12-29 13:18:00
Türkiyədə güclü qar səbəbiylə dərslər yenidən təxirə salındı
2018-12-29 12:59:00
Eksternlər bu gün altı fənn üzrə imtahan veriblər
2018-12-25 17:00:00
İcra başçısı Gəncə Tibb Kollecində olub
2018-12-22 13:42:00
DİM hərbi akademiyaya magistratura imtahanı keçirdi
2018-12-21 16:44:55
Bu il beşyaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib
2018-12-18 09:20:00
Məşhur mükafatın müəmmalı tarixi – Nobel niyə peşman oldu?- VİDEO
2018-12-10 09:10:00
“Müəllimin maaşı müfəttişin də, başqasının da məvacibindən artıq olmalıdır” – Nəsib bəyin qətiyyəti
2018-12-09 17:00:00
Bağça illərindəki davranışı uşağın gələcək uğurlarına necə təsir edir? – Araşdırma
Comments are closed, but trackbacks and pingbacks are open.