Sevinc əliyeva kiv-in dili və üslubu
Konfransda dilçi alimlər və media nümayəndələri problemin həlli yollarına aid təkliflər səsləndiriblər.
“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin ilkin mərhələsi başa çatıb (FOTO)
Bilik Fondunun “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin ilkin mərhələsi başa çatıb.
Bu barədə Trend-ə Fondun Mətbuat Xidmətindən məlumat verilib.
Dövlətin əsas atributlarından biri də onun dilidir. Dilin təmizliyini, saflığını, özünəməxsusluğunu qorumaq xalqın əsas vəzifələrindəndir. Bu vəzifə hüquqi və siyasi anlam daşımaqla yanaşı, həm də mənəvi öhdəlikdir. Hər bir azərbaycanlı dövlət dili haqqında imzalanan fərmanlar və sərəncamların, qanunlar və qərarlarların tələblərinə tam şəkildə əməl etməklə, müstəqil dövlətin möhkəmlənməsinə, inkişafına, təmsil olunduğu xalqın ali düşüncəsinin müasir dünyaya maneəsiz çıxmasına böyük töhfə vermiş olar. Fikrini tam və dəqiq ifadə etmək istəyi insanın şüuraltında yer tapıb. Görünmək, bilinmək, başa düşülmək, qəbul edilmək ifadə tərzi ilə çox bağlıdır. Belə olduqda insan onu dinləyəni yormur, aydın eşidilir, eşidilməklə mənəvi rahatlıq tapır.
Təəssüf ki, son illər Azərbaycan dilinin zəngin imkanlarından faydalanmaq əvəzinə, sözlərin yad dildən gələn qarşılığından daha çox istifadə edirik, xüsusən teleməkanda, yazılı və elektron mətbuatda fonetik, qrammatik, leksik üslubi qaydaları pozuruq, terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturaları düzgün səsləndirmirik, danışıq texnikasından bəhrələnmirik.
Dildən istifadə ilə bağlı bütün qaydalar “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunla tənzimlənir. Qanunun tələbini pozanlar ictimai qınaqla qarşılaşır, əgər onlar media nümayəndələridirlərsə, tamaşaçı və oxucularını itirir, nəticədə toplum alternativ kimi, xarici telekanllara, saytlara üz tutur. Sonra nə baş verir? Bəli, azərbaycanlı fərqli və ziyanlı ideologiyanın təsirinə düşərək, milli dəyərlərdən uzaqlaşmaq yolu tutur. Dəyərlərin itməsi isə xalqı faciələrlə üzləşdirə bilər. Belə aqibətin yaşanmaması ana dilimizin qorunmasından çox asılıdır.
Firudin bəy Köçərli “Ana dili haqqında” adlı məqaləsində yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindəndir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”.
Qlobollaşmanın mənfi cəhətlərindən biri yad mədəniyyətlərə meydan açılmasıdır. Dövlət bu gün ziyanlı tendensiyanın qarşısının alınması uğurunda ciddi islahatlar aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam əslində həyəcan siqnalı idi.
Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılması, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsi və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi məqsədi ilə təsdiqlənib.
2013-cü il 9 aprel tarixli Sərəncamın imzalanması cavabdeh qurumları, xüsusən KİV orqanlarını daha məsuliyyətli olmağa sövq etdi. Həmin tarixdən keçən 4 il ərzində xeyli irəliləyişə nail olunsa da, bəzi mənfi hallar hələ də qalmaqdadır.
Dilin saflığının qorunması məqsədilə aparılan proses bu gün uğurla davam etdirilir. Oktyabrın 6-da Prezident İlham Əliyevin tapşırığı ilə konfrans keçirilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə keçirilən konfrans “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusuna həsr olunub. Tədbirdə dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Ə.Həsənov giriş nitqində bildirib ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.
Konfransda dilçi alimlər və media nümayəndələri problemin həlli yollarına aid təkliflər səsləndiriblər.
Konfransdan dərhal sonra, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yeni layihəyə başlamaq barədə qərar verdi. “Ekran və efirdə ədəbi dil normaları” adlanan layihənin gerçəkləşməsi rəhbərlik tərəfindən Fondun İnformasiya təminatı sektoruna tapşırıldı. İlkin mərhələdə 3 aylıq müddətə nəzərdə tutulan layihənin “Xəzər”, “Lider” və “ARB” televiziyalarında keçirilməsi qərara alındı . Layihəyə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası dəstək verdi. İki qurumun birgə fəaliyyəti nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçiriləcək mühazirələr və təlimlərin fəaliyyət planı hazırlandı.
İlk təlimlərə “Xəzər” Televiziyasından başlanıldı. Televiziyanın redaktorları, xəbərlər proqramlarının aparıcıları, müxbirlərin qatıldıqları mühazirə və təlimlərdə AMEA-nın Dilçilik İnstitutu, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər”, Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova “Televiziya və ədəbi dil normaları”, BDU-nun Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının müəllimi Təranə İsmayılova “Azərbaycan teleməkanında ədəbi dil normalarının qorunması: fonetik və qrammatik qaydalar”, kafedranın baş müəllimi Mehriban Əlizadə “Azərbaycan teleməkanında ədəbi dil normalarının qorunması: leksik və üslubi qaydalar”, BDU-nun Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli “Nitq mədəniyyəti anlayışı. Televiziya aparıcılarının danışıq xüsusiyyətləri”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, dosent, əməkdar artist Azad Şükürov “Danışıq texnikası (tənəffüs, səs, diksiya)” və “Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması problemləri” mövzularında təlimlər keçdilər. Təlimlərdə açıq fikir mübadiləsi aparıldı, jurnalistlərin harada, necə, niyə yanlışlığa yol verdikləri elmi, təcrübi cəhətdən, qaydalar çərçivəsində diqqətə çatdırıldı.
Növbəti təlimlər “Kəpəz ARB” Müstəqil Teleradio Şirkətində gerçəkləşdi. Ekspertlər böyük həvəslə Gəncəyə ezam olundular.
A.Şükürov “Danışıq texnikası (tənəffüs, səs, diksiya)” və “Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması problemləri”, S.Əliyeva “Telekanallarda üslub xətalarının aradan qaldırılması”, AMEA Dilçilik İnstitutu, Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda praktiki təlimlər apardılar. Təlimlər barədə süjet televiziyanın “Xəbərlər” proqramında yayımlandı, A. Şükürov səhər proqramının qonağı oldu, layihənin mahiyyətindən ətraflı danışdı.
Tovuz “ARB24 Xəbər” telekanalının əməkdaşları da treninqlərə qoşulmaq arzularını Bilik Fondunun göndərdiyi müraciət məktubuna rəhbərliyin müsbət cavabı ilə bildirmiş oldular. Bu dəfə də A.Şükürov, S.Əliyeva, N.Qazıyeva yaddaqalan təlimlər keçdilər, jurnalistlərin maariflənmələri, bilgilənmələri, düzgün qaydaları mənimsəmələri yönündə real iş gördülər. Dinləyicilərə əyani şəkildə izahlar verildi, onlar təcrübi məşqlərə cəlb edildilər.
Təlimçilər səfər marşrutlarında yalnız televiziyalarda deyil, başqa tədris, təhsil mərkəzlərində də görüşlər keçiriblər. AMEA Dilçilik İnstitutunun təmsilçilərinin Gəncənin M.C.Paşayev adına 39 nömrəli və M.Mehdizadə adına 4 nömrəli tam orta məktəblərində şagird və müəllim kollektivi ilə “Azərbaycan dilinin saflığının qorunmasında təhsil müəssisələrinin rolu” mövzusunda görüşləri olub. N.Qazıyeva Azərbaycan dilinin qorunmasının vacibliyindən söz açıb, bildirib ki, dil hər bir xalqın təfəkkür göstəricisi olmaqla yanaşı, ünsiyyət zamanı tərəflərin bir-birini anlaması üçün ən önəmli vasitədir. Bu səbəbdən dildə sadəliyə üstünlük verilməli, qəbul olunan qanunlara əməl olunmalıdır.
S.Əliyeva ədəbi dil normalarının xüsusən ekran və efirdən yayımlanan proqramlarda pozulduğunu, bu halın izləyicilərə mənfi təsir göstərdiyini diqqətə çatdıraraq, Bilik Fondunun təşkilatçılığı ilə televiziya və radio əməkdaşlarına təlimlər keçirilməsinin problemin həllinə müsbət təsir edəcəyinə əmin olduğunu bildirib.
“Lider” Televiziyasında təşkil olunan təlimlər “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin birinci mərhələsinə cəlb olunan sonuncu telekanaldır. Gələn ildən digər telekanalların da layihədə iştirakı nəzərdə tutulub.
“Lider” Televiziyasında da təlimləti eyni mütəxəssislər – N.Qazıyeva, S.Əliyeva, A. Şükürov, N.Əhmədli aparıb. Qurumun əməkdaşları təlimlərdən razı qalıblar, belə görüşlərin mütəmadi olmasını dilə gətiriblər.
Üç aylıq layihə boyu mətbuatda təlimlər barədə müxtəlif səpkili müsbət ruhlu yazılar dərc olunub. Həm xəbərlərdə, həm də mütəxəssislərin açıqlamalarında layihənin effektivlik dərəcəsi yüksək dəyərləndirilib, Azərbaycan dilinin saflaşmasında medianın rolunun düzgün qiymətləndirilməsinin vacibliyi vurğulanıb, jurnalistlərin təcrübi təlimlərə ehtiyac duyduqları bildirilib. Professor Nəsir Əhmədlinin dediklərindən: “Bilik Fondunun TV verilişlərinin dili və üslubu ilə bağlı gerçəkləşdirdiyi layihə çox önəmlidir. Bu sahənin mütəxəssisləri müxtəlif kanalların yaradıcı əməkdaşları ilə görüşərək onlarla ədəbi dil normaları ətrafında müzakirələr aparır, dilçilik sahəsində olan yeniliklərdən söhbət açır, mübahisəli məsələlərə aydınlıq gətirirlər. Bu layihənin mütəmadi olaraq davam etdirilməsi çox vacibdir”.
Onu da xüsusi ilə qeyd edək ki, Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmış qaydada həyata keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin yekunu olaraq, Bilik Fondunun təşəbbüsü və bir başa dəstəyi ilə layihədə iştirak etmiş təlimçilər cəlb olunmaqla dilin saflığının qorunmasına xidmət edən tövsiyə xarakterli kitabça hazırlanır. Yaxın günlərdə həmin kitabça televiziya jurnalistlərinə təqdim ediləcək.
Sevinc Əliyeva: “1 saniyəlik səhnədən nəticə çıxarıb tənqid etmək düzgün deyil” – VİDEO
Publika.az xəbər verir ki, aktrisanın bu filmdəki intim səhnələri diqqət çəkib. Hazırda İctimai TV-də “Dağıntılar altında” serialında çəkilən ulduz bu barədə açıqlama verib. “Dalan” filmi haqqında danışan aktrisanın sözlərinə görə, intim səhnələri ilə yayılan söhbətlər əsassızdır, çünki zənn edilən kadrlar yoxdur:
“Filmin çəkilişləri yaxşı keçdi, əksəriyyəti Novxanıda bir villada baş tutdu. Bəzi günlər çəkilişlər səhərə qədər davam edirdi. Buna baxmayaraq, zövq alırdım. Ümumiyyətlə, rejissor Elvin Rütəmzadə və ssenari müəllifi Səbinə Əhmədova sayəsində komandamız bir-biri ilə çox mehriban olmuşdu.
Psixoloji baxımdan mürəkkəb səhnələr də var idi, canlandırdığım Arzu obrazı mənim xarakterimə tamamilə zidd personajdır. Tərəf müqabilim Ziya Ağa bu məsələdə mənə çox dəstək oldu.
Müəyyən mənada intim adlandırılan səhnələr artıq böyük səs-küy yaradıb. Filmə baxmamış yazılan iradları qəbul etmirəm. Qoy film nümayiş olunsun, ondan sonra kimsə tənqid etsə, bu barədə düşünmək olar. Treylərin bir neçə saniyəlik hissəsindəki bir səhnədən nəticə çıxarıb tənqid etmək düzgün deyil”.
Daha sonra ulduz özünə qoyduğu qadağalardan danışıb:
“Sənətə gəldiyim ilk gündən özümə qoyduğum qadağalar var ki, onlara hələ də sadiqəm. Ekran qarşısında bədənimin çılpaq görünməsinə razı olmaram. Bu günə qədər nəinki filmdə, hətta sosial şəbəkələrdə də kupalnikdə olan şəkil paylaşmamışam. Qaldı ki, dodaq-dodağa heç vaxt öpüşmərəm. Bu mövzular məni həmişə narahat edir.
Bir neçə ay əvvəl bir aktrisanın müsahibəsini oxudum, o, etiraf etmişdi ki, əgər yüksək qonorar alarsa, filmdə intim səhnələrə çəkilməyə razı olar, bu, onun üçün problem deyil. Hörmət etdiyim bir aktrisadır, lakin sosial şəbəkədə onun haqqında elə sözlər yazılmışdı ki, oxuduqca dəhşətə gəlirdin. Daha nələr yazmadılar.
Bir müddət sonra eyni sualla mənə müraciət etmişdilər. Bildirdim ki, yaşım, analıq statusum və ailə vəziyyətim belə səhnələrə çəkilməyə imkan vermir. 3 övladım var, o yaşım keçib. Bundan əlavə mənim üçün tabular deyilən məsələlər var, sevgi və xəyanəti göstərə bilərəm, amma digər açıq səhnələri canlandıra bilmərəm. Bu müsahibəmin altında isə tamamilə başqa fikirlər və iradlar yazılmışdı. “Aktrisa deyilsən, oynamalısan”, “Niyə aktrisa olmusan, get bozbaşını bişir də” kimi rəylər bildirmişdilər. Biz nə etsək də, insanları 100 faiz razı sala bilmərik. Öpüşürsən, bir cür pis olursan, öpüşmürsən də başqa bir cür pis olursan. Bütün bunlara baxmayaraq, sənətdən küsmürəm, kiməsə görə aktrisa olmamışam ki, nələrəsə görə aktrisalıqdan gedim”.
Qeyd edək ki, adı çəkilən filmin qala gecəsi aprelin əvvəlində baş tutacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.