Press "Enter" to skip to content

Sertifikatlaşdirma metodlari

– Respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Sertifikatlaşdırma nədir?

Sertifikatlaşdırma (latıncadan “sertifico” – təsdiq edirəm) – istehsalçıdan və istehlakçıdan asılı olmayaraq rəsmi orqan tərəfindən məhsulun qoyulmuş tələblərə uyğunluğunun yazılı şəkildə təsdiqi prosedurudur.

Uyğunluq sertifikatı – obyektin texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına, müqavilə şərtlərinə cavab verib vermədiyini şəhadət edən sənəddir.

Sertifikatlaşdırma dedikdə həm də sertifikatın alınması prosesi nəzərdə tutulur.

Sertifikatlaşdırma obyekləri bunlardır:

Məhsulların sertifikatlaşdırılması qaydaları Nazirlər Kabinetinin 343 saylı qərarı ilə tənzimlənir.

Məhsulların sertifikatlaşdırılması zamanı tələb kimi aşağıdakılar çıxış edə bilər:

Azərbaycan Respublikasının qanunvericilik aktları;

Dövlət standartları (həmçinin Azərbaycan Respublikasında tanınmış dövlətlər arası və beynəlxalq standartlar), sanitar normalar və qaydalar, tikinti normaları və qaydaları, təhlükəsizlik normaları və Azərbaycan Respublikasının qanunvericiliyinə görə məhsula dair mütləq tələblər irəli sürən digər sənədlər.

Sertifikatlaşdirma metodlari

Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq, dövlətlərarası və milli standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır. Bu baxımdan məhsul və xidmətlərin sertifikatlaşdırılması aşağıdakı funksiyaları həyata keçirir:

– bazarda insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq;

– istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;

– Respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Azərbaycan Respublikasında milli sertifikatlaşdırma sistemi aşağıdakı normativ hüquqi sənədlər əsasında tənzimlənir:

Sertifikatlaşdırmanın növləri

Sertifikatlaşdırma işləri AZS 498-2010 “Oxşar məhsulların sertifikatlaşdırma sistemi” milli standartında müəyyən edilmiş tələblərə, həmçinin beynəlxalq normalara müvafiq olaraq aşağıdakı sertifikatlaşdırma sxemlərinə uyğun olaraq həyata keçirilir.

– məhsul partiyasından götürülən nümunələrin sınaqlarının aparılması yolu ilə;

– ticarətdən götürülmüş nümunələrin nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– həm istehsalatın sertifikatlaşdırılması və həmçinin nümunələrin sınaqlarının aparılması yolu ilə ;

– k eyfiyyət idaəretmə sisteminin sertifikatlaşdırılması və ya istehsalatın sertifikatlaşdırılması (attestasiyası) yolu ilə.

İstehsal edilən məhsulların sertifikatlaşdırılması üçün tələb olunan sənədlər:

– Sifarişlə bağlı müraciət məktubu;

– Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;

– Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;

– məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

– keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda); (İSO)

– istehsalçının apardığı sınaqların protokolları: (zərurət olduğu halda)

İdxal və ixrac edilən məhsulların sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan sənədlər:

Sifarişlə bağlı müraciət məktubu;

– Hüquqi və faktiki ünvan;

– Xidmət müqaviləsinin surəti;

– Məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

– Keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);

– Məhsula dair laborator sınaq protokolları (zərurət olduğu halda).

Yeyinti məhsullarının üçün sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan əlavə sənədlər:

Gigiyenik və ya qida təhlükəsizliyi sertifikatının surəti;

– Heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;

– Emal olunmuş bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatın surəti.

Xarici uyğunluq sertifikatlarının tanınması üçün sifarişçidən tələb olunan sənədlər:

Sifarişlə bağlı müraciət məktubu;

– Hüquqi və faktiki ünvan;

– Xidmət müqaviləsinin surəti;

– Xarici uyğunluq sertifikatının əslini və ya onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti;

– Əsasında sertifikatlaşdırma aparılmış normativ sənədlər;

– Sertifikatların qarşılıqlı tanınması haqqında tərəflər arasında müqavilədə nəzərdə tutulduğu halda sertifikatlaşdırma sınaqlarının protokolları (zərurət olduğu halda);

– İstehsalçının keyfiyyət şəhadətnaməsi (sertifıkatı);

QEYD: Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.

Əlaqəli şəxs: Səbinə Məmmədli – Baş direktorun müavini- Uyğunluğun qiymətləndirilməsi departamentinin direktoru

Comments are closed, but trackbacks and pingbacks are open.