Press "Enter" to skip to content

Sertifikatlaşdırmanın əsas məqsədi

Bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində minimum 30, müsahibə mərhələsində isə azı 20 bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunacaq və onlara sertifikat veriləcək. Lakin hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, eyni zamanda uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçməyəcəklər. İlk dəfə işə qəbul olunanlar 5 ildən sonra sertifikasiya olunacaqlar. keçmiş şəxslər

Sertifikatlaşdırmanın sasları

21 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Şəhər və Rayon Təhsil şöbələrinin əməkdaşları və muxtar respublika ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.

Onlayn qaydada keçirilən müşavirədə Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, son illər muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, 200-dən çox məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, təhsil müəssisələrində informasiya-komminikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Yaradılan tədris şəraitindən səmərəli istifadə olunması və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında müəllim amilinin həlledici rol oynadığını vurğulayan nazir bildirdi ki, muxtar respublikada ixtisaslı kadrların işlə təmin olunmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Təhsil naziri bildirib ki, muxtar respublika ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmişdir. Qaydaya əsasən, 2020/21-ci tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunacaqlar.

Vurğulanıb ki, sertifikatlaşdırma ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırda hazırlıq işləri aparılır. Bu gündən prosesin şəffaf və obyektiv təşkili məqsədilə 5 üzvü Təhsil Nazirliyi, 2 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı olmaqla, ümumilikdə 7 nəfərdən ibarət Sertifikatlaşdırma Şurası yaradılır. Şura sertifikatlaşdırmanın aparılması ilə bağlı təşkilati işlərə başlayacaq, sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulan təhsilverənlərin siyahısını müəyyənləşdirəcəkdir.

Nazir Şuranın Əsasnaməsi ilə bağlı müvafiq tapşırıqlar verib, Şura üzvləri arasında vəzifə bölgüsü aparıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən birgə keçiriləcək sertifikasiya 2 mərhələdə – test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılacaqdır.

Test mərhələsi kompüterdə elektron qaydada həyata keçiriləcək və təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim ediləcək və hər bir sual 1 balla qiymətləndiriləcək. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar.

Sertifikatlaşdırmanın II mərhələsi olan müsahibə mərhələsində isə hər bir təhsilverənin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılacaqdır.

Bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində minimum 30, müsahibə mərhələsində isə azı 20 bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunacaq və onlara sertifikat veriləcək. Lakin hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, eyni zamanda uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçməyəcəklər. İlk dəfə işə qəbul olunanlar 5 ildən sonra sertifikasiya olunacaqlar. keçmiş şəxslər

Nazir qeyd edib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qaydaya əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər və təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Bildirilib ki, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edəcəklər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edəcəklər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi həmin tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv ediləcək.

Sonra Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri sertifikasiyaya hazırlığın vəziyyəti, görülən işlər haqqında məlumat vermiş və yaranan suallar cavablandırılmışdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Sertifikatlaşdırmanın əsas məqsədi

Sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir.

Sertifikatlaşdırmanın əsas məqsədi – əhalinin həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməkliyin göstərilməsi, sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaqdır.

Haqqımızda

AqroSert MMC ölkənin keyfiyyət infrastrukturunun uyğunluğunu qiymətləndirmə sahəsində ən nüfuzlu sertifikatlaşdırma qurumlarından biridir. Sertifikatlaşdırma orqanları arasında ən böyük akkreditasiya sisteminə malik olan təşkilatımız 2015-ci ildən fəaliyyət göstərir. Şirkət həmçinin məhsullara texniki şərtlərin hazırlanması və dövlət qeydiyyatı, ölçü alətlərinin kalibrlənməsi üzrə məsləhət xidmətləri göstərir.

“AQROSERT” MMC.

Gəncə şəhəri
Office: Çexov küçəsi, ev 24

Comments are closed, but trackbacks and pingbacks are open.