Press "Enter" to skip to content

Azərbaycanın seçki sistemi demokratik meyarlara tam cavab verir

Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğ imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən “exit poll” prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.

Secki sistemi ve onun mahiyyəti

Nuranə Yusif qızı Yusifova

Bakı Dövlət Universiteti

SEÇKİ HÜQUQU VƏ SEÇKİ SİSTEMİNİN ƏSAS MAHİYYƏTİ

Açar sözlər: konstitusiya, seçki hüququ, seçki prosesi, legitimlik, xalqın iradəsi
Key words: constitution, suffrage, election process, legitimacy, the will of the people
Ключевые слова: конституция, избирательное право, процесс выборов легитимность, народная воля

Bəşəriyyət tarix boyu insan hüquqlarının məhdudlaşdırılmasının qarşısını almaq üçün idarəetmənin böyük bir praktiki prosesini keçmişdir. Bütün dünya dövlətçilik tarixində bu prinsipə əməl etmək üçün müxtəlif tədbirlərə, üsullara müraciət edilmişdir. Seçki məhz həmin üsullardan biridir. Seçkilər əksəriyyətin iradəsini ifadə etmək baxımından hakimiyyəti legitimləşdirir. Seçkilər vasitəsilə xalq öz nümayəndələrini seçir və suveren hüquqlarını həyata keçirmək üçün onlar arasında mandat bölgüsü aparır. Bu yolla insan və vətəndaşın ən mühüm hüquqlarından biri həyata keçirilir. 10 dekabr 1948 – ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ndə qeyd olunduğu kimi, xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir. Məqalədə seçki hüququ və əsas seçki sistemlərinin hüquqi mahiyyətindən bəhs olunmuşdur.

MƏQALƏNİ YÜKLƏ [153,64 Kb] (yüklənib: 39)

Azərbaycanın seçki sistemi demokratik meyarlara tam cavab verir

Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir.

Demokratik seçkilərin əsas şərti hesabat vermək məsuliyyətindən əlavə, həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinə qovuşduqdan sonra hüquqi, demokratik, dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə – müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda xalqın azad, demokratik seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ bütün dünyaya bəyan olunmuşdur.

Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir

Konstitusiya Aktının 1991-ci ildə qəbuluna baxmayaraq Azərbaycanda demokratik seçkilərin keçirilməsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz ulu öndərin sayəsində demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsi isə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirdi. Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Azərbaycan dövləti tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməmiş, ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə səyləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir. Ölkə iqtidarinın siyasi iradəsilə 1997-ci ildən ölkədə müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq hüdudları daha da genişlənmiş, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.

Mükəmməl seçki sisteminin yaradılmasına gətirib çıxaran Seçki Məcəlləsi

Azərbaycanda seçki qanunvericiliyinin unifikasiyası məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın uğurlu bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.

2002-ci ilin dekabrında Azərbaycan hökumətinin nümayəndələri, müxalifət nümayəndələri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT tərəfindən təşkil olunmuş “dəyirmi masa”larda Seçki Məcəlləsinin layihəsi ətrafında müzakirələr aparılmış, televiziya vasitəsilə yayımlanan bu tədbirlər nəticəsində ictimaiyyət Seçki Məcəlləsinin layihəsi ilə bağlı məlumatlar əldə etmişdir. Bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir.

Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.

2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqləmişdir. Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühit və bərabər imkanlar yaradılmışdır. Bununla yanaşı, fəal seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, Avropa Şurası və ATƏT parlament assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapmışdır. 15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etmiş, demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş olmuşdur.

Seçki təcrübəsi və qanunvericiliyi təkmilləşməyə meyllidir

1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlmişdir. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır.

Beynəlxalq miqyasda respublikamızın demokratik imicinin daha da yüksəlməsinə nail olan Prezident İlham Əliyev də seçki sisteminin daha da təkmilləşməsini və hər bir seçkinin ədalətli və şəffaf keçirilməsini diqqət mərkəzində saxlayır. Məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əyani təsdiqidir.

2005-ci ilin fevral və mart aylarında Azərbaycan ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ekspertlərinin görüşləri keçirilmiş, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparılmışdır. Bu müzakirələrin yekunu kimi 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılmış, sənədin 43 maddəsində əlavə və dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də parlament seçkilərindən bir qədər əvvəl imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” sərəncamı ölkəmizdə keçirilən seçkilərin daha da demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.

Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğ imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən “exit poll” prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.

Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” növbəti sərəncam imzalamışdır.

Bütün bunların nəticəsi idi ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy vermişlər.

Cəmiyyətimiz gündən-günə daha da inkişaf etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi üçün qanunvericiliyin, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsi təbii sayılmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərə həssaslıqla yanaşmışdır. Azərbaycan hakimiyyətinin Avrora Şurası Venesiya Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə apardığı işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin 145 maddəsinə 91 əlavə və dəyişikliyin edilməsi sənədin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.

Son prezident seçkisi cənab İlham Əliyevə dərin etimadı bir daha təsdiq etdi

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər həm də 2008-ci il tarixli prezident seçkilərinin tamamilə azad, ədalətli və obyektiv keçirilməsinə, vətəndaşların seçki hüququnun etibarlı təminatına xidmət etmişdir. Bu seçkidə Azərbaycan xalqı cənab İlham Əliyevin simasında ən layiqli namizədi dəstəkləməklə ulu öndər Heydər Əliyevin ideyalarının davam etdirilməsinə səs verdi, taleyini etibarlı əllərə əmanət etdi. Belə də olmalı idi. Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin dövlətimizə və xalqımıza verdiyi dividendlərin, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinin və digər nailiyyətlərin məntiqi yekunu cənab İlham Əliyevin prezident seçkilərində qazandığı qələbə idi.

Prezident İlham Əliyev 2003-cü ildə verdiyi vədlərə sadiq qalaraq Azərbaycanın bütün sahələrdə inkişafını təmin etdi. Ona görə ölkə vətəndaşları hələ 2008-ci ilin prezident seçkilərindən çox-çox əvvəl cənab İlham Əliyevin adı üzərində dayanaraq öz seçimlərini etmişdilər. Bu mənada birinci prezidentliyi müddətində ölkəmizin nail olduğu uğurlar, keçdiyi böyük inkişaf yolu cənab İlham Əliyevin növbəti prezident seçkilərində də qələbə qazanması ilə başa çatdı. Bu seçki Azərbaycan xalqının Heydər Əliyev yoluna sədaqətini, bu xəttin layiqli davamçısı İlham Əliyevə dərin etimadını bir daha təsdiq etdi.

Bu seçki seçicilərin fəallığı ilə əlamətdar oldu. Seçicilərin səsvermədə fəal iştirakı vətəndaşların ölkənin siyasi taleyində əhəmiyyətli rol oynayan prezident seçkilərinə yüksək diqqət və maraq nümayiş etdirmələrini göstərdi. Müxtəlif siyasi partiyaları təmsil edən namizədlərin seçkiyə qatılması da seçki prosesinin fəal keçirilməsində mühüm rol oynayan amillərdən biri idi. Bütün namizədlərə seçki kampaniyasının bütün mərhələlərində eyni şərait yaradılmışdı. Namizədlərin səsvermə prosesindən sonra verdikləri açıqlamalar da bunu təsdiqləyir. Bütün məntəqələrdə seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun, seçkinin nəticələrinə təsir edə biləcək heç bir nöqsana yol verilmədən keçirildi. Həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin sivil normalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görülməsi, həm də Azərbaycan vətəndaşlarının prezident seçkilərinə marağının olması kampaniyanın xalqın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verən cəhətlər idi.

Bu baxımdan son prezident seçkisi Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik inkişafın göstəricisi kimi yadda qaldı. Azərbaycan hakimiyyəti seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirdi. Beynəlxalq təşkilatların, dövlətlərin təmsilçiləri bunu yüksək qiymətləndirdilər. Artıq seçki gününün axşamı və sonrakı gün müşahidəçi qismində ölkəmizə gələn bütün beynəlxalq təşkilatların missiyaları, ayrı-ayrı ölkələrin deputatları seçkinin son dərəcə şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Beynəlxalq müşahidəçilərin bəyanat və rəylərində Azərbaycanın beynəlxalq təşkilatların qətnamələrini, habelə bu təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi yüksək dəyərləndirildi, dinc və sabit ölkə olduğunu sübut etdiyi diqqətə çatdırıldı.

Qazanılmış təcrübə seçki kampaniyasının daha səmərəli keçirilməsinə imkan verir

Ötən ilin iyununda Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatlarının təklifi ilə respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər qabaqcıl təcrübənin tətbiqinə xidmət edir.

Bunlardan biri seçki kampaniyasının 75 gündən 60 günə endirilməsidir. YAP-ın irəli sürdüyü bu təklifdə məqsəd seçki praktikasının daha da təkmilləşdirilməsi olmuşdur. Seçki Məcəlləsinə son dəyişikliklərə qədər Azərbaycanda seçki kampaniyası 75 gün davam edirdi. Amma son illərdə qazanılmış təcrübə və hazırlıq səviyyəsi imkan verir ki, seçki kampaniyası digər ölkələrdə olduğu kimi daha səmərəli şəkildə keçirilsin. O cümlədən də, vaxt kimi çox əhəmiyyətli resursdan daha səmərəli istifadə edilsin. Bu dəyərləndirmə nəticəsində məlum oldu ki, Azərbaycan da əksər ölkələr kimi seçki kampaniyasını iki ay müddətində keçirməyə tamamilə hazırdır.

Digər mühüm dəyişiklik seçkilərə qoşulmuş vətəndaşlara və partiyalara MSK tərəfindən ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir ölkədə seçkiyə qoşulmuş namizədlərə dövlət tərəfindən vəsait ayrılmır. Əksinə, seçkiyə qoşulmaq niyyətinə düşən insanlar da, partiyalar da seçkinin keçirilməsi üçün lazım olan vəsaitləri ya özləri birbaşa öz hesablarına ayırırlar, ya da onları dəstəkləyən seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Dünya təcrübəsi də belədir.

Seçki sisteminin təkmilləşdirilməsi yalnız qanunvericilik sahəsini əhatə etmir

Respublikamızda seçkilərin demokratikliyini təmin etmək üçün görülən işlər yalnız seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə kifayətlənmir. Son illərdə Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri seçki komissiyalarının da rahat fəaliyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərmişdir. Əksər dairə və məntəqə seçki komissiyaları ən müasir tələblər səviyyəsində inzibati binalarla təmin olunmuş, bir qismi isə əsaslı təmir edilmişdir.

Həmçinin Mərkəzi Seçki Komissiyasının yeni binada fəaliyyət göstərməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə geniş imkanlar açıb. MSK-nın yeni binasının açılışında Prezident İlham Əliyev deyib: “Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər”.

Seçicilərlə maarifləndirmə işlərinin aparılması, seçki hüquqları ilə bağlı çoxsaylı sənəd nümunələrinin hazırlanması, seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yeni üsulların tətbiq edilməsi də ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdəndir. Azərbaycanın inkişaf edən seçki sistemində demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyaları da tətbiq olunur. Belə ki, regionda ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycan hakimiyyətinin aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir olunur.

Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu həm də onun təsdiqidir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəsi var. Seçkilərdə demokratiyanın təmin olunması həm də respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmlənməsində əsas amillərdən biridir.

Comments are closed, but trackbacks and pingbacks are open.