Press "Enter" to skip to content

4-cü sinif Bütün Fənlər Sual Dünyası

Açar sözlər: 4-cü sinif Azərbaycan Dili Dərslik, 4-cü sinif Riyaziyyat Dərslik, 4-cü sinif Summativ Qiymətləndirmə, 4-cü sinif Sınaq İmtahanı, 4-cü sinif Həyat-Bilgisi Dərslik, İbtidai Sinif Müəllimləri MİQ hazırlığı, 4-cü sinif Azərbaycan dili Summativ qiymətləndirmə, 4-cü sinif Oxuyub-anlama və dinləyib-anlama, 4-cü sinif Riyaziyyat Summativ Qiymətləndirmə, 4-cü sinif Diaqnostik qiymətləndirmə, Məktəbəqədər Hazırlıq üçün vəsait, Məktəbəqədər hazırlıq sınaq, Məktəbəqədər Savad Təlimi kitabı, Məktəbəqədər Əlifba kitabı, Məktəbəqədər Riyaziyyat Kitabı, Məktəbəqədər Ətraf Aləm kitabı, Məktəbəqədər Məntiq, Uşaq kitabları, Uşaq ədəbiyyatı, Bağça uşaqları üçün kitab, Uşaqlar üçün nağıl kitabları, Bağça uşaqları üçün dərslik.

Övladını məktəbəqədər hazırlıq qruplarına qeydiyyatdan keçirə bilməyənlərə ŞAD XƏBƏR – FOTO

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək uzadılıb.

BAKU.WS xəbər verir ki, üzrlü səbəbdən (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Onu da qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

4-cü sinif Bütün Fənlər Sual Dünyası

Açar sözlər: 4-cü sinif Azərbaycan Dili Dərslik, 4-cü sinif Riyaziyyat Dərslik, 4-cü sinif Summativ Qiymətləndirmə, 4-cü sinif Sınaq İmtahanı, 4-cü sinif Həyat-Bilgisi Dərslik, İbtidai Sinif Müəllimləri MİQ hazırlığı, 4-cü sinif Azərbaycan dili Summativ qiymətləndirmə, 4-cü sinif Oxuyub-anlama və dinləyib-anlama, 4-cü sinif Riyaziyyat Summativ Qiymətləndirmə, 4-cü sinif Diaqnostik qiymətləndirmə, Məktəbəqədər Hazırlıq üçün vəsait, Məktəbəqədər hazırlıq sınaq, Məktəbəqədər Savad Təlimi kitabı, Məktəbəqədər Əlifba kitabı, Məktəbəqədər Riyaziyyat Kitabı, Məktəbəqədər Ətraf Aləm kitabı, Məktəbəqədər Məntiq, Uşaq kitabları, Uşaq ədəbiyyatı, Bağça uşaqları üçün kitab, Uşaqlar üçün nağıl kitabları, Bağça uşaqları üçün dərslik.

Diaqnostik qiymətləndirmə, Formativ qiymətləndirmə, Yekun qiymətləndirmə, 4-cu sinif Azerbaycan dili, 4-cu sinif Azerbaycan dili summativ, 4-cu sinif Azerbaycan dili kitabi, 4-cu sinif Azerbaycan Dili testleri, 4-cu sinif Azerbaycan Dili Metodik Vesait, 4-cu sinif Riyaziyyat summativ, 4-cu sinif Riyaziyyat kitabi, 4-cu sinif Riyaziyyat testleri, 4-cu sinif Riyaziyyat Metodik Vesait, 4-cu sinif kicik summativ qiymetlendirme, 4-cu sinif summativ testler, 4-cu sinif mentiq testleri, 4-cu sinif meseleler, 4-cu sinif mesele kitabi, 4-cu sinif Yay Tetili Tapsiriqlari, ibtidai sinif derslikleri, usaqlar ucun kitab, usaq edebiyyati, mektebeqeder vesait, mekteb levazimatlari.

Diqqət: Xahiş olunur ki, yalnız holoqramlı kitabları əldə edəsiniz.

Bizə şərhiniz

YENİLİKLƏRƏ ABUNƏ OL

Yeni nəşrlərimizlə bağlı məlumat almaq istəyirsinizsə bizə abunə ola bilərsiniz.

Çinar Yayımları: (+99455) 224-56-26

Gənclik metrosu,
Atatürk prospekti,
Baku, Azerbaijan 1069

Comments are closed, but trackbacks and pingbacks are open.