Sexsiyyet vesiqesinin
Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.
Pasport və şəxsiyyət vəsiqəsinin qiyməti artdı
Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi ya korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar artdı. “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunda bu əksini tapıb.
Belə ki, sənəd 10 iş günü müddətində verildikdə, 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə, 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə, 35 manatdan 45 manata artırılır.
Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüquq verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən edilib. Belə ki, dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə, 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat),
1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (20 manat),
3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat),
18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat),
5 iş günü müddətində verildikdə,
1 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat),
1 yaşdan 3 yaşadək uşaqlar üçün 50 manat (40 manat),
3 yaşdan 18 yaşadək uşaqlar üçün 70 manat (60 manat),
18 yaşına çatmış vətəndaşlara 90 manat (80 manat),
1 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 50 manat (hazırda 40 manat),
1 yaşından 3 yaşadək uşaqlar üçün 90 manat (80 manat),
3 yaşından 18 yaşadək uşaqlar üçün 130 manat (hazırda 120 manat),
18 yaşına çatmış vətəndaşlara 170 manat (hazırda 160 manat) ödəniləcək.
Sexsiyyet vesiqesinin
Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdiriləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər barədə sənəd parlamentin müzakirəsinə təqdim olunub.
Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.
Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.
Layihədə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlarda dəyişiklik edilməsi də nəzərdə tutulur.
Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip) yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Bu hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində şəxsiyyət vəsiqəsini verən orqana müraciət etməlidir.
Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilməlidir.
2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəsifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
Qanun layihəsində qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Hazırda qüvvədə olan qanunla 16 yaşı tamam olan vətəndaşlar şəxsiyyət vəsiqəsi alırlar. Həmçinin, vətəndaş 25, 35, 50 yaşlarında şəxsiyyət vəsiqəsini dəyişməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.