Press "Enter" to skip to content

Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarını alması üçün onlayn müraciət platforması hazırlanıb – VİDEO

Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcəkdir. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaqdır.

Servis fəaliyyəti

Nəqliyyatda servis ixtisası tələbələrə sərnişin və yükdaşıma nəqliyyatının xidmət fəaliyyətini öyrədir. Bura ictimai nəqliyyatın intellektual idarəedilməsi, hava limanlarının, avtovağzallarının, dəmiryollarının və ölkənin ümumi nəqliyyat sisteminin idarəçiliyi daxildir. Nəqliyyat sektoru turizmin əsas hərəkətverici sahəsidir.

İxtisasın tarixi

Nəqliyyat servisi yeni yaranmış bir ixtisasdır. Hal-hazırda dünyada və ölkəmizdə nəqliyyat sahəsinin inkişafı bu ixtisası daha da perspektivli edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Beynəlxalq yükdaşımalara nəzarət
  • ➝ Avtovağzallarda, dəmiryol stansiyalarında, hava limanlarında hərəkətə nəzarət
  • ➝ Ümumi olaraq hər növ nəqliyyatın idarə edilməsi
  • ➝ Nəqliyyatda təhlükəsizlik məsələrini bilməli və qeydə almalı
  • ➝ Yolların nizamlılığın tənzimləməsinə nəzarət etməli
  • ➝ Nəqliyyat sistemlərinin idarəsinə baxmalı
  • ➝ Nəqliyyatın iqtisadiyyatına, infrastrukturuna diqqət etməli
  • ➝ Nəqliyyatın modelləşməsi,nəqliyyat sistemlərinin istismarı
  • ➝ Nəqliyyat vasitələrinin növünün seçilməsi
  • ➝ Nəqliyyat növünün seçilməsi

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Texniki Universiteti
  • → Bakı Mühəndislik Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Bakı Nəqliyyat Agentliyində
  • ➝ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində
  • ➝ Azərbaycan Avtomobil Yollarında
  • ➝ Dövlət Yol Polisində
  • ➝ Avtomobil Yolları Dövlət Agentliyində
  • ➝ Mərkəzi avtovağzallarda
  • ➝ Bakı Beynəlxalq Avtovağzal kompleksində
  • ➝ Logistik nəqliyyatda
  • ➝ Dövlət Gömrük Komitəsində

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar(kompetensiyalar)

  • ➝ Menecment, riyaziyyat, logistika fənlərini dərindən bilməli;
  • ➝ Ünsiyyətcil olmalı
  • ➝ İdarəetmə bacarığı olmalı
  • ➝ Səbirli
  • ➝ Məsuliyyətli
  • ➝ Çalışqan
  • ➝ Nəzarət bacarığı
  • ➝ Kompüter bilikləri olmalı (ofis proqramları)
  • ➝ Dil biliyi (rus və ingilis)
  • ➝ Netcard, Autocad Civil, archica, 3D, Microstation proqramlarını bilməli

İxtisasın gələcəyi

Nəqliyyat sahəsi “Turizm” sektoruna böyük təsir edir. Nəzərə alsaq ki, hazırda dünyada və ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir və burada “Nəqliyyat” sahəsinə böyük ehtiyac duyulacaqdır. Bu baxımdan ixtisasın gələcəyi perspektivlidir.

Əmək haqqı

Dövlət və özəl sektordan, iş yerindən asılı olaraq əmək haqqı 300-1500 AZN arası dəyişir.

Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarını alması üçün onlayn müraciət platforması hazırlanıb – VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb.

BNA-dan Day.Az-а verilən məlumata görə, məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcəkdir. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaqdır.

Onlayn müraciət forması Alo141.az saytında yerləşdirilib https://fr.alo141.az/login. Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müracitələrini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə video-təlimat da hazırlanaraq sayta yerləşdirilib.

Bir daha taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.