Bəkə topologiyaları: anlayışı, növləri və xüsusiyyətləri, nümunələri
Maddə 12. Daxili intizam qaydaları
Saxlanmış şəbəkə parametrləri bu şəbəkənin tələblərinə uyğun gəlmir
Respublika Qəzeti (Dərc olunma tarixi: 11-07-2012, Nəşr nömrəsi: 151), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-07-2012, Nəşr nömrəsi: 155), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2012, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 641)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201205220352
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. tutulmuş şəxs – cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxs, ittiham elan etmək üçün tutulmuş şəxs, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş təqsirləndirilən şəxs, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə tutulmuş məhkum; [1]
1.0.2. həbs edilmiş şəxs – barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs;
1.0.3. məhkum olunmuş şəxs – barəsində məhkəmə tərəfindən çıxarılan ittiham hökmü qanuni qüvvəyə minmiş şəxs;
1.0.4. qadağan olunmuş əşyalar – tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən həbs yerlərində hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyalar, habelə həbs yerində saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərə digər şəxslər tərəfindən yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyalar.
Maddə 2. Həbs yerlərində saxlanılmanın əsas məqsədi
Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Maddə 3. Şəxsin tutulması və ya həbs olunması üçün əsaslar
3.1. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.
3.2. Cinayət prosesində ittiham elan edilməli olan şəxsin və ya barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət təqibi orqanının müvafiq qərarı əsasında həyata keçirilir.
3.3. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkumun tutulması və ya təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda yalnız məhkəmənin qərarına əsasən həyata keçirilir.
3.4. Bu Qanunun 3.1-3.3-cü maddələrində göstərilən əsaslar olmadıqda şəxsin həbs yerlərində saxlanılması qadağandır.
Maddə 4. Həbs yerləri
4.1. Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı həbs yerlərində saxlanılırlar:
4.1.1. müvəqqəti saxlama yerləri;
4.1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtları (bundan sonra – hauptvaxtlar);
4.1.3. istintaq təcridxanaları.
4.2. Səfərə çıxmış gəmidə cinayət törətməkdə şübhəli olduğuna görə dəniz gəmisinin kapitanı və ya onu əvəz edən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulmuş şəxs bunun üçün xüsusi ayrılmış yerlərdə saxlanılır.
4.3. Həbs yerlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Maddə 5. Müvəqqəti saxlama yerləri
5.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və bu Qanunla müəyyən edilmiş hallarda və müddətlərdə müvəqqəti saxlama yerlərində saxlanılırlar.
5.2. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli üçün tutulmuş şəxs ən geci 7 gün ərzində, digər hallarda isə tutulma anından ən geci 48 saat keçənədək (bu müddətdə həbs qətimkan tədbirinin seçilməsi və ya tutulma müddətinin uzadılması barədə qərar qəbul olunmazsa) müvəqqəti saxlama yerində saxlanıla bilər. [2]
5.3. Məhkəmə qərarına əsasən həbs edilmiş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir).
5.4. Müvəqqəti saxlama yerləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, yenidən təşkil edilir və ya ləğv edilir.
Maddə 6. Hauptvaxtlar
6.1. Hauptvaxtlar hərbi qulluqçular üçün müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir.
6.2. Hauptvaxtlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, yenidən təşkil edilir və ya ləğv edilir.
Maddə 7. İstintaq təcridxanaları
7.1. Həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə istintaq təcridxanalarında saxlanılırlar.
7.2. Həbs edilmiş şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduqda o, istintaq təcridxanası müdiriyyətinin hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişini aldığı gündən ən geci 10 gün keçənədək istintaq təcridxanasında saxlanıla bilər.
7.3. İstintaq təcridxanaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, yenidən təşkil edilir və ya ləğv edilir.
7.4. Məhkum olunmuş şəxslər Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 69.1-ci maddəsinə uyğun olaraq, onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında saxlanıla bilərlər.
Maddə 8. Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi
8.1. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər. [3]
8.2. Həbs edilmiş şəxs istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirildikdə və geri qaytarıldıqda tibbi müayinədən keçirilir.
8.3. Həbs edilmiş şəxsin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi qadağandır.
Maddə 9. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, onların işlərinə apellyasiya, kassasiya, əlavə kassasiya və ya hökmlərin icrası qaydasında baxılması, yaxud digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 69–1-ci maddəsi ilə müəyyən edilmiş qaydada və müddətdə cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına keçirilə bilərlər.
Maddə 10. Həbs yerlərinin işçiləri
10.1. Həbs yerlərinin işçiləri həbs yerlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirən şəxslərdir. Həbs yerlərinin işçiləri hazırlıqlı və peşəkar olmalıdırlar.
10.2. Həbs yerlərinin müdiriyyəti (rəisləri) həbs yerlərində təşkilati-sərəncamverici səlahiyyəti həyata keçirən şəxslərdir.
10.3. Həbs yerlərinin rəisləri aşağıdakılardır:
10.3.1. istintaq təcridxanasının rəisi;
10.3.2. müvəqqəti saxlama yerinin rəisi;
10.3.3. hauptvaxtın rəisi.
Maddə 11. Həbs yerlərində rejim
11.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində onların bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və onların təcrid edilməsinə yönəlmiş qaydaları təmin edən rejim müəyyən edilir.
11.2. Həbs yerlərində rejimi təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həbs yerlərinin Daxili intizam qaydaları (bundan sonra – Daxili intizam qaydaları) qəbul edilir. Hauptvaxtlarda rejim bu Qanun, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nə “Hauptvaxt haqqında” Əlavə və digər normativ hüquqi aktlar ilə tənzimlənir.
11.3. Həbs yerlərində rejim həbs yerlərinin rəisləri və işçiləri tərəfindən təmin edilir. Onlar xidməti vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12. Daxili intizam qaydaları
12.1. Daxili intizam qaydalarında aşağıdakı qaydalar müəyyən edilir:
12.1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul edilməsi, onların qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və kameralarda yerləşdirilməsi;
12.1.2. tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatının aparılması;
12.1.3. tutulmuş və ya həbs edilmiş şəxslərin bağlama, sovqat və banderol qəbul etməsi və ya verməsi, habelə bağlamalara, sovqatlara və banderollara həbs yerinin işçiləri tərəfindən baxış keçirilməsi;
12.1.4. tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat verməsi;
12.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin ərzaq məhsulları və ən zəruri malları əldə etməsi;
12.1.6. tutulmuş və ya həbs edilmiş şəxslərin yazışması, həbs edilmiş şəxslərin şəxsi hesabları vasitəsilə pul baratları alması və ya göndərməsi;
12.1.7. həbs edilmiş şəxsin telefon danışıqlarından istifadə etməsi;
12.1.8. həbs edilmiş şəxslərin könüllülük əsasında həbs yerlərinin ərazisində əməyə cəlb olunması;
12.1.9. tutulmuş və ya həbs edilmiş şəxslərin hər gün gəzintiyə çıxarılması;
12.1.10. tutulmuş və ya həbs edilmiş şəxslərin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və televiziya verilişlərinə baxması;
12.1.11. tutulmuş şəxsin müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşlərinin təmin edilməsi;
12.1.12. həbs edilmiş şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərinin təmin edilməsi;
12.1.13. tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq hərəkətlərinin aparılmasında və ya məhkəmə iclaslarında iştirakının təmin edilməsi;
12.1.14. tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərinin rəisləri tərəfindən qəbul edilməsi;
12.1.15. tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən dini ayinlərin yerinə yetirilməsi;
12.1.16. tutulmuş və ya həbs edilmiş şəxslərin maddi-məişət təminatı;
12.1.17. tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən təkliflərin, şikayətlərin və ərizələrin göndərilməsi;
12.1.18. tutulmuş və ya həbs edilmiş şəxsin məcburi qidalandırılması;
12.1.19. tutulmuş və ya həbs edilmiş şəxslərin tibbi-sanitariya təminatı;
12.1.20. tutulmuş və ya həbs edilmiş şəxslərin mülki hüquq münasibətlərində iştirakı;
12.1.21. həbs edilmiş şəxslərin ailə hüquq münasibətlərində iştirakı və notariusun xidmətlərindən istifadəsi;
12.1.22. həbs yerlərində vəfat edən tutulmuş və ya həbs edilmiş şəxslərin meyitinin verilməsi;
12.1.23. həbs yerində rejimin təmin edilməsi ilə əlaqədar digər məsələlər.
12.2. Qadağan olunmuş əşyaların siyahısı, tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilən əşyaların, malların və ərzaq məhsullarının siyahısı, habelə tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyaların həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edildiyi hallar da Daxili intizam qaydaları ilə müəyyən olunur.
12.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının həyata keçirilməsi Daxili intizam qaydaları ilə məhdudlaşdırıla bilməz.
12.4. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərinin müdiriyyəti tərəfindən bu Qanunla və Daxili intizam qaydaları ilə tanış edilməli və bu Qanun və Daxili intizam qaydaları onlara izah olunmalıdır.
12.5. Qadağan olunmuş əşyaların tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin cinayət məsuliyyətinə səbəb olması barədə tutulmuş və ya həbs edilmiş şəxslərə, o cümlədən həmin əşyaların onlara verilməsinin və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olması barədə digər şəxslərə həbs yerlərinin müdiriyyəti tərəfindən yazılı iltizam alınmaqla məlumat verilir.
Maddə 13. Həbs yerlərində əməliyyat-axtarış fəaliyyəti
13.1. Həbs yerlərində əməliyyat-axtarış tədbirləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tətbiq edilə bilər.
13.2. Həbs yerlərində əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin müdiriyyəti ilə birgə həyata keçirirlər.
13.3. Həbs yerlərində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər.
HƏBS YERLƏRİNDƏ SAXLANILAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİ
Maddə 14. Tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqi vəziyyətinin əsasları
14.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, bu Qanun və digər qanunlar ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.
14.2. Azərbaycan Respublikasının ərazisində həbs yerlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir, vəzifələr daşıyırlar.
Maddə 15. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqları
15.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində onlar üçün nəzərdə tutulmuş hüquqlardan əlavə, aşağıdakı hüquqlara da malikdirlər:
15.1.1. həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq;
15.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq;
15.1.3. həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə saxlama zamanı öz hüquq və vəzifələri, Daxili intizam qaydaları, o cümlədən həbs yerində rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq;
15.1.4. işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;
15.1.5. həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq;
15.1.6. müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək;
15.1.7. həbs yerində saxlanıldığı müddət ərzində pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;
15.1.8. ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək;
15.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;
15.1.10. bağlama, sovqat və banderol almaq;
15.1.11. mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək;
15.1.12. etik davranışa uyğun rəftar olunmaq;
15.1.13. həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək;
15.1.14. hüquqa zidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq;
15.1.15. həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək;
15.1.16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin aparılmasına cəlb edilməsinin qadağan olunduğu müddətdə – gecə vaxtı səkkiz saat yatmaq;
15.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq;
15.1.18. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;
15.1.19. siyahısı və sayı Daxili intizam qaydaları ilə müəyyən edilmiş şəxsi əşyalardan istifadə etmək;
15.1.20. öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin olunmaq;
15.1.21. öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək;
15.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; [4]
15.1.23. həbs yerinin müdiriyyəti tərəfindən barəsində çıxarılmış qərardan şikayət etmək.
15.2. Həbs edilmiş şəxslər bu Qanunun 15.1-ci maddəsində göstərilən hüquqlardan əlavə, aşağıdakı hüquqlara malikdirlər:
15.2.1. bu Qanunla nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək;
15.2.2. öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılmaq;
15.2.3. şəxsi hesabları vasitəsilə pul baratları almaq və yaxın qohumlarına pul baratları göndərmək;
15.2.4. şəxsi hesablarında olan vəsaitlə istintaq təcridxanasının ticarət köşkündən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək;
15.2.5. bu Qanunun və Daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etmək;
15.2.6. bu Qanunda və Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada telefon danışıqlarından istifadə etmək;
15.2.7. Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada televiziya verilişlərinə baxmaq.
15.3. Tutulmuş və ya həbs edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək hüququna malikdirlər.
Maddə 16. Şəxsi təhlükəsizlik hüququ
16.1. Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı digər tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.
16.2. Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı həbs yerinin işçiləri və ya ibtidai araşdırmanı həyata keçirən şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməli və müvafiq prokuroru məlumatlandırmalıdır.
Maddə 17. Tutulmuş və ya həbs edilmiş şəxslərin yazışmaları
17.1. Bu Qanunun 17.3-cü maddəsində nəzərdə tutulan hallardan başqa, tutulmuş və ya həbs edilmiş şəxslər məhdudiyyətsiz sayda məktub, teleqram ala və ya göndərə bilərlər. Tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş təklif, ərizə və şikayətlərdən başqa, digər məktub və teleqramların göndərilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.
17.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin məktub və teleqramlarının poçt göndərişləri həbs yerinin müdiriyyəti vasitəsilə həyata keçirilir.
17.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.
17.4. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədi ilə tutulmuş və ya həbs edilmiş şəxslərin adına gələn və onlar tərəfindən göndərilən məktublar həbs yerinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə yalnız cinayət prosesini həyata keçirən orqanın razılığı ilə yazışa bilərlər.
17.5. Tutulmuş və ya həbs edilmiş şəxslərin adına gəlmiş məktubların verilməsi, habelə onların məktublarının ünvan sahiblərinə göndərilməsi məktubun gəldiyi, yaxud tutulmuş və ya həbs edilmiş şəxs tərəfindən verildiyi gündən ən geci 1 gün keçənədək həbs yerinin müdiriyyəti tərəfindən həyata keçirilir. Teleqramlar tutulmuş və ya həbs edilmiş şəxslərə həbs yerinin müdiriyyəti tərəfindən dərhal verilir.
17.6. Həbs yerini tərk edən tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan məktublar həbs yerinin müdiriyyəti tərəfindən ən geci 1 gün müddətində tutulmuş və ya həbs edilmiş şəxslərin yaşadığı yerə göndərilir.
Maddə 18. Təkliflərin, ərizələrin və şikayətlərin göndərilməsi
18.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan aidiyyəti üzrə göndərilir. Bu təkliflər, ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.
18.2. Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, məhkəmə və ya həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlar tərəfindən təkliflərə, ərizələrə və şikayətlərə verilən cavablar tutulmuş və ya həbs edilmiş şəxslərə imza etdirməklə elan olunur. Cavabların əsli onların şəxsi işlərinə, surətləri isə cinayət işinə əlavə edilir. Tutulmuş və ya həbs edilmiş şəxslərin xahişi ilə cavabların surəti həm də onlara verilir.
18.3. Tutulmuş və ya həbs edilmiş şəxslər təklif, ərizə və ya şikayət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər. Belə təqiblərə yol vermiş şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 19. Tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya digər şəxslərlə əlaqələri
19.1. Tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşə və konfidensial ünsiyyət saxlaya bilər.
19.2. Hüquqi yardım istədiyini bildirən tutulmuş və ya həbs edilmiş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.
19.3. Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Bu ifadələrin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.
19.4. Tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, tutulmuş və ya həbs edilmiş şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaiti olmadığına görə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində müəyyən edilmiş hallarda tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.
19.5. Müdafiəçidən imtina edən tutulmuş və ya həbs edilmiş şəxs müdafiəçi ilə təmin olunmaq istəyini bildirdiyi halda bu hüquqdan istifadə edə bilər.
19.6. Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər zamanı Daxili intizam qaydalarını pozduqda görüşlər vaxtından əvvəl dayandırıla bilər və bu halda həmin fakt protokollaşdırılmalıdır.
19.7. Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənilir.
19.8. Tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.
Maddə 20. Yemək təminatı, ərzaq məhsullarının və ən zəruri malların əldə edilməsi
20.1. Tutulmuş və ya həbs edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş yemək və maddi-məişət normalarına uyğun olaraq keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz yeməklə gündə üç dəfə təmin edilirlər. Həmin yeməklər hazırlanarkən tutulmuş və ya həbs edilmiş şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınmalıdır.
20.2. Tutulmuş və ya həbs edilmiş şəxslər, öz vəsaiti hesabına Daxili intizam qaydaları müəyyən edilmiş qaydada şəxsi istifadə məqsədi ilə gigiyena tələblərinə cavab verən ərzaq məhsullarını və ən zəruri malları ticarət şəbəkəsindən əldə edə bilərlər.
20.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilən əşyaların və malların siyahısı Daxili intizam qaydaları ilə müəyyən edilir.
Maddə 21. Maddi-məişət təminatı
21.1. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərində sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Tutulmuş və ya həbs edilmiş şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin olunurlar. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.
21.2. Tutulmuş və ya həbs edilmiş şəxslərə fərdi çarpayı və yataq ləvazimatı verilir. Tutulmuş və ya həbs edilmiş şəxslər üçün həbs yerlərində yaşayış sahəsinin norması dörd kvadrat metrdən az ola bilməz.
Maddə 22. Tibbi-sanitariya təminatı
22.1. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərinə qəbul edildikdən dərhal sonra onların hər hansı müşahidə olunan bədən xəsarətləri və həbs yerinə daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayətləri həbs yerinin müdiriyyəti tərəfindən qeydiyyata alınır.
22.2. Həbs edilmiş şəxslər həbs yerlərinə qəbul edildiyi andan 24 saat ərzində həbs yerinin tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilirlər. Müayinənin nəticələrinə dair müvafiq qeydiyyat aparılır.
22.3. İşgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar ilə əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı müəyyən edilən işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq araşdırma aparılması üçün dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.
22.4. Həbs yerlərində tibbi-müayinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [5]
22.5. Tutulmuş və ya həbs edilmiş şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda onun tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınır və tutulmuş və ya həbs edilmiş şəxsə, eləcə də müraciət olduqda həmin şəxsin vəkilinə təqdim edilir.
22.6. Tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə, cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tibbi müayinə həmin şəxsin özünün seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən də həyata keçirilə bilər. Bu halda tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir.
22.7. Tutulmuş və ya həbs edilmiş şəxsin tibbi müayinəsi zamanı aşağıdakılara xüsusi diqqət yetirilir:
22.7.1. həkim sirrinin qorunması;
22.7.2. fiziki və psixi xəstəliklərin müəyyən edilməsi və onların müalicəsi üçün zəruri olan tədbirlərin görülməsi;
22.7.3. tutulmuş və ya həbs edilmiş şəxsin zorakılığa məruz qaldığına işarə edən əlamətlərin təfərrüatı ilə qeydiyyata alınması və həbs yerinin müdiriyyətinin nəzərinə çatdırılması;
22.7.4. narkotik vasitələrdən, psixotrop maddələrdən, dərman preparatlarından və ya alkoqoldan sui-istifadə ilə əlaqədar absteniya əlamətlərinin müalicəsi;
22.7.5. həbsdə saxlanma ilə əlaqədar yaranmış hər hansı psixi və ya digər stress hallarının müəyyən edilməsi;
22.7.6. yoluxucu xəstəliyə tutulması ehtimal olunan tutulmuş və ya həbs edilmiş şəxsin tibbi rəy əsasında xəstəlik müddətində digər şəxslərdən təcrid edilməsi və müvafiq müalicə alması;
22.7.7. tutulmuş və ya həbs edilmiş şəxsin yalnız İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxması səbəbinə görə təcrid olunmamasının təmin edilməsi;
22.7.8. həbs edilmiş şəxsin azad edildikdən sonra cəmiyyətə reinteqrasiyası üçün maneə törədə bilən fiziki və psixi pozuntuların qeydə alınması;
22.7.9. həbs edilmiş şəxsin əməyə və fiziki məşqlərə yararlı olmasının müəyyən edilməsi;
22.7.10. tutulmuş və ya həbs edilmiş şəxsin razılığı ilə, onun azad edilməsindən sonra zəruri tibbi və ya psixiatriya müalicəsinin davam etdirilməsi ilə əlaqədar müvafiq dövlət tibb müəssisələrinə məlumat verilməsi. [6]
22.8. Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerindən azad edilməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir.
22.9. Tutulmuş və ya həbs edilmiş şəxs ağır xəstəliyə tutulduqda və ya öldükdə həbs yerinin müdiriyyəti bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına məlumat verir.
22.10. Tutulmuş və ya həbs edilmiş şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına verilir. Tutulmuş və ya həbs edilmiş şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin verilməsi barədə müraciət daxil olmazsa, o, dövlət vəsaiti hesabına dəfn olunur. Həmin müddətdə meyitin daha uzun müddət saxlanması barədə müraciət daxil olarsa, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının meyitxanasında (morqunda) saxlanılır.
Maddə 23. Ədəbiyyat və yazı ləvazimatının əldə edilməsi və saxlanması
23.1. Tutulmuş şəxslər həbs yerinin kitabxanasında olan ədəbiyyatdan istifadə edə və ya həbs yerinin müdiriyyəti vasitəsilə ticarət mağazasından öz vəsaiti hesabına yazı ləvazimatı, ədəbiyyat, qəzet və jurnal əldə edə bilərlər. Həbs edilmiş şəxslər isə bütün bunlarla yanaşı, həm də öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazıla bilərlər.
23.2. Tutulmuş şəxslərə müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan, habelə pornoqrafiya xarakterli nəşrlər əldə etmək, saxlamaq və ya onları yaymaq qadağandır. Həbs edilmiş şəxslərə isə bütün bunlarla yanaşı, həm də belə nəşrlərə abunə yazılmaq qadağandır.
Maddə 24. Dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi
24.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin vicdan və din azadlığına təminat verilir. Onlar həbs yerində dini ayinləri yerinə yetirə, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edə bilərlər. Dini ayinlərin yerinə yetirilməsi üçün həbs yerinin müdiriyyəti tərəfindən müvafiq şərait yaradılır. Dini ayinlərin yerinə yetirilməsi digər tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarını pozmamalıdır.
24.2. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən həbs yerinin müdiriyyəti vasitəsilə dəvət olunan din xadimlərinin iştirakı ilə dini ayinləri icra edə bilərlər.
Maddə 25. Bağlama, sovqat, banderol, pul baratlarının alınması və ya göndərilməsi
25.1. Həbs edilmiş şəxs həftədə bir dəfə, tutulmuş şəxs isə hər gün bağlama, sovqat və banderol ala bilər. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır. Yetkinlik yaşına çatmayanlar, ağır xəstəlikdən əziyyət çəkənlər (bu barədə tibbi rəy olduqda), orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə qadınlar, habelə yanında 3 yaşınadək uşağı olan qadınlar say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol ala bilərlər. [7]
25.2. Qadağan edilmiş əşyaların, yaxud tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə bağlama, sovqat və banderollara həbs yerinin işçiləri tərəfindən baxış keçirilir.
25.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin adına göndərilən bağlama, sovqat və banderollarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Bağlama, sovqat və banderollarda tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyalar aşkar edildikdə həmin əşyalar müvafiq akt tərtib edilməklə götürülür, tutulmuş və ya həbs edilmiş şəxs azad olunanadək saxlanılmaq üçün anbara təhvil verilir və ya bağlama, sovqat və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır, yaxud həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir.
25.4. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərinin müdiriyyətinin razılığı ilə yaxın qohumlarına bağlama və ya banderol göndərə bilərlər.
25.5. Həbs edilmiş şəxslərə daxil olan pul baratları onların şəxsi hesabına köçürülür. Həbs edilmiş şəxslər istintaq təcridxanasının müdiriyyətinin razılığı ilə öz yaxın qohumlarına şəxsi hesabından pul baratları göndərə bilərlər.
Maddə 26. Tutulmuş və ya həbs edilmiş şəxslərin mülki hüquq münasibətlərində iştirakı
26.1. Tutulmuş və ya həbs edilmiş şəxslər cinayət prosesini həyata keçirən orqanın razılığı ilə Daxili intizam qaydalarına uyğun olaraq şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edə bilərlər.
26.2. Həbs edilmiş şəxslər istintaq təcridxanasında notariusun xidmətlərindən istifadə edə bilərlər.
Maddə 27. İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın tətbiq edilməməsi
Tutulmuş və ya həbs edilmiş şəxslər heç bir halda işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər. Onlar həbs yerlərində insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməzlər.
Maddə 28. Etik davranışa uyğun rəftar
Həbs yerlərinin işçiləri tutulmuş və ya həbs edilmiş şəxslərlə münasibətdə nəzakətli olmalıdırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi qadağandır.
Maddə 29. Qadınların həbs yerlərində saxlanılmasının xüsusiyyətləri
29.1. Qadınlar həbs yerlərində kişilərdən ayrı saxlanılırlar. Qadınlar 3 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır, onlar xüsusi tibbi yardım və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş xüsusi yemək normaları ilə təmin edilirlər.
29.2. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınların müəyyən edilmiş gündəlik gəzintisi 4 saatdan az olmamalıdır. Onların barəsində tənbeh tədbiri kimi cərimə təcridxanasında yerləşdirmə tətbiq oluna bilməz.
29.3. Tutulmuş və ya həbs edilmiş qadın həbs yerinin rejimini müntəzəm olaraq qəsdən pozduqda, yaxud yanında olan uşağına qayğı göstərmədikdə həbs yerinin müdiriyyəti məhkəmə qarşısında onun uşağının qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaq müəssisələrinə göndərilməsi barədə vəsatət qaldıra bilər.
Maddə 30. Yetkinlik yaşına çatmayanların həbs yerlərində saxlanılmasının xüsusiyyətləri
30.1. Yetkinlik yaşına çatmayan oğlanlar və qızlar həbs yerlərində bir-birindən və yetkinlik yaşına çatan şəxslərdən ayrı saxlanılırlar. Yetkinlik yaşına çatmayanlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır və onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş xüsusi yemək normaları ilə təmin edilirlər.
30.2. Yetkinlik yaşına çatmayanların müəyyən edilmiş gündəlik gəzintisi 3 saatdan az olmamalıdır. Yetkinlik yaşına çatmayan şəxslərin barəsində tənbeh tədbiri kimi cərimə təcridxanasında yerləşdirmə tətbiq oluna bilməz.
30.3. Yetkinlik yaşına çatmayanların asudə vaxtlarında Daxili intizam qaydalarına riayət etməklə televiziya verilişlərinə baxması, orta təhsilini davam etdirməsi və idmanla məşğul olması üçün şərait yaradılır.
Maddə 31. Əmək fəaliyyəti
31.1. Həbs edilmiş şəxslər istintaq təcridxanalarında haqqı ödənilən əməyə könüllü olaraq cəlb edilə bilərlər.
31.2. Həbs edilmiş şəxslərin istintaq təcridxanalarında əmək fəaliyyəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
31.3. Həbs edilmiş şəxslərin istintaq təcridxanalarında cəlb olunması qadağan edilən işlərin və vəzifələrin siyahısı Daxili intizam qaydaları ilə müəyyən olunur.
Maddə 32. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas vəzifələri
32.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas vəzifələri aşağıdakılardır:
32.1.1. bu Qanunla və Daxili intizam qaydaları ilə müəyyən edilmiş qaydalara riayət etmək;
32.1.2. həbs yerinin müdiriyyətinin qanuni tələblərinə əməl etmək;
32.1.3. sanitariya-gigiyena qaydalarına əməl etmək;
32.1.4. yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
32.1.5. həbs yerinin əmlakına qayğı ilə yanaşmaq;
32.1.6. saxlandığı kameranı növbəlik qaydasında təmizləmək (süpürmək və yumaq);
32.1.7. həbs yerinin işçiləri ilə, habelə digər tutulmuş və ya həbs edilmiş şəxslərlə nəzakətlə davranmaq;
32.1.8. həbs yerinin işçilərinin xidməti vəzifələrinin icrasına mane olmamaq;
32.1.9. özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən hərəkətlərə yol verməmək.
32.2. Həbs edilmiş şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı Daxili intizam qaydaları ilə müəyyən edilir. Bu əşyaların həbs edilmiş şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
HƏBS YERLƏRİNDƏ REJİMİN TƏMİN EDİLMƏSİ
Maddə 33. Həbs yerlərinin müdiriyyətinin vəzifələri
33.1. Həbs yerlərinin müdiriyyətinin aşağıdakı vəzifələri vardır:
33.1.1. həbs yerinə gətirilmiş tutulmuş və ya həbs edilmiş şəxsi qəbul etmək və dərhal aşağıdakı məlumatları qeydə almaq:
33.1.1.1. adı, atasının adı, soyadı, anadan olduğu tarix və yer, yaşadığı ünvan;
33.1.1.2. şəxsin tutulmasının və ya həbs edilməsinin əsası və onun tutulması və ya həbs edilməsi barədə qərarı qəbul etmiş orqan;
33.1.1.3. həbs yerinə gətirilmənin tarixi və vaxtı;
33.1.1.4. tutulmuş və ya həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısı;
33.1.1.5. tutulmuş və ya həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun həbs yerinə daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti;
33.1.1.6. həkim sirrinə aid tələblər nəzərə alınmaqla, tutulmuş və ya həbs edilmiş şəxsin özünün və ya digər şəxslərin saxlanılması şəraitinə təsir göstərə biləcək psixi və fiziki pozuntuları barədə məlumatlar; [8]
33.1.2. tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanının yaradılması (həbs yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verə bilməz); əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna , yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək və bu cür məlumatın verildiyini qeydə almaq; [9]
33.1.3. tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerinə gətirildikdən sonra təxirə salınmadan tibbi müayinədən keçirilməsini təmin etmək;
33.1.4. tutulmuş və ya həbs edilmiş şəxsləri hüquq və vəzifələri, Daxili intizam qaydaları, həbs yerində saxlanılma rejimi, təklif, ərizə və şikayətlərin verilməsi qaydası ilə tanış etmək və onlara bu barədə izahat vermək;
33.1.5. tutulmuş şəxslərin həbs yerlərində müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşlərini təmin etmək;
33.1.6. həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək;
33.1.7. tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerində şəxsi təhlükəsizliyini təmin etmək;
33.1.8. tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətlərini həmin sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək onlara vermək;
33.1.9. tutulmuş və ya həbs edilmiş şəxslərin təklif, şikayət və ərizələrini qeydiyyata almaq;
33.1.10. tutulmuş və ya həbs edilmiş şəxslərin məktub, teleqram, təklif, ərizə və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada göndərilməsini təmin etmək;
33.1.11. tutulmuş və ya həbs edilmiş şəxslərin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təmin etmək;
33.1.12. eyni cinayət işi və ya əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən tutulmuş və ya həbs edilmiş şəxslərin ayrılıqda saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin digər tutulmuş və ya həbs edilmiş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə tutulmuş və ya həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan digər məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişlərini yerinə yetirmək;
33.1.13. tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək;
33.1.14. cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslərin iştirakı ilə həbs yerində istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;
33.1.15. tutulmuş və ya həbs edilmiş şəxsləri məhkəmənin qərarına əsasən digər həbs yerinə köçürmək;
33.1.16. həbs edilmiş şəxsin telefonla danışmaq hüququnun təmin edilməsinə şərait yaratmaq;
33.1.17. həbs edilmiş şəxsin həbsdə saxlanılma müddətinin başa çatmasına 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;
33.1.18. həbs edilmiş şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmaq;
33.1.19. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və bu Qanunun 48-ci maddəsi ilə müəyyən edilmiş hallarda tutulmuş və ya həbs edilmiş şəxsi dərhal həbsdən azad etmək.
33.2. Həbs yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən sonra keçirilmiş tibbi müayinənin nəticələrinin onun sağlamlığı barədə qeydə alınmış məlumatlara əlavə olunmasını təmin etməlidir.
33.3. Tutulmuş və ya həbs edilmiş şəxsin prosessual hərəkətlərdə iştirak etməsi ilə əlaqədar onun barəsində aşağıdakı məlumatlar qeydə alınır:
33.3.1. prosessual hərəkəti həyata keçirən orqan;
33.3.2. prosessual hərəkətin yeri və vaxtı;
33.3.3. prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayət.
Maddə 34. Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerində saxlanılması qaydası
34.1. Tutulmuş və ya həbs edilmiş şəxslər bu Qanunun 29-cu, 30-cu və 35-ci maddələrində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla ümumi və ya birnəfərlik kameralarda saxlanılırlar.
34.2. Həbs edilmiş şəxslərin birnəfərlik kameralarda yerləşdirilməsi istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı əsasında həyata keçirilir.
34.3. Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı hallarda birnəfərlik kameralarda yerləşdirilə bilərlər:
34.3.1. birnəfərlik kameralarda yerləşdirilməsi barədə tutulmuş və ya həbs edilmiş şəxslər yazılı ərizə ilə müraciət etdikdə;
34.3.2. tutulmuş və ya həbs edilmiş şəxslərin həyat və sağlamlığı üçün yaranmış təhlükənin qarşısının alınması məqsədi ilə;
34.3.3. bu Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş ayrılıqda saxlama tələblərinin başqa cür yerinə yetirilməsi qeyri-mümkün olduqda.
34.4. Tutulmuş və ya həbs edilmiş şəxsin başqa kameralarda olan tutulmuş və ya həbs edilmiş şəxslərlə danışıqları, yazışmaları, onlardan birinin digərinə hər hansı əşya verməsi qadağandır.
Maddə 35. Tutulmuş və ya həbs edilmiş şəxslərin kameralarda ayrılıqda saxlanılması
35.1. Tutulmuş və ya həbs edilmiş şəxslər kameralara onların yaşı, cinsi, əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmaqla yerləşdirilir.
35.2. Aşağıdakı tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərində ayrı saxlanılırlar:
35.2.1. qadınlar kişilərdən;
35.2.2. yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan;
35.2.3. ilk dəfə cinayət törətmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə yerlərində cəza çəkmiş şəxslərdən;
35.2.4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, tutulmuş və ya həbs edilmiş şübhəli və ya təqsirləndirilən şəxslər, barəsində qanuni qüvvəyə minmiş hökm olan məhkumlardan;
35.2.5. cinayət prosesini həyata keçirən orqanın göstərişi ilə eyni cinayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən tutulmuş və ya həbs edilmiş şəxslər bir-birindən;
35.2.6. tutulmuş və ya həbs edilmiş məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri və ya həmin orqanların sabiq işçiləri digər tutulmuş və ya həbs edilmiş şəxslərdən;
35.2.7. tutulmuş və ya həbs edilmiş şəxslər onların həyat və ya sağlamlığına təhlükə törədən digər tutulmuş və ya həbs edilmiş şəxslərdən (həbs yerinin müdiriyyətinin və ya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə);
35.2.8. ağır yoluxucu xəstəliyə düçar olmuş və ya xüsusi tibbi nəzarətə ehtiyacı olan tutulmuş və ya həbs edilmiş şəxslər tibbi rəy əsasında sağlam şəxslərdən, zərurət olduqda isə həm də bir-birindən;
35.2.9. özü və ətrafdakılar üçün təhlükə törədə biləcək kəskin psixi vəziyyətdə olan tutulmuş və ya həbs edilmiş şəxslər onlar üçün nəzərdə tutulan xüsusi kameralarda təcrid edilməklə digər şəxslərdən.
Maddə 36. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və onların üzərində nəzarət
36.1. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerində mühafizə olunur və nəzarət altında saxlanılırlar. Həmin şəxslər həbs yerinin ərazisində həbs yerinin işçilərinin müşayiəti ilə hərəkət edirlər.
36.2. Nəzarət həyata keçirilərkən video, elektron və ya digər texniki vasitələrdən istifadə edilə bilər.
36.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır, fotoşəkilləri çəkilir və onların barəsində şəxsi axtarış tətbiq edilir. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldığı yerdə axtarış aparılır, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanılır. [10]
36.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin barəsində sanitariya-gigiyena tədbirləri və ya onların üzərində şəxsi axtarış həbs yerinin eyni cinsdən olan işçiləri tərəfindən həyata keçirilir.
36.5. Tutulmuş və ya həbs edilmiş şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə onlar müvafiq akt tərtib edilməklə götürülür, tutulmuş və ya həbs edilmiş şəxs azad olunanadək saxlanılmaq üçün anbara təhvil verilir və ya həbs yeri müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir. Tutulmuş və ya həbs edilmiş şəxs təhvil verilən əşyaların siyahısını imzalayır.
36.6. Tutulmuş və ya həbs edilmiş şəxsdə aşkar edilən pul onun sahibinin şəxsi hesabına köçürülür. Tutulmuş və ya həbs edilmiş şəxsdə aşkar edilən qiymətli kağızlar və ya özündə saxlanılması icazə verilməyən digər əşyalar həmin şəxsin vəsatəti ilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tutulmuş və ya həbs edilmiş şəxsin yaxın qohumlarına və ya digər şəxslərə onların razılığı olduqda verilir.
36.7. Tutulmuş və ya həbs edilmiş şəxslərdən götürülüb anbara təhvil verilmiş əşyalar yaxşı vəziyyətdə saxlanılmalıdır. Anbara təhvil verilmiş əşyaların məhv edilməsi barədə qərar qəbul edildikdə bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir.
36.8. Tutulmuş və ya həbs edilmiş şəxs özü ilə hər hansı dərman preparatları gətirdiyi halda, onlardan istifadə olunması barədə qərarı həkim qəbul edir.
36.9. Həbs yerinin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı həbs yerinin əməkdaşları tərəfindən gələn və gedən şəxslərin əşyaları və geyimi, o cümlədən daxil olan və çıxan nəqliyyat vasitələri yoxlanılır, qadağan olunmuş əşyalar aşkar edildikdə onlar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Həbs yerinə gələn şəxslərdə və ya nəqliyyat vasitələrində tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.
36.10. Tutulmuş və ya həbs edilmiş şəxslər müvəqqəti saxlama yerindən istintaq təcridxanasına keçirilərkən onlardan götürülmüş özlərində saxlanmasına icazə verilməyən əşyalar siyahıya alınaraq istintaq təcridxanasına göndərilir.
Maddə 37. İstintaq təcridxanalarına bitişik olan ərazilər
İstintaq təcridxanalarına bitişik olan ərazilərin sərhədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 38. İstintaq təcridxanasında tətbiq edilən həvəsləndirmə tədbirləri
38.1. Həbs edilmiş şəxslərə nümunəvi davranışına görə istintaq təcridxanasında aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:
38.1.1. təşəkkür elan etmək;
38.1.2. verilmiş tənbeh tədbirini vaxtından əvvəl götürmək.
38.2. İstintaq təcridxanasında həbs edilmiş şəxslərə həvəsləndirmə tədbirləri istintaq təcridxanası rəisinin və ya onu əvəz edən şəxsin qərarı əsasında tətbiq edilir.
Maddə 39. İstintaq təcridxanasında tətbiq edilən tənbeh tədbirləri
39.1. Daxili intizam qaydalarını pozan həbs edilmiş şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilə bilər:
39.1.3. 7 günədək müddətə cərimə təcridxanasında yerləşdirmə.
39.2. Tənbeh tədbiri həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə tətbiq edilir. Qərarın surəti həbs edilmiş şəxsə dərhal təqdim edilir və şikayət etmək hüququ ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır.
39.3. Bir pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq edilir.
39.4. Tənbeh tədbiri həbs yerlərində müəyyən edilmiş qaydaların pozulması halları və həbs edilmiş şəxsin davranışı nəzərə alınmaqla tətbiq edilir. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda, lakin pozuntu törədildiyi gündən ən geci 1 ay keçənədək tətbiq edilir.
39.5. Daxili intizam qaydalarının pozulmasında təqsirləndirilən həbs edilmiş şəxsin aşağıdakı hüquqları vardır:
39.5.1. hansı əməlinin Daxili intizam qaydalarının pozulması hesab olunduğu barədə dərhal məlumat almaq;
39.5.2. özünün müdafiəsi üçün kifayət qədər vaxta və şəraitə malik olmaq;
39.5.3. şəxsən və ya zəruri hesab etdiyi hallarda müdafiəçi vasitəsilə müdafiə olunmaq;
39.5.4. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
39.5.5. şahidlərin izahatının alınmasını tələb etmək və onların izahatının alınmasında iştirak etmək.
39.6. Tənbeh tədbiri verilməzdən əvvəl həbs edilmiş şəxsdən izahat alınır. Həbs edilmiş şəxs izahat verməkdən imtina etdikdə bu barədə imtinanın səbəbləri göstərilməklə akt tərtib edilir.
39.7. Həbs edilmiş şəxslər tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilərlər. Bu Qanunun 39.8-ci maddəsinə əsasən tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır. [11]
39.8. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin tətbiqinin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. [12]
Maddə 40. Cərimə təcridxanasında yerləşdirmə
40.1. Cərimə təcridxanası bu Qanunun 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda həbs edilmiş şəxsin yerləşdirilməsi üçün nəzərdə tutulan yerdir.
40.2. Cərimə təcridxanasında yerləşdirmə aşağıdakı hallarda müstəsna tədbir kimi tətbiq edilə bilər:
40.2.1. əvvəllər barəsində bu Qanunun 39.1.1-ci və ya 39.1.2-ci maddələri ilə müəyyən edilmiş tənbeh tədbirləri bir il ərzində azı iki dəfə tətbiq edilmiş şəxs yenidən Daxili intizam qaydalarını pozduqda;
40.2.2. həbs edilmiş şəxs həbs yerinin işçilərinin qanuni tələblərinə tabe olmadıqda və ya onları hədələdikdə;
40.2.3. həbs edilmiş şəxs xidməti vəzifələrini yerinə yetirən digər şəxsləri hədələdikdə;
40.2.4. həbs edilmiş şəxs digər həbs edilmiş şəxsləri hədələdikdə;
40.2.5. xırda xuliqanlıq əməli törədildikdə.
40.3. Cərimə təcridxanasında yerləşdirilən həbs edilmiş şəxs fərdi çarpayı və yataq ləvazimatı ilə təmin edilir.
40.4. Cərimə təcridxanasında olduğu müddət ərzində həbs edilmiş şəxslərin ərzaq məhsulları əldə etməsi, bağlama, sovqat və banderol alması, stolüstü oyunlar oynaması, televiziya verilişlərinə baxması qadağandır. Bu şəxslərin ünvanına gəlmiş bağlama, sovqat və banderollar cərimə təcridxanasından azad edildikdən sonra onlara təqdim edilir.
40.5. Cərimə təcridxanasında olduğu müddət ərzində həbs edilmiş şəxslərin görüşləri və ya yazışmaları yalnız o halda qadağan edilir ki, onların cərimə təcridxanasında yerləşdirilməsinə əsas verən hüquq pozuntusu bilavasitə görüşlərlə və ya yazışmalarla bağlı olsun.
40.6. Cərimə təcridxanasında yerləşdirilən şəxslər hər gün ən azı 1 saat gəzinti hüququna malikdirlər.
40.7. Həbs edilmiş şəxslər cərimə təcridxanasında yerləşdirildikdən dərhal sonra və cərimə təcridxanasında olduğu müddət ərzində hər gün ən azı bir dəfə tibb işçisi tərəfindən yoxlanılmalı və zəruri tibbi yardımla təmin olunmalıdırlar.
40.8. Barəsində cərimə təcridxanasında yerləşdirmə növündə tənbeh tədbiri tətbiq edilmiş şəxs səhhəti ilə əlaqədar cərimə təcridxanasında saxlanılmasının qeyri-mümkün olması barədə tibbi rəy olduqda, cərimə təcridxanasından azad edilir.
40.9. Cərimə təcridxanasından azad olunma haqqında müvafiq qeydiyyat aparılır.
40.10. Cərimə təcridxanasında yerləşdirmə növündə tənbeh tədbiri yetkinlik yaşına çatmayan şəxslərə, hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara tətbiq edilə bilməz.
Maddə 41. Tutulmuş və ya həbs edilmiş şəxslərin maddi məsuliyyəti
41.1. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerində saxlanılan zaman dövlət əmlakına vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.
41.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin dövlət əmlakına vurduqları maddi ziyanın məbləği yoxlama materialları əsasında həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə müəyyən edilir. Maddi ziyanı ödəmək barədə qərar tutulmuş və ya həbs edilmiş şəxsə imza etdirməklə elan olunur. Tutulmuş və ya həbs edilmiş şəxs həmin qərardan yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilər.
41.3. Tutulmuş və ya həbs edilmiş şəxs vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən imtina etdikdə, həmin ziyanın əvəzi ondan məhkəmə qaydasında tutulur.
41.4. Dəymiş maddi ziyana görə düzgün tutulmayan məbləğ geri qaytarılır və tutulmuş və ya həbs edilmiş şəxsin şəxsi hesabına köçürülür.
41.5. Tutulmuş və ya həbs edilmiş şəxsin xahişi ilə maddi ziyan razılıqları olduqda onun qohumları və ya digər şəxslər tərəfindən ödənilə bilər.
41.6. Cəzaçəkmə müəssisəsinə göndərilərkən ödənilməyən maddi ziyan cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən məhkumun şəxsi hesabından tutulur.
41.7. Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerindən azad edilərkən ödənilməyən maddi ziyanın əvəzi ondan məhkəmə qaydasında tutulur.
41.8. Tutulmuş və ya həbs edilmiş şəxsə həbs yerinin işçiləri tərəfindən vurulan maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tutulur.
Maddə 42. Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən imtina etdikdə görülən tədbirlər
42.1. Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən imtina etdikdə, həbs yerinin rəisi və ya onu əvəz edən şəxs bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal cinayət prosesini həyata keçirən orqana yazılı formada məlumat verməlidir.
42.2. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, həbs yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün təcili tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, tutulmuş və ya həbs edilmiş şəxsə müvafiq izahat verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.
42.3. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxs, həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə digər tutulmuş və ya həbs edilmiş şəxslərdən ayrı saxlanılır, onun üzərində həkim nəzarəti təyin edilir.
42.4. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerində saxlanılma rejimindən irəli gələn öhdəliklərdən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.
42.5. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsə Daxili intizam qaydaları ilə nəzərdə tutulan vaxtda müəyyən edilmiş normalar üzrə bu barədə müvafiq qeydiyyat aparılmaqla səhər, günorta və şam yeməyi verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqədə qeyd olunur.
42.6. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərti ilə məcburi qaydada qidalandırılması həyata keçirilir.
42.7. Tutulmuş və ya həbs edilmiş şəxsin yemək qəbulundan imtina etməsi onun digər həbs yerlərinə göndərilməsinə, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirakına mane olmur. Yemək qəbulundan imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin digər həbs yerlərinə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.
Maddə 43. Həbs yerlərində fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi şərtləri və hüdudları
43.1. Həbs yerlərinin əməkdaşları və ya həbs yerlərində rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah bu Qanunla müəyyən edilmiş hallarda və qaydada tətbiq edilir.
43.2. Fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edilərkən aşağıdakı şərtlərə riayət edilməlidir:
43.2.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
43.2.2. qrup halında və ya odlu silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr və ya odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;
43.2.3. xüsusi vasitələr və ya odlu silah yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;
43.2.4. fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;
43.2.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;
43.2.6. odlu silah tətbiq edilməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, yaxud hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən və ya təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər);
43.2.7. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.
43.3. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. Həbs yerinin əməkdaşları tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda həbs yerinin müdiriyyəti bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına, odlu silahın tətbiq edilməsi barədə isə habelə prokurorluq orqanlarına yazılı məlumat verməli və hadisə yerinin dəyişilməmiş saxlanılmasına çalışmalıdır.
43.4. Həbs yerinin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitənin və ya odlu silahın tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır.
43.5. Həbs yerinin əməkdaşlarının öz səlahiyyətlərini, zəruri müdafiə və son zərurət hədlərini, habelə cinayət törətmiş şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşaraq fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq etməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 44 . Həbs yerlərində fiziki qüvvənin tətbiqi
Hazırlanan və ya törədilən cinayətin və ya digər hüquq pozuntularının qarşısını almaq, habelə həbs yerinin işçilərinin qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün, bunların başqa üsullarla təmin edilməsi mümkün olmadıqda, fiziki qüvvə tətbiq edilə bilər.
Maddə 45 . Həbs yerlərində xüsusi vasitələrin tətbiqi
45.1. Həbs yerində xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilə bilər:
45.1.1. həbs yerinin işçilərinə və ya digər şəxslərə tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən edilən hücumları dəf etmək üçün;
45.1.2. kütləvi iğtişaşların və ya həbs yerində saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını almaq üçün;
45.1.3. həbs yerinin işçilərinin və ya həbs yerində rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanı işçilərinin qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən tutulmuş və ya həbs edilmiş şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün;
45.1.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün;
45.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerindən qaçması cəhdinin qarşısını almaq üçün;
45.1.6. tutulmuş və ya həbs edilmiş şəxsin özünə və ətrafdakılara zərər yetirmək cəhdinin qarşısını almaq üçün.
45.2. Tutulmuş və ya həbs edilmiş şəxslərə aşağıdakı xüsusi vasitələr tətbiq olunur:
45.2.1. rezin dəyənəklər – bu Qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.2. əl qandalları – bu Qanunun 45.1.3, 45.1.5 və 45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.3. yayındırıcı təsir göstərən işıq-səs vasitələri – bu Qanunun 45.1.1-45.1.4-cü və 45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.4. maneədağıdan vasitələr – bu Qanunun 45.1.4-cü maddəsində göstərilən hallarda;
45.2.5. suvuranlar və zirehli maşınlar – bu Qanunun 45.1.2-ci və 45.1.4-cü maddələrində göstərilən hallarda;
45.2.6. xidməti itlər – bu Qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.7. gözyaşardıcı qaz – bu Qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda.
Maddə 46. Odlu silahın tətbiqi
46.0. Həbs yerlərində odlu silah müstəsna tədbir kimi zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısı alınarkən aşağıdakı hallarda tətbiq edilə bilər:
46.0.1. həbs yerinin işçilərini, tutulmuş və ya həbs edilmiş şəxsləri və ya digər şəxsləri onların həyatına və sağlamlığına təhlükə yaradan basqından müdafiə etmək üçün;
46.0.2. həyatına və sağlamlığına təhlükə yarandıqda və bu təhlükənin başqa vasitələrlə aradan qaldırılması mümkün olmadıqda, girov saxlanılan şəxsləri azad etmək üçün;
46.0.3. həbs yerinin binalarına, qurğularına və ya nəqliyyat vasitələrinə edilən silahlı hücumları dəf etmək üçün;
46.0.4. silahlı müqavimət göstərən, silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edərək həbs yerinin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyatına və sağlamlığına təhlükə yaradan silahlı şəxsin tutulub saxlanılması üçün;
46.0.5. tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerindən və ya müşayiət zamanı qaçmasının qarşısının başqa vasitələrlə alınması mümkün olmadıqda, bu qaçışın qarşısının alınması üçün;
46.0.6. həbs yerinin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;
46.0.7. tutulmuş, həbs edilmiş və ya digər şəxslər tərəfindən odlu silahın ələ keçirilməsinin qarşısını almaq üçün;
46.0.8. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.
Maddə 47. Həbs yerlərində xüsusi saxlanılma şəraitinin tətbiq edilməsi
47.1. Həbs yerinin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin və digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradan kütləvi iğtişaşlar, habelə təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən həbs yerində 30 günədək müddətə xüsusi saxlanılma şəraiti tətbiq edilə bilər.
47.2. Həbs yerində xüsusi saxlanılma şəraitinin tətbiq edildiyi müddətdə, tutulmuş və ya həbs edilmiş şəxslərin iştirakı ilə aparılan tədbirlər məhdudlaşdırılır və ya dayandırılır, tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi, onların üzərində nəzarət, habelə buraxılış rejimi gücləndirilir, bağlamaların, sovqatların və banderolların qəbul edilməsi dayandırılır, həbs yerinin normal fəaliyyətinin təmin edilməsi məqsədi ilə digər tədbirlər həyata keçirilir.
47.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyatı və sağlamlığı üçün real təhlükə yarandıqda, həbs yerinin rəisi müstəqil olaraq bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş tədbirləri tətbiq edə bilər. Bu halda o, tabeliyində olduğu müvafiq icra hakimiyyəti orqanına bu barədə dərhal məlumat verir.
47.4. Həbs yerində xüsusi saxlanılma şəraitinin tətbiq edilməsi barədə prokurorluq orqanlarına yazılı məlumat verilir.
47.5. Həbs yerində xüsusi saxlanılma şəraiti onun tətbiq edilməsi barədə qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilir.
YEKUN MÜDDƏALAR
Maddə 48. Tutulmuş və ya həbs edilmiş şəxslərin həbsdən azad edilməsinin əsasları və qaydası
48.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, tutulmuş və ya həbs edilmiş şəxsin azad edilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qəbul etdiyi qərar həbs yerinin müdiriyyəti tərəfindən dərhal icra edilir.
48.2. Aşağıdakı hallarda həbs yerinin rəisi cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan müvafiq protokol tərtib etməklə, tutulmuş və ya həbs edilmiş şəxsi dərhal azad edir:
48.2.1. həbs qətimkan tədbirinin məhkəmə qərarında müəyyən edilmiş müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;
48.2.2. tutma və ya həbsdə saxlamanın Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan son müddəti başa çatdıqda və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda ; [13]
48.2.2-1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda; [14]
48.2.3. cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.
48.3. Həbs edilmiş şəxsin həbsdə saxlanması müddətinin başa çatmasına 7 gün qalmış həbs yerinin rəisi bu barədə cinayət prosesini həyata keçirən orqana məlumat verir.
48.4. Tutulmuş və ya həbs edilmiş şəxsin azad edilməsinin tarixi və vaxtı qeyd edilir.
48.5. Tutulmuş və ya həbs edilmiş şəxs azad edildikdə onun anbara təhvil verdiyi əşyalar və pul vəsaitləri qaytarılır. Tutulmuş və ya həbs edilmiş şəxs əmlakın ona qaytarıldığını imzası ilə təsdiq edir.
48.6. Həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin bu Qanunun 48.1-ci və 48.2-ci maddələrində göstərilən hallarda tutulmuş və ya həbs edilmiş şəxsi dərhal azad etməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 49. Dövlət nəzarəti və ictimai nəzarət
49.1. Həbs yerlərinə idarədaxili nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, idarədənkənar nəzarət isə məhkəmə və prokurorluq orqanları tərəfindən həyata keçirilir.
49.2. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən həbs yerlərinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, həbs yerlərinin müdiriyyəti tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin həbs yerlərinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
49.3. Həbs yerlərinin fəaliyyətinə ictimai nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 50. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 18 aprel 2014-cü il tarixli 944-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 aprel 2014-cü il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 347)
2. 20 iyun 2014-cü il tarixli 989-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 767)
3. 17 may 2016-cı il tarixli 243-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, №139 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 987 )
4. 12 oktyabr 2018-ci il tarixli 1282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1979 )
5. 30 oktyabr 2018-ci il tarixli 1316-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 25 noyabr 2018-ci il, № 266 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2226 )
6. 5 mart 2019-cu il tarixli 1520-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 10 aprel 2019-cu il, № 76 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 579 )
7. 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685 )
8. 19 may 2020-ci il tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 12 iyun 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 831 )
9. 4 may 2021-ci il tarixli 312-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 548 )
10. 22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896 )
11. 8 iyul 2022-ci il tarixli 582-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 829 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 oktyabr 2018-ci il tarixli 1316-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 25 noyabr 2018-ci il, № 266 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2226 ) ilə 1.0.1-ci, 3.3-cü və 5.2-ci maddələrində “və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin” sözləri “, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının” sözləri ilə əvəz edilmişdir.
[2] 18 aprel 2014-cü il tarixli 944-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 30 aprel 2014-cü il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 347) ilə 5.2-ci maddədə “seçilməsi” sözündən sonra “və ya tutulma müddətinin uzadılması” sözləri əlavə edilmişdir.
[3] 18 aprel 2014-cü il tarixli 944-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 30 aprel 2014-cü il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 347) ilə 8.1-ci maddənin birinci cümləsində “həbs edilmiş şəxs” sözlərindən sonra “məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı” sözləri əlavə edilmişdir.
[4] 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685 ) ilə 15.1.22-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
15.1.22. psixoloji yardım almaq;
[5] 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685 ) ilə 22.4-cü maddədən “və psixoloji” sözləri çıxarılmışdır.
[6] 4 may 2021-ci il tarixli 312-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 548 ) ilə 22.7.10-cu maddədə “səhiyyə” sözü “dövlət tibb” sözləri ilə əvəz edilmişdir.
[7] 19 may 2020-ci il tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 12 iyun 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 831 ) ilə 25.1-ci maddəsinin dördüncü cümləsində “II qrup əlillər” sözləri “II dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.
22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896 ) ilə 25.1-ci maddənin dördüncü cümləsində “I və ya II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.
[8] 8 iyul 2022-ci il tarixli 582-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 829 ) ilə 33.1.1.6-cı və 43.2.2-ci maddələrində “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.
[9] 20 iyun 2014-cü il tarixli 989-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 767) ilə 33.1.2-ci maddəsində “şəxsin qocalığı,” sözlərindən sonra “yetkinlik yaşına çatmaması,” sözləri, “konsulluğuna” sözündən sonra “, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata” sözləri əlavə edilmişdir.
[10] 5 mart 2019-cu il tarixli 1520-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 10 aprel 2019-cu il, № 76 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 579 ) ilə 12.1.2-ci və 36.3-cü maddələrində “daktiloskopik” sözü “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom” sözləri ilə əvəz edilmişdir.
[11] 17 may 2016-cı il tarixli 243-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, №139 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 987 ) ilə 39.7-ci maddənin ikinci cümləsində “Şikayətin” sözü “Bu Qanunun 39.8-ci maddəsinə əsasən tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin” sözləri ilə əvəz edilmişdir.
[12] 17 may 2016-cı il tarixli 243-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, №139 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 987 ) ilə yeni məzmunda 39.8-ci maddə əlavə edilmişdir.
[13] 12 oktyabr 2018-ci il tarixli 1282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1979 ) ilə 48.2.2-ci maddəyə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilmişdir.
[14] 12 oktyabr 2018-ci il tarixli 1282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1979 ) ilə yeni məzmunda 48.2.2-1-ci maddə əlavə edilmişdir.
Şəbəkə topologiyaları: anlayışı, növləri və xüsusiyyətləri, nümunələri
The şəbəkə topologiyaları marşrutlaşdırıcılar, kompüterlər, printerlər və şəbəkədə ola biləcək fərqli əlaqələr kimi cihazların fərqli paylanmasıdır. Bunlar qrafik olaraq təsvir edilə bilər.
Bu səbəbdən bir kompüter şəbəkəsinin fiziki və ya məntiqi dizaynına istinad edirlər. Fərqli qovşaqların yerləşdirilmə tərzini və bir-biri ilə necə əlaqəli olduqlarını təyin edirlər. Eynilə, məlumatların bu qovşaqlar arasında necə ötürüldüyünü təsvir edə bilərlər.
Həm şəbəkə topologiyası, həm də şəbəkədəki trafik axınlarının mənbəyinin və təyinat məntəqələrinin nisbi yerləri hər axın üçün optimal yolu və uğursuzluq halında marşrutun əlavə variantlarının dərəcəsini müəyyənləşdirir.
İki növ şəbəkə topologiyası mövcuddur. Məntiqi topologiya, şəbəkədəki müxtəlif cihazlar vasitəsilə məlumat ötürmə modelinə əsaslanır. Digər tərəfdən fiziki topologiya şəbəkəyə qoşulmuş kompüterlərin fiziki dizaynına əsaslanır.
Şəbəkənin təşkili
Şəbəkənin topologiyası onun fəaliyyətini təyin etmək üçün çox vacibdir. Şəbəkənin təşkil edilməsidir, cihazların və əlaqələrin bir-birinə bağlamaq üçün necə qurulduğunun məntiqi və ya fiziki təsvirini ehtiva edir.
Hər birinin fərqli üstünlükləri və mənfi cəhətləri olan bir şəbəkə təşkil etmək üçün çoxsaylı yol var, bəziləri müəyyən şərtlərdə digərlərindən daha faydalıdır.
Konsepsiya
Şəbəkə topologiyaları, şəbəkədəki müxtəlif cihazların və əlaqələrin öz aralarında necə təşkil olunduğuna istinad edir. Şəbəkəni şəhər, topologiyanı isə marşrut xəritəsi kimi düşünə bilərsiniz.
Bir şəhərin təşkili və saxlanmasının bir çox yolu olduğu kimi, yolların da şəhərin ən çox trafikə sahib olan hissələri arasında keçidi asanlaşdırması kimi bir şəbəkə təşkil etməyin bir neçə yolu var.
Hər topologiyanın üstünlükləri və mənfi cəhətləri var. Təşkilatın tələblərinə görə, müəyyən konfiqurasiyalar daha yüksək səviyyədə təhlükəsizlik və əlaqə təmin edə bilər.
Topologiya şəbəkənin virtual quruluşu kimi qəbul edilməlidir. Bu forma mütləq şəbəkədəki cihazların həqiqi fiziki tərtibatına uyğun gəlmir.
Ev şəbəkəsindəki bir dairə şəklində yerləşdirilə bilən kompüterləri düşünə bilərsiniz. Bununla birlikdə, orada bir üzük topologiyasına sahib olmaq mümkün deyil.
Topoloji seçimi
Şəbəkə üçün bir topoloji tətbiq etmək üçün menecerlər bir sıra alternativlərə sahibdirlər. Bu qərar şirkətin nisbətini, büdcəsini və hədəflərini nəzərə almalıdır.
Şəbəkə topologiyasının praktik idarəetməsində əməliyyatın ümumi nəzarəti, vizual təsvir və topologiyanın idarə olunması kimi fərqli fəaliyyətlər ortaya çıxır.
Ən əsası, şəbəkə konfiqurasiyasını şirkət üçün ən uyğun şəkildə qurmaq və idarə etmək üçün ehtiyacları və hədəfləri anlamaqdır.
Bir təşkilatın əməliyyat modeli üçün düzgün konfiqurasiyanı seçmək, performansı yaxşılaşdırmaqla yanaşı, problemlərin həllini, problemlərin həllini və şəbəkə resurslarının daha səmərəli bölgüsünü asanlaşdıraraq əla şəbəkə sağlamlığını təmin edə bilər.
Əhəmiyyət
Şəbəkə dizaynı bir neçə səbəbə görə vacibdir. Əsasən, şəbəkənin nə qədər və necə işləyəcəyində əsas rolu var.
Yaxşı idarə olunan şəbəkə topologiyası məlumat və enerji effektivliyini yaxşılaşdırır ki, bu da təmir və istismar xərclərini azaltmağa kömək edəcəkdir.
Bir şəbəkənin tərtibatı və dizaynı şəbəkə topologiyası proqramı tərəfindən yaradılan diaqram vasitəsilə sərgilənir.
Bu diaqramlar bir sıra səbəblərdən, xüsusən fiziki və məntiqi dizaynların vizual təsvirini təmin edə bilməsi baxımından kritik əhəmiyyət kəsb edir, administratorlara problemi həll edərkən cihazlar arasındakı əlaqələri görməyə imkan verir.
Şəbəkənin təşkili yolu şəbəkə bağlantısını, funksionallığı və dayanma vaxtından qorunma yarada və ya poza bilər.
Növləri və xüsusiyyətləri
– Fiziki topologiyalar
Kabel (DSL, Ethernet), mikrodalğalı və ya fiber optik kimi cihazlar və şəbəkənin fiziki əlaqələri arasındakı əlaqələrin dizaynına aiddir.
Aşağıdakı illüstrasiyada göstərildiyi və daha sonra təsvir edildiyi kimi bir neçə ümumi fiziki topoloji var.
Avtobus şəbəkəsi
Hər cihaz xətti bir yol boyunca ardıcıl olaraq bağlanır. Bu tənzimləmə günümüzdə əsasən genişzolaqlı simli paylama şəbəkələrində tapılmışdır.
Ulduz şəbəkə
Bu şəbəkədə mərkəzi bir cihaz bütün digər cihazlara birbaşa bağlıdır. Ən çox simli ofis şəbəkələri kimi Ethernet açarlarını istifadə edən lokal şəbəkələr (LAN) ulduz konfiqurasiyasına malikdir.
Zəng şəbəkəsi
Bu konfiqurasiyada cihazlar dairə şəklində bir şəbəkəyə bağlanır. Bəzi şəbəkələr siqnalları yalnız bir istiqamətə, digərləri isə hər iki istiqamətə də göndərə biləcəklər.
Bu ikitərəfli şəbəkələr avtobus şəbəkələrindən daha güclüdür, çünki siqnal cihaza çatmaq üçün hər iki tərəfə keçə bilər.
Mesh xalis
Bu şəbəkə cihazlarla əlaqələri elə bir şəkildə əlaqələndirir ki, şəbəkədəki ən azı bəzi nöqtələr arasında çoxsaylı marşrutlar mövcud olsun.
Şəbəkə yalnız bəzi cihazlar başqalarına qoşulduqda qismən meshur və bütün cihazlar bütün digərləri ilə birbaşa əlaqəli olduqda tamamilə meshlanır.
Çox yollu mesh uğursuzluğa qarşı müqaviməti artırır, eyni zamanda maliyyəti artırır.
Ağac toru
Ulduz ulduzu da deyilir, müxtəlif ulduz topologiyalarının bir ulduz konfiqurasiyasında birləşdirildiyi bir şəbəkədir.
Fərqli məlumat mərkəzləri arasındakı şəbəkələr kimi bir çox böyük Ethernet keçid şəbəkəsi ağaca bənzəyir.
Hibrid şəbəkə
İki və ya daha çox topologiyanın qarışığıdır. Məsələn, bir ofis avtobus topologiyasından, başqa bir ofis ulduz topologiyasından istifadə edirsə, bu iki topologiyanı birləşdirmək hibrid bir topologiyaya səbəb olacaq: avtobus topologiyası və ulduz topologiyası.
– Məntiqi topologiyalar
Bir şəbəkə üçün məntiqi topoloji bir qədər daha strateji və mücərrəddir. Ümumiyyətlə, şəbəkənin necə və niyə olduğu şəkildə təşkil edildiyi və məlumatların onun vasitəsilə necə hərəkət etdiyi barədə konseptual bir anlayış əldə etməkdən ibarətdir. Cihazlar və əlaqələr arasındakı məntiqi əlaqəyə aiddir.
Məntiqi əlaqə, məlumatların ara nöqtələrdə görünməz bir sıçrayış edə biləcəyi zaman fiziki yoldan fərqlənəcəkdir.
Optik şəbəkələrdə optik multipleksorlar (ADM) məntiqi optik yollar yaradır, çünki ADM hop son nöqtə düyünlərinə görünmür.
Virtual dövrələrdən ibarət olan şəbəkələr, kabel kimi həqiqi əlaqə sahəsinə görə fiziki bir topologiyaya və sxemlərə əsaslanan məntiqi bir topologiyaya sahib olacaqdır.
Bəzən məntiqi topoloji istifadəçinin gördüyü kimi konfiqurasiyaya uyğundur, bu da şəbəkə bağlantısı deməkdir.
IP və Ethernet şəbəkələri
Bu gün ən çox istifadə olunan iki şəbəkə, IP və Ethernet, tamamilə əlaqə səviyyəsindədir, çünki istənilən istifadəçi istənməyən əlaqələri bloklamaq üçün bir firewall kimi bir vasitə təqdim edilmədiyi təqdirdə, hər kəslə əlaqə qura bilər.
Ümumi əlaqə, şəbəkədə işlənən protokollara, məsələn, şəbəkənin fiziki topologiyasına deyil, Ethernetə bağlıdır. Bu səbəbdən insanlara hər hansı bir fiziki şəbəkə topologiyası tamamilə bir-birinə qarışmış kimi görünə bilər.
Nümunələr
Avtobus şəbəkəsi
Ethernet kabelinə əsaslanan avtobus şəbəkəsi topologiyalarının quraşdırılması nisbətən asandır və ucuzdur, baxmayaraq ki, aralar mövcud kabelin maksimum uzunluğu ilə məhdudlaşır.
Məsələn, fərz edək ki, dörd kompüterdən ibarət bir avtobus şəbəkəsi: PC-A, PC-B, PC-C və PC-D.
PC-A PC-C-yə məlumat göndərirsə, şəbəkədəki bütün kompüterlər bu məlumatları alacaq, ancaq yalnız PC-C qəbul edəcəkdir. PC-C cavab verərsə, yalnız PC-A qaytarılmış məlumatları qəbul edəcəkdir.
İki avtobus kabelinə qoşulmaq genişlənməyə nail ola bilər, lakin bu topoloji məhdud sayda cihazla, ümumiyyətlə tək bir avtobusda on iki cihazdan daha yaxşı işləyir.
Ulduz şəbəkə
Ulduz şəbəkə topologiyaları mərkəzi əlaqə nöqtəsinin yönləndirici və ya şəbəkə mərkəzi ola biləcəyi ev şəbəkələrində yaygındır.
Ekransız bükülü cüt (UTP) Ethernet kabel sistemi ümumiyyətlə cihazları hubla birləşdirmək üçün istifadə olunur, lakin koaksial və ya fiber optik kabeldən də istifadə edilə bilər.
Avtobus topologiyası ilə qarşılaşan bir ulduz şəbəkəsi ümumiyyətlə daha çox kabel tələb edir.
Zəng şəbəkəsi
Bəzi ticarət şirkətləri tərəfindən də istifadə olunmasına baxmayaraq halqa şəbəkəsi topologiyalarına ən çox universitetlərdə rast gəlinir.
Avtobus topologiyası kimi, bu topologiya da son şəbəkələrdə etibarlı deyil. IBM, avtobus topologiyasının mövcud çatışmazlıqlarının öhdəsindən gəlmək üçün prinsipcə tətbiq etdi.
Bağlı çox sayda cihazınız varsa, şəbəkə boyunca hərəkət edərkən məlumat siqnallarını “yeniləmək” üçün təkrarlayıcılardan istifadə edilməlidir.
Mesh xalis
Mesh şəbəkə topologiyaları İnternet və müəyyən geniş ərazi şəbəkələri (WAN) üçün tipikdir.
Məlumatlar “qırılmış əlaqələrin qarşısını almaq” və ya “ən qısa məsafəli marşrut” kimi müəyyən meyarlarla müəyyən edilən marşrutlaşdırma məntiqi ilə ötürülə bilər.
Ağac toru
Tez-tez geniş şəbəkələrdə (WAN) istifadə olunur. Qrup iş yerləri üçün idealdırlar.
Avtobus və ulduz topologiyalarını genişləndirərək cihaz genişlənməsinə asanlıqla nail ola və saxlaya bilərsiniz.
Xətaların aşkarlanması da sadədir, lakin bu sistemlər kabel və maliyet tələb edən sistemlərdir.
İstinadlar
- Margaret Rouse (2019). Şəbəkə topologiyası. Techtarget. Buradan götürülmüşdür: searchnetworking.techtarget.com.
- Dns Stuff (2019). Şəbəkə topologiyası nədir? Növlər və diaqramlar üçün ən yaxşı təlimat. Buradan götürülmüşdür: dnsstuff.com.
- Finjan (2017). Şəbəkə topologiyasına daha yaxından baxın. Buradan götürülmüşdür: blog.finjan.com.
- Kompüter Şəbəkəsi Qeydləri (2019). Şəbəkə topologiyaları nümunələrlə izah olunur. Buradan götürülmüşdür: computernetworkingnotes.com.
- Techopedia (2019). Şəbəkə topologiyası. Buradan götürülmüşdür: ceilingpedia.com.
- Gecəyə Təhsil (2019). Şəbəkə topologiyasının növləri. Buradan götürülmüşdür: studytonight.com.
Comments are closed, but trackbacks and pingbacks are open.