Press "Enter" to skip to content

Secilmiş qəzəllər

Ləbi-ləlin zülal abindən ayru,
Şərabi-çeşmeyi-heyvan gərəkməz.

Secilmiş qəzəllər

Azerbaycanlı genclerimizin son zamanlar milli folklorumuzun mirvarisi sayılan qezellere meyl göstermesi bir genc kimi meni çox sevindirir.Statistikaya göre üniversitet ve orta mekteblerde ve Mirze Feteli Axundov adına merkezi kitabxanada genclerin en çox oxuduğu kitablar qezel ve rübai janrlı şerlerdir.Bunu nezere alaraq özümün de çox sevdiyim bu ince folklor nümunesinden bir fraqment hazırladım.En çox sevdiyim qezeller silsilesi.Buyurun sizler de faydalanın

Gece xelvetce bize sevgili yar gelmiş idi,
Üzü aydan da gözel Nazlı Nigar gelmiş idi.

Ter taxıb gül yanağından,bulud örtmüşdü ayı,
Onu düşmenmi qovub,könlü qubar gelmiş idi.

Ona men göz yetirib xelveti baxdım-baxdım,
Ovçunun ovlağına körpe şikar gelmiş idi.

Uyuyub her ikimiz rahet olub bir yatdıq,
Bextimin bağçasına güllü bahar gelmiş idi.

Dedi:Getmek demidir,söyle ne istersen yar,?
Bir öpüş istedim ondan,yeri var gelmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı meni,
Odlara yandı dilim, sanki şerar gelmiş idi.

Ey Nizami! – dedi- birden ayilib,gördüm o yox
Deme röyada bize,çeşmi xumar gelmiş idi.
(Nizami Gencevi)

Dedim : – Ey qönçe dehan, könlümü qan eylemisen
Dedi : – Bica yere eşqimde feqan eylemisen

Dedim : – Insaf ele incitme meni, aşiqinem
Dedi : – Get, sirrimi dünyaya eyan eylemisen

Dedim : – Ağlatma meni serv boyun şövqünde
Dedi : – Göz yaşini bihude revan eylemisen

Dedim : – Axir, gözelim, bagü baharim sensen
Dedi : – Sen ömrünü hesretle xezan eylemisen

Dedim : – Az çekmemişem gözlerinin hesretini
Dedi : – Öz könlünü yersiz nigaran eylemisen

Dedim : – Eşqinde esirem, mene bes xeyri nedir.
Dedi : – Evvelde bu sevdade xziyan eylemisen

Dedim : – Eşq ateşi neyler mene, qorxan deyilem
Dedi : – Biçare, yanarsan, ne güman eylemisen.

Dedim : – Ey gül, men ezelden de gözel aşiqiyem
Dedi : – Sen ruhini eşq iyle cevan eylemisen

Dedim : – Her gün seri-kuyinde dolqnmaqdir işim
Dedi : – Vahid, ne gözel yerde mekan eylemisen.
(Eliağa

Şerhler:
DJ_Telman [ OFF ] (17.09.2021 / 00:19)
Beyendim

Shehrezat [ OFF ] (20.03.2015 / 21:17)

Kayzen

Mana sənsiz cahanu can gərəkməz,
Vüsalın var ikən hicranın gərəkməz.

Ləbi-ləlin zülal abindən ayru,
Şərabi-çeşmeyi-heyvan gərəkməz.

Qəmindir könlümün təxtində sultan,
Bir iqlimə iki sultan gərəkməz.
Ardı →

Səndədir qəzəli

  • İmadəddin Nəsimi
  • 22 mart 2010, 22:59

Səndədir

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir,
Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.

Qandadır deyü nə sərgərdan gəzərsən zənn ilən,
Gəzməgil hər mənzili çün can məkanı səndədir.

Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir.

Eylə qəzəli

  • İmadəddin Nəsimi
  • 22 mart 2010, 18:48

Eylə

Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın halına, andan həzər eylə!

Bir halə qərar eyləmə əyyam, keçər ömür,
Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!
Ardı →

Comments are closed, but trackbacks and pingbacks are open.